www.kitabxana.net
Milli Virtual Kitabxana
Nəriman Nərimanov
BAHADIR VƏ SONA
(Nəsr əsərləri)
Elektron kitab
YYSQ - Milli Virtual Kitabxananın rəqəmsal e-nəşri N 22
Redaktoru və e-nəşrə hazırlayanı hazırlayanı:
Aydın Xan (Əbilov), yazar-kulturoloq
YYSQ - Milli Virtual Kitabxana
Bakı 2010
1
Nəsr əsərləri
“BAHADIR VƏ SONA” (roman)
“İDİL KƏNARINDA” (romandan bir hissə)
“BİR KƏNDİN SƏRGÜZƏŞTİ” (Hekayə)
“PİR” (Povest)
2
BAHADIR VƏ SONA
roman
BİRİNCİ HİSSƏ
Yayın isti günlərindən idi. Günün axırıncı şəfəqi uca ağacların başını qızıl rəngində etmişdi və
nazik yel yavaş-yavaş əsib yarpaqları tərpədirdi. Belə bir gözəl vaxtda ağacın altında, otun
üstündə bir universitet tələbəsi, "student" əyləşmişdi və hərdənbir öz ətrafına nəzər yetirib fikrə
gedirdi. Bu novcavan gül üzlü, xoş sifətli olub, ağıl və kamalı üzündən məlum edirdi. Amma
bununla belə də üzü ürəyindəki pünhan qəmini bəyan edirdi. Neçin bu qəm dəryasına batmışdı?
Və neçin kabab tək qovrulurdu? -- səbəbini bir özü, bir də əlindəki dəftərçə bilirdi.
Axşam yavaş-yavaş araya gəldi. Gün məğribə yavuqlaşdı, Qalın meşə, yaşıl ot adam boyunda,
gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir, kərdişin
comərdliyini anlayırsan. Belə bir gözəl vaxtda həmin meşədə tək, yaşıl otun üstə sərilmiş gözəl
bir qız görərsinizsə, mənzərə daha artıcaq surətdə gözəl görünər....
Bahadır dəftərçəsini xeylaq yazandan sonra meşədə gəzirdi. Komalıqda gəzərkən nəzəri bir
ağacın altına düşdü və orada on yeddi yaşında aya bənzər bir qız görüb halı dəyişirildi. Qız
arxası üstə uzanıb kitab oxuyurdu. İsti olmağa görə qız ağ, mərmər döşünü açmışdı və hərdənbir
ətrafına baxıb guya ləzzət aparırdı. Bahadır bir ağacın dalına qısılıb məzkur qızı yaxşı
manşırladı. Qız Bahadırın orada olmağından xəbərsiz idi. Bir az müddət keçəndən sonra qız
şümşad əlini yaxasına uzadıb saata baxdı və yerindən tez durub getdi. Çünki qızın yolu
Bahadırın yanından idi. Ona görə Bahadır istədi ki, gizlənsin ta qız onu görməyə, qız isə
Bahadırı görüb yanından keçərkən xumar gözlərini Bahadıra süzdürdü. Qızın belə baxmağı
Bahadırı özgə xəyallara saldı....
İki novcavanın meşədə bir-biri ilə rast gəlməkləri ikisini də iztiraba saldı: qanları cuşə gəlib az
qaldı ki, özlərini itirsinlər.... Bahadır qızın dalınca xeylaq baxdı: vaxt ki, qız gözdən itdi,
Bahadır yavaş-yavaş qızın dalınca gedirdi. Bu minvalla gəldi bazara, fəqət qızı görmədi. Bahadır
mahud almaq fikri ilə bir mağazaya varid oldu. Bunun üzərinə mağazanın sahibi gəlib Bahadıra:
"Buyurunuz, nə xahiş edirsiniz?"
3
Bahadır:
"Zəhmət çəkib mənə qara rəngdə mahud göstəriniz."
"Buyurunuz, " -- deyə göstərir -- bu çox yaxşı mahuddur.
"Həqiqət, yaxşıdır! Neçədir qiyməti?"
"Axır qiyməti: arşını dörd manatdır."
"Çox gözəl! İki arşın yarım kəsiniz."
Mağaza sahibi iki arşın yarım ölçüb kəsdi, sonra kağıza qoyub Bahadıra verdi və bir az fikirdən
sonra Bahadırdan sual etdi:
"Cənabınız studentdirmi?"
"Bəli, " -- Bahadır cavab verdi.
"Sizin yoldaşlardan burada çoxdurmu?"
" Xeyr, ancaq üç nəfərik."
"Bəs sizlərdən heç müsəlman varmı?"
"Bəli, ancaq bir müsəlman var."
4
"Siz buyurduğunuz şəxs farsca bilirmi?"
"Bəli, bilir."
"Bəs nə vaxt siz zəhmət çəkib məni onunla aşna edərsiniz?"
Bahadır bir az fikirdən sonra cavab verdi:
"Məlum ola ki, o student mənəm, sizin qulluğunuzda durmuşam."
"Çox gözəl oldu ki, mən sizinlə aşna oluram "-- Yusif, deyib Bahadıra əl verdi. Və bir-birinə öz
adlarını bəyan edəndən sonra Bahadır bir az fikrə gedib sual etdi:
"Təvəqqe edirəm buyurasınız görüm, siz neçin farsca bilən axtarırsınız?"
"Səbəb odur ki, -- cavab verdi Yusif -- mənim bir qızım var, "Qız institutunu" qurtarıb, türkcə
dəxi yaxşı bilir və hətta yazır da. Amma indi farsca oxumaq istəyir, ona gərə mən də adam
axtarırdım. Sizə rast gəlib nəhayətdə xoşhal oldum. Ümidvaram ki, bu barədə mənə köməklik
edərsiniz."
Bahadır bir az fikirdən sonra:
"Çox əcəb! Bu barədə mən sizə köməklik edərəm...."
"Çox məmnunəm, " -- Yusif Bahadırın əlindən tutdu və dedi: -- Bəs nə vaxt bizə
buyuracaqsınız? "Nə vaxt istərsiniz."
5
"Belə olan surətdə təvəqqe edirəm sabah günorta bizə buyurasınız, amma ... çünki evimizi
bilmirsiniz, ona görə zəhmət qəbul edib mənim yanıma buyurarsınız, buradan bir yerdə
gedərik."
"Çox əcəb, " -- Bahadır deyib çıxdı.
Bahadır üz qoydu öz evinə gəlməyə. Ruzigar qaranlıqlaşmışdı. Bahadır şam yandırıb öz adətinə
görə başladı qəzetə oxumağa. Həmin nömrədə müsəlmanların mədəniyyət barəsində dalda
qalmağından yazmışdılar. Oxuyub qurtarandan sonra dərin-dərin fikrə gedib qəm dəryasına batdı
və qələm götürüb öz ruznaməsində yazdı. Bir xeylaq yazandan sonra qələmi əlindən buraxıb
soyundu yatmağa. Bahadır yerinin içində cürbəcürə fikirlərə düşdü. Nədən fikir edirdi?
Peterburqdanmı və orada təhsil etdiyi elmdənmi? Xeyr, Bahadırın başındakı fikirlər bunlar
deyildi. Üç fikir onu məşğul etmişdi: əvvəlinci öz millətinin halı ki, qəzetədə yazılmışdı. İkinci,
o qız ki, ona meşədə rast gəlmişdi və üçüncü o qız ki, onu oxudacaqdı.... Bu tövr fikirlərə
gedərkən birdən səslə dedi: "Ah, nə olardı ki, mən oxutduğum qız meşədəki olaydı!" Sonra:
"Belə iş olmaz" -- deyib ümidini yozdu. Bu fikirlərdən sonra Bahadırı erməni qızının farsca
oxumağı məşğul etdi və öz-özünə dedi: "Bu millətə təəccüb etməlidir! Erməni qızı neçin farsca
oxusun? Neçin türkcə bilsin?...." Bu fikirdə olarkən Bahadır yuxuya getdi.
Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlıydı. Çünki mülklərini
qeyriləri dolandırırdı. Bir zamandan sonra borca düşüb var-yoxunu satıb borcunu verdi. Lakin iki
min manatlıq yer anasının adına qalmışdı.Bahadır hərçənd atasının tək oğlu idisə də, bununla
belə qeyriləri kimi atasının dövlətinə çox da ümid bağlamayıb oxumağa səy edirdi.
Gimnaziyanın beşinci klasına keçəndə Bahadırın atası vəfat etdi və bir il ondan sonra anası öldü.
Atasının və anasının bivaxt ölməkləri, atasından sonra köməksiz qalmağı və oxumağa məhəbbəti
Bahadırı min-min fikirlərə salıb bilmirdi ki, nə etsin. Bahadırın gözəl əxlaq və ətvarına görə
yoldaşları onu çox sevirdilər. Bahadıra belə bədbəxtlik üz verəndən sonra yoldaşları sözlərini bir
edib başladılar Bahadıra layiqincə kömək etməyə, bu minvalla Bahadır gimnaziyanı qurtardı.
Gimnaziyanı qurtarandan sonra yenə oxumaqdan əl çəkməyib istədi ki, anasının adına qalan yeri
ucuz qiymətə satıb universitetə getsin, taki, elmini başa çıxarda. Qeyrətli yoldaşları: "Yer
gələcəkdə sənə lazım olar" deyib, onu belə fikirdən daşındırdılar və özləri dəxi öz aralarında
Bahadıra kömək edirdilər. Universitetdə Bahadırın işləri yaxşı keçdi. Çünki özü üçün bir neçə
dərs tapıb ayda 40 və 50 manata qədər pul qazanırdı. O pulla yoldaşlarından birinə də kömək
edirdi. Üç il bu minvalla universitetdə oxuyub dördüncü il yay fəsli rüxsət olunan vaxt bir neçə
yoldaşları ilə Məngilisə gəldi.
* * * * *
Sabah açıldı. Bahadır hələ üzünü yumamış ev yiyəsi qoca övrət Bahadırı çay içməyə çağırdı.
Bahadır üzünü yuyub çay içməyə getdi. İki stəkan çay içib öz otağına gəldi və qəzetə götürüb
oxumağa məşğul oldu. Sonra Yusifgilə getmək üçün hazırlaşıb yola rəvan oldu. Yusif Bahadırı
görüb nəhayətdə şad oldu.
6
Yusif tiflisli məşhur dövlətli erməninin oğlu idi. Atası mədəniyyətli olduğuna görə oğlunu da
gimnaziyada oxudurdu. Yusif 18 yaşında ikən atası öldü. Çünki Yusif atasının tək oğlu idi, ona
görə atasından sonra buna mümkün olmadı ki, elmlərini başa çıxartsın. Bu səbəbə Yusif
gimnaziyadan çıxdı. Bir az müddətdən sonra Yusif bir gözəl erməni qızına aşiq olub onu aldı.
Bunun övrəti Avropa elmlərindən dadmış bir ağıllı övrət idi. İki ildən sonra bunlardan bir qız
dünyaya gəldi adı Səlimə (Salome), 17 yaşında ikən ərə getdi. Səlimənin əri Məngilisdə olurdu.
Yusifin Səlimədən başqa bir oğlu və iki qızı var idi. Yusif uşaqlarının içində hamıdan çox kiçik
qızı Sonanı istəyirdi. Zira ki, Sona əxlaq və ətvarda hamıdan gözəl bir qız idi. Sona oxumağı 8
yaşından başladı. Sonanın ibtida müəlliməsi nəhayətdə ağıllı və pedaqogika elmində qabilə bir
övrət idi. Məzkurə qız bir neçə vaxtdan sonra "Jenski institut" adlanan məktəbdə oxuyurdu. Az
müddətdə bu qızı ağıl-kamalının səbəbinə müəllimləri nəhayətdə sevirdilər; 15 yaşında firəng və
rus dilində azadə danışardı. Bu dillərdən başqa dəxi türkcə yaxşı yazıb-oxuyurdu. Öz dilini
demək artıqdır! Çox çəkmədi ki, bu qız institutu nişanla qurtardı və ağıl-kamalı ilə məşhur olub
hər yerdən istəyirdilər ki, onu alsınlar. Amma qız heç kəsə getmək istəməyirdi, çünki istəyirdi ki,
ömrünü qələm işlətməklə millətinin yolunda çürütsün.... Yusif bir neçə səbəblərə görə Məngilisə
gəlib orada mağaziyə açdı və yer alıb bir yaxşı ev saldırdı. Payız fəsli Yusifin külfəti Tiflisdən
Məngilisə köçdü. Amma nə fayda ki, Məngilisin pis vaxtı idi. Çünki yayda gələnlər hamısı
köçmüşdülər, bundan əlavə, ağaclar yavaş-yavaş solub havanın nəfəsi sovuqlaşmışdı. Sona üçün
günlər nəhayətdə qəmgin keçirdi, bir dost-mehribanı yox idi. İti çovğunlardan sonra yaz fəsli
gəldi. Məngilis yaşıl məxmərlə bəzəndi və Sonanın ürəyi qəfəsdən çıxan bülbülün ürəyinə
bənzərdi. Yay aralığa gəlib xalq yavaş-yavaş Tiflisdən Məngilisə köçdü. Bir az zamanda Sona
özü üçün həmsöhbət tapdı. Gününü gah bağlarda və gah meşələrdə keçirirdi. Məngilisin yay
fəsli Sonanın nəhayətdə xoşuna gəldi....
Bahadır Yusiflə bir böyük, gözəl bəzənmiş zalda bulundular. Bunlar bir-biri ilə şirin söhbətə
məşğul idilər, Bahadır hərdənbir ürəyindən bunu keçirirdi: "Allah! Görəydim o qızı ki, mən
oxudacağam, necə qızdır?"
Nəzakətli Sona bir saat güzgünün qabağında gah aya bənzər camalı ilə, gah donu ilə məşğul idi.
Sona elə ki, geyinib hazır oldu, qapının arasından baxdı. Bahadırı görüb öz-özünə dedi: "Bu
mənə tanış surətdir!".
Bir az keçəndən sonra Sona anası ilə bərabər içəri daxil oldular. Yusif tez yerindən qalxıb
bunları adətə görə Bahadırla dost etdi. Bahadır bir özgə halətdə bulundu. Sona dəxi onun halını
hiss etdi. Bahadır Sonanın meşədə mərmər döşü açılmış, yaşıl otun üstündə sərilmiş halını nəzərə
gətirdi, gözlərindən od parıldadı....
Sonanın anası Maşo gülə-gülə Bahadıra dedi:
"Sizinlə dost olmağımıza nəhayətdə şadam."
7
"Bəli, bu saat ki, sizinlə oturmuşam, ömrümdə gözəl saatlardan biri hesab edirəm. " -- Bahadır
deyib Sonaya nəzər yetirdi. Sonanın dəxi bu sözlərdən xoşu gəlib Bahadır tərəfə baş əydi. Söhbət
bir az ara verəndən sonra Yusif üzünü Bahadıra
tutub dedi:
"Allah-taala bizim dostluğumuzu həmişəlik etsin və təvəqqe edirəm ki, bu gündən bizə daşınıb
bu üç ay yayı bizimlə olasınız."
Bahadır Yusifdən elə ki, bu sözləri eşitdi, nəhayətdə şad oldu və Yusifə kamal-ədəblə baş əyib
dedi: "Çox təşəkkür edirəm!"
Saat ikidə stol nahara hazır oldu. Yusif durub Bahadırı nahar olunan otağa dəvət etdi. Hamısı
nahar otağına getdilər. Yusif stolun başında, Bahadır sağ tərəfdən və Maşo, Sona sol tərəfdən
əyləşdilər. Xörək dörd rəng idi. Stolun üstündə nə ki lazım idi, hamısı hazır olmuşdu. Nahar
vaxtında millətlər barəsində bir neçə söhbət oldu. Erməni millətinin barəsində söhbət edəndə
Sona ağzını açıb bülbül kimi ötürdü.... Nahar xeylaq uzandı. Nahardan sonra Bahadıra bir otaq
verdilər ki, orada bir az rahat olsun. Elə ki, saat altı oldu, Bahadıra qulluqçu su gətirib üzünü
yudurtdu. Ondan sonra hamı balkona yığılıb çay aralığa gətirdilər. Yusif çay vaxtı vədə qoydu
ki, Bahadır sabahdan daşınsın. Saat 8 olardı ki, çaylarını qurtardılar. Bahadır bunlarla görüşüb
öz evinə getdi.
* * * * *
O biri günü saat 9-da Sonanın gədəsi Bahadırın qapısında hazır oldu. Bahadır ev yiyəsi ilə
hesablaşıb şeylərini gədəyə tapşırdı və özü də Sonagilə getdi. Bahadır uzaqdan Sonanı balkonda
bunu gözləyən görüb ürəyi iti döyünürdü və Sonanın dəxi rəngi təğyir tapdı; elə ki, Bahadır
Sonaya yavuqlaşdı, Sona gülümsünüb ağ əlləri ilə Bahadırın əlindən tutub çəkdi. Bahadır
hamısını hiss edirdi. İkisinə də məlum oldu ki, bunlarda məhəbbət əlamətləri vardır.
Sona və Bahadır zala varid oldular. Bu vaxtda Maşo içəri daxil oldu və onun dalınca çay
gətirdilər. Çaylarını içəndən sonra Maşo Bahadır ilə salamatlaşıb özgə yerə getdi. Evdə ancaq
Sona ilə Bahadır qaldı. Ev qulluqçuları işə və uşaqlar oynamağa məşğul idilər. Söhbətləri bir az
ara vermişdi ki, Sona kamal-ədəblə Bahadıra dedi: "Bu otağa buyurunuz". Bahadır Sonanın
dalınca gedib bir gözəl bəzənmiş otağa daxil oldular. Pəncərələrin qabağında cürəbəcürə güllər
və üstündə bülbüllər cəh-cəh edib öz nəğmələrini oxuyurdular. Otağın bir tərəfində kravat,
balışları qu tükündən, bir tərəfində də miz, bir neçə stul və əlüzyuyan. Sona otağı göstərib dedi:
8
"Buranın sizə təəllüqü vardır." Bahadır baş əyib dedi:
"Təşəkkür edirəm. Bu vaxt gədə gəlib xəbər verdi ki, şeyləri gətiriblər."Sona həmin saat şeyləri
otağa daşıtdırdı.
Sona ev işinə məşğul idi və Bahadır öz şeylərini yer-bəyer edirdi. Xülasə, axşam aralığa gəldi.
Bahadır adətə görə ruznaməsini götürüb bir neçə şey yazdı.... Elə ki, sabah oldu, Sona fars dilini
oxumağa başladı. Bahadır bir neçə həftə danışıqda çox işlənən sözləri ona öyrətdi və sonra
kitabdan az-az dərs verirdi. Sonanın səyi çox olmağa görə bir az müddətdə farsca Bahadırın
suallarına dəxi cavab verirdi.... Bir gün Bahadır millət sözünü bəyan edərkən fikrə gedib ah
çəkdi və yavaşdan farsca bunu dedi: "Biçarə millətim!" Bunu deyib rəngi təğyir tapdı. Sona
bunun sözünü yaxşı eşitməyib sual etdi:
"Nə üçün siz ah çəkdiniz və nə dediniz?"
Bahadır bir az fikirdən sonra dedi:
"Sizə dair bir söz demədim, ona görə təvəqqe edirəm ki, ürəyinizə bir şey gətirməyəsiniz."
"Xeyr, sizin sözlərinizdən mən özgə bir şey hiss etdim, təvəqqe edirəm məndən heç bir şeyi
gizlətməyəsiniz."
"Həqiqət, sizə dair bir söz demədim."
"Bahadır bəy! Hərgah indi buyurduğunuz mətləbi mənə aşkar etməsəniz, onda dəxi könlüm
sizdən dönər. Məlumdur ki, övrətin ürəyi kişininki kimi olmaz. Hərgah deməsəniz, öz canıma
and verirəm."
"Sona xanım! Nə üçün öz canınıza and verirsiniz? Özünüz yaxşı bilirsiniz ki, hərgah lazımlı söz
olsa, sizdən gizlətmərəm. O mətləb ki, mən dedim sizə əsla lüzumu yoxdur. Sizin üçün
xeyirsizdir. Mən ancaq millət sözünü bəyan edirdim, hərgah mənim ah çəkməyim sizi şəkkə
salır, təvəqqe edirəm ki, bu barədə özgə fikirlərə düşməyəsiniz, çünki ah çəkmək mənim həmişə
adətimdir."
9
" Bahadır bəy! Təvəqqe edirəm mətləbdən kənar olmayasınız. Nə dediniz və nə üçün ah
çəkdiniz, hamısını mənə bəyan ediniz, çünki bu pünhanlıq məndə bir böyük dərd olar."
"Sona xanım! Sizdə dərd olunca qoyun məndə olsun!.... O ah ki, mən çəkdim, millətpərəstlik
ahıdır ki, həmişə mən çəkirəm. Sizə məlum olsun ki, mən millət sözünü bəyan edirdim. O vaxt
öz millətim yadıma düşdü...."
Sona bu sözləri eşidib bir az fikrə getdi və dörd ətrafına baxıb gördü ki, heç kəs yoxdur,
yavaşdan Bahadırın əlindən tutub dedi:
"Nəhayətdə şadam! Çox gözəl ki, iki bir fikirli cavanlar bir yerə düşüblər!...."
Bahadır fikirdə ikən Sona yenə əlindən tutub dedi: "Təvəqqe edirəm bundan sonra bu babda
məndən bir şey gizlətməyəsiniz, çünkn mən də siz fikirdəyəm "... neçin bəs ah çəkdiniz?
"Ondan ötəri ki, bizim millət qeyri millətlərdən dalda qalıbdır...."
"Bəs buyurun görək, aya, sizin millət yəni necə dalda qalıbdır?" --Kitabı əlindən yerə qoyub
Sona Bahadırdan sual etdi.
" Əzizim Sona xanım! Dəxi necə dalda qalmasın bir millət ki, dünya elmlərindən qaçaq
düşübdür? Və elmsiz millət qabağa gedərmi? Getdi zor dünyası!...."
"Haqq buyurursunuz, amma bu barədə gərəkdir sizin ruhanilər çalışalar, çünki xalq onlara
inanır."
"Bəli, doğru buyurursunuz, xalq ancaq mollalara inanır, yəni molla nə desə xalq ona əməl
edir."İslamın və millətin evini yıxan bu deyilmi? Müsəlman filosoflarından biri deyir:
"Məhəmməd peyğəmbər hazırda öz millətinə nəzər etsə, yəqin qoyduğu dini tanımaz".
10
Bahadır bu sözləri deyib papirosunu yandırdı. Sona bu sözlərdən sonra bir az fikrə gedib dedi:
"Həqiqət, çox çətin məsələdir. Müsəlman millətinin və ya müsəlman dövlətlərinin hər yerdə
tənəzzüldə yaşamaqlarına səbəb nə ola, əcəba?! Məsələn, mən bir neçə filosof inşalarında
oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir."
Bahadır bu sözlərdən sonra Sonaya diqqətlə baxıb gülümsündü:
"Sona xanım! Zahirdə həqiqət belədir, görünür. Fəqət bu məsələyə bir az ehtiyatlı girişmək lazım
gəlir: hamı millətlərdə ruhanilər bir neçə səbəblərə görə dünya elmlərinə həmişə düşmən olublar,
yəni tərəqqi yolunu mümkün olan qədər millətin üzünə bağlı qoyublar. Lakin bu məsələdə
xristian aləmi ilə müsəlman aləmində bir təfavüt görünür. Xristian aləmində ruhanilər elmlərə
düşmən olublarsa da, fəqət padşahlar və dövlət ruhanilərlə müdam müharibədə bulunublar.
Ruhanilər əski qanunlara yapışarkən camaatı qaranlıqda saxlamaq istəyiblər."
Padşahlar--dövlət isə zəmanənin təqazasına görə təzə qanunlar meydana gətirməklə millətin
tərəqqisinə çalışıblar. Xristian aləmi müdam belə bir müharibədə olarkən özünü ruhanilərin
zəncirindən yavaş-yavaş xilas edibdir. Müsəlman aləminə diqqət edərsnniz isə bu müharibəni
görməzsiniz. Padşah həm xəlifə olub da, həm dövlətin yol göstərəni. Padşah--xəlifə, ya
zəmanənin ən böyük ruhanisi tərəqqi yolunu camaatın üzünə qəsdən, ya səhvən bağlayıbdır. İndi
bu vaxtadəkOsmanlı padşahının xəlifə adlanmağı böyük bir dəlildir.... Daha açıq söyləyəlim:
məxsus insanın məişətinə, dünyasına dair qanunlar, ibadətə dair olan qanunlarla bir gücdə
saxlanıbdır. Xristian aləmi haman müharibənin zoruna bu qanunları bilmərrə ayırıbdır, yəni
xristian ağlı müdam tərəqqi yolunda işlərkən, müsəlman ağlı əski qanunlara kifayət edib
paslanmışdır.
İslamın barəsində məzkur bədgüman olanlar demək olar ki, "lojiq"aləmində öz səhvlərini
düşünməyirlər. İslam, həqiqət tərəqqiyə, yəni elmə düşmən olsaydı, Bəni-abbasilər İspaniyada
olan vaxt tərəqqi yolunda bulunmazdılar: haman ərəblər və haman islam! Əcəba, nə səbəbə o
vaxt islam onların elm yolunda tərəqqilərinə mane olmurdu?.... Öz uşaqlarını həlak edən,
murdar olmuş heyvanların ətini yeyən, oğurluq, quldurluq ilə dolanan, bir allahın yerinə min
dörd yüz bütlərə səcdə edən,əxlaqı büsbütün pozulmuş ərəblərə, əcəba, nə üçün dini-islam gəldi?
Əlbəttə, əxlaqı pozğun millətin əxlaqını düzəltmək üçün, yəni ona tərəqqi yolunu göstərmək
üçün. Açıq söyləyəlim: bir camaat üçün müəyyən bir din ortalığa gəlirsə, haman camaat səbəb
olur, deyilmi? Belə olan surətdə demək olurmu filan din, filan millətin tənəzzülü üçün gəlibdir?
Buna bərəks gərək deyilə: hər din camaatın tərəqqisi üçün gəlir. Din gətirən, camaatın xeyrini
əlbəttə, nəzərdə tutur.... Dini qəbul edib onun intişarına çalışanlar nazik bir nöqtəni anlamaq
istəmirlər.... Xristian dinini intişar edənlər bir Lüterin çıxmağına səbəb olan kimi müsəlman
aləmi də öz Lüterini gözləyir. Bu Lüter gəlib də deyəcək: insan daima tərəqqi yolunda
yaşayarkən onun məişəti və ağlı müəyyən, həmişəlik bir qanuna kifayət edə bilməz. Haman bu
mətləbi Məhəmməd peyğəmbər aşkar deyibdir. Yəni hər bir işi ağıla həvalə et, ağıl nə buyurarsa,
11
ona əməl et.... Fəqət iki mənsəb bir vücudda olmaq, yəni zikr olunan müharibənin olmamağı bu
gözəl və tamam düyünləri açan sözlərin gizlin qalmasına səbəb olubdur. Sona Bahadırın bu
sözlərindən sonra dedi:
"Bəli, haqdır. Günah din gətirəndə deyil, bəlkə dini intişar edənlərdədir...."
Bu minvalla Bahadır və Sona hər gün dərsdən sonra bu tövr söhbətlərə ciddi surətdə girişirdilər.
Bu nazik mətləblər hər birisinin ürəyinin ən nazik hissli guşəsində yer edirdi. Gündən-günə
bunların bir-birinə məhəbbətləri artırdı. Fəqət
cürət edib aşkar edə bilmirdilər. Bir neçə saat bir-birini görməsəydilər, hər ikisi qəm dəryasına
mübtəla olurdu....
* * * * *
Saat olardı dörd. Nahardan sonra Bahadır pəncərədə oturub qabağındakı meşəyə tamaşa edirdi.
Bir tərəfdən otaqdakı bülbüllərin nəğməsi, o biri tərəfdən meşədə axan bulaqların səsi və
gərdişin comərdliyi Bahadıra böyük bir ləzzət verirdi. Nökər içəri daxil olub Bahadıra bir şəxs
onu görmək istəyir dedi. Bahadır dişqarı çıxıb gördü ki, yoldaşı student Alekseydir. Bahadır
Alekseyi evə dəvət etdi. Hər ikisi pəncərənin qabağında əyləşib ruzigara tamaşa edirdilər. Bir az
fikirdən sonra Aleksey Bahadırdan sual etdi:
"Nə əcəb gəzməyə çıxmırsan?"
"Kefim bir az nasazdır"--deyib cavab verdi.
"Səbəb?"
"Neçə gündür başım ağrıyır."
""Tərcüman" qəzetəsinin axırıncı nömrəsini oxudunmu?"
12
"Bəli, oxudum."
"Osmanlı dilinin barəsində yazdığı haqdırmı?"
"Haqdır."
"Təəccübdür!...."
"Nə üçün təəccüb edirsən?"
"Çünki hər millət bu zəmanədə çalışır ki, dilini asana çıxartsın, amma onlar gedə-gedə dillərini
dəxi də çətin edirlər."
"Bəli, bu bir naxoşluqdur ki, bizlərə də keçibdir. Bizim əhli-qələm, fikirlərini bu yerə qoyublar
ki, inşalarını həmişə fəsahət və bəlağətlə yazsınlar; çünki sadə türk dili ilə yazanları nadan hesab
edirlər."
"Aya, görək bu inşaları hamı anlayırmı və cəmaata nəf gətirirmi?"
Bahadır təbəssüm edib cavab verdi:
"Sən elə fikir edirsən bizim əhli-qələmin əksəri bir şey inşa edəndə fikirləri o yerdə olur ki,
oların əsərlərindən camaat mənfəətbərdar olsun? Xeyr! Yazanlarımızın əksəri ərəb və fars
sözlərini bilməkdə hünərlərini göstərmək istəyirlər. Bundan savayı, bu cür dəxi əhli-qələm vardır
ki, özlərini xalqın nəzərində artıq göstərməkdən ötəri şerlər düzəldirlər. Bu biçarələr gecədə bir
qafiyə düzəldib gözəl vaxtlarını puç edirlər. Və dəxi bir parası vardır ki, bu xeyirsiz işlərə bəs
etməyib müsəlman millətinə dair mədəniyyət və məişət xüsusində bir para lazım olan məsələləri
rus qəzetələrində yazırlar, tainki qeyri millətdən də afərin eşitsinlər."
"Sənin sözünün qüvvəti, keçən il həmin bu söhbəti Tiflisdə eşitdim."
13
"Yəni necə?"
"Keçən il Tiflisdə "Badkubə" adlanan qəstində oturub nahar edirdim. Mən əyləşdiyim otağa 9
nəfər cavan müsəlman gəlib nahar yeməyə məşğul oldular və mədəniyyətdən söhbət edirdilər.
Onlardan biri o birisinə dedi: "De görüm, aya, nə məqsudla müsəlman çobanına rusca yazırsan
ki, çobanlığı buraxıb elm dalınca getsin?".
Yoldaşı cavab verib dedi ki: "Nə eybi var, qoy qeyri millət də bilsin ki, bizdə də rusca yazanlar
var...." Çünki bu tövr cavab onun ağlının naqisliyini göstərirdi. Ona görə mən istədim biləm bu
kim ola və hərçənd adını dedilər isə də, amma heyfa ki, unutmuşam....
Bahadır dəxi fikir edib tapa bilmədi və bir az fikirdən sonra dedi:
"Bəli, necə ki, əvvəl dedim, müsəlman arasında bu tövr əhli-qələm nəhayətdə çoxdur.... Xülasə,
saf ürəklə millət yolunda zəhmət çəkənlər çox azdır." Bahadır bu sözləri deyib durub otaqda
gəzindi. Bir az fikirdən sonra Aleksey sual etdi:
" "Kəşkül" qəzetəsi alırsanmı?"
"Bura gələndən "Kəşkül"ün üzünü görməmişəm...."
"Onun həmişə adətidir: üç ayda bir, ya dörd ayda bir çıxar."
"Günah yalqız onda deyil. Günah bizim müsəlmanlardadır ki, biçarəyə kömək etmirlər...."
Bu danışıqda Yusif içəri daxil olub, "Məni bağışlayın"--deyib Bahadıra əl verdi. Sonra Alekseylə
dost oldular və Alekseyə üzünü tutub dedi:
"Xoş gəlibsiniz!" Aleksey ikramla baş əydi.
14
"Nə barədə söhbət edirdiniz?"--Yusif deyib sual etdi.
"Söhbətimiz bunların "Kəşkül" qəzetəsinin barəsindədir. Bu qəzetə ayda bir, ya iki dəfə çıxır,"--
Aleksey cavab verib Yusifə diqqətlə baxdı.
"Doğru buyurursunuz,"--deyə Yusif cavab verdi--Biz Tiflisdə olan vaxtlar mənim qızım türk dili
oxuyan vaxt istədi ki, haman qəzetəni alsın. Amma sonradan gördüm ki, həqiqət, gec-gec çıxır,
ona görə almadım.
Aleksey cavab verib dedi:
"Bahadırın deməyinə görə günah tək qəzetənin mühərrirində deyil və hətta millətdədir; çünki
deyir, guya müsəlman camaatı qəzetə yazanlara köməklik etmir."
"Bəli, haqdır. Hərgah qəzetə işində millətin köməkliyi olmasa iş qabağa getməz."--Yusif deyib
ayağa durdu.--Fəqət onu da deməliyəm, qəzetə verənlərdə də insaf gərəkdir ola....
"Millət necə kömək etsin ki, qəzetə onun nəzərində yalançı bir şey görünür və bir para mollalar
qəzetə oxuyanları uşaq və nadan hesab edirlər"--Bahadır dəxi bu sözü deyib qalxdı.
"Buyurunuz zala,"--deyib Yusif əli ilə göstərdi. Hamısı zala daxil oldular. Bir az müddətdən
sonra Maşo və Sona dəxi gəldilər. Aleksey ilə dost olub hər kəs öz yerində əyləşdi. Aralığa çay
gətirdilər.
Hamı xamuş olandan sonra Yusif dedi:
"Bəli, Bahadır bəy! Otaqdakı söhbətimiz nə yerdə qaldı?"
Sona atasından bu sözləri eşidib Bahadırın üzünə baxdı və söhbət nə barədə olmağını sual etdi.
"Bizim qəzetələrə diqqət tuturlar",--Bahadır başını aşağı salıb cavab verdi.
15
"Bahadır bəy! Həqiqət, diqqət tutulasıdır. Amma biçarə mühərrirlər nə etsinlər ki, müsəlman
millətində həmiyyət yoxdur."--Sona bu sözləri deyib Alekseyə baxdı:
"Necə yəni həmiyyət yoxdur?"--Yusif təəccüblə Sonaya baxdı. Sona atasının cavabında dedi:
" Məsələn, millətin nəzəri qəzetəyə nəhayətdə həqirdir. Qəzetə onlar üçün artıq və lazımsız bir
şeydir. Bir şey ki, lazımsız ola, ona pul verərlərmi? Və camaat qəzetəni almayanda biçarə
mühərrir nə ilə dolansın və kimin üçün yazsın. Hərgah müsəlman milləti bunu anlaya ki, qəzetə
göz açar, insanı qaranlıqdan işıqlığa salar və bilmədiyini bildirər, əlbəttə, onda qəzetəni alan da
və kömək edən də çox olar. Və nəinki qəzetə, özgə işlər də bunun kimi. Müsəlman cavanlarından
hazırda yazanlar az deyil, mən hətta bir neçəsini bilirəm ki, biçarələr gözəl-gözəl kitabçalar
yazıblar; lakin pulları olmadığına səbəb basdıra bilmirlər. Millətdə hümmət olsa, belə olmaz....
Siz elə bilirsiniz ki, bu qədər erməni millətinin arasında ki, kitab var, inşa edənlər özləri
basdırırlar?"
"Bizim işimiz başqa".--Yusif təbəssüm edib dedi.--Biz evlənəndə hərgah uşağımız, qızımız da
olmuş olsa yenə millətin işini unutmuruq: həmişə bir qədər pul, ya kitab basdırmağa, ya
məktəblərə və ya kəlisalara bağışlayırıq.
"Bəs bunu müsəlmanlar edə bilməzlərmi?"--Sona atasına baxıb dedi:--Məgər müsəlmandan azmı
dövlətli var? Bu biçarələrin hətta cəmiyyəti-xeyriyyələri də yoxdur. Xülasə, işləri çox çətindir,
sözlə bunlara qandırmaq mümkün deyil, gərəkdir ki, bu millət arasında mədəniyyət yayıla, onda
özləri anlayarlar, millət nədir, hümmət nədir.
Bu minval çay qurtaranadək aralıqda çox söhbət oldu və Sona dəxi verilən suallara layiqincə
cavab verirdi.
Aleksey Sonanın sözlərinə diqqətlə qulaq verib öz ürəyində deyirdi: "Xoş olsun bizim millətin
halına ki, bu qanacaqda övrətləri də vardır!".
Bir az söhbətdən sonra Aleksey mürəxxəs olub öz evinə getdi və Bahadır dəxi öz otağına....
16
Bir azdan, Sona Bahadırın yanına gəlib adətə görə akoşkanın qabağında oturdular. Dərsdən sonra
Bahadır bu şeri avazla oxudu:
"Morğe-səyyade-toəm, oftadeəm bər dame-to,
Ya bekoş, ya dane deh, ya əz qəfəs azad kon".
[Tərcüməsi: Sənin ovladığın quşam, toruna düşmüşəm,
Ya öldür, ya dən ver, ya qəfəsdən xilas et.]
Sona bu sözləri anlayıb ürəkdən bir ah çəkib yanaqları od kimi parıldadı. Akoşkadan dişqarı
baxıb dedi:
"Bahadır! Bir bax o biçarə bülbülə, gül üçün necə yanıqlı cəh-cəhlər vurur."Bir nəzər et gülə,
necə qönçəsini açıb guya bülbülə deyir: "Bu can sənindir, əzizim!...."
Bahadır Sonanın işarəsini başa düşdü və cavab verməyə imkanı olmayıb əyləşib iki əli ilə başını
tutub dərin-dərin fikrə getdi. Sona dəxi Bahadırın əlindən tutub dedi:
" Bahadır, o nə sirrdir ki, insan bir-birindən təfriqə düşübdür?...."
Bahadır Sonanın sualına cavab verməyib ancaq dedi:
"Sona! Vaxt olar indi mənə verdiyin sualın barəsində söhbət edərik. "Bu sözlərdən sonra ikisi də
ixtiyarsız bir-birinin əlini tutdular, Sona yerə baxırdı, Bahadırsa onun üzünə. Bu halda bir neçə
dəqiqə sözsüz qaldılar. Lakin əllərinin titrəməyini hər biri hiss edirdi....
Bu vaxt qapıdan qulluqçu Sonanı atasının yanına çağırdı. Sona Bahadırın otağından çıxıb getdi.
Bahadır dəxi Sonanın axırıncı sualını təkrar edib qəm dəryasına mübtəla oldu. "Həqiqət, səbəb
nədir ki, insan bir-birindən təfriqə düşübdür",sözləri Bahadırı tövrlü-tövrlü fikirlərə saldı....
17
* * * * *
Avqust ayı aralığa gəldi, hava soyuqlaşdı, Məngilisə gələn qonaqlar gündən-günə azaldı. Və
Bahadır dəxi yavaş-yavaş hazırlaşırdı gözəl Məngilis ilə ayrılsın. Sona bunu hiss edirdi və öz-
özünə deyirdi: "Kaş hər günümüz bir il olaydı!" Hərçənd Bahadır üçün Sona ilə ayrılmaq
nəhayətdə çətin gəlirdi, fəqət nə etməli? Lazım idi ki, elmini tez tamam edib azad olsun.
Avqust ayının 15-i idi. Bahadır Tiflisdəki yoldaşı Sultandan kağız aldı. Kağızı oxuyub gördü ki,
yoldaşları Tiflisdə bunu gözləyirlər, tainki Rusiyətə bir yerdə getsinlər. Otaqda heç kəs yox idi.
Kağızı oxuyandan sonra Bahadır bir saat fikrə gedib bilmirdi ki, nə etsin. Axırda fikrini dağıdıb
başladı yavaş-yavaş şeylərini yığışdırmağa. Sona qapının arasından bunu yığışırılan görüb tez
içəri daxil oldu.
"Bu nədir? Nə edirsiniz?"--deyib Bahadırın əlindən tutdu, Bahadır kağızı göstərdi. Sona bir az
sakit oldu və ürəkdən bir ah çəkib dedi:
"Görəsən bizim ayrılığımız həmişəlikdir, ya ruzigar bir-birimizlə görüşdürəcəkdir?..."
"Ümidvaram ki, gələn yay yenə bir-birimizin vüsalına yetişək!"
Sona dişqarı çıxıb Bahadırın yığışmağını atasına və anasına söylədi. Maşo və Yusif bu
əhvalatdan nəhayətdə qəmgin oldular; Bahadır üçün yola lazım olan şeyləri hazır etdilər.
Sabahı günü troyka qapıda hazır oldu. Bahadırın şeylərini lazımınca yığışdırıb hazır etdilər.
Hamı balkona, Bahadırı ötürməyə çıxdı. Bəli, vaxt oldu ki, Bahadır hamısı ilə xudahafiz edib
sevgili Sonası ilə ayrıldı.... Və Sona "kağızınızı gözləyirik" deyib atasını balkonda qoyub
Bahadırın otağına tez gəldi və gözlərindən qanlı yaşlar töküb uşaq kimi ağladı.
İKİNCİ HİSSƏ
18
Bahadır Sonadan ayrılandan sonra troyka çaparaq əyri-üyrü yollarla qalın meşəli dağın başında
bulundu. Bahadır qeyri bir halətdə idi. Bahadır üç verst bihuş gedib ancaq troykaçı dağın başında
atın cilovunu düzəltmək istərkən ayıldı. Gördü ki, Sonadan xeyli iraq düşübdür. Onun fikrindən
quş olmaq keçirdi ki, axırıncı dəfə uçub həməfkarlı, ruhuna və ağlına ləzzət verən Sonaya
baxsın, amma nə fayda!....
Troykaçı atları sürmək istəyəndə Bahadır: "Yavaş bir az"--deyib troykanı saxlatdı. Bahadırın
nəzəri Sona olan evə sataşıb bir neçə rüb gözlərini bir nöqtədən çəkmədi və sonra çarəsiz qalıb
troykanı sürdürdü.
Bahadırın başında min-min fikirlər, tövrbətövr xəyalat olarkən "Piryut" adlanan qalığa yetişdilər.
Burada Novruz troykaçı atlara iki saat yorunuq vermək istədi: Novruz otuz yaşında, gödəkboy,
canlı oğlan idi. Üzündə gözə sataşan bir eybi yox idi. Ancaq üzünün çopuru, gözlərinin pişik
gözünə bənzəməyi, burnunun nəhayətdə böyük deşikləri, qulaqlarının qoz yarpağıdək sallanmağı
insanın nəzərini bir az məşğul edirdi. Bahadır üzünü Məngilis olan tərəfə tutub ürəkdən bir ah
çəkdi. Gördü Sona ilə bunun arasında uca dağlar, qalın meşələr vardır. Əlləri qoynunda iki saat
qoz ağacının altında dərin fikirdə gah gəzirdi, gah otururdu. Qalıqda bunlardan və qalıq
yiyəsindən başqa heç kəs yox idi. Gün yavaş-yavaş batmaqda idi və nazik yel əsirdi. Quşlar
yuvalarında oturub dimdiklərini təmizləyirdilər, səs-səmir yox idi, ancaq hərdənbir zorba həyət
iti hürürdü. Troykaçının: "Ağa, əyləşin, vaxtdır" səsi Bahadırın fikrini dağıtdı. Bahadır troykaya
oturdu və troykaçı atlara "fişt" edib istəyirdi ki, sürsün, birdən qabaqlarına çapar çıxıb soruşdu:
"Hara gedirsiniz?"
"Tiflisə."--Bahadır başını qaldırıb cavab verdi.
"Bu vaxt mən sizə məsləhət görmürəm gedəsiniz."
"Nə səbəbə?"--Uca səslə Novruz xəbər aldı.
"Ondan ötəri ki, dünən axşam "Piryut"dan üç verst o yana qaçaqlar on nəfər adam soyublar."
19
"Bizə dəyməzlər"--İstər-istəməz Novruz cavab verdi.
"-Özünüz bilərsiniz, ancaq bu axşam vaxtı sizə məsləhət görmürəm."
Novruz istəyirdi atları sürsün. Bahadır bir az fikirdən sonra dedi ki, səbir etməli, bəlkə bir xəbər
çıxa.
"Ağa, qorxma, hərgah qaçaqlar dünən adamları soyublar, bu gün bu yolda olmazlar. İndi görəsən
qorxularından hansı cəhənnəmə itiblər."--Novruz deyib Bahadırdan cavab gözlədi.
"Yox, hər işdə səbir lazımdır."--Deyib Bahadır troykadan düşdü.--Bu gecə burada qalmağımız
məsləhətdir. Səhər gecədən yola düşərik. Atları aç!
Bu vaxt qalıq yiyəsi İvan bunların darvazada dayanmaqlarını görüb sual etdi:--Niyə getmirsiniz?
İvan səbəbini bilib Bahadıra dedi:
"Ağa, mən də məsləhət görmürəm ki, bu vaxt gedəsiniz. Yaxşı olar bu gecə qalasınız, sabah
gecədən gedərsiniz. Bəlkə səhərədək bir xəbər çıxa.
Novruz çarəsiz qalıb atları açdı. Bahadır yatmaq üçün İvandan yer istədi. İvan göygöz, saqqalı
ağarmış, üzü çil, ucaboy, arıq,pula görə çox qonaqsevən qoca rus idi.
İvan Bahadırın təvəqqesinə görə bir balaca otaq açdı. Otaqcığın bir tərəfində su qabı, bir
tərəfində balaca taxt, üstündə samandan döşəkcə, illərlə üzü yuyulmamış balış. Taxtın qabağında
üçayaqlı miz, üstü bıçaq ilə cızmaqara çəkilmiş, mizin yanında bir ayağı sınmış kürsü, taxtın
üstündə yarım arşın hündürlüyu, bir qarış eni pəncərə. İki şüşəli, qurum və toz basmış pəncərədə
bir neçə hörümçək və milçək ölüsü və balaca çıraq, şişəsini qara his basmış və piltəsi neçə
günlərlə kəsilməmiş. İvan otağı göstərib getdi. Bahadır taxtın üstə yıxılıb fikrə getdi. Qaçaqların
xəbəri, təzə otaqçanın təhər-tövrü Sonanın fikrini çəkməyə mane oldu. Bundan savayı Bahadırı
incidən o oldu ki, vaxtında gedib Tiflisə çatmayacaqdır. Bahadır bu fikirdə ikən İvan qapını açıb
əlində samovar, üstündə mis çaynik, iki fincan, bir neçə qənd qırığı içəri daxil oldu və dedi:
20
"Ağa, yoldan gəlibsiniz, yorulubsunuz, durun bir çay için. "Bu sözlər Bahadırın fikirlərini
dağıtdı:
"Çox razıyam,"--deyib Bahadır başını balışdan qaldırdı. Hərçənd yemək və içmək Bahadırın
fikrindən keçmirdi. Amma hazır samovara şad olub bir finçan çay içməyə razılıq verdi. İvan iki
fincanı da çayla doldurdu: birisini Bahadırın qabağına, o birisini öz qabağına qoyub dedi:
"Ağa, buyurun için. Görürəm yorulubsunuz, çay yornuğunuzu aparar."
Bu sözlərdən sonra İvan başladı hortuldatmağa. Bahadır bir fincan içənədək İvan beş fincan
hortuldatdı.
Bahadırsa iki fincan güclə içib İvana razılıq etdi. Bu vaxt İvan on birinci fincanı içirdi və tər
üzündən yağış tək tökürdü. İvan Bahadıra dillə cavab verə bilməyib baş əydi və başını əyən vaxt,
çünki gözləri Bahadırda idi, fincanın yarısı dizinə töküldü. İvan fincanın sanını unutdu.
Samovardan su damcı-damcı gəlirdi ki, İvan çaydan əl çəkdi. Sonra cibindən trubkasını çıxardıb
tüstülətdi və Bahadıra nəzər yetirib sual etdi:
"Siz nə millətsiniz?"
"Mən müsəlmanam,"--deyib Bahadır da papirosunu yandırdı. Bu vaxtadək İvan Bahadırla rusca
danışırdı. İvan Bahadırın müsəlman olmağını bilib başladı türkcə söyləməyə. İvan türkcə çox
yaxşı danışırdı. Bahadır bunun danışmağına təəccüb edib sordu:
"Siz türkcə harda öyrənibsiniz?"
"Bu yavuqda çox müsəlman kəndi var. Onlarla bizim işimiz çox olmağına görə türkcə
öyrənmişəm."--İvan bunu deyib trubkasını boşaltdı və başını aşağı dikib dedi:
"Sizin müsəlmanlar yaxşı dolanmırlar."
21
"Necə?"--Bahadır soruşub başını əli ilə tutdu.
"Dəxi necə olacaqdır: peşələri oğurluq, quldurluq olub, nə allahdan qorxuları var, nə padşahdan."
"Bəli, gərəkdir bunlara tərbiyə verilə."
İvan, görükür, Bahadırın mətləbini anlamadı və ikinci dəfə trubkasını doldurmaq istərkən çöldə
qilü-qal düşdü. İvan tez dişqarı çıxıb gördü ki, bir neçə çapar öz böyükləri ilə həyətdə danışırlar.
Bahadır səbir etməyib otaqdan çıxdı. Bu vaxt çaparın böyüyü gülə-gülə İvana deyirdi:
"Qaçaqları qovduq Sarvan mahalına tərəf, sonra gözdən itdilər."Bahadırın:
"Yol qorxulu deyil ki?"--sualına çaparbaşı cavab verdi:
"Xeyr, hərgah istəyirsiniz bu aydınlıq gecədə gedə bilərsiniz və bir çapar sizə verə bilərəm."
Bahadır "çox sağ ol" deyib, Novruzu səslədi. Novruz səs vermədi. Bahadır atlar bağlanan yerə
gedib gördü ki, Novruz xoruldayır. Bahadır və İvan Novruzu çətinlik ilə yuxudan oyatdılar.
Novruz gözlərini ovuşdura-ovuşdura açıb:
"Nə var? Nə istəyirsiniz?"--deyib sual etdi.
Bahadırın:
"Dur troykanı qoş,"--sözünə Novruz göyə baxıb dedi:
"Ağa, hələ tezdir. Səhərə çox qalıbdır."
22
İvanın: "Novruz! Novruz!" səsi Novruzu yuxudan ayıltdı və əhvalatdan xəbərdar olub getdi
atların yanına.
Bahadır İvanın qulluğuna layiq ona pul bağışlayıb çox razılıq etdi. Yarım saatdan sonra troyka
hazır oldu. Novruz:
"Ağa, buyurun, hazıram,"--deyib Bahadıra səsləndi.
Bahadır İvanla və çaparbaşı ilə salamatlaşıb troykaya əyləşdi. Novruz çaparı troykanın yanında
görüb ürəkləndi və atlara bərkdən, öz qaydası ilə "fişt" edib yola düşdülər. Yolun iki tərəfində
meşə, aydınlıq gecə! Təkərlərin səsi, atların ayaqlarının tappıltısı meşələrə səs salırdı. Bahadır
dərin-dərin fikirdə ikən Novruz dodağının altında oxuyurdu. Çünki yol başı yuxarıydı, ona görə
Novruz atları yavaş-yavaş sürüb özünə xoş gələn nəğmələrdən oxuyurdu. Bunun bayatıları
Bahadırın dərdini dəxi də artırırdı. Novruz Bahadırı qəmgin görüb dedi:
"Ağa, nə üçün fikr edirsən, yoxsa qaçaqlardan qorxursan? Qorxma, indi bu yolda olmazlar və bir
də qalığa yaxınlaşmışıq."
"Qaçaqlardan qorxmuram. Ancaq fikr edirəm ki, bu evi yıxılmışlar nə peşədir ki, özlərinə qəbul
ediblər."
"Ay ağa, elə demə. Mən bunları heç qınamıram, bunların qaçaq olmaqlarına çox səbəb var...."
"Görükür, çoxusu aclığından qaçaqçılıq edir."
"Xeyr, ağa, hamısının evində bir parça çörəyi var. Ancaq bunları bu yola qoyan bizim
böyüklərimizdir.... Və hamıdan baş səbəb arvaddır, arvad!"
"Necə arvad?"
"Belə ki, bu evləri yıxılmışlar bir-birinin nişanlısını qaçırdırlar. Bu bir adətdir düşüb bizim
aramıza, yenə qızın kəbini kəsilməmiş olsa bir şeydir. Amma bu evləri yıxılmışlar kəbinli-
23
kəbinli qızları qaçırdırlar.... Əlbəttə, bu tövr işlərdən sonra əvvəlki nişanlısı dəli olub dağa-daşa
düşür və başlayır düşmənindən əvəz almağa. Bu yazığa yemək lazımdır,ona görə görürsən sənin-
mənim kimi adamları soyub onunla dolanacaq edir."
"A kişi, nə deyirsən? Kəbinli qızı da qaçırtmaq olarmı? Nə üçün şikayət etmirlər? Bəs qazı və
qeyri mollalar nədən ötrü təyin olunublar?"
"Ah, ağa, kim-kimədir! Mollalarımızın da xarabı çıxıbdır.... Odur, bir ay bundan qabaq bizim
kənddən biri kəbinli qızı qaçırdıb apardı özgə kəndə, orada mollaya pul basıb kəbinini kəsdirtdi.
Sonra molla eşidəndə dedi ki, mən bilmirdim qız özgəyə kəbinliydi, ya yox.... Deyir qız özü
razılıq verdi. Sonra iş getdi Tiflisə, oğlanın atası Tiflisə gedib-gəlməkdən həlak oldu.
"Nə üçün?"
"Nə bilim, deyir gedirsən qazının yanına, deyir: "Sabah". Sabah gedirsən, deyir: "Yazmışam
yuxarı". Yuxarı gedirsən, deyir: "Sabah". Sabah gedirsən, deyir: "Nə ki, lazımdır edirik". Axırda
yazıq bizar olub gəldi kəndə. Sənin canın üçün, yazığı
Tiflisdə necə incitmişdilərsə, hamı mollalara--böyük axunddan başlamış kiçiyinədək ağzından
gələni deyirdi...."
"Heç şey edə bilməzlər. Onların borcudur şəriətlə iş görələr."
"Axı onlar yazı-pozu edənədək iş-işdən keçir. Odur, keçən yaz mənim başıma da bu iş gəldi.
Ancaq mən tək olduğuma görə və bir də dava sevməyən olduğuma, düz getdim Tiflisə, böyük
axundun yanına. Ağzımı açıb dərdimi demək istəyirdim, qoymadı söyləməyə, dedi ki: "O,
qazının işidir. Əvvəl qoy oradan yazsınlar". Getdim yerinə də məlum etdim. İndi bir ildən çoxdur
arvadımı əlimdən alıblar, bu vaxtadək bir xəbər yoxdur, Mən də sonra gördüm ki, düşmənimlə
bacarmayacağam, arvadın kəbinini geri edib işdən əl çəkdim. Amma düşmənim dörd ay Tiflisə
getdi-gəldi. Özü də pullu adamın oğlu idi.... Mən də işi duydum, bilmərrə əl çəkdim.... Ah, ağa,
azmı belə iş olur? Azmı belə dərdlərə yanan var? Hərgah mənim də arxam olsaydı, indi mən də
bir fəstay çıxartmışdım. İndi o tərəfdən də, bu tərəfdən də bir neçəsi qızıl gülləyə qurban
olmuşdu...."
Novruz bu sözləri deyib ürəkdən ah çəkdi və atları sürdü. Novruzun "ah" sözü Bahadırın
qəlbində dərin-dərin yer etdi. Bu "ah" sözü biçarə Novruzun gücsüz, pulsuz olmağına və
qeyrilərinin biinsaf, bimürvət, biqeyrət və bihəya olmaqlarına, öz mənsəblərinə layiq olmayan,
dünya mənfəətindən ötəri şəriəti satanlara işarə idi....
24
Bahadır bu fikirləri başından keçirərkən "Biliduxan" adlanan qalığa yetişdilər.
Bahadırın təvəqqesinə görə Novruz bu qalıqda atları açmadı. Saat 6-da "Qocur" adlanan qalığa
çatdılar. Qocurda bir saat yorunuq almaq üçün düşdülər. Çapar bunları Qocurda qoyub geri
qayıtdı. Bahadır salamat gəlməklərinə və qaçaqların üzünü görmədiyinə nəhayətdə şad oldu.
Qocurdan Tiflisi görəndə Bahadırın ürəyi qısıldı; çünki getdikcə sevgili dostundan iraq düşürdü.
Novruz troykanı hazırlayıb yola düşdülər; saat 10-da Tiflisə varid oldular. Bahadır "Bakı"
adlanan qəstinə düşdü. Novruz öz haqqını alıb bir çox razılıq edib Bahadırdan ayrıldı. Bahadır
paltarını dəyişib qəstindən çıxdı ki, yoldaşlarını axtarsın. Tiflisdə gəzdiyin adamı tapmaq istəsən
gərək "Qolovinski prospekt" adlanan küçəyə çıxasan. Bahadır bu fikirlə oraya üz qoydu. Bir az
Qolovinskidə dolanarkən yoldaşı student Sultana rast gəldi. İki yoldaş üç ay bir-birini görmüyüb
indi rast gəlməklərinə çox şad oldular. Bunlar bir-birinin əhvalından xəbərdar olandan sonra hər
ikisi "Bakı" qəstininə gəldilər. Bahadır papiros yandırıb Sultandan soruşdu:
"Rəfiqim, de görüm bu yayı necə keçirtdin?"
"Pis keçmədi! İyun ayını burada keçirtdim."--Deyib Sultan divanın üstünə uzandı.
"Yəqin çox isti idi?"
"Mən bir elə isti hiss etmədim. Ondan ötəri ki, səhərdən axşamadək evdə otururdum, ancaq
axşamlar çıxıb bağlara gedirdim və hərdənbir təzə aşnalarım çay içməyə aparırdılar.
"Təzə dostlardan kimdir? Yoxsa.... Elə dost oldun? Hə?"
"Bəs necə! Bir dəfə evlərində nahar dəxi etmişəm."
"Qızını gördünmü?"
25
"Əsil məqsudum o deyildimi?"
"Nə tövrdür? Yaxşıdırmı?"
"Zahirdə burnundan savayı bir eybi yoxdur, amma...."
"Hə, necə amma, de görüm sən mənim canım."
"Doğrusu, Bahadır, mən qızdan bir şey anlamadım. Heyf o yeddi ilə ki, institutda zəhmət çəkib
dərs oxuyubdur."
Sultanın söhbəti Bahadıra xoş gəldi. Və yavuğa gəlib əlini Sultanın çiyninə qoydu və dedi:
"Söylə, söylə görüm, səndə xəbər çoxdur."
"Sən Məngilisə gedəndə dedimmi, o qızı mən gərək görəm."
"Hə."
"De qulaq ver: bir məclisdə rast gəlib atası ilə dost oldum. Bununla bir az mədəniyyətdən söhbət
edəndən sonra görünür xoşuna gəlmişəm. Özü mədəniyyət dadmayıbsa da, ancaq müsəlmana
mədəniyyət vacib olmağını söylədi."
Bir az söhbətdən sonra mən ona dedim:--Mən çox şadam ki, siz nəinki bu fikirdəsiniz və hətta
eşitmişəm qızınıza da lazım olan tərbiyəni veribsiniz. Bunu deyəndə dostumun ağzı açıldı.
Başladı qızını tərif etməyə. Xülasə, axırda ürəyindən bu keçdi ki, qızımı görməsən onun
tərbiyəsini nəzərə gətirə bilməzsən. Bu fikrini mənə bildirib məni öz evinə çay içməyə dəvət
etdi. Mən buna çox şad olub söz verdim ki, sabah qulluğunda hazır olam. O biri gün dostumgilə
getdim.
26
"Evləri hardadır?"
"A kişi, nəyinə lazımdır?"
"Sən mənim canım, de."
"Aşağa "Ortaçala"dan bu tərəfə."
"Hə, yaxşı, söylə."
"Dəxi nə? O biri günü getdim. Kişi qabağıma çıxıb məni zala apardı. Bir az söhbət edəndən
sonra məni nahar otağına dəvət etdi. Bir övrət qabağımıza çıxdı.--Bu mənim övrətimdir, dedi,
aşna oldum. Evinin səliqəsinə söz yoxdur. Hər şeyi Avropa qaydası ilə.... Bəli, bir az söhbətdən
sonra çay ortalığa gəldi. Mən başladım dostumun övrətini tərif etməyə ki, bizim müsəlman
övrətlərindən belə övrət az tapılar ki, qızına lazım olan tərbiyəni verə. Bunu demişdim, övrətin
ağzı köpuklənmiş açıldı, nə açıldı. Başladı: mən belə, atam belə, qızım belə!
"Doğrudur,--dedi--Tiflisdə bir neçə adamın qızları oxuyub qurtarıbdır, amma mənim qızım kimi
hələ qurtaran olmayıbdır,"--bunu deyib əli ilə divarda asılmış kağızı göstərdi və dedi:--Bunu
yaxşı qurtarmağına görə veriblər və bir də....
Burada kişi övrətin sözünü kəsib dedi:
"Xeyr, bu şəhadətnaməni hamıdan yaxşı qurtarmağına görə veriblər."
Övrəti kişinin sözünü təsdiq edib başladı:
"Heç bilirsiniz, oxumağına o qədər səy etməmişik ki, nə qədər musiqiyə və tansa. Bizim bir
dostumuz var, famili də yadımdan çıxdı.... " Kişi:--Aleksandr İvaniç --deyib övrətinin yadına
saldı.
27
"Hə, bax, Aleksandr İvaniçin qonaqlığı var idi, bizi də çağırmışdılar. Beşədək kurs qurtarmış qız
var idi. Amma elə ki, bizim qız başlayırdı tansı, hamısının ağızları açıla qalırdı...."
Kişi yenə övrətin sözünü ağzında qoyub dedi:
"Bəs onu deyirsən, neçə kərə "Brava! Brava!" dedilər." Bu sözlərdən sonra qapı açılıb tərifi
asimana çıxmış nazənin daxil oldu. Mən ayağa durub baş əydim və sonra bir-birimizə əl verdik.
Qız mənə məğrurluqla baxdı, bununla belə mən dedim:
"Çox şadam ki, müsəlmanda da sizin kimi qızlar var. "Mənim bu sözlərimə "mersi" deyib başladı
mənimlə rusca danışmağa.
"Bəs burnunda nə eybi var?"--Bahadır soruşub papirosunu yandırdı.
"Burnu bir az ortadan qalxmışdır."
"Yaxşı, sonra."
"Dəxi nə sonra. Bəli, bununla söhbəti başladıq. Mən türkcə sual edirdim, qız mənə rusca cavab
verirdi. Qız mənimlə danışdıqca ər-övrət bir-birinə baxıb ləzzət aparırdılar. Mənim: "Elmlərdən
hansı xoşunuza gəlir?" sualıma qız: "Firəng dili" deyib məndən soruşdu: "Siz firəngcə
bilirsinizmi?" Cavab verdim ki, bəli. Qız başladı söhbəti firəngcə. Bir az söhbətdən sonra
zarafatca firəng dilində soruşdum ki, ərə getmək istəyirmi və nə mənsəb sahibinə getmək istəyir?
Cavab verdi ki, "hamıdan artıq əfsərə...." Bu sözdən sonra başımdan od parıldadı. Çünki bunlar
ilə dost olmamışdan müqəddəm oxumuş Tiflis qızlarının barəsində çox şey eşitmişdim və qız bu
sözləri deyəndən sonra dəxi şəkkim qalmadı. Mənim sözümə:
"Doğrudur, bizim qızlar oxuyurlar, amma gələcək zindəganlığa da gərək hazırlaşsınlar, yəni
uşaqlara tərbiyə vermək, ev işlərini görmək gələcək ananın borcudur."
Anası cavab verdi ki,."Xeyr, bizim qız əlini isti sudan soyuq suya vurmaz. Ərə verəndə elə
adama verəcəyəm ki, evdə heç şey etməsin. Uşaqlardan ötəri ayrı qulluqçu saxlasın, ev
işlərindən ötəri də bir ayrısını". Qızı da anasının sözlərini təsdiq edəndə doğrusu mən səbir
etmədim, hazırlaşırdım getməyə, ancaq gah övrətin və gah ərinin tərifi məni biixtiyar saxlayırdı.
28
Axırda fürsət tapıb dedim: "Siz gərək çalışasınız ki, qeyrilər də qızlarını oxumağa versinlər ona
görə lazımdır ki, onlarla əlaqəniz ola, ta qızınızın tərbiyəsini görüb onlar da qızlarını qoyalar
oxumağa". Gör övrət mənə nə cavab verdi: "Biz,--dedi--doğrusu, hər adamla durub-otura
bilmirik. Qızım da bu vaxtadək Tiflisdə heç bir qızla dostluq edə bilmir. Ondan ötəri ki, onlar nə
oturmaqlarını bilirlər və nə durmaqlarını. Və bir də layiq deyil ki, belə mədəniyyətli qız elə
adamlarla durub-otursun...."
Axırda mənim:--"Türkcə yazmaq, oxumaq bilirsinizmi?" sualıma qız cavab verdi ki, "Türk dili
nədir ki, ona gözəl vaxtımı çürüdəm və nəyə lazımdır...."Bu sözlər mənim qanımı dəxi də xarab
edib davam gətirə bilmədim, xudahafiz, deyib çıxdım.
Sultan bu sözlərdən sonra Bahadıra baxıb onun bu barədə sözünü gözlədi.
"Bəs belə,- "-Bahadır fikrə gedib dedi:--Gör bir, sən özün türk qızı olasan öz dilini
bəyənməyəsən! Özün türk övrəti olasan, 20 il bundan müqəddəm sadə türk külfətindən çıxasan,
indi.... Türk qızları ancaq əfsərə getməkdən və ya firəng dilini bilməkdən ötəri və öz dilini,
millətini düşmən tutmaqdan ötəri mədəniyyətin dalınca gedirlərsə, heç getməsələr yaxşıdır....
Bahadır fikrə gedib durdu otaqda gəzməyə. "Belə fikirdə,--Sultan başladı--bir bu qız deyil,
Tiflisdə və qeyri yerlərdə oxumuş qızların əksəri məişətə və zindəganlığa bu tövr baxırlar."
Sultan sözünü qurtarıb Bahadıra nəzər yetirdi. Bahadırı isə Sultanın sözləri dərin-dərin fikrə
apardı. Bahadır öz Sonasını yadına salıb:--Afərin, millət!--dedi. Sultan bunun sözlərini yaxşı
başa düşməyib dedi:
"Ah! Millətin evi yıxılıbdır!" Hər millətin qabağa getməyinə bais əvvəl övrətdir. İndi bu tövr
nəzərli qızlardan biz nəgözləyək? Bunlar gələcəkdə ana olacaqlar.... Biçarə türk balalarına nə
tərbiyə verəcəklər?.... Əlbəttə, uşaqlar təmiz olacaqlar, hər bir ədəbi öyrənəcəklər, biləcəklər,
tans öyrənəcəklər, firəngcə donquldanacaqlar, amma öz dillərini nəinki bilməyəcəklər və hətta
istəməyəcəklər bilsinlər. Çünki türk "madonnaları" tərbiyəni elə verəcəklər.
"Bəli, "--Bahadır cavab verdi.--Bir dilin qədrini millət o vaxt bilər ki, haman dildə yazılan inşalar
millətin həm bədəninə və həm ruhuna tərbiyə verə. Və bir dilin o vaxt qiyməti olar ki, o dili
təlim verənlərdə qeyrət, insaf ola. Məktəblərimizə baxırsan: yüz ildən qalma qayda-qanunla dərs
verirlər.... İnşa yazanlarımıza baxırsan: "əlfazlar" o qədər gözlərini kor edib ki, əsil məqsudi
yaddan unudublar.... Və bir neçəsi dəxi öz hissiyyatını qeyri dildə qələmə gətirir. Bunlardan sual
etməli ki, ey ağlını nə yerə sərf etmək bilməyən biçarələr! "Xitayi millət üçün türk dilində
yazmağın nə mənfəəti?", "Həkim azara görə gərək dava versiin. Yoxsa bu meymun əməlini
sevənlər fikir edirlər öz biməna, puç yazdıqları inşalar hər iki tərəfdən afərin alsınlar.... Naxoşun
ruhunu təmizləməkdənsə, qarnını təmizləyirlər. Yazdığınız inşalara bu yazıq millətdən afərin
gözləməyin! Çünki millət nə qədər kor olmuş olsa, başına dəyən toppuzu hiss edər.... Bu sözdən
sonra Bahadır ah edib fikrə getdi. Sultan Bahadıra yavuq gedib dedi:
29
"Bu barədə söhbətimiz çox olacaqdır, hələ qulaq as, gör ruhanilərimiz nə edirlər.... "
"Onlar ilədəmi dost oldun?"
"Bəs nə!"
"Sən "hüzuri-şəriflərinə" gedib onları tanıyıbsan. Amma mən o "müqəddəs" cənabların üzlərini
görməmiş tanımışam."Bahadır bunu deyib qoyun cibindən dəftərçəsini çıxardıb Sultana göstərdi
və dedi:
"Yolda yazmışam, pis xətt düşübdür, inşaallah Peterburqa gedəndə bir neçə yerini düzəldib
verərəm oxuyarsan."
"Burada yaxşı oldu ki, bir oğlanla dost oldum"--deyib Sultan dəftərçəni Bahadıra qaytardı.--
Haman oğlan söz verdi ki, Tiflisdə hər nə əhvalat olsa yazsın. Sözündən belə görükür özü də
türkcə yazır və hətta deyirdi, Tiflis müsəlmanlarının barəsində bir əhvalat yazıbdır.
"Hər halda, bu oğlan bizə lazım olacaqdır."
"Əlbəttə,"--Bahadır deyib oğlanın adını soruşdu.
"S ... "--deyib Sultan cavab verdi.
Bu vaxt qapı açıldı, qəstin qulluqçusu samovar gətirdi. Bahadır çaynikə çay salıb qoydu
samovarın üstə və sonra Sultana və özünə çay tökə-tökə sual etdi:
"Görükür, vaxtını boş yerə keçirtməyibsən."
"Mən haçan vaxtımı boş yerə keçirtmişəm?"
30
"Sultan, öz aramızdır, keçən il millətin söhbətini edəndə qulaqlarını tuturdun. Amma indi
görürəm millətə bir növ nisbətləri olan adamları özün axtarıb tapırsan."
"Bahadır! Sən məni başdan tənbəl hesab edib mənə qeyri nəzərlə baxırdın. Sən fikir edirdin mən
əsla öz millətimlə əlaqəmi kəsmişəm. Səhvsən!"
"Yadından unudubsan: bir gün türkcə yazmaq barəsində söhbət oldu, sən az qaldı mənimlə
dalaşasan."
"Doğrudur, o vaxt sən mənə deyirdin, vaxtını əbəs yerə keçirmə, bir şey yaz. Amma mən fikir
edirdim ki, bir mənim yazmağımdan nə olacaqdır və mənim inşalarıma kim diqqət edəcəkdir.
Fikir edirdim: çox yaxşı, yazdım, kim oxuyacaqdır? Amma indi fikrimi dəyişdirmişəm,
düşmüşəm sən düşən dərdə...."
"Necə?"
"İndi ancaq anlamışam: millətin fikrini biz çəkməyəndə bəs kim çəkəcəkdir? Biz yazmayanda,
kim yazacaqdır?
"Bəs belə! "--Bahadır deyib Sultanın boynundan qucaqladı,--indi bildim ki, qeyrət meydanında
tək deyiləm. Birfikirli qardaşım! Millətimiz bir haldadır ki, bir balaca nağıl da yazsan böyük iş
etmiş kimisən! Ancaq yazan şəxs gərək xalqın diqqətindən qorxmasın.... Mərdanə, hər sözü açıq
desin, qardaşı olmuş olsa da. O ki, qaldı bir para adamlara ki, əllərindən bir şey gəlməyib arada
söz gəzdirən övrətlər kimi həsədlərindən partlayıb zurnalarını bəm edirlər, onlara qulaq
asmamalı. Bu tövr şəxslər hər millətdə var. Onlar axırda özlərinə layiq olan mərtəbəni tapırlar....
İnandırıram səni, çoxu bu misal adamlardan qorxub öz məlumatlarını gizlədir. Budur, Tiflis!
Azmı burada mədəniyyətli müsəlman cavanları var, nə üçün bir iş görmürlər? Mənim nəzərimə
burada mədəniyyətli müsəlman azdır. Mən bir neçəsiylə aşna oldum. Hərgah bunların fikirlərini
və zindəganlığa nəzərlərini bilsən, qanın xarab olar. Bunların barəsində vaxtında danışarıq.
Ancaq sənə xəbər verim Gəncədən.
"Həqiqət, kağız yazmışdın Hacıkəndə gedəcəyəm, getdinmi?"
31
"Getdim, bir həftədən çox orada qaldım. Ondan sonra gəlib Gəncədə bir həftə qalıb getdim
Şirvana. Gəncədə "Avropa" qəstininə düşüb Ə ... bəyin barəsində əhvalpürsan oldum, mənə
dedilər ki, şəhərdədir. Bu xəbərə çox şad oldum. Ondan ötəri ki, Gəncədə ondan savayı yavuq
dostum yoxdur. Əlimi yumuşdum, qapıçı gəldi ki, sizi xəbər alırlar, buna təəccüb etdim, fikir
etdim ki, məni burada Ə. bəydən başqa heç kəs tanımır və o da tezlikdə hardan biləcəkdir.
Xülasə, qapıçıya dedim: buyursun. Mən bunu deməkdə qapı açılıb Ə. bəy daxil oldu. Mən,
həqiqət, belə rast gəlməyimizə inanmırdım. Ancaq sonradan məlum oldu ki, özgə adam
axtarırmış taxtada mənim adımı görüb tapıbdır.... Bir az söhbətdən sonra rəfiqim mənə dedi ki,
"A. F. şəhərdədir, gərək onun yanına gedək". Bu xəbərə mən şad oldum; çünki eşitmişdim ki, A.
F. çox qeyrətli müsəlman hesab olunur. Çayımızı içib qəstindən çıxdıq, fayton götürüb getdik.
Zəngi çəkdik, qulluqçu çıxıb dedi ki, "Ağa bu saat gələcəkdir, buyurun əyləşin". Getdik otağa.
Otağı hələ nəzərdən keçirməmişdim, rəfiqim dedi: "Arıq gəlir". Mən əvvəl bunun sözlərini
anlamadım. Amma sonra elə ki, gözlədiyimiz evin sahibi gəldi, bildim ki, Ə. bəy zarafatla
deyirmiş arıq. Bəli, necə arıq? Üç sən köklükdə!
Xülasə, bununla görüşdük. Sözündən belə görünür ki, mənim Gəncəyə gəlməyimə çox şad
olubdur.
A. F.-nın sözündən belə məlum oldu ki, Gəncənin mərifətli müsəlmanları hələ qəflət
yuxusundadırlar. Amma camaatı tərbiyədən qaçaq deyil və mərifətli cavanların yatmaqları və
ruhanilərin bir neçəsinin millət işinə qarışmaqları ümumi işləri ləngidir. Sonra bildim ki, keçən il
orada böyük məscidin yanında müsəlmanlar bir məktəb binasını qoymuşlar, üsuli-cədidlə həm
türkcə və həm də rusca dərs deyirmişlər. Ancaq sonradan bir neçə avamın korluğuna görə və
qeyri məktəbdarların həsədi ilə məktəb pozulur, əsil səbəb bu olubdur ki, türk müəllimi sünni
imiş.... Sonra bir məclisdə həqiqət türk müəlliminin müəllimlikdə mahir olduğunu eşitdim.
Görünür, çox zəhmət çəkirmiş, hətta iki-üç ay məvacibsiz dərs deyirmiş; çünki məktəb adına
yığılan pulu udurmuşlar.... Xülasə, A. F. türk müəllimindən çox razılıq etdi. A. F. dedi: "Nə
etmək, avamla hələ çətindir dava etmək. Allah insaf versin bizim ruhanilərə, onlar da avamlarla
bir olublar. Beş, ya altı qanacaqlı adam bunların qabağında nə edəcəkdir. Yenə qəzetəmiz olsa,
bunlarla dava mümkündür, amma nə fayda...."Doğrusu, A. F.-nın bu sözləri mənim xoşuma
gəldi, çünki bu sözləri ürəkdən deyirdi. Sözlərindən və üzündən məlum olurdu ki, qeyrət təzə
rəfiqimi boğur. Axırda mənə söz verdi ki, hərgah qışda Gəncədə qalmalı olsa, Gəncə
müsəlmanlarının barəsində bir neçə əhvalat yazsın. Söhbətimiz çox çəkdi. Axırda A. F. vədəmizi
nahara alıb mənə məsləhət gördü ki, böyük axundun yanına gedim. Mən razı oldum.
Naharadəkxahiş etdim ki, axundu ziyarət edim. Ə. bəy axundun hücrəsini göstərib dedi ki,
axundla söhbət edəndə qiraətxananın da barəsində danışın. Yolda bildim ki, iki ildir istəyirlər
qiraətxana açmağa, ancaq axundun iltifat nəzəri olmadığına görə iş düz gətirmir. Bəli-bəli,
getdim cənabi-axundun hüzuri-şərifinə, çəkmələrimi çıxartdım və salam verib ədəblə, "dəvə
kimi" qapının ağzında dizi üstə çökdüm. Əmmaməli üç nəfər adam oturmuşdu. Ona görə əvvəl
bilmədim onların hansı "cənab axund"dur. İsmini sual edib əmmaməsi balaca olan böyük, ağ
əmmaməliyə işarə etdi. Bəli, cənab axund xoş üzlü, qırmızısaqqal, unutmuşam sarısaqqal yainki
qırmızı.... Axund əlində kağız yazırdı və çünki əlindən yerə qoymaq istəmirdi, ona görə bildim
ki, çox lazımlı kağız yazır. Mən başladım ki, Peterburqdan gəlmişəm, özümə vacib bildim ki,
cənabınızın hüzuri-şərifinə gələm."Zəhmət çəkibsiniz", --deyib axund gözünün biri ilə mənə
nəzər etdi və sonra yenə başladı yazmağa. Qeyri mollalar da əllərində hərə bir kağız yazırdı,
söhbəti mən başladım məktəbdən. Hər mətləbdən sonra cənab axundun tənbəlliyi tutmayıb "bəli"
deyirdi. Görünür biçarə o qədər ərəb sözlərini məxrəcdən işlədir ki, yazıq "bəli" kəlməsini də
ərəb sözü edib boğazına əbəs yerə zəhmət verirdi. Məktəb barəsində mənə cavab vermədi, ancaq
32
"bəli" və "xeyr"lə mənim suallarımı rədd edirdi. Doğrusu, axundun bu tövr hərəkəti mənə xoş
gəlmədi, çünki fikir etdim ki, ya cənab axund mənim sözlərimi anlamır, yainki istəyir ki, mən
başından tez rədd olam. Həqiqət, dizlərim də ağrıyırdı. Xülasə, kor-peşiman axunda ədəblə
"xudahafiz" deyib çıxdım. Dizlərimin ağrısından bir neçə addım axsadım.
"Bəs axunda bir şey demədin? Mən olsaydım, axunda balaca nəsihət edərdim."--Bahadır deyib
durdu hirsli gəzməyə.
"Nə deyəydim? "Xülasə, gəldim qəstinə, gördüm Ə. bəy oturub məni gözləyir, macəranı ona
nəql etdim. O, az qaldı gülməkdənqəşş etsin və sonra fikrə gedib dedi: "Bunlarda nəinki millət
qeyrəti yoxdur, hətta din qeyrəti də. Nəzərinizə çatdımı məscidin minarələri, neçə ildir dağılıb
tökülübdür, amma bu vaxtadək qayırmayırlar.... Məscidin azmı pulu var? Nəyəməsrəf olunur?
Ancaq özləri bilirlər.... ". Bir az söhbətdən sonra Ə. bəy dedi ki, nahara getməyin vaxtıdır.
Bəli, gəldik A. F.-gilə. Əhvalatı ona nəql etdim. Sözlərim, görükür, ona çox əsər etdi.
Sultan sözlərini qurtarmamışdı, qəstin qulluqçusu içəri daxil olub Bahadırdan başburt istədi.
Bahadır çamadanını açıb başburt verdi. Sonra Bahadırın fikrinə düşdü ki, Sonaya kağız yazsın.
Tez açıq kart gətirtdirib yazdı.
"Kimə yazırsan?"--deyib Sultan Bahadırdan soruşdu. Bahadır kağızı yazıb qurtarandan sonra
dedi:
"Bu kağızı bir qıza yazıram ki, yayda mənim ruhuma ləzzət veribdir, bədənimə yox, ruhuma!
"Ruh" sözünü diqqətlə deməkdə məqsudim odur ki, özgə fikirlərə düşməyəsən."
"Kim ola?"--Təəccüblə Sultan soruşdu.
"Kim ola! Məgər dillə vəsf etmək mümkündürmü? Ala, dəftərçəni oxu, gör necə qızdır! Gör heç
yarım saat bundan müqəddəm söylədiyin oxumuş qızlara oxşayışı varmı? Gör bunun bir
dırnağını bayaq söylədiyin qızlara dəyişərsənmi? Millət qeyrəti istəyirsən onda, əsl-kamal
istəyirsən onda, bizimkilər?! Necə ki, dedin, yeddi-səkkiz il zəhmət çəkib elm oxuyurlar, ondan
ötəri ki, tans öyrənsinlər, öz dillərini unutsunlar və ərə də gedəndə ancaq əfsərə.... "Tfu!"--deyib
Bahadır papirosunu yandırdı və sonra Sultandan sual etdi:
33
"Bəs Badkubəyə gedə bilmədin?"
"Nə qədər çalışdımsa, mümkün olmadı. Amma, allah qoysa, gələn il nə tövr olsa gedəcəyəm.
Çünki yaxşı xəbərlər gərək orada olsun.
"Bəli, hər bir barədə Badkubənin əhvalatı qeyri şəhərlərdən artıqraqdır. Amma ümidim var ki,
yayadək orada xəbər olsun. Çünki bayaq dediyim qız qışda oraya gedəcəkdir və öz hissiyyatını
söz veribdir ki, yazsın."
"Tiflisdə Sarı paşanın barəsində bir neçə əhvalat eşitdim, görükür, özünü Badkubədə yaxşı
düzəldibdir."
"Hə, Sarı paşa bir özgə "paşa" deyirlər olubdur, mən də çox şey eşitmişəm, amma inandırıram
səni, eşidilən əhvalatlara inanmıram. Çünki 14 il bundan müqəddəm Peterburqa gələndə eşitdin
ki, nələr söyləyirdi? Mümkündürmü bu tövr mədəniyyətli şəxs dünya mənfəətindən ötrü məişətə
və zindəganlığa olan təmiz nəzərini pula satsın, amma deyirlər....
Bahadır sözünü qurtarmamışdı, qulluqçu poçtxanadan gəlib xəbər gətirdi ki, poçt vardır. Bahadır
və Sultan tez geyinib poçtxanaya getdilər, Sultan o gün getdiklərini qeyri yoldaşlarına məlum
etdi. Axşam saat 8-də, o biri günü ikisi də poçtxanada hazır oldular. Saat doqquzda Tiflisdən
Qafqaz yolu ilə Peterburqa üz qoydular....
* * * * *
Bahadır gedəndən sonra Sona heç yerə çıxmırdı. Atası, anası bir yerə qonaq gedən vaxt Sonanı
da istəyirdilər aparsınlar. Lakin Sona "kefim yoxdur" deyib həmişə evdə yalqız qalırdı. Sona
Bahadırdan sonra yalqızlığı çox sevirdi. Vaxtını kitablar arxasında keçirirdi. İki saat oxumağa
məşğul olurdusa, bir saat da oxuduğu şeyi öz-özünə təhlil edirdi: "Bu məsələdə Bahadırın fikri
nə ola? Bu əqidə Bahadırın əqidəsinə müvafiqmi, ya yox?". Bu tövr sualları verib Bahadırın
əvəzinə özü cavab verirdi. Hər bir işində Bahadırın əksinə baxıb onun fikrini soruşardı. Axırda
Bahadırın əksindən bir balaca əks çəkdirib örtülü medalyonun içində döşündən asdı, fəqət
medalyonun içində nə olduğunu evdə heç kim bilmirdi.
Sonanın atası və anası Bahadır ilə Sonanın arasında olan məhəbbətə qeyri bir nəzərlə baxırdılar.
Bunlar fikir edirdilər: Bahadır Sonanı sevir, çünki Sonanın əxlaq-ətvarı, əqli, əqidəsi Bahadıra
34
xoş gəlir. Sona Bahadırı sevir,çünki Bahadır nəhayətdə mülayim, ağıllı, qeyrətli, insaflı, ürəyi
təmiz bir cavandır. Bahadırın müsəlman, Sonanın xristian olmağı Yusifi və Maşonu təşvişə
salmırdı. Ata və ana qeyri bir şey fikirlərinə gətirməzdilər.... Və qeyri bir fikirdə olmağa da bir
bəhanə yox idi. İki novcavan həməvaxt bir-biri ilə qardaş-bacı kimi rəftar edirdilər.
Əcəba! Qardaş və bacı arasında olan təmiz məhəbbət iki novcavanın arasında ola bilməzdimi?
İnsan insanı sevmək, bir-birinə məhəbbət bağlamaq təbiidir. Bir qızın bir oğlana olan "ruhani
məhəbbətinə" təəccüb etməlimi?
Həqiqət, axır vaxtadək Bahadırın Sonaya və Sonanın Bahadıra olan ruhani məhəbbətlərində şəkk
yox idi. Hətta ikisi də çoxluca romanlar oxuyurkən öz-özlərinə deyirdilər: bizim məhəbbətimiz
qeyri bir məhəbbətdir! Haman romanlarda özlərini görmürdülər, bir növ sevinirdilər,
şadlanırdılar....
"Yox, belə bir təmiz, saf məhəbbət heç kimdə görünmür!" fikrində olarkən hər ikisi öz aləmində
qeyrilərinə məğrurluqla baxardılar və hər adama elə bir ali məhəbbətin barəsində nəql etmək
istəyirdilər.... Fəqət belə bir fikirdə olarkən
təklikdə hər biri və aləmində bir "sual"dan xilas ola bilmirdilər.
Bahadır fikir edirdi: Mən Sona kimi bir vücuda ehtiyacım olmağını düşünürəm. Mən həmişə
istərdim məni bir adam təmiz məhəbbətlə, var qüvvətlə sevsin, məni anlasın. Mənim əqidəmdə
mənə yoldaş olsun. Sözsüz, felsiz mənim ruhum nə
hiss etməyini düşünsün; belə bir vücudu mən tapdım. Sona haman aradığım vücud. Mən artıq
dərəcədə xoşbəxtəm, deyilmi?".
Sona da təklikdə həmin bu fikirləri başından keçirərkən "Mən artıq dərəcədə xoşbəxtəm,
deyilmi?" sualını öz-özünə verərdi. Fəqət hər ikisi "xoşbəxtəm, deyilmi?" sözlərini deyib də bir
az fikrə gedirdilər.... Başlarına ixtiyarsız qeyri bir fikir də gəlirdi.... "Mən artıq dərəcədə
xoşbəxtəm" sözlərindən sonra: "Daha bizə bir şey də gərəkmi?" sualı bunları rahat qoymurdu.
Bu "sualı" hər ikisi özündən kənar etmək istəyirdi, var qüvvətləri ilə "daha bizə bir şey də
gərəkmi?" sözlərini özlərindən qovurdular. Lakin ixtiyarsız bu sözlər yenə də fikirlərinə
gəlirdi.... Hətta bir gün Bahadır "bu sözləri" bilmərrə özündən rədd etmək üçün istədi bir bəhanə
ilə mənzilini dəyişsin, ancaq gündə gəlib dərslərini versin, getsin. Sonra öz-özünə dedi: "Əcəba!
Məndə o qədər qüvvəti-qəlb olmadımı ki, belə fikirləri özümdən kənar edəm?!"
35
Sona isə "belə bu sözləri" meydana gətirən romanları daha oxumurdu, roman əvəzinə filosofiya
kitabları oxuyurdu. Bu minval Bahadır və Sona öz nəfslərini boğmağa çalışardılar. Hərdənbir
yenə belə fikirlərə düşüb gah qızarardılar, gah bir-birini görəndə yerə baxardılar....
Heç bir şeyi biri-birindən pünhan saxlaya bilmirdilər. Fəqət nə isə bu "məsələni" aça bilmirdilər,
bununla belə təklikdə bu "fikirlər" bunları rahat qoymurdu. Bahadırın ixtiyarsız dilinə gələn
məzkur şeri, Sonanın ixtiyarsız dediyi "nə sirdir insanlar bir-birindən təfriqə düşüblər" sözləri
bunların pünhan fikirlərini bir-birinə aşkar etdi....
"Daha bizə bir şey də gərəkmi?" sözləri ayrılandan sonra daha artıq bunları narahat edirdi.
Bahadır Sonanın əksini həmişə qoynunda gəzdirib onunla təsəlli taparkən, Sona da Bahadırın
əksini ufacıq çəkdirib medalyonda döşündən asardı. Bir gecə Sona Bahadırın barəsində çox
fikirdə ikən yerində uzandığı yerdə medalyonu açıb əksə baxırdı. Başınadürlü-dürlü fikirlər gəlib
sonra yuxuya getdi. Medalyon isə açıq qaldı.
Anası Maşo adətə görə Sonanın otağına gecədə neçə dəfə gələrdi baxardı. Sonanı üstüaçıq
yatmış görsə idi, üstünü örtərdi. Bu gecə də Maşo Sonanın yatacaq otağına gəlib onu döşü açıq
yatmış gördü. Döşündə isə medalyonu açıq görüb içindəki əks kimin olmağını istədi bilsin.
Lampanı yavuq gətirib Bahadırın əksi olmağını gördü.... Maşo tez Sonanın otağından çıxıb
pərişan halda, iki əlləri üzündə Yusif olan otağa getdi və Yusifin taxtında əyləşib ixtiyarsız
ağladı...--"Nə oldu sənə?"--Yusif taxtından sıçrayıb Maşonun əlindən tutdu.
Maşo gözlərini silə-silə gördüyünü nəql etdi. Bir az sükutdan sonra Yusif dedi:
"Cavanlıqdır, zərər yoxdur. Onlar bir-birini çox sevirlər. Mən onların barəsində heç vaxt
bədgüman olmaram, ikisi də ağıllı, kamallı cavandırlar....
"Mən də bədgüman olmuram, fəqət işin aqibəti məni təşvişə salıbdır,"--Maşo deyib fikrə getdi.
"Qorxma!"--Yusif deyib uzandı--hər halda sabah açıq-açığına Sona ilə söhbət etmək olar.
Maşo bu sözlərdən sonra bir az rahat oldu, uzandı və bir az fikirdən sonra yuxuya getdi.
36
Səhər Sona yuxudan ayılıb medalyonu açıq gördü. Tez bağladı. "Anam gördümü, ya yox" fikri
bunu narahat edirdi. Bununla belə özünə söz verdi ki, hərgah bu barədə söz açılsa, Bahadıra olan
məhəbbətini açıq-açığına söyləsin. Səhər Sona çay vaxtıadəti üzrə anasını öpdü. Ancaq anası
tərəfdən bir növ soyuqluq hiss etdi. Bu soyuqluq Sonanı şübhəyə saldı. Fəqət bir söz söyləməyib
çayını içdi və sonra öz otağına getdi. Anası isə onun dalınca gedib bilməyirdi nə tövr söhbət
açsın. Sona bunun halətini görüb soruşdu:
"Anacığım, sənin ürəyində bir söz olmağını düşünürəm. Nə istəyirsən soruş, deyərəm," Maşo
Sonanın boynundan qucaqlayıb dedi:--Sevgili qızım! Sən bilirsən ki, mən və atan səni nəhayət
dərəcədə sevirik. Sən ali oxumuş bir qız, əlbəttə, çox şeyi bizdən yaxşı bilirsən, biz sənin
uğrunda can verməyə hazır olduğumuz halda, sənin ürəyində olan dərdi, başındakı fikirləri
bilmək istəyirik. İxtiyarın var: deyə də bilərsən, deməyə də.
"Anacığım, açıq söylə. Mən hamı suallarına cavab verərəm. Yoxsa, gecə medalyonun içindəki
əksi gördün, hə?"
"Doğrudur, qızım, gördüm və bu əhvalat məni bir az təşvişə salıbdır...."
Sona bu sözləri eşitcək ucadan ağladı və anasının boynunu qucaqlayıb dedi:
"Nə edim, sevirəm.... Mən Bahadırı sevirəm. Anacığım, bu yolda mənim elmim, qanacağım iş
görmür, məhəbbətin müqabilində ağlım çaşır. Ah, sevgili anacığım! Bir yol göstər.... Mən bu
vaxtadək məhəbbətimi pünhanda bəsləyirdim. Fəqət indi söz açıldı. Mən şadam!.... Ürəyimdəki
sözləri deməyə yol açıldı..... Bahadır isə bu vaxtadək ona nə dərəcədə məhəbbət bağladığımı
bilmir. Burada ikən bu hissiyyatımı ondan gizlədirdim. İndi bu ayrılıq məhəbbətimi birə on
artırıbdır. Ah, sevgili anacığım, bağışla məni! Nə edim?"
Sona bu sözləri deyib anasının qucağına yıxıldı və uca səslə ağladı.
"Sevgili qızım! Rahat ol, ağlama! Mən səni anlayıram.... Mən özüm məhəbbətin oduna
yanmışam, fəqət mənim atana olan məhəbbətimin çarəsi tapıldı. Mən atana getdim.... Sizin
məhəbbətinizin çarəsini görməyirəm. Qızım! Sən ağıllı-kamallı, millətini, dinini sevən bir qız....
Bahadır isə millətini nəhayət dərəcədə sevən bir oğlan.... Nə tövr etməli? Mən özüm də çaşıram."
37
"Məni də çaşdıran bu məsələdir"--deyib Sona gözlərini sildi.--Bəs nə tövr etmək! Ah, sevgili
anacığım, bu məsələdə analığı unut, mənimlə yoldaş ol, mənə yol göstər, məni başımdakı qara
fikirlərdən xilas et...."
Maşo: "Odur, atan gəlir", deyib dişqarı çıxdı və Sona iki əlləri ilə üzünü tutub taxtın üstə yıxıldı.
Yusif Maşodan hamı əhvalatı bilib dərin fikirlərə düşərkən öz cavanlığını yadına saldı. Sonanın
bu hərəkətinə heç təəccüb etmədi, fəqət bunu da çaşdıran Bahadırın müsəlman və Sonanın
xristian olmaq məsələsi idi. Yusif əvvəllər hətta fikir edərdi: "Nə yaxşı olardı ki, Sonanın
gələcək yoldaşı Bahadır kimi ağıllı, təmiz, saf ürəkli bir cavan olaydı". Həqiqət, ər və övrət
Bahadırda nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər. Ancaq Bahadırın müsəlman olmağı
bunlarla Bahadırın arasında uçurum dərə kimi bir şey meydana gətirirdi. Ata və ana gecə-gündüz
fikir edib müəyyən bir nöqtəyə gələ bilmirdilər. Ona görə də Sonaya bir yol göstərə bilmirdilər.
Bununla belə, Bahadırın Peterburqdan bir kağızı Sonaya gəldi. Bahadır kağızında yazmışdı:
"Əzizim Sona xanım! Başımdakı min-min fikirlərin hansından başlamaq? Bu günədək gördüyüm
adamlardanmı? Ya gəzdiyim yerlərdənmi? Və ya xeyr, ancaq öz hissiyyatımı söyləyim? Əvət,
xanım əfəndi! Ancaq öz hissiyyatımı söyləyim.... Qəribə bir halətdir! Mən sizinlə bir yerdə, bir
otaqda zindəganlıq edərkən başımda olan min-min fikirlərimi, bütün vücudumu iztiraba salan
hisslərimi əcəba nə üçün söyləyə bilmirdim. Yox, xanım əfəndi! Səhv etdim, söyləyirdim, fəqət
dilsiz, hər bir hərəkətimlə sizə olan məhəbbətimi bildirirdim. Əlinizi əlimə alıb fikir edirdim.
Qolumdakı minlərcə hiss damarları mənim məhəbbətimdən sizə xəbər verirdilər, deyilmi? Mən
sizin əlinizi tutanda bu halətdə olurdum. Yəni, sizin qollarınızdakı hiss damarları sizin
hissiyyatınızı mənə həzin-həzin söyləyirdi.
Əliniz əlimdə ikən tam fikirlərinizi, hisslərinizi oxuyurdum. Siz də mənim kimi, deyilmi? Biz
biri-birimizin əlini gah sıxırdıq, gah tumar edirdik.... Hər birinin ayrı bir mənası olmağını sözsüz
düşünürdük.... Ah, nə gözəl halət! Nə gözəl hissiyyat! Dilə ehtiyacımız yox idi, qələmə də
həmçinin. İndi isə dilə və qələmə böyük ehtiyacımız olmağını hiss edirəm. Başımdakı min-min
fikirləri nə vasitə ilə sizə bildirmək? Əliniz əlimdə olsa idi, əlinizi bir sıxmaqla hamı fikirlərimi,
hissiyyatımı bildirərdim. Gözləriniz gözlərimə baxsa idi, hazır yazdığım sözləri oxuyardınız. İndi
isə heç biri müyəssər deyil. Hazır bu kağızdan, mürəkkəbdən və qələmdən başqa bir əlacım
yoxdur. Bunlar da gözlərimin və əllərimin əvəzini verməyəcəyini düşünürəm. O bir ayrı aləm,
bu, bir qeyri aləm! Nə isə, ayrılığa tab gətirə bilmədiyimi hiss edirəm. Bir dəqiqə sizi fəramuş
edə bilməyirəm. Hər gün, hər saat sizinlə söhbət edirəm. Bir iş edirəm, dərhal sizi gözümün
qabağında görürəm, görüb də guya soruşuram: bu iş sizcə, nə tövr gərəkdir ola? Hər bir felim,
qövlüm, hissiyyatım sizə bağlıdır. Mən tam vücudumla sizə təəllüq tapmağımı düşünürəm,
bununla belə "Nə sirdir insanlar bir-birindən təfriqə düşüblər?...." sözlərinizin mənə dəhşətli bir
kölgə olmağını da hiss edirəm.... Bu kölgədən mən qorxuram. Harada olsam, nə söyləsəm, bu
sözlər fikrimə gəlirsə, əhvalımı büsbütün dəyişir, başımdan od parlayır, ürəyim iztirabda
döyünərkən istəyirəm tam vücudumla bu kölgəni özümdən rədd edəm. İstəyirəm açıq-açığına
38
bağıram: bəsdir! Məni rahat qoy!.... Mən bağırmaq istərkən haman dəhşətli kölgə daha artıq
qüvvətlə mənə yavuqlaşır: məni hər tərəfdən qara bulud alan kimi bürüyür, nəfəsimi təngləşdirir,
ildırım çaxan kimi çaxır.... "Nə sirdir insanlar bir-birindən təfriqə düşüblər?" sözləri bir arşın
boyunda qara taxtanın üstə təbaşirlə yazılmış nəzərimə gəlir. Mən hirsli haman yazıları o
taxtanın üzündən silirəm, mən sildikcə, daha zorba, daha aşkar xətlə yazılmış görünür. Mən
taxtanı var qüvvətimlə yox etməyə çalışıram, sındırıram.... "Nə sirdir insanlar bir-birindən təfriqə
düşüblər" sözləri havada yazılmış görünür.... Nə üçün bu sözləri siz meydana gətirdiniz? Nə
üçün bu sözləri əllərimiz bir-birini tutan vaxt dediniz? Qeyri bir vaxtda, qeyri bir halətdə bu
sözləri desə idiniz, ola bilsin ki, belə təsiri olmaya idi.... Fəqət indi.... İndi sözlər deyilibdir. İndi
bu sözlər məndən, mən sözlərdən ayrıla bilmirəm. Nə üçün bu sözləri deyəndə əlimi sıxdınız və
gözləriniziyumdunuz?.... Sizin sözləriniz hərəkətinizə müvafiq olub, mənə, guya dediniz mən
tam vücudumla sevirəm.... Mən tam vücudumla sizinki olmaq istəyirəm.... Fəqət bizi bir şey
uzaqlaşdırır.... Bizi biri-birimizdən təfriqə salır.... Müsəlman-xristianlıq bizim aramızda uçurum
bir dərə ixtira edir....
Sözlərinizə belə məna verməkdə səhv etməmişəm, zənn edirəm. Səhv edə də bilmərəm, çünki
həmin dəqiqə mən də bu fikirdəidim. Mən istəyirdim deyəm, siz məndən cürətli olub məni
qabaqladınız, qabaqlayıb da məni daha artıq məhəbbətə mübtəla etdiniz.... Mənim bütün
vücudum, bədənim, ağlım, ruhum hamısı sizə təəllüq tapır: həyatım həyatınıza bağlıdır.
Xanım əfəndi! Mən ancaq camalınıza aşiq olsa idim, mənim üçün şübhə yeri qalardı. Yox!
Camalınızı sevirəm də ruhunuzu, ağlınızı daha artıq dərəcədə sevirəm. Mən özümü sizin bir
hissəniz bilirəm. Əcəba! Necə ola bilər ki, bizi "uçurum dərələr" ayıra? Əcəba! Bu "uçurum
dərələri" biz insanlar düzəldibsə, onları məhv etmək bizim ixtiyarımızda deyilmi?.... Nə üçün
mən müsəlman, siz xristian, qeyrisi yəhudi və ya bütpərəst adlansınlar? Nə üçün bu insanlar
sonradan düzəlmiş dürlü-dürlü qanunlara sitayiş etsinlər? Təbiimi? Yox! Təbii, qanun hamı
insanlar üçün bir gərəkdir ola. Hamı insanlar bir nöqtəyə gərəkdir yeriş etsinlər. Bu nöqtə isə
hürriyyət, məhəbbət aləmidir.
Mən sizi sevirəm, siz də məni. "Yox, sevmək olmaz!" qanunu varsa, mən tam vücudumla bu
qanunu məhv etməyə çalışıram. Müsəlman, xristian, yəhudi və bütpərəst nə olmağını anlamıram
və istəmirəm də anlamaq! Ah, sevgili Sona xanım!
Mən millətimi sevirəm; çünki anamı sevirəm. Mən hamı dinləri və din gətirənləri sevirəm; çünki
hamısının əsil məqsudi insanları qaranlıqdan işıqlığa çıxarmaq olubdur. Hamı dinlər vaxtında
insanları zəmanəyə müvafiq yaxşı yola dəvət ediblər, yəni ümumi bir nöqtəyə yeriş etmək üçün
hazırlayıblar. Peyğəmbərlər gəliblər, heç vaxt deməyiblər: "Biz islam, xristianlıq düzəltmək üçün
gəlmişik". Hamısı: "Biz insanları düz yola dəvət edirik" deyiblər....
Məqsəd bir, yol bir, əcəba! Nə üçün insanlar bir-birindən təfriqə düşüblər? Səbəb? Səbəb,
ağlımızın naqisliyi. Biz əsil mətləbi əldən buraxıb cüzi qanunlara sitayiş etmişik. Bir allahı
buraxıb min allaha səcdə edirik. Fəqət əsil mətləbi anlayanlar birləşirlər, qonuşurlar və məhəbbət
39
nə olmağını düşünürlər. İştə biz də bu dərəcədə bulunuruqsa, məhəbbətimiz tələb edən qanunlara
sitayiş etməliyik, deyilmi?....Bahadır".
Sona bu kağız Bahadırdan olmağını dərhal bildi. Tez otağına gedib qapını örtdü və əlləri titrəyə-
titrəyə kağızı açdı oxudu. Hər bir sözə, mətləbə diqqət edib yenə də oxudu. Bir az fikrə gedib
üçüncü dəfə kağızı oxudu. Sonra "Ah, rəbbim!" deyib taxtın üstə yıxıldı. Bu vaxt Maşo içəri
daxil oldu. Sona kağızı mizin üstə qoymuşdu. Maşo Sonanın bu halını görüb bir az təşvişə
düşdü. Sona tez ayağa durub mizə tərəf getmək istədi ki, kağızı götürsün. Kağız isə Maşonun
əlində idi.
"Bu kağız Bahadırdandırmı?"--Maşo sual etdi.
"Bəli, Bahadırdandır"--deyib Sona başını aşağı saldı və bir az fikirdən sonra dedi.
"Anacığım, sən də və atam da bu kağızı oxuyunuz...."Məni bu vaxtadək rahatsız edən suallara
mən bu kağızda cavab tapıram.... Bəlkə siz də tapasınız. Mən sizdən heç bir şey gizlətmək
istəmirəm; çünki sizi çox sevirəm, sizin ruhunuza əziyyət vermək istəmirəm. Fəqət nə edim,
sevirəm.... Mən Bahadırı sevirəm.... Bu kağız mənim tamam şübhələrimi dağıtdı, gizlin
nöqtələri aşkar etdi. Açılmayan düyünləri açdı.... Bundan əvvəl ikimizin arasında görükən
"uçurum dərələr" indi mənim üçün görünmürlər. Mən insan, o insan. Bizi ölümdən savayı hansı
bir qüvvə ayıra bilər?
"Qızım! Nə söyləyirsən? Mən düşünmürəm."
"Ah, anacığım! Oxuyunuz kağızı, duşünərsiniz. Bəlkə mən səhv edirəm. Atamla bir yerdə
oxuyunuz, məsləhət ediniz. Mən sizin razılığınızla iş görmək istəyirəm. Mən sizi çox istəyirəm,
siz də məni. Siz hazır ağlınıza tabesiniz, mənsə ürəyimə. Ağlım ürəyimlə bir çox zaman
müharibədə bulundular: ürəyim ağlıma güc gətirdi. Hazır bu işdə ağlım iş görməyir."
"Yaxşı, qızım! Rahat ol. Atanla bu barədə söhbət edərəm"--deyib Maşo otaqdan çıxdı.
Sona yenə taxta yıxılıb Bahadırın kağızını əzbər oxuyurdu. Yusif evə gəlib Maşonun halını xeyli
pərişan gördü. Maşo kağızı Yusifə göstərib dedi:
40
"Daha yatmaq vaxtı deyil. Gərəkdir bir əncam çəkmək, yoxsa qız özünü həlak edər."
Yusif kağızı diqqətlə oxuyub dedi:
"Mən hərçi fikir edirəm, bir şey çıxmayır. Sonanı çağır buraya özü ilə söhbət edim. Bizim
özümüz Bahadırı çox sevirik, nə eybi var. Bahadır ağıllı-kamallı bir oğlandır, onun üçün hansı
bir məzhəbdə olmağın təfavütü yoxdur. Bu əqidədə olmaq kağızından məlum edir. Ona görə
hərgah xristianlığı qəbul edərsə, biz böyük şadlıqla onu qəbul edərik.
"Ah, sevgili atacığım! Mən təvəqqe edirəm belə məsələni heç ortaya gətirməmək. Mən heç vaxt
elə sözləri demərəm və razı da olmaram Bahadıra deyilsin. Nə üçün Bahadır xristian olsun və
yainki nə səbəbə mən müsəlman olam? Bizi xristianlıqmı və ya müsəlmanlıqmı bir-birimizə
yavuq etdi? Yainki özgə bir şey?"
"Yox, qızım, elə deyil. Hər halda, biz bir millətin hissəsi hesab olunuruq. Bu millətə dair
müəyyən bir yol və ya bir adət var. Biz haman adətlərə bərəks hərəkət edəriksə, bizə ayrı bir
nəzərlə baxarlar. Bizi camaatımız özündən hesab etməz. Sən millətini sevirsən, onun uğrunda
can qoymağa hazırsan, razı olarsanmı haman millət səni özündən kənar etsin?"
"Bəs Bahadırın millətdən kənar olmağına necə razı olmaq?". "Qızım! Mənim sənə olan
məhəbbətim hər şeyi qəbul etməyə vadar edərdi. Mən sizin məhəbbətinizə mane olmazdım,
ixtiyarım da yoxdur və genə də olmuram. Fəqət bunu demək istəyirəm: Bahadırın və sənin
fəlsəfənizdən millətin xəbəri yoxdur. Təklikdə fəlsəfəniz gözəl də olmuş olsa, camaat haman
fəlsəfənizə nifrətlə baxacaqdır. Camaatın fəlsəfəsi müəyyən qanunlar və ata-babalarımızın
adətləridir, qızım!"
"Atacığım, sözləriniz haqdır. Millət, camaat ümumiyyətliklə bizim fəlsəfəyə nifrət nəzəri ilə
baxacaqdır. Bunu yaxşı düşünürəm.... Bəs nə etməli? Mən çaşıram.... Millətimdən uzaq düşmək
istəmirəm. Mən ömrümü millət yolunda sərfetməyə hazıram, onu sevirəm.... Bahadırı da
sevirəm. Bahadır burada ikən belə şeylər fikrimdən keçməyirdi.... Bəlkə bu ayrılıq səmərəsidir.
Bəlkə bir yerdə olsaq və yainki birlikdə məsləhət etsək, özgə bir nöqtəyə gələrik, bilmirəm....
Başım işləməyir, fikrim dağınıqdır.... Əhvalım pərişandır.... Bahadırın sözləri və əqidəsi haqdır.
Camaata, millətə dair dediyiniz sözləri də diqqətsiz qoymaq olmaz.... Özgə bir yol, qeyri bir
çarə yoxmu, sevgili atacığım? Yusif xeyli fikirdən sonra dedi:
"Qızım! Mənim başıma bir fikir gəlir: səninlə bir yerdə Peterburqa gedək, Bahadırla bir yerdə
söyləşək, bəlkə birlikdə bir çarə tapdıq."
41
Bu sözləri Yusif hələ qurtarmamışdı, Sonanın qara buluda bənzər üzü açıldı. Ucadan güldü və
atasının boynunu qucaqlayıb öpdü.
"Ah, sevgili atacığım! Nə yaxşı və gözəl fikirdir! Mən razıyam!"--Bu sözlərdən sonra "sevgili
anacığım", deyib Maşonun qucağına düşdü:--Siz də atamın fikrinə şəriksinizmi?
"Bu fikir mənim başımda var idi. Mən Bahadırın nəcibliyinə, kamalına ümid bağlayıb, yəqin
edirdim birlikdə çarə tapılar...."
"Yaxşı, hazırlaşaq, iki gündən sonra gedərik."--Yusif deyib yerindən durdu.
Sona şadlığından gah atasını, gah anasını öpürdü. Balaca uşaqlar kimi atılıb-düşürdü. Peterburqa
getmək məsələsi Sonanın əhvalını büsbütün dəyişdi. Sevindiyindən bilməyirdi nə etsin. Gah
anası ilə zarafat edirdi, gah qulluqçularla, gah şaq-şaq gülürdü, gah güldüyü zaman gözlərindən
şadlıq yaşı gəlirdi. İşin aqibəti nə olmağını fikir etməzdi.... Bir Bahadırı görmək, onunla söhbət
etmək, onunla bir yerdə oturub dərin-dərin fikrə getmək, yoldaşlı mühüm məsələləri müzakirə
etmək,--ancaq belə fikirlər Sonanı məşğul edirdi.Yusif isə ancaq bu görüşməyin barəsində fikir
edirdi. Nə tövr iş görmək? Bahadıra nə demək? Nə məsləhət etmək? Bahadır filan söz deyərsə nə
cavab vermək?
Maşonun müəyyən bir fikri yox idi. Ümidini allaha bağlayıb ürəkdən hər iki novcavanın halına
yanardı....
Getmək vaxtı araya gəldi. Sona və Yusif yola lazım olan şeyləri hazır edib troykaya mindilər.
Maşo bunlar ilə öpüşüb ağladı.
"Anacığım, ağlama!"--Sona deyib anasının boynundan qucaqladı.--Tez əhvalatı yazaram....
Troyka yola düşdü. Fəqət troykanın zınqrovu qəmgin bir səs verirdi....
* * * * *
42
Bahadır kağızına cavab gözləyirdi. "Sona bunun sözlərinə şərik olacaqmı? Bunun əqidəsinə rəy
verəcəkmi? Yoxsa "uçurum dərələr" ortalığa gələcəkdir? Bu fikirləri başından keçirərkən
Bahadır hərdənbir belə bir atəşli kağız göndərməyindən peşiman olardı. "Sona millətini
nəhayətdə sevən bir cavan, Sona ata və anasına artıq dərəcədə məhəbbət bağlamış bir qız.... Bu
"uçurum dərələri" keçə biləcəkmi? Keçərsə atasına, anasına əziyyət olmazmı? Bunlar məni öz
övladları kimi sevirdilər, mənə hər dürlü yaxşılıqlar ediblər. Məni təmiz, saf ürəkli, əmin adam
bilib qızlarını mənə tapşırmışdılar.... Öz hissiyyatımı, məhəbbətimi açıq-açığına Sonaya
yazmaq, Sonanı rahatsız edəcəkdir, qeyri bir fikirlərə salacaqdır....
Mənim bir kimsəm yox. Atam-anam qəbirdə, mənim halıma yanan, mənim dərdimə qalan yox.
Mənə nə olursa-olsun heç kimə əziyyət olmayacaqdır.... Sona isə atasının, anasının əziz pərvəriş
edilmiş qızı. Sona belə bir yaxşı gözəl külfətin işığı... Sonanın qəmi, ümumi külfət qəmi,
Sonanın bədbəxtliyi, ata-anasının bədbəxtliyi ... yəqin ki, Sona məhəbbətini pünhan saxlaya
bilməyəcəkdir. Bu məhəbbətin aşkar olmağı atasının və anasının rahatsız olmağına şəksiz səbəb
olacaqdır.
Ah, nə üçün mən belə bir atəşli kağız yazdım? Nə üçün belə bir ali təbiətli validələrin ruhlarına
əziyyət verməli oldum? Nə üçün?"
Bu fikirləri Bahadır başından keçirərkən halı büsbütün təğyir tapırdı. Ürəyi tez-tez döyünürdü,
qayibanə Yusifdən və Maşodan xəcalət çəkirdi.
Bir gün yenə başından belə fikirlər keçirərkən artıq dərəcədə qəmgin oldu. Gözləri mizin üstdəki
tapançaya sataşıb əlinə götürdü. Bir az əlində tutub: "Ah, bu nə halətdir!" dedi və əlindən
tapançanı buraxıb taxtın üstə yıxıldı və üzünü əlləri ilə tutub uca səslə dedi: "Ah, Sona! Ah,
mənim məhəbbətim!"
Bu vaxt qapını döydülər, "giriniz" deyib, Bahadır cavab verdi. Qapı açılıb Yusifi və yanında
Sonanı gördü, əvvəl özünü itirib bilmirdi nə etsin. Sonra ixtiyarsız Yusifi qucaqladı və sonra
Sonanın əllərini tutub kərratla öpdü.
"Bizi gözləməyirdiniz, deyilmi?"--deyib Sona pəncərənin qabağında oturdu.
"Xeyr, xanım əfəndi, heç fikrimə gəlməzdi." Bir-birinin əhvalından xəbərdar olandan sonra
Bahadır çay tədarük etdi.
43
"Çay hazır olanadək mən özümə əlcəklər alım,"--deyib Sona otaqdan çıxdı.
Yusiflə Bahadır keçmiş günlərdən söhbət etdilər və Maşonun əhvalını xəbər alıb Bahadır dedi:
"Əcəba! Maşo xanımı nə üçün gətirmədiniz?"
Yusif başını aşağı salıb bir az fikirdən sonra cavab verdi.
"Bahadır bəy! Bizim gəlməyimizə səbəb mühüm bir məsələ olubdur...."
Bahadır təəccüblə Yusifə baxıb soruşdu:
"Əcəba! Nə üz veribdir?"
"Sizin Sonaya və Sonanın sizə olan məhəbbəti məni və Maşonu böyük təşvişə salıbdır. Siz
özünüz bilirsiniz: dünyanın işığına Sonanın gözləri ilə baxırıq. Biz Sonanın uğrunda can
verməyə hazırıq. İndi bu təmiz, saf ürəkli qız sizə aşiq olub, gecə-gündüz aramı yoxdur. İndi
ikimiz də gəlmişik üçlükdə bu işə sərəncam verək. Sonanın öz millətinə olan məhəbbəti sizə
məlum. Bizim və yainki sizin millətin belə işlərdə qeyri bir nəzərdə olmağı da sizdən gizlin
deyil.... Özünüz, əlbəttə, düşünürsünüz...."
Sizin kağızınızı mən oxudum. Fikirləriniz düz, əqidəniz təmiz, müqəddəs bir əqidə, fəqət
camaat.... Millət....
"Bəli, bəli .... "--Bahadır deyib fikrə getdi.--Düz buyurursunuz.... Mən.... Səhv etmişəm ....
Mənim məhəbbətim sizə əziyyət veribdir.... Bağışlayınız.... Bağışlayınız.... Əfv ediniz məni....
Mən.... Mən....
Bahadır özünü saxlaya bilməyib uşaq kimi ağladı. Yusif də buna baxıb ağladı.... Bu vaxt qapı
açılıb Sona tələsmiş içəri daxil oldu. Bunları bu halda görüb heyran qaldı və sonra bir söz də
44
söyləməyib oturdu və üzünü əlləri ilə tutub bir nöqtəyə baxdı. Yusif və Bahadır gözlərini silib
xeyli vaxt səssiz oturdular, bir azdan sonra Bahadır: "Çay içiniz", deyib Sonaya yavuq oturdu.
"Mən sizdən təvəqqe edirəm nahara bizə buyurasınız. Bir yerdə söyləşib məsləhət edərik....
Ümidvaram hamı düyünlər açılsın...."
Yusif və Sona söz verdilər ki, nahara Bahadırın mənzilinə gəlsinlər. Bir neçə dost adamları
görmək qəsdi ilə Yusif və Sona Bahadırla salamatlaşıb getdilər.
Bahadır Sonanın dalınca diqqətlə baxdı. Sonra xeyli vaxt otaqda gəzinib birdən oturdu və bu
kağızı yazdı: "Təvəqqe edirəm mənim ölməyimdə heç kimi müqəssir etməyəsiniz. Mən özüm öz
əlimlə özümü öldürdüm....Ah, insanları bir-birindən ayıran "uçurum dərələr"! Mən sizi məhv
etmək istərkən siz məni məhv etdiniz.... Fəqət əmin olunuz, siz axırda məhv
olunacaqsınız....Bahadır".
Bu sözləri yazandan sonra tapançanı gicgahına sıxdı....
Bir dəqiqə bundan müqəddəm döyünən ürək, bir dəqiqə bundan müqəddəm hamı insanları
birləşdirmək istəyən beyin həmişəlik rahat oldu....
Yusif və Sona nahar vaxtı Bahadırın mənzilinə gəldilər. Bu dəhşətli xəbəri eşidib Sona qəşş etdi
və sonra özünə gəlib yaman bir halətdə bulundu.... Yusif Maşoya teleqram göndərdi ki, tez
gəlsin.
Maşo gəlib qızını dəlilər azarxanasında gördü.
Dostları ilə paylaş: |