AZƏRBAYCANDA ÇÖRƏKBIŞIRMƏ SƏNAYESININ PAYLAYICI LOGISTIKA SISTEMLƏRININ QURULMASI ALQORITMI
AZƏRBAYCANDA ÇÖRƏKBIŞIRMƏ SƏNAYESININ PAYLAYICI LOGISTIKA SISTEMLƏRININ QURULMASI ALQORITMI
baş müəllim, i.f.d. Neymətova Lalə magistrant Camalzadə Mircəfər Azərbaycan Texniki Universiteti
Abstract: The article discusses the role of the bread industry in providing the population with quality and safe food in current economic, financial and food crisis. The growth model of bread production for 2018-2021 has been established. As a result of the analysis of statistical indicators, the relationship between the amount of bread produced in 2018-2021 and the population was shown. During the event, the problems faced by the bakery industry were analyzed. The need to establish an effective logistics distribution system as a solution to the problems was noted. The main stages of the algorithm for setting up a distribution logistics system are given. Key words: bread industry, the relationship between the amount of bread produced and the number of population, an effective logistics distribution system, an algorithm for building a distribution logistics system.
Azərbaycanın müasir inkişafının aktual problemlərindən biri - ərzaq təhlükəsizliyinin təmin edilməsidir.
Mövcud iqtisadi, maliyyə, ərzaq böhranlarının təsirini nəzərə alaraq, milli təhlükəsizliyin təmin edilməsində ölkənin özünü ərzaqla təmin edilməsi probleminin praktiki həlli fundamental məsələlərdən birinə çevrilir və ölkənin ərzaq təhlükəsizliyi problemini prioritet həllinin zəruriyyətini qarşıya qoyur. [2]
Çörək sənayesi əhalini lazımi miqdarda çörək məhsulları ilə təçizat edilməsi ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı həm də onun layiqli keyfiyyətinin qorunub saxlanılmasında mühüm rol oynayır.
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsasında insan amili dayanır. Bu siyasətə uyğun olaraq, əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına xüsusi önəm verilir.
Heç şübhəsiz ki, bu istiqamətdə keyfiyyətli çörək və çörək məmulatı istehsalı ən əhəmiyyətli sahələrdəndir. Son illərdə ölkəmizdə digər sahələrdə olduğu kimi, çörəkbişirmə sənayesinin inkişafına xüsusi diqqət və qayğı göstərilir.
Müasir və qabaqcıl texnologiyaların tətbiqi çörəkbişirmə sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətin, çoxçeşidliliyin təmin olunmasınavə eyni zamanda dünya bazarının standartlarına cavab verən məhsulun hazırlanmasına imkan yaradır.
Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 108,2 milyon manat, gündəlik istehsal gücü 721 ton olan 25 çörək zavodunun tikintisinə, ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 38,1 milyon manat güzəştli kredit verilmişdir. Türkiyə, Almaniya, Çex Respublikası və digər ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş gündəlik istehsal gücü 638 tonadək olan 20-dən çox çörək zavodu artıq istifadəyə verilmişdir. Bu yaxınlarda Bakı və Sumqayıt şəhərlərində ən müasir texnologiyaların tətbiqinə əsaslanan belə iri çörək zavodlarının fəaliyyətə başlaması bu şəhərlərdə istehlakçıların 70-75 faizini yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məmulatları ilə təmin etməyə imkan yaratmışdır. [11]
Hazırda ölkəmizdə gündəlik çörək tələbatı 4,5-5 min ton təşkil edir ki, bu ayda 80-130 min ton və bir ildə 1300-1500 min ton çörək deməkdir.
Resbublikamızda çörəkbişirmə sahəsində özəlləşdirmə proqramı demək olar ki, tam yerinə yetirilmişdir. Çörəyə tələbatın olması, əhalinin yaşayış səviyyəsinin aşağı olması ilə izah edilir. Çünki respublikada çörək istehlakı fizioloji normadan artıqdır. Son illərdə ölkəmizdə istehsal olunan çörəyin artım dinamikası qrafik 1.-də təsvir olunduğu kimidir.