Azərbaycanda İsrail Səhiyyəsi günləri
Əslən Azərbaycanlı olan dünya miqyasında tanınmış neyrocərrah, 45 illik təcrübəyə malik, 200 elmi işin və 9 kitabın müəllifi, 2009–ci ilin “Elm Adamı” Arkadiy Livşis Azərbaycan neyrocərrahlarına dəstək olmaq, onlarla öz təcrübəsini bölüşmək üçün ölkəmizə gəlib.
Azərbaycan Tibb Universitetində təhsil almış professor neyrocərrah Arkadiy Livşis Dünyanın 55 ölkəsinin aparıcı klinikalarında (ABŞ, İngiltərə, Almaniya, Serbiya, Xorvatiya, Bolgarıstan, İspaniya, Avstraliya) cərrahi əməliyyatlar aparmışdır. Mikro–neyro-cərrahiyə əməliyatlarını yüksək səviyyədə həyata keçirən Professor 21-28 fevral 2010-il tarixində Bakıda neyrocərrahlarla görüşəcək.
Professorun KİV nümayəndələri ilə də görüşü təşkil ediləcək.
Görüş 22 fevral 2010-cu il tarixində saat 16:00-da “Qorqud Holdinq”-in Konfrans Zalında təşkil olunacaq.
Bütün KİV nümayəndəlkəri və maraqlanan hər kəs dəvətlidir.
Qorqud Holdinq
Xətai prospekti 15 (Şərq bazarın yanı)
(99412) 4969334
Dostları ilə paylaş: |