1
MUSA URUD
ZƏNGƏZUR
2
Ġdeya və layihə müəllifi: Akif Muradverdiyev
Elmi redaktoru: Vəli Əliyev,
Azərbaycan MEA-nın müxbir üzvü,
tarix elmləri doktoru
Musa Urud. Zəngəzur. (Elmi-publisistik nəĢr).
Bakı, "NURLAR" NəĢriyyat-Poliqrafiya Mərkəzi, 2005. 504 səh.
Kitabda qədim Azərbaycan torpağı olan Zəngəzurun antik dövrlərdən son
illərə qədərki tarixi, coğrafiyası, əhalisi, bölgədəki etnogenez prosesləri,
azərbaycanlıların mübarizəsi, qəhrəmanlığı və faciəsi türk, ərəb, fars, erməni, alban
mənbələri, arxiv materialları əsasında ətraflı və obyektiv təhlil olunmuĢ, xalqımıza
qarĢı
törədilən
tarixi
ədalətsizliklər
Zəngəzur
diyarının
timsalında
ümumiləĢdirilmiĢdir. Müəllifin gərgin zəhmətinin, elmi axtarıĢlarının və
araĢdırmalarının bəhrəsi olan, doğma yurda dərin məhəbbət hissi ilə qələmə aldığı
"Zəngəzur" kitabı Vətənimizin qəriblikdə qalmıĢ gözəl bir bölgəsi haqqında
ensiklopedik bilgi verən mənbə kimi çox qiymətlidir.
Kitab elmi ictimaiyyət və geniĢ oxucu kütləsi üçün nəzərdə tutulmuĢdur.
ISBN - 9952 - 403 - 09 – 7
© Musa Urud, 2005.
3
QƏDĠM TORPAĞIN BÖYÜK OĞLU
Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda
yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə
sübut etsin.
Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq.
HEYDƏR ƏLİYEV
Torpaq zirvələri ilə, xalq böyük oğulları ilə uca görünür, tanınır,
dəyərləndirilir. Dünya sivilizasiyasına, bəĢəriyyətin hərb və dövlət quruculuğu
tarixinə Mete, Çingiz xan, Əmir Teymur, Ġldırım Bəyazid, ġah Ġsmayıl Xətai,
Sultan Mehmet kimi dahilər bəxĢ etmiĢ böyük türk xalqı həm də bu Ģəxsiyyətlərlə
tanınmıĢ, dünya xalqlarının içərisində müxtəlif dövrlərdə aparıcı bir millət kimi
hörmət, söz və nüfuz sahibi olmuĢdur.
Bu böyük millət XX əsrdə də bəĢəriyyətə zamanın, dövrün axarını
qabaqlaya biləcək iki dühanı - Mustafa Kamal Atatürkü və Heydər Əlirza oğlu
Əliyevi bəxĢ etmiĢdir.
Azərbaycan türklüyü iyirminci əsrdəki milli varlığı və inkiĢafı üçün, iyirmi
birinci əsrdə əldə edəcəyi nailiyyətləri və tərəqqisi üçün birmənalı olaraq, öz böyük
oğlu, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətini qurmuĢ və on il ərzində
ona böyük müvəffəqiyyətlə rəhbərlik etmiĢ möhtərəm cənab Heydər Əliyevə
minnətdardır, onun dühasına, onun iradəsinə, onun dövlətçilik və milli birlik
uğrunda ardıcıl, yorulmaz qalibiyyətli mübarizəsinə borcludur.
Azərbaycanın 1969-cu ildən bəri ictimai-siyasi, sosial-iqtisadi və digər
sahələrdə əldə etdiyi bütün nailiyyətlər birmənalı olaraq, bu xalqın müdrik oğlu,
dünya Ģöhrətli siyasətçi, bütün ömrünü xalqının xoĢbəxtliyi uğrunda mübarizəyə
həsr etmiĢ dahi Ģəxsiyyətin - cənab Heydər Əliyevin adı ilə, onun uzaqgörən
siyasəti və uzunillik yorulmaz mübarizə yolu ilə bağlıdır. Cənab Heydər Əliyevin
1969-cu ildə respublika rəhbərliyinə gəldiyi zamandan baĢlayaraq, Azərbaycan
xalqının həyatında böyük bir yeniləĢmə, Azərbaycanın tarixində böyük
dəyiĢikliklər həyata keçirilmiĢ, məmləkətimizin intibah mərhələsi baĢlanmıĢdır.
Məhz 1969-cu ilin 14 iyulunda Azərbaycanın bütün tarixi boyunca ən
böyük ictimai siyasi xadimi, görkəmli dövlət baĢçısı, ümummilli lideri olmuĢ bütün
dünyanın tanıdığı və böyüklüyünü dostun da, düĢmənin də etiraf etdiyi Tarixi
ġəxsiyyət - Heydər Əlirza oğlu Əliyev Azərbaycanda ali siyasi rəhbərliyə gəldi -
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildi.
Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsi illərcə yağıĢ
yağmayan, bulaqları quruyan, torpağı qovrulub sovrulan, barını qəhər kəsmiĢ,
dağlarının otu yanmıĢ, yollarını toz basmıĢ, aran günəĢi altında ləhləyən
Azərbaycanın səmasında barlı-bəhərli yağıĢdan xəbər verən ĢimĢək çaxması, göy
gurultusu kimi bir Ģey idi. Bu gündən baĢlayaraq, gerilik, ətalət basmıĢ, fərasətsiz
4
rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində yazıq, sahibsiz, fağır günə düĢmüĢ, az qala
öz kasıb qisməti ilə barıĢmaqda olan Azərbaycan xalqının silkələnib oyanma,
qalxıb dirçəlmə günləri, taleyində böyük milli dönüĢ tarixi baĢladı.
Öz mübariz, səfərbəredici, ilhamverici və tələbkar hayqırtısı ilə
Atatürksayağı xalqın ağır günündə irəliyə sıçramıĢ bu rəhbər adam ali vəzifəyə
seçiləndən sonra qısa müddət ərzində çox yatmıĢları oyatdı, çox azmıĢları haqqın
yoluna qaytardı, təkcə Azərbaycan xalqına deyil, o vaxtkı SSRĠ-nin bütün ittifaq
respublikalarına, eləcə də Mərkəzi hakimiyyətə bəyan etdi ki, bu cür yaĢamaq və
iĢləmək olmaz, hər Ģey yeniləĢməlidir, canlanmalıdır, dirçəlməlidir,
mütərəqqiləĢməlidir.
Tarixdə demək olar ki, bütün rəhbərlər yenilikçi, mütərəqqi konsepsiya ilə
hakimiyyətə gəliblər, çox gözəl sözlər danıĢıblar, gözəl ideyalar irəli sürüblər.
Yalnız o rəhbərlər tarixdə qalıblar ki, onlar öz dediklərini həyata keçiriblər, iĢdə,
əməldə sübut ediblər və bu fəaliyyətləri ilə millətin, dövlətin tarixində yüksəliĢə,
dirçəliĢə nail olublar. Azərbaycan xalqının əbədi ümummilli lideri Heydər Əliyev
məhz belə Ģəxsiyyətlərdəndir.
Heydər Əliyev Ģəxsiyyətinin böyüklüyü ondadır ki, onun ideyaları, gördüyü
iĢlər, həyata keçirdiyi tədbirlər bir, yaxud bir neçə il üçün deyil, bir neçə onilliklər,
bir neçə nəsillər, bütöv bir epoxa üçün düĢünülmüĢ, nəzərdə tutulmuĢ,
planlaĢdırılmıĢdır.
Heydər Əliyev 1969-cu ilin 14 iyulundan Azərbaycanda hər Ģeyi
yeniləĢdirmək, saflaĢdırmaq, dirçəltmək, inkiĢaf etdirmək, ölkəni çiçəklənən bir
diyara çevirmək, xalqı xoĢbəxt gələcəyə çatdırmaq uğrunda, böyük amallar
uğrunda fəaliyyətə, mübarizəyə baĢladı.
Azərbaycan mədəniyyətinin və elminin çiçəklənməsi, iqtisadiyyatın, kənd
təsərrüfatının inkiĢaf etməsi, sənaye potensialının intensiv artırılması, geniĢ sosial
proqramların həyatda gerçəkləĢdirilməsi məhz bu böyük tarixi Ģəxsiyyətin
respublikaya rəhbərliyi dövrünə təsadüf edir.
Onun bu zaman kəsiyində gördüyü nəhəng iĢlər əsrə bərabər olan Heydər
Əliyev erası kimi tarixə düĢmüĢ və qədirbilən xalqımızın yaddaĢına əbədi həkk
olunmuĢdur. Heydər Əliyev dəfələrlə həyatını təhlükə qarĢısında qoyaraq
vətənimizin azadlığı və müstəqilliyi naminə Ģərəfli mübarizəyə qalxmıĢ,
millətimizin ən böyük təəssübkeĢi, dövlətçiliyimizin qurucusu, ölkəmizin rəhbəri
kimi tarixi missiyanı öz üzərinə götürmüĢ, Azərbaycanımızı fəlakətlərdən xilas
etmiĢdir.
Məhz buna görədir ki, Vətənimizin və xalqımızın taleyi təhlükədə olduğu
bir vaxtda Azərbaycan xalqı öz xilasını yenə də cənab Heydər Əliyevdə gördü və
gələcək xoĢbəxtliyini onunla bağladı. Cənab Heydər Əliyev 1993-cü ildə
respublikaya rəhbərliyi yenidən öz üzərinə götürməklə Azərbaycanın
dövlətçiliyinin təməlini qoydu, milli müstəqilliyinin və dövlət suverenliyinin
5
qorunub saxlanılmasına, daxili və xarici düĢmənlərin dağıdıcı, separatçılıq
hərəkətlərinin dəf edilməsinə nail oldu.
ġübhəsiz ki, Vətən və xalq qarĢısındakı misilsiz xidmətlərinə görə cənab
Heydər Əliyevi anamız Azərbaycanın hər bölgəsində, hər rayonunda, hər kəndində
qədirbilən xalqımız öz doğması, əzizi kimi ürəkdən sevir, öz milli varlığının, əmin-
amanlığının, sosial rifahının və sabaha inamının qarantı kimi məhz Heydər Əlirza
oğlunun dövlətçilik strategiyasını görür və yüksək qiymətləndirir.
Dünyanın hansı bucağında yaĢamasından asılı olmayaraq ürəyində
Azərbaycan sevgisi, qanında milli təəssübkeĢlik duyğusu olan hər bir azərbaycanlı
Heydər Əliyevi öz doğması bilir, onun uca adı ilə öyünür, fəxr edir, bu müqəddəs
adın kölgəsində özünü daha da güclü, daha da inamlı hiss edir.
Öz xalqının Ģəksiz və Ģəriksiz lideri, bu böyük insana olan milyonların
sevgisi və qüruru içərisində, yəqin ki, Naxçıvan və Zəngəzur camaatının payı bir
qədər artıqdır. Hər halda bu camaat belə hesab edir. Bu da təbiidir. Heydər Əliyev
1923-cü ilin gözəl bir yaz günündə - mayın 10-da Azərbaycanımızın ən qədim
Ģəhərlərindən olan, milli varlığımızın ləyaqətli daĢıyıcısı, mərd mübariz insanları
ilə tanınan, Qafqazda sivilizasiyanın mərkəzlərindən biri sayılan tarixi Naxçıvan
torpağında dünyaya göz açmıĢ, burada böyümüĢ, məktəbə getmiĢ, təhsil almıĢ, ilk
əmək fəaliyyətinə baĢlamıĢdır. Bu mənada naxçıvanlılar özlərini cənab Heydər
Əliyevə "bir köynək yaxın" sayırlar və bu inamlarında tamamilə haqlıdırlar.
Zəngəzur camaatı da naxçıvanlılar kimi cənab Heydər Əliyevi daha çox
özlərininki sayırlar və onların da bu istəkləri əsassız deyildir. Ən azı ona görə ki,
bütün Azərbaycan xalqının fəxri, vüqarı olan bu böyük Ģəxsiyyət öz soy-kökü ilə
Zəngəzur torpağına, Azərbaycanın qədim torpaqları sayılan bu dağlar diyarına
bağlıdır.
Əslində Naxçıvan da, Ərdəbil də, Zəngəzur da, Qarabağ da vaxtı ilə anamız
Azərbaycanın aralarında heç bir sərhəd, heç bir bölgü olmayan bütöv əraziləri,
zaman-zaman bir-biri ilə qaynayıb-qovuĢmuĢ, qohumlaĢmıĢ türk ellərinin ata-baba
torpaqları olmuĢdur. Bu torpaqlar arasında sərhədlər sonradan çəkilmiĢdir. Əgər
xanlıqlar dövründə bu sərhədlər Ģərti xarakter daĢıyırdısa, 1828-ci ildə bağlanmıĢ
Türkmənçay müqaviləsi Azərbaycanı iki yerə bölməklə, həm də Rusiyanın
himayəsinə keçmiĢ Ģimal torpaqlarımızı quberniyalara ayıraraq tarixi əlaqələri,
ənənələri qırmağa, birliyimizi sarsıtmağa, isti münasibətlərimizi soyutmağa çalıĢdı.
1828-ci ildə Naxçıvanın Təbrizə yolunu kəsdilər... 1920-ci ildə isə Ġrəvanı
Naxçıvandan ayırdılar. Ərikli dağının qol-budağını budadılar. Zəngəzuru mələdə-
mələdə Naxçıvandan və Qarabağdan qopardılar, Naxçıvanla Qarabağ arasına
ayrılıq yaylığı sərdilər (90, 106).
... 1918-ci il Sisyana qarğıĢ kimi, taun kimi, yanğın və zəlzələ kimi gəldi.
Bu qədim Azərbaycan torpağında daĢ daĢın üstündə qalmadı.
DaĢnak Andronik Ozanyanın baĢçılıq etdiyi 10 min nəfərdən artıq erməni
ordusu Zəngəzurda böyük talan və qırğınlara baĢladı. Ġnsanları yalnız türk və
6
müsəlman olduqlarına görə qətlə yetirdilər, didərgin saldılar, ev-eĢiklərini talan
edib yandırdılar.
Zəngəzur camaatının bir hissəsi Naxçıvana, bir hissəsi isə Qarabağa pənah
apardı. DaĢnakların iĢgəncə və təqiblərindən canını götürüb Naxçıvana qaçan
Sisyanın Comərdli kəndinin camaatı arasında Azərbaycan xalqının milli iftixarı,
Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevi dünyaya bəxĢ
etmiĢ Əliyevlər ailəsi də var idi. Bu ailə mahalda öz mərdliyi, igidliyi ilə sayılıb-
seçilən Comərdin və dövrünün tanınmıĢ adamı olan Urudlu Kərbəlayı
Abbasqulunun nəsli kimi tanınmıĢ və hörmət qazanmıĢdı.
Cənab Heydər Əliyevin ulu babası Comərd kiĢi qardaĢı Alagöz
Məhəmmədlə birlikdə Comərdli kəndinin bünövrəsini qoymuĢlar. Kənddəki bütün
ailələr bu iki qardaĢın törəmələri olmaqla demək olar ki, bir-birinə qohumdurlar.
Comərdli camaatının Sisyanın digər qədim azərbaycanlı kəndləri olan Urud, ġəki,
Ərəfsə, Dəstəgird və s. kəndlərlə də yaxın qohumluq əlaqələri vardır.
Akademik Cəlal Əliyev "Elm həqiqətdir" kitabında öz ailələrinin nəsil
Ģəcərəsini belə göstərir (133, 301). Əliyevlər ailəsinin soy ağacı:
Comərd - Süleyman – Məhəmməd – Comərd - Əli – Kərbəlayı Cəfər -
Əlirza
Əlirza Kərbəlayı Cəfər oğlunun anası urudlu Gülcahan Kərbəlayı
Abbasqulu qızının soy ağacı:
Qulu - Behbudalı - Ġsgəndər - Cəfərqulu - Hüseynqulu - Məmmədqulu -
Nəcəfqulu - Kərbəlayı Abbasqulu - Gülcahan
Ġzzət xanım Cəfərqulu qızı Əliyevanın ata nəslinin soy ağacı:
Əbdüləli – Ağamalı - Məmmədəli - Ġmamqulu -Cəfərqulu - Kərbəlayı
Abdulla - Məmmədəli - Cəfərqulu - (Ġzzət xanım Əliyevanın atası)
Ġzzət xanım Cəfərqulu qızı Əliyevanın ana xətti ilə nəsil Ģəcərəsi:
Güllübəyim - Taclıxanım - Bibixanım - Səkinə -Sarabəyim (Ġzzət xanım
Əliyevanın anası)
Bu böyük və son dərəcə istedadlı ailənin nəsil Ģəcərəsi ulu babaları Comərd
kiĢidən baĢlayaraq, üzü bəri bütün nümayəndələri öz azərbaycanlı soy-kökünə,
milli varlığına, dini inamına, vətəninə və xalqına bağlı mərd-mübariz insanlar
olmuĢlar.
Onu da qeyd etmək yerinə düĢərdi ki, Azərbaycana xalqımızın xilaskarı,
ümummilli lider Heydər Əliyevi, akademik Həsən Əliyev, akademik Cəlal Əliyev,
akademik Aqil Əliyev kimi elm korifeylərini, Azərbaycan Respublikasının
Prezidenti, qloballaĢan dünyanın siyasi mənzərəsində xüsusi dəsti xətti ilə seçilən,
görkəmli siyasi xadim cənab Ġlham Əliyevi töhfə etmiĢ bu qüdrətli nəslin genoloji
soy ağacı ətraflı öyrənilməli, müxtəlif aspektlərdən tədqiq edilməlidir. Bu Heydər
Əliyev fenomeninin izahına, onun fövqəlinsan dühasının haradan qaynaqlanmasına
aydınlıq gətirə bilər. Məsələ burasındadır ki, cənab Heydər Əliyevin mənsub
olduğu nəsil XX əsrdə 50-dən artıq alim, elm və incəsənət xadimi yetirmiĢ, bu
7
nəsil Azərbaycanın bütövlüyü uğrunda Qarabağda gedən döyüĢlərdə 10-dan çox
Ģəhid vermiĢdir ki, onlardan ikisinə - Aqil Sahib oğlu Quliyevə və Fəxrəddin
Vəlyəddin oğlu Nəcəfova vətənin ən yüksək fəxri adı - Azərbaycanın Milli
Qəhrəmanı adı verilmiĢdir.
Əlirza kiĢinin oğlanları Həsən Əliyev və Hüseyn Əliyev Comərdli kəndində
dünyaya göz açmıĢ, burada böyümüĢ, Vətən torpağının əsrarəngiz gözəlliyini
burada duymuĢ və uĢaq yaddaĢlarında əbədi həkk etdirmiĢlər.
Xalqımıza qarĢı ermənilər tərəfindən 1918-ci ildə törədilən deportasiya və
soyqırım faciələri hər bir azərbaycanlı ailəsini sarsıtmıĢ, bu sarsıntı və iztirab
nəsildən-nəsilə insanların içərisində, yaddaĢında yaĢamıĢdır.
Əliyevlər ailəsi də bu hadisələrdə öz yurdlarını, əziz adamlarını itirmiĢ,
əzab-əziyyətlər çəkmiĢ, məhrumiyyətlər görmüĢdür.
Azərbaycan milli torpaqĢünaslıq və ekologiya elmlərinin banisi, Milli
Akademiyamızın yaradıcılarından biri, görkəmli ictimai-siyasi xadim akademik
Həsən Əlirza oğlu Əliyev bu qanlı qırğınların canlı Ģahidi kimi ömrünün son
günlərinə qədər həmin hadisələri xatırlayır, comərdlilərin qeyri-bərabər döyüĢdə
düĢmənə qarĢı necə fədakarlıqla döyüĢməsini, kəndlərinin dağıdılıb yandırılmasını,
bir əmisinin atın tərkinə aldığı 10 yaĢlı oğlunun arxadan atılan erməni gülləsindən
ölməsini, digər əmisinin isə arvadı və südəmər körpə qızı ilə kəndin kənarındakı
bir mağarada gizlənməsini, ermənilərin mağaraya hücumu zamanı isə son patrona
kimi atıĢdığını, axırda isə daĢnakların mağaraya girərək əmisinin baĢını kəsdiyini,
əmisi arvadını və südəmər uĢağı isə süngü ilə min bir əzab verərək öldürdüklərini,
Comərdli camaatının çoxlu itkilər verdikdən sonra dağlarla qaçaraq, Naxçıvana
pənah aparmasını yana-yana, erməni daĢnaklarına qarĢı sonsuz bir nifrət hissi ilə
danıĢırdı (47, 43).
ġəfiqə xanım Əliyeva "Mənim anam" kitabında ailələrinin 1918-ci ildə
üzləĢdiyi müsibətləri çox səmimi və təsirli bir Ģəkildə belə təsvir edir:
"Ermənilərin Zəngəzur torpağına olan təcavüzü anamın ömür kitabında
gənclik xatirələrinin ən acı səhifələridir. Öz torpağından didərgin düĢənlər
Naxçıvanın ətrafında olan kəndlərdə - Qazançı, ĠĢıqlar, Cəhri və Milax kəndlərində
məskunlaĢırlar. Atam Əlirza və anam Ġzzət xanım isə Naxçıvana gəlirlər. Lakin
anamın çəkdiyi müsibətlərin hamısından dəhĢətlisi Comərdlidən qaçarkən yolda
gördüyü mənzərə olub. Çox sevdiyi, gözəlliyi, boy-buxunu ilə öyündüyü 23 yaĢlı
qardaĢı Heydərin ölümü onu sarsıdıb. Anamı qaçqın düĢmək ağrısından daha çox
sevimli qardaĢının ölümü yandırırdı. Düz on beĢ il anam bacı, qardaĢlarının sağ
olub, olmamasından xəbər tuta bilməyib. Bir gün isə qardaĢı övladlarının sağ
olması xəbərini ona verirlər. Özü nəql edirdi ki, qardaĢlarımın ətrini yenicə
tapdığım övladlarından alanda elə bil dünyaya təzədən gəldim. Məsmə, Səkinə,
Rzaqulu, Humay... Onlar anam üçün artıq yoxluğa çevrilmiĢ bacı-qardaĢ
tapıntısına bərabər sevinc idilər.
8
Atamla anam Naxçıvanda məskunlaĢdıqdan sonra üç qardaĢım, mən və
bacım dünyaya gəlmiĢik. Həyatı dərk edəndən anamın gözlərində kədər görmüĢəm.
Atam dəmiryolçu idi. Səhər gedib axĢama kimi çalıĢar, öz halal qazancı ilə
balalarını böyüdərdi. ZəhmətkeĢ, dinc ailəmiz olub. Anam "erməni" kəlməsinə belə
nifrət edərdi. Çünki ermənilərin onun ailəsinə vurduğu zərbənin acısını çəkmək
asan məsələ deyildi. Elə buna görə də yaraĢıqlı, mehriban baxıĢlarından həmiĢə
hüzn və küskünlük boylanardı. Bacı, qardaĢ itkisindən doğan hüzn" (98, 25, 26).
Sovet hökuməti qurulduqdan sonra Zəngəzur camaatı yavaĢ-yavaĢ öz
doğma yurdlarına qayıtsa da, geriyə dönməyənlər də istisna deyildi. Geriyə
qayıtmayanlar arasında comərdlilərdən də xeyli ailələr var idi. Bu insanları
qınamaq da düzgün deyildi. Kənd yandırılmıĢ, ev-eĢik dağıdılmıĢ, var-dövlət talan
edilmiĢ, qırğınlar zamanı ailə üzvlərinin çoxu vəhĢicəsinə qətlə yetirilmiĢdi. Digər
tərəfdən, elə ailələr var idi ki, məskunlaĢdıqları yerdə artıq özlərinə az-çox güzəran
yaratmıĢ, iĢ tapmıĢ, öz həyatını dinc axara sala bilmiĢdi. Naxçıvana pənah aparmıĢ
110 evli Comərdli camaatından 1930-cu ildə geriyə yalnız 25 ev qayıtmıĢdı. Qalan
camaat Naxçıvanın müxtəlif yaĢayıĢ məntəqələrində məskunlaĢmıĢ, bəziləri isə
köçüb Bakıya, Azərbaycanın digər yerlərinə getmiĢdilər. Yeri gəlmiĢkən, qeyd
edək ki, 1918-ci il qırğınında Comərdli kəndindən 20- yə yaxın ailə dağ yolları ilə
Kəlbəcərə getmiĢ, orada məskunlaĢaraq Comərd kəndinin binasını qoymuĢlar.
Kəlbəcərin Comərd kəndi 1993-cü ildə Kəlbəcər iĢğal olana qədər mövcud
olmuĢdur.
Comərd kiĢinin nəslindən olan bir çox ailələr, o cümlədən Əlirza Əliyevin
ailəsi də Naxçıvanı özlərinə ikinci vətən seçərək öz sonrakı talelərini bu qədim
torpağa bağladılar.
Əliyevlər ailəsi Naxçıvanda məskunlaĢdıqdan sonra da uzun illər
Zəngəzurla əlaqələrini kəsməmiĢ, Comərdli, Urud, ġəki və s. kəndlərdə yaĢayan
qohumları, dostları ilə get-gəl etmiĢ, onların xeyir-Ģərində iĢtirak etmiĢlər.
Əlirza kiĢinin oğlanları Həsən, Hüseyn, Heydər, Cəlal, Aqil Əliyevlər
müxtəlif vaxtlarda ata-baba yurdlarında olmuĢ, qan qohumları ilə görüĢmüĢ, yay
tətilində bu dağlar diyarında havalarını dəyiĢmiĢ, istirahət etmiĢlər.
Heydər Əliyev yeniyetmə vaxtlarında təxminən 3 il dalbadal yay tətilində
istirahət etmək üçün Naxçıvanın bürküsündən sərin, saf havalı və soyuq bulaqlı,
bağlı-bağatlı Urud kəndinə gəlib, Urudlu qohumlarının, atasının və özünün
dostlarının evində yaĢayıb. Heydər Əliyevin tay-tuĢları olmuĢ, onunla yoldaĢlıq,
dostluq etmiĢ, Urudlu ağsaqqalların bir çoxu ilə söhbət etdikdə onların hamısı
Heydər Əliyevin gənclik dövrü ilə bağlı eyni fikri söylədilər: O olduqca ağıllı,
təfəkkürlü, savadlı, istedadlı bir gənc idi. Kəndə gələndə bütün kənd cavanları
onun baĢına yığıĢardı. Onda insanları asanlıqla öz ətrafına toplamaq, onları idarə
etmək, onlara rəhbərlik etmək bacarığı var idi. (90, 186)
Cənab Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə, respublikanın
hüdudlarından kənarda qalan torpaqlarımızı, orada yaĢayan azərbaycanlıları bir an
9
da olsun unutmamıĢ, onların maddi, mədəni, sosial Ģəraitlərinin yaxĢılaĢdırılması,
həmin insanların içərisindəki Azərbaycan ruhunun yaĢaması, mübarizə aparması və
qalib gəlməsi üçün aĢkar və gizli Ģəkildə, o dövrün imkanları daxilində əlindən
gələni etmiĢdir.
Məhz cənab Heydər Əliyevin təĢəbbüsü və siyasi iradəsi ilə yetmiĢinci
illərin əvvəllərindən Dağıstanda, Gürcüstanda və Ermənistanda tez-tez Azərbaycan
mədəniyyəti və incəsənəti günləri keçirilməyə baĢladı.
Bu proqram çərçivəsində respublikanın tanınmıĢ elm, mədəniyyət, incəsənət
xadimləri "vətənin qıraqda qalan yerləri"ndə yaĢayan soydaĢlarımızla görüĢür,
onların mənəvi tələbatlarının ödənilməsinə yardımçı olurdular. Bu mənada
Zəngəzur da istisna deyildi. Bakıdan, Ağdamdan, Füzulidən, Naxçıvandan
Zəngəzura tez-tez teatr, konsert qrupları gəlir, kənd-kənd gəzərək, konsertlər,
tamaĢalar verirdilər. Azərbaycanda istehsal olunmuĢ kinofilmlərin Zəngəzurun
azərbaycanlı kəndlərinə gətirilməsi ötən əsrin 70-80-cı illərində adi hala
çevrilmiĢdi.
Bütün Zəngəzur camaatı bilirdi ki, onlara Azərbaycan tərəfindən göstərilən
bu qayğı və diqqət bilavasitə möhtərəm Heydər Əliyevin qayğısı və diqqətidir.
Bütün Zəngəzur camaatı bilirdi ki, Azərbaycan Respublikasının KP MK-nın birinci
katibi Heydər Əliyev həm də Ermənistan SSR-də yaĢayan azərbaycanlıların
dayağıdır, arxasıdır.
Zəngəzur azərbaycanlıları cənab Heydər Əliyevin diqqət və qayğısını
həmiĢə yüksək qiymətləndirir, həmiĢə bu böyük insanın müqəddəs adı ilə öyünür,
qürrələnir, ondan qürur duyurdular.
Cənab Heydər Əliyevin birbaĢa göstəriĢi ilə 1974-cü ildə Zəngəzuru Bakı
ilə birləĢdirən Sisyan-Bakı avtobus xətti açıldı. Sisyan rayonu ilə Bakı Ģəhəri
arasında gündəlik avtobus marĢrutunun açılması Sisyan və Gorus
azərbaycanlılarının həyatında inqilaba bərabər bir hadisə idi. Çünki o vaxta qədər
Qafan və Meğri azərbaycanlıları Bakı və Azərbaycanın bir sıra digər rayonları ilə
Qafan - Bakı və Culfa-Bakı dəmiryolu vasitəsilə birbaĢa əlaqə saxlaya bilirdilərsə,
Sisyan və Gorus azərbaycanlılarının belə bir imkanı yox idi.
Cənab Heydər Əliyev SSRĠ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi
Büronun üzvü olarkən də Zəngəzuru unutmamıĢ, bu bölgənin geosiyasi
əhəmiyyətini, gələcəkdə Azərbaycanın həyatında mühüm rol oynaya biləcəyini
nəzərə alaraq Bakı ilə Naxçıvanı (gələcəkdə isə Türkiyəni) birləĢdirəcək
transregional avtomobil magistralının çəkilməsi barədə SSRĠ Nazirlər Sovetinin
qərarının verilməsinə nail oldu. Təəssüflər olsun ki, SSRĠ-nin dağılması bu böyük
strateji əhəmiyyətli qərarın icrasını yarımçıq qoydu.
Zamanın qısa bir kəsiyində dövr Əliyevlər ailəsinə dönük çıxdı. Bu
dönüklük həm də bütövlükdə Azərbaycan xalqına, Azərbaycan məmləkətinə olan
qısqanc, düĢmənçilik münasibətinin ifadəsi idi. Azərbaycan xalqının qüdrətli oğlu
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 14 il ərzində ölkəni o vaxtkı SSRĠ-nin
10
ən varlı, ən qabaqcıl, ən inkiĢaf etmiĢ respublikalarından birinə çevirmiĢ, SSRĠ
kimi fövqəldövlətin rəhbərliyində təmsil olunduğu illərdə isə dünyada böyük siyasi
xadim kimi tanınmıĢdı. Belə bir liderin varlığı Azərbaycan xalqının düĢmənlərini,
ilk növbədə isə erməni millətçilərini rahat buraxmırdı.
Zamanın tərəzisi əyilir, Ģər Mixail Qorbaçov adlı bir Ģeytanın timsalında
göyərib qalxırdı. Ġstedadı, savadı, nüfuzu, idarəetmə qabiliyyəti və bir çox digər
keyfiyyətləri ilə Heydər Əliyevdən çox-çox geridə qalan Mixail Qorbaçov ona
həsəd aparır, qısqanclıq edirdi. Məhz bu qısqanclıq səbəbindən, onun yanında
durarkən, danıĢarkən cılız görünməyin qorxusundan Sov. ĠKP-nın o vaxtkı BaĢ
Katibi Mixail Qorbaçov Heydər Əliyevi SSRĠ-nin rəhbərliyindən kənarlaĢdırmaq
üçün bəhanə axtarır. Lakin heç bir əsaslı dəlil-sübut tapa bilmir... (40, 13).
1987-ci ildə Heydər Əliyev SSRĠ Nazirlər Soveti sədrinin birinci müavini
vəzifəsindən və Sov ĠKP MK üzvlüyündən istefa verdikdən sonra həm Moskvada,
həm də Bakıda Əliyevlər ailəsinə qarĢı son dərəcə ədalətsiz və çirkin bir
kampaniya baĢlanmıĢdı. Sanki bu qüdrətli nəslin Azərbaycan xalqı üçün etdiyi
yaxĢılıqların qisasını alırdılar. Ən ağrılısı isə bu idi ki, baltanın böyüyünü
"özümüzünkülər" götürmüĢdülər. Akademik Həsən Əliyev 19 il rəhbərlik etdiyi
instituta daha "gərək olmadı", akademikin oğlu, görkəmli memar Rasim Əliyev,
qardaĢları akademik Cəlal Əliyev, professor Aqil Əliyev heç bir səbəb
göstərilmədən vəzifələrindən çıxarıldılar.
Öz ömrünü-gününü, istedadını, bacarığını, elmini doğma xalqına sərf etmiĢ
bir nəslə qarĢı misli görünməmiĢ mənəvi terror baĢlandı, bu terror Əbdürrəhman
Vəzirovun rəhbərliyi dövründə xüsusilə gücləndi.
Lakin cənab Əliyevin müdrikcəsinə dediyi kimi, tarix hər Ģeyi öz yerinə
qoydu, Heydər Əliyevi yenidən siyasət olimpinin zirvəsinə qaldıran zaman, Mixail
Qorbaçov və Əbdürrəhman Vəzirov kimi diletantları layiq olduqları yerə - siyasət
tarixinin zibilliyinə tulladı.
Cənab Heydər Əliyev bütün ömrü boyu Azərbaycan xalqına sədaqətlə, sidq-
ürəklə xidmət etmiĢ, özünün dediyi kimi, həyatını bağıĢladığı xalqının xoĢbəxtliyi
yolunda Ģam kimi yanmıĢ, bu xalqın ən ağrılı-acılı günlərində, ən ağır
dəqiqələrində də dəfələrlə həyatını təhlükə altında qoyaraq öz xalqı ilə birlikdə
olmuĢ, öz xalqına həyan durmuĢdur.
1990-cı ilin 20 yanvar gecəsində Azərbaycan xalqının vicdanı ləkəli, əli
qanlı cəlladı Mixail Qorbaçov xalqın iradəsini, azadlıq əzmini qırmaq məqsədilə,
özünün Bakıdakı quyruq bulayanları Əbdürrəhman Vəzirovların və Ayaz
Mütəllibovların daxili dəstəyi ilə Bakıya - dinc, əliyalın əhalinin üzərinə qoĢun
yeritdi, qətliam törətdi, "Qanlı 20 Yanvar Bakı faciəsi" kimi tarixə düĢən bir
cinayətə imza atdı. Xalq sarsıldı, xalq matəmə batdı, xalq dövlətə, kommunist
partiyasına, rəhbərə, hərəkat liderlərinə az-çox olan inamını bir dəfəlik itirdi.
Ə. Vəzirov və A. Mütəllibov Moskvaya Qorbaçovun yanına, xalqı qırğına
vermiĢ Rəhim Qazıyev və Nemət Pənahlı Ġrana qaçdılar. AXC sədri Ə. Elçibəy
11
Ġsmayıllıda, Ġsa Qənbərov və Pənah Hüseynov kimi avantüristlər isə Bakı ətrafı
kəndlərdə gizləndilər.
Belə bir zamanda cənab Heydər Əliyevin gur, qəzəbli, əzəmətli, hiddətindən
mis kimi cingildəyən ittihamedici səsi bütün dünyaya yayıldı: "Bakıda Sovet
qoĢunları tərəfindən Azərbaycan xalqına qarĢı törədilən qanlı hadisə hüquqa,
əxlaqa, mənəviyyata ziddir, xalqa qarĢı tarixi cinayətdir".
Həyatını risk altında qoyaraq, o, oğlu Ġlham Əliyevlə birlikdə Azərbaycanın
Moskvadakı Nümayəndəliyinə gedir, mətbuat konfransında çıxıĢ edərək,
Azərbaycanda qan axıdılmasına, günahsız insanların qətlə yetirilməsinə görə Sovet
rəhbərliyini və ilk növbədə M. Qorbaçovu kəskin ittiham edir. H. Əliyev qətiyyətlə
və əsaslandırılmıĢ surətdə izah edir ki, məsələnin siyasi yolla nizama salınması,
xalqla dialoq üçün real imkanlar olsa da, onlardan istifadə edilməmiĢdir. Bu gün -
12 il ötdükdən sonra biz onun nə dərəcədə haqlı olduğunu görürük: bəli, bu
imkanlardan istifadə edilməmiĢdi. ġüurlu olaraq (40, 23).
..."20-si axĢam xəbər tutdum ki, onlar Bakıya qoĢun yeridiblər. Həmin
axĢam isə Qorbaçov televiziya ilə çıxıĢ etdi. Mən ona qulaq asdım, baxdım. Və
ayın 21-də Moskvaya gəldim, evə gedib ailə üzvlərimlə görüĢdüm. Öyrəndim ki,
Moskvada yaĢayan azərbaycanlıların əksəriyyəti Bakıdakı matəmlə əlaqədar Daimi
Nümayəndəliyə yığıĢıblar. Təbii ki, mən kənarda qala bilməzdim. Mən
azərbaycanlıyam, bu mənim ölkəmdir, bu mənim xalqımdır. Qərara aldım ki,
oraya, Daimi Nümayəndəliyə gedim".
Heydər Əliyevin səsini bütün dünya eĢitdi. Bu, həqiqətin səsi idi. Bundan
dərhal sonra onu, onun bütün ailə üzvlərini təqib etməyə baĢladılar. Belə ki, Ġlham
Əliyevi Moskva Dövlət Beynəlxalq Münasibətlər Ġnstitutunda müəllimlikdən azad
etdilər (40, 23).
Ümummilli liderimiz dəfələrlə tariximizin öyrənilməsi, onun düzgün
qiymətləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, dilimiz, dinimiz, soy-
kökümüz, tarixi torpaqlarımız haqqında proqram xarakterli dəyərli fikirlər
söyləmiĢ, tarixi qərarlar qəbul etmiĢ, elm, sənət və dövlət adamlarının qarĢısında
mühüm vəzifələr qoymuĢdur.
XX əsrdə xalqımızın baĢına gələn müsibətlər, xüsusilə ermənilər tərəfindən
ölkəmizə qarĢı əsassız olaraq irəli sürülən torpaq iddiaları, törədilən soyqırım və
deportasiya aktları, bu hadisələrin ətraflı öyrənilməsi və onlara düzgün tarixi,
hüquqi, siyasi qiymət verilməsi məsələləri Heydər Əliyevin daim önəm verdiyi
məsələlərdəndir.
Xalqımıza qarĢı edilən haqsızlıqlara, bir neçə dəfə törədilən soyqırım
aktlarına və deportasiyalara uzun müddət siyasi-hüquqi qiymət verilməmiĢ, hətta
bu barədə danıĢmaq və yazmaq yasaq edilmiĢdir. Təəssüflər olsun ki,
müstəqilliyimizi əldə etdikdən sonrakı ilk illərdə də bu sahəyə olan laqeydlik buzu
əriməmiĢdir.
12
Problemi həll etmək üçün əvvəl onu bilmək, ətraflı öyrənmək, səbəblərini
araĢdırmaq, nəticəsini proqnozlaĢdırmaq gərəkdir. Məhz ermənilər tərəfindən bizə
qarĢı 1905, 1918, 1948-52-ci illərdə törədilmiĢ soyqırım və deportasiya aktları
barədə bilgilərimizin kifayət qədər olmaması səbəbindən 1988-ci ildə Qarabağ
separatizmi baĢlayanda erməni məkrinin miqyasını müəyyən edə bilmədik,
mübarizəmizin düzgün taktikasını seçə bilmədik, informasiya müharibəsini
uduzduq, Qərbi Azərbaycan torpaqlarını itirdik, 200 minə yaxın soydaĢımız ata-
baba torpaqlarından – Zəngəzurdan, Dərələyəzdən, Vedibasardan, Göyçədən, Dağ
Borçalıdan - Lori-Pəmbəkdən didərgin düĢdülər, daha sonra 1990-cı ilin 20 Yanvar
faciəsi, 1992-ci ilin Xocalı faciəsi, ġuĢa itkisi ilə qarĢılaĢdıq. Torpaqlarımız iĢğal
olundu, bacı-qardaĢlarımız öz Vətənimizdə məcburi köçkünə çevrildilər, qədim-
qayım ellərimiz dağıdıldı, ilan mələyən çöllərdə çadır Ģəhərcikləri tikməli olduq.
Yenə də imdadımıza Böyük Tanrının göndərdiyi Böyük Ġnsan – Cənab
Heydər Əliyev yetiĢdi. ÇağırıĢımızı eĢitdi, köməksizliyimizi, kimsəsizliyimizi
gördü, çarəsizliyimizi hiss etdi, canından əziz bildiyi Vətəninin naminə, özündən
çox sevdiyi xalqının xatirinə yenidən böyük siyasətə qayıtdı, yenidən ölkəyə
rəhbərlik etmək yükünü öz polad çiyinlərinə götürdü.
Cənab Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə respublikaya
rəhbərliyi öz üzərinə götürməsi bir xilaskarlıq missiyası idi.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Milli Məclisi 15 iyun
gününü Milli QurtuluĢ günü elan etmiĢdir.
Məhz 15 iyundan sonra ölkədə vətəndaĢ müharibəsinin qarĢısı alındı,
hakimiyyət böhranı aradan qaldırıldı, Azərbaycanın baĢı üstündən Domokl qılıncı
kimi asılmıĢ separatizm və parçalanma təhlükəsi sovuĢdu, müstəqil Azərbaycanın
dövlətçiliyinin bünövrəsi qoyuldu, ölkədaxili sabitlik bərqərar oldu, müharibə
dayandırıldı, münaqiĢə sülh danıĢıqları müstəvisinə keçirildi, sosial-ictimai, siyasi-
iqtisadi həyatın bütün sahələrində təkamül baĢladı, ötən on ildə Azərbaycan yüz
illik bir tarixi yol keçdi, dünya dövlətləri və millətləri sırasında öz inamlı imzasını
qoydu, ən əsası isə odur ki, xalqın öz dövlətinə və rəhbərinə olan dönməz inamı
nəinki sarsılmadı, dəfələrlə sınaqlardan çıxaraq daha da möhkəmləndi.
Məhz bu gündən sonra baĢladı xalqın və dövlətçiliyin xilası. Məhz bu
gündən sonra baĢladı müstəqil Azərbaycan dövlətinin quruculuğu.
Məhz cənab Heydər Əliyev Ermənistan və Azərbaycan arasında uzun
müddətdən bəri davam edən qanlı müharibəni dayandırmağa, atəĢkəs elan etməyə,
münasibətləri aydınlaĢdırmağı sülh danıĢıqları müstəvisinə keçirməyə nail oldu.
Qarabağ probleminin təkcə ölkədaxili məsələ olmadığını bir dövlətin -
Ermənistanın, digər dövlətə -Azərbaycana ərazi iddiasından doğan bu silahlı
münaqiĢənin geopolitik, dünyanın müxtəlif aparıcı dövlətlərinin iqtisadi, siyasi və
hərbi maraqlarının toqquĢduğu və bu maraqlardan asılı bir problem olduğunu məhz
cənab Heydər Əliyev ilk dəfə dünyaya bəyan etdi, neçə illərdən bəri məruz
13
qaldığımız informasiya blakadasını dağıtdı, Azərbaycan həqiqətlərini dünyaya
çatdırdı.
Neçə illərdi ki, üzləĢdiyimiz və içərisində yaĢadığımız Qarabağ probleminə
konseptual baxımdan, sistemli Ģəkildə yanaĢmağın gərək olduğunu məhz bizə və
dünyaya Heydər Əliyev öyrətdi. Heydər Əliyev öyrətdi ki, tarixi analogiyalar
aparmadan, ötən dövrdəki hadisələrlə müqayisə etmədən, "erməni məsələsi"nin
tarixi, siyasi, dini, etnik köklərini araĢdırmadan bu məsələyə düzgün qiymət
vermək, bu məsələni ədalətli həll etmək mümkün deyildir.
"Tarix hər Ģeyi öz yerinə qoyur", "Tarix heç nəyi silmir" (57, 67; 74) deyən
Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixinə həmiĢə çox böyük
həssaslıqla yanaĢmıĢdır. Xalqımızın XX əsrdə məruz qaldığı deportasiya və
genosid aktlarına hüquqi, siyasi qiymət verilməsi də Prezident Heydər Əliyevin
fərmanları ilə reallaĢdı.
Cənab Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixdə imzaladığı "1948-
1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik
torpaqlardan kütləvi surətdə deportasiya haqqında" Fərmanı ilə ermənilərin fitnəsi
ilə Sovet hökuməti tərəfindən xalqımıza qarĢı törədilmiĢ kütləvi deportasiya aktı
dünyaya bəyan edildi, Azərbaycan xalqının milli, tarixi hüququnun pozulması
pislənildi, bu akt cinayət kimi, ən adi hüquq normalarına zidd olan, totalitar rejimin
repressiya tədbiri kimi qiymətləndirildi.
Prezident fərmanı ilə bu tarixi ədalətsizliyə siyasi qiymət verildi,
Azərbaycan xalqına qarĢı dövlət səviyyəsində həyata keçirilmiĢ bu tarixi cinayətə
hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması
məqsədilə dövlət komissiyası yaradıldı.
Heydər Əlirza oğlunun 1993-cü ildə yenidən hakimiyyətə gəliĢi ilə
Azərbaycan dağılmaq və məhv olmaq təhlükəsindən xilas edilməklə bərabər,
xalqımıza qarĢı törədilən deportasiya və soyqırımı siyasətinin davamına son
qoyuldu. Heydər Əlirza oğlunun 1998-ci ilin 26 martında imzaladığı
"Azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə xalqımıza qarĢı edilmiĢ bu
tarixi cinayət bütün dünyaya bəyan edildi, ona siyasi qiymət verildi, iĢğalçı və
cinayətkar öz adı ilə çağırıldı.
Cənab Heydər Əliyev öz ata-baba yurdlarından didərgin salınmıĢ insanların
hüquqi, mənəvi, maddi, sosial problemlərinə həmiĢə böyük həssaslıqla yanaĢmıĢ,
bu insanların məskunlaĢma, sosial müdafiə, adaptasiya və reinteqrasiya
məsələlərinə daim qayğı və diqqət göstərilmiĢdir.
Cənab Prezidentin 22 avqust 2001-ci ildə imzaladığı "Erməni millətçilərinin
apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi
torpaqlarından didərgin salınmıĢ azərbaycanlıların məskunlaĢması haqqında"
Fərman qaçqın soydaĢlarımıza Prezident qayğısının, dövlət qayğısının bariz
nümunəsidir. Fərmanda göstərilir ki, XX əsrdə müxtəlif dövrlərdə 2 milyona yaxın
soydaĢımız öz tarixi vətənindən zorla köçürülmüĢ, etnik təmizləmə siyasətinin
14
qurbanına çevrilmiĢdir. Cənab Heydər Əliyevin bu fərmanı qaçqınların status,
məskunlaĢma, məĢğulluq, hüquqi, sosial müdafiə problemlərinin həllində yeni
addım, əsaslı dönüĢ nöqtəsi olmuĢdur.
Bu kitab da müstəqil dövlətimizin banisi və qurucusu, xalqımızın
ümummilli lideri Heydər Əliyevin tariximizə düzgün qiymət verilməsinə,
xalqımızın baĢına gələn müsibətlərin öyrənilməsinə və dünyaya bəyan edilməsinə
çağıran tövsiyələri əsasında, onun bu məsələlərə aid fərman və sərəncamlarının
icrasından irəli gələn bir tarixi, milli, dövlətçilik məsələsi olaraq yazılmıĢdır.
DüĢünürəm ki, bu kitab Azərbaycanımızın ən qədim, ən gözəl torpaqlarından biri
olan Zəngəzur haqqında ensiklopedik xarakterli ilk tarixi etnoqrafik araĢdırma kimi
oxucuların diqqətini özünə cəlb edəcəkdir.
Ümummilli liderimiz cənab Heydər Əliyevin tariximizin öyrənilməsi,
tariximizin faciəli və təntənəli səhifələrinin (57, 67) obyektiv araĢdırılması
istiqamətində ziyalılarımız qarĢısında qoyduğu Ģərəfli vəzifənin böyük
məsuliyyətinin hər sətrini hiss etdiyim "Zəngəzur" kitabını milli iftixarımız,
Azərbaycan xalqının əbədiyyət qədər daim yaĢar böyük oğlu, müstəqil
dövlətimizin banisi və qurucusu Cənab Heydər Əliyevin əziz xatirəsinə ithaf
edirəm.
15
Dostları ilə paylaş: |