Nadir anadangəlmə ürək xəstəsi
əməliyyat olunub
Əsrin tanınmış neyrocərrah alimi Bakıda
Türkiyənin Hacettepe
Universiteti Xəstəxanasının
nümayəndələri ATU-nun
qonağı oldu
Tədris-Cərrahiyyə Klinikasında daha
bir maraqlı əməliyyat icra edildi
Qəzet 1933 -cü ildən çıxır. № 03 (1621) 16 fevral 2016 - cı il Qiyməti 50 qəpik
ATU-nun bir sıra
kafedralarının
illik hesabatı
üzrə iclas
keçirilib
TİBBİ ŞURANIN GENİŞLƏN DİRİLMİŞ YIĞINCAĞINDA
AMEA Biologiya və Tibb Elmləri
Bölməsi (BTEB) 2015-ci ilin
yekunlarına dair hesabat verib
BU SAYIMIZDA
Prezident İlham Əliyev Münhen Təhlükəsizlik
Konfransında iştirak
edib
Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla
Əliyeva da iştirak ediblər.
Panel-müzakirənin aparıcısı Melinda Kreyn tədbirin mövzusunun dünya-
da iqlim və enerji təhlükəsizliyinə həsr olunduğunu dedi. Daha sonra o, bu
tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin, bir çox mötəbər qonaqların
iştirak etdiyini bildirdi və sözü dövlətimizin başçısına verdi.
Prezident İlham Əliyev ölkəmizin ərazisinə daxil olan su mənbələrinin qonşu
ölkələrdə yarandığını dedi və bildirdi ki, bu, özlüyündə müəyyən təhlükələr
törədir. Məsələn, Ermənistanın təcavüzü nəticəsində meşələrin məhvi ilə bağ-
lı qanunsuz fəaliyyətlər həyata keçirilir, su mənbələri çirkləndirilir.
Dövlətimizin başçısı bildirdi ki, Avropa Şurasının müvafiq qətnaməsində
Ermənistan tərəfindən Sərsəng Su Anbarının blokadada saxlanması,
Azərbaycan əhalisinin bu su mənbəyindən istifadə edə bilməməsi bəyan edi-
lib.
Enerji təhlükəsizliyi məsələlərindən danışan Prezident İlham Əliyev
müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatının üzləşdiyi çətinliklərə
toxundu, 1994-cü ildə dünyanın nəhəng neft şirkətlərinin Azərbaycana dəvət
olunduğunu dedi.
***
Prezident İlham Əliyev bildirdi ki, Avropa Şurasının Sərsəng Su Anbarı ilə
bağlı qəbul etdiyi qətnamə Ermənistanın üzərinə öhdəlik qoyub ki, onlar daha
məsuliyyətli olsunlar. Dövlətimizin başçısı bir daha vurğuladı ki, işğala son
qoyulmalıdır. Bu işğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda hər şey
məhv edilib. Ermənistan isə status-kvonun saxlanmasına çalışır.
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji
təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən
panel-müzakirədə iştirak edib.
2
3
3
4
6
http://www.amu.edu.az
16 fevral 2016-cı il
2
Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin
fevralın 5-də keçirilən iclasında hesa-
bat məruzəsi ilə çıxış edən bölmənin
akademik-katibi, akademik Əhliman
Əmiraslanov BTEB-də yerinə yetirilən
elmi və elmi-təşkilati işlər haqqında
geniş məlumat verib.
Ə.Əmiraslanov bildirib ki, hesabat
ilində bölmənin tərkibinə daxil olan
elmi müəssisələr və Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi-
nin nəzdində fəaliyyət göstərən
elmi-tədqiqat müəssisələri birgə
tədqiqat işləri aparıblar. Bölmə
institutlarında AMEA-nın elmi-
təşkilati fəaliyyətində innovativ
ideyaların tətbiqi, elmi-tədqiqat
işlərinin səviyyəsinin yüksəldilməsi
istiqamətində mühüm tədbirlər gö-
rülüb.
Hesabat ilində əldə olunmuş mü-
hüm nailiyyətlər iclas iştirakçıla-
rının diqqətinə çatdırılıb: “Ötən il
bölmənin elmi müəssisələrində 41
elmi problemə aid 193 mövzu üzrə
445 tədqiqat işi aparılıb, bunlardan
80 mövzu və 181 iş tamamlanıb. 127
elmi-tədqiqat işinin nəticəsi tətbiq
olunub. 2015-ci ildə bölmənin
əməkdaşları tərəfindən biri xaricdə
olmaqla 69 kitab, 49 dərslik və
elmi-kütləvi ədəbiyyat çap edilib.
Ötən il 203-ü xaricdə olmaqla 1172
tezis dərc olunub. 2015-ci ildə 1793
məqalə çap olunub ki, onlardan
177-si impakt faktorlu jurnallarda
işıq üzü görüb. Həmçinin 57 dis-
sertasiya işi müdafiə edilib, 52 dis-
sertasiya müdafiəsi üzrə sənədlər
təqdim olunub”.
Akademik Əhliman Əmiraslanov
patent almaq üçün 25 iddia
sənədinin verildiyini, 4-ü xaricdə
olmaqla 5 patentin alındığını iclas
iştirakçılarının nəzərinə çatdırıb. İc-
lasda hesabat ilində Prezident İlham
Əliyev tərəfindən təsdiq edilmiş
dövlət proqramları çərçivəsində, o
cümlədən Rəyasət Heyətinin qərarı
ilə keçirilən beynəlxalq və respub-
lika səviyyəli tədbirlər haqqında
ətraflı məlumat verilib.
Bölmənin akademik-katibi beynəl-
xalq elmi əməkdaşlıq əla qələrindən
də bəhs edib. Bildirib ki, Ukray-
na Tibb Elmləri Akademiyasının
D.F.Çebataryov adına Herontologiya
İnstitutu, Moskva Dövlət Universi-
teti, Rusiya Elmlər Akademiyasının
Biofizika İnstitutu, Gürcüstan Elmlər
Akademiyasının Ali Sinir Fəaliyyəti
və Neyrofiziologiya İnstitutu, İsrail
Təbiət və Humanitar Elmlər Akade-
miyası ilə Fiziologiya İnstitutu ara-
sında “Uzunömürlülük səviyyəsi:
sinir və ürək damar sistemlərinin
öyrənilməsi” mövzusunda birgə
tədqiqatlar aparılır. Eyni zamanda
Botanika İnstitutu respublika bit-
ki aləmi biomüxtəlifliyinin və digər
problemlərin tədqiqi məsələləri
üzrə İsveçrənin Fribourg Təbiət Ta-
rixi Muzeyi, İspaniyanın Seviliya
Universiteti, Bitkilərin Biokimyası və
Fotosintezi İnstitutu, ABŞ-ın Missuri
Botanika Bağı, Ayova Dövlət Univer-
siteti, Belarus Dövlət Universiteti,
Şoran Torpaqlarda Əkinçiliyin İnki-
şafı üzrə Beynəlxalq Mərkəz (İCBA)
və bir sıra elmi qurumlarla əlaqələr
yaratmışdır. Bununla yanaşı, Botani-
ka İnstitutu, Almaniyanın Frankfurt
Universitetinin Ekologiya, Təkamül
və Müxtəliflik Departamenti və
ABŞ-ın Ayova Universiteti ilə birgə
tədqiqatlar aparılır.
Akademik Əhliman Əmiraslanov
deyib ki, şagird və tələbələrdə
təbiətə, botanika elminə, bit-
ki və heyvanlar aləminə ma-
raq oyadan, onların biliklərinin
zənginləşdirilməsi
məqsədlərinə
xidmət edən tədbirlər görülüb:
“Anlaşma
memorandumla-
rı əsasında bölmə institutları Bakı
Dövlət Universiteti, Azərbaycan Tibb
Universiteti, Azərbaycan Dövlət Pe-
daqoji Universiteti, Azərbaycan
Dövlət Aqrar və Sumqayıt Dövlət
universitetlərinin, Azərbaycan Döv-
lət Bədən Tərbiyəsi və İdman Aka-
demiyasının müvafiq kafedrala-
rı ilə əməkdaşlıq etmiş, müştərək
tədqiqatlar aparmışlar. Zoologiya
İnstitutunun muzeyində, Botani-
ka İnstitutunun Herbari fondunda,
Dendrologiya İnstitutu və Mərkəzi
Nəbatat Bağında yüzlərlə şagird və
tələbə ekskursiyada olmuş, xüsusi
seminarlarda iştirak etmişlər”.
Ə.Əmiraslanov AMEA-da Kök
Hüceyrə Mərkəzinin və ya laborato-
riyasının olmamasını Azərbaycanda
biologiya və tibb sahəsində böyük
çatışmazlıq sayıb: “Biz bu sahədə
müəyyən işlər görmüşük. Qrup ya-
ratmışıq, həmin qrup dünyanın bir
çox kök hüceyrə mərkəzlərində
olub, elmi məqalələr yazıb. Labo-
ratoriya üçün yer də müəyyən olu-
nub, ancaq laboratoriyanın təşkili
məsələsində müəyyən problemlər
var. Sadə bir laboratoriyadan başla-
yaq və yavaş-yavaş irəli gedək”.
Müzakirələr zamanı Azərbaycan
vətəndaşlarının müalicə üçün yaxın
və uzaq xaricə üz tutmasına toxu-
nan Ə.Əmiraslanov bildirib ki, xəstə
axını Səhiyyə Nazirliyini də narahat
edən məsələdir: “Xəstələrin xarici
ölkələrdə müalicə olunması bütün
dünyada problemdir. Avropanın im-
kanı olan xəstələri ABŞ-a, Türkiyənin
xəstələri Avropaya gedir. Bir ara ki-
min başı ağrıyırdı, İrana gedirdi.
Sonra gördülər ki, həmin ölkədə
həkimlərin səriştəsizliyi səbəbindən
nə qədər insanlar şikəst olur, başqa
problemlərlə üzləşirlər. Bu gün elə
bir patologiya, xəstəlik yoxdur ki,
onu Azərbaycanda adekvat müalicə
etmək mümkün olmasın. 10-15 il
əvvəl Azərbaycanda açıq ürək, or-
qan transplantasiyası aparılmırdı.
İndi bu əməliyyatlar nəinki Bakıda,
regionlarda da aparılır. Ancaq biz
kiminsə xaricdə müalicə olunma-
sının qarşısını ala bilmərik. Vəsaiti
olan Türkiyədə, Almaniyada, ABŞ-da
da müalicə olunur. Bunun qarşısının
alınması üçün təbliğat aparılmalıdır.
İnsanları başa salmaq lazımdır ki,
həmin müalicələr Azərbaycanda da
aparılır. Bizim yeganə xilasımız ic-
bari tibbi sığortadır. Manatın deval-
vasiyası ilə əlaqədar bu məsələ bir
qədər də qabarıq üzə çıxır. İndiyə
qədər bir çox vətəndaşımızın imkanı
var idi ki, xaricdəki xəstəxanalarda
müalicə olunsun, yəqin ki, bu
müalicə səviyyəsi bir qədər aşağı
düşüb. İnanıram ki, bu il icbari tib-
bi sığorta ilə bağlı müəyyən pilot
layihələr həyata keçiriləcək”.
A.Əlizadə Azərbaycanda dərman
istehsalının genişləndirilməsinə tə-
kan verəcək elmi-tədqiqat işlərinin
aparılmasının
zəruri
olduğu-
nu vur ğulayıb: “Bu elmi-tədqiqat
işləri üçün AMEA hər cür dəstək
verməyə hazırdır. Azərbaycanda
dərman istehsalı sahəsinə diqqət
artırılmalıdır. Bilməliyik ki, dərman
sənayesinin yaradılması üçün hansı
işlər görülməlidir”.
Bölmənin hesabat məruzəsi din-
lənildikdən və müzakirə olunduq-
dan sonra Rəyasət Heyətinin qərarı
ilə bəyənilib. Hesabatda əks olunan
statistik məlumatlar nəzərə alınaraq
akademiyanın illik hesabatına daxil
edilib.
AMEA Biologiya və Tibb Elmləri Bölməsi (BTEB)
2015-ci ilin yekunlarına dair hesabat verib
Akademik Əhliman Əmiraslanovun
rəhbərliyi altında Azərbaycan Tibb
Universitetinin (ATU) Onkoloji Kli-
nikasında ağciyər xərçənginin epi-
demiologiyası, diaqnostikası və
müalicəsi, eləcə də bu sahənin
tədrisi sahəsində toplanan böyük
elmi-pedaqoji təcrübə əsasında ha-
zırlanan “Ağciyər xərçəngi” kitabı
nəşr olunub.
Kitab ağciyər xərçənginə dair ori-
jinal vəsait olub, maraqla oxunur və
müasir tələblərə tam cavab verir.
Burada ağciyərlərin klinik anatomi-
yası, ağciyər xərçənginin epidemio-
logiyası, etiologiyası və patogenezi,
profilaktikası, patoloji-anatomik xa-
rakteristikası, müalicəsi, müalicənin
nəticələri və proqnozu, bu xəstəliyi
olan pasiyentlərə palliativ yardım
məsələləri geniş işıqlandırılıb.
Dünyanın əksər ölkələrində
il ərzində hər milyon
uşaqdan təqribən 150-200
nəfərində xərçəng xəstəliyi
qeydə alınır.
Səhiyyə Nazirliyindən
AZƏRTAC-a
verilən
məlumata görə, uşaq-
lar arasında rast gəlinən
xərçəng xəstəlikləri digər
yaş qruplarından xeyli
fərqlənir. Ümumiyyətlə,
leykemiya uşaqlar ara-
sında qeydə alınan bütün
xərçəng xəstəliklərinin
30 faizini təşkil edir.
Digər tez-tez rast gəlinən
bədxassəli törəmələr isə
mərkəzi
sinir
sisteminin şişləri
və limfomalardır.
Bununla yana-
şı, yalnız uşaq-
lara xas olan
bədxassəli emb-
rional törəmələr
vardır ki, onlara
neyroblastoma,
nefroblastoma, medul-
loblastoma, retinoblas-
toma və digər şişlər aid-
dir. Süd vəzisi, ağciyər,
çənbər bağırsaq və düz
bağırsağın şişləri isə
adətən böyüklərdə qeydə
alınır və uşaqlarda çox
nadir hallarda rast gəlinir.
Uşaq
xərçəngi
dedikdə
adətən
16
yaşadək uşaqlarda inkişaf
edən xərçəng xəstəlikləri
nəzərdə tutulur. Uşaq
xərçəng xəstəlikləri nadir
olsa da, bütün xərçəng
xəstəliklərinin 0,5-1,5
faizini təşkil edir.
“Ağciyər xərçəngi” kitabı nəşr
olunub
Leykemiya uşaq xərçəng xəstəliklərinin
30 faizini təşkil edir
16 fevral 2016-cı il
http://www.amu.edu.az
3
Fevralın 11-də Azərbaycan Tibb
Universitetinin Tədris Cərrahiyyə Kli-
nikasının konfrans zalında ATU-nun
neyrocərrahiyyə, urologiya, burun, qulaq
və boğaz, ağız və üz-çənə cərrahiyyəsi,
travmatologiya kafedralarının illik hesa-
batı üzrə iclas keçirildi.
Toplantını direktor, I cər-
rahi xəstəliklər kafedra-
sının müdiri, Azərbaycan
Milli Elimlər Akademiyasının
müxbir üzvi, professor Nuru
Bayramov açıq elan etdi.
Daha sonra neyrocər-
rahiyyə, urologiya, burun,
qulaq və boğaz, ağız və üz-
çənə cərrahiyyəsi, travma-
tologiya kafedralarının illik
hesabatı üzrə şöbə müdirləri
ətraflı prezentasiyalarla çı-
xış etdilər. Burada kadr-
ların aktivliyi və fəaliyyəti,
xəstələrin ümumi statistika-
sı, müayinə və müalicə olu-
nan xəstələrin statistikası,
aparılan əməliy yatlar, onların
növləri və nəticələrinin illik
statistik hesabatı, əldə olu-
nan uğurlar, tətbiq olunan
yeniliklər, həmçinin fəsadlar,
onların qarşısının alınma-
sı üçün düzəldici-önləyici
fəaliyyət, həm təhsildə, həm
də müalicədə işin keyfiyyətini
daha da yüksəltmək üçün
məqsədlər və s. barədə
ətraflı
mü zakirələr
apa rıldı, qərarlar qəbul
edildi.
İclasda kafedra mü-
dirləri də öz fikir və
təkliflərini bölüşdülər,
maraqlı diskussiyalar
apa rıldı.
Sonda klinikanın di-
rektoru,
pro fessor
Nuru Bayramov və
baş həkimi, dosent Asiman
Həsənov müzakirə olunan
bütün məsələlərlə bağ-
lı öz təklif və tövsiyələrini
bildirdilər.
Tədris Cərrahiyyə Klinikasının
kardiocərrahı Azərbaycanda ilk
dəfə koronar anomaliya (ALCAPA)
əməliyyatını icra edib.
Bütün dünyada olduğu kimi,
Azərbaycanda da əhali arasında
ürək-damar xəstəlikləri geniş yayılıb.
Tibb sahəsi inkişaf etdikcə, peşəkar
həkimlərimizin də sayı artır və onlar
vaxtında bu cür xəstələrə kömək edirlər.
Lakin bu günlərdə Azərbaycan Tibb
Universitetində (ATU) icra olunan ürək
əməliyyatını sözün əsl mənasından na-
dir adlandırmaq olar. Çünki koronar ar-
teriya anomaliyası xəstəliyinə nadir hal-
larda rast gəlinir.
ATU-nun Tədris Cərrahiyyə Klini-
asinin kardiocərrahı, tibb üzrə fəlsəfə
doktoru Seymur Musayev deyir ki, 10
milyon nəfər əhalisi olan Azərbaycanda
çox az sayda belə xəstəyə rast gəlinə
bilər.
Seymur Musayevin sözlərinə görə,
xəstə Gəncə şəhərinin 36 yaşlı sakini-
dir:
“Bu xanım bizə müraciət edəndə,
artıq ona diaqnoz qoyulmuşdu.
Bu xəstəliyə yüz minlərlə doğuşdan
birində rast gəlinir. Önəmli məqamlardan
biri odur ki, belə xəstələrin əksəriyyəti
erkən yaşlarda həyatını itirirlər, çox az
qismi, təxminən 2-3 %-i 30 yaşına kimi
yaşayır. 10 milyon nəfərlik əhalisi olan
Azərbaycan üçün 1-2 nəfər belə xəstə
ola bilər. 30 yaşdan yuxarı isə yalnız 1
belə xəstə tapa bilərsən”.
Kardiocərrah bildirir ki, Klinikaya
müraciət edən xəstə artıq 36 yaşında
olub. Onun əməliyyat olunması qərarı
verilib:
“Həm ürək qapağının işini təmin
etdik, həm də anomaliya olan hissəni
rekonstruksiya etdik. Əməliyyat mənim
icramla doktor Mirəli Məcidovun iştirakı
ilə keçirildi və 3 saat davam etdi”.
S.Musayev bildirir ki, artıq bun-
dan sonra xəstənin həyatına hər hansı
bir risk yoxdur. 3-4 gün xəstəxanada
yatdıqdan sonra xanım evə yazılacaq və
həyatını əvvəlki qaydada davam etdirə
biləcək.
Azərbaycan Tibb Universitetinin
Tədris-Cərrahiyyə Klinikasına traxe-
yanın yuxarı 1/3 hissəsinin daralması
(stenozu) diaqnozu ilə müraciət edən
26 yaşlı qız üzərində cərrahiyyə
əməliyyatı keçirilib.
T
ədris-Cərrahiyyə Klinikasını-
nın torakal cərrahı Arif Ağa-
yevin sözlərinə görə, xəstə 5
ildən çoxdur ki, traxeyanın yuxa-
rı 1/3 hissəsinin stenozu diaqnozu
ilə müxtəlif klinikalarda müalicə
alıb. Xəstə İranda və digər xarici
ölkələrdə müayinələrdən keçib və ona
traxeyanın yuxarı 1/3 hissəsinin stenozu
diaqnozu quyulub və aparılan müalicə
tədbirləri effekt verməyib.
Torakal cərrahın dediyinə görə, bu
xəstəliyin müayinəsi zamanı endos-
kopiya - bronxoskopiya, boyun nahi-
yəsinin və döş qəfəsinin kompüter
tomoqrafiyası, maqnit rezonans to-
moqrafiyasından (MRT) istifadə olu-
nur: “Xəstə bizim klinikamıza müraciət
etdikdə, onu bir sıra müayinələrdən
keçirdik. Nəticədə traxeyanın II də-
rəcəli stenozu diaqnozu təsdiqləndi.
Cərrahiyyə əməliyyatından öncə xəstə
üzərində minimal invaziv əməliyyat
aparıldı. Digər klinikalarda xəstəyə
anastomoz qoyulması, böyük boyun
əməliyyatı, həmçinin lazer cərrahiyyəsi
təklif olunub. Bu əməliyyat baha başa
gəlir. Xəstəyə deyilib ki, Türkiyədən
mütəxəssis gəlib əməliyyatı icra
edəcək. Amma xəstənin buna maddi
imkanı çatmadığı üçün bizim klinikaya
müraciət edib.
Biz də müayinə və analizlərdən sonra
xəstə üzərində kiçik sayılan, lakin tex-
niki ağır olan bir cərrahiyyə əməliyyatı
həyata keçirdik. Əməliyyatı endosko-
pist torakal cərrah və anestezioloqlar-
dan ibarət həkim briqadası icra etdi.
Xəstəni saat 12:00-da qəbul etdik, 2-3
saat əməliyyata hazırlıq prosesi oldu.
Axşam 18:00 radələrində artıq xəstə
evə buraxıldı”.
A.Agayevin sözlərinə görə, ümu-
mi anesteziya vasitəsilə 1 saat 20
dəqiqə müddətində həyata keçirilən
cərrahiyyə əməliyyatı zamanı tra-
xeya stenozu tamamilə ləğv olunub:
“Tənəffüs yollarının keçiriciliyi bərpa
olundu. Stenoz ləğv edildikdən sonra
kiçik ölçülü fibrobronxoskop vasitəsilə
bronx yollarına daxil olduq və bron-
xo-alveolyar mənfəz sanasiya edildi.
Traxeya və nəfəs yolları divarından
çoxsaylı biopsiyalar alındı.
Cərrah bildirdi ki, xəstəyə əməliyyat
sonrası müalicə məqsədilə antibioti-
koterapiya və inhalyasiya təyin edi-
lib. Xəstə bir həftədən sonra kontrol
müayinədən keçəcək.
•
Türkiyənin Hacettepe Universi-
teti Hastaneleri Anesteziologiya
və Reanimatologiya bölməsinin
professoru Dr. Seda Banu Akın-
cı Azərbaycan Tibb Universiteti
(ATU) Tədris Cərrahiyyə Klini-
kasının qonağı olub.
Professor Seda Banu Akın-
cı Tədris Cərrahiyyə Klinikası-
nın direktoru, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir
üzvi, professor Nuru Bayramov
və klinikanın baş həkimi, dosent
Dr. Asiman Həsənovla görüşüb.
Görüş zamanı qeyd olu-
nub ki, Hacettepe Universiteti
xəstəxanası Tədris Cərrahiyyə
Klinikası ilə daha geniş əlaqələr
qurulmasını arzulayır. Klinikalar
arasında elm, təhsil sahəsində
əməkdaşlığın yaradılması, o
cümlədən həkim, tələbə, rezi-
dent mübadiləsi, müəllimlərin
təcrübə mübadiləsinin həyata
keçirilməsi ilə bağlı birgə
fəaliyyətin icra olunması haq-
qında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı qonağa ATU-
nun Tədris Cərrahiyyə Klinikası,
onun fəaliyyəti, şöbələri haqqın-
da məlumat verilib. Həmçinin,
Anesteziologiya və Reanimato-
logiya şöbəsindəkı cari vəziyyət
və gələcəkdə görüləcək işlər
barədə ətraflı müzakirələr apa-
rılıb. Görüşdən sonra professor
Dr. Seda Banu Akıncı klinika ilə
daha ətraflı tanış olub. O, klini-
kaların şöbələrini gəzib, burada
xəstələr və rezidentlər üçün ya-
radılan şəraitdən məmnun qal-
dığını bildirib.
Tədris-Cərrahiyyə Klinikasında daha
bir maraqlı əməliyyat icra edildi
Türkiyənin Hacettepe Universiteti Xəstəxanasının
nümayəndələri ATU-nun qonağı oldu
Nadir anadangəlmə ürək
xəstəsi əməliyyat olunub
ATU-nun bir sıra kafedralarının illik
hesabatı üzrə iclas keçirilib
ATU-nun mətbuat xidməti
http://www.amu.edu.az
16 fevral 2016-cı il
4
ABŞ-ın
Kaliforniya
Universitetinin
alimləri
apardıqları
eksperiment
zamanı belə
qənaətə
gəliblər
ki, yuxusuzluq, habelə
keyfiyyətsiz yuxu tələbələrin
sosial şəbəkələrdən asılılıq və
onların xroniki yorğunluğu ilə düz
mütənasibdir.
AZƏRTAC “oane.ws” saytına istinadla
xəbər verir ki, tədqiqatçılar bir həftə
ərzində 76 tələbə (42 qız və 34 oğlan)
arasında anket sorğusu aparıblar. Bütün
könüllülərin sosial şəbəkələrdə profilləri
olub. Eksperiment iştirakçıları hər gün
anket sorğusunda iştirak edərək, necə
yatdıqları və gündəlik rejimləri barədə
məlumat veriblər.
Mütəxəssislər müəyyən ediblər
ki, yuxusuzluq və az yatmaq sosial
şəbəkələrə aludəçiliyin səbəb olduğu
ümumi xroniki yorğunluqla düz
mütənasibdir.
Ə
vvəlcə klinikanın yanvar
ayındakı və fevral ayının
ilk həftəsindəki müalicə-
diaqnostik fəaliyyətinin yekunları
haqqında klinikanın baş həkimi,
dosent Ramin Bayramlının hesa-
batı dinlənildi.
Baş həkim Reanimasiya və İntensiv
Terapiya şöbəsinin fəaliyyəti üzərində
xüsusi dayanaraq buraya, eləcə də
uşaq reanimasiya bölməsinə digər
xəstəxanalardan çox ağır xəstələrin
daxil olduğunu və müvəfəqiyyətlə
müalicə edilərək müvafiq şöbələrə
köçürüldüklərini bildirdi.
Hesabatda bu ilin yanvar ayı ərzində
klinikaya 464 nəfərin daxil olduğu,
389 nəfərin isə çıxdığı qeyd edil-
di. Müqayisə üçün deyək ki, ötən
ilin dekabrında klinikaya daxil olan
xəstələrin sayı 420 nəfər, klinikadan
çıxan xəstələrin sayı 541 nəfər olub.
Ən çox xəstə yenə terapiya profil-
li şöbələrdə qeydə alınıb (234 nəfər
daxil olub, 244 nəfər çıxıb). Ötən ilin
müvafiq ayı ilə müqayisədə klinikaya
daxil olan xəstələrin sayı bir qədər
azalıb. Belə ki, ötən ilin yanvar ayın-
da klinikaya daxil olan xəstələrin sayı
526 nəfər idi. Hesabatda klinikanın
bölmələri üzrə daxil olan xəstələr,
onların xəstəliklərinin profilləri,
həmçinin fevralın ilk həftəsində klini-
kaya 113 nəfərin daxil olması barədə
məlumat da öz əksini tapdı.
Bundan sonra fizioterapiya ka-
binetinin 2015-ci ildə qazandığı
nailiyyətlər və əsas hədəflər haqqın-
da hesabatla çıxış edən dosent Paşa
Mehdiyev bildirdi ki, kabinet öz işinə
2011-ci ilin aprelindən başlayıb. O
vaxtdan indiyədək müalicə alan 457
xəstəyə əsasən amplipus və elektros-
timulyasiya, qalvanizasiya və dərman
elektroforezi, ultrasəsterapiya və fo-
noforez, maqnitoterapiya, indukto-
termiya, lazerterapiya, inhalyasion
terapiya, ultrayüksəktezlikli tera-
piya, UBŞ terapiya, solyuksterapiya,
darsonvalizasiya, naftalan terapiya,
masaj, parafinoterapiya kimi müalicə
üsullarının tətbiq olunduğunu deyən
P.Mehdiyev onu da qeyd etdi ki, nev-
roloji xəstəliklərin 70, travmatoloji,
ortopedik və revmatoloji xəstəliklərin
isə 60 faizə qədərinin fizioterapiya
tətbiq etmədən müalicəsi istənilən
effekti vermir.
O, mexaniki üsullarla müalicə və
masaj kabinetlərinin yaradılması, hid-
rokolonterapiya üsulunu təşkil etmək
barədə düşündüklərini deyərək,
klinika rəhbərliyinin köməkliyi ilə
transkranial maqnit stimulyasiyası,
zərbə dalğa terapiya, müasir amp-
lipuls, lor xəstəlikləri üçün UBŞ və
ultrasəs aparatlarının alınmasının da
nəzərdə tutulduğunu söylədi.
Toplantıya yekun vuran professor
S.Musayev bəzi cari məsələlərə də to-
xundu. 2015/2016-cı tədris ilinin yaz
semestrinin başlanması ilə əlaqədar
olaraq mühazirə zallarına, tədris
otaqlarına baxış keçirməklə möv-
cud problemlərin aradan qaldırılması
üçün tövsiyələrini verdi.
Klinikada çalışan orta və kiçik tibb
işçilərinin əlavə əmək haqlarının artı-
rılması təklifi də tibbi şuranın üzvləri
tərəfindən müsbət qarşılandı.
Son günlər müəyyən neqativ halla-
rın qarşısını almaq məqsədilə daxili
mühafizənin gücləndirildiyini bildirən
klinikanın direktoru, bu addımın ilk
növbədə əməkdaşların və burada
müalicə alan xəstələrin rahatlığına
hesablandığını vurğuladı.
Dostları ilə paylaş: |