Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi terminlər lüğəti
Xüsusi terminlər lüğəti
Ağır metallar
Metal xüsusiyyətlərini nümayiş etdirən və
keçid metallarının və bir sıra metalloidlərin,
lantanidlərin və aktinidlərin daxil olduğu
elementlərin yarımqrupu. Buna
nümunə
kimi civə, xrom, kadmium, zəy və
qurğuşun aid edilir.
Ani buxarlanma
Temperatur və ya təzyiqin qəfildən aşağı
düşməsi səbəbindən neftdən qazların
və/və ya buxarların ani surətdə ayrılması
Anodlar
Müsbət
yüklü elektrod
(batareya/akkumulyator, elektron cihaz,
yaxud elektrik avadanlığı ilə əlaqədar).
Anormal yüksək lay və məsamə təzyiqi
Müəyyən dərinlikdəki
hidrostatik təzyiqdən
artıq olan qeyri-normal dərəcədə yüksək
quyu təzyiqi.
Antiklinal
Süxur laylarının yuxarı istiqamətdə
qabardığı süxurda tağşəkilli bükük/əyilmə.
Antropogen
İnsan fəaliyyəti ilə əlaqədar olan.
Aşınma
Havanın, suyun və orqanizmlərin kimyəvi
təsiri ilə bağlı proseslər. Aşınma yüngül
karbohidrogenlərin
buxarlanaraq itkisi ilə
nəticələnir və bu, adətən, bioloji
parçalanma və yuyulub aparılma ilə
müşayiət olunur.
Atmosferə nəzarətsiz atılan tullantılar
Çənlərin doldurulması, boşaldılması və
çənlərin “nəfəs almasından itkilərin
yaranması” zamanı
və tutub saxlanma
sistemlərində faktiki olaraq bərpası
mümkün ola bilməyən fitinqlərdə yaranan
kiçik itkilər nəticəsində kiçik qaz
həcmlərinin ayrılması.
Atqı Əleyhinə Preventor (AƏP)
Quyudan neftin, yaxud qazın nəzarətsiz
sızmasının (çıxmasının) qarşısını almaq
üçün istifadə olunan hidravlik
mexanizmli
qurğu.