Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə1/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
  1   2   3   4   5   6   7   8   9   ...   25
glossary



Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Xüsusi terminlər lüğəti 
Xüsusi terminlər lüğəti 
 
Ağır metallar 
Metal xüsusiyyətlərini nümayiş etdirən və 
keçid metallarının və bir sıra metalloidlərin, 
lantanidlərin və aktinidlərin daxil olduğu 
elementlərin yarımqrupu. Buna nümunə 
kimi civə, xrom, kadmium, zəy və 
qurğuşun aid edilir.
 
Ani buxarlanma 
Temperatur və ya təzyiqin qəfildən aşağı 
düşməsi səbəbindən neftdən qazların 
və/və ya buxarların ani surətdə ayrılması
Anodlar 
Müsbət yüklü elektrod
(batareya/akkumulyator, elektron cihaz,
yaxud elektrik avadanlığı ilə əlaqədar). 
 
Anormal yüksək lay və məsamə təzyiqi 
Müəyyən dərinlikdəki hidrostatik təzyiqdən 
artıq olan qeyri-normal dərəcədə yüksək 
quyu təzyiqi. 
Antiklinal 
Süxur laylarının yuxarı istiqamətdə 
qabardığı süxurda tağşəkilli bükük/əyilmə. 
 
Antropogen 
İnsan fəaliyyəti ilə əlaqədar olan. 
Aşınma 
Havanın, suyun və orqanizmlərin kimyəvi 
təsiri ilə bağlı proseslər. Aşınma yüngül 
karbohidrogenlərin buxarlanaraq itkisi ilə 
nəticələnir və bu, adətən, bioloji 
parçalanma və yuyulub aparılma ilə 
müşayiət olunur. 
Atmosferə nəzarətsiz atılan tullantılar 
Çənlərin doldurulması, boşaldılması və 
çənlərin “nəfəs almasından itkilərin 
yaranması” zamanı və tutub saxlanma 
sistemlərində faktiki olaraq bərpası 
mümkün ola bilməyən fitinqlərdə yaranan 
kiçik itkilər nəticəsində kiçik qaz 
həcmlərinin ayrılması. 
Atqı Əleyhinə Preventor (AƏP) 
Quyudan neftin, yaxud qazın nəzarətsiz 
sızmasının (çıxmasının) qarşısını almaq 
üçün istifadə olunan hidravlik mexanizmli 
qurğu. 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin