Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   45

 

 

 

 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



60

NURİYYƏ RZAYEVA  

Filologiya üzrə fəlsəfə doktoru 

 

AZƏRBAYCAN DİLİNDƏ  İNGİLİS DİLİ MƏNŞƏLİ TERMİNLƏRİN 

LEKSİK VƏ SEMANTİK  XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər: Dil, termin, tərcümə nəzəriyyəsi, qrammatika, fonetika 

Key words: Language, term, theory of translation, grammar, phonetic. 

Ключевые слова: язык, термин, теория  перевода, грамматика, фонетика. 

 

 Məqalədə dilə daxil olan alınma terminlərin terminoloji sistemli 



zənginləşməsindən, dildə leksik alınmaların sayının artmasından bəhs olunur. 

O cümlədən dilə yeni gələn sözün dilin normalarına uyğunlaşmasının 

mürəkkəb linqvistik proses olduğuna görə sözlərin mənimsənilmə  dərəcələri 

də müxtəlif səviyyədə özünü göstərməsi qeyd olunur. 

      Həmçinin semanik derivasiya prosesində mənanın genişlənməsi əsas 

yer tutmasından, alınma sözlərdə  mənanın genişlənməsində ilkin leksik-

semantik variantın arxiseminin mumiləşməsi baza sözlərdə leksik-semantik 

paradiqmasının hdudlarından kənara çıxması da mühüm rol oynaması 

araşdırılır.  

 

Dilə daxil olan alınma terminlər terminoloji sistemli zənginləşdirir, dil-



də leksik alınmaların sayı artır. Dilə yeni gələn sözün dilin normalarına uy-

ğunlaşması mürəkkəb linqvistik proses olduğuna görə sözlərin mənimsənilmə 

dərəcələri də müxtəlif səviyyədə özünü göstərir.(1,s.75) Bəzi sözlər dilə yeni 

gəldiyinə, yaxud müəyyən dildaxili səbəblərlə bağlı  məhdud dairədə  işləndi-

yinə görə yarım mənimsənilmiş alınmalar hesab olunur. Azərbaycan dilindəki 

ingilis mənşəli  absentizm  (absenteeism),  aqnostizm  (agnosticism),  buklet 

(booklet), doker (docker), drenaj (drainage), dissident (dissident) klan (clan) 

və s. alınmalar belə sözlərdəndir. Bu tip leksik vahidlər semantik cəhətdən 

birmənalı olur, daha чox «özgə» reallığı əks etdirir və yeni anlayışların, əşya-

ların hadisələrin dilimizdə ifadəsində xidmət edir. Linqvistik təhlil göstərir 

ki,  əsasən terminoloji leksikaya aid olan həmin alınmalar semantik cəhətdən 

sabitdir, müəyyən funksional sahələrdə  işlənir. Onlarda semantik dəyişmələr 

nadir hallarda baş verir. Azərbaycan dilində geniş dairədə istifadə olunan, 

hətta ümumişləklik qazanaraq dil daxil olan kifayət qədər ingilis mənşəli söz-

lər vardır. Belə alınmalar sözün leksik sistemində özünə möhkəm yer tutmuş-

dur. Büdcə, vaqon, vazelin, boks, yumor, eksport, finiş, park, mağaza, kofe 

və s. alınma terminlər dilimizdə geniş  işlənməkdədir. Bu sözlərin çoxu həm 

fonetik, həm də qrammatik cəhətdən assimilyasiyaya uğramışdır. Bu tip alın-

malar tam mənimsənilmiş leksik vahidlərdən sayılır. Dil əlaqələrinin linqvis-

tik problemləri dəfələrlə diqqət mərkəzində olsa da, alınmaların semantik mə-

nimsənilməsi hələ də kifayət qədər tədqiq olunmasıdır. Məsələn, tədqiqatçılar 

alınma sözlərin «yerli» dildəki semantik inkişafını iki mərhələdə götürmüş-

lər: sözün alınması  və onun tam mənimsənilməsi. Halbuki, leksik alınma 

mürəkkəb və çoxfazalı prosesdir. Bir sıra hallarda leksik alınma dildəki lüğə-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



61

vi mənasından başqa sюzalan dildə yeni mənalarda işlənə bilər. Məsələn, icti-

mai-siyasi leksikada işlənən  baykot  termininin işlənməsində  də semantik də-

yişiklik hiss olunmaqdadır. Məlumdur ki, bu söz Azərbaycan dilinə siyasi və 

iqtisadi mübarizə formasını bildirən termin kimi daxil olmuşdur. Müasir 

dilimizdə  "baykot"  leksik vahidi özünün terminoloji mənasını saxlamaqla 

yanaşı, semantik tutumunu da genişləndirmişdir. Həmin alınma ictimai-siyasi 

termin sahəsindən çıxıb məişət çərcivəsində işlənməklə, ümumədəbi dilin fəal 

leksik vahidinə çevrilmişdir. "Baykot" leksemi müxtəlif sahələrin terminoloji 

sistemində də özünə yer almışdır. Diplomatiya termini kimi, baykotun mənası 

"bir dövlətin başqa dövlətlə, ya bir qrup dövlətlə ticarət  əlaqələri yaratmaq-

dan və saxlamaqdan imtina etməsi"dir. Diplomatiya terminləri lüğətində  tər-

kibində baykot sözü olan aşağıdakı termin-birləşmələr vardır:  «beynəlxalq 

münasibətlərdə baykot», «baykot elan eləmək»,«baykotu ləğv etmək», «bay-

kota məruz qalmaq», «baykot siyasəti», «siyasi baykot», «baykota əl atmaq», 

«baykota çağırmaq» və s. 

Dilin başqa dildən aldığı sözlər müəyyən anlayışların, əşyaların, hadisə-

lərin adlarını ifadə etməyə xidmət edir. Alınma ilkin dövrdə konkret semanti-

kaya malik olur. Adətən söz adi olduğu halda dildə bir sıra mənalara malik 

olursa, kecdiyi yeni dildə onun bu mənalarından çox vaxt biri istifadə olunur. 

Zaman keçdikcə, alınma söz yeni mənalar qazana bildiyi kimi, əvvəlki məna-

sını itirə bilir. Alınma obyekt dildə semantik transformasiyaya məruz qalır. 

Semantik transformasiya dilçilikdə araşdırılmış məsəllərdəndir. Obyekt dildə 

alınma sözün mənasının genişlənməsi və ya daralması, onun məcazi mənada 

işlənməsi semantik transformasiya kimi başa düşülür. 

Bir sıra tədqiqatçılar alınma sözlərə yalnız onların mənalarının daralma-

sının, bu sözlərin məcazi mənalarda işlənməsinin xas olmasını qeyd etmişlər. 

Bu fikir sonralar tənqid olunmuşdur (2,s.18) Alınma sözlərin yeni keyfiyyət 

qazanması  cəmiyyətdə baş vermiş  dəyişikliklərlə millətlərarası  əlaqələrin, o 

cümlədən dil əlaqələrinin genişlənməsi ilə bağlıdır. Masir dюvrdə  sюzlərin 

semantik strukturunun genişlənməsi, onların yeni mənalarının yaranması mü-

şahidə olunur. İngilis dilində alınmaların semantik cəhətdən genişlənməsi on-

ların həyatımızın müxtəlif sahələrinə nfuz etməsi prosesində baş verir.   Ter-

min alınan dildə ictimai-tarixi şəraitlə  əlaqədar ilkin təbiətindən uzaqlaşmış, 

yeni məna kəsb etmişdir. Məsələn "server" və "servis" terminləri: 90-cı illər-

də həm servis, həm də server sюzlərinin semantikasında dəyişmə baş vermiş-

dir. Terminlər indi sosial-iqtisadi və başqa sahələrə aid anlayışları ifadə edir. 



Server - «kiçik və orta biznesdə istifadə olunan, əsas məlumatları saxlayan və 

ötürən kompyuter» mənasındadır. Servis söznün daha iki mənası yaranmışdır: 

1. məhsulun istehlakı  və satışı sisteminin təkmilləşdirilməsinə yönəlmiş 

kompleks xidməti təmin edən marketinq fəaliyyətinin alt sistemi; 2. sosioloji 

sorğu. Eyni hadisə öznü server  termininə mnasibətdə  də göstərir. Bu termin 

də yeni məna qazanmış, mxtəlif sölərlə yeni terminoloji birləşmələr  əmələ 

gətirmişdir.  İndi  server  «internet  şəbəkəsinə qoşucu kompyuter» mənasında 

işlənir:  İnternetə girmək üçün əvvəlcə serverə qoşulmaq lazımdır. Bunun 

üçün serverin telefon nömrəsi yığılmalıdır» («Media Press» qəzeti, 25 iyul, 

2011). Alınma leksika, o cümlədən ingilis dilindən alınma sözlər dilin leksik 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



62

sistemində gedən proseslərdə  fəal iştirak edir.Ümumişlək leksik vahid kimi 

alınmış söz terminləşə bildiyi kimi, alınma terminin xüsusi leksik vahid sə-

ciyyəsini qazanması  də mümkündür. Müasir dövürdə terminoloji mənanın 

itirilməsinin tez-tez baş verməsi tədqiqatlarda qeyd olunur. İngilis dilindən 

alınma sözlərdən publisistik mətnlərdə, mətbuatda tez-tez istifadə olunması 

onların semantikasına əsaslı təsir göstərir. Mətbuatda işlənən alınma sözlərin 

semantik strukturunda dəyişmə baş verir. Sözün məna həcminin genişlənməsi 

yeni semlərlə  zənginləşməsi özünü göstərir.Belə hallarda determinləşmə se-

mantik genişlənmənın təzahr amilidir. Bir çox innovasiyalar məcazi mənada 

istifadə olunur, yeni mənalı söz mxtəlif semantik qrupun sözləri və söz bir-

ləşməsi tərkibində  işlənir. Semanik derivasiya prosesində  mənanın genişlən-

məsi  əsas yer tutur. Alınma sюzlərdə  mənanın genişlənməsində ilkin leksik-

semantik variantın arxiseminin mumiləşməsi baza sözlərdə leksik-semantik 

paradiqmasının hüdudlarından kənara çıxması da mühüm rol oynayır. Məsə-

lən:  Treninq  yarış dövür üçün orqanizmin maksimal hazırlığını  təmin etmək 

üçün edilən məşqlər nəzərdə tutulur. Arxisema «idman məşqidir». Masir dö-

vürdə sözün mənası genişlənmiş  və müxtəlif fəaliyyət sahələrində  işə hazır 

olmaq üçün məşqləri, formanı saxlamağı  əhatə etməyə başlamışdır.  Reytinq 

fərdi və komanda fəailiyyətlərinin  ədəbi göstəricisidir.  İlk  əvvəl  şahmata, 

sonralar tennisə aid olmuşdur. Hazırda həmin təkbətək mübarizə komanda id-

man növlərində istifadə olunur. Qiymətləndirmənin  ədəbi göstəricisi ar-

xisemində  dəyişmə baş vermişdir.  Ədəbi göstərici  əsas götürülmür. Hazırda 

reytinq sözünün semantikası genişlənmişdir: «FİFA dnya yığmalarının sent-

yabr ayı üçün reytinq cədvəlini dərc edib» («Olimpiya dnyası», qəzeti, 9-

11.10.2011).  Monitor  - Bu termin informatikada "1. emal sistemlərində 

əməliyyatları idarə və nəzarət edən, yoxlayan maşın proqramı; 2.proqramlaş-

dırma dillərində ümumi vasitələrdən istifadə etmək üçün proseslərin sinxron-

laşdırılması  və əlaqələndirmə mexanizmi; S.sistemi idarə edən displey" kimi 

mənalarında işlənir. Kompyuterin insan məişətində geniş yer alması onun 

dəstəsinə daxil olan monitor söz də ümumişlək  leksik qata daxil olmuşdur. 

Bununla yanaşı, monitorun «ekran»  mənası da vardır. «Kompyuter dəstinə 

yeni kvars monitoru daxildir. Belə sюzlər, bir qayda olaraq etnoqrafık, tarixi, 

coğrafı, bədii mətnlərdə işlənir. Realiyalar bu və ya digər mətndə ilk dəfə is-

tifadə olunanda tərcüməçi və ya müəllif onun haqqında  əlavə izah verir. Sö-

zün sonrakı istifadəsi belə izahı tələb etmir. Alınma söz müxtəlif müəlliflərin 

əsərlərində  və müxtəlif mənbələrdə rast gəlinirsə  və bu zaman alınma sözün 

semantikası haqqında  əlavə izah verilirsə, onda həmin sözün semantik mə-

nimsənilmə dövrünün başlanması haqqında danışmaq olur. Alınma terminin 

dildə istifadə olunma tezliyi, ümumişləkliyi artdıqca onun yeni dilin leksik 

sisteminə uyğunlaşma dərəcəsi artır, alınma termin dildə işlələklik və yeni se-

mantik çalar qazandığı zaman özünün əvvəlki mənasını da saxlayır. Bu za-

man termin semantik cəhətdən tam mənimsənilir, ümumişlək sözə çevrilir, 

söz yaradıcılığında fəal iştirak edir. Bəzən də termin kimi yox, dilimizə söz 

kimi daxil olur və etimon dildən fərqli olaraq leksik-semantik məzmun də-

yişərək terminoloji səciyyə qazanır. Məsələn,  ərəb dilində ümumişlək olan 

xəta, əmsal, hədd, təcil, srət dilimizdə riyazi sahədə terminləşmişdir. Alınma 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



63

terminlərin mənimsənilməsi prosesində  dəyişmələr müxtəlif mərhələlərdən 

ibarətdir. Tədqiqatçılar qeyd edirlər ki, əcnəbi söz semantik cəhətdən əvvəlcə 

okkazionalizm kimi götürülür və mətndə xsusi izahat tələb edir. Sonra əcnəbi 

söz bir qədər mənimsənildikdə və məzmun planının vahidi ilə onun yeni ifadə 

üsulu arasında  əlaqə başa düşüldükdə  əcnəbi söz resipientin passiv ehtiyatı-

nın vahidi hesab edilir və yalnız bundan sonra aktiv ehtiyata keçərək tam 

mənimsənilmiş sayılır [4,s.6].  

Beləliklə  də, alınma sözlər dilin öz sözləri kimi dəqiqləşir, aydınlaşır. 

Dil daşıyıcıları arasında yayılır. Alınma söz yeni dilin leksik-semantik və 

qrammatik sisteminə uyğunlaşır. Söz müxtəlif leksik, frazeoloji sintaktik bir-

ləşmələrdə istifadə olunur, sözdüzəldici morfemlərlə işlənmə imkanları artır, 

determinləşmə və terminləşmə prosesində iştirak edir. Azərbaycan dilinə ke-

çən belə terminlərin çoxu ümumişlək leksik vahidlər cərgəsində yer almış, 

mənimsənilmiş, dilimizin müxtəlif sözdüzəldici  şəkilçilərini qəbul edərək, 

yeni sözlər yaratmışdır. N.Məmmədli yazır ki, alınma terminin söz yaradıcı-

lıq məhsuldarlığı, müntəzəm işlənməsi, məna anlamının genişlənməsi və s. 

əlavə  əlamətləri törəmə kimi qəbul edilməlidir. (3,s.38) A.R.Mayorovun fik-

rincə, «alınma söz təkcə yeni mənalarını və ya söz yaradıcılığı məhsuldarlığı-

nı genişləndirməsi ilə deyil, dil sisteminə daxil olduğu üçün bu keyfiyyətləri 

qazanması yaxud qazana bilməsi ilə dildə möhkəmlənir. (5.s.8) Y.R.Krısin 

isə qeyd edir ki, sюzn funksional aktivliyini semantik mstəqillik təyin edir. 

Azərbaycan dilində  də alınmaların mstəqillik qazanması, dildə sabitləşməsi-

nin ən mühüm səbəbləri dubletlik yaratmaması,mənaca differensiallaşmasıdır. 

Son dövrlərdə komp-yuterin insan məişətinə daxil olması hesablama texnika-

sının srətli inkişafı bu sahədə alınmaların sayının günbəgün artmasına zəmin 

yaradır. Kompyuterin məişət texnikasına  чevrilməsi alınma sюzlərin də he-

sablama texnikası terminləri olmasına baxmayaraq ümumişlək leksik qatda 

yer alması ilə şərtlənir. Məsələn, drayver, monitor, sayt, klaviatur, bord, foto-

şop, veb-sayt, veb-dizayn, internet, internet-klub, intert-klass və s. Masir 

Azərbaycan dilində ingilis dilindən ardıcıl və artan sayda sözalma terminolo-

giya sahəsində getdikcə artır. Müxtəlif elm sahələrinin inkişafı onlarda termi-

noloji bazanın zənginləşməsinə  səbəb olur. Dilin terminoloji sisteminə, yeni 

terminlərin gətirilməsinə müxtəlif aspektlərdən yanaşmaq mümkündür. Yeni 

terminə yaranan tələbatın ödənilməsi üçün istifadə olunan termin yaradıcılığı 

yollarından biri də terminalmadır. Terminalma terminin başqa dildən hazır 

alınmasıdır. Azərbaycan dilinə son illərdə yeni terminlər hazır şəkildə ingilis 

dilindən alınır. Siyasi, iqtisadi, sosial sahələrə aid terminlərin dilimizə keç-

məsi artmışdır. Bunun əsas səbəbi  юlkənin yeni demokratik inkişaf yolunu 

seçməsi, yeni iqtisadi siyasəti qəbul etməsi ilə əlaqədardır. Lakin Azərbaycan 

dilinə ingilis dilindən gələn terminlər yalnız bu sahələrlə  məhdudlaşmır. 

Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin araşdırılması zamanı son 

dövrdə ingilis dilindən alınmaların srətlə artması öznü göstərir. Ancaq dilin 

quruluş baxımından fərqliliyi ingilis dilindən alınma terminlərin unifıkasiya-

sına xsusi diqqət tələb edir. 

 

 

 



 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



64

Ədəbiyyat 



 

1.

 



Sadıqova S.A. Masir Azərbaycan  ədəbi dilində termin yaradıcılığı 

prosesi, B., 2010, 244 s. 

2.

 

Sadıqova S.A. Azərbaycan dili terminologiyasının nəzəri problemləri, 



B., Elm, 2002.  

3.

 



Məmmədli N. Alınma terminlər B., Elm, 1997.     

4.

 



Гасанов  Б.С.  Процесс    заимствования  и  особенности  освоения 

заимствованных слов в языке (на материале тюркских лексических элементов 

в немеком языке). Автореф. дисс. на соиск. канд. филол. наук. Б., 1975. 

5.

 



Майоров  А.П.  Заимствования  в  лексике  семантической  системе  языке. 

Автореф. дисс. канд. филол. наук. М., 1967, 12 с. 

                      

N.Rzayeva 

 Semantics of the borrowings terms in the modern 

azerbaijan language  

Summary 

 

   The article is deal about the appropriation process new English term-words 

is used in Modern Azerbaijan language. In this process the most stage loan-term-

words was compared national words including semantic, graphic, phonetic, morp-

hological sides. Also in article is took basis appropriation level of loan-term-words 

phonetic, graphic, grammatical, orthographical and semantic accommodation. Inc-

luding is took information about being grouped on composition phonetic and met-

hod of writting English words which used in Modern Azerbaijan literary language. 



 

Н.Рзаева 

Семантика присвоенных терминов   

в азербайджанском языке   

Резюме 

 

В  статье  говорится  об  использовании  в  азербайджанском  языке  новых 

английских  слов-терминов  и  их  присвоении.  Важным  этапом  в  этом  проессе 

является сопоставление полученных терминов с  наиональными словами с се-

мантических,  фонетических,  графических,  а  также  морфологических  точек 

зрения.  В  статье  основной  акент  делается  на  фонетические,  графические, 

грамматические, орфографические и семантические адаптаии в проессе прис-

воения  слов-терминов.  Кроме  этого,  в  статье  говорится  об  использовании  в 

современном  азербайджанском  литературном  языке  английских  слов,  их 

правописании и группировании по фонетическому составу. 

 

Rəyçi:                    Rəfiq Cəfərov 



              filologiya  üzrə fəlsəfə doktoru, dosent 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



65

DİLARƏ HƏMİDOVA 

AzTU 


   

MÜASİR İNGİLİS ƏDƏBİ DİLİNDƏ FELİN ŞƏXSSİZ FORMALARI 

SİSTEMİNDƏ MƏSDƏRİN YERİ 

 

Açar sözlər: Fellər,  ingilis dili, məsdər.  

Key words: Verbes, enqlish, inifinitive. 

Ключевые слова: Глаголы, англиский язык, инфинитив. 

 

Müasir ingilis dilində məsdər özünəməxsus yer tutan felin şəxssiz formaların-

dan biridir. Onun əsas göstəricisi «to» ədatıdır. Məsdər tarixən fel kökündən düzə-

lən isim olub. Müasir ingilis dilində  məsdərin iki formasının («to» və  «to»-suz) 

mövcudluğu onunla izah olunur ki, onlar iki müxtəlif hal formasına malikdir. Qə-

dim ingilis dilində məsdərin iki halı var idi: adlıq və yönlük. Məsələn, adlıq hal – 



ceansan, yönlük hal ceasenne (to choose – «seçmək» mənasında); adlıq hal – lib-

ban, yönlük hal – libbene (to live – «yaşamaq» mənasında); adlıq hal – sprecan, 

yönlük hal – sprecenne (to speak – «danışmaq» mənasında). 

Yönlük halında olan məsdər adətən məqsəd və istiqamət bildirən «to» sözönü 

ilə  işlədilirdi. Məsdərin sonrakı inkişafında hər iki suffikslər (-an, -enne) ixtisar 

olunmuş və bir forma «to live» halına gəlib çıxmışdır. Məsdərin hal sonluğu və «to» 

sözönü ilə adlıq hal xüsusiyyətlərinin itirməsi nəticəsində, «to» sözönü onun əsas 

göstəricisinə çevrildi. 

Qeyd etmək lazımdır ki, qədim ingilis dilində  məsdərin ismi xüsusiyyətləri 

onun feli xüsusiyyətlərindən daha qabarıq şəkildə görünürdü. Onun feli xüsusiyyət-

ləri bəzi funksiyalarında özünü göstərirdi. Felin şəxsli forması kimi, məsdər vasitəli 

tamamlıq götürə bilirdi və onlar zəfrlər ilə təyin oluna bilirdi. 

Məsələn: Ne can ic hoht sinzan (I can



t sing) – Mən, oxumağı bacarmıram. 

M.Y.Bloxun fikrincə: «By virtue of its general procces naming function, the 

infinitive should be considered as the head – form of the whole paradigm of the 

verb. (Məsdərin  əsas funksiyasını, yəni hərəkətin adını göstərdiyinə görə  və onun 

bütün fellərin paradiqmalarına görə əsas forma kimi hesab olunmalıdır). Bu keyfiy-

yətə görə yaxşı inkişaf etmiş dillərdə  məsdər ismin adlıq halına oxşadıla bilər». 

A.A.Şaxmatov ismi məsdəri «verbal nominative» adlandırmışdır. 

Baxmayaraq ki, məsdər mənşəcə ismi feldir, lakin dilin inkişafı nəticəsində o, 

felin xüsusiyyətlərini alıb və indi fel və isim arasında bir vasitədir. Bu da onun 

sintatik funksiyasında özünü biruzə verir. 

İsim kimi məsdər cümlədə mübtəda funksiyasında işlənir.  

Məsələn, To skate is pleasant. 

Bundan başqa isim kimi tamamlıq, predikativ funksiyasında işlənir. 

Məsələn, Her greatest joy was to receive letters every week and to write lon 

replies. 

Baxmayaraq ki, məsdər feli xüsusiyyətlərini daha sonra qazanmışdır, indi o, 

daha böyük əhəmiyyət kəsb edir. Məsdərin aşağıdakı feli xüsusiyyətləri var. Felin 

şəxsli formaları kimi məsdər zaman, tərzi növ kateqoriyasına malikdir. 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



66

 

Tense and aspect 



Active voice 

Passive voice 

İndefinite 

to speak 

to be spoken 

continuous 

to be speaking 

Perfect 



to have spoken 

to have been spoken

Perfect continuous 

to have been 

spoken 



 



Əvvəllər məsdərin ancaq bir forması var idi. Onun məchulu sonradan inkişaf 

etdi. Qədim məsdərin məlum növünə müasir dövrün cümlələrində rast gəlinir. Mə-

sələn: They were to blame = to be blamed 

Məsdərin zaman kateqoriyasına gəldikdə isə onu demək olar ki, felin şəxsli 

formalarından bir o qədər də  fərqlənmir. Belə ki, məsdərin qeyri-müəyyən zaman 

forması onun ifadə etdiyi hərəkəti şəxsli formada işlənən felin ifadə etdiyi hərəkətə 

eyni vaxtda icra edildiyini bildirir. 

Məsələn: I saw him come into the room

İndiki zamala əlaqədar olan «to expect, to hope, to intendent, want, to wish» 

kimi fellərlə qeyri-müəyyən məsdər hərəkəti gələcəyə aid olur.  

Məsələn: I expect to go there tomorrow. I hope to find him in the town. 

Məsdər modallıq ifadə edən «to want, to try, to long» kimi felləri «niyyət, 



istək» mənasında işlənir. 

Modal fellər və onların ekvivalentləri ilə bağlı olan qeyri-müəyyən məsdər 

gələcəyə aid olan hərəkət bildirir. 

Predikat məsdər ifadə etdiyi hərəkətin felin əsas fel ilə ifadə olunduğu hə-

rəkətdən  əvvəl icra olunduğunu bildirir. Məsələn,  I am glad to have taken your 

advice.  

Məsdərin davam forması ifadə etdiyi hərəkətin əsas fel formasının hərəkti ilə 

eyni vaxt icra olunduğunu göstərir. Məsələn: She seemed to be listening. 

Beləliklə, bütün təbiət və  cəmiyyət hadisələri kimi, dil də öz yaranışı, mən-

şəyi, inkişaf tarixi və müasir mənzərəsi etibarı ilə olduqca zəngin hadisə və qanu-

nauyğunluqlarından, rəngarəng vahidlər sistemindən ibarətdir. Bu cür mürəkkəb bir 

prosesin elmi təhlilini vermək, buradakı obyektiv hadisə və qanunauyğunluqları aş-

kar etmək, hər hansı bir dilin spesifik xüsusiyyətlərini müəyyənləşdirmək və s. 

problemlər dilçilik tədqiqatlarında aşkar olur. 

Dilçilik elminin bütün elmlər kimi tarixi vardır. Dilçiliyin yaranma tarixi era-

mızdan əvvəlki əsrlərdən başlayır və bu elm təxminən iki min beş yüz illik inkişaf 

tarixinə malikdir. Dilçiliyin müxtəlif  şöbələrindən biri də qrammatikadır. Qram-

matika problemləri müasir dilçiliyin ən aktual məsələlərinə çevrilmişdir. Qrammati-

ka dilçiliyin tam müstəqil şöbəsi kimi qədimdir. 

Qrammatika termini yunanca «gramma» sözündən olub, hərfi yazısı savad 

mənasını verir. Qrammatika uzun müddət dil haqqında bilik elmi kimi başa düşül-

müş və dilçilik elmini bütövlükdə əhatə etmişdir. Buna görə də dilçilik sözünün si-

nonimi olmuşdur. Müasir dövrdə isə qrammatika dilin konstruktiv səviyyəsini öyrə-

nən dilçilik sahəsi olub, onun formalarından, onların dəyişmə və birləşmə formulla-

rından bəhs edir. Müasir mənada qrammatika dilin qrammatik quruluşu haqqında 

elm sahəsi kimi başa düşülür. 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



67

Məlumdur ki, qrammatika dilin tacıdır. Qrammatikanın mühüm və geniş sahə-

lərindən biri felin şəxssiz formalarından olan məsdər və məsdər tərkibləridir. Həm 

Azərbaycan, həm də ingilis dillərində  məsdər və  məsdər tərkibləri həmişə dilçi 

alimlərin əsas tədqiqat obyektlərindən biri olub. Məsdər və məsdər tərkiblərinin dil-

də oynadığı rolu nəzərə alaraq hər iki dildə onun müqayisəli şəkildə tədqiqinə ehti-

yac duyulur. Məsdər və məsdər tərkibləri tədqiqat obyekti kimi seçilməsində  əsas 

məqsəd onların dilçilikdə işıqlandırma dərəcəsini və onun ingilis və Azərbaycan dil-

lərində oynadığı rolu müəyyən etməkdən ibarətdir. İlk baxışdan onlar nə qədər sadə 

görünsələr də öz qrammatik quruluşuna görə, semantik xüsusiyyətlərinə görə çox 

müxtəlif və geniş imkanlara malikdir. 

Bildiyimiz kimi, ingilis və Azərbaycan dilləri müxtəlif dil aillərinə  mənsub-

durlar.  İngilis dili analitik (flektik), Azərbaycan dili isə agglütinativ dil qrupuna 

daxildir. Buna görə də bu dilləri bir-biri ilə tutuşdurmaq ümumi və fərqli cəhətəri 

aşkar etmək çətin məsələdir. Buna baxmayaraq hər iki dildə felin şəxsiz formaların-

dan olan məsdəri müqayisəli şəkildə öyrənmək vacibdir. Bu mövzu ilə əlaqədar rus, 

ingilis dillərində əhəmiyyətli dərəcədə elmi ədəbiyyat olduğu halda felin şəxsiz for-

maları haqqında Azərbaycan dilində verilən məlumatlar elmin bu sahəsinə olan tələ-

batı ödəmir. Buna görə də tədqiqat mövzusu öz aktuallığı ilə diqqəti cəlb edir. 

Məlum olduğu kimi Azərbaycan dilinin lüğət tərkibində olan sözlərin böyük 

bir qismini fellər təşkil edir. Azərbaycan dilinin qrammatiksında müstəqil nitq his-

səsi kmi tanınan fel bəhsinə hərəkəti bildirən, yəni əşyanın işini, halını, hərəkətini, 

vəziyyətini az və ya çox qabarıq və ya cüzi, dinamik və ya qeyri-dinamik şəkildə 

ifadə edən sözlər daxildir.  

«Fel» temini bizim dilimizə ərəb dilindən keçib. Qeyd etmək lazımdır ki, fel-

lər özünün leksik-semantik, morfoloji, sintaktik, üslub, fonetik və digər xüsusiyyət-

ləri  ilə başqa nitq hissələrindən əsaslı şəkildə seçilir.  

 

Ədəbiyyat 



 

1.

 



И.П.Иванова,  В.В.Бурлакова: «Теоретическая  грамматика  современного 

английского языка». Изд.: «Высшая школа». Москва-1981. стр.172-176. 

2.

 

В.Б.Касавин, 



В.С.Храковский: «От 

пропозиции 

к 

семантике 



предложения».  Типология  конструкций  с  предикатными  актантами. 

Ленинград. Наука. 1985. стр.17. 

3.

 

 O.Musayev:  «İngilis dilinin qrammatikası». «Maarif» nəşriyyatı. Bakı-1979. 



səh.225-226. 

4.

 



M.Hüseynzadə: «Müasir Azərbaycan dili». Bakı-1983. «Maarif» nəşriyyatı. 

                         

Д.Гамидова 

Без личных  глагола   английском языке 

Резюме 

 

Рол  инфинитива  в беэ личных  глагола английском  языке  роль  и  мес-



то  инфинитива  в  беэ  личных  глагола  существенно  заметен.  В  соврешенном   

английском языке безличные глаголы играыет особую роль в морфологичес-

кой системе  и крепко связань  неопределенной формой глагола.  В предлоне-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



68

ениях безличные глаголы открывают новую формуыупотребления и  иногда-

меняет  значение мысли  в  предложниях и дают  иные,  зависсимые  отченки  

глагола. 

                         

  D.Hamidova 

The  role  of  infinitive  in  impersonal  verbs  in   English 

Summary 


      

The  role  and  the  place  of  the  infinitive  in  impersonal  verbs  in   English  

is  essentially  noticed.En  modern  English  impersonal  verbs  play  a special  role  

in morphological  systemand  is  closely  connected  with  the  indefinite  from  of  a  

verb.Impersonal  verbs  in  sentences  create  the  new  from  of  usage  and  so-

metimes  change  the  meanings  and  thoughts  in  sentences  and  thoughts  in  sen-

tences  and  give  another  dependant  touch  of  the  verbs. 

 

Rəyçi:                       Rəfiq Cəfərov 



                filologiya  üzrə fəlsəfə doktoru, dosent 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə