Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Mövzu: Dil və mədəniyyət
Tələbə: Məmmədova Lamiyyə
Müəllim: İsmayıl Kazımov
Bir sıra digər aktual dilçilik məsələləri ilə yanaşı, “dil və mədəniyyət” problemi də ümumbəşəri problem olan “insan və mədəniyyət” probleminin tərkib hissələrindəndir. Elə buna görədir ki, dil və mədəniyyət probleminin məzmun və mahiyyəti ilə təkcə dilçilər deyil, həm də filosoflar, psixoloqlar, sosioloqlar və etnoqraflar da məşğul olmuşlar.
Mədəniyyət və dilin bir-biri ilə sıx bağlı olduğu şübhəsizdir. Ancaq onu da demək lazımdır ki, bu qarşılıqlı əlaqə ilk baxışdan göründüyü qədər sadə deyil.
Dil ənənələri, adətləri, həyat tərzi kimi mədəni dəyərləri əks etdirir. İnsan dil vasitəsilə başqa, yad mədəniyyətə daxil olur.
Xalqın varlıq və məfhumlarındakı bütün təzahürləri, xalqın yaddaşında saxladığı hər şey dil vasitəsilə öz ifadəsini tapır.
Birincisi, həm dil, həm də mədəniyyət insanın dünyagörüşünü əks etdirən şüur formalarıdır.
İkincisi, onlar sıx qarşılıqlı əlaqədə mövcuddurlar.
Üçüncüsü, bu təzahürlərin subyekti həmişə insan (fərd) və ya cəmiyyətdir (sosium).
Dil və mədəniyyətin təmas nöqtələri bunlardır:
Dil və mədəniyyət arasında möhkəm əlaqə vardır. Bu
əlaqə dialektik vəhdətin nəticəsi kimi özünü göstərir.
Dil ilə mədəniyyətin geniş əlaqəsi əsasında bunlar arasında qarşılıqlı təsir münasibəti yaranmışdır. Buna görə
də dil mədəniyyətin, mədəniyyət də, öz növbəsində, dilin inkişafına imkan və şərait yaradır. Dünya ədəbi dillərinin meydana gəlməsi, formalaşması, inkişaf edib zənginləşməsi mədəniyyətlə sıx bağlıdır. Millətin əsas əlamətlərindən olan dil o dildə danışan xalqın milli mədəniyyətini ifadə edir.
Dil milli mədəniyyətimizin ən böyük nümunəsidir. Çünki hər hansı bir millətin tarixini, mədəniyyətini öyrənmək istəyiriksə, biz ilk növbədə onun dilinə bələd olmalıyıq. Hər bir millət məskunlaşdığı yerdən asılı olmayaraq dilini qoruyub saxlamağı bacarmalı və yaşatmalıdır. Çünki vətənsiz millət yaşayar, amma dilsiz yox. Dil həm çoxcəhətli, həm də mürəkkəb ictimai hadisədir. Dil bilavasitə mənəviyyatla bağlıdır.
Dil və mədəniyyət əlaqələrini izah edərkən tez-tez “dil mədəniyyətin güzgüsüdür” metaforasım işlədirlər. Əslində dilin güzgüyə bənzədilm əsi təsadüfi deyil, çünki bizi əhatə edən sosial reallığı qəbul edərkən çox vaxt metaforik terminlərdən istifadə edirik, amma məsələnin həqiqət və ya yalan olması məcazın sərhədləri xaricindədir, çünki o, məsələnin bir tərəfini işıqlandırıb digərini kölgədə saxlayır. Hər bir dildə sözlər vasitəsilə real həyatda olan məfhum və ya predmetlər ifadə olunur .
Dilin mədəniyyətdə öz əksini tapm ası və düşüncə tərzinə təsiri fikri birinci dəfə Amerikalı linqvist və antropologist Eduard Sepir və onun tələbəsi, Benjamin Whorf tərəfindən irəli sürülmüşdür. Onlar iddia edirdilər ki, bizim düşüncəmiz və dünyaya baxmaq tərzimiz məhz elə bizim dilim izdən irəli gəlir.Sepirin fikirlərinə diqqət yetirsək görərik ki, o, dili mədəniyyətin tərkib hissəsi kimi göstərmir, əksinə dilin üstünlüyünü, daha mühüm funksiyalar yerinə yetirdiyini izah edir. Deməli, o digər dilçilərin mədəniyyət və dil münasibətlərini bərabərləşdirməsinə hardasa öz etirazını bildirmək istəyir və az da olsa dili daha çox önəmsəyir.
Ümumilikdə nəzərə alsaq, mədəniyyət və dil arasında əlaqə bəşəriyyətin ilk təşəkkül tapdığı dövrdən mövcuddur. Dil musiqi, ədəbiyyat, rəssamlıq, geyim, dini etiqad kimi m ədəniyyətin tərkib hissəsidir. Hər bir xalqın özünəməxsus, təkrarsız, əsrarəngiz mədəniyyəti vardır. Mədəniyyət dialektik inkişaf prosesi kimi sabit və dəyişkən, ənənəvi və yenilikçi cəhətlərə malikdir. Mədəniyyətin sabit cəhətini ənənə təşkil edir. Bəşər tarixində ənənə sayəsində insan təcrübəsinin toplanması və ötürülməsi prosesləri yer alır.
Uenying Ciang “Mədəniyyət və dil arasında əlaqə” məqaləsində dil və mədəniyyəti metaforik cəhətdən izah edir:
1. Fəlsəfi baxımdan: Dil və mədəniyyət canlı orqanizmdirlər, dil cisim, bədən,mədəniyyət isə qandır. Mədəniyyətsiz dil ölüdür, dilsiz isə mədəniyyətin formasından belə söhbət gedə bilməz.
2. Ünsiyyət baxımından: Ünsiyyət üzməkdir, dil üzmək bacarığıdır, mədəniyyət isə sudur. Dilsiz ünsiyyət ancaq dayaz su ilə müqayisə edilə bilərdi, mədəniyyətsiz isə heç ünsiyyət olmazdı.
3. Praqmatik baxımdan: Ünsiyyət nəqliyyat, dil təkərdir, mədəniyyət isə işıqfordur. Dil ünsiyyəti həm sürətləndirir, həm yavaşladır, mədəniyyət isə nizama salır.
Dünyanın müxtəlif ölkələrinin, millətlərinin özünəməxsus mədəniyyəti, dünyagörüşü vardır ki, bu da öz əksini onların dilində tapır. Əsimdə mədəniyyət, müəyyən cəmiyyətin, insanların həyat tərzini düzənləmək və idarə etmək üçün lazım olan inam və dəyərlər deməkdir. Beləliklə, insanın düşüncə tərzi mədəniyyətdən irəli gəlir. Buna görə də bizim mülahizələrimiz, fikirlərimiz, təfəkkürümüz mədəniyyətdən asılıdır. Emmitt və Pollok iddia edir ki, insanları oxşar davranışlarla tərbiyə etsələr və ya birbirinə yaxın mədəni mühitdə böyütsələr də, əgər onlar müxtəlif dillərdə danışırlarsa, onda onların düşüncə tərzi də fərqli olacaq.
Şükürova A. Dil, təfəkkür və mədəniyyət əlaqəsi / Xarici dillərin tədrisinin aktual problemləri. V Respublika elmi-praktik konfransının materialları (7-8 iyun 2012). Bakı: ADU, 2013,