A verbal kommunikasiya: Dil b Dilin mahiyyəti, dilin ictimailiyi



Yüklə 44,98 Kb.
səhifə1/7
tarix16.05.2023
ölçüsü44,98 Kb.
#113745
  1   2   3   4   5   6   7
İşgüzar və akademik kommunikasya cavablar


a)verbal kommunikasiya:Dil
b)Dilin mahiyyəti, dilin ictimailiyi-

Öz mahiyyətinə görə dil çox mürəkkəb ictimai hadisədir.Dilin ictimailiyi onun yaranmasında və funksiyalarında müşahidə olunur.Dil ancaq cəmiyyətdə yaranır və cəmiyyətdə fəaliyyət göstərir.Cəmiyyətdən kənarda dil yoxdur.


Dil təfəkkür üçün bir vasitədir,həm də fikrin ifadə formasıdır.Dilin köməkliyilə müəyyən reallıq dərk olunur.Dil informasiyanın və həyat təcrübəsinin saxlanılması və başqa nəsillərə çatdırılmasında əsas vasitədir.
Dil xüsusi ictimai hadisədir.O,fizioloji, bioloji, psixoloji hadisələrdən və bütün başqa ictimai hadisələrdən öz xüsusi əlamətləri ilə ayrılır.
Dil fizioloji hadisə deyil.Məlumdur ki, fizioloji faktorlar bütün canlılara irsən keçir.Dil isə irsi-fizioloji faktor deyil.Əgər bizim ana dilimiz Azərbaycan dilidirsə və bu dildə danışırıqsa, bu, heç də ata-anamızın azərbaycanlı olduğuna görə deyildir.Bunun səbəbi odur ki,biz Azərbaycan dili mühitində yaşayırıq.
Dünyada 2növ dil mövcuddur:təbii və süni dillər.Təbii dillər tarixən cəmiyyət kollektivləri tərəfindən yaranmış və tədricən formalaşmışdırşTəbii dil hər bir xalqın doğma və əsas dilidir.Süni dil isə köməkçi xarakterə malikdir.Hər bir süni dilin layihəsi ayrı-ayrı şəxslər tərəfindən irəli sürülür.Süni dil təbii dillər əsasında yaranır.Məs: Solresol süni dili Fransada yaranıb,dilin adı musiqi notlarının adından götürülmüşdür.dore-mən,domi-sən
Süni dillərə ro dili,ibo dili,neo dili və s. misal göstərmək olar



  1. Dilin funksiyaları

Dilin funksiyası dedikdə onun yerinə yetirdiyi vəzifələrin məcmusu nəzərdə tutulur. İşlənmə dairəsindən və genealoji mənsubiyyətindən asili olmayaraq dillər müəyyən funksiyaları yerinə yetirməlidir.


Dilin funksiyaları bunlardır : kommunikativ, ekspressiv, nominativ, idraki, emotiv,inteqrallaşdırma,diferensiallaşdırma.
Kommunikativ funksiya.Bu söz latın mənşəli olub məlumat vermə mənasındadır.Bu funksiya dilin insanlar arasında ünsiyyət vasitəsi olmasını şərtləndirir.
Dil danışanla dinləyən arasında ikitərəfli münasibət yaratmalıdır, yəni danışanla dinləyən arasında anlaşma olmalıdır, belə ki, danışanı dinləyən başa düşməlidir.Kommunikasiya o zaman baş verir ki, danışanla dinləyən arasında tam mənalı düşünmə və daşınma prosesi getsin.Əks halda dil kommunikativ funksiyasını yerinə yetirə bilmir.
Ekspressiv funksiya tez çatdırma mənasındadır.Dilçilik termini olaraq ifadəlilik, fikri ifadə etmə, çatdırma mənasında işlənir.Dilin bu funksiyası onun fikir ifadə vasitəsi olmasını şərtləndirir.
Nominativ funksiya dilin adlandırma funksiyasıdır.Yəni, danışan nəyi isə adlandırmalı, nədənsə bəhs etməlidir,əks halda kommunikasiya baş verməz.Belə ki, avtosemantik(müstəqil mənalı)sözlər işlədilməyən söz yığımını cümlə hesab etmək olmaz.
İdraki funksiya dil vasitəsilə obyektiv gərçəklikdəki əşya və hadisələri, ictimai həyatdakı mücərrəd kateqoriyaları dərk etməyə xidmət edir.(məs; məhəbbət,xoşbəxtlik,sədaqət)
Emotiv funksiya-insan öz fikirləri ilə yanaşı, həyəcan,duyğu, hiss və s. Kimi daxili cəhətləri də başqasına çatdırır.Bunun üçün dildə xüsusi vasitələr vardır.Belə ki,hiss,həyəcan,şadlıq,təəccüb,qəzəb və s. kimi daxili keyfiyyətləri ifadə etmək üçün dildə nidalar mövcuddur.
İnteqral(birləşdirici) və diferensial(fərqləndirici) funksiyalar.Dil öz inteqral funksiyasını o vaxt yerinə yetirir ki,o beynəlmiləl və dünya səviyyəli ünsiyyət vasitəsi kimi istifadə edilsin...xalqlar arasında ünsiyyət vasitəsi kimi istifadə edilməyən dil isə diferensial funksiyanı yerinə yetirmiş olur.

yazılı nitq


1. Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və sözdür;
2. Yazılı nitq sərbəst və müfəssəl bir ünsiyyət formasıdır. Burada həmsöhbətlə əks əlaqə olmur. Yazan fikrini başqalarına nə dərəcədə çatacağını, aydın olub-olmayacağını daim diqqət mərkəzində saxlayır, bacardığı qədər şərhini aydın, anlaşıqlı qurmağa çalışır. Bunun üçün nitqin bu növündə daha münasib və yararlı dil vasitələrindən istifadə olunması lazım gəlir. Yazı prosesində dil vahidləri və formalarından, danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan, dilin ifadəlilik vasitələrindən (emfatik vurğu, epitet, inversiya, ellipsis, anafora, ritorik sual və s.) daha tutarlısını fikirləşib tapmaq və yerində işlətmək, fikri səlis, aydın, düzgün ifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır. Şifahi nitqdə isə belə bir imkan olmadığından, danışan fikrini yığcam və üslubi cəhətdən düzgün qurmaqda çətinlik çəkir, qüsurlara yol verir. Həyatda rabitəsiz və məntiqsiz danışıqlara təsadüf etmək o qədər də çətin deyildir.
3. Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer verilir, yazılı ədəbi dildə isə elmi, texniki, siyasi və digər terminlər daha çox işlədilir.
4. Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur, yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir.
5. Şifahi ədəbi dildə yarımçıq cümlələrə, qısa replikalara, yazılı ədəbi dildə isə bütöv, mürəkkəb cümlələrə daha geniş yer verilir. Buna görə də yazılı dilin sintaksisi daha mürəkkəb olar.
6. Şifahi ədəbi dil fikrin əsas incəliklərini, müxtəlif intonasiya çalarlarını özündə əks etdirən canlı dildirsə, yazılı nitq bir növ sünidir, bu keyfiyyətə istənilən səviyyədə malik deyildir. “Söz özünün ən güclü təsirini, öz əlvan qiyafəsini yalnız şifahi nitqdə tapmağa qadirdir. Əgər o yazılı nitqdə açılmamış bir qönçədirsə, şifahi nitqdə ətirli bir çiçəyə çevrilir”.
7. Ədəbi dilin şifahi formasında fikrin ifadəsi üçün yardımçı vasitələrdən– mimika, jest və bədən hərəkətlərindən istifadə olunur.
8. Şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə çatdıra bilmir. Lakin yazılı nitq bu funksiyanı yerinə yetirə bilir. Yazılı nitq insanların öz bilik və informasiyalarını bir-birinə ötürmək ehtiyacından yaranmışdır. Bu nitq xüsusi təlim yolu ilə formalaşır. Lap qədimdə yazılan ədəbiyyat – Nizami, Füzuli, Nəsimi və başqalarının əsərləri yazılı dilin köməyi ilə gəlib bizə çatmışdır.
9. Şifahi ədəbi dilin tempi rətli, yazılı ədəbi dilin tempi isə aşağıdır,zəifdir.
Hazırda işlətdiyimiz yazılı nitq dövlət tərəfindən təsdiq olunmuş, rəsmiləşdirilmiş, müəyyən qaydalara – orfoqrafiya qaydalarına əsaslanır ki, onları gözləmək bu dilin daşıyıcıları, həm də onu öyrənmək istəyənlər üçün vacib sayılır.

a)Monoloji nitq



Yüklə 44,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin