5. Çoxmənalılığın yaranma yolları



Yüklə 35,5 Kb.
səhifə1/11
tarix29.12.2021
ölçüsü35,5 Kb.
#48701
  1   2   3   4   5   6   7   8   9   10   11
məna qrupları


5. Çoxmənalılığın yaranma yolları

Sözün çoxmənalılığı dilin inkaşaf etdiyini göstərən əsas amillərdəndir. Onda xalqın müşahidəçilik qabiliyyəti, ağlı və fantaziyası, əşya və hadisələri müqayisəetmə, qarşılaşdırma bacarığı öz əksini tapır.

Mövcud hər bir söz yaranarkən əvvəl təkmənalı olmuş, çoxmənalılıq müəyyən tarixi proses nəticəsində sonradan əmələ gəlmişdir. Sözlərin çoxmənalılığı dilin daxili inkişafı ilə bağlı hadisədir. Dildə sözlərin çoxmənalılıq kəsb etməsi, əsasən, onun məcazi mənaya keçməsi ilə sıx surətdə bağlıdır. Belə ki, söz məcazi mənada işlənərkən onun əsas mənasından yeni özünəməxsus məna çalarlığı əmələ gəlir. Hər bir söz məcazilik əsasında dəfələrlə başqabaşqa mənalarda işlənə bildikcə onun mənaları çoxalır və nəhayət, çoxmənalı söz olur. Söz çoxmənalı olduqda onun öz əsas mənası sabit qalır. Buna görə də hər bir çoxmənalı sözdə bir məna onun əsas mənası, digər mənalar isə əlavə ifadə etdiyi mənalar hesab olunur.

Dildə sözlərin çoxmənalılığı fikir dolaşıqlığı və anlaşılmazlığı kimi hallar törətmir. Sözlərin çoxmənalılığı cümlə içərisində əhatə olunduğu sözlərlə tez başa düşülür.

Eyni sözdə və ya ifadədə ilkin məna əsasında əmələ gələn, mənaca bir – birilə əlaqədar olan sözlər çoxmənalılıq yaradır. Çoxmənalılıq məna genişlənməsi, məna daralması, məna köçürülməsi, evfemizm, jarqonizm, xalq etimologiyası və s. yollarla yaranır.

Dilimizdə çoxmənalı sözlərin yaranması daha çox məcazlaşma ilə bağlıdır. Bir sözün əsas mənasından törəyən mənalar, əsasən, məcazlaşma yolu ilə yaranır.




Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin