5. Çoxmənalılığın yaranma yolları


Semantik kateqoriyalar (antonimlik)



Yüklə 35,5 Kb.
səhifə4/11
tarix29.12.2021
ölçüsü35,5 Kb.
#48701
1   2   3   4   5   6   7   8   9   10   11
məna qrupları

14. Semantik kateqoriyalar (antonimlik)

Müasir Azərbaycan dilinin leksikasında sinonim və omonimlərlə yanaşı antonimlər də mühüm yer tutur. Bir qayda olaraq dilçilikdə antonimlər (yunanca anti-əks və onuma-isim, ad sözlərinin birləşməsindən əmələ gəlmiş) bir-birinə zidd məfhumlar ifadə edən əks mənalı sözlər kimi qiymətləndirilir. Həmin məfhumlar müxtəlif köklü sözlərlə ifadə olunur: yaxşı-pi, gözəl-çirkin.

II qrup təzadlı məfhumlar arasında başqa, keçici bir məfhumun olması nəzərdə tutulmur; məsələn, güclü-gücsüz, bələd-nabələd və s. Bu cür antonimlər müxtəlif köklü sözlərdən düzəlir. Lakin bəzi alimlər onu antonim kimi qəbul etmir. Məsələn, əgər Bulaxovski antonim sözlər dedikdə müxtəlif köklərlə ifadə olunan ziddiyyətləri nəzərdə tutursa, bəziləri antonimliyin formal cəhətdən xüsusi morfemlər və suffikslər vasitəsilə ifadə olunduğunu təsdiq edirlər. Doğrudur, həmin dilçilər müxtəlif köklü antonimlərin eyni köklü antonimlərdən fərqli olaraq ziddiyyəti daha kəskin ifadə etməsini göstərir. Eyni köklü antonimlər dilimizdə mövcud sözdüzəltmə modelləri əsasında yaranır: ağıllı-axmaq, ağıllı-ağılsız.

Dildə sözlərin hamısının əksi-antonimi olmur. Bu da tamamilə təbiidir. Çünki müəyyən məfhumlar məntiqi cəhətdən ziddiyyətdən məhrumdur; məsələn, stol, stul, dəftər, divan, kitab, qələm və s. kimi sözlərin əksi yoxdur. Yalnız müəyyən qrup sözlərin dildə antonimləri vardır. Birinci növbədə bunlar keyfiyyəti bildirən sözlərdir (güclü-zəif, arıq-kök və s.). Lakin antonimlər hal-hərəkət (düşmək-çıxmaq, qalxmaq-enmək), məkan və zaman münasibətləri (alt-üst, yuxarı-aşağı), kəmiyyət (az-çox, hamı-heç kəs), mənfi və müsbət məna bildirən sözlərdən də (yaxşı-pis, düz-əyri) düzələ bilir.

Leksik bir kateqoriya kimi antonimlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, ziddiyyət, təzad antonim sözlərin leksik mənasından irəli gəlir. Həmin ziddiyyət və təzad antonim sözlərin nitqimizdə müntəzəm şəkildə təkrar edildiyinə görə çox asan hiss olunur, anlaşılır. Məsələn, biz nitqimizdə yaxşı-pis, gözəl-çirkin, yat-dur və s. kimi sözləri həmişə bir-birinə zidd, əks mənada işlədirik; mətndən kənarda da onlar bizim təfəkkürümüzdə öz təzadlarını itirir.

Dilin başqa leksik vahidləri kimi müxtəlif söz dairələrində antonim sözlər də yalnız müəyyən qrup sözlərlə əlaqəyə girə bilər; məsələn, ağır-yüngül antonimləri müəyyən həcm bildirən sözlərlə (yük, adam, iş və s.), acı-şirin antonimləri dad bildirən anlayışlarla (dərman, alma və s.). Məhz buna görə də elə antonim cütlükləri əmələ gəlir ki, onlar əhatə olunmuş mətndən kənarda antonim deyil. Məsələn, ağır sözü kontekstdən kənarda xoş sözü ilə antonim deyildir. Həmin sözün antonimi yüngül sözüdür. Lakin gün, xasiyyət, iş, rəftar, baxış sözləri ilə birləşmə təşkil edərkən ağır və xoş sözləri antonim kimi çıxış edir. Bu cür antonimlər dilçilik ədəbiyyatında mətni yaxud situativ antonimlər adlanır.

Qeyd edildiyi kimi, antonimlər müxtəlif nitq hissələrinə məxsusdur. Antonim münasibətlərdə olan sözlərin müəyyən bir nitq hissəsinə aidliyi mütləqdir; məsələn, isim (ağa-nökər, boşluq-qıtlıq), sifət (ağır-yüngül, bərk-boş), feil (sökmək-tikmək, örtmək-açmaq), zərf (asta-cəld, bayır-içəri) və s.

Antonimlər polisemiya və sinonimika hadisələri ilə sıx şəkildə bağlıdır. Belə ki, çoxmənalı sözün həm əsas mənası, həm də başqa mənaları üçün müxtəlif antonimləri olur; məsələn, nazik sözü üçün kobud (adam), qalın (qaş, dodaq) sözləri antonimdir. Lakin polisemantik sözün bütün mənalarının antonimi olmur; məsələn, yer sözü çoxmənalıdır. Lakin onun yalnız əsas, baş mənasının antonimi var: yer-göy.

Antonimlər həm sadə, həm də mürəkkəb olur. Sadə antonimlər: isti-soyuq, gözəl-çirkin və s. Mürəkkəb antonimlərin ayrı-ayrı hissələri bir neçə sözün birləşməsindən düzəlir: qanıacı-qanışirin, ağbəniz-qarabəniz və s. Mürəkkəb antonimlər əsasən feillərdən ibarət ola bilər: qulaq asmaq-bənd olmamaq, təşkil etmək-pozğunluq salmaq və s. Belə də olur ki, antonimlərdən ibarət cütlük özü də mürəkkəb sözə çevrilir: gec-tez, alt-üst və s. Antonimlər hətta söz birləşmələrindən də düzəlir. Məsələn, bəzi frazeoloji birləşmələrin hissələri bir-birinə qarşı antonim səciyyəli münasibətdə olur: başdan-ayağa, birinci-axırıncı dəfə və s.

Tərkibinə görə antonim cütlük müxtəlif səciyyəli olur. Belə ki bura həm Azərbaycan sözləri, həm də alınma sözlər daxil ola bilir.

1)Antonim cütlük Azərbaycan sözlərindən ibarətdir: bərk-boş, gec-tez və s; 2)Antonim cütlüyü təşkil edən komponentlərin biri Azərbaycan, digəri alınma sözdür: yaxşı (azər)-bəd (fars), yad (azər)-bələd (fars) və s; 3)Antonim cütlüyü təşkil edən sözlərin hər ikisi də başqa dildən alınmadır: ali-ibtidai (ərəb), bədbəxt-xoşbəxt (fars) və s.

Antonimlər poetik nitqdə xüsusi rola malikdir. Burada antonimlər antiteza yaradan qüvvətli bir vasitədir. Antitezanın əsasında təzad durur:

Sən üst mərtəbədəsən, Mən aşağıda. İnsan yuvasıdır, Yuxarı da, aşağı da. (R.Rza)

Antonim sözlər 2 yerə bölünür: tam və nisbi antonimlər. Mənaca bir-birinin tam və mütləq ziddini təşkil edən sözlərə tam antonimlər deyilir; ağ-qara, yay-qış və s. Mənaca bir-birinin şərti və nisbi ziddini təşkil edən sözlərə nisbi antonimlər deyilir; ağ-qırmızı, ağ-yaşıl, payız-qış.

Antonimlərin semasioloji bir hadisə kimi müəyyənləşməsi bir sıra şərtlərlə bağlıdır:

1)Antonimlik hər hansı bir məfhumun müxtəlif əks cəhətlərini ifadə etməlidir: dağ-dərə.

2)Antonimlər üçün digər şərt eyni tipli mətndə qoşa işlədilməsidir: Nə toy, nə yas olar dünyada mənsiz (S.Vurğun).

3)Antonimlərin təzad, antiteza, oksümoron yaratması. Oksümoron (oxymoron) yunan sözü olub, “ağıllı-dəli” deməkdir. Oksümoron iki antonim sözdən əmələ gəlir. Həmin əks mənalı 2 söz yanaşı işlənərək bir ifadə kimi dərk edilir: Ağladaraq güldürən, Güldürərək ağladan.

Antonimlər dil vahidlərinə görə antonim morfemlər, antonim sözlər, antonim birləşmələr, antonim cümlələr olur: şimal-cənub, xarici-daxili və s; antonim birləşmələr: başını bağlamaq-başını açmaq və s.

Antonimlər mənalarına görə 3 yerə bölünür: leksik, qrammatik və üslubi antonimlər. Formaca müxtəlif, mənaca bir-birinə əks olan, heç bir şəkilçi qəbul etmədən düzələn sadə sözlərə leksik antonimlər deyilir: cavan-qoca, arıq-kök; Qrammatik antonimlər antonim sözlərə sözdüzəldici şəkilçilər artırmaqla düzəlir: cavanlıq-qocalıq, dağlıq-dərəlik; Üslubi antonimlər antonim olmayan, mətnə görə antonimləşən sözlərdir: tülkü-aslan, canavar-qoyun və s.





Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin