5. Çoxmənalılığın yaranma yolları



Yüklə 35,5 Kb.
səhifə3/11
tarix29.12.2021
ölçüsü35,5 Kb.
#48701
1   2   3   4   5   6   7   8   9   10   11
məna qrupları

11. Çoxmənalılığın modelləri

Bir neçə mənada işlənən sözlər çoxmənalı polisemantik sözlər adlanır. Məsələn, göz, baş və s. Göz-görmə üzvü, stolun gözü, bulağın gözü, aləmin gözü, yaranın gözü; baş-bədən üzvü, baş həkim, baş soğan, dağın başı, çayın başı. Sözün çoxmənalılığı sözün leksik mənasının semantik çalarları üzrə ayrılması deməkdir. Bu, nitqdə, ifadə, sözlərin əlaqələrində özünü göstərir. Məsələn, göz sözü tam leksik mənada bu məfhumun ifadəçisidir. Törəmə mənalarda (bulağın gözü, stolun gözü) göz sözü semantik çalarla çıxış edir.

Müasir dilimizdə, çoxmənalılıq hadisəsinin, ayrı-ayrı leksik vahidlərin məna dəyişmələrinin müəyyən tarixi yoldan keçərək sabitləşmiş, işlənə-işlənə müəyyən etapları arxada qoymuş modelləri vardır:

1)Bir məfhum (yaxud əşya) başqa bir məfhuma bənzədilir, onunla müqayisə edilir, müqayisənin nəticəsində müqayisə mənbəyindəki bir əlamət (leksik-semantik səviyyədə) başqasına köçürülür: (çörək) daş kimidi, (alma) bal kimidi, taxta kimi və s. Bu model Azərbaycan dilində olduqca məhsuldardır. Tarixən semantik sıxılma nəticəsində müqayisədən yaranan bu yol işləndikcə ümumi dil faktına çevriləndən sonra müqayisə yaradan qoşma da sıradan çıxır və yeni bir ifadə forması yaranır: bal kimidi

2)Bu və ya digər sözün daxil olduğu müəyyən çoxluğu, leksik-semantik qrupu bir tam hesab etsək, həmin çoxluğa daxil olan hər bir element onun tərkib hissəsi, üzvü kimi qəbul olunur, dərk olunur. Bu çoxluq daxilində hər bir söz formal və semantik əlamətlərinin sayəsində öz müstəqilliyini saxlamaqla yanaşı, lüğət tərkibindəki bütün sözlərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, sistem münasibətdə olur. Söz bəzən müəyyən üslub və ünsiyyət tələbindən özünün aid olduğu sahəyə xas olmayan, “anormal” nitq şəraitinə, xarakterik olmayan sözlərin əhatəsinə düşür və bu halda yeni semantik məzmunun daşıyıcısı kimi işlənir.

3)Polisemantiklik semantik dəyər daşıyan dil strukturlarına xas olan universal bir linqvistik hadisədir. Çoxmənalılıq ümumi dil hadisəsi olmaqla, onun yaranması, dilin müxtəlif üslub qollarında yayılması, inkişafı, hər bir dilin milli özünəməxsusluğuna söykənir. Azərbaycan dilində çoxmənalılığın yaranmasında çox müxtəlif amillər (məntiqi, psixoloji, linqvistik, etik və s.) iştirak etdiyindən onun çox zəngin yaranma yolları müşahidə olunur.

Dünya, xarici aləm həm də müqayisələr yolu ilə dərk olunur. Fikrən aparılan müqayisə nəticəsində predmetlər və hadisələr arasında oxşar, oxşar olmayan, yaxın, həmhüdud cəhətlər aşkar edilir, tutuşdurulur və müqayisə olunanlar dilin sistemində müəyyən kateqorial siniflər tərkibinə qatılaraq dərk olunur: Göyün göy gözləri bərəlib qalıb, Dünya bir yay (kimi)gərilib qalıb (M.Yaqub). Cümləni transformasiya edib müqayisə obyektini (mötərizəyə bax) atsaq, sözün yeni işlənmə mühiti yaranır, sözün semantik mahiyyətində yeni əlamət əmələ gəlir. Ümumxalq dilində geniş işlənən buzdur (soyuqdur), daşdır (bərkdir), oddur (istidir) polisemantik sözlər qeyd etdiyimiz model (buz kimi, daş kimi) əsasında yaranmışdır.

4)Xüsusi əlamətləri, deyim özünəməxsusluğu ilə seçilən, ümumi ədəbi dilin xüsusi qolu kimi diqqəti cəlb edən poetik dilin imkanları da müxtəlif sözlərin yeni işlənmə, əlaqələnmə modellərinin yaranmasına şərait yaradır: Ya vaxtım dar olub, ya baş qarışıq, Sənə yetməmişəm sonuncu anda. “Dar vaxt” birləşməsində assosiativ münasibətlər əsasında təzahür edən əlaqələnmə poetiklik yaratmaqla yanaşı müvafiq sözün yaxud anlayışın münasibətindən sintaqmatik planda az, cüzi kimi semantik məzmunları da ifadə etmişdir.

5)Müasir Azərbaycan dili lüğət tərkibindəki sözlərin müəyyən qismi keçmiş tarixi dövrlərdə məna şaxələrinin əhatəliliyi ilə seçilir. Tarixən bir çox mənalar ifadə edən söz sonralar semantik cəhətdən daralmaya məruz qalır. Məsələn, “davar” sözü türk dillərinin qədim dövründə mal, heyvan, qoyun, keçi, at, inək, öküz, qatır, eşşək, Çin parçası, ipək parça, kasıb, yazıq kimi bəzən əlaqəsi aydın olmayan mənalar ifadə etmişdir. Hal-hazırda bu söz Azərbaycan dilinin dialekt və şivələrində yalnız xırda buynuzlu heyvan mənasında işlənməkdədir.

6)Obyektiv aləmdəki predmet və hadisələrə xas olan əlamətlərin daşıyıcısı kimi işlənən sözlər həmin əlamətə xas olmayan predmetlərin daşıyıcısı kimi işləndikdə yeni semantik məzmun daşıyır: Şirin- 1. Ağızda şəkər, bal və s. Kimi xoş tam verən; dadlı, ləzzətli:Şirin armud, şirin çay; 2. Zərif, incə. Rəna elə şirin yatmışdı ki, qulağının dibində top da atılsaydı oyanmazdı. (E.Sultanov); 3)xoş, zövqverici, ləzzətli: Şahın ömründən ancaq 22 il keçmişdi. Məlumdur ki, bu sində həyat necə şirin və əzizdir. (M.F.Axundov); 4)ürəyəyatan, xoşa gələn, xoş duyğu oyadan: hər məclisdə şirin sözü, söhbəti vardı. (Ə.Kürçaylı); 5)içməli, içməyə yarayan: bu gün, günortaçağı su budkası açılıb, kəndə şirin bulaq suyu axacaqdır. (Ə.Haqverdiyev)

7)Canlı varlıqlarla bağlı məfhumları ifadə edən sözün semantik əlaməti cansız predmetlər ifadə edən sözdə cəmlənir, ona köçürülür: ana xətti, ana kök, ana vətən, ana arx, ana dil və s.

8)Müəyyən predmetin adı kimi işlənən leksik vahidin məzmununda toplanmış müxtəlif əlamətlər onun ayrı-ayrı keyfiyyətcə fərqlənən törəmələrinin variantı kimi təzahür edir: Ağac-bitki; ağacın gövdəsi, ağacın bir hissəsi; müəyyən məqsədlər üçün istifadə edilən material, ağacdan düzəldilmiş əşya; uzunluq ölçüsü (təxminən 6-7 km); ofadəsoz, quru; ələ alınan ağac, əsa.

9)Müəyyən qrup sözlərin semantikasında konkret sahəyə daxil olan məfhumların ümumi adı kimi işlənmə faktı müşahidə olunur, semantik təkamül həmin ümumi məfhunların sonralar parçalanaraq ueni-yeni lüğət vahidləri ilə ifadə olunması ilə sona çatmışdır: el//əl-bədən üzvü; bilək; barmaq; güc, rəhbərlik, hakimiyyət.

10)Azərbaycan dilində morfoloji vasitələrin köməyi ilə törəmiş bir çox sözlər müstəqil leksik vahidlər kimi işlənmə mühitinə daxil olur, yeni tematik qrupların üzvlərilə paradiqmatik və sintaqmatik münasibətə girir: Donuq-donmuş buzlaşmış; şəffaf olmayan, buzlu; hissiz, duuğusuz; hərəkətsiz, statik.

11)Sözün əsas mənasının daxil olduğu paradiqma törəmə mənalarda dəyişir, özünə yeni paradiqma yaradır, sintaqmatik münasibətin dəyişməsi sözün paradiqmatik əhatəsini də təzələyir: “Aşağı” aözü əsas mənasında məkan məzmunu ifadə edir və “yuxarı” sözünün srmantik antonimi kimi çıxış edir. Lakin bu semantik əlamət sözün bəzi əlaqələnmələrində itir, söz yeni mühitə daxil olur: aşağı qiymət, aşağı rütbə, aşağı əyar bu birləşmələrdə “aşağı” sözü dərəcə və yüksək sözünün antonimi kimi çıxış edir.

12)Mücərrəd məfhum ifadə edən isimlərdən yaranmış frazeoloji birləşmələrdə özünün əsas mənasının əksinə olaraq söz sintaktik mühitdə yeni leksik-semantik variant kimi lüğət tərkibinə daxil olur: “Almaq”, “getmək”, “vermək” feilləri konkret hərəkət ifadə edən sözlər kimi adlarla işlənir. Bəzən isə mücərrəd məzmunlu sözlərlə işlənir və ueni frazemlərin, semantik vahidin yaranması ilə nəticələnir: ağıl vermək (nəsihət vermək), ağlı başından getmək (dəli olmaq).

13)Sözün frazeoloji birləşmə tərkibində ifadə etdiyi mənanın formalaşmasında onun əlaqələndiyi sözün semantikası xüsusi rol oynayır. Mənşəcə fars dilindən alınmış “abır” sözü lüğətlərdə 3 mənada qeyd olunur: 1)heysiyyət, şərəf, hörmət; 2)bədınin məhrəm yeri; 3)üst-baş, geyim. Bu mənalardan yalnız birincisi frazeoloji birləşmənin tərkibinə qatılıb, məzmun etibarilə müsbət yaxud mənfi çalara malik olur: abırdan düşmək (rüsvay olmaq, hörmətini itirmək), abırdan salmaq (hörmətsiz etmək).

14)Proses və nəticə eyni sözlə ifadə olunur. Bir qayda olaraq sözün əsas mənası hər hansı bir fəaliyyəti ifadə edir, ondan törəyən nəticə mənası yeni leksik-semantik variant kimi özünü göstərir: Ov-1)vəhşi heyvan, quş vurma və ya tutma, həmçinin balıq tutma işi. Atam məni həmişə ova aparırdı (M.Rzaquluzadə); 2)ovda vurulmuş çöl heyvanı (quşu). Ovu evə apardı.





Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin