5. Çoxmənalılığın yaranma yolları


Omonimlik və çoxmənalılıq (sözün eyniliyi və müxtəlifliyi)



Yüklə 35,5 Kb.
səhifə7/11
tarix29.12.2021
ölçüsü35,5 Kb.
#48701
1   2   3   4   5   6   7   8   9   10   11
məna qrupları

32. Omonimlik və çoxmənalılıq (sözün eyniliyi və müxtəlifliyi)

Omonimlik və çoxmənalılıq bir-birindən tamamilə fərqli leksik-semantik hadisə olmasına baxmayaraq (eyni söz, yaxud başqa-başqa sözlər), hər iki kateqoriya arasında qarşılıqlı əlaqə vardır. Məlumdur ki, omonimlər dildə yalnız təsadüfi səslənmə eyniyyəti nəticəsində deyil (məs. yaş – nəmlik və yaş -il, təvəllüd) həm də çoxmənalılığın parçalanması, yəni semantik proseslər nəticəsində əmələ gəlir. Belə ki, çoxmənalı sözün mənalarından biri sözün mənalar sistemindən ayrılıb müstəqil bir söz kimi də çıxış edə bilir. Bunun nəticəsində omonim yaranır. Məsələn, ay-yer kürəsinin peyki və ay- ilin bölündüyü on iki hissədən hər biri; var – dövlət və var - bir şeyin mövcudluğu; donluq - məvacib və donluq - parçanın paltarlıq üçün hissəsi və s. buna misal ola bilər. Buna əsasən belə bir fikir deyilir ki, deməli, omonim çoxmənalı sözün semantik təbəddülatının son həddidir. O, sözün semantik tərkibində baş vermiş parçalanma nəticəsində meydana çıxır.

Belə hesab etmək olar ki, dildə çoxmənalılığın parçalanması, yəni müxtəlif mənalar arasındakı əlaqələrin qırılması nəticəsində omonimlər əmələ gələ bilər. Məsələn, “bazar” sözü dilimizdə aşağıdakı mənalarda işlənir: 1. Alış-veriş yeri: kolxoz bazarı. 2. Açıq yerdə, yaxud bina içərisində düzəldilən böyük mövsüm ticarəti: kitab bazarı 3. Əmtəə dövriyyəsi sahəsi, zonası: daxili bazar. 4. Alver, alış- veriş: bu gün bazar yoxdur.

Bu mənalar ilkin mənadan törəmişdir və bunların arasında əlaqə vardır. Lakin həftənin şənbədən sonra gələn günü yekşənbə mənasında işləndikdə bu söz omonimə çevrilir.

Çoxmənalı sözlər və omonimlər arasında əsas məsələ söz eyniliyi və müxtəlifliyidir. Çoxmənalı sözlərdə nə qədər məna yaranır yaransın, burada söz eyniliyi qorunur, yaranan yeni sözlər arasında məna əlaqəsi itmir. Məsələn, “tutqun” sözü çoxmənalı söz kimi müxtəlif mənalarda işlənir: 1. batıq, batmış, batıq səs, 2. Məyus, qəmgin, kədərli qaraqabaq insan 3. Açıq olmayan, buludlu- tutqun hava. 4. Üstüörtülü, aydın olmayan, dumanlı, anlaşılmaz -tutqun iş. 5.Gərgin, qızğın- İşin ən tutqun vaxtı. 6. Açıq olmayan, tünd- tutqun rəng. Göründüyü kimi, “tutqun” sözü hər biri müxtəlif mənalarda işlənib, lakin hamsının əsasında bir məna durur, yəni necə işlənir işlənsin hamısı bir-birilə bağlı mənalarda işlədilib. Yəni, söz eyniliyi dəyişməyib, tamamilə başqa mənalar yaranmayıb.

Yaxud da “qalxmaq” sözünə baxaq. QALXMAQ həqiqi mənada belə işlənir: 1. Ayağa durmaq, dik vəziyyət almaq. Müəllim sinfə girdikdə şagirdlər qalxdılar. Məcazi mənada, çoxmənalı söz kimi isə mənaları belədir: məcazi: 2. Sağalmaq. Xəstə artıq qalxıbdır. Xəstə tez qalxana oxşamır. 3. məc. Vəzifəsi, rütbəsi, mövqeyi, nüfuzu yüksəlmək, tərəqqi etmək, irəliləmək. O, elm sahəsində xeyli qalxmışdır. Göründüyü kimi, məcazi mənalarda işlənərkən əsas mənadan ayrılmamışdır, əlaqə itməmişdir.

Bu məsələ omonimlərdə isə fərqlidir. Bir söz səs tərkibi baxımından eyni olsa da, omonim kimi işləndikcə yeni yaranan sözün mənaları bir-birindən tamamilə fərqlənir, sözlər arasında əlaqə itir. Artıq burda söz eyniliyindən yox, söz müxtəlifliyindən danışmaq lazımdır. Məsələn, şirin maddə mənasında işlənən “bal” sözü ilə, ölçü vahidi olan (məsələn, zəlzələnin balı və s.) arasında demək olar ki, əlaqə yoxdur. Bu sözlər tamamilə fərqli və müxtəlif sözlərdir.

Omonimlərin ifadə etdikləri məfhumlar bir-birindən çox fərqli olur. biz omonim sözünün ifadə etdiyi anlayışı və alət adı bir-birindən fərqlidir.

Sözün mənaları arasında assosativ əlaqəni, aralıq cəhətləri hiss mümkün olduqda, həmin söz çoxmənalı, bu, mümkün olmayanda isə omonim olur. Çoxmənalı sözün leksik-semantik variantı əlaqədar mənanı itirdiyi zaman həmin sözün müvafiq vahidi omonimə çevrilir. Məna əlaqəsi sözün mənaca ayrılması, əlaqənin qurulması, itməsi ilə müəyyən edilir. Bu sözlərin hüdudu dəyişkən olduğundan çoxmənalı sözlərdən törəyən omonim sözlər məna əlaqəsinin izlərini müəyyən müddətdə özündə saxlayır. Çoxmənalı sözlərdə formaca eynilik və mənaca müxtəliflik deyəndə, əslində, biz eyni sözün müxtəlif məna çalarını nəzərdə tuturuq. Burada sözün əsas mənası üzərində onunla bağlı olan əlavə mənalar meydana çıxır və bu mənalar, bir növ, əsas mənaya tabe olur. Omonim sözlərdə isə müxtəlif sözlərin forma eyniliyindən söhbət gedir. Burada sözlər müxtəlif olduğu kimi, onların mənaları da tamamilə müxtəlif olur. Demək olar ki, bu mənaların və sözlərin ifadə etdikləri məfhumlar arasında əlaqə olmur.

Bütün bunları ümumiləşdirib deyə bilərik ki, omonimlik müstəqil mənadır, çoxmənalılıq isə bir sözün məna variantıdır.




Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin