5. Çoxmənalılığın yaranma yolları



Yüklə 35,5 Kb.
səhifə9/11
tarix29.12.2021
ölçüsü35,5 Kb.
#48701
1   2   3   4   5   6   7   8   9   10   11
məna qrupları

49. Omonimlik

Omonimlər leksik mənaları müxtəlif, qrammatik mənaları həm eyni, həm müxtəlif olan eyni fonetik tərkibli, tələffüz və yazılışca fərqlənməyən sözlərdir. Omonimlərin əsas xüsusiyyətləri bunlardır: 1) Mənaca müxtəliflik. 2) Formaca eynilik. 3) Tələffüzcə eynilik. 4) Qrafik cəhətdən (yazılışca) eynilik. 5) Eyni və müxtəlif nitq hissələrinə aidlik. Eyni nitq hissəsinə aid olanlar leksik omonimlər, müxtəlif nitq hissəsinə aid olanlar isə leksik-qrammatik omonimlərdir. 6) Eyni və müxtəlif sintaktik funksiyalılıq. Bir nitq hissəsinə aid olan omonimlərin sintaktik vəzifələri də eyni olur. 7) Eyni və müxtəlif mənşəlilik. 8) Omonim cərgələrin komponentləri. Həm köklərinə, həm də leksik və qrammatik əlamətlərinə görə də eyni olmalıdır. Məsələn, Burada bilinməyir dünyanın yaşı, Axır almaz kimi, göz yaşı kimi (S.Vurğun). Yaşı sözü kökünə və şəkilçisinə görə omonimdir.

Əmələgəlmə yollarına görə omonimləri 4 qrupa ayırmaq olar: 1) leksik yolla əmələ gələn omonimlər; 2) fonetik dəyişmə ilə əmələ gələn omonimlər; 3) morfoloji yolla əmələ gələn omonimlər; 4) sintaktik yolla əmələ gələn omonimlər. Leksik yolla əmələ gələn omonimlərin tarixi çox qədimdir. Bu yolla omonimlər bu hallarda meydana gəlir: 1) çoxmənalılıqdan törəmə; 2) təsadüfi səs uyğunluğu; 3) alınma sözlər; 4) nitq hissələrinin bir-birinə keçməsi: substantivləşmə, atributivləşmə, adverbiallaşma, əsas sözlərin qeyri-əsas sözlər mövqeyinə keçməsi və s.


Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin