EPİSTOLYAR ÜSLUB
Bu söz latın sözü olub “məktub” deməkdir.Epistolyar üslubda korrespandent(yazan), adresat(alan) tərəflər olur.
Buna görə də təkcə məktublar deyil, nəsihətnamələr, öyüdnamələr, dəvətnamələr, çağırış tipli yazıları da epistolyar üsluba aid edirlər. Məktub-yazışmanın ən qədim növlərindəndir.Məktubun yazanı və alanı olur.Habelə onun yazılma vaxtı və yeri olur.Məktub monoloji daxili, yazılı nitq formasında olur.Məktubun 3 və ya 4 növünü qeyd edirlər: 1) Məişət məktubları; 2) ədəbi məktublar; 3) Rəsmi işgüzar məktublar; 4) Açıq məktublar. Məişət məktubu deyəndə ən səmimi, ən dərin, ən istəkli məktublar nəzərdə tutulur. Bu tipli məktublarda təntənəli söz və ifadələr olmur.Cümlələr sadə olub,üzvləri də xalq danışıq dilində olduğu kimi düzülür. Ədəbi məktublar-sosial mahiyyətli olur.tarixdə bu cür məktublar şair və yazıçılar arasında olub.Ədəbi məktubun dili onu yazanda asılıdır.Əgər şair və yazıçı belə məktub yazırsa bədiilik burada aparıcı oıacaq.Ədəbi məktublar sırasında Q.B.Zakirin M.F.Axundova , S.Rüstəmin, B.Vahabzadənin M.Şəhriyara yazdığı məktubları misal göstərmək olar. Rəsmi işgüzar məktublar-əsasən ölkə başçıları arasında əlaqə yaradır.Belə məktubda diplomatik üsluba xas olan fikri dolayı yolla və ehtiyatla ifadə etmək əsas şərtdir.Rəsmi məktublarda dəqiq rəqəmlər, diplomatik terminlər geniş istifadə olunur. Açıq məktublar-ictimai-siyasi məzmunda olub daha çox mətbuatda çap olunur.Açıq məktubu yazan adresatın “müsbət” və “mənfi” hərəkətləri. Cəmiyyət üçün faydalı və ziyanlı fəaliyyəti haqqında öz mövqeyini açıqlayır
№Verbal kommunikasiya:Nitq
Nitq-ünsiyyət prosesidir.Nitqin bazası dildir.Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin yaradıcısıdır.Dilin lüğət tərkibində və qrammatik quruluşunda baş verən dəyişikliklər ancaq nitqdə meydana gəlir və sabitləşir.
Nitq mədəniyyəti- insanın müxtəlif məqamlarda ünsiyyət məqsədi ilə dildən məqsədyönlü və çətinlik çəkmədən istifadə olunmasına təminat verən bilik və vərdişlərin toplusudur.
Dil və nitqin quruluşu fərqlidir. Dilin quruluşu onun böyük vahidi cümlədə öz əksini tapır, nitqin quruluşu isə cümlədən başlanır, cümlələr silsiləsini, abzasları, bütövlükdə fikrin tamamlanmasını bildirən mətni əhatə edir.Deməli, dil sisteminin ən böyük vahidi nitq sisteminin ən kiçik vahidinə çevrilir.Nitqin quruluşu danışanın təhsil səviyyəsi, dünyagörüşü, fərdi zövqü və s. amillərlə bağlıdır.
Dil və nitq bir-biri ilə vəhdətdə olub bir-birini tamamlasa da, aralarında müəyyən fərqlər var :
1) Dil həcmcə nitqdən genişdir.
2) Dil ümumxalq, nitq fərdi səciyyə daşıyır.
3) Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.
4) Nitqin əsas cəhəti onun məzmunluğu, aydınlıq, təsirlik və dəqiqlikdir.
5) Dil ictimai, ümumi, nitq isə fərdi hadisədir.
6) Dil sabit, nitq dinamikdir.
7) Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir.
Nəticə olaraq, dil və nitq bir ictimai hadisənin müxtəlif tərəfləridir.
Dil və nitqin funksiyaları demək olar ki, eynidir.
1) Kommunikativ (ünsiyyət) funksiyası – Dilin və nitqin ünsiyyətə xidmət etməsidir.
2) Emotiv funksiya – Bu, əsasən, emosionallıqla bağlıdır.
3) İnformativ(məlumatvermə) funksiya – Bəşər övladı minilliklər boyu əldə etdiyi informasiyanın nəsil-nəsil ötürülməsi, şüurlu fəaliyyətdə onlardan istifadə olunması kimi başa düşülməlidir.Nitq prosesində məlumatvermə həm yazılı, həm də şifahi mümkündür.
Bunlardan savayı dilin apelyativ, konativ, fatik funksiyalarını göstərmək zəruridir.
Apelyativ funksiya- dinləyiciyə müraciət olunması funksiyasıdır.
Nitqin formaları:şiahi və yazılı nitq,dialoji və monoloji nitq
Fatik funksiya demək olar ki,heç bir məlumat verməyə malik deyildir.Danışan tərəflər sanki bir-birini sorğuya çəkməklə tanışlığa can atır, bu zaman boş-boşuna söhbətlər gedir.
№
Dostları ilə paylaş: |