Omonimlər, sinonimlər, antonimlər -bu termin yunan sözü olub”eyni ad” deməkdir.Formaca eyni, məzmunca müxtəli olan sözlərə omonimlər deyilir.Omonimlərin növləri: leksik omonimlər, omofonlar(fonetik omonimlər),omoqraflar.
Leksik omonimlər heç bir qrammatik əlamət qəbul etmədən, heç bir fonetik dəyişikliyə uğramadan omonim məna ifadə edirlər.Məs; sağ(qol)-sağ(sağlam),kök(ağacın kökü)-kök(adam).Konversiya (müxtəlif nitq hissələrinə aid olan sözlərin eyni səs tərkibi ilə ifadə edilməsidir) əsasında düzələn omonimlər də bu qəbildəndir.Məs; tut(feil)-tut(meyvə,isim),at(feil)-at(isim).
Omofonlar-yalnız səslənməyə görə eyni olur.Onların yazılışı müxtəlif olur.Omofonlar çox zaman nitq prosesində səslərin təhrifi ilə əlaqədar yaranır.Məs;külək qapını aşdı(açdı)-oğlan dağı aşdı,qaşdı(qaçdı)-qaşdı(qaşlı).
Öz yarını yar düşünər , yar anar,
Saf məhəbbət ünsiyyətdən yaranar Omoqraflar-sözlərin yazılışı eyni olub,səslənməsi müxtəlif olur.Bunların omonimliyi təsadüfidür, hər leksik vahid müxtəlif nitq hissəsinə aid olur və müxtəlif qrammatik dəyişməyə məruz qalır.Məs;
Sürüdən tez ayırıb əlli qoyun Dedi ki, bunları yol üstə qoyun.(S.Ə.Şirvani)
I misradakı “qoyun” sözü isimdir,vurğusu son hecaya düşür. II misradakı “qoyun” sözü feildir, vurğusu ilk hecaya düşür.
SİNONİMLƏR-yunanca-eyni adlanma deməkdir.Dildə sinonimlərin əhəmiyyəti böyükdür.Məzmunca bir-birinə yaxın məna ifadə edən müxtəlif fonetik tərkibə malik sözlərə sinonim deyilir.Sinonimlər,adətən, bir nitq hissəsinə aid olur.Sinonim sözlərə nitq hissələrindən ən çox isim,sifət,feil və qismən zərflərdə təsadüf olunur.Məs; çox-xeyli.duman-sis,qorxmaq-ürəyi qopmaq.Bir məna qrupunu ifadə edən sinonim sözlər “sinonimik cərgə” adlanır.sinonim cərgələrdəki sözlərin biri əsas olur-dominant olur və mənanı dolğun ifadə edir.Məs; ürək,könül,can,qəlb...burada ürək dominant sözdür.Müharibə-hərb-dava-vuruş...müharibə-dominant sözdür.
ANTONİMLƏR-bir-birinə zidd məna ifadə edən sözlərə antonim deyilir.Antonimlər həyatın özündəki ziddiyyətləri əks etdirmək üçün yaranmışdır.Məs; əkin-biçin,yoxsul-varlı,donmaq-ərimək,ön-arxa,qıtlıq-bolluq,qaranlıq-aydınlıq və s.Antonimləri nisbi və mütləq olaraq 2 qrupa ayırırlar.Ağ-qara , dağ-dərə mütləq, qara-qırmızı,dağ-düz nisbi antonim hesab olunur.Qeyd edək ki, antonimliklə inkarlığı eyniləşdirmək olmaz: yaxşıdır-yaxşı deyildir, getmək-getməmək və s. əks məna bildirsə də, onları antonim hesab etmək olmaz.
№ FrazeologiYA və ya frazeoloji vahidlərin işgüzar kom.rolu
Dildə olan bütün söz birləşmələrinə, bölünməz ifadə və ibarələr məcmusuna frazeologiya deyilir.Frazeologiya dilin lüğət tərkibində xüsusi lay təşkil edir.Dilçilikdə frazeologiya həm frazeoloji vahidlərin cəmi,həm də bunlar haqqında elm sahəsi mənasında işlənir.
Frazeoloji vahidlər ədəbi bədii dildə bir neçə istiqamətdə daxil olur:
Ümumxalq tərəfindən yaradılan, işlədilən frazeoloji vahidlərdir ki, bunlar eyni xamanda ümumi frazeoloji vahidlər adlanır..Məs; gözü götürməmək.
Şair və yazıçılar tərəfindən yaradılan xüsusi(fərdi) frazeoloji vahidlər adlanır.Məs; Qoymayın,tez olun, tutun Eldarı !
Ona da göstərin daş zindanları.(S.Vurğun)
-burada”daş zindan göstərmək” frazeoloji vahidi “həbs etmək” ifadəsinin qarşılığı kimi işlənib.
Və ya “hırnan-zırı qanmır”- ən adi şeyləri bilmir(Anar)
Bəzi dilçilər frazeoloji vahidlərin əmələ gəlmə yollarını aşağıdakı kimi göstərirlər:
Xalqın məişət və həyat tərzini əks etdirənlər.Bu cür frazeoloji vahidlər heyvandarlıqla, köçəri həyatla bağlıdır; məs: ilanın ağına da lənət,qarasına da.
Bədən üzvlərini bildirən sözlərdən yaranan və insanın hiss və duyğularını əks etdirən frazeoloji vahidlər.(bədən üzvlərinin adlarının iştirakı ilə yaranan vahidlər somatik frazeoliji vahidlər adlanır.)qəlb sındırmaq, baş itirmək, gözdən salmaq.
Dini əqidə və mənsubiyyəti əks etdirən frazeoloji vahidlər.Məs; oruc tutmaq, namaz qılmaq.
Müraciət xarakterli frazeoloji vahidlər. Məs; baş üstə, gözün aydın.
Frazeoloji vahidlərin varlığını şərtləndirən əsas amillər bunlardır:
Dilə hazır vəziyyətdə gəlmələri;
Semantik bütövlüyü;
Möhkəm milli xüsusiyyətə malik olması və sözbəsöz başqa dilə tərcümə oluna bilməməsi.
№Xitab və ara sözlərin kommunikasiyada rolu Gündəlik nitqimizdə cümlənin müxtəlif tiplərindən istifadə edirik.Xüsusilə, nəqli cümələr kommunikativ nitqimizdə üstünlük təşkil edir.Kommunikasiya söhbət,ünsiyyət,monoloq,dialoq və deməkdir.Nitqimizin böyük bir hissəsini xitablar və ara sözlər təşkil edir.
Bəzi cümlələrin tərkibində elə söz və söz birləşmələri olur ki, cümlənin heç bir üzvü ilə qrammatik əlaqəyə girmir, heç bir suala cavab vermir və cümlə üzvü olmur. Xitab və ara sözlər bu cür söz qruplarına aiddir
Xitab.Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir.
Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. Insan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi — dövrani-kəcrəftarə bax və s.
Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran. Dağlar, səndə gözüm qaldı. Oxu, tar, oxu, tar. Göy göl, tərifıni çox eşitmişam və s.
Xitab ismin adlıq halında olur və bu baxundan mübtədaya oxşayır. Lakin, o xüusi intonasiya ilə deyilir və cümlə üzvlərindən kiçik fasilə ilə ayrılır. Məsələn: S. Vurğun məşhur «Ceyran» qoşmasında «ceyran» sözünü həm mübtəda, həm də xitab kimi işlətmişdir:
Əyilib su içir bir ana ceyran ...
Şöhrətin yayılıb hər yana, ceyran…
Birinci misrada ceyran sözü mübtəda, ikinci misrada isə xitabdır.
Xitablar, müxtəsər və geniş olur. Bir sözdən ibarət olan xitablar müxtəsər, söz birləşmələrindən (I növ təyini söz birləşmələrindən) ibarət olan xitablar isə geniş olur. Məsələn: Dost, nə edirsən? (müxtəsər). Gənc dost, vətəni göz bəbəyi kimi qoru (genis).
Xitablar cümlə üzvlərindən vergüllə ayrılır. Xitab cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilər. Cümlənin sonunda işlənən xitabdan əvvəl vergüL sonra isə nöqtə, nida işarasi və ya sual işarəsi qoyulur. Məsələn: Heydərbaba, dağlar yaman dumandı. Nə olub, ana, niyə belə narahatsan? Gəl, ey qoca Təbrizl və s.
Xitablardan əvvəl ay, ey, a nidaları işlənir. Məsələn: Siz necə gözəlsiz, yollar, a yollar. Ey vətən, torpağın əzizdir mənə və s.