A verbal kommunikasiya: Dil b Dilin mahiyyəti, dilin ictimailiyi



Yüklə 44,98 Kb.
səhifə4/7
tarix16.05.2023
ölçüsü44,98 Kb.
#113745
1   2   3   4   5   6   7
İşgüzar və akademik kommunikasya cavablar

Ara sözlər.Danışanın ifadə etdiyi fikrə münasibərini bildirən sözlərə və ya söz birləşmələrinə ara sözlər deyilir.
Ara sözlər, əsasən, modal sözlərlə ifadə olunur. Ara sözlər söz və söz birləşmələri, bəzən də cümlə şəklində olur. Məsələn: Deyəsən, işlər düzəlmək üzrədir. Qələbə, sözsüz ki, gec-tez bizimlə olacaq. Mən, sözün doğrusu, sizi tanımadım.İndi, necə dəyərlər, söz meydanıdır və s. Bu cümlələrdəki deyəsən və sözsüz ki söz şəklində, sözün doğrusu söz birləşməsi şəklində, necə deyərlər isə cümlə şəklində olan ara sözlərdir.
Ara sözlər daha çox cümlənin əvvəlində və ortasında işlənir. bəzi hallarda ara sözlər cümlənin sonunda da işlənir. Məsələn; Qarşıda bizi sevincli günlər gözləyir, əlbəttə. O xəstələnmişdir, məncə və s. Ara sözlər də xitablar kimi xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən vergüllə ayrılır.
Ara sözlərin mənaca aşağıdakı növləri var:

  • Yəqinlik bildirənlər: əlbəttə(ki,), şübhəsiz (ki), sözsüz (ki), düzü, dogrudan da, həqiqətən də. Məsələn:Əlbəttə, gündəlik dərslərini yaxsı oxuyan üçün imtahan asan olar. Doğrudan da, yasamaq gözəldir. Həqiqətən də, bu yerlər çox mənzərəlidir və s.

  • Güman, şübhə bildirənlər: bəlkə (də), dəyəsən, görünür, ehtimal ki, ola bilsin (ki), gərək ki. Məsələn:Bəlkə, onun bu işlərdən xəbəri yoxdur. Dostumuz, dəyəsən, buraları tanımır. Görünür, sən yorulmusan və s.

  • Təəssüf bildirənlər: əfsus (ki), heyf (ki), çox təəssüf, təəssüf ki Məsələn: Əfsus ki, o bizi gec başa düşdü. Taəssüf ki, biz getməliyik və s.

  • Fikrin mənbəyini, kimə aid olduğıınu bildirənlər: məncə, sənca, bizcə, mənim fikrimcə, deyilənə görə, eşitdiyimə görə. Məsələn: Məncə, biz bir daha görüşəcəyik. Sənca, dostumuz niyə iclasda yoxdur. Fikrimizca, bu məsələni sülh yolu ilə həll etmək olar və s.

  • Nəticə bildirənlər və nitqin hissələri arasında əlaqəni göstərənlər: nəhəyət,beləliklə, ümumiyyətlə, deməli, xülasə, qısası, əvvəla, birincisi, ikincisi, əksinə. Məsələn: Deməli, sabah yola düşürük. Nəhayət, gözlədiyimiz günləri gördük. Birincisi, biz bura başqa məsələ üçün yığışmısıq. Əksinə, Əli hamıdan ağıllıdır və s.


Yüklə 44,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin