b)Monoloji nitqin əsas xüsusiyyətləri
(monoloji nitqlə bağlı suallara eyni cavabı yazın)
İnsanlar arasında xoş münasibətin yaranmasında gözəl nitq mühüm rol oynayır. Nitq ünsiyyəti üç formada baş verir:
Monoloq və ya monoloji nitq,
Dialoq və ya dialoji nitq,
Poliloq və ya poliloji nitq.
Yunan mənşəli olan monoloq (monos bir, logos nitq) bir insanın, şəxsin və ya adamın nitqi deməkdir. Monoloji nitq hər yerdə ola bilər. Ailədə, idarələrdə, səhnədə, məktəbdə və s. İnsan öz-özünə monoloq söyləməz, Lakin səhnə adamlarının, müəllimlərin, tələbələrin və başqa ixtisas sahiblərinin məşqi və yaxud hər hansı bir çıxışa hazırlaşmaları (mühazirəyə, dərsə, çıxışa) zamanı işlənə bilər.
Monoloq yunan sözü olub,”təksəsllik””təkbaşına danışmaq” mənasını verir.Tərifi belədir:dramatic əsərdə iştirak edən hər hansı bir obrazın öz-özünə danışmasına monoloq deyilir. Işlənmə dairəsinə görə monoloq daha məhduddur.Amma əsərlərdə monoloqlar dialoqlardan daha təsirli olurlar,çox zaman əsəin baş qəhrəmanının dilindən verilir və həmin obrazın daxili aləminin,həyat amalının başa düşülməsinə xidmət edir.Azərbaycan ədəbiyyatında monoloq deyiləndə xatırlanan 3 dramaturq var:Cəlil Məmmədquluzadə,Hüseyn Cavid,Cəfər Cabbarlı
Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində Kefli İsgəndər obrazı;
Hüseyn Cavidin”İblis” əsərində iblisin monoloqu;
Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində Oqtayın monoloqu:Kimdir müqəssir?Yaşadaraq öldürən,öldürərək yaşadan,sevərək parçalayan,parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı,günahsız yavrumu?eski mühitin gülünc heykəlimi? Və yaxud böyük alman dahisi Şiller özümü?
Monoloji nitq müxtəlif qruplara bölünür:
Ali məktəblərdə müəyyən mövzu üzrə professor və ya dosentinin şifahi şərhi mühazirə adlanır.
Əvvəlcədən işlənib hazırlanmış hər hansı mövzuya məruzə deyilir. Məruzənin üç növü qeyd olunur:
Hesabat məruzəsi
Elmi məruzə
Siyasi məruzə
Onu da qeyd etmək lazımdır ki, məruzəni müzakirə edirlər, mühazirəni isə yox. Mühazirədə yalnız sual verilə bilər.
Daha çox iclaslarda, yığıncaqlarda söylənilən nitqə çıxış deyilir. Çıxışda natiq irad və təkliflərini ifadə edir. Çıxış həm elmi, həm siyasi, həm də ictimai xarakterli olur.
№ a)Dialoji nitqin əsas xüsusiyyətləri və ya dialoji nitq nədir?
Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada
iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət,
danışıqdır. Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən
öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir.
Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən
xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir. Dialoji nitqdə həmsöhbət-
lərdən birinin ifadə etdiyi fikir digəri tərəfindən qavranılır. Burada monoloji
nitqdən fərqli olaraq söhbətə öncədən hazırlıq görülmür. Bu səbəbdən dialoji
nitqdə tərəflər daha fəal olurlar. Dialoji nitqin bütün formalarında (dialoji söhbət,
danışıq formalarında) onun iştirakçıları hadisəni təfərrüatı ilə danışır, olanlara öz
münasibətini bildirir, dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər
gətirirlər. Qarşılıqlı söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müra-
ciətlər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəhdət yaradır.
Dialoq zamanı leksik təkrarlara, suala sualla cavabvermə, cümlədə söz düzümü-
nün pozulması, fikrin elliptik qurulması, pauzalar və s. özünü göstərə bilir. Əlbət-
tə, belə ünsiyyət prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün norma larına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılma-
lıdır. Nitqin dialoji forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi,
yığcam və ixtisar olunmuş nitqidir. Orada ifadələr bir qədər qısa, sintaktik
quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox işlədilir. Nitqin bu növündə
digər vasitələrdən - jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur.
Dialoji nitqdə intonasiya mühüm rol oynayır.
Azərbaycan ədəbiyyatının məşhur dialoqları: S.Vurğun “Vaqif” dramı,Vaqiflə Qacarin dialoqu
N.Gəncəvinin “Xosrov və Şirin” poemasında Xosrovla Fərhadın deyişməsi
№ omonim,sinonim,antonimlər
Dostları ilə paylaş: |