A verbal kommunikasiya: Dil b Dilin mahiyyəti, dilin ictimailiyi


Publisistik üslubun formalaşmasında “Əkinçi”,”Molla Nəsrəddin”,”Füyuzat” jurnallarının rolu



Yüklə 44,98 Kb.
səhifə6/7
tarix16.05.2023
ölçüsü44,98 Kb.
#113745
1   2   3   4   5   6   7
İşgüzar və akademik kommunikasya cavablar

Publisistik üslubun formalaşmasında “Əkinçi”,”Molla Nəsrəddin”,”Füyuzat” jurnallarının rolu.
1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı o dövrdən indiyədək uğurlu yol qət etmişdir. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli AxundovSeyid Əzim ŞirvaniNəcəf bəy VəzirovƏsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur
Azərbaycan milli mətbuat tarixi və onun inkişafında “Molla Nəsrəddin” jurnalının özünəməxsus yeri və mövqeyi vardır. Mübaliğəsiz demək olar ki, “Molla Nəsrəddin” jurnalı publisistik püxtəliyi, jurnalistika peşəkarlığı, müxbirlik məharəti, janr müxtəlifliyi, milli ideyalılığı, xalqa bağlılığı, xalq yaradıcılığı ənənələrinə sədaqəti, ana dilinə məhəbbəti və dilinin sadəliyi, eləcə də müasirliyi və bəşəri dəyərlərə hörməti ilə səciyyələnirdi. Mübarizə amalını “xalqın xoşbəxtliyi yoluna” həsr edən bu jurnal ilk nömrəsindən başlamış son nömrəsinə qədər 25 il ərzində “vətən, millət, dil” ideyasına xidmət göstərdi.
“Sizi deyib gəlmişəm” baş proqramı ilə xalqına və vətəninə məhəbbətdən yoğrulmuş jurnalın ətrafında çoxsaylı ziyalı və ədiblər toplaşaraq “Molla Nəsrəddin” adlı bir məktəbi də formalaşdırmış oldular. “Molla Nəsrəddin” özünün satirik ruhu, şirin yumoru, sadə dili və xalqın xoşbəxtliyinə əsaslanan meyarı ilə milli yaradıcılıq ənənələrini yeni əsrdə bir qədər də inkişaf etdirmiş və zənginləşdirmiş oldu. Məhz onun xidmətləri sayəsində milli mətbuatımızda azərbaycançılıq düşüncəli kütləvi oxunaqlılığa malik yığcam publisistik janr nümunələri geniş meydan tapdı. Dövrünün görkəmli fikir adamı, söz və fikir zadəganı kimi geniş şöhrətə malik böyük ideoloq, məşhur “Füyuzat” jurnalının redaktoru Əli bəy Hüseynzadənin “Yaxşı yazırsınız... Belə də yazmaq olarmış” fikirləri də bu jurnalın milli mətbuat və jurnalistika tariximizdə tutduğu əhəmiyyətli yeri və oynadığı misilsiz xidmətləri etiraf edən mühüm faktdır. Bu baxımdan xalq yolunda xidmətləri misilsiz olan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın inkişafı mühüm xidmətləri ilə yadda qalmışdır. Bu mənada bənzərsiz yumoristik jurnal olan “Molla Nəsrəddin” jurnalı “Dünyada sözdən böyük yadigar yoxdur” deyən böyük ustad Cəlil Məmmədquluzadənin və onun yoldaşları olan mollanəsrəddinçi ədiblərin məhəbbətlə sevdikləri Azərbaycan xalqına və onun gələcəyinə miras qoyduqları ən böyük yadigar oldu.
Füyuzat jurnalı böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabrın 1-dən Bakıda nəşr olunmağa başlayıb. “Füyuzat” kəlməsi mənşəcə ərəb sözü olub, mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir.
füyuzatçılar da xalqı maarifləndirmək, onda öz tarixinə, çağdaş durumuna gözüaçıq münasibət oyatmaq, mədəniyyəti və elmi yaymaq sahəsində geniş fəaliyyət göstərmişlər.


Yüklə 44,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin