Bank əməliyyatlarının mahiyyəti, əməliyyat təsnifi, gəlirləri və xərcləri



Yüklə 27,61 Kb.
səhifə1/11
tarix10.05.2022
ölçüsü27,61 Kb.
#56969
  1   2   3   4   5   6   7   8   9   10   11
muhazire05 (1)


Bank əməliyyatlarının mahiyyəti, əməliyyat təsnifi, gəlirləri və xərcləri

Kommersiya bankları rəngarəng əməliyyatlar həyata keçirirlər. Hazırda kommersiya banklarının əməliyyatlarının dairəsi xeyli genişlənərək, ənənəvi bank əməliyyatları ilə yenilərinin arasındakı fərq daha çox silinməkdədir. Mübahisəsiz demək olar ki, heç də bütün bank əməliyyatları konkret bank təsisatlarının gündəlik həyatında var və istifadə olunur (məsələn, beynəlxalq hesablaşmaların və trast əməliyyatlarının aparılması). Lakin müəyyən əməliyyatlar siyahısı vardır ki, bank onlarsız mövcud ola və fəaliyyət göstərə bilməz. Bunlara depozitlərin qəbulu, pul hesablaşmaları və ödənişlərin aparılması, kreditlərin verilməsi aiddir.

Banklar baza əməliyyatlarının yerinə yetirilməsindən əlavə, müştərilərə bir çox digər maliyyə xidmətləri təklif edirlər. Sənayecə inkişaf etmiş ayrı - ayrı ölkələrin milli - tarixi təsərrüfat xüsusiyyətlərinin inkişafı ilə şərtlənən fərqlərlə yanaşı, dövlət mənsubiyyəti və yerləşdirilmə ərazisindən asılı olmayaraq bütün banklara xas olan (onların araşdırılan kredit - maliyyə altsistemindəki immanent mənsubiyyətləri səbəbindən) bank fəaliyyətinin (bank əməliyyatlarının) bir sıra aparıcı istiqamətlərini göstərmək olar.

Ümumi baxışdan passiv və aktiv əməliyyatlar onlara aiddir. Kommersiya banklarının iş praktikasında onların yerinə yetirdikləri əməliyyatları (iş növlərini) passiv əməliyyatlar, aktiv əməliyyatlar, bank xidmətləri, banklarnın özlərinin əməliyyatlarını bu sayaq qruplarda birləşdirmək olar.

İlk iki qrup kommersiya banklarının əməliyyatları arasında daha çox xüsusi çəki yaradırlar. Məsələn, vəsaitlərin cəlb olunması və kredit resurslarının əlavə mənbələrinin formalaşdırılması üçün kommersiya banklarının passiv

əməliyyatları xidmət edir. Onlar aktiv əməliyyatların maliyyələşdirilməsi üçün istifadə olunur və depozit əməliyyatları çərçivəsində müxtəlif növ əmanətlərin cəlb olunmasından, banklararası kreditlərin istifadə olunmasından, qiymətli kağızların emissiyasından, bankların öz resurslarının səfərbər olunmasından və s. ibarətdirlər.

Depozitlər bankın müştərilərinin hər cür müddətli və müddətsiz əmanətlərindən ibarətdir. Bu növ əməliyyatların xüsusiyyəti ondan ibarətdir ki, banklara pul vəsaitlərini müştəri təklif etmir, bankın öz təşəbbüsü ilə pulları cəlb edir. Ona görə də bank praktikasında bu məbləğlər "cəlb olunmuş" adlandırılır. Bank belə vəsaitlər üçün faiz ödəyir. Faiz stavkaları depozitlərin müddəti və həcmindən aslı olaraq dəyişir. Rəqabətin inkişaf etdiyi şəraitdə kommersiya bankları müştərilərin hesablaşma hesablarında olan orta illik qalıqlar üzrə əvvəllər edilməyən faiz artırmaları da aparırlar. Bankın belə siyasəti müştərilərin sərbəst vəsaitlərini öz hesablarında toplamalarına maraqlarını artırır.

Kommersiya banklarının aktiv əməliyyatları əsas etibarilə müddətlərinə, həcmlərinə kredit resurslarının istifadəçilərinin tiplərinə, təminat xarakterinə, pul vəsaitlərinin ödəniş formalarına görə fərqlənən kreditlərin verilməsi (aktiv əməliyyatların xüsusi növü kimi zəmanətli əmanətlər istisna təşkil edə bilər) ilə bağlıdır.

Kreditlərin müxtəlif növlərinin təsnifatını vermək çox çətindir. Ona görə də indiyədək istər ölkə, istərsə də xarici ədəbiyyatda kreditlərin vahid təsnifatı yoxdur. Lakin hazırda onların spesifik xüsusiyyəti ondan ibarətdir ki, keçid iqtisadiyyatı kommersiya banklarını qısa müddətə kredit verməyə məcbur edir. Bu, kreditlərin çox sürətlə qiymətdən düşməsi prosesi ilə şərtlənir. Mövcud şərait uzunmüddətli istehsal dövrlü müəssisələri çox ağır vəziyyətə qoymuşdur, belə ki, bu məqsədlər üçün alınmış kreditlərin dövranı daha qısa zaman kəsiyini əhatə etdiyindən və ölçüyə gəlməyən dərəcədə böyük gəlir gətirdiyindən, ticarət

- vasitəçilik fəaliyyəti ilə məşğul olmaq daha əlverişlidir.

Kommersiya bankları özlərinin sərəncamlarında olan həm özlərinin, həm də cəlb olunmuş vəsaitləri ssuda verməklə, faiz alırlar. Faiz kreditora ssuda kapitalı əvəzinə ödənilən qiymət şəklində çıxış edir. Onun həcmi kredit resurslarına olan tələb və təklifdən asılıdır.

Bank xidmətləri müştərinin tapşırığı üzrə sonuncunun xeyrinə müəyyən ödənişlə bank əməliyyatlarının aparılmasıdır. Praktikada bank xidmətləri üç qrupa bölünür:



  • tədiyye dövriyyəsinə şəraitin yaradılması (kommersiya bankları tərəfindən müştərilərin vəsaitləri hesabına nəqd və nəqdsiz ödənişlərin aparılması), valyuta və qiymətli metallarla, veksellərin və çeklərin inkassasiyası və s. yolu ilə əməliyyatların həyata keçirilməsi;

  • müştərilərin qiymətli kağızlarının saxlanılması, habelə onların idarə aparılması;

  • dünyanın aparıcı ölkələrində geniş inkişaf etmiş əmlakın (etibar olunmuş və ya trast əməliyyatlar) idarə olunması.

Bəzən "bank xidməti" anlayışı ilə "bank məhsulu" anlayışını bir - biri ilə bağlayırlar və sonuncudan söhbət açıldıqda aşağıdakılar nəzərdə tutulur:

  • maddi xidmətlər, yəni banklar tərəfindən maddi nemətlərin müştərilərə çatdırılması məqsədilə göstərilən xidmətlər. Bu halda əlavə dəyər yaradılır ki, o da əmtəənin (malın) dəyəri (qiyməti) üzərinə artırılır;

• kadrların hazırlanması və yenidən hazırlanması, müştərilərin

məlumatlandırılması və onlara konsaltinq keçirilməsi, analitik tədqiqatların apanlması və onların nəticələri üzrə ictimaiyyətin məlumatlandırılması, bank işçilərinin etika normalarının yaradılması.

Kommersiya banklarının öz əməliyyatları ikinci dərəcəli rol oynayır. Məsələn, bank digər hüquqi şəxslərin təsisçisi kimi çıxış edə, hər hansı istehsal və ya sosial - mədəni təyinatlı obyektin tikintisində iştirak edə bilər. Kommersiya bankları zəmanət verə bilər. Onlar öz şəxsi hesablarına müxtəlif avadanlıq və əsas vəsaitlər ala bilərlər. Bankın öz şəxsi əməliyyatlarına aşağıdakılar da aiddir: öz əməkdaşlarının əmək haqlarının ödənilməsi, istehsalat və sosial - inkişaf fondlarının və maddi həvəsləndirmənin bölüşdürülməsi, öz təsisçilərinə dividendlər ödəmək və s.

Son vaxtlar banklar daha çox onlar üçün xarakterik olmayan əməliyyatları daha aktiv həyata keçirməklə, özleri üçün qeyri - ənənəvi maliyyə sahibkarlığı sferasına daxil olaraq, daim göstərdikləri xidmətlərin dairəsini genişləndirərək və keyfiyyətini yüksəldərək, yeni perspektiv müştərilərin cəlb edilməsi uğrunda rəqabət aparırlar. Faktiki olaraq kommersiya bankları təsisatları o qədər rəngarəngdir ki, onların dəqiq fərqləndirilməsi doğrudan da qeyri - müəyyəndir. Bu onunla bağlıdır ki, "müasir" banklar ən rəngarəng əməliyyat növləri ilə məşğul olurlar.

Şərti olaraq bankın öz hesabına əməliyyatlarını (onlar da bank əməliyyatları kimi aktiv və passiv ola biler, amma daxili bütövlük növü olması

üzünden struktur əlahiddəliyinə iddialıdır) da fərqləndirmək olar ki, bunlara da müxtəlif müddətlilik və tələbetmə şərtlərinə (ssudanın ödənilməsi) görə əməliyyatlar aiddir: veksellərin verilməsi, xarici valyuta, qiymətli kağızlar və əlvan metallarla və s. ile ticaret.

Hazırda bankların fəaliyyətində getdikcə daha çox universallaşma baş verir ki, bu da nəinki təkcə pul vəsaitləri və maliyyə resurslarının bütün mərhələləri və dövriyyə sferalarını əhatə etməyi deyil, həm də məsləhətvermə (konsaltinq), ayrı - ayrı şəxslər və təşkilatların (hətta dövlətlərin) vəsaitlərinin idarə olunmasında pul və maliyyə prosesləri barədə informasiyanı, pul əməliyyatlarının texniki təmin olunmasını, pul dəyərlərinin və istehsalat sırlarının mühafizəsi və s. genişləndirir.

Belə bir qayda yaranır ki, müştəri lazımi xidmətlər siyahısını elə öz bankında ala bilər. Öz ənənəvi fəaliyyətlərindən imtina etməyən banklar, fəaliyyətin digər sferalarına daha aktiv şəkildə müdaxilə edirlər, müştərilərə bütün maliyyə xidmətləri kompleksi üzrə qulluq etməyi öz üzərlərinə götürürlər. Banklar birbaşa kreditləşdirmə formalarını özlərinə tabe etməyə çalışaraq, şirkətlərin vekselləri ilə ticarətə girir, səhmlərlə birja əmaliyyatları aparır, ayrı - ayrı şəxslərə məxsus olan qiymətli kağızlr paketinin idarə olunmasına və s. girişirlər.

Əgər bank yuxarıda sadalanan xidmətləri tam həcmdə yerinə yetirə bilmirlərsə, onda o müştərini itirməkdə risk edir. Banka bu xidmət forması da əlverişlidir, belə ki, müştərilərin dosyesinin tərtib olunması üçün vaxta və məsrəflərə qənaət edilir (çünki bir dosyedən bank bir neçə bölməsi istifadə edilə bilər), bankın əməliyyatlara və müştərilərin fəaliyyətinə nəzarət imkanları artır (o mütəmadi olaraq müştərinin bütün fəaliyyəti haqqında, onun kommersiya və şəxsi işləri və əlaqələri barəsində müntəzəm və bitkin məlumat alır).

Belə şəraitdə kommersiya bankları fəaliyyətlərini genişləndirmək yolu ilə, yeni, bank bazarının daha yüksək riskli seqmentləri üzrə xidmət göstərməklə bağlı öz iqtisadi durumlarını qorumağa çalışırlar ki, bunlara da aşağıdakılar aiddir:



  • tərpənməz kommersiya əmlakı üzrə sövdələr və borc vəsaitlərinin yüksək payı üzrə əməliyyatlar (bir çox hallarda bu, kredit risklərinin çoxalması ilə bağlıdır);

  • öz kapitallarının kifayətliliyinə dair tələblərin daha da unifikasiyası və sərtləşdirilməsi ilə bağlı kommersiya bankları üçün daha böyük əhəmiyyət kəsb edən daha gəlirli, amma yüksək risklə bağlı balansı ötmüş əməliyyatlar (faiz və valyuta svopları, rezerv akkreditivləri, ssudalar üzrə öhdəliklər, onların satılması və otürülməsi, habelə zəmanət verilməsi);

  • kommersiya banklarının diler əməliyyatlarda törəmə instrumentlərlə iştirak etmələri; bu, onlar üçün yeni fəaliyyət növlərindən biri sayılır. Bu halda kommersiya bankları nəinki öz müştərilərinin tapşırığı ilə, həm də əməliyyatlarının gəlirliliyini artırmaq məqsədilə özləri müstəqil şəkildə törəmə instrumentləri əldə edirler;

• sığortalama, trast (vəkalətli) əməliyyatlar kimi qeyri-bank sektorlarında xidmətlər göstərmək.

Trast (vəkalət) əsasında müştərilərin vəsaitlərini cəlb edən banklar (onların sahibləri) müştəri qarşısında, əgər onlar bu vəsaitlərin yerləşdirilməsi zamanı "adi ehtiyatlılığı" pozmayıblarsa, onda onların əmanətlərinin toxunulmazlığına cavabdeh deyillər. Trast işi anqlo-saks dövlətlərin mülki hüququnda mövcud olmuş bir sıra spesifik institutlar əsasında ABŞ - da meydana çıxmış və inkişaf etmişdir. Vaxtilə Amerikanın bankirlər assosiasiyası trast işinə belə tərif vermişdilər: "Bu, vəsiyyətlərin icrası, əmlakın vəkalətnamə üzrə idarə olunması və fiziki şəxslər, yoldaşlıqlar (birliklər), assosiasiyalar, təsərrüfat korporasiyaları, habelə açıq ictimai, tədris, mədəni və xeyriyyə təsisatları və hökumət orqanları üçün mümkün sayılan bütün hallarda agent tapşırıqlarının yerinə yetirilməsidir". Trast ili XIX əsrin ortalarından daha çox kommersiya banklarının əllərində cəmləşir və hətta, məsələn, etimadlı şəxs hüquqi firma və ya fərdi şəxs olduqda belə, faktiki olaraq əməliyyatları, agent kimi fəaliyyət göstərən bank aparır.

Qiymətli kağızlara yatırılmış varidatın idarə olunması, faktiki olaraq kommersiya banklarının əsas trast emeliyyatlarından ibarətdir. Bu halda bank müştərinin varidatını birbaşa idarə etmir, yalnız agent, mühafiz funksiyasını həyata keçirir, bir qayda olaraq, investisiyalar üzrə məsləhətçi kimi çıxış edir və bu yolla da müştərinin müxtəlif qiymətli kağızlara yatırımlar yapmasına əsas təsir göstərir. Bununla da trast əməliyyatlar vasitəsilə bankın qiymətli kağızlar bazarına, ilk növbədə fond birjasına təsiri artır. Hazırda kommersiya bankları korporasiyaların istiqrazları üzrə etimadlı nümayəndəsi kimi çıxış edir, qiymətli kağızların emissiyasına texniki xidmət göstərir, qiymətli kağızların emissiyasına, alqı - satqı zamanı səhmlərə verilən hüququn ötürülməsini həyata keçirir, səhmlərin emissiya məbləğinin şirkətin (korporasiyanın) nizamnaməsində təsbit olunmuş həddən yuxarı olmamasına nəzarət edir ve s.

XX əsrin ikinci yarısında ABŞ - da fərdi fondlardan fərqli olaraq, idarə edilməsi onlara etibar olunmuş nisbətən kiçik (50 min dollardan az) pul vəsaitlərini toplayan kollektiv trast fondlar adlanan əməliyyatlar yayılmağa başlandı. Bu halda toplanılmış pul vəsaitlərinin idarə olunması vahid trast kimi həyata keçirilir. Digər forması isə sənaye, ticarət və nəqliyyat korporasiyalarının pensiya fondlarının banklar tərəfindən idarə olunmasıdır. ABŞ - da banklar tərəfindən idarə olunan pensiya fondlarının 60 % - ə qədəri tam investisiya müstəqilliyi şərti ilə onlara verilmişdir. Xarakterik haldır ki, ABŞ - da banklar tərəfindən idarə olunan özəl trast hesablarının 40 % - dən 50% - ə qədərini elə yatırımlar təşkil edirdi ki, onlar üzrə banklar heç nə ilə məhdudlaşmayan hüquqa malik idilər (məsələn, alqı və satqı, səhmdarların iclaslarında səsvermə). Yerdə qalan 50 - 60 % səhmlər üzrə vəsiyyətçilər, etimad göstərənlər məhdudiyyətlər qoyulurdu.


Kommersiya banklarının gəlir mənbəyinin əsasını fəaliyyətinin müxtəlif növləri təşkil edir. Bank fəaliyyətinin elementləri aşağıdakdardır.

  • kredit fəaliyyəti,

  • diskont-fəaliyyət,

  • mühafızə fəaliyyəti,

  • bankın zəmanətli fəaliyyəti,

  • qiymətli kağızlarla fəaliyyət,

  • əmanətçilərin tapşırğına əsasən depozit qoyuluşuna,

  • əməliyyatların icrasına əsaslanan fəaliyyət,

  • digər banklar ilə müxbir münasibətlərin şəbəkəsinin fəaliyyəti,

  • qeyri-ənənəvi bankın xidmətlər şəbəkəsinin fəaliyyəti.


Yüklə 27,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin