Həkim-neonatoloqların
növbəti seminarı
Qəzet 1933 -cü ildən çıxır. № 11 (1629) 16 iyun 2016 - cı il Qiyməti 50 qəpik
Başkent Universitetinin rektoru
ATU-da qonaq oldu
Türkdilli
Dövlətlərin
Transplantasiya
Cəmiyyətinin
konqresi
keçirilib
Azərbaycan Tibb
Universitetində
Milli Qurtuluş
Günü qeyd edildi
Xalqımızın tarixi xilas günü
Yay imtahan sessiyasına start verildi
BU SAYIMIZDA
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət
Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri
Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd
gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli
qayıqlarla tanış olub.
Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının
komandanı, general-polkovnik Elçin Quliyev Silahlı
Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə
raport verdi.
Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Dövlət
Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi
gəmilərinin fəaliyyətini əks etdirən filmə baxdı, onların
texniki göstəriciləri ilə tanış oldu.
Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı
Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasının
dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu
illərdə texniki inkişafına dair Dövlət Proqramı”
çərçivəsində Bakının Türkan qəsəbəsində Dövlət
Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni ba-
zası inşa edilib. Xidmətin Sahil Mühafizəsinin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin ar-
tırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə
bilavasitə müsbət təsir göstərib. Şəxsi heyətin
döyüş hazırlığının yüksəldilməsinə, ekstremal
şəraitdə peşə vərdişlərinin yüksək səviyyədə ol-
masına xidmət edən müxtəlif mövzularda döyüş
və taktiki təlimlərin keçirilməsi Dövlət Sərhəd
Xidmətində artıq ənənə halı alıb.
Dövlətimizin başçısı ikinci dərəcəli sərhəd
gözətçi gəmisində yaradılan şəraitlə tanış olub...