Bazar münasibətləri şəraitində mədəniyyət və incəsənətin tənzimlənməsi



Yüklə 21,98 Kb.
tarix22.05.2020
ölçüsü21,98 Kb.
#31390
Ümid sosial iqt sərbəst iş

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Naxçıvan Dövlət Universiteti


Fakültə: İqtisadiyyat və idarəetmə

İxtisas:İqtisadiyyat

Fənn: Sosial sahələrin iqtisadiyyatı

Müəllim: Həvva Adıgözəlova

Tələbə: Ümid Abdullayev

SƏRBƏST İŞ


Naxçıvan-2020



  1. Bazar münasibətləri şəraitində mədəniyyət və incəsənətin tənzimlənməsi.

Sosial islahatlar məhz sosial sferanın transformasiyası, yerləşmə modelidir, bu islahatların əsas məqsədi, mexanizmi, metodu bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadiyyat sahəsi, quruluşu, onların istifadəsinin səmərəli təşkili və bölgü, istehlak sferasının yeniləşməsi ilə bağlıdır. Konkret olaraq sosial sahələrə bunlar aiddir: demoqrafiya və əhali, səhiyyə sahəsi, təhsil, mədəniyyət, elm sahələri, xidmət sferası, məişət xidməti, sosial sferanın xidmət sahələri, ekoloji mühit, sosial maliyyə aspektləri, sosial sığorta, sosial müdafiə, qaçqınlıq, köçkünlüyin iqtisadi problemləri, ölkələrin ərzaq təhlükəsizliyi və əhalinin həyat səviyyəsi. Bu bölmələrin hər biri sosial fəaliyyətin iqtisadi təşkilati və idarəetmə əsaslarını müəyyənləşdirir. İnsanlar nə qədər çox yüksək həyat səviyyəsində yaşasalar, bir o qədər təhsilə, mədəniyyətə, turizmin inkişafına və digər fəaliyyət dairələrinə ehtiyacları artır.

Müasir dövrdə mədəniyyətin inkişafı milli, ümumbəşəri, klassik, ənənəvi, intellektual, bədii, siyasi, mənəvi, dini və digər dəyərlərin yeni forma və üsullanmn yaranması ilə müşaiyət olunur. Bu baxımdan hər bir dövlət mədəniyyət və incəsənət sahəsində öz siyasətini formalaşdırır, milli mədəniyyətin daha geniş və əsaslandırılmiş təbliğini həyata keçirərək onun dünya tərəfindən qəbul edilməsinə çalışır. Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti də məhz bu istiqamətə yönəlmişdir. Sözsüz ki, öz müstəqilliyin qazanmış gənc bir dövlətin keçid dövründə qarşılaşdığı problemlər mədəni proseslərin məzmununa və dinamikasına bilavasitə təsir göstərmişdir. Bu yeni dövlət quruculuğu, iqtisadiyyat və sosial sahələrdə köklü dəyişikliklərə bağlı olmuşdur. Son illərdə isə dinamik inkişaf edən Azərbaycan mədəniyyət və incəsənətin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, ölkə əhalisi üçün əlverişli mühitin formalaşdırılması, yaşayış keyfiyyətinin yaxşılaşdırılması, yeni texnologiyaların və idarəetmə metodlarının tətbiqi ilə mədəniyyət obyektlərinin zənginləşdirilməsi prosesi davam etdirilir.

Mədəniyyət və incəsənət sahəsində dövlət siyasəti- dövlətin mənəvi və ideoloji əsaslarını formalaşdırmaqdan, cəmiyyətin yaradıcı potensialının inkişafı və təkrar istehsalı üçün şəraitin yaradılmasından, mədəni həyatın və milli ənənələrin rəngarəngliyinin qorunmasından, mədəniyyət və incəsənət müəssisələri xidmətlərindən əhalinin bütün sosial təbəqələrinin əldə etməsinə əlverişli şərait yaratmaqdan ibarətdir.

Mədəniyyət və incəsənətin inkişafımn müəyyənedici faktoru olan sosial mühit iki əsas şərtdən: dövlətin siyasi sistemi və dövlətin sosial-mədəni siyasətindən asılıdır. Siyasi sistemin demokratik əsaslan üzərində qurulması sosial mühitin inkişafı üçün şərait yaradır.

Mədəniyyət və incəsənətin inkişafında milliliyin qorunub saxlanması dövlətin sosial-mədəni siyasətinin mühum tərkib hissəsi kimi çıxış edir. Başqa xalqların təcrübəsinin milli dəyər və maraqlan nəzərə almadan istifadə olunması milli özünəməxsusluğun itirilməsinə səbəb ola bilər. Ona görə də mədəniyyət və incəsənət sahəsində dövlət siyasəti xüsusi incəlik və yanaşma tələb edir. Bu amil mədəniyyət sahəsinin idarə olunmasında da mühüm yer tutur.

Mədəniyyətin idarə edilməsi dövlət idarəetmə və yerli özünüidarə orqanlanmn qarşılıqlı fəaliyyəti, həm dövlət, həm də qeyri-dövlət mədəniyyət təşkilatlanmn, fondlarının, yaradıcılıq birliklərinin inkişafı əsasında həyata keçirilir.

Bildiyimiz kimi, respublikamızda mədəniyyət və incəsənətin idarə olunmasında iştirak edən əsas dövlət hakimiyyət orqanı - Mədəniyyət Nazirliyidir. Nazirlik mədəni irsin qorunub saxlanılmasına və inkişafının, ixtisaslı kadrların hazırlanmasının, dəyərli mədəniyyət obyektlərinin qorunmasım, onların ( dövlət himayəsində olan obyektlərin) büdcədən maliyyələşməsini və idarə olunmasını təmin edir. Mədəniyyət obyektlərinin fəaliyyəti üçün beynəlxalq mədəni əməkdaşlığın inkişafında mühüm rol oynayır. İcra hakimiyyəti orqanları yerli, milli və digər xüsusiyyətləri nəzərə alaraq, regional proqramlar həyata keçirməklə mədəniyyətin və incəsənətin inkişafına köməklik göstərir. Mədəniyyət xərcləri üçün müəyyənləşdirilmiş xərclərin iqtisadi təsnifata uyğun olaraq əsas maddələr üzrə bölüşdürülməsi «2003-cü ildə mədəniyyətin inkişafı Proqramı»nda verilmişdir.


  1. Mədəniyyət sferasının kommersiyalaşma sərhəddi.

Mədəniyyətin kommersiyalaşması yeni bir məhsulun və ya istehsal üsulunun bazara təqdim edilməsi prosesi və ya dövrüdür.

Mədəniyyət ticarəti insanlara və bazarlara hər hansı bir məhsulun gətirilməsi prosesidir. Mədəniyyət ticarəti əsasən yeni məhsullar yaxud gözlənilənlər haqqda medianın bütün növləri vasitəsilə məlumat verir yaxud əvvəlki məhsulları yeniləyir.

Maliyyə əsaslarına gəldikdə bu sahənin maliyyə əsasını dövlət büdcəsi, büdcədən kənar fondlar, xüsusi vəsaitlər və müxtəlif təşkilatlardan, müəssisələrdən, xarici ölkələrin ayır­maları yolu ilə məqsədli proqram xarakterli vəsaitlərdən ibarətdir. Ölkəmizdə mədəni sahələrin inkişaf etdirilməsi, milli-mədəni dəyərlərin qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən işlərin kompleksliyinin təmin edilməsi məqsədilə "2006-2016-cı illər üçün mədəniyyət sahəsində Dövlət İnkişaf Konsepsiyası" qəbul olunmuşdur. Son illər ərzində dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyətin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitlərin həcmi 9 dəfədən çox artırılmışdır.

Sosial mədəni sahələrin iqtisadi əsasını bu sahələrə qo­yu­lan vəsait, bu sahələrin yaratdığı məhsul, bu sahələrin fəa­liyyətinin təşkilati-iqtisadi xüsusiyyətləri, aspektləri və bu sa­hənin perspektivi, proqnozu əhatə edir. Mədəni sahələrin inkişafı, təşkili ümumi iqtisadiyyatın artımı ilə digər iqtisadi sahələrin mövcud vəziyyəti ilə, həmçinin xarici iqtisadi-maliyyə potensialından istifadə etmək yolu ilə məqsədyönlü fəaliyyətinin iqtisadiyyatı deməkdir.

Respublikamızda mədəniyyət siyasəti qarşısında duran o problemlərə nisbətən sakit nəzər yetirmək mümkündür ki, öz təbiətinə və miqyasına görə həmin problemlər bütün dünya mədəniyyətinin problemləri ilə üst-üstə düşür. Mədəniyyət sahələrinin maliyyələşdirilməsində qarşıya çıxan problemləri isə daxili və xarici imkanlardan istifadə etməklə aradan qaldırmaq mümkündür. Bu sahədə dünya dövlətlərinin, beynəlxalq təşkilatların gücündən maksimum istifadə etməklə yanaşı əsas mənbələri daxili imkanlarda axtarmaq lazımdır. Dövlət büdcəsindən ayırmalar, xarici investisiyalar, könüllü iştirakdan gələn vəsait-lərlə yanaşı, pullu xidmət sahələrinin genişləndirilməsi də vacibdir. Mədəniyyət sahəsinin tələbatlarının ödənilməsində qısamüddətli planlarla kifayətlənmək olmaz. Həm də mədəniyyət sahəsi dövlət hesabına, qismən xarici yardımlar hesabına, habelə sahənin ehtiyatlarından kommersiya məqsədilə istifadəsinə yeni yanaşma hesabına, özəlləşdirmə və könüllü iştirak hesabına maliyyələşdi-rilməlidir.

Digər tərəfdən erməni işğalının mədəniyyətimizə gətirdiyi bəlaları da nəzərdən qaçırmaq olmaz. Belə ki, işğal olunmuş ərazilərdə mədəniyyət sərvətlərimiz talanmış, maddi və mənəvi mədəniyyət abidələrimiz dağıdılmışdır. Ermənilər təcavüz nəticəsində 500 tarixi arxitektura abidəsini, 100-dən çox arxeoloji obyekti, 22 muzey, 4 şəkil qalereyası və 808 klub müəssisəsini, 927 kitabxana, 85 musiqi məktəbi, 10 park, 4 dövlət teatrı və 2 konsert müəssisəsini planlı surətdə məhv etmiş, yaxud özününküləşdirmişlər. Belə bir vəziyyət mədəniyyət müəssisələrinin idarə olunması və iqtisadiyyatının təşkili ilə bağlı həlli müşkül olan bir sıra ciddi problemlər meydana çıxartdı.

Mədəniyyət müəssisələrinin üzləşdiyi çətinliklər içərisində şəxsi və işgüzar keyfiyyətləri müasir tələblərə cavab verəcək ixtisaslı kadrlar qıtlığı da başlıca əngəllərdəndir. Mədəniyyət siyasətinin əsas hədəflərindən biri, gələcəyimizin təminatçısı olan yeni nəsil, uşaqlarımız, yeniyetmə və gənclərimizdir.

Azərbaycanda mədəniyyət məsələləri bilavasitə aşağıdakı orqanların ixtiyarındadır: Mədəniyyət və Turizm Nazirliyi, İdman, Gənclər və İdman Nazirliyi, Dövlət Teleradio Şirkəti, Dövlət Arxivi. Bu cür müxtəlif idarələrə bölünmə, yaxşı inkişaf etmiş üfüqi əlaqələr sisteminə malik, uzlaşdırılmış mədəniyyət siyasətinin işlənib hazırlanmasının zəruriliyi kimi köklü bir problem doğurur. Son illərin əlamətdar tendensiyalarından biri əvvəllər müstəqil fəaliyyət göstərən Abidələrin Mühafizəsi, Bərpası və İstifadəsi üzrə dövlət Komitəsinin və “Azərkinovideo” istehsalat birliyinin Mədəniyyət və Turizm Nazirliyi strukturuna daxil edilməsi olmuşdur. Mətbuat və İnformasıya Nazirliyinin yenidən strukturlaşması nəticəsində, onun funksiyalarının bir qismi Mədəniyyət və Turizm Nazirliyinə keçmişdir. Heç şübhəsiz ki, həmin addımlar müsbət qiymətləndirilməlidir, çünki onlar dövlətin vahid mədəniyyət siyasətinin planlaşdırılması və realizasiyasını asanlaşdırır, onun üçün ümumi fəaliyyət sahəsi yaradır. Beləliklə, bu gün mədəniyyət siyasətinin inkişafını iki əsas tendensiya – mərkəzəqaçma və mərkəzdənqaçma tendensiyaları müəyyən edir. Bir tərəfdən, mədəniyyət müəssisələrinin idarə olunması funksiyaları tədricən şəhər, kənd səviyyəsində yerli icra orqanlarına verilir, digər tərəfdən isə abidələrin mühafizəsi, kitab nəşri, kinematoqrafiya kimi mühüm istiqamətlər bir idarənin – Mədəniyyət və Turizm Nazirliyinin çətiri altında birləşdirilir.





  1. Mədəniyyət müəssisələrində bazar münasibətlərinin xüsusiyyətləri.

Əhalinin mədəni həyatda iştirakının müasir vəziyyəti aşağıdakı təhlildə əks olunmuşdur:

İctimaiyyət üçün öz cazibədarlığını itirən muzeylərə ziyarət edənlərin sayı azalır, çünki onlar müasir siyasət tələblərinə, məsələn, cəmiyyətin tələbatlarına cavab verən proqramlara ləng uyğunlaşırlar. Bu hadisə, həm də son onilliklərdə çoxlu yeni muzeylərin açılması faktına baxmayaraq baş verir.

Dövlət kitabxanalarının ən mühümlərində informasiyalara kompüter vasitəsilə yol tapmaq imkanı mövcud olmasına baxmayaraq, onların vəziyyətində də bu hal müşahidə olunur. Cəmiyyətlə daha yaxşı münasibətlərin qurulması, gənclər üçün təhsil proqramları, ictimai birliklərin resurs mərkəzləri kimi yeni fəaliyyət xüsusiyyətlərinə yiyələnmələri kitabxanaların rolunun yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

Məktəblərdəki rəssamlıq təhsili də daxil olmaqla, xeyli yaxşı inkişaf etmiş ənənəvi proqramların mövcud olmasına baxmayaraq, gənclərin mədəni tələbatları zəif tədqiq edilmişdir. Azərbaycanın demoqrafik strukturunda gənclər çox böyük faiz nisbətinə malikdirlər, respublikanın tələbatlarına uyğun olmaması təhlükəsi mövcuddur. Gənc istedadların müəyyən edilməsi və dəstəklənməsinə yönəldilən “Azərbaycan uşaqları” dövlət proqramı bu mənada müsbət reaksiyanı əks etdirir.



Not musiqişünaslıq ədəbiyyatının nəşri işində mürəkkəb vəziyyət yaranmışdır. Musiqişünaslıq əsərlərinin böyük bir hissəsi müəlliflərin öz vəsaiti, çox nadir hallarda isə sponsorların qoyduqları vəsait hesabına nəşr olunur. Bəzi müəlliflər Azərbaycan musiqisi problemlərinə həsr olunmuş tədqiqatlarını, kiçik tirajla da olsa, nəşr edə biliblər ki, bu da mövcud musiqi ədəbiyyatının zənginləşməsinə qiymətli töhfə olmuşdur.

Azərbaycan musiqi mədəniyyətini maliyyələşdirən xüsusi fondlar mövcud deyildir. Ayrı-ayrı fondlar bütövlükdə mədəniyyətlə, o cümlədən musiqi ilə bağlı olan bəzi layihələrin gerçəkləşməsinə yardım göstərirlər. Onların arasında “Azərbaycan Mədəniyyətinin Dostları” Fondu xüsusilə seçilir.

Bu gün Azərbaycanın musiqi mədəniyyəti qarşısında ciddi problemlər durur və bu problemlərin həlli üçün musiqi sənətinin vəziyyətinə cavabdehlik daşıyan bütün institut və təşkilatların öz səylərini birləşdirməsi tələb olunur. Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq festivallar, müsabiqələr keçirir, yubiley gecələri və görkəmli hadisələrə həsr olunmuş konsertlər təşkil edir. Xarici ölkələrlə fəal əməkdaşlıq edir, Mədəniyyət Günləri keçirir, mədəni əməkdaşlıq çərçivəsində yaradıcı kollektivləri qastrollara göndərir və başqa ölkələrdən gəlmiş kollektivləri və solistləri qəbul edir. Mədəniyyət və Turizm Nazirliyi musiqi məktəblərinə metodiki kömək göstərir, tədris proqramları və dərsliklərin yaradılmasında təşkilati işlərlə məşğul olur.

Televiziya gündəlik həyata o qədər dərindən nüfuz etmişdir ki, müasir cəmiyyətin mövcudluğunu onsuz təsəvvür etmək mümkün deyil. Bunu bir sıra amillərlə izah etmək olar: televiziya zəruri informasiya mənbəyidir, ictimai rəyin formalaşmasına təsir vasitəsidir, nəhəng kommersiya bazarıdır və nəhayət, daha ucuz, bəlkə də ən ucuz yolla əldə edilən mədəni istirahətdir. Beləliklə, gözlənildiyi kimi, respondentlərin, demək olar ki, hamısı (97%) televiziyaya baxdıqlarını bildirmişlər. Bundan əlavə televiziyaya baxma tezliyi, təqribən həftədə 7 gündür. Hazırda 18 telekanal öz verilişlərini ölkə ərazisinə yayımlayır. Əhalinin təxminən yarısı (46%) müntəzəm olaraq müxtəlif videofilmlərə baxır. Tamaşaçıların filmlərin seçilməsində üstünlük verdikləri başlıca amil filmlərin janrıdır (36%). Azərbaycanda bu ya komediya (24%), ya da tarixi janr (18%) ola bilər. Paytaxt ümumi mənzərədən bir qədər fərqlənir: burada daha çox üstünlük verilən janr melodramdır (17%).

İcmalın məlumatlarına uyğun olaraq meydana çıxan mənzərə bu gün Azərbaycanda radionun da sürətlə inkişaf etdiyini göstərir. Ölkə əhalisinin 43%-i müntəzəm olaraq radioya qulaq asır. Ölkədə radionun populyarlığını belə bir fakt da sübut edir ki, Azərbaycan əhalisi həftədə orta hesabla altı gün öz radiosundan istifadə edir. Beləliklə, həm iş (42%), həm də istirahət (45%) günlərində radio dinləmə reytinqi axşam saat 18:01-dən 22:00-dək ən yüksək həddə çatır. Ölkə əhalisinin fikrinə görə ən cəlbedici radio verilişləri musiqili veriləşlərdir, onların arasında isə ən çox üstünlük verilən milli pop musiqisidir.

Gənclərin kompüter texnologiyasına İnternetə böyük maraq göstərməsi onları müasir həyatın zəruri tərkib hissəsinə çevirib. Belə ki, hazırda ölkə əhalisinin 13%-i müntəzəm olaraq kompüter texnologiyasından istifadə edir. Bundan əlavə, gözlənildiyi kimi, paytaxtda (16%) kompüterdən istifadə səviyyəsi regionlardakından (9%) yüksək olmuşdur. Daha fəal istifadəçilərin gənclər olduğunu da qeyd etmək lazımdır. Belə ki, kompüter texnologiyasından istifadə edən respondentlərin 59%-i İnternetdən müntəzəm olaraq istifadə etdiklərini bildirmişlər. Başlıca internet istifadəçiləri 15-39 yaşlı insanlardır.

Müasir Azərbaycanda qəzetlər öz populyarlığına görə televiziyadan sonra gələn ikinci KİV vasitəsidir. İcmal zamanı alınan nəticələr göstərir ki, əhalinin yarısından çoxu (52%) müntəzəm olaraq qəzet oxuyur. Bu məsələdə paytaxt sakinləri (69%) kənd əhalisini (32%) xeyli qabaqlayır. Qəzet oxucularının yarıdan çoxu (53%) qəzet bazarında əldə edilə bilən müxtəlif adda qəzetlərin çoxluğundan müəyyən dərəcədə məmnun qaldıqlarını bildirmişlər.



Mədəniyyət dəyərlər və rəmzlər yaradır – Hətta saqqal da dəyər və rəmz ola bilər. Onun olmaması da. Məsələn, 1705-ci ildə öz qarşısına Rusiyanı müasirləşdirmək və Avropaya yaxınlaşdırmaq məqsədi qoymuş I Pyotr saqqal və bığ saxlamağa vergi tətbiq elədi. Üstündən demək olar ki, üç yüz il keçəndən sonra, 1999-cu ildə isə prostat vəzinin xərçəngi probleminə iictimaiyyətin diqqətini çəkmək və xeyriyyə fondu üçün vəsait toplamaq məqsədi ilə kişilərin noyabr ayı ərzində bunun tam əksi olaraq saqqal və bığ saxladığı birinci Movember aksiyası keçirildi.  Hər iki halda bu rəmzlər mədəniyyətin sonrakı inkişafına təsir elədilər.

Mədəniyyət inkişaf elətdirir – Mədəniyyətə cəld olunma və yaradıcılıq potensialı İntibah dövrünün "universal insanı" üçün çox əhəmiyyətli idi. Bunun ən məşhur münunəsi – Leonardo da Vinçi – elmi və yazıçı fəaliyyəti ilə birlikdə incəsənətlə də məşğul olurdu.

Mədəniyyət sosial münasibətləri möhkəmlədir – "Країна мрій" festivalı hər il 40 minə yaxın  tamaşaçı toplayır. Ukrayna mədəniyyətinin – musiqidən tutmuş dulusçuluq sənətinə qədər – ənənəvi formaları ilə tanışlıq ümummilli özünüdərkin formalaşmasına xidmət edir.

Mədəniyyət yeni tələbatlar yaradır – Enerjiyə qənaət və təbii resursların rasional istifadəsi mədəniyyəti tullantıların çeşidlənməsi və utilizasiyası infrastrukturunun yaradılması, evlərin üstündə günəş batareyalarının quraşdırılması və qənaətli elektrik nəqliyyatından istifadə olunması kimi tələbatlar yaradır. Məsələn, Tesla Motors şirkəti artıq 2017-ci ildə alıcılara 35 min dollar qiymətində elektrokar modeli təqdim edəcək, halbuki, hal-hazırda bu maşınların qiyməti 100 min dollara yaxındır.

Mədəniyyət iqtisadiyyata sərmayə qoyur – Mədəni və kreativ istehsalatların dövriyyəsi 1,3 trilyon dollar təşkil edir, onun artım sürəti isə sənaye və xidmət sahələrini qabaqlayır. Mədəni turizm dünya turizm sahəsi gəlirlərinin təqribən 40%-ni verir və son on il ərzində stabil artım nümayiş etdirir. Bütün dünya üzrə mədəniyyət məşğuliyyət və gəlirin getdikcə daha vacib mənbəyinə çevrilir.  

Mədəniyyət şəhərlərə yardım edir – 1997-ci ildə İspaniyanın şimalındakı Bilbao şəhərində Quqqenhaym muzeyi açıldı. Dizaynın orijinallığı bu yeri əyalət şəhərinə yeni nəfəs verən diqqətəlayiq, parlaq bir məkana çevirdi. Muzeyin birinci üç illik fəaliyyəti ərzində Bilbaonu ziyarət etmiş turistlər burada regional vergi şəklində 100 milyon avro(və ya 110 milyon ABŞ dolları) məbləğində vəsait qoyub getdilər. Şəhər iqtisadiyyatına memarlığın bu cür təsirini indi "Bilbao effekti" adlandırırlar.

Klassik ədəbiyyata, ciddi müasir nəsr əsərlərinə indi yalnız intellektual elita, yaşlı və orta nəsil müəyyən maraq göstərir. Kitab bazarı sürətlə “yumşaq üzlüklü” ədəbiyyat – detektivlər, melodramlar, trillerlər tərəfindən zəbt olunur. Azərbaycan oxucuları üçün ən populyar janr belletristikadır (58%). Real tarixi hadisələri təsvir edən ədəbiyyat nümunələri və elmi-kütləvi ədəbiyyat da onların diqqətini çəkir. Soruşanların böyük bir hissəsi (40%) kitab seçimində onlar üçün başlıca amilin mütaliənin məqsədi olduğunu qeyd etmişlər. Sorğuya cəlb edilən oxucuların əksəriyyəti evlərində öz kitabxanaları olduğunu bildirmişlər (68%). Belə adamların sayı paytaxtda, rayonlarda olduğundan xeyli çoxdur (müvafiq olaraq 77% və 55%). Ev kitabxanalarında olan kitabların sayı orta hesabla 260-a bərabərdir. İctimai rəyin öyrənilməsi göstərdi ki, hazırda ictimai kitabxanalara, əsasən, təhsil alan gənclər müraciət edir.
Yüklə 21,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin