Beynəlxalq aktlar, normative sənədlər, müraciət və şərhlər toplusu



Yüklə 434,4 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix07.09.2017
ölçüsü434,4 Kb.
#29224
  1   2   3   4   5   6

 

 



 

 

 



 

 

 



 

 

 



Soyqırım cinayəti

 

(Beynəlxalq aktlar, normative sənədlər, müraciət və şərhlər toplusu) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı 2010 

 

 



 

Buraxılışa məsul: Natiq Abdullayev  



Redaktor: Habil İsgəndərov  

Korrektor: Hacı Nərimanoğlu 

 

Ermənilərin  Azərbaycanlılara  qarşı  onilliklər  boyu  davam  edən 



soyqırımının ən dəhşətli hadisəsi Xocalı faciəsidir. Soydaşlarımıza qarşı ermənilər 

tərəfindən törədilmiş digər bəşəri cinayətlər kimi, 26 fevral 1992-ci ildə baş vermiş 

bu hadisənin acı nəticələrini xalqımız heç zaman unutmayacaq. Hər bir soydaşımız 

Azərbaycanlılara  qarşı  soyqırımın  tərkib  hissəsi  olan  Xocalı  faciəsinin  dünya 

ictimaiyyətinə çatdırılması istiqamətində öz səyini əsirgəməməlidir. 

Soyqırım  -  siyasi  olmaqla  yanaşı,  həm  də  hüquqi  bir  məsələdir.  «AZE 

Konsaltinq  Qrup»  və  Hüquqi  İslahatlara  Yardım  Mərkəzi  İctimai  Birliyi  də 

soyqırımın  hüquqi  aspektlərinin  ictimaiyyətə  çatdırılması,  həmçinin,  Xocalı 

faciəsinin,  bütünlükdə  azərbaycanlılara  qarşı  ermənilərin  törətdiyi  soyqırımın 

beynəlxalq aləmə tanıdılmasında hüquqi əsaslandırmanı təmin etmək məqsədilə bu 

kitabın nəşrini məqsədəuyğun hesab etmişdir. 

Bu nəşrdə soyqırıma dair beynəlxalq sənədlər, ölkədaxili normativ aktlar, 

beynəlxalq ictimaiyyətə müraciətlər və digər sənədlər toplanmışdır. 

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



© AZE Konsaltinq Qrup  

© Hüquqi İslahatlara Yardım Mərkəzi İB 

 

 


 

SOYQIRIM 



insanlıq əleyhinə cinayətlərin ən təhlükəlisidir 

 

1944-cü  ilə  qədər  «soyqırım»  anlayışı  ictimaiyyətə  bəlli  olmamışdır.  Bu 



xüsusi  termin  hər  hansı  insan  qrupuna  qarşı  onların  məhv  edilməsi  məqsədilə 

törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı 

hüquqşünas Rafael Lemkin avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi məhv 

edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində  genos - «nəsil, 

kök,  soy»  sözü  ilə  latın  dilindən  caedo  -  «öldürürəm»  Sözlərinin  birləşməsindən 

«genosid»  (soyqırımı)  terminini  təklif  etdi.  Bu  termini  təklif  edən  Lemkin  belə 

əsaslandırırdı  ki,  soyqırımı  -  müəyyən  insan  qruplarınm  mövcudluğunun  vacib 

əsaslarını  məhv  etməyə  yönəlmiş  müxtəlif  cinayətkar  hərəkətlərin  koordinasiya 

olunmuş, planlı şəkildə həyata keçirilməsidir. Bir ildən sonra Nürnberq beynəlxalq 

hərbi  tribunalı  faşist  liderlərini  «bəşəriyyət  əleyhinə  cinayətlərdə»  ittiham  etdi. 

Tribunalın  ittiham  aktında  «soyqırım»  anlayışı  hüquqi  termin  kimi  deyil,  təsviri 

ifadə kimi işlədilmişdi. 

9  dekabr  1948-ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatı  tərəfindən  «Soyqırım 

cinayətinin  qarşısının  alınması  və  cəzalandırılması  haqqında»  Konvensiya  qəbul 

edildi.  (Bu  Konvensiya  12  yanvar  1951-ci  ildə  qüvvəyə  minmişdir).  Bununla  ilk 

dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə 

görə  kütləvi  məhv  edilməsinə  yönələn  cinayətlər  soyqırım  adlandırılmaqla, 

Konvensiyaya  qoşulan  dövlətlərin  üzərinə  bu  cinayətin  qarşısının  alınması  və  bu 

cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyuldu. 

Bu Konvensiyaya görə (Maddə 2) soyqırım hər hansı milli, etnik, irqi və 

ya  dini  qrupun  qismən  və  ya  bütövlükdə  məhv  edilməsi  məqsədilə  törədilən 

aşağıdakı hərəkətlərdən biridir:  



a)bu cür qrup üzvlərinin öldürülməsi; 

b)bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi 

zərər yetirilməsi; 



c)qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat 

şəraiti yaradılması; 



d)bu  cür  qrup  daxilində  doğumun  qarşısını  almağa  yönəlmiş  tədbirlərin  həyata 

keçirilməsi; 



e)bir 

insan 


qrupuna 

mənsub 


olan 

uşaqların 

zorla 

başqa 


qrupa verilməsi. 

Konvensiyanın  3-cü  maddəsinə  görə  aşağıdakı  əməllər  cəzalandırılandır: 

a)soyqırım; 

b)soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə; 

c)soyqırım törətməyə birbaşa və açıq təhrik; 

d)soyqırım törətməyə yönəlmiş qəsd; 

e)soyqırımda iştirak. 

 

Hazırkı dövrə qədər müxtəlif ölkələrdə bəşəriyyət əleyhinə törədilmiş bir 



neçə  cinayət  beynəlxalq  aləm  tərəfindən  soyqırım  kimi  qəbul  edilib.  Faşistlərin 

Avropada törətdiyi məlum əməllər Nürnberq Tribunalının hökmü ilə soyqırım kimi 

qiymətləndirilməsə də bəşəriyyət əleyhinə cinayət hesab edilmişdir (həmin dövrdə 

«soyqırım»  hüquqi  termin  kimi  işlədilmirdi).  Keçmiş  Yuqoslaviyanın  ərazisində 

olan  Bosniya  münaqişəsi  zamanı  (1992-1995)  kiçik  Srebrenisa  şəhərciyində  serb 

qoşunları  tərəfindən  7800  bosniyalı  kişilərin  və  oğlan  uşaqlarının  öldürülməsi 

bəşəriyyət  əleyhinə  ağır  hərbi  cinayət  olmaqla  soyqırım  kimi  qiymətləndirildi. 

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə Haaqada keçmiş 

Yuqoslaviya üzrə Beynəlxalq Tribunal yaradıldı. Tribunalın yurisdiksiyası keçmiş 

Yuqoslaviyanın  ərazisi  ilə  məhdudlaşırdı.  1994-cü  ilin  oktyabr  ayında  BMT-nin 

Təhlükəsizlik  Şurası  Ruandada  Tutsi  xalqının  800  min  əhalisinin  öldürülməsi  ilə 

(1994-cü  ilin  aprel-iyul  ayları  ərzində)  əlaqədar  Beynəlxalq  Tribunalın 

yaradılmasına qərar verdi. Hərbi Tribunal Tanzaniyanın Aruşa şəhərində yerləşirdi. 

2 sentyabr 1998-ci ildə tarixdə ilk dəfə olaraq soyqırım cinayəti törətməkdə ittiham 

edilərək  Taba  kommunasının  meri  postunda  fəaliyyət  göstərmiş  Jan-Pol 

Akayesunun  barəsində  hökm  çıxarıldı.  Bu  Tribunallar  və  Beynəlxalq  Cinayət 

Məhkəməsinin  fəaliyyəti  ilə  öz  yurisdiksiyaları  çərçivəsində  cinayətləri 

araşdırmasına  və  məhkəmə  prescdenti  yaratmalarına  baxmayaraq,  soyqırım 

cinayətinin  müəyyən  edilməsi  və  bu  cinayəti  törətmiş  şəxsləri  məhkum  etmək 

praktiki cəhətdən hələ  də  çətinliklərlə  qarşılaşır. Bundan da  mürəkkəb  məsələ  isə 

soyqırım  cinayətinin  qarşısının  alınmasıdır.  Beynəlxalq  aləmin  səylərinə 

baxmayaraq,  bu  gün  də  soyqırım  cinayətini  törədən  şəxslərin  cəzalandırılması  və 

soyqırımın qarşısının alınması çətin və mürəkkəb bir prosesdir. 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  qəbul  olunmuş 

BMT-nin  «Soyqırım  cinayətinin  qarşısının  alınması  və  onun  cəzalandırılması 

haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  31  may  1996-cı  ildə  Ümummilli 

Liderimiz  Heydər  Əliyev  tərəfindən  imzalanmışdır.  Qanun  25  iyun  1996-cı  ildə 

«Azərbaycan» qəzetində dərc edilməklə qüvvəyə minmişdir. 

Konvensiyanın 

müddəalarının 

icra  edilməsi  üzrə  Azərbaycan 

Respublikasının  öz  üzərinə  götürdüyü  öhdəliklərin  həyata  keçirilməsi 

istiqamətində  görülən  tədbir  kimi  Azərbaycan  Respublikasının  Cinayət 

Məcəlləsinə  «Soyqırım»  (Maddə  103),  «Soyqırımın  törədilməsinə  təhrik  etmə» 

(Maddə 104) maddələri daxil edilmişdir. 

Bu  gün  böyük  təəssüf  hissi  və  ürək  ağrısı  ilə  qeyd  edirik  ki,  dünyanın 

soyqırıma  məruz  qalan az sayda xalqları  sırasında  Azərbaycan xalqı da  var. XIX 

əsrdən  başlayaraq,  şovinist  imperiyaların  himayəçiliyi  ilə  ermənilər  tərəfindən 

azərbaycanlılara  və  Azərbaycana  qarşı  törədilən  hərəkətlər  məhz  soyqırım  kimi 

qiymətləndirilməlidir.  Azərbaycanın  və  azərbaycanlıların  üzləşdiyi  bu  faciələr  ilk 

dəfə  Heydər  Əliyev  tərəfindən  imzalanmış  26  mart  1998-ci  il  tarixli 

«Azərbaycanlıların  soyqırımı  haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin 



 

Fərmanı  ilə  siyasi  qiymətini  aldı.  Fərmanda  qeyd  olunur:  «...Azərbaycanın  XIX-



XX  əsrlərdə  baş  verən  bütün  faciələri  torpaqlarının  zəbti  ilə  müşayiət  olunaraq, 

ermənilərin  azərbaycanlılara  qarşı  düşünülmüş,  planlı  surətdə  həyata  keçirdiyi 

soyqırımı  siyasətinin ayrı-ayrı  mərhələlərini təşkil etmişdir. Bu hadisələrin  yalnız 

birinə  -  1918-ci  il  mart  qırğınına  siyasi  qiymət  vermək  cəhdi  göstərilmişdir. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  varisi  kimi  Azərbaycan  Respublikası  bu  gün 

onun  axıra  qədər  həyata  keçirə  bilmədiyi  qərarların  məntiqi  davamı  olaraq 

soyqırım  hadisələrinə  siyasi  qiymət  vermək  borcunu  tarixin  hökmü  kimi  qəbul 

edir...» 



Beləliklə,  ilk  dəfə  Heydər  Əliyevin  Fərmanı  ilə  31  mart 

Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 

Azərbaycanlıların  ermənilər  tərəfindən  soyqırıma  məruz  qalmasını 

təsdiqləyən  faktlardan  biri  də  26  fevral  1992-ci  ildə  ermənilərin  törətdiyi  Xocalı 

faciəsidir.  Həmin  gün  cəmi  bir  neçə  saat  ərzində  613  nəfər  dinc  azərbaycanlı,  о 

cümlədən  63  uşaq,  106  qadın,  70  qoca  yalnız  azərbaycanlı  olduğuna  görə 

qəddarcasına,  dözülməz  işgəncə  verilməklə  öldürülmüş,  487  nəfərə  ağır  xəsarət 

yetirilmiş,  1275  sakin  -  köməksiz  qocalar,  uşaqlar,  qadınlar  girov  götürülərək 

ağlasığmaz  zülmə,  təhqirlərə  və  həqarətə  məruz  qoyulmuşlar.  Erməni  hərbçiləri 

öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, кörpə 

uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri 

torpağa basdırmış və ya yandırmışlar. 

Bu  faciənin  də  Azərbaycanlıların  soyqırımın  tərkib  hissəsi  olmaqla  acı 

nəticələri, illər  keçməsinə baxmayaraq, hələ də öz təsirini göstərir. Bütövlükdə isə, 

1988-ci ildən ermənilərin Dağlıq Qarabağda başladığı növbəti avantürist hərəkətin 

nəticəsi  olaraq  bu  gün  bir  milyondan  artıq  soydaşımız  erməni  qəsbkarları  

tərəfindən  öz  doğma  yurd-yuvalarından didərgin salınmış, ərazimizin 20 faizinin 

erməni  silahlı  qüvvələri  tərəfindən  işğalı  zamanı  minlərlə  vətəndaşımız  şəhid 

olmuş, xəsarət almışdır. 

Xalqımız  ermənilərin  azərbaycanlılara  qarşı  əsrlər  boyu  davam  etdirdiyi 

soyqırımı  unutmur.  Bu  mənada  Azərbaycan  Respublikasının  Prezidenti  Cənab 

İlham  Əliyevin  azərbaycanlıların  soyqırımının  dünyada  tanıdılmasına  yönəlmiş 

tədbirlər  həyata  keçirməsi  hər  bir  azərbaycanlı  üçün  nümunə  olmalıdır.  Hesab 

edirik ki, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi 

məsələdir.  Bu  mövzu  hüquqşünaslar  tərəfindən  araşdırılmalı,  hər  bir  hüquqşünas 

ermənilərin  azərbaycanlılara  qarşı  törətdiyi  soyqırımın  beynəlxalq  hüquqi  qiymət 

almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. 

Bu mənada hazırkı nəşri də belə tədbirlərdən biri kimi əhəmiyyətli şəkildə 

qiymətləndirmək  olar.  Azərbaycanlılara  qarşı  soyqırımın  acı  nəticələrinin  dünya 

ictimaiyyətinə çatdırılması istiqamətində siyasi və sosial tədbirlərə həm də hüquqi 

dəstək  verilməsi  baxımından  bu  kitabın  nəşri  və  yayılması  əhəmiyyətli  addımdır. 

Bu nəşrdə soyqırıma dair beynəlxalq sənədlər, ölkədaxili normativ aktlar və digər 


 

sənədlər  toplanmışdır.  Ümid  edirik  ki,  bu  cür  təşəbbüslər  hüquqşünaslarımız 



tərəfindən dəstəklənəcək və davam etdiriləcəkdir. Çünki bu, hər bir azərbaycanlını 

düşündürən  və  düşündürməli  olan  ümummilli  məsəbdir.  Həmçinin,  nəzərə  almaq 

lazımdır  ki,  soyqırım  -  hansı  milli,  etnik,  irqi,  dini  insan  qrupuna  yönəlməsindən 

asılı  olmayaraq,  insanlıq  əleyhinə  olan  cinayətdir.  Cinayətə  qarşı  mübarizə 

aparmaq isə hər bir bəşər övladının borcudur. 

Şahin  Rüstəmov,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin 

Aparat rəhbərinin əvəzi 3-cü dərəcə dövlət müşaviri. 

 

Soyqırımı cinayətinin qarşısının alınması və 



cəzalandırılması haqqında Konvensiya 

 

(9  dekabr  1948-ci  ildə  BMT-nin  Baş  Assambleyasının  260  (III)A 



Qətnaməsi ilə qəbul olunub. 12 yanvar 1951-ci ildə qüvvəyə minilə) 

Baş  Assambleya  soyqırım  cinayətinin  qarşısının  alınması  və 

cəzalandırılmasına dair təqdim olunan Konvensiyanı təsdiq edir və onu imzalamaq 

və ratifikasiya etməyi və ya XI maddəyə müvafiq olaraq ona qoşulmağı təklif edir. 

179-cu plenar iclas, 9 dekabr 1948-ci il. 

Razılığa  gələn  Tərəflər:  Birləşmiş  Millətlər  Təşkilatının  Baş 

Assambleyasının 19 dekabr 1946-cı il tarixli 96 (I) saylı qətnaməsində soyqırımın 

beynəlxalq hüquq normalarını pozan və Birləşmiş Millətlər Təşkilatının məqsəd və 

ruhuna  zidd  olan  cinayət  olduğunu  və  sivil  dünyanın  onu  pislədiyini,  tarix  boyu 

soyqırımın bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu çirkin 

fəlakətdən  xilas  etmək  üçün  beynəlxalq  əməkdaşlığın  vacibliyinə  əmin  olduğunu 

nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəlirlər: 

Maddə  1:  Razılığa  gələn  Tərəflər  sülh  və  yaxud  müharibə  dövründə 

törədilməsindən  asılı  olmayaraq  soyqırımın,  beynəlxalq  hüquq  normalarını  pozan 

cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini 

həyata keçirmək öhdəliyini götürürlər. 



Maddə  2:  Bu  Konvensiyaya  müvafiq  olaraq  soyqırım  hər  hansı  milli, 

etnik, irqi və  ya  dini qrupun qismən və  ya  bütövlükdə  məhv edilməsi   məqsədilə 

törədilən  aşağıdakı  hərəkətlərdən biridir: 

a)bu cür qrup üzvlərinin öldürülməsi



b)bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi 

zərər yetirilməsi; 

c)qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat 

şəraiti yaradılması; 



d)  bu  cür  qrup  daxilində  doğumun  qarşısını  almağa  yönəlmiş  tədbirlərin  həyata 

keçirilməsi; 



e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi. 

 

 

Maddə 3: Aşağıdakı əməl cəzalandırılandır: 



a)soyqırım; 

b)soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə; 

c)soyqırım törətməyə birbaşa və açıq təhrik; 

d)soyqırım törətməyə yönəlmiş qəsd; 

e)soyqırımda iştirak. 

Maddə  4:  Soyqırım  və  yaxud  3-cü  maddədə  sadalanmış  əməllərdən  hər 

hansı  birini  törətmiş  şəxs  konstitusiya  ilə  məsul  rəhbər,  rəsmi  və  ya  fərdi  şəxs 

olmasından asılı olmayaraq cəzalandırılmalıdır. 

Maddə  5:  Bu  Konvensiyanın  müddəalarının  qüvvəyə  minməsi  üçün 

Razılığa  gəlmiş  Tərəflərin  hər  biri  xüsusilə  soyqırımı  və  yaxud  3-cü  maddədə 

sadalanan digər əməllərin törədilməsində təqsirli bilinən şəxslərin cəzalandırılması 

üçün  səmərəli  tədbirlər  nəzərdə  tutan  zəruri  qanunvericiliyi  öz  konstitusion 

proseduruna uyğun olaraq qəbul etmək öhdəliyini götürürlər. 

Maddə  6:  Soyqırım  və  yaxud  3-cü  maddədə  sadalanan  digər  əməlləri 

törətmiş şəxslər bu əməlin törədildiyi dövlətin ərazisində səlahiyyətli məhkəmələr 

tərəfindən  və  ya  yurisdiksiyasını  Konvensiya  tərəflərinin  də  qəbul  etdiyi  və  bu 

tərəflərə  şamil  olunan  beynəlxalq  cinayət  məhkəməsi  tərəfindən  mühakimə 

olunmalıdırlar. 

Maddə 7: Təqsirlilərin verilməsi (ekstradisiyası) məsələsində soyqırım və 

yaxud 3-cü maddədə sadalanan digər əməllər siyasi cinayət kimi sayılmır. 

Bu  kimi  hallarda  Razılığa  gələn  Tərəflər  təqsirlinin  verilməsini  öz 

qanunvericiliyinə  və  qüvvədə  olan  müqavilələrə  müvafiq  olaraq  həyata  keçirmək 

öhdəliyi daşıyırlar. 

Maddə  8:  Bu  Konvensiyanın  hər  bir  iştirakçısı  soyqırım  və  yaxud  3-cü 

maddədə sadalanan digər əməllərin qarşısının alınması və aradan qaldırılması üçün 

Birləşmiş  Millətlər  Təşkilatının  Nizamnaməsinə  müvafiq  olaraq  bütün  lazımi 

tədbirlərin  görülməsi  tələbi  ilə  Birləşmiş  Millətlər  Təşkilatının  müvafiq  orqanına 

müraciət edə bilər. 

Maddə  9:  Razılığa  gələn  Tərəflər  arasında  bu  və  ya  digər  ölkənin 

soyqırım  və  yaxud  3-cü  maddədə  sadalanan  digər  əməlləri  törətməyə  görə 

məsuliyyətinə  dair mübahisələr də daxil olmaqla, bu Konvensiyanın şərhi,  tətbiqi 

və yaxud icrası ilə bağlı mübahisələr mübahisə tərəflərindən hər hansı birinin tələbi 

ilə baxılması üçün Beynəlxalq Məhkəməyə verilir.  

Maddə  10: Bu Konvensiyanın bərabər autentik hesab edilən ingilis, çin, 

ispan, fransız və rus mətnləri 9 dekabr 1948-ci il tarixdən müəyyən edilir. 



Maddə  11:  Bu  Konvensiya  Birləşmiş  Millətlər  Təşkilatının  hər  hansı 

üzvü  və  yaxud  Baş  Assambleya  tərəfindən  Konvensiyanı  imzalamaq  üçün  dəvət 

almış  Təşkilat  üzvü  olmayan  istənilən  dövlət  tərəfindən  imzalanmaq  üçün  31 

dekabr 1949-cu il tarixədək açıq olacaqdır. Bu Konvensiya ratifikasiya olunmalıdır 



 

və ratifikasiya haqqında aktlar Birləşmış Millətlər Təşkilatının Baş Katibi yanında 



saxlanca qoyulur. 

1  yanvar  1950-ci  ildən  başlayaraq  Birləşmiş  Millətlər  Təşkilatının 

istənilən  üzvü  və  yuxarıda  göstərilən  dəvəti  almış  Təşkilatın  üzvü  olmayan 

istənilən dövlət bu Konvensiyaya qoşula bilər. 

Qoşulma  haqqında  aktlar  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Katibi 

yanında saxlanca qoyulur. 



Maddə  12:  Razılığa  gələn  Tərəflərdən  hər  hansı  biri  istənilən  vaxt 

Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Katibinin  adına  bildiriş  göndərməklə  xarici 

əlaqələrin həyata keçirilməsinə cavabdehlik daşıdığı bütün ərazilərinə və ya onların 

bir qisminə bu Konvensiyanı tətbiq edə bilər. 



Maddə  13:  Ratifikasiya  və  ya  qoşulma haqqında  ilk  20 aktın  Baş Katib 

yanında  saxlanca  qoyulduğu  gün  Baş  Katib  surətləri  Birləşmiş  Millətlər 

Təşkilatının üzvü olan və XI maddədə nəzərdə tutulmuş Təşkilatın üzvü olmayan 

bütün dövlətlərə göndərilən Protokolu hazırlayır. 

Bu  Konvensiya  ratifikasiya  və  ya  qoşulma  haqqında  20-ci  akt  saxlanca 

qoyulduqdan sonra doxsanıncı gün qüvvəyə minir. 

Bu  Konvensiyanın  qüvvəyə  minməsindən  sonra  alınmış  ratifikasiya  və 

qoşulma  haqqında  aktlar  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Katibi  yanında 

saxlanca qoyulduqdan sonra doxsanıncı gün qüvvəyə minir. 

Maddə  14:  Bu  Konvensiya  qüvvəyə  mindiyi  gündən  etibarən  on  il 

müddətinə qüvvədədir. 

Bu  Konvensiya  növbəti  beş  illikdə  о  ölkələrə  qarşı  qüvvədə  qalır  ki, 

hansılar ki, Konvensiyanın müvafiq qüvvədə olma müddətinin bitməsinə ən azı altı 

ay qalmış onu denonsasiya etməmiş olsunlar. 

Denonsasiya Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə yazılı bildirişin 

verilməsi yolu ilə həyata keçirilir. 

Maddə  15:  Əgər denonsasiya nəticəsində Konvensiya  üzvlərinin sayı on 

altıdan  az  olarsa,  Konvensiya  sonuncu  denonsasiyanın  qüvvəyə  mindiyi  gün  öz 

qüvvəsini itirir. 

Maddə  16:  Bu  Konvensiyaya  yenidən  baxılması  tələbi  istənilən  vaxt 

Razılığa  gələn  tərəflərdən  hər  hansı  biri  tərəfindən  Baş  Katibin  adına  yazılı 

məlumat verilməsi yolu ilə qoyula bilər. 

Əgər  bu  cür  tələb  hər  hansı  tədbirlərin  görülməsini  labüd  sayırsa,  Baş 

Assambleya bu cür tələb barədə hansı tədbirlərin görülməsinin vacib olduğuna dair 

qərar verir. 



Maddə 17: Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Birləşmiş Millətlər 

Təşkilatının  bütün  üzvlərini  və  XI  maddədə  nəzərdə  tutulmuş  Təşkilatın  üzvü 

olmayan dövlətləri məlumatlandırır: 

a)XI  maddəyə  müvafiq  olaraq  imzalama,  ratifikasiya  və  qoşulma  haqqında  qəbul 

edilmiş bütün aktlar barədə; 



 

b)XII maddəyə müvafiq olaraq qəbul edilmiş bütün bəyanatlar barədə; 



c)XIII maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi gün barədə; 

d) XIV maddəyə müvafiq olaraq qəbul edilmiş denonsasiyalar barədə

e) XV maddəyə müvafiq olaraq Konvensiyanın ləğvi barədə; 

f) XVI maddəyə müvafiq olaraq qəbul edilmiş bəyanatlar barədə. 

Maddə 18: Konvensiyanın əsli Birləşmiş Millətlər Təşkilatının arxivində 

saxlancdadır. 

Konvensiyanın  təsdiq  edilmiş  surətləri  Birləşmiş  Millətlər  Təşkilatının 

bütün  üzvlərinə  və  XI  maddədə  nəzərdə  tutulmuş  Təşkilatın  üzvü  olmayan 

dövlətlərə göndərilir. 

Maddə  19:  Bu  Konvensiya  qüvvəyə  mindiyi  gün  Birləşmiş  Millətlər 

Təşkilatının Baş Katibi tərəfindən qeydiyyata alınır. 

 

Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında 

Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

1.Azərbaycan  Respublikası  Genosid  cinayətinin  qarşısının  alınması  və 

onun cəzalandırılması haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 

tərəfindən  9  dekabr  1948-ci  il  tarixdə  qəbul  olunmuş  Konvensiyaya 

qoşulsun. 

2.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.  

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri, 31 

may 1996-cı il. № 97-IQ. «Azərbaycan» qəzetində dərc edilmişdir. (25 iyun 1996-

cı  il,  №  119)  «Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusumda  dərc 

edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 124) 

 


Yüklə 434,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin