Bilet 1
Elektrik dövrələrinin elementləri
Elektrik dövrələrinin elementləri bunlardır:
Elektrik cərəyanı
Müqavimət və keçiricilik
Gərginlik
Kənar elektrik qüvvələrinin təsiri altında sərbəst elektronların keçiricidə yerdəyişməsinə elektrik cərəyanıdeyilir.
Beləliklə, elektrik cərəyanı mənfi yüklü hissəciklər - elektronlar selidir (axınıdır). Elektrik cərəyanının istiqaməti şərti olaraq müsbət qütbdən mənfiyə doğru qəbul edilmişdir.
Yalnız qapalı elektrik dövrəsində elektrik cərəyanı axa bilər. Elektrik cərəyanı gözlə görünməzdir və onun haqqında yalnız xarıcı təzahürlərinə görə fikir yürütmək olar.
Məsələn, naqildən elektrik cərəyanı keçərkən naqil qızır. Çünki xarici qüvvələrin təsiri altında sərbəst elektronlar naqil boyunca hərəkət edərkən öz aralarında toqqaşırlar və zərbə zamanı istilik ayrılır.
Elektrik cərəyanının hərəkəti zamanı keçiricidə bu hərəkətə əks təsir göstərən qüvvələr meydana çıxır. Bu təzahürün mahiyyəti ondan ibarətdir ki, hissəciklər (elektronlar) keçiricidə hərəkət edərkən keçiricinin materialının atom və molekulaları ilə toqqaşır. Bu toqquşmalar zamanı elektronlar öz enerjisinin bir hissəsini itirir. Belə toqquşmalar nə qədər çox olarsa, keçiricidə elektrik cərəyanı bir o qədər çox itirilər. Keçiricinin materialının elektrik cərəyanının keçməsinə göstərdiyi əks təsirə keçiricinin elektrik müqaviməti deyilir. Müqavimət R və ya r hərfi ilə işarə olunur.
Elektrik müqavimətinin ölçü vahidi alman alimi Omun (1787 – 1854) şərəfinə 1Om qəbul olunmuşdur.
Keçiricidən 1V gərginlikdə 1A elektrik cərəyanı keçərsə, belə keçiricinin müqaviməti 1Om qəbul edilmişdir
Elektrik cərəyanı qapalı dövrədə yalnız müəyyən şəraitdə, yəni dövrənin sonlarından birində digərindən daha çox sərbəst yük toplandıqda yaranır. Bu isə yüklərin yerdəyişməsinə səbəb olur və nəticədə iş görülür. İş isə yüklərin kəmiyyətindən və onların başlanğıcdakı və sondakı vəziyyətindən asılıdır.
Yükün elektrik sahəsinin bir nöqtəsindən digər nöqtəsinə yerdəyişməsi zamanı elektrik sahəsi qüvvələrinin gördüyü işin elektrik yükünün kəmiyyətinə olan nisbətinə elektrik gərginliyi deyilir. Elektrik cərəyanı mənbəyinin daxilində (məsələn, generatorun) müəyyən müqavimətə malik elektrik dövrəsi mövcuddur. Mənbəyin işinin bir hissəsi bu müqaviməti dəf etməyə sərf olunur.
Elektrik cərəyanı mənbəyi daxilində elektrik yüklərinin hərəkətinə qarşı müqavimətin dəf olunmasına sərf olunan işə mənbəyin gərginlik itkisi deyilir.
Əgər, elektrik cərəyan mənbəyinin daxilində gərginlik itkisi olmasaydı, onda mənbədə olan gərginliyə elektrik hərəkətedici qüvvə deyilir (E.H.Q).
Mənbədən qidalanan elektrik dövrəsinin özü də müqavimətə malikdir və onu dəf etmək üçün iş sərf olunur ki, buna da elektrik dövrəsində gərginlik itkisi deyilir.
Gərginlik itkisi cərəyanın müqavimətə hasili ilə müəyyən olunur. Gərginlik U – hərfi ilə işarə olunur. E.H.Q və gərginlik italyan alimi Voltanın (1745 – 1827) şərəfinə adlandırılmış vahidlə - Volt ilə ölçülür və V-hərfi ilə işarə olunur.
Elektrik şəbəkələrində standart gərginliklər tətbiq olunur : 12; 24; 36; 60; 127; 220; 380; 660; 6000; 10000; 20000; 35000; 110000; 220000 və 500000 V.
Dostları ilə paylaş: |