Bölmə Keys menecment təlimi Mövzu 1: Keys menecment təliminin təkamülü



Yüklə 38,86 Kb.
səhifə1/3
tarix30.09.2023
ölçüsü38,86 Kb.
#150904
  1   2   3
Mövzu 1. Keys menecment təliminin təkamülü


Bölmə 1. Keys menecment təlimi
Mövzu 1: Keys menecment təliminin təkamülü
Keys menecment nədir?
İnsanlara kömək etməyin bir yolu kimi keys menecmentin uzun və zəngin tarixi var. Sosial işin yeni yarandığı vaxtlarda, Nyu-York və Çikaqodakı məskunlaşma evlərində sosial işçilər kasıb ailələri mövcud ictimai və özəl dəstək şəbəkələrinə yönləndirirdilər. Resurslar həmin an hazır olmadıqda isə sosial işçilər, onların icmalarının səfərbər olmasına kömək edirdi. Sosial işçilər uğurlu şəkildə kasıblara, imkansızlara, I mmiqrantlara, ailələrə və uşaqlara dəstək olmağın yeni və müasir yollarının tapılması üçün mübarizə aparırdı. Müasir dövrdə isə biz generalist təcrübədən, sistem yanaşmasıdan, keys işinin metodlarından, qrup işindən, icma təşkilatlarından və müxtəlif təcrübə nəzəriyyələrindən danışsaq da, əslində vəziyyət Şekspirin də dediyi kimidir: “Qızılgülə nə ad versən, o, yenə də qızılgüldür”.Sosial iş tarixində də elə indiki metodlara əsaslanaraq işlər aparılıb, sadəcə olaraq o vaxt bu proses hələ “keys menecment” adlandırılmırdı.
Artıq 30 ildən çoxdur ki, “keys menecment” dedikdə geniş mənada xidmətin göstərilməsi və xidmətçilərin oynadığı rolların sayəsində aparılan iş və metodlar nəzərdə tutulur. Keys menecment yanaşmasından artıq tibbi yardım mərkəzlərində, ahıllarla, fiziki və ya əqli imkanları məhdud olan şəxslərlə, QİÇS xəstəliyi ilə mübarizə aparanlarla, keçmiş məhbuslarla, zərərli maddələrdən asılılığı olan şəxslərlə, rifah səviyyəsi aşağı olan uşaqlarla bağlı keyslərdə, işçi məşğələləri proqramlarında və risk qrupunda olan insanlarla aparılan işlərdə istifadə olunur.
Bəzən “kliniki keys menecment”, “xidmət koordinasiyası” və ya “hərtərəfli psixo-sosial təkmilləşmə” adlandırılan keys menecment iki əhəmiyyətli və tez-tez toqquşan məqsədlərə malikdir: 1) əhalinin həssas təbəqələrinə göstərilən qayğının keyfiyyətini artırmaq; 2) həmin qayğının qiymətini tənzim etmək. Keys menecmentin əsas məqsədi müraciətçini lazımi xidmətlərə yönləndirməkdən, bələdçilik etməkdən ibarət olsa da, eyni zamanda burada müvəkkillik və xüsüsi sosial fəaliyyət işi aparmaq vəzifələri də yer ala bilər. (Ballew & Mink, 1997) Keys menecment həm də xidmət sistemləri və xidmət təminatçılarının məsuliyyətinə zəmanət verən bir metod kimi çıxış edə bilər. (Gibelman & Gelman, 2005)
Tarix boyu keys menecmentə müxtəlif təriflər verilib. Adətən, keys menecment dedikdə köməyə ehtiyacı olan insanların nə cür köməyə ehtiyacı olduqlarını anlamalarına dəstək olmaq və onlara kömək edə biləcək şəxsi və icma resurslarını tapmaq başa düşülür (Rubin 1992a). Keys menecment fərdlərin ətraf mühitlə əlaqələrinə imkan yaradan, həm də onu asanlaşdıran sistemli problem həll etmə mexanizmidir. Sosial İşçilərin Milli Assosiasiyasına (1984) görə, “keys menecment – xidmət təminat sisteminin komponentlərini əlaqələndirmək və birləşdirməklə fərdi ehtiyacları ödəyən hərtərəfli proqram mexanizmidir”. Dinermana görə isə (1992), keys menecment - “müraciətçi və ya müraciətçinin ailəsinin adından, müxtəlif təminatçılar tərəfindən təşkil edilən və ya göstərilən xidmət funksiyasıdır”.
Amerika Əqli Gerilik Assosiasiyası (1994), ya da indiki adı ilə, ABŞ İntellekt və İnkişaf Məhdudiyyətlilərin Assosiasiyasına görə “Xidmətin koordinasiyası (keys menecment) istək və ehtiyacların qiymətləndirilməsi, dəstək və xidmətlərin planlaşdırılması, yerləşdirilməsi və təminatı, monitorinqdən ibarət olan prosesdir (Woodside & McClam, 2005; 2008). Fərdi və ya ailəvi xidmət koordinasiya prosesinin müəyyən qüvvəsidir.” Sosial Rifah Milli Konfransına istinad etsək (1981), “Mövcud olduğu mühitdəki güclər tərəfindən formalaşan keys menecment – inkişaf edən, genişlənən bir prosesdir”. Sosial İşçilərin Milli Assosiasiyası keys menecmenti müraciətçi və xidmət sistemi arasındakı əlaqələndirici vasitə hesab edir. Bütün bu izahlardan da məlum olur ki, keys menecment müraciətçilərin unikal və dəyişkən ehtiyaclarına cavab verən müxtəlif xidmətləri bir-birinə bağlayan bir növ əlaqələndirici vasitədir.
Keys menecerlər icma resurslarında ekspertə çevrilib müraciətçilərinə xidmət göstərirlər. Bura dövlət təminatı, xeyiriyyə, iş yerləri, təhsil, uşaq baxımı, hüquqi yardım, mənzil, nəqliyyat və istirahət imkanları daxildir. Keys menecerler müraciətçiin yardım alması üçün hara müraciət etməli və hansı prosedurlardan keçməli olduğunu bilir. Bəzən olur ki, lazımi xidmətlər ölkədə mövcud olmur. Ona görə də keys menecerlərin üzərinə müraciətçiləri üçün yeni resurslar və sistemlər düzəltməkdə icmalara kömək edən strategiyalar həyata keçirmək vəzifəsi düşür.
Effektiv keys menecment, müvafiq xidmətlərin geniş və uyğunlaşdırılmış ardıcıllığını təmin etmək üçün real və müvafiq vaxt çərçivəsində müəssər olmasını tələb edir. Belə bir sistem olmadan keys menecment yalnız müraciətçilərin xidmətlərə çıxışını idarə edən bir inzibati vasitə olur. Keys menecment yalnız bir əlaqə mexanizmi deyil, lazımi xidmətlərin hər növünü təmin edən bir prinsipdir. Təəssüflər olsun ki, xidmət şəbəkələri ümidləri nadir hallarda doğruldur. Keys menecment hərtərəfli qayğı sisteminin bir komponenti kimi qəbul edilsə də, uyğun olmayan və ya natamam olan bir sistemin düzəldilməsi üçün gərək olan bir yol kimi qəbul edilmir. Murun da dediyi kimi: “Keys menecmentin, xidmətlərin koordinasiya üçün mexanizm yaratması fikri bir mifdən ibarət olub, sadəcə mövcud parçalanmış vəziyyəti rasionallaşdırmaq üçün istifadə edilir... Və xidmətlər təmin etmək üçün mexanizm çevrilir” (Moore, 1992).
Keys menecment effektiv vasitədir, lakin qurumun sərhədlərini aşıb, hər dərdə dərman olacaq bir möcüzə deyil. (Jansson, 2003) Əgər məqsəd zəruri xidmətlərə çıxış və koordinasiya təmin etməkdirsə, keys menecer, xidmətlərin dağılmasına və həmçinin bürokratik təşkilatların qeyri-mütəşəkkilliyə doğru təbii tendensiyasına yol verməməlidir. Keys menecer bu məqsədə çatmaq üçün aşağıdakı şərtlərə əməl etməlidir:
• müraciətçi ehtiyaclarının davamlı olaraq dəyərləndirilməsi və dəqiq qiymətləndirilməsi;
• müraciətçiləri onların ehtiyaclarına uyğun olan resurslarla əlaqələndirmək;
• müvafiq və lazımi xidmətlərin həqiqətən çatdırılmasını təmin etmək gücü;
• xidmətlərin istifadə olunmasının müşahidə etmək imkanları;
• müdaxilələrin təsirləri və nəticələrini qiymətləndirmək üçün öhdəlik
Əgər keys menecmentin məqsədi sadəcə xərcin qarşılanması və ya “ən az dəyişimli” alternativdirsə, o zaman müdaxilənin əsas diqqəti, müraciətçiin prosesə cəlb edilməsi əvəzinə , şəxslərin sistemli şəkildə idarəsinə yönəlir. Xidmət planının tətbiqinə xidmət göstərən keys menecment təcrübəsi ilə, keys menecerin fəaliyyət göstərdiyi inzibati struktur və idarələrarası şəbəkələri təmsil edən keys menecment sistemləri arasında fərq var. Həmçinin müraciətçi-yönümlü və təchizatçı-yönümlü keys menecment modelləri arasında da fərq qeyd edilməlidir. Müraciətçi-yönümlü olanlar fəal müraciətçi cəlbediciliyinə sahib olan, güclü bir perspektivə əsaslanan və gücləndirmə modelinə yaxından bağlı ikən, digərləri sənədlərə fokuslanan, daha bürokratik və klerikaldır.

Yüklə 38,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin