Bundan sonra Azərbaycan Tibb Universitetində 2013/2014-cü tədris ilinin



Yüklə 266,44 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix13.03.2017
ölçüsü266,44 Kb.
#11120
  1   2   3

səh. 2, 6

Bundan  sonra  “Azərbaycan  Tibb 

Universitetində  2013/2014-cü  tədris  ilinin 

qış imtahan-məqbul sessiyasının yekunları 

və yaz semestrində tədris prosesinin daha 

da yaxşılaşdırılması işində universitet kol-

lektivinin  vəzifələri”  barədə  tədris  işləri 

üzrə  prorektor,  professor  Sabir  Əliyevin 

hesabatı dinlənildi.

Ali təhsilin yeni normativ hüququ bazası-

nın yaradılması, ali tibb təhsilin əsas təhsili 

və  rezidentura  pillələrinin  məzmunu  və 

təlim texnologiyalarının müasirləşdirilməsi, 

kredit  sistemi  ilə  tədrisin  təşkilinin 

təkmilləşdirilməsi  məqsədilə  Azərbaycan 

Respublikası  Nazirlər  Kabineti  24  dekabr 

2013-cü  il  tarixli  348  nömrəli  qərarı  ilə 

«Аli  təhsil  müəssisələrinin  bakalavriat  və 

magistratura  səviyyələrində  kredit  sistemi 

ilə tədrisin təşkili Qaydaları»nın və 23 no-

yabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə 

isə  «Rezidentura  təhsilinin  məzmunu  və 



F

evralın 24-də Böyük Elmi Şuranın növbəti yığıncağını açan universitetin 

rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov XX əsrin ən 

dəhşətli faciəsi olan Xocalı soyqırımının 22-ci ildönümünün geniş miqyasda 

anıldığını, bu məqsədlə ölkəmizdə və xaricdə silsilə tədbirlərin keçirildiyini 

dedi. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 

səh. 4-5

  İyirmi  iki  il  əvvəl  -  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  erməni  təcavüzkarları 

Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soy-

qırımı törətmişlər.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar 

anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə 

qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtira-

mını bildirdi.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyası-

nın rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezi-

denti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə 

və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı 

sakinləri iştirak edirdilər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          



№ 04 (1579)  28 fevral 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

Bu sayımızda

Azərbaycan Tibb Universitetinin kollektivi 

Xocalı soyqırımı ilə 

əlaqədar xalqımıza 

dərin hüznlə başsağlığı 

verir, şəhidlərimizə 

Allahdan rəhmət diləyir!

Prezident İlham Əliyev faciə qurbanlarının 

xatirəsini anma mərasimində iştirak etmişdir 

“Xocalıya ədalət” 

Ən çətin cərrahi əməliyyatların 

uğurla aparıldığı klinika

Xocalı faciəsi əsrlər boyu Azərbaycan xalqına qarşı 

törədilmiş soyqırımı siyasətinin ən qanlı səhifəsidir

BÖYÜK ELMİ ŞURADA

Tibb Universitetində 

Xocalı faciəsi ilə bağlı silsilə 

anım tədbirləri keçirilib

http://www.amu.edu.az

28 fevral 2014-ъц ил

2

Fevralın 24-də ATU-nun Tədris 

Terapevtik Klinikasında Xocalı 

soyqırımının 22-ci ildönümünə həsr 

olunmuş anım mərasimi keçirilib. 

Tədbiri universitetin rektoru

Milli Məclisin deputatı, akademik 

Əhliman Əmiraslanov açıb və Xocalı 

şəhidlərinin xatirəsi bir dəqiqəlik 

sükutla yad edilib.

  

Xocalı  soyqırımını  tarixdə  baş 

vermiş  soyqırımların  ən  dəhşətlisi 

adlandıran  rektor  həmin  gün  in-

sanların  xüsusi  qəddarlıqla  qətlə 

yetirildiyini,  artıq  bu  faciənin  təkcə 

Azərbaycanda deyil, dünyanın inkişaf 

etmiş  ölkələrində  də  anıldığını  bildi-

rib.  O,  rus-erməni  hərbi  birləşmələri 

tərəfindən  törədilən  bu  qanlı  faciəyə 

ancaq  ümummilli  liderimiz  Heydər 

Əliyevin ikinci dəfə hakimiyyətə qayı-

dışından  sonra  ictimai-siyasi  qiymət 

verildiyini  vurğulayıb:  “Xocalı  soyqı-

rımı  bütövlükdə  tarixdə  baş  vermiş 

soyqırımı  hadisələri  arasında  xüsusi 

qəddarlıqla  törədilmiş  bir  soyqırımı-

dır.  Bunu  təkcə  Azərbaycan  deyil, 

dünya dövlətləri, dünya parlamentləri 

də qəbul edirlər. Faciə törədilən vaxt 

baş  verənləri  gizlətmək,  dünyasını 

dəyişənlərin sayını azaltmaq cəhdləri 

olub.  Əvvəlcə  mətbuatda  bir  neçə 

nəfərin  həlak  olduğunu  yazırdılar. 

Sonra  məlum  oldu  ki,  amansızlıqla 

qətlə yetirilənlərin sayı qat-qat çoxdur. 

Azərbaycan  və  dünya  mətbuatında 

reallığa  yaxın  məlumatlar  yayılma-

ğa  başladı.  Mütləq  deməliyəm  ki, 

Xocalı  soyqırımına  ictimai-siyasi 

və  hüquqi  qiymət  verilməsi  yalnız 

ulu  ödər  Heydər  Əliyev  ikinci  dəfə 

hakimiyyətə  gələndən  sonra  müm-

kün oldu. Hadisələr çox ciddi araşdı-

rıldı,  günahkarların  cəzalandırılması 

barədə  məsələ  qaldırıldı.  Artıq  tam 

təsdiq  edilibdir  ki,  faciə  rus  hərbi 

birləşmələrinin  birbaşa  köməyi  ilə 

törədilib.  Hər  il  möhtərəm  preziden-

timiz  İlham  Əliyev  Sərəncam  imza-

layır, Azərbaycanın xarici ölkələrdəki 

səfirlərinə,  diasporlarına  tapşırıq 

verilir  ki,  Xocalı  soyqırımını  dünya 

ictimaiyyətinə çatdırsınlar”.

İnsan  anatomiyası  kafedrasının 

professoru,  Xocalı  sakini  Mübariz 

Allahverdiyev  özünün  də  şahidi  ol-

duğu  hadisələrdən  danışaraq  qeyd 

edib  ki,  Xocalı  faciəsi  200  ilə  ya-

xın  bir  müddətdə  şovinist  erməni 

mil lətçilərinin 

azərbaycanlılara 

qar şı  müntəzəm  olaraq  həyata 

ke çirdikləri  etnik  təmizləmə  və  soy-

qırım  siyasətinin  davamı  və  ən  qan-

lı  səhifəsidir:  “Son  yüzillikdə  3  dəfə 

soyqırıma  məruz  qalan  Xocalı  Dağ-

lıq  Qarabağda  strateji  əhəmiyyət 

kəsb  edən  bir  mövqedə  idi.  Xocali 

qədim  yaşayış  məskəni  kimi  eradan 

əvvəlki  XIV  yüzillikdə  mövcud  olub. 

Ermənilərin  Xocalını  25-26  fevral 

1992-ci ildə genosidə uğratması say-

ca üçüncü idi. Birinci genosid 1905-

1906-cı  illərdə,  ikinci  genosid  1918-

1919-cu  illərdə  baş  verib.  Hər  dəfə 

də sağ qalan xocalılar özlərində güc 

taparaq  doğma  yurd  yerinə  qayıdıb, 

dədə-baba torpaqlarında yaşayıblar.

1992-ci il genosidinə yetmək üçün 

ermənilər  4  il  ərzində  Xocalını  blo-

kadada saxladılar. 1988-ci il fevralın 

12-13-də mitinqlərə başlayan erməni 

separatçılarının  sentyabrın  18-də 

Xocalıya  ilk  kütləvi  hücumu  oldu. 

Həmin  gün  10  mindən  çox  erməni 

ilə üz-üzə qalan xocalılar torpaqlarını 

qoruya bildilər, çünki o hücumda rus 

hərbçiləri iştirak etmirdilər. 

1991-ci  ilin  noyabrından  etibarən 

Xocalıya  gələn  bütün  yollar  bağlan-

dı. Ara-sıra mülki vertolyot uça bilirdi. 

Yanvarın  28-də  Şuşaya  uçan  mülki 

vertolyot da ermənilər tərəfindən vu-

ruldu. 4 ay ərzində Xocalı azuqəsiz, 

silahsız  qalsa  da  özünü  müdafiə 

edirdi.  Təəssüf  ki,  Azərbaycanın  o 

vaxtkı  rəhbərləri  torpaqlarımızın  bir-

bir  əldən  getməsinə  biganəliklə  ya-

naşırdılar. Xocalı soyqırımı törədilənə 

qədər  Malıbəyli,  Quşçular,  Meşəli, 

Cəmilli,  Qaradağlı  və  digər  kəndlər 

dağıdılmış, viranəyə çevrilmişdir.

Ermənilər  uzun  müddət  hazırla-

dıqları  çirkin  etnik  təmizləmə  planını 

1992-ci il fevralın 25-dən 26-na keçən 

gecə Xocalıda həyata keçirdilər. On-

lar  qışın  qarlı-şaxtalı  çağında  gecə 

yarısı keçmiş SSRİ-nin Xankəndində 

dislokasiya  olunmuş  366-cı  moto-

atıcı  polkunun  ölümsaçan  silahla-

rı  ilə  Xocalını  bomba,  mərmi,  güllə 

yağışına  tutdular.  Yuxulu  insanlar, 

köməksiz  qadınlar,  uşaqlar,  qocalar 

nə  edəcəklərini  bilmirdilər.  İki  saat 

aramsız  ağır  artilleriya  atəşindən 

sonra  general  Seyran  Ohanyanın 

başçılıq etdiyi alay Ermənistan silahlı 

qüvvələri ilə birlikdə Xocalıya girdilər.

Əhalinin bir hissəsi elə bilmişdi ki, 

bu, hər gün baş verən atışmadır, bir 

azdan  sakitləşəcək.  Ona  görə  də 

xeyli sayda insan qaçıb zirzəmilərdə 

gizlənmişdi.  Ermənilər  onları  kütləvi 

surətdə  elə  orada  qırdılar.  Sağ  qa-

lanlar  qarlı  dağlara,  meşələrə  üz 

tutub  Ağdam  tərəfə  yol  axtarırdılar. 

Ermənilər  guya  xocalılara  qaçmaq 

üçün  bu  yolu  dəhliz  qoymuşdular. 

Əslində isə bu bir tələ idi. Əhali bum-

buz çaydan, meşədən keçib Naxçıva-

nik yaxınlığına çatanda pusquda da-

yanmış erməni silahlıları onları kütləvi 

surətdə amansızlıqla qətlə yetirdilər.

Girov  götürdükləri  1275  nəfərə 

ağır  işgəncələr  verdilər.  Cavan  oğ-

lanların  gözlərini  çıxardılar,  erməni 

qəbirlərinin 

üstündə 

başlarını 

kəsdilər.  Ağaclara  sarıyıb  “Qarabağ 

Ermənistan  torpağıdır”  demələrini 

tələb etdilər. Ancaq o gənclər ölümün 

gözünə dik baxaraq son nəfəslərində 

də “Qarabağ Azərbaycan torpağıdır” 

deyib əbədiyyətə qovuşdular”.

Dövləti  cinayətin  cəzasız  qal-

mayacağına  inandığını  söyləyən 

M.Allahverdiyev  beynəlxalq  təş ki lat-

ları, dünya dövlətlərini, parlamentlərini 

Xocalı  soyqırımına  siyasi-hüquqi 

qiymət verməyə, hamını 2008-ci ildə 

Heydər Əliyev Fondunun vitse-prezi-

denti Leyla Əliyevanın təşəbbüsü ilə 

yaradılmış  “Xocalıya  ədalət”  kampa-

niyasına qoşulmağa çağırıb. 

Yeni  Azərbaycan  Partiyasının 

(YAP) Nəsimi rayon təşkilatının sədri, 

millət vəkili Məlahət xanım Həsənova 

fevral  ayının  bütövlükdə  Xocalı  ayı 

kimi  yadda  qaldığını,  hətta  bu  ayda 

toyların  da  səngidiyini  deyib.  Eyni 

zamanda  dövlətimizin,  cənab  Prezi-

dentin  gördüyü  işlərin  öz  bəhrəsini 

verəcəyinə və qaçqınlarımızın tezliklə 

doğma  yurdlarına  qayıdacağına 

əminliyini mərasim iştirakçıları ilə bö-

lüşüb.


Xatırladaq  ki,  Xocalı  soyqırımı  za-

manı  adları  bəlli  olan  613  nəfərin, 

o  cümlədən  106  qadın,  63  azyaşlı 

uşaq, 70 qocanın həyatına son qoyu-

lub.  478  dinc  sakin  ağır  yaralanaraq 

şikəst  olub,  1275  nəfər  əsir  və  girov 

götürülüb.  İtkin  düşmüş  150  nəfərin 

taleyi indiyədək məlum deyil. Həmin 

kütləvi  qırğın  həyata  keçirilərkən  8 

ailə bütünlüklə məhv edilib, 25 uşaq 

hər  iki  valideynindən,  130  uşaq  isə 

valideynlərinin  birindən  məhrum 

edilib,  mülki  əhali  görünməmiş 

vəhşiliklə qətlə yetirilib, əsir və girov 

götürülənlərə amansız işgəncələr ve-

rilib.


A.KAMrAnoğlU

XOCALI SOYQIRIMININ 22-Cİ İLDÖNÜMÜNƏ 

HƏSR OLUNMUŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

u

 



Azərbaycanın  tarixinə  qanlı  hərflərlə 

yazılmış həmin gecə erməni silahlı dəstələri hələ 

SSRİ  dövründə  Xankəndi  şəhərində  yerləşmiş, 

şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət 

olan 366-cı motoatıcı alayın zirehli texnikasının 

və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini 

yerlə-yeksan etmişlər.

Erməni  təcavüzkarlarının  Azərbaycan  xalqına 

qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 

613  nəfər,  o  cümlədən  106  qadın,  63  uşaq,  70 

qoca  amansızlıqla  qətlə  yetirilmiş,  487  nəfər 

şikəst  olmuş,  1275  dinc  sakin  əsir  götürülmüş, 

155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu 

soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv 

edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir.

İnsanlığa  qarşı  törədilmiş  bu  cinayət  aktı 

beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini 

almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin 

xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən 

Xocalı  soyqırımı  haqqında  həqiqətlərin  dünya 

ictimaiyyətinə  çatdırılması,  onun  soyqırımı  kimi 

tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət 

göstərir.  Prezident  İlham  Əliyev  Xocalı  faciəsini 

təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu 

Azərbaycan xalqına qarşı apardığı soyqırımı və 

etnik  təmizləmə  siyasətinin  qanlı  səhifəsi  kimi 

qiymətləndirmişdir.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə 

çatdırılmasında  Heydər  Əliyev  Fondunun  da 

xüsusi xidmətləri vardır. Fondun vitse-prezidenti, 

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı 

Gənclər  Forumunun  Mədəniyyətlərarası  Dialoq 

üzrə  baş  əlaqələndiricisi  Leyla  Əliyevanın 

təşəbbüsü  ilə  fəaliyyət  göstərən  “Xocalıya 

ədalət!”  kampaniyası  uğurla  davam  edir. 

Kampaniyanın  məqsədi  Xocalı  qətliamının 

insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi 

beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

Beynəlxalq  hüquqa  görə,  soyqırımı  sülh  və 

bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır 

beynəlxalq  cinayət  sayılır.  BMT  Baş  Məclisinin 

1948-ci  il  9  dekabr  tarixli  260  saylı  qətnaməsi 

ilə qəbul edilən və 1961-ci ildən qüvvəyə minən 

Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası 

təsvir edilmişdir. Ermənistanın Azərbaycana qarşı 

təcavüzü  zamanı  həmin  Konvensiyada  təsbit 

edilən  soyqırımı  cinayətinə  aid  bütün  əməllər 

tətbiq olunmuşdur. Bu işğalçı ölkənin terrorçuluq 

siyasəti  uzun  illərdir  dünya  ictimaiyyətinin  gözü 

qarşısında baş verir. Halbuki beynəlxalq hüquq 

normalarına, BMT və ATƏT-in prinsiplərinə görə, 

dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət 

edilməlidir.  Ərazi  bütövlüyünün  və  suverenliyin 

pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şu-

rası  Azərbaycanın  işğal  olunmuş  torpaqlarının 

qeyd-şərtsiz azad edilməsi haqqında 4 qətnamə 

qəbul etsə də, işğalçı Ermənistan bunları hələ ki, 

yerinə yetirmir.

Xocalı soyqırımını törətməklə erməni millətçiləri 

Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq, 

onun  mübarizə  əzmini  qırmaq,  torpaqlarının 

işğalı  faktı  ilə  barışmağa  məcbur  etmək  kimi 

məkrli  məqsədlər  güdmüşdür.  Amma  hiyləgər 

və  amansız  düşmənin  niyyətləri  baş  tutmadı, 

xalqımız  dövlətin  suverenliyinin  müdafiəsində 

yüksək qəhrəmanlıq nümunəsi göstərdi.

Azərbaycan xalqı qəti əmindir ki, hazırda Cənubi 

Qafqazın  iqtisadi  güc  mərkəzinə  çevrilmiş, 

dünyada mövqeyini daha da möhkəmləndirmiş, 

hərbi  qüdrətini  təmin  etmiş  dövlətimiz  düşmən 

tapdağı  altında  olan  torpaqlarını  istənilən 

yolla  azad  edəcək,  şəhidlərimizin  qanı  yerdə, 

günahkarlar isə cəzasız qalmayacaqdır.

Ган йаддышымыз


28 fevral 2014-ъц ил

http://www.amu.edu.az

3

Fevralın 26-da Sudan Respublikasının ölkəmizdəki səfirliyinin 

nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. 

ATU-nun rektoru, Millət vəkili, akademik Əhliman Əmiraslanov Suda-

nın fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haqqı 

qəbul edib. 

Akademik Əhliman Əmiraslanov görüş zamanı Tibb Universitetinin 

fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları haqqında 

məlumat verdi. Cənab səfir Mohamed əl-Haq isə öz növbəsində Tibb 

Universitetinin fəaliyyətini izlədiyini, bu ali təhsil müəssisəsinin əldə et-

diyi nailiyyətlərlə bağlı Sudanda da məlumat verəcəyini bildirdi. Səfir öz 

qızının da ATU-nun II müalicə-profilaktika fakültəsində təhsil aldığını, 

buradakı təhsilin səviyyəsindən məmnun qaldığını bildirdi. 

Görüş zamanı tərəflər Tibb Universiteti ilə Sudan arasında tələbə 

mübadiləsinin reallaşdırılmasının vacibliyindən də danışdılar. Bu haqda 

ilkin razılıq əldə olundu. Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru 

İbrahim İsayev, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova, 

xarici tələbələrlə iş üzrə dekan Gülər Seyidova, dekan müavini Niyazi 

Hacıyev iştirak ediblər.

Dünən Fələstin hökumətinin Azərbaycandakı səfiri Nasser 

Abdul Kareem A. Raheem Azərbaycan Tibb Universitetində 

qonaq olub. ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovla 

görüşən səfir bundan əvvəl də Tibb Universitetində olduğunu 

deyib: “Sizləri özümə dost bilirəm, Azərbaycanda bu cür yüksək 

səviyyəli təhsil ocaqlarının mövcudluğuna çox sevinirəm”. 

Ə.Əmiraslanov qonağa ATU-nun yaranma tarixi, bu təhsil-tədris 

mərkəzindəki klinikalar, onların fəaliyyət istiqamətləri haqqında 

ətraflı məlumat verib. Rektor həmçinin Azərbaycan dövlətinin elm 

və təhsilə olan diqqəti, ölkəmizdə tibb sahəsində aparılan isla-

hatlar haqqında danışıb. Görüşün sonunda qarşılıqlı əməkdaşlıq 

məsələləri müzakirə olunub.

Fevralın 20-də Tədris Terapevtik Klinikada Azərbaycan Tibb 

Universitetinin iştirakçısı olduğu, Avropa Komissiyası Erasmus 

Mundus Proqramının 2013-cü ilin noyabr ayında start götürmüş 

MEDEA layihəsi üzrə növbəti məlumat günü keçirilmişdir. Universi-

tetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəhimə Qabulova 

Avropanın 10 universiteti ilə tibb, əczaçılıq, stomatologiya, səhiyyənin 

təşkili, tibb bacısı təhsili kimi sahələrdə tələbə, magistr, müəllim, 

doktorant mübadiləsi imkanları haqda ətraflı məlumat vermiş, bu 

proqramın tələbələr və magistrlər üçün geniş imkanlar açdığı bir daha 

vurğulanmışdır. Görüşdə ATU-nun müxtəlif fakültələrində bakalavr 

və magistr pillələrində təhsil alan tələbələr iştirak etmişlər. Tədbirin 

sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

MEDEA proqramı haqda məlumatı əlavə olaraq, layihənin saytından 

almaq mümkümdür:  

http://www.ema2-medea.com

.  Suallarla ATU-

nun beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz. Facebook 

səhifəmiz AMU ERASMUS MUNDUS.

ATU-nun mətbuat xidməti

təşkili Qaydaları»nın təsdiq edilməsi 

haqqında  Azərbaycan  Respublika-

sı  Nazirlər  Kabinetinin  2010-cu  il 

18 mart tarixli 50 nömrəli qərarında 

dəyişiklik edərək adı gedən Qaydala-

rı yeni redaksiyada təsdiq etdiyini xa-

tırladan natiq bildirdi ki, Azərbaycan   

Respublikası      Təhsil      naziri      «Аli   

təhsil      müəssisələrinin  bakalavri-

at  və  magistratura  səviyyələrində 

kredit  sistemi  ilə  tədrisin  təşkili 

Qaydaları»nın  icrası  məqsədilə  21 

yanvar  2014-cü  il  tarixli  40  nömrəli 

əmr  imzalamışdır.  Əmrə  əsasən 

indiyə  qədər  icrada  olan  kredit  sis-

temi  ilə  tədrisin  təşkili  və  biliyin 

çoxballı  qiymətləndirilməsinə  dair 

iki  Əsasnamə  qüvvədən  düşmüş-

dür.  Cari  semestrdən  isə  yeni  Qay-

daların  icrası  -məqsədilə  ali  təhsil 

müəssisələri  qarşısında  bir  sıra 

vəzifələr qoyulmuşdur.

«Аli təhsil müəssisələrinin bakalav-

riat  və  magistratura  səviyyələrində 

kredit  sistemi  ilə  tədrisin  təşkili 

Qaydaları»nın tətbiqi və Təhsil naziri-

nin müvafıq əmrinin icrası məqsədilə 

universitet  rektoru  30.01.2014-cü  il 

tarixli  36/T  nömrəli  əmr  vermişdir. 

Əmrdə  fakültə  dekanlarına,  tədris 

hissəsinə  müəyyən  tapşırıqlar  ver-

mişdir. Yeni Qaydaların öyrənilməsi, 

fakültə  və  kafedralara  paylanılması, 

tələbələrin tanış edilməsi və icrasına 

nəzarət əmrdə öz əksini tapmışdır.

Sözünə davam edən S.Əliyev dedi 

ki,  bütün  bunlarla  yanaşı  ölkə  Pre-

zidentinin  «Şəffaflığın  artırılması  və 

korrupsiyaya  qarşı  mübarizə  üzrə 

milli  strategiyanın  təsdiq  edilməsi 

barədə»  Sərəncamına  müvafıq 

olaraq  ölkənin  təhsil  sferasında,  о 

cümlədən ali təhsil müəssisələrində 

də  geniş  miqyaslı  tədbirlər  həyata 

keçirilir, tədris proqramına müəyyən 

dəyişikliklər edilərək təlim aparılır. 

Qış  imtahan-məqbul  sessiyasının 

nəticələrini  diqqətə  çatdıran  prorek-

tor  bildirdi  ki,  klassik  qaydada  im-

tahan  verən  tələbələr  2384  (keçən 

il  6072)  halda  imtahanda  iştirak  et-

miş, 322-13,5% (keçən il 627-10,3%) 

halda  imtahana  gəlməmiş,  24-1,1% 

(keçən il 304-5%) halda isə imtaha-

na buraxılmamışdır. 

Bundan  başqa  kredit  sistemi 

üzrə  35603  (keçən  il  27599)  halda 

tələbələr  imtahanda  iştirak  etmiş, 

7613  (keçən  il  3781)  halda  “əla”, 

11446  (keçən  il  8659)  halda  “çox 

yaxşı”,  7809  (keçən  il  7506)    halda 

“yaxşı”,  4372  (keçən  il  4344)  halda 

“kafi”,  1829  (keçən  il  1670)  halda 

“qənaətbəxş”,  382  (keçən  il  377) 

halda “qeyri-məqbul” əldə olunmuş, 

1014  (keçən  il  560)  halda  tələbə 

imtahanda  iştirak  etməmiş,  1138 

(keçən il 702) nəfər isə imtahana bu-

raxılmamışdır.

Klassik  qaydada  aparılan  imtaha-

nın nəticələrinə görə 433 (18,1%) hal-

da “əla” (keçən il 15,2%), 987 (41,4%) 

halda  “yaxşı”  (keçən  il  40,1%),  488 

(20,5%) halda “kafi” (keçən il 24,3%)  

və nəhayət 130 (5,4%) halda “qeyri-

kafi” (keçən il 5,1%) qeyd edilmişdir.

Rəqəmlərə fikir versək, keçən ilin 

müvafiq dövrü ilə müqayisədə klas-

sik qaydada imtahan verənlər arasın-

da  “əla”ların  2,9%  çoxaldığını,  aka-

demik borcu qalan tələbələrin 0,5% 

azaldığını görərik. Akademik borcun 

böyük bir qismini- (13,5%)  imtahana 

gəlməyənlər təşkil etmişdir. 

O,  test  üsulu  ilə  kompyuterlərlə 

aparılan  imtahanların  kəmiyyət, 

xüsusən də keyfiyyət göstəricilərinin 

xeyli  yaxşılaşdığını  söyləyərək  dedi 

ki, bu üsul öz obyektivliyi, şəffaflığı, 

ədalətli  olması,  tələbələr  üçün 

bərabər  şəraitin  yaradılması,  sub-

yektiv  təsirlərin  aradan  qaldırılma-

sı,  ictimai  rəyin  müsbət  istiqamətdə 

dəyişməsi ilə fərqlənir. 

Bu  sistem  üzrə  ilkin  mənimsəmə 

göstəricisi - 76,1% (keçən il 82,1%), 

keyfıyyət  göstəricisi  isə  42,2% 

(37,5%)  təşkil  edir.  Rəqəmlərdən 

aydın  olur  ki,  ilkin  mənimsəmə 

göstəricisi  6,0%  azalmış,  keyfıyyət 

göstəricisi isə 4,7% yüksəkdir.

Bununla  yanaşı  kompyuter  va si-

təsilə test üsulu ilə aparılan imtahan-

ların təkmilləşdirilməsinə də ehtiyac 

vardır. Belə ki, tərtib edilən testlərin 

düşündürücü  olması,  onlara  situa-

siya  məsələlərinin  daxil  edilməsi, 

tapmaca,  əzbərləmə  elementlərinin 

aradan  götürülməsi  və  s.  əsas 

məsələlərdən  biri  test  suallarının 

tələbələrə  verilib,  ya  verilməməsi 

işidir.  Bu  geniş  müzakirə  olunma-

lıdır.  Ya  testlərin  miqdarı  artırılma-

lıdır  və  ya  imtahana  qısa  müddət 

qalmış  tələbələrə  müəyyən  sayda 

cavabsız  test  sualları  verilməlidir. 

Bunundan baçqa  semestr boyu isə 

təməl  və  ixtisas  fənləri  üzrə  peşə 

fəaliyyəti  üçün  vacib  olan  bilik  və 

bacarıqların  mənimsənilməsi  təmin 

edilməli və qiymətləndirilməlidir. Na-

tiq onu da vurğuladı ki, kredit siste-

mi  ilə  təhsil  alan  təbbələrin  biliyinin 

qiymətləndirilməsi  haqqında  yeni 

Əsasnamə  hazırlanır.  Lakin    yeni 

Əsas naməyə  qədər  köhnə  Əsas-

namə öz qüvvəsində qalır.

Kredit  sistemi  ilə  təhsil  alan  tə-

ləbələr  kompyuterlə  test  üsulu  ilə 

apa rılan  imtahanların  nəticələrinə 

görə  72  appelyasiya  müraciət 

olun muşdur.  Müraciətlərdən  44-ü 

əsassız hesab edilmiş, yalnız 28 hal-

da ekspertlərin rəyinə görə müraciət 

əsaslı hesab edilmşdir.  Bu testlərə 2 

eyni cavabın olması ilə əlaqədardır. 

Qış  imtahan-məqbul  sessiyası-

nın  gedişi  daimi  olaraq  universitet 

rəhbərliyinin  xüsusi  nəzarətində 

olmuşdur.  İmtahanların  gedişi  za-

manı universitetin rektoru akademik 

Ə.Əmiraslanov şəxsən özü və onun 

tapşırığı ilə tədris işləri üzrə prorek-

tor  və  dekanlar  imtahanların  gedisi 

zamanı imtahan zalında və imtahan 

zalından  kənarda  tələbələrlə  görüş-

müş,  həmçinin  kafedralarda  olmuş, 

tələbələrin  cavabları,  ümumiyyətlə 

imtahanların təşkili ilə maraqlanmış-

lar. S.Əliyev çıxışının sonunda   istər 

dekanlıqların,  istərsə  də  kafedrala-

rın  və  professor-müəllim  heyətinin 

bu sahədə görəcəyi işlərin hələ çox 

olduğunu,  qeyd  edərək  kafedraların 

maddi-texniki  bazasının  ilbəil  yax-

şılaşması,  yeni  dərsliklərin  və  dərs 

vəsaitlərin nəşr olunması, professor-

müəllim 

heyətinin 

keyfiyyətcə 

yeniləşməsinə  baxmayaraq  tədrisin 

nəticəsi ona uyğun gəlmir. 

Ona  görə  də  universitetdə  çalı-

şan  aparıcı mütəxəssislərin tədrisin, 

tədris-metodik işin təşkili və yaxşılaş-

dırılmasında  aktiv  iştirak  edəcəyinə 

əminliyini bildirdi.

Kafedra  müdirləri  Eldar  Qası-

mov,  Amalya  Əyyubova,  Əlihüseyn 

Hidayətov  və  Ədalət  Həsənov  çı-

xış  ların da  hesabatı  qənaətbəxş 

qiy  mətləndirdilər. 

Onlar 


kredit 

sis  teminin  üstün  və  çatışmayan 

cəhətlərindən  danışaraq  testlərin 

təkmilləşdirilməsinə  dair  təkliflərini 

söylədilər.

Əhliman Əmiraslanov müzakirələ-

rə yekun vuraraq çıxışlarda səslənən 

fikirlərə  və  irəli  sürülən  təkliflərə 

öz  münasibətini  bildirdi:  “Həmişə 

demişəm,  yenə  təkrar  edirəm  ki, 

kredit  sisteminin  tətbiqi,  imtahanla-

rın  kompyüterlə  aparılması  hələlik 

ən  optimal  variantdır.  Təbii  ki,  yeni 

bir  üsulu  təcrübəyə  tətbiq  edəndə 

ümumi  nəticələrə  mənfi  təsir 

göstərən  amillər  də  ortaya  çıxır.  Bu 

elə  sistemdir  ki,  daim  nəsə  əlavə 

edilməlidir. Mən elə hesab edirəm ki, 

indi  testlərin  sayını  bir  az  da  artırib 

sualları  isə  mürəkkəbləşdirmək  la-

zımdır. Əgər hər hansı bir yeni təklif 

varsa  onu  da    nəzərdən  keçirməyə 

hazırıq”.

Müxtəlif  məsələlərdən  söhbət 

açan  rektor  bildirdi  ki,  universite-

tin  dekanlıq  və  şöbələrində  ictimai 

əsaslarla çalışan bəzi kafedra əmək-

daşları  var  ki,  onlar  işlərinin  çox 

olma sından    gileylənirlər.  Əgər  do-

ğurdan  da  onlar  bu  işləri  yetərincə 

apara  bilmirlərsə    həmin  vəzifələrə  

yenilərinin    götürüləcəyi  barədə  də 

xəbərdarlıq etdi.      

Rektor  onu  da  məlumat  verdi  ki, 

əməkdaşlara ayrılan vəsaitin miqda-

rının artırılacağı da nəzərdə tutulub .

Böyük  Elmi  Şura  müsabiqə 

məsələlərini həll etməklə işini yekun-

laşdırdı.


Yüklə 266,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin