Buraxiliş İŞİ



Yüklə 306 Kb.
səhifə1/7
tarix16.12.2022
ölçüsü306 Kb.
#75336
  1   2   3   4   5   6   7
ref menec 001


BURAXILIŞ İŞİ :

Mövzu : «Rəhbərlik üslubunun təsərrüfat fəaliyyətinin nəticələrinə təsiri»


MÜNDƏRİCAT :

GİRİŞ -3


FƏSİL 1: RƏHBƏRLİK ÜSLUBU VƏ ONUN HEYƏTİN İDARƏ EDİLMƏSİNƏ
TƏSİRİ -5
1.1.Rəhbərlik üslubu və liderlik anlayışları -5
1.2.Heyətin idarə edilməsində hakimiyyətin və təsirin zəruriliyi -16
1.3.Motivasiya və heyətin idarə edilməsində onun rolu -25
FƏSİL 2: İSTEHSAL SİSTEMLƏRİNDƏ HEYƏTİN İDARƏ EDİLMƏSİNİN
TƏŞKİLATİ ƏSASLARI -34
2.1.İstehsal sistemlərində heyətin idarə edilməsinin təhlili və onun təsərrüfat
fəaliyyətinə təsiri -34
2.2.Heyətin işgüzar adaptasiyası və işgüzar karyerasında rəhbərin rolu -41
NƏTİCƏ -49
ƏDƏBİYYAT SİYAHISI -51

GİRİŞ
Mövzunun aktuallığı. Müasir bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın stabil,dinamik inkişafı üçün təsərrüfatçılıq proseslərinin yüksək sürətlə inkişafı və onun yüksək peşəkarlıqla tənzimlənməsi zəruridir. Bu isə ilk növbədə rəhbərlərdən yüksək səriştə,bacarıq və bilik tələb edir. Bildiyimiz kimi iqtisadiyyatın normal inkişafı kadr ehtiyyatlarından optimal şəkildə istifadəsi ilə əlaqədardır. Bunun üçün isə firma və müəssisələrdə kadrların seçilməsi,yerləşdirilməsi,onların peşə və ixtisas dərəcələrinin yüksəldilməsi ilkin zəruri şərtdir. İerarxiya prinsipinə uyğun olaraq rəhbərlər kadrların mövcud potensialını aşkara çıxarmağı bacarmalı, onların bacarıqlarından səmərəli şəkildə istifadəyə şərait yaratmalıdırlar. Bu da rəhbərdən iş üslubunun düzgün seçilməsini, heyətin idarə edilməsinin səmərəli təşkilini, uyğun hakimiyyət növünün tətbiqini, adekvat motivasiya əlaqələrin optimal strukturunu və s.tələb edir
Azərbaycan iqtisadiyyatı inzibati-amirlik mühitindən azad bazar mühitinə, şəxsi həyatda qapalılıqdan təşəbbüskarlığa keçid dövrünü yaşayır və yeni iqtisadi mühitə keçidlə əlaqədar işgüzar fəaliyyətin subyektiv amillərinin idarə edilməsində rəhbərlərin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan təşəkkül tapmaqda olan bazar mühiti şəraitində rəhbərlik üslubunun formalaşması və heyətin idarə edilməsinin inkişaf problemlərinin tədqiqi aktuallıq kəsb edir və tədqiqat işində əldə edilən nəticələr müəyyən praktiki əhəmiyyətə malikdir.
Düşünürəm ki,müəssisə çərçivəsində iqtisadi effektivliyin artırılmasının əsas daxili mənbəyi kimi rəbər faktoru mühüm əhəmiyyətə malikdir. Bu nöqteyi nəzərdən bazar iqtisadiyyatına yeni addımlayan ölkə kimi Azərbaycanda fəaliyyət göstərən müəssisələr rəhbərlik fəaliyyətinin xarici təcrübələri ilə yaxından tanış olmalı və onun müsbət cəhətlərini tətbiq etmətyə çalışmalıdırlar.
Bu mövzunun aktuallığı həm də ondan ibarətdir ki,müəssisələrdə sağlam iqlimin yaranması, işçi-rəhbər,rəhbər-işçi münasibətlərinin düzgün şəkildə təşkili, müəssisənin bazar sektorunda öz mövqeyinin qoruyub-saxlamaq bacarığı və s. məhz müəssisənin daxili müvəffəqiyyətinin artmasına böyük təsir göstərir. Bundan başqa müəssisənin xarici bazarda mövqeyinin möhkəmlənməsi,mühüm prioritet məsələlərdə operativ idarəetmə qərarlarının qəbulu, bütövlükdə müəssisənin intensiv inkişafı rəhbərlik üslubunun səmərəli təşkilindən asılıdır.
Bu mövzunu seçməyimdə əsas məqsəd bazar mühitinə keçid şəraitində respublika iqtisadiyyatındakı müəssisələrdə səmərəli rəhbərlik üslubunun seçilməsinin təhlilindən, heyətin idarə edilməsinin inkişaf parametrlərinin müəyyən edilməsindən, düzgün motivasiya siyasətinin, formal və qeyri-formal liderliyin müəyyən edilməsindən ibarətdir.
Buraxılış işi 2 fəsil və onları əhatə edən 5 paraqrafdan ibarətdir. İlk fəsil “rəhbərlik üslubu və onun heyətin idarə edilməsinə təsiri” adlanır. Bu fəsildə rəh-bərlik üslubu və liderlik anlayışlarının mahiyyəti, rəhbərlik üslublarının fərqli cəhətləri, hakimiyyət və təsirin rəhbərin işində oynadığı rol, motivasiyanın nəzəri əsasları və onun əhəmiyyəti kimi məsələlərə baxılıacaq. Burada əsas məqsəd rəhbərlik üslubu və liderlik sahəsində fikirlərin öyrənilməsi və ümumiləşdirilməsi, heyətin idarə edilməsində davranışın rolunun və idarəetmənin sosial əsası kimi motivasiyanın əhəmiyyətinin vurğulanmasıdır.
İkinci fəsil isə “istehsal sistemlərində heyətin idarə edilməsinin təşkilati əsasları” adlanır. Burada işgüzar adaptasiya və işgüzar karyerada liderin rolu və müasir firmalarda heyətin idarə edilməsi sistemində yaranan problemlər nəzərdən keçiriləcək. Məqsəd heyətin hazırlanması, yenidən hazırlanmasında və qiymət-ləndirilməsində liderin rolunun müəyyən edilməsi, istehsal sistemlərində heyətin idarə edilməsinin müasir, daha aktual problemlərinin təhlil edilməsidir.


Yüklə 306 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin