Clevlrənl; ajrif taglyev bakı Mütərcim 2008


 Bax:  «M etafizika».  On üçütıcü kitab k-b,  7-ci  f



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə2/39
tarix05.05.2017
ölçüsü179,67 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   39

9 Bax:  «M etafizika».  On üçütıcü kitab k-b,  7-ci  f.
10
b u  «substrat yenə də  birincisi  elementləı  haqqında  anlayışa daxil olan 
əlamətlərin»  «olmamasından»,  «məhrunıluğu»ndan,  ikincisi,  bu 
əlamətlərin  gerçəkləşməsindən  ibarət  olacaq.  Burada  da  «substrat»ın 
birinci  momenti  inkarından,  iknci  momenti  isə  təsdiqdən  ibarət 
olacaq.  Materiya  haqqında  bütün  bu  deyilənlər  əsasında  Aristotel  bu 
nəticəyə gəlir ki,  «substrat»  yalmz msateriya kimi,  yalnız hər hansı  bir 
başq a gerçəkliyin «imkanı»  kimi mövcucl ola bilər və mövcuddur.
«Metafizika»nm  bu  bölümü  üçiin  mühüm  və  səciyyəvi  olan 
cəhətlərdən  biri  də  A ristotelin  «birinci»  və  «axırıncı»  materiyaları 
fərqləndirməsidir.  A ristotelə  görə  «axırmcı  materiya»  təkcə  bu  və  ya 
digər  «forma»nın  im kanm dan  ibarət  olan  «materiya»  yox,  həm  də 
eyni  zamanda  özünə  məxsus  xüsusi  əlamətləri  olan  və  tərifləndirilə, 
anlayışlarla  ifadə  edilə  bilən  «materiya»dır.  Məsələn,  yuxarıda 
göstərilən  mis  kürə,  mis  parçası  və  dörd  element  (ünsür)  «axırmcı 
m ateriya»ya  misal  ola  bilər.  Onların  haqqm da  hər  biri  bir  neçə 
əlam ətlərin  məcmusunu  özündə  əks  etdirən  anlayışlar  mövcuddur. 
«Birinci materiya»  isə gerçəklik ola,  «forma»ya m alik ola bilən,  ancaq 
hələ  ona  malik  olmamış,  gerçəkləşməmiş  «materiya»dır.  Aristotelin 
«birinci  materiya»ya d air  baxışı  Platonun baxışından fərqlənir.  Platon 
«ideyalar»  aləmini  həqiqi  mövcud  varlıq  kimi  qeyri-varlığa  qarşı 
qoym uşdur.  Platon  «qeyri-varlıq»  dedıkdə  «ideyaları»  özünə  qəbul 
edən  və  onların  hər  birini  çoxluğa  ayıran  «materiya»nı  nəzərdə tutur. 
B u ıad a  o  Parmenidin  id rak ın   varlığa  münasibəti  haqqında  baxışma 
(bu  baxışa görə idrak yalnız varlığa niifuz edə bilər)  istinad edir, qeyri- 
varlığa  («materiya»ya)  gəlincə  Platom  qeyd  edir  ki,  onun  haqqmda 
yalnız «qanunsuz fıkir» m ühakim ə yüı üctə bilər.
Aristotel  isə göstərir ki,  «birinci. materiya» haqqm da anlayış üçün 
analogiydan  istifadə  edilm əldir  yəni  məsələn,  mis  «materiya»  yaxud 
«axırıncı  materiya»nm  m isgərin  misdən  düzəltdiyi  kürəyə  münasibəti 
necədirsə,  «birinci  m ateriya»nm  da Itıər hansı  «forma»ya münasibəti o 
cürdür.
**><
Buryaya  qədər  biz  A ristotelin  təkcə  varlıq  yaxud  substansiya 
haqqın d a anlayşını şərh etdik.  Onun (ikrinin gedişi onu «materiya» və 
«form a»nm   substansiya  elementləri  olduğuna,  «birinci  materiya»dan 
başqa  hər  şeyin  «forma»  və  «materiya»dan  ibarət  olması  nəticəsinə 
aparıb  çıxardı.  B uradan  da  Aristotelin  varlıq  təlimi  (ontologiyası) 
haqqında  mühüm  nəticə  çıxır yəni  bəlli  olur  ki,  onun ontologiyasında
11

dünya  hər  biri  müəyyən  təkcə  varlıqdan  ibarət  olan  substansiyalann 
yaxud mahiyyətlərin məcmusu  kim i təsvir edilir.
A m m a Aristotelin ontologiyasında  şərh edilən və diinyanın köklü 
xüsusiyyətləri  onun  hərəkəti  və  dəyişkənliyidir.  Ona  görə  də  sual 
yaranır:  hərəkət  və  dəyişkənliyin  izahı  üçiin  təkcə  «forma»  və 
«materiya»  yetərlidirmi?  D ünyada  mövcud  olanların,  baş  verənləıin 
hamısı  bu  iki  səbəbdən  hasil  edilə  bilərmi  yoxsa  başqa  səbəblər  də 
vardjr,  vardırsa hansjJardır?
A ristotel qoyulan suala cav ab  vermək  üçün  keçmiş fılosofların  və 
öz müasirlərinin varhğm başlanğıclarına dair fıkirlərindən çıxış edərək 
göstərir  ki,  bu  məsələnin  tədqiqi  tarixində  dörd  əsas  başlanğıc  yaxud 
dörd  əsas  səbəb  irəli  sürülmüşdür:  birincisi,  anlayışın  reallaşdığı  -  
«materiya»;  ikincisi,  «m ateriya»nm   im kandan  gerçəkliyə  keçdikdə 
qəbul  etdiyi  «forma»  -  anlayış  yaxud  anlayışlar;  üçüncüsü,  hərəkətin 
səbəbi;  dördiincüsü,  bəlli  bir  fəaiiyyətin  yaxud  hərəkətin  məqsədi. 
Məsələn,  ev  tikilərkən  bu  prosesdə  kərpiclər  evin  «materiya»sı,  evin 
layihəsi -  «foıma»,  inşaatçmın fəaliyyəti -  hərəkətin səbəbi yaxud təsir 
edən səbəb, evin təyinatı isə m əqsəd olacaq.
Bu  dörd  səbəbın  hər  birinin  xüsusiyyətləri  «Metafizika»nın  digər 
bir  böliimiində  ətıaflı  i;:ah  eclilir.10  «Səbəb  [1]  şeyin  yarandığı 
m əzm una  deyilir;  məsələn,  mis-heykəlin  səbəbi  və  gümüş-qədəhin 
səbəbidir,  eləcə  onlarm   cinsləri  də  səbəblədir;  [2]  forma  və  ya  ilk 
obrazdır,  bu  isə  şeyin  varlığmııı  mahiyyətinin  müəyyənliyi,  həmçinin 
form anm   və ya  ilk  obrazın  cınsləridir  (məsələn,  oktava  iiçün  -   ikinin 
birə  münasibəti  və  ümumiyyətJə  ədəddir)  və  müəyyənliyin  tərkib 
hissələridir;  [3]  dəyişkənliyin  yaxud  sükunət  halına  keçidin  ilk 
başlanğıc aldığı amildir;  məsələn,  məsləhətçi  səbəbdir,  ata  da -  uşağın 
səbəbidir  və  ümumiyyətlə  törədici  törədənin  dəyişdirən  də  dəyişilənin 
səbəbidir;  [4]  məqsəddir  yəni  nəyin  naminə  hərəkət  baş  verirsə  o 
məqsəd  -   səbəbdir,  məsələn,  gəzintinin  məqsədi  -   sağlamlıqdır. 
D oğrudan  da,  insan  nə  iiçün  gəzir?  Deyirik  ki,  sağlam  olmaq  iiçiin. 
Belə deməklə, hesab ediıik ki,  sabəbi göstəımişik^.11
Bu  səbəbləıi  miiəyyənləşdirdikdən  sonra,  Aristotel  onlardan 
hansınm   əsas  olduğunu  və  hansılaıın  bir-biıinə  miincər  edilə 
bilməsinin  miimkiin  olduğunu,  yaxud  miimkün  olmadığını  araşdırır. 
Analizin  gedişində Aristotel  ııəticəyə gəlir  ki,  bütün  səbəblər arasında 
ikisi  -   «forma»  və  «materiya»  əsasdır,  onlaıı  heç  bir  səbəbə  müncər 
etmək  olamz,  ancaq  digər  sı>bəbləıi  onlara  müncər  etmək  olar.
10  Bax:  «M eıafızika».  Beşinci  k-b,  ikinci  fosil.
"  Y en əo r a d a ,  s.  106-109.
12
Məsələn,  səbəb  kim i  məqsəd  formal  səbəbə  yaxud  «forma»ya  m üncər 
edilə  bilər,  çünki  hər  bir  proses  müəj'yən  bir  məqsədə  doğru 
hərəkətdir.  Lakin  əgər  insanın  şüurlu  fəaliyyəti  nəticəsində  yaranan 
predmetləri  deyil,  bu  fəaliyyətdən  asılı  olmadan  yaranan  təbiət 
predmetlərini  gözdən  keçirsək,  onda.  görərik  ki,  bu  predmetlərin  can 
atdığı  məqsəd 
onlarm  
«materiya.»sında 
imkan  kimi 
verilən 
gerçəklikdən başqa  bir şey deyil.
Aristotel  «form a»  və  hərəkətverici  səbəb  arasmdakı  münasibəti 
araşdırır  və  göstərir  ki,  hərəkətverici  səbəb  yaxud  «dəyişkənliyin 
başlanğıcı» da  «form a»ya və ya  «fomıal»  səbəbə  bərabər tutula  bilər. 
Bu  səbəb  də  gerçək  predm et  haqqında  anlayışı  yaxud  «forma»nı 
nəzərdə  tutur. 
M əsələn, 
arxitektor 
evin  hərəkətverici  səbəbi 
adlandırıla  bilər.  A m m a  bu  şərtlə  ki,  ev  tikilməyə  başlanana  qədər 
tikiləcək  ev  niyyətə  yaxud  plana  uyğurı  olaraq  yəni  evin  anlayışına 
yaxud  «forma»sına  uyğun  tikilsin.  B uradan  görünür  ki,  hərəkətin  də, 
dəyişkənliyin  də  səbəbi  əsas  səbəb  deyil,  o  da  «forma»ya  bərabər 
sayıla  bilər,  çünki  predm et  haqqında  m addədə  və  ya  «materiya»da 
gerçəkləşən anlayış «form a»dır.
Aristotelin  bu  mühakimələrindən  o n u n   «foıma»  və  «materiya» 
anlayışlarını  bir-birindən  fərqləndirdiyi  ayclın  görünür.  Bu  fərq  özünii 
dünyada  mövcud  o la n   hərəkətin  və  ya  hərəkətsiz  varlığm  izahm da 
göstərir.  Əgər  «form a»  və  «mateıiya»  ayrı-ayrı  predmetlərdə  gözdən 
keçirilirsə,  onda  həm ən  anlayışlar  aclı  altında  ayrılıqda  baxılan 
predmetləri  təşkil  ed ən  əsaslar  başa  düşülə  bilər,  məsələn,  ev  tikm ək 
üçün  kərpiclərin  «m ateıiya»sı  -   gildlir,  «foıma»sı  isə  -  gildən 
qəliblənmiş  cisimlərdir.  Amma  «fomıa»  və  «materiya»  təkcə  təbiət 
predmetlərini  və  y a  insan  fəaliyyətilə  yaradılan  predmetləri  təşkil 
etmir.  «Forma»  və «m ateriya»da həmçinin bütövlükdə dünyada gedən 
prosesləri  izah  e d ən   səbəbləri  yaxud  prinsipləri  (başlanğıcları)  da 
görmək  lazımdır.  T ədqiqatda  «materiya»  adı  altında  dəyişkənliyə 
məruz  qalanı  düşünm ək  olar,  jıncaq  «forma»nı  dünyanın  öz 
hərəkətində  nəyə  nail  olacaqsa  ona  doğıu  «hərəkətin  başlanğıcı»  kimi 
müəyyən  etmək  olm az.  Bu  ona  görə  mümkün  deyil  ki,  birincisi, 
dünyanın  öz  hərəkətində  nail  olacağı  şey  «forma»dır,  dünya  isə  hələ 
ona  nail  olmamışdır  və  hərəkətin  sonunda  ona  nail  olacaq,  ikincisi, 
hərəkətin  sonunda 
əldə  olunan  yəni  «forma»  bu  «hərəkətin 
başlanğıcı»  yaxu  səbəbi  necə  ola  bilər?  «Hərəkətin  başlanğıcı» 
qismində  başa  düşülən  forma  artıq  gerçəkləşmiş  «forma»  olmalıdır. 
Bu  küncə  sıxılmış  izahda  sanki  çıxış  yolu  vardır.  Aristotelin 
mühakimələrinin  m əntiqindən  belə  çıxır  ki,  «hərəkətin  başlanğıcı» 
yaxud  səbəbi  olacaq  «forma»  hansısa  bişqa  bir  gerçək  m övcud
13

predm etdə  imkan  halında  olmahdır.  Deməli,  əgər  biitövKikdə  təbiət 
yaxud  dünya  izah  edilirsə.  orıda  bu  dünyadan  kənaıda  «materiya»nın 
və  «forma»nın  m övcud  olduğu  düşiiniilməlidir.  Bu  isə  biitövliikdə 
diinyanın,  təbiətin  zamanca  yaranm asının  və  zamanca  məhv 
olmasının  mümkün 
olub  yaxud  mürnkün  olmadığı  haqqm da 
məsələnin araşdırılm asım  tələb cdir.
Artıq  mviəyyən  oldu  ki,  Aristotel  dlinyada  miişahidə  edilən 
hərəkətin  mümkün  olması  üçün  «materiya»nın  və  «mateıiya»da 
gerçəkləşən  «form a»nın  mövcud  olmasının  zəruriliyini  əsaslandırır. 
Aristotelin  bu  m üddəalarırıdan  dünyanın,  varlığın  əbədi  olması 
nəticəsi  çıxır.  Bunu  sübut  etmək  çətin  deyil.  Tutaq  ki,  ilk  həıəkət  nə 
zamansa  baş  vermişdir.  Onda  iki  fikirdən  birinin  qəbul  edilməsi 
zəruridir:  ya  «materiya»  və  «forma»  ilk  hərəkətin  başlanması  anma 
qədər mövcud olmalı, ya da mövcud olmamalı idi.  Əgər  «materiya» və 
«forma»  ilk  hərəkətin  başlaııması  anında  mövcud  deyildilərsə,  onda 
onlar  yaranmışlar,  ancaq  y a ra n ş  hərəkətsiz  mümkiin  olmadığından 
burada  guya  hərəkətin  başlanmaısından  öncə  mövcud  olmuşdur  kimi 
bir mənasızlıq  ahnır.  Əgər  bu flkrin  əksinə  qəbul etsək  ki,  «materiya» 
və  «fonna»  artıq  ilk  hərəkət  başlanm azdan  öncə  mövcud  olmuşdur, 
onda  sual  yaranır:  nə  iiçiin  «mal:eriya»  və  «forma»  ilk  həıəkəti  daha 
öncə törətməmişlər? Y enə də nəticə alınır ki,  ilk hərəkət «mateıiya» və 
«forma»nın törətdiyi hərəkətdəıı öncə mövcud olmuşdur.  Beləliklə, hər 
iki halda ziddiyyət y a ra n ıı.
Aristotel  bu  ziddiyyəti  aradan  qaldırmağın  tək  üsulunu  diinyada 
baş  verən  hərəkətin  zam anca  başlanğıcı  olmadığı  kimi  sonunun  da 
olmadığmın,  hərəkətin  əbədiliyinin  qəbul  edilməsində  göıiir  və 
göstərir.  Doğrudan  da,  diinyanın  hərəkətiniıı  nə  zamansa  dayanaca- 
ğını  diişünmək  bu  hərəkətə  harsısa  başqa  bir  hərəkətin  son  daya- 
nacağı  təsəvviirünü doğurur.  Buradan  isə  belə çıxır  ki,  hər  bir  hərəkət 
tam  dayandıqdan sonra hərəkət mümkiindür.  Bu  isə mənasızhqdır.
Aristotelə  görə  dünyanın  və  onun  həıəkətinin  əbədi  olmasınm 
sübutu  labüdən  dünyanın  əbədi  səbəbi  və  əbədi  həıəkətvericisi 
təsəvvürünii doğurur.  Bu təkanverici isə ilk təkanverəndir və onsuz heç 
bir təkanverici və heç bir hərəkət miimkün deyil.
Aristotel  təfəkkürünün  məntiqinə  görə  isə  diinyamn  hərəkətinin 
ilk  təkanvericisi  tanrıdır.  Burada  Aristotelin  ontologiyası,  kosmo- 
logiyası, onun varlıq və dünya haqqındakı təlimi onun teologiyası yəni 
tanrı  haqqm da  təlimi  bir-biri  ila  qovuşur.  «Metafizika»da  fılosofun 
özünün teoloji təliminə yer ayrıması da təsadiif kimi görünmür.  Varlıq, 
dünya və tanrı  «M etafizika»da ınahiyyət haqqında gedən aıaşdırm ada 
bir-birini tam am layan, vəlıdətdə götürülən və şərh edilən anlayışlaıdır.
14
Aristotelin  fəlsəfi  təlimində  ontologiyanm,  kosmologiyanm 
vəhdət  təşkil  etdiyi  və  diinyanm  ilk  təkanvericisi  -   tanrı  anlayışına 
ucalan  bu  məqamı  yəhudi,  xristian  və  müsəlman  ilahiyyətçiləri 
tərəfindən  mənimsənilmiş  və  onun  fəlsəfı  anlayışlarım  bu  dinlərin 
ehkamları altına salmışlar.11
Lakin  buıada  diqqətdən  qaçırılınamalı  və  nəzərə  alınmalıdır  ki, 
Aristotelin  zamanında  yunanlarda  dini  elıkam  yox  idi  və  Aristotel 
tanrının  təbiətinə  aid  olan  miiəyyənlikləri  dini  ehkam dan  deyil,  ilk 
təkanverici  anlayışının  fəlsəfi  analizində  hasil  etmişdir.  Odur  ki, 
Aristotelin  tanrısı  mistik  tanrı  deyil,  kosmoloji  tanrıdır,  kosmoloji 
xarakter daşıyır, tanrı anlayışı rasioııal iisulla hasil edilir.
Hərəkətlə  bağlı  pıedmetləri  A ıistotel  üç  qrupa  ayırır:  hərəkətsiz 
predmetlər;  özühərəkət  edən  predm etlər;  başqa predmetlərin vasitəsilə 
hərəkət  edən  pıedmetlər.  Öz  müəyyənliyinə  və  ya  anlayışına  görə  ilk 
hərəkətverici  heç  bir  başqa  predm etlə  hərəkətə  gətiıilə  bilməz,  o  heç 
özühərəkət  edən  də  ola  bilməz.  Aristotelə  görə  özühərəkət  edən 
varlıqda  iki  element  -   hərəkət  etdirən  və  hərəkət  edən  -   olmalıdır. 
O dur  ki,  əgər  ilktəkanverici  öziihərəkət  edən  varlıqdırsa  o  zaman  bu 
iki  element  onda  olmalıdır.  Am m a  aydındır  ki,  yalnız  həıəkət etdiran 
əsl  element  sayılmalıdır.  Ancaq  onunla  bağlı  da  sual  yaıanır:  hərəkət 
etdirən  element  özühərəkətedəndir  yoxsa  hərəkətsizdir?  Bu  yöndə 
fıkrin  gedişi  istəı-istəməz  hərəkətsiz  ilktəkanverici  anlayışına  aparıb 
çıxaracaq.  Bununla  yanaşı,  A ristotel  ilktəkanvericinin  hərəkətsiz 
olduğu  barədə  başqa  əsaslar  da  gətirir.  O  ulduzların  hərəkəti  ilə  bağlı 
öz  dövı ünün  astronom ik  müşahidələıinə  əsasən  belə  nəticəyə  gəlir  ki, 
diinya fasiləsiz bərabər hərəkətlə hərəkət edir.  Amma özühərəkət edən, 
eləcə  də  başqaları  ilə  hərəkətə  gətirilən  pr<;dmetlər  aram sız  (fasiləsiz) 
bərabər  hərəkətin  qaynağı  ola  bilməzlər.  Aristotel  buradan  nəticə 
çıxarır ki,  dünyanın ilktəkanvericisi horəkətdə ola bilməz.
D ünyanın  ilktəkanvericisinin  hərəkətsız  olması  təsəvvüründən  isə 
Aristotel  tanrıya  xas  olan  zəruri  xiisusiyyəti  -   onun  qeyri-cismani 
olduğunu  təsdiqləyir.  Onun fikrincə hər bir cismanilik  yaxud maddilik 
başqa  varlığa  keçid  imkanıdır,  hər  bir  keçid  isə  hərəkətdir.  Tanrı  isə 
ilktəkanverici  olaraq  hərəkətsizdir,  deməli,  maddi, cism ani  deyildir,  o 
«materiya»  yox.  yalnız  və  yalnız  «forma»dır,  deməli,  xalis  gerçək- 
likdir.
Ancaq  haqlı  sual  yaıanır:  bir halda  ki..  biz gündəlik  təcrübəmizdə 
«forma»  və  «materiya»nın  vəhdətindən  ibarət  olan  predmetlərlə
"  Bax: 
A c M y c . 
B. 
MeTa(])H
3
HKa  ApH CTOTera.  ApHCTOTejib.  CoHHHeHHa.  m. 
I.  M., 
1976,  s. 23.
15

qarşılaşır  və  məşğul  oluruq,  onda  bizdə  xalis  «forma»  haqqmda 
anlayış  harad an   yarana  bilər?  Aristotel  burada  da  analogiyadan 
istifadə  edərək  sualı  cavablandınr:  xaJis  gerçəklik  yaxud  xalis  forma 
haqqında  anlayış  hasil  etmək  İtçün  dünyaya  «formalann»  nizamlı 
qradasiyası  kim i  baxmaq  lazımdır;  m addi  düııyanm  ən  ali  varlığı  -  
insandır;  biitün  başqa  maddi  predmetlər  kimi  insanda  da  «materiya» 
və  «torm a»nın  birləşdiyirıi  görmək  lazımdır;  insanın  «materiyası»  - 
onun bədənidir,  «forması»  isə -  onun ruhudur; bədən  «materiya» kimi 
ruhun  imkanıdır;  ancaq  ruhda  da  ali  və  ibtidai  elementlər  olmalıdır; 
ruhun 
ali  elementi  -   ağıldır, 
o  ruhun 
imkan  kimi 
bəsit 
funksiyalarından yaramr.
Aristotel  insan  haqqm da  bu  təlimi  inkişaf  etdiıəıək  onu 
analogiya üzrə  ta n n  haqqmdakı  təliminə,  yəni özünün  teoloji  təliminə 
geçirir,  (ekstrapolyasıya) edir və təsdiq edir ki,  tanrı ən ali gerçəklikdir
-   ağıldır.  D oğrudan  da,  sonradan  yaranan  dini  təlimlərdə  də  allahm 
ən  ali  tərifi  -   aqillyidir  və  allahın  biitün  digər  miiəyyənlikləri  -  
fıkrimizcə  -   onun  bu  ən  ali  müəyyənliyini  ifadə  edən  təıifı  ilə  yəni 
aqilliyi  ilə  bağlıdır.  Ona  görə  də  «Allah  insanın  cismini  əlindən 
almazdan öncə onun ağlını əlindən alır» deyirlər.
Aristotelin  təsvir etdiyi  tann,  ali  gerçəklik  -  ağıl  əbədi  seyr  edən 
ağıldır.  A ncaq  o  nəyi  seyr  edir?  Bu  sualı  cavablandıımaq  iiçiin  Aris- 
totel insan fəaliyyətinin nəzəri-əqli və praktiki növlərini fərqləndirir və 
onlarm  təyinatlarm ı göstəıir:  nəzəri fəaliyyət  idraka, praktiki fəaliyyət 
məqsədlərin  reallaşdırılımasma  yönəlir.  Buna  uyğun  olaraq  yaxud 
eynilə  bunun  kimi  tanrı  ağlı  da  nəzəri  ağıldır  yaxud  aqillikdir;  əgər 
tanrı  düşüncəsi,  fikri  praktiki  fəaliyyət  olsaydı,  onda  öz  məqsədini 
özündən  kənarda,  hansısa  başc[a  bir  varlıqda  görərdi  və  ona  can 
atardı  və  belə  ağıl  miistəqil  yox,  məhdud  ağıl  olardı.  Tanıı  aqilliyi  isə 
xalis və seyıçi aqillikdir.
Amma  əgər  tanrı  ali  «forma»  kimi  dünyada  baş  veıən  olayları 
yaradırsa,  onda  belə  çıxır  ki,  onun  fəaliyyəti  ondan  kənaıda  olanlara 
yönəlmişdir.  Əgər  belədirsə,  onda  tanrının  aqilliyini  xalis  aqillik  kimi 
qəbul  etmək  düzgün  olmazdı.  Ancaq  Aristotel  təlimində  «mateıiya» 
yalnız  «forma»  tiçün  imkandır.  Bu  isə  o  deməkdir  ki,  hərəkətin 
yaranması  üçün  ali  «formanm»  predmetlərin  hərəkətinə  kənardan 
müdaxilə  etməsi  zəruri  deyil;  ali  «formanm»  mövcudluğu  yetər  ki, 
qalan  predmetlər  ona  daxilən  can  atsm  və  ona  təlabat,  ehtiyac  hiss 
etsin.  Bu  anlam da Aristotel  tanrını  diinyanm  və  onda  baş  verənlərin 
məqsədi və dünyanı «formaların» qradasiyası kimi təsvir edir.
T anrı 
təbiətinin 
mükəmməlliyi 
ilə 
bağlı 
fikrin 
sonrakı 
inkişafından  Aristotel 
ııəticəyə  gəlir  ki,  daha  miikəmməl  ağlın,
16
Ğ
3
3
6
düşüncənin  predmeti  də  d a h a   mükəmməl  olmalıdır.  Ancaq  Aristotel 
bu  qənaətdədir  ki,  ən  mükəmməl  predmet  elə  mükəmməl  düşüncə, 
fikir  olduğu  üçün  tanrı  təfəkkür  haqqmda  təfəkkürdür,  başqa  sözlə 
tanrı  -   təfəkkürün  özünün  öz  fəaliyyətinə  yönəldiyi  təfəkkürdür. 
Beləliklə,  Aristotelin  təlim ində  tanrı -  heç  bir  m addiliyin və imkanm 
müdaxilə  edə  bilmədiyi  və  fəaliyyəti  özünün  predm eti  olan  xalis 
«form a» yaxud anlayışdır.
Burada Aristotelin  teologiyası və Platonun  obyektiv  ideyalarının 
uyğun  məqamlarının  müqayisəsi  yerinə  diişür.  P latond a  ali  varlıq  -  
obyektiv  mövcud  olan  qeyri-cismani 
form alar  yaxud  «ideyalar», 
«eydoslardır».  Aristoteldə  isə  ali  varlıq  -   tək  ilahi  və  qeyri-cismani 
«formadır»,  «xalis»  qarışıqsız  ilahi  ağıldır,  öz  fəaliyyətini  düşünən 
təfəkkürdür. Özlərinir. prinsipial əsaslaıına görə bu  iki böyük fılosofun 
teoloji  baxışlarmda  elə  b ir  fərq  görünmür.  B urada  fərq  ondadır  ki, 
A ristotelin  teoloji  baxışınm  əsasında  idealist  m onizm   prinsipi  durur, 
P la to n u n   teologiyası  isə  plüralizm  prinsipinə 
yaxud  «ideyalarm» 
iyerarxiyasm a  əsaslaııır,  lak in 
Platon  «ideyaları» 
iyerarxiyasının 
zirvəsində  də  tək  xeyir  «ideyası»  durur.  Bu  tək  ali  xeyir  «ideyası» 
so n ra d a n   neoplatonizmin korifeylərindən biri Plitin  təıəfindən hər bir 
varlığm   «tək»  və  şəriksiz  qaynağma, dünya  prosesinin  başlanğıcına 
və  tamamlanmış  soıı  məqsədinə  çevrilmişdir.  Platonun  təlimi  ilə 
m üqayisədə  Aristotelin  fəlsəfı  təlimi  daha  rasionalistdir.  Platonda 
qeyri-cismani  ali  varlıq  -   xeyir  «ideyasıdır».  A ristoteldə  isə  qeyri- 
cism ani varlıq-ilahi  ağıldır;  Aristotelin  tanrısı  - sanki  ideal,  böyük və 
kam il 
fılosof,  öz 
idrakını 
və  təfəkküıünü 
seyr  edən  xalis 
nəzəriyyəçidir.  Bu  təlim də  bəşəriyyət  üçün,  dinindən,  dilindən, 
iıq in d ən   asılı  olm ayaıaq  hər  bir  insan  həyatınm   təyinatım  və 
m ənasını, insan varlığının mahiyyətini və məqsədini anladan və heç bir 
dövrdə  aktuallığmı,  əhəmiyyətini 
azaltmayan  böyiik  bir  rasional 
düşüncə aşılanır; bu düşiincə insanların azadlıq və qurtuluş yoluna işıq 
salan  düşüncə olub hər bir siyasi-ideoloji yarlığı dəf edən  diişüncədir.
***
Aristotelin  «M etafızikada»  inkişaf  etdirdiyi  təbiət  haqqında 
təlimi  a ıtıq   qeyd  etdiyimiz  kimi 
filosofun  yaşadığı  antik  dövriin 
fızikasına  və  ya  təbiət  haqq m da  mövcud  olmuş  baxışlara  və  onların 
tənqidi  təhlilinə  əsaslanır.  Təbiət  haqqında  antik  baxışlar  arasında 
digər  təbiət  biliciləri  yaxud 
naturfilosofların  baxışları  ilə  yanaşı 
Em pedoklun  (m.ö.  V  yüz  il)  və  A naksaqorun  (m.ö.  V  yüz  il) 
baxışlarına da xüsusi diqqət yetirilir.
17

A ristotel  fızikam  hərəkət  edən  varlıq  haqqında  təlim  kimi  başa 
düşür  və  bu  təlimə dair baxışlarım   özünün «Fizika»  adlanan  əsəıində 
daha  geniş  şərh  edir.12  Bu  əsərində  də 
aıistotelin  təbiətə  dair 
m aterialist 
meyli  özünü  göstərir.  Aıistotel  «Metafizikadan»  öncə 
yazdığı  «Fizika»  əsərində  m ahiyyət  və  materiya  anlayışlarının  miina- 
sibətini  aydınlaşdıraraq  göstərir  ki,  «mateıiya  mahiyyətə  yaxındır  və 
bəlli b ir  münasibətdə m ahiyyətdir».13
A ristotel  bir anlamda  m ahiyyəti  təkcə  predmetlərin  mövcudluğu 
kimi  izah  edir.  Təkcələrin  m ahiyyətlər  kimi  izahında  Aristotel  daha 
çox  E m pedoklun  dörd  element  haqqında  təliminə  daha  çox  istinad 
edir.  A n aksaqo run   isə  təbiət  hadisələrinin,  o  cümlədən  Giinəşin  və 
Ayın  tutulm asının  təbii -elm i  izahına  dair təlimini  qəbul etmədi,  ona 
görə  ki,  A naksaqorun  fızikası  tam   mexaniki  xarakter  daşıyırdı  və 
təbiətdə  məqsədəuyğunluq haq q m d a təsəvvüıə zidd idi.
A ristotelin  təbiət  haqqm da  təlimində  təbiətdəki  təkcələr  maddi, 
deməli,  hərəkət  edən  predm etlər  yaxud  mahiyyətlərdir,  çiinki  maddi 
olan hərəkətsiz ola  bilməz.  Bu fikri inkişaf etdiıərək Aıistotel  göstəıir 
ki,  hərəkətli  predmetlər  h aq q ın d a  anlayış,  biıincisi,  hərəkətin  özü 
h aq q ın d a 
anlayışı, ikincisi,  hərəkətdə  olan  və  ya  hərəkət  edən
haq q ın d a 
anlayışı  ifadə 
edir. 
Aristotel 
səbəblərin 
növlərini
miiəyyənləşdirdiyinə  uyğun  o lara q   öz  sələflərinin  əldə  etdiyi  nəticələr 
əsasında  hərəkətin  dörd  növünü  göstəıir:  1)  böyümə  və  kiçilmə;  2) 
keyfıyyət  dəyişkənliyi  yaxud  keyfıyyətcə  çevrilmə;  3)  yaranm a  və 
məhv olm a; 4) məkanca yerdəyişmə həıəkəti.
A ristotel  hərəkətin  bu  növləri  arasında  məkaııca  yerdəyişməni 
əsas  hərəkət  kimi  müəyyən  ed ir  və  onu  hərəkətin  qalan  viç  növiinün 
əsası  kim i  şərh  edir.  Məsələn,  göstərir  ki,  predmetin  böyüməsi  ona 
hansısa  başqa predmetin yaxınlaşması və onunla birləşməsidir,  kiçilmə 
isə predm etin  maddəsindən  nəyinsə  ayrılmasıdır,  belə  ki,  5+1=6  ədədi 
böyümədir;  5-1=4  ədədi  isə  kiçilmədir.  Eləcə  də  əgər  predmetin 
keyfiyyəti  dəyişilirsə,  onda  b u n a  səbəb bu  predınetin  birləşdiyi  başqa 
predm etin  onda 
yaratdığı 
dəyişiklikdir. 
Ancaq 
pıedmetlərin
böliinməsinin  səbəbi yenə  də o nlaıın  məkanca  yaxınlaşması  yaxud
m əkanca  hərəkətləıidir.
M əkanca  hərəkət  yaxud  yerdəyişmə,  aristotel  təlimində  həm  də 
hərəkətin  üçüncü  növü  -   yaram ş  və  məhv  olma  üçün  şərtdir.  O 
Em pedoklun  və  Anaksaqorun  təlimini  inkişaf  etdiıərək  aydınlaşdırır 
ki,  söziin  həqiqi  anlamında  nə  yaranış,  nə  də  məhv  olma  mümkün
12
  ApMCTOTeiib.  H
3
HKa.  HepeBo;;  B .F I.K ap n o B a, 

Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə