Clevlrənl; ajrif taglyev bakı Mütərcim 2008


 Aristotel.  «Metafizika» birinci  k-b,  birinci  fəsil



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə4/39
tarix05.05.2017
ölçüsü179,67 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   39

25 Aristotel.  «Metafizika» birinci  k-b,  birinci  fəsil.
26 Aristotel.  «Metafizika» birinci  k-b,  birinci  fosil.
26
metə  aiddirsə  və  onu  əks  etdirirsə,  onda  predm et  və  onun  haqqında 
bilik  bölünməz  bir  bütövdür.  Bu  bütövdə  isə abstraktlaşdırm a yolu  ilə 
biliyin  predmetini  və  predmetin  biliyini  ayırmaq  olar,  ancaq  bununla 
onların  vəhdəti  öz  reallağını  itirmir  Özlüyündə  götürülən  predmet 
yalnız  bilik  üçün  im kandır.  O  seyr  pıedmetinə  çevrilən  andan  biliyin 
gerçək predmeti olur və o n lar vəhdət  təşkil edir.  Buradan da Aristotel 
nəticəyə  gəlir  ki,  bilik  m alik  olmaqdır  yəni  xüsusi  bir  cinsin  varhq 
üsuludur.
Aristotelin  idrak  nəzəriyyəsinin  bu  m omentini,  anını  inkişaf 
etdirərək  Hegel  elə  bu  anlam da  varlıq  və  təfəkkiirün  eyniyyətini 
əsaslandırır.27
Aristotel  özünəməxsus  varhq  kimi  biliyin,  elmin  üç  əsas  cəhətini 
göstərir:  1)  sübut  -   üm umilik  və  zəruriliyi;  2)  aydmlaşdırmaq  qa- 
biliyyəti; 3) vəhdətin tabelik dərəcəsi ilə birləşdirməsi.
Elmi  biliyin  birinci 
əlaməti  onuıı  sübutluluğudur,  inan- 
dırıcıhğıdır.  Aristotel  elmi  sübut  edə  biləıı  xiisusi  varlıq  adlandırır. 
Sübutun  özünü  isə  başqa  cür  deyil,  yalrıız  baş  verdiyi  kimi  götürülən 
hadisənin  siibutu  kimi  müəyyənləşdirir.  Sübut,  Aristotelə  görə, 
predm etə  aid  olan  həqiqi  və  zəruri  başlanğıclardan  nəticə  alın- 
m asından  ibarətdir.  Nə  təsadüfi  varlıq  haqqm da,  nə  də  yaranan  və 
yox  olan  haqqında  sübut  mümkün  deyil,  sübut  yalnız  ümumi 
h aqqın d a mümkündür.  Ü m um i  hazırda  göz. önündə  deyilsə,  onda  tez- 
tez  baş  verən  hadisə  sübut  üçün  götürələ  bilər;  məsələn  hər  dəfə  ayın 
tutulm ası eyni üsulla baş verdiyi  üçüıı sübut oluna bilər.
Aristotelin  idrak  nəzəriyyəsində iimumi zərurətlə birləşir. Zərurət 
h ə m   də  daim  baş veıən  hadisədə deyil,  tez-tez qarşıya  çıxan hadisədə 
d ə   ola  bilər.  Ancaq  ümumi  haqqıııda  elmi  bilik  şeyin  varlığımn 
m ahiyyətini  bildikdə  qazanılm ış  olur.  Beləliklə,  elmi  cümlə məzmunu- 
n u n   zəruriliyi  və  tətbiqinin  ümumiliyi  ilə  s;>ciyyələnir.  Aristotelə  görə 
ayrı-ayıı  hallarda  təkcə mahiyyətlər (substansiyalar) da elm tərəfindən 
araşd ırıla  bilər  və  araşdırıhr,  ancaq  elmi  bilik  bütövlükdə  ümumi 
cümlələrdən yaraııır və ibarət olur.28
Elmin  mahiyyəti  müəyyən  etmək  qabiliyyəti  və  onun  formula 
etdiyi cümlələrin  tətbiqinin  ümumiliyi  biliyin aydınlaşdırıcı xarakterini 
şərtləndirir.
Aristotel  elmi  biliyin  vəzifəsini  faktları  qeyd  etməsində  səbəbləri 
aydınlaşdırılmasında  görür,  bundarı  başqa  elm  faktın  mahiyyətinin 
tədqiqindən  ibarətdir.  H əm   də  predmetiıı  zəruri  səbəbinin  varhğı
27  H egel.  Montıq  elmi.  Çevirəni.  A rif Tağıyev.  Bakı, 2005,  s.  122-137.
28 A ristotel.  Metalizika.  VII  k-b,  6-cı  fəsıl.
27

predm etin  mahiyyətindən  ibaıətdir.  İdrak  yaxud  montiqi  planda  isə 
predm etin zəruri səbəbi məntiqi  ııəticəyo münasibətdə yalnız  başlanğıc 
yaxud  prinsip  ola  bilər.  Sübut  isə  zəruri  səbəbin,  başlanğıcın 
(prinsipin)  dərkindən,  üzə  çıxarılmasından  ibarətdir.  Anlayışlar 
vasitəsilə  məntiqi  izah  hətta  təsadüflərin  dəıkinə  də  haqq  qazandırır. 
Elmi biliyin bu xüsusiyyətlərindəıı  başqa ona xas olan başqa  bir cəhətı 
faktın  mövcudluğunun  yaxud  mövcud  olmamasının  asılı  olduğu 
şəraiti  tədqiq  etməsindən  ibarətdir.  Aıistotel  bu  məsələləri  özi'ınün 
«İkinci  analitika»  əsərinin  birinci  kitabının  ikinci  fəslində  araşdırır. 
Burada  və  başqa əsərlərində2" Aristotel elmi  biliyin  başqa  bir cəhətinə
-   biliyin  vəhdəti  məsələsinə  də  aydınlıq  gətirir:  biliyn  vəhdəti  -   bir 
biliyi  başqa  biliyə  tabe  etdirməsinddir.  Elmin  vəhdəti  ilk  öncə  onu 
göstərir  ki,  biliyin  müxtəlif predınetləri  eyni  bir  cinsə  daxildir;  biliyin 
vəhdəti müxtəlif predmetlərin eyni bir predmetə aid olması və bununla 
d a o predmetlərə eyni miinasibətdə olması ilə şərtlənir.
Beləliklə,  Aristotel  özüniim  ontoloji  təliminin  əsas  anlayışı  olan 
«varlığı»  -  ümumi  predmeti  elmi  biliyin  vəhdətinin  əsası  kimi 
müəyyənləşdirir.  Burada  birinci  elm  -   varlıq  haqqında  elm  -   bütiin 
başqa  elmi  biliklərin  vəhdətini  özündə  birləşdiıir.  «Varhq»  isə  elmi 
analogiyam n  ümumi  predmeü  və əsası  olub  onun  müxtəlif cinslərinin 
vəhdəti  kimi  çıxış  edir.  Bu  baxım dan  da  bir  elmi  başqasına  miincər 
etmək  olar.  Aristotel  elmlərin  iyerarxiyasını  (pilləvariliyini)  bu  iisulla 
əsaslandırır  və  elmləri  təsnifləşdirir.  Onun  təsnifatmda  elm  iyear- 
xiyasm ın  (pilləkanımn)  ən  y u x an   pilləsində  «nəzəri»  yaxud  «seyrçi» 
elmlər  durur.  Bu  elmlər  başlanğıclar  və  səbəblər haqqında  bilik  veıir 
və o n a görə də  fəlsəfə  ilə  razılaşırlar.  «Nəzəri»  elmlərin  tək məqsədi
-  hansısa  praktiki  nəticə  deyil,  özü-özii  üçiin  bilikdir.  Ancaq  bıı  bilik 
praktik  tamahlardan,  nəfsdən  azad  olduğu  üçün  «praktiki»  elmlərin 
şərti  olur.  Praktiki  elmlərin  predm eti -  insamn  praktiki  fəaliyyətidir. 
Nəzəri  elmlər  praktiki  fəaliyyətə  düzgün  rəhbərliyin  şərtidir;  diizgün 
idarə  edilən  praktiki  fəaliyyət  isə  öz  növbəsində,  mükəmməl 
yaradıcıhğın  şərtidir.  «Yaradıcılıq»  -  «yaradıcı»  («poetik»)  elmləıin 
predm etidir.  Aristotel  yaradıcılığı  yaradıcıya  münasibətdə  xarici  olan 
əsər yaradılması adlandırır.
Aristotel  təsnifat  pilləkanm da  yuxarı  qalxdıqca  çətin  bir  ziddiy- 
yətlə qarşılaşır.  O bir tərəfdən  elrni  abstraksiyaları  biliyin formallaşdı- 
rılması  prinsipini  yüksək  qiymətləndirir,  o  biri  tərəfdən  isə  Platonun 
«fonnalar»  («ideyalar»)  nəzariyyəsinin  abstraktlığım  və  formalhğını
29  Bax:  ApncTorejib.  HnKOMaxoBa 
3
T H K a . 
VI, 
6
 
-  CoMmıeHnasHa, 
t .  
4,  M.  1983. 
s. 
172-190.
28
aradan  qaldıımağa  çalışır.  Bu  iki  qütb  arasm dakı  ziddiyyəti  aradan 
qaldırmaq  istəıkən  bir sıra  elmlərin  osaslarının  işlənib hazırlanmasm- 
da  özünü  göstərən  riyazi  foımallaşdırmanın  dəyərləndirilməsində 
bəzən  tərəddüd  edir.  O  həm  Platona,  Spevsippə  və  b.  qarşı  qəti 
mübarizə  aparır,  həm   də  təsnifatda  elmlərin  yerini  müqayisəli  araş- 
dırarkən  ıasionalist  riyaziləşmə  və  formallaşdırma  faktı  qarşısmda 
qalır.  Bu  ziddiyyətin  aıadan  qaldınlmasırıda  Aristotelin  tərəddüdii 
xüsusilə  onun  harm oniya  və  flzika,  riyaziyyat  və  fızika  arasında 
münasibətləri  araşdırarkən  gözə  daha  asan  dəyir.  Çünki  harm oniya 
eyni zamanda riyazi elmdir və təbiət  olaylarımn müəyyən  bir çevrəsini 
öyrənən  fizikamn  b ir  qoludur.  Bütün  bunlar  göstərir  ki,  riyaziyyat 
Aristotelin təsnifatında  fızikadan daha  yüksək yer  tutmalı  idi.  Ancaq 
o  riyaziyyatla  müqayisədə  fızikanııı  d ah a  böyük  üstünlüyə  malik 
olduğunu deyir və bunu  fızikanm predm etinin riyaziyyatm predmetin- 
dən  daha  m ürəkkəb  və  real  olması  ilə,  lıərəkətin  varlığa  fizikada 
birləşməsi, əlaqələndirilməsi ilə izah edir.
Beləliklə,  A ristotelin  metafızikasında  verilən  təsnifatda  elmlər 
varhğın  «formalarının»  iyerarxiyasma  uyğun  gəlir.  Bu  təsnifatda  hər 
bir  elmin  yeri  predm etinin  «xalis  form aya»  yaxmlıq  dərəcəsi  ilə 
müəyyən edilir.  Aristotelin  metafızikasında  isə ən ali  predmet -  yalnız 
ağılla  seyr  edilə  bilən  mahiyyət  («xalis  varhq»),  təfəkkür  haqqında 
təfəkkiir yaxud özü özünü öyrənən, seyr edən təfəkkürdür.
***
Aıistotelin metafızikası  sistemində mühiim komponentlərdən  biri 
də  bu  sistemdə  şərh  edilən  kateqoriyalardır.  Bəlli  bir anlamda  demək 
olar  ki,  Aristotelin  metafizikası  kateqoriyalar  və  onların  məntiqi 
yaxud dialektik bağlantılarının tədqiqi və  şəırhindən ibarətdir.
Aristotel  m etafızikasının  yaxud  fəlsəfəsinin  kateqoriyalar  siste- 
mində  öncə  m ahiyyət  durur.  Çünki  Aristotelin  dəfələrlə  qeyd  etdiyi 
kimi,  bir şeyi  yalnız onun mahiyyətini  dərk  etdikdə bilirik.  Aristotel 
bütün  anlam larda  mahiyyəti  birinci  sayır:  mahiyyət  -   bütiin 
anlamlarda:  həm  təıifınə  (müəyyənliyino  -   T.A.)  həm  dərkinə  görə, 
həm  də  zamanca  birincidir.30  Mahiyyət  fəlsəfənin  ən  əski  və  daimi 
problemidir. Ancaq  mövcudluq  və  mahiyj'ət  probleminin  araşdırıl- 
masında  ona  yanaşm a  üsulu  gözdən  birinci  keçirilməlidir.  Bunu 
Aristotelin  kateqoriyalar  sistemindən  də  görmək  olar.  Bu  sistemdə 
on  kateqoriya  (mahiyyət;  kəmiyyət;, 
keyfiyyət; 
münasibət;  yer-
30 Aristotel.  «M etafizika».  VII k-b,  1-ci fəsil.
29

məkan;  zaman;  hal;  m alik olma;  təsiretmə;  məıuz qalma)  göstərilir  və 
oradakı ardıcıllıqdan da göriindüyü kimi mahiyyət kateqoriyası birinci 
yerdə durur.
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Aristotelin  biitün  təliminə,  o 
cümlədən  kateqoriyalar  haqqırıda  təlimə  xas  olan  özəllik  kateqoriya- 
larm   iki  planda  ontoloji  və  qnoseoloji  palnda  araşdırılmasıdır.  Onto- 
loji  planda  kateqoriyalar  varlığın  ali  cinsləri  kimi,  qnoseoloji  planda 
isə  predmetlərin,  varlığın  ciııslərinin  araşdırılması  üçün  miixtəlif 
aspektlər,  baxışlar  yaxud  idrak  vasitələri  kimi  şərh  edilir.  Bu  iisulla 
bütiin kateqoriyalar,  birinci olaraq  isə mahiyyət kateqoıiyası araşdırı- 
lır.  Bu  kateqoriyaya  aid  olan  başlıca  özəllik  odur  ki,  Aristotelə  göıə, 
yalmz mahiyyətin  mövcud  olması  sayəsndə  biitün  başlıca  kateqoriya- 
lara  aid  olan  xüsusiyyətlər  mövcud  ola  bilər;  yalnız  mahiyyətdən 
başqa kateqoriyalarm  heç biri ayrılıqda mövcud deyil.  Aristotel «Fizi- 
kada»  irəli  sürdüyü bu  tezisi  «Metafizikada» daha  da  aydınlaşdııaraq 
yazır  ki,  mövcudluğun  müxtəlif  mənaları  arasında  şeyin  mahiyyətini 
göstərən  varlığı  birinci  yerdə  durur;31  şeyin  varlığı  haqqında  irəli 
sürülən  anlamların  birirtdə  o  mahiyyət  olduğu  iiçün,  başqa  bir 
anlam da mahiyyətin halı  olduğu  üçiin,  üçüncü  anlamda isə mahiyyətə 
gedən  yol  olduğu  anlamda  varhq  adlandınlır,  lakın  hər  dəfə  eyni  bir 
başlanğıca miinasibətdə danışılır.32
Göründüyü  kimi,  Aristotel  şərhinin  başlanğıcında  mahiyyət  özii- 
nün  birinci  anlam ında müstəqil  varlığa  malik  olan,  öz  varlığında  baş- 
qalarm dan  asıh  olmayan  predmet  yaxud  hər zaman xüsusi,  təkcə var- 
lıqdır (məsələn,  təkcə at,  təkcə  insan  və s.).  Bu cür müstəqil  təkcə var- 
lıq  substansiyadır.  Substansiyanm  xüsusiyyəti  ondadır  ki,  o  özündə 
bir-birinə  əks  olan  xassələrə  rnalik  ola  bilməz,  özündən  kənarda  da 
ona əks olan heç  nə ola bilməz,  Məsələn,  təkcə insan xeyirxah və Qis- 
mən  bədxah ola bilər amrna öziindən  kənarda  ona  əks olan heç  nə  ola 
bilməz.
Sonra,  substansiya  və  ya  təkcə  varhq  hökmdə  yalnız  bu  hökmün 
subyekti  onun  predmeti  kimi  çıxış  edə  bilər.  Hökmün  predikatı  onun 
subyekti  haqqm da  məlumar.  verə  bilər,  ancaq  subyekt  isə  heç  nə 
barədə  məlumat  vermir.  Bu  anlamı  daşıyan  substansiyalaıı  Aristotel 
birinci mahiyyətlər adlandırır.
Predmetə  dair  biliyin  inkişafı predmet haqqında  anlayışm  yaran- 
ması  ilə nəticələnir;  predmet haqqm da  anlayış  onun  mühüm əlamətlə- 
rini aşkar edir.  Belə anlayışları Aristotel  ikinci mahiyyətlər adlandırır.
31  Aristotel.  M etafızika.  VII  k-b,  1-ci  fəsil.
32 Y enə orada.  IV k-b,  2-ci  fbsil.
30
Aristotelə görə ikinci mahiyyətlər,  növlər...  birinci mahiyyətlərin məx- 
sus  olduğu  mahiyyətlərə  deyilir.33  M ahiyyətin  növləri  və  onları  əhatə 
edən cinslər belə təbiətlidirlər.  Cinslər və növlər kimi «ikinci mahiyyət- 
lər»,  «substansiyalaıdan»  yaxud  «birinc;i»  mahiyyətlərdən  onunla 
fərqlənir ki,  onların  əksi  ola  bilər.  Məsələn,  «substansiya»  yaxud  «bi- 
rinci  mahiyyət»  kimi  oda  təbiətdə  əks  oları  heç  nə yoxdur.  Ancaq tə- 
biətdə «ikinci mahiyyət» kimi istiyə əks olan soyuq vardır.
Aritotelin  «birinci  mahiyyətləıi»  yaxud  «substansiyaları»  və 
«ikinci  mahiyyətləri»  yaxud  cinsləri  və  növləri  yaxud  cinsi  və  növ 
xassələrini  bu  ciir  fərqləndirməsindən  aydm  görünür  ki,  o  təbiətin 
təkcə predmetlərini birinci,  onların haqqm da anlayışları isə ikinci kimi 
şərh edir.  Bu  iki qrup mahiyyətlərin fərqini  isə Aristotel özünün yalnız 
«Kateqoriyalar» əsərində şərh edir.
«K ateqoriyalar»da  «mahiyyətdən»  sonra  «kəmiyyət»,  «keyfıy- 
yət»  və  «münasibət»  kateqoriyalarınm   izalıı  veıilir.  Bu  kateqoryaları 
A ristotel  aydm  məntiqi  nizamla  miiəyyən  olunan  bir  sistem  halında 
şərh  edir.  Məsələn,  «kəmiyyət»,  «keyfiyyət»  üçün  zəruri  şərt  olduğu 
üçün  ondan  öncə  gözdən  keçirilir;  belə  ki,  predmetdə  forma,  boya 
(rəng)  və s.  keyfıyyət  müəyyənlikləıinin  kəmiyyət  özəlliyi  vardır.  «Kə- 
miyyət»  və  «keyfiyyət»  kateqoriyalaıı  ısə  «münasibət»  kateqoriyala- 
rm dan  öncə  olduğu  üçiin  «münasibət»  kateqoriyası  onlaıdan  öncə 
araşdırılır.  Aristotel izah edir ki, hər bir münasibət bir qrup predmetin 
başqa bir qrup predmetin kəmiyyətləri yaxud  keyfıyyətləri  ilə müqayi- 
sə  edilə  bilən  müəyyən  kəmiyyətlərirı  və ya  keyfiyyətlərin  olmasını  nə- 
zərdə tutur.
«Kateqoriyalar»da  Aristote!  «kəmiyyət»  və  «keyfiyyət»  kateqo- 
riyalarının  analizinə  geniş  yer  ayırır.  «Kəmiyyət»  kateqoriyasmı 
predm etlərin  kəmiyyət  müəyyənliyinə  görə  araşdırır.  Kəmiyyətləıin 
təsnifatı  üçün  iki  prinsip  irəli  süıür.  1)  kəmiyyətlərin  aramsızhğı 
(fasiləsizliyi)  yaxud  kəsilənliyi  (diskretliyi);  2)  eyniməkanlılıq  yaxud 
zam anca ardıcılhq  əlaməti  üzrə.  Aranısız və dskret  kəmiyyətlərə  bölgü 
onunla  fərqlənir  ki,  bu  iki  sinif  kəmiyyətlər  eyni  bir  cinsin  iki  növü 
deyildir.  Aristotel  diskret  kəmiyvətləri  birinci  və  daha  ümumi 
kəmiyyətlər sayır:  hər  bir kəmiyyət cliskretdir,  çünki birlərdən yaranır; 
hər  bir  kəmiyyət  ölçülə  bilər;  ölçü  onun  vahididir  və  hər  hansı  bir 
kəmiyyətdə  neçə  vahid  olduğunu  öyrənmək  olar.  Aramsız  (fasiləsiz) 
adlanan  kəmiyyətlər  yalnız  diskret  kəmiyyətin  xüsusi  halıdır;  onların 
arasındakı  fərq  yalnız  ondadır ki,  aramsız kəmiyyətlrdə  vahidlər  bir-
33  A pH C TO Tejib.  K aTcrop nn .  V .  k -b .
31

birinin  ardınca  gəlir.  Eyni  mə'kanlılığa  və  ardıcıllığa  görə  kəıniyyət 
fərqləıinə misal məkanı va zamanı göstərmək olar.
Aristotel  bu  məsəls  ilə  bağlı  analizin  sonunda  göstərir  ki, 
kəmiyyətlərin 
aramsızhq 
və 
diskretlik 
(kəsilənlik,  fasiləlilik), 
eyniməkanhlıq  və  ardıcıllıq  əlamətləri  üzrə  bölgüləri  üst-üstə  dıişmür: 
bir  bölgünün  müxtəlif  iiz\'ləri  t'aşqa  bölgünün  eyni  üzvü  ilə  iist-üstə 
diişə  bilər.  Məsələn,  eynimək anlıhq  və  ardıcıllıq  əlamətinə  görə 
bölünən  kəsmiyyətlər  —  ınəkan  və  zaman  həm  də  aramsız 
kəmiyyətlərdir.
Aristotel  «keyfiyyət»  katecoriyasmın  analizində  «keyfıyyətin» 
növlərinin  təsnifatını  verir.  «Keyfiyyət»  haqqında  anlayışı  foıma- 
laşdırmaq  iiçün  müəllif  öziiniin  ınetafizikasmda  əsas  yerlərdən  biıini 
tutan  imkan  və  gerçəklik  arasmdakı  fərqin  tədqiqindən  aldığı  nəticə- 
lərdən  çıxış  edir.  Belə ki,  imkarı  hər  bir fəaliyyətin və  gerçək  olan  hər 
bir.şeyin şərtidir.  Qabiliyyət  isə fəaliyyət imkanıdır.  Qabiliyyət  (yaxud 
bacarıq)  müəyyən  bir  istiqamərə  yönəldikdə  xassəyə  keçir.  Məsələn, 
idrak  qabiliyyətinin  məşq  etdirilməsi  biliyə,  əxlaqi  qabiliyyətin  məşq 
etdirilməsi  isə  əxlaqi-mənəvi  fəzilətə  keçir.  Hal,  duıum   keyfiyyətin 
xiisusi  növüdiir  və  o  təbiətdə  hələ  keyfiyyət  olmamış  fiziki  imkandan 
yaxud qabiliyyətdən sonra yaramr.
Üçüncü  növ  keyfiyyətlər  «hissi  durumlar»dan  ibarətdir.  Onlar da 
məşqlər  vasitəsilə  əldə  edilir.  Ancaq  «xassələr»  arasında  başhcası- 
fəaliyyətə qabil  olmaqdır;  «hissı  durumlar»  iiçün  qavrama  qabiliyyəti 
əsasdır; fəaliyyət bacarığı isə daha. fəaldır.
Keyfiyyətlərin  dördiincü  növü  -   predmetin  formasıdır  (obrazı, 
fiquru,  cizgisidir).  Form a  burada  göstərilən  anlamda  keyfiyyətin 
mühüm  xüsusiyyətdir.  Aristotelin  metafizikası  keyfiyyət  metafizikası, 
fizikası  isə  keyfiyyətlər  fizikası  sayılır.  Onun  fəlsəfəsinin  bu  özəlliyi 
orta əsrlər sxolastik fəlsəfəsinə və elminə (fizikasına) keçmişdir.
Aristotel  keyfiyyət miiəyyənliyinin  aşağıdakı  xiisusiyyətlərini gös- 
tərir:  birincisi,  hər  bir keyfiyyət miiəyyənliyi  öz  əksliyinə  münasibətdə 
mövcud  olur:  məsələn,  əxlaq  əxlaqsızhğa,  ədalət  ədalətsizliyə  əksdir; 
ikincisi,  keyfiyyət müəyyəliyinə  həm də nisbətlilik  xasdır:  məsələn,  bir 
cisim  başqasına  nisbətən  çox  və  ya  az  dərəcədə  ağ  ola,  bir  insan 
başqasından  az  və  ya  çox  dərəcədə  ədalətli  ola  bilər  və  i.a.  Ancaq  bu 
xüsusiyyəti  Aristotel  biitiin  şeylərə  deyil,  şeylərin  əksəriyyətinə  aid 
edir.34
«Münasibət»  kateqoriyasım Aristotel cins  anlayışına aid  edir.  Bu 
kateqoriya  miinasibətin  döi'd  nö\'iinii  özündə  birləşdirir:  birincisi,  bu
34
  B a x :  ApHCTOTejib.  K aTeropnn, 
8
-ci  k -b , 
10
-c u   pr.
32
riyazi  münasibətdir;  ikincisi  yaradıcımn  y aradılana  miinasibətidir; 
üçüncüsü,  ölçünün  ölçülənə  münasibətidir;  dördüncüsii,  idrakın  dərk 
olunana  münasibətidir.  İd rak ın   dərk  olunana  miinasibəti  yaradıcının 
(məsələn,  inşaatçının)  yaradılana  (evə)  m ünasibətindən  fəalhğına  görə 
fərqlənir.
Riyazi  münasibət  və  yaradanın  yaradılana  miinasibəti  birinci 
qrup  münasibətləri,  ölçiınün  ölçüiənə  münasibəti  və  idrakın  dərk 
olunana miinasibəti isə ikinci qrup münasibətləri  təşkil edir.
Bu  qrupların  hər  ikisi  üçün  ümumi  cəhət  o d u r  ki,  miinasibətin 
üzvlərindən  birinin  məhv  olm ası  o  biri  üzvlərin  də  məhv  olması  ilə 
nəticələnmir.  Məsələ:ı,  dərketm ə  olmayanda  id rak ın   predmeti  yox 
olm ur və i.a.
Bura  qədər  deyilənlər  böyük  mütəfəkkirin  metafızikasının, 
fəlsəfəsinin  bir  sıra  rnühüm  momentlərini  özündə  əks  etdirir.  Lakin 
A ristotelin fəlsəfəsi ilə bütövlükdə və yaxından tanış  olmaq  iiçün onun 
Fəlsəfəyə,  məntiqə,  təbiətə  d a ir  əsərləıini  -   «Fizikasını»,  «I'opikası- 
na», 
«Analitikasına»,  «K ateqoıiyalarını»,  etika 
və  estetikaya, 
politikaya və i.a. dairəsərlərinə miiraciət etmək vacibdir.
«M etafızika»ya  gəlincə  o  Aristotelin  böyük  əsəıi  sayılır.  Bu 
əsər  geıçəkdən  heyrətamiz  və  bənzərsiz,  əhatə  dairəsinin  tamlığı 
və  genişliyi,  probleırlərin  və  onların  həlli  yollarının  ınüəyyənləş- 
diıilm əsində  ustahğı  və  dəqiqliyi  ilə  seçilən  bənzərsiz  bir  əsərdir.
O n a   görə  də  yüzillər  boyu  Şərq  və  Qərb  xalqları  onu  öyrəniblər, 
filosoflar  onun  haqqm da  zaman-zam an  kitablar,  dissertasiyalar  yaz- 
mış,  dünyanm   bir çox  xalqları onu öz dillərinə çevirib  zənginləşmişlər. 
L akin  bu əsər, zəngin xəzinə  indiyə dək Azərbaycan Tiirkcəsinə çevril- 
məmişdir.
«Metafizika»nı  bütövlükdə  Rus  dilinə A .V .K ubıtskıy çevırmış və 
1934-cü  ildə  nəşr  etdirm işdir.  Sonradan  bu  əsər  SSR İ  EA  Fəlsəfə 
İnstitutu  tərəfindən  A ristotelin dörd  cilddə nəşr etdirilən  əsərləıinin  1- 
ci  cildinə  daxil  edilmşdir.  «Metafizika»nı  mən  həm ən  nəşıdən  ana 
dilimizə  çevirmişəm.  Təbii  ki,  çeviıi  (tərciimə)  zam anı  çox  ciddi 
çətinliklərlə  qarşılaşmışam,  eyni  zamanda  onları  a ra d a n   qaldırdığıma 
da inanıram .  Lakin çevrimin  (tərcümənin) qiisursuz olduğunu da iddia 
etmirəm.  Qoy  bu  barədə  oxucu  qərannı  veısin.  M ənə  yalnız oxucuya
təşəkkiir etmək qalır.
«Metafizika»nın ilk dəfə Azərbaycan Tvirkcəsində işıq üzii göımə- 
sində  əməyi  olan  AM EA -nın  akademiki,  kitabın  elmi  redaktoru  hör- 
mətli  Fuad  Feyzulla  oğlu  Qasımzadəyə,  kitaba  rəy  verən  həmkarla- 
rım,  hörmətli,  prof.  Yusif Rüstəmova,  prof.  V .K ərim ova,  ıespublika- 
mızda  yeganə  məntiq  mütəxəssisi,  dos.  M ahir  İsrafilova  və  kitabın
33

nəşnnə  bilavasitə  və  yeganə  qayğı  göstərən,  fəJsəfə  xridarı  Faiq  Sarı 
oğlu  Q arayevə öz  adımdan  və  oxucuların  adından  dərin  təşəkkürümii 
bildirirəm.
K itab   bütün  ixtisaslar  üzrə  tədqiqatçılar  iiçün  əvəzsiz  qaynaq, 
fəlsəfə ixtisası alan tələbələr üçün  dərslik ola  bilər.
A RİF İS L A M  oğJu  TA ĞIYE V
Aristotel
Metafizika
BİRİNCİ  KİTAB (A)
Birinci fəsil
Bütün  insanlarm   tobiətində biliyə  ca n atım  var.  İnsanların  hissi 
qavrayışlara  can  a tm a s ı  buna  siibutdur:  axı  bu  qavrayışları 
insanlar onların  fay d a lı  olub yaxud  o lm am asından  asılı  olm ayaraq 
dəyərləndirirlər və da.ha  çox görmə qavrayışlarını  qiym ətləndirirlər, 
çünki  biz  görmə  qavi'ayışını  təkcə  hərəkət  etm ək xatırinə deyil,  heç 
bir  şey  etmək  istəm ədik də  belə  dem ək  olar  ki,  bütün  digər 
qavrayışlaıdan  üstün  sayırıq.  Bunun  səbəbi  o d u r  ki,  görmə  bizim  
idrakım ıza  bütün  baş:qa  hisslərdən  daha  çox  təsir edir  və  (şeylərdə) 
dah a çox fərqlər a ş k a r  edir.
Hissi  qavram a  qabiliyyəti  heyvanların  təbiətindədir,  a m m a  
hissi  qavrayış  zəm in in d ə  bəzi  heyvanlarda  yaddaş  yaranır,  bəzilə- 
rində 
isə  y aran m ır.  O d u r  ki,  y ad d aşa  m alik  olan  heyvanlar 
yaddaş  qabiliyyəti  o lm ay anlard an   d a h a   zirək  və  anlaqlıdırlar; 
an caq  zirək,  anlaqlı  olsalar  da  səsləri  eşidə  bilməyən  heyvanlar,
35

m əsələn,  arılar  və  bəzi  d ig ər  heyvanlar  hər  ş;eyi  öyrənə  bilmiriər; 
öyrənm əyə  qabil  isə  y a d d a şla   yanaşı  eşitmə  qabiliyyəti  olan 
heyvanlardır.
D igər  heyvanlar  öz  həyatlarında  təsəvvürlərdən  və  yada 
sa lm a d an   istifadə  edirlər  təcrübə  ilə əlaqəsi  azdır;  insan  cinsi  isə  öz 
h ə y a tm d a   həmçinin  sənətdən  və  m ühakimələrdən  istifadə  edir. 
İn sa n la rd a  təcrübə y a d d a ş  sayəsində yaranır,  yəni eyni  bir predm et 
h a q q ın d a   çoxsaylı  x a tirələ r  bir  təcrübə  anlamı  daşıyır.  Təcrübə  isə 
g ö rün ür  ki,  elm  və  sənətlə  eynidir.  Elm  və  sənət  isə  insanlarda 
təcrübə  vasitəsilə  y a ra n ır.  Belə  ki,  təcrübə  Polun1  düzgün  qeyd 
etd iy i  kim i  sənəti,  təcrübəsizlik  isə  təsadüfi  yaratm ışdır.  Sənət  isə 
təcrübədə  əldə  edilmiş  fik irlər  əsasında  oxşar  predm etlərə  ümumi 
b ir   baxış  yarandıqda  m ey d a n a   gəiir.  Məsələn,  Kalliyə  hansısa  bir 
xəstəlikdə  kömək  etm iş  b ir  müalicə  vasitəsinin  S okrata  və  digər  bir 
ço x   insanlara da köm ək etdiyini hesab etmək -  təcrübənin  işidir;  bu 
m üalicə  vasitəsinin  h a n sısa   bir  xəstəlikdə  eyni  xüsusiyyətə  malik 
o la n   (məsələn,  güclü  q ızd ırm adan   solqun,  saralmış)  bir  çox 
in sa n la ra  köm ək etdiyinin  müəyyənləşdirilməs;ı isə -  sənətə aiddir.
Fəaliyyətə m ünasibətdə təcrübə,  görünür ki,  sənətdən heç  nə ilə 
fərqlənm ir;  bundan  b a ş q a ,  biz  görürük  ki,  təcrübəsi  olanlar 
m ücərrəd  biliyə  (lo q o n   echein)  malik  olub  təcrübəsi  olmayan 
in sa n la rd a n   daha  çox  şey  əldə  edirlər.  Bunun  səbəbi  od ur  ki, 
təcrü bə -  təkcənin  bilincidir,  sənət  isə ümuminin,  hər bir hərəkət  və 
h ə r  b ir  hasilat  təkcəyə  aid d ir;  belə  ki,  həkim  məgər  (ümumiyyətlə) 
in san ım ı2  müalicə  edir,  K alliya,  Sokrat  və  başqa  təkcə  şəxslər  öz 
a d la rın ı  daşıyırlar  və  m üalicə  edən  adı  olan  tokcələri  müalicə  edir. 
O d u r   ki,  mücərrəd  biliyə  m alik  olub,  təerübəsi  olm ayan  və 
ü m u m in i  dərk  edən  a m m a   bu  ümumidəki  təkcəni  bilməyən  şəxslər 
m üalicədə  tez-tez  yanh şlığa  yol  verirlər,  çünki  təkcəni  müalicə 
e tm ə k  lazım gəlir.  A ncaq   h ə r  halda  hesab edink  ki,  bilik  və anlam a 
təcrübədən  çox  sənətə  a id d ir  və  hansısa  bir  sənəti  mənimsəmiş 
in san ı  təcrübəsi  o lan d an  d a h a   m üdıik  sayırıq,  çünki  hər  bir  kəsdə 
m ü drik lik   d ah a  çox  b ilik d ən   asıhdır  və  bu  ondan  irəli  gəlir  ki, 
sən əti  mənimsəmişlər  səbəbi  bilirlər,  təcrübə  oldə  etm işlər  isə  yox. 
D o ğ ru d a n   da  təcrübəsi  olanlar  «nədiri»  bilirlər,  «niyəni»  isə 
bilm iriər;  sənəti  m ənim səm işlər  isə  «niyəni»  yəni  səbəbi  bilirlər3. 
O d u r   ki,  biz  də  hər  bir  işd ə  öyrədənləri  öyıənənlərdən  (yaradıcılıq 
b acarığ ı  olm ayanlardan)  üstün  sayırıq,  çünki  öyrədənlər  öyrənən- 
lərd ə n   çox  bilirlər  və  o n la rd a n   m üdrikdiriər,  belə  ki,  onlar  yarat-
36
dıqlarının  səbəblərini  bilirlər.  <Öyrənənlər  isə  bəzi  cansız  predm et- 
lərə  bənzəyirlər:  öyrənən  sənətçilər  nə  isə  hasil  edirlər  a n c aq   bunu 
bilmədən  ed irlər (məsələn,  nə  üçün  yandırdığını  bilməyən  o d   kimi); 
cansız  predm etlər  hər  b ir  belə  h a ld a   öz  təbiətlərinin  təsiri  altında 
hərəkət edirlər,  sənətçilər isə  vərdişlə>4.  Beləliklə,  öyrədənlər,  müəl- 
limlər  hərəkət  etm əvi  bacardıq ları  sayəsində  deyil,  m ücərrəd  biliyə 
malik  olm aları  və  səbəbləri  b ildiklərinə  görə  d ah a  m üdrik  olurlar. 
Ümumiyyətlə biliciliyiıı əlam əti -  öyrətm ək bacarığıdır,  o d u r ki, biz 
sənəti  təcrübədən  d ah a  artıq   bilik  sayırıq,  çünki  sənətə  sahib   olan- 
lar  öyrətməyə  qabildirlər,  təcrübəni  mənimsəmişlər  isə  öyrətməyə 
qabil  deyillər.
Sonra,  hissi  qavrayışlar  təkcə  h a q q m d a   mühiim  bilik  versələr 
də  heç  bir  «niyəni»  (səbəbi  -   T.A)  göstərm ədiklərindən,  məsələn, 
odun  nə  ü çü n   isti  olduğunu  deyil,  onun  ancaq  isti  olduğunu 
göstərdiyindən  onların  heç  biıini m üdriklik saymırıq.
O na  görə  də  təbiidir  ki,  adi  hissi  qavrayışlardan  üstün  olan 
hansısa  bir  sənəti  birinci  olaraq  ix tira  edən  şəxs  öz  ixtirasım n 
faydalı  o ld u ğ u   üçün  deyil,  b a şq ala rm d a n   m üdrik  və  üstün  olduğu 
üçün  in sa n la rd a   təəccüb  d o ğ urm uşdur.  Çoxlu  sənətlər  kəşf 
ediləndən  so n ra   (on lardaıı  biriləri  -  zəruri  tələbatlar ödəm ək  üçün, 
digərləri  -   v axt  keçırm ək  nam inə  o lsalar  da)  onların  ixtiraçılarını 
biz  həmişə  ilk  ixtiraçılardan  m üdrik  sayırıq,  çünki  onların  bilikləri 
fayda  əldə  edilm əsinə  yönəlm əm işdir.  O dur  ki,  belə  sənətlər 
yaradıldıqda  ilk  növbədə in sa n la n n   asu d ə vaxtları  olan yerlərdə nə 
həzz  alm aq,  n ə  də  zəruri  təldəbatları  ödəməyə  yönəlməyən  biliklər 
əldə  edilm işdir.  Belə  ki,  riyaziyyat  ilk  öncə  M isirdə  yaradılm ışdır, 
çünki orad a k ah in lərə asudə vaxt verilmişdi.
«E tika» da  sənət,  elm  və  bu  qəbildən5  olan  digər  sahələr 
arasında  fərqin  nədən  ibarət  o lduğu  artıq   deyilmişdir;  b u rad a   isə 
məqsəd  m üdrüklüyün,  üm um i  rəyə  görə,  ilk  səbəblər  və  baş- 
lanğıclarla  m əşğul  olduğunu  göstərm əkdir.  O dur  ki,  öncə  deyildiyi 
kimi  təcrübəsi  o lan   adam   (yalnız)  hissi  qavrayışa  m alik  adam dan 
çox,  sənətə  m alik   olan  insan  təcrübəyə  m alik  olan  insandan  çox, 
öyrətmək  b acarığı  olan  isə  sənətçidən  çox  m üdrikdir,  nəzəri  elm 
(theoretikai)  isə  yaradıcılıq  sənətindən  (poietikai)  ucadır.  Beləliklə, 
aydın  olur  ki,  m üdriklik  yaxu d   aqillik  müəyyən  səbəblər  və 
başlanğıclar h a q q ın d a  elmdir.
37
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə