Clevlrənl; ajrif taglyev bakı Mütərcim 2008



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix05.05.2017
ölçüsü179,67 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   39

Onuncu fəsil
A rtıq   öncədən  söyləniləndən  aydın  olur  ki,  bütün  filosoflar 
bizim təbiət  h aq q ın d a  əsərinıizdə1 göstərdiyimiz səbəbləri axtarırlar 
və  o rad a  bu  səboblərlə  yanaşı  heç  bir  başqa  səbəb  göstərə 
bilməzdik.  A ncaq  onlar  bu  səbəbləri  aydın  göstərmirlər.  Bütün  bu 
prinsiplər  bəlli  anlam da  öııcə  göstərilsə  də  digər  anlam da 
göstərilməmişdir2.  Əvvəlki  fəlsəfənin  bütün  söylədikləri  kəkələməyə 
bənzəyir,  çünki  öz  başlanğıcıııda  fəlsəfə  hələ  gənc  idi.  Axı  h ətta 
Em pedokl  deyir  ki,  sümük  ııisbət  vasitəsilə  m övcuddur,  bu  nisbət3 
isə  sümüyün  varhğı  və  mahiyyətidir.  A ncaq  bədən  də,  bütün  digər 
şeylər  və  ya  hər  b ir  şey  də  belə  nisbətdən  ibarət  olmalıdır.  Çünki 
bədən  də,  sümük  də,  bütün  digj*  şeylər  də  Em pedoklun  h aqqında 
söz açdığı  m ateriya -  od,  torpaq,  su  və  hava  vasitəsiəl  deyil,  nisbət 
vasitəsilə  m övcud  olmalıdırlar.  Ancaq  bunu  başqa  birisi  söyləsəydi 
Em pedokl razılaşardı,  özii isə bu barədə aydın danışm am ışdır4.
Belə məsələlər əvvəl də5 aydınlaşdırılmışdır.  Bu məsələ ilə bağlı 
çətinlik törədən  h ər şeyi isə biz  təkrar dilə  gətirəcəyik.  Çünki  o n la n  
aradan  qaldırm aqla  biz  sonrakı  çətinliklərin  aradan  qaldırılması 
üçün yol tap a bilərik.
60
İK İN Cİ KİTAB (a)
Birinci fəsil
Həqiqəti  tədqiq  etm ək  b ir   cəhətdən  çətindirsə,  digər  cəhətdən 
asandır.  Bu  ondan  görünür  k i,  kimsə  onu  lazım   o lan   qədər  əldə 
etmək  halında  deyil,  ancaq  ta m  uğursuzluğa  d a  m əruz  qalm ır,  hər 
kəs təbiət haqqm da təklikdə  d ə  nəsə  deyir,  d oğ u d u r b u  həqiqətə ya 
heç  nə  gətirmir,  ya  da  az  əlav ə  edir,  ancaq  bütün  b u n lar  bir  yerə 
toplandıqda, düzülüb q o ş u ld u q d a  gözə dəyən kəm iyyət alınır. O dur 
ki,  əgər iş bizim el  m isalında  deyildiyi  «[yaydan]  ox  atan ların  hansı 
qapıya dəymir ki» kim idirsə,  o n d a  bu baxım dan həqiqəti öyrənmək 
asandır;  lakin  bir  bütövü  əldə  etm əklə  hissəyə  m a lik   olm am aq  da 
o lar -  b u  həqiqətin dərkinin çətinliyinclən xəbər verir.
A ncaq  ikiqat  çətinliyin  olm asının  səbəbi  ola  bilər  dərk  edilən 
şeylərdə  yox,  bizim  özüm üzdə  ojsun:  gerçəkdən  y arasalar  üçün 
gündüz işığı nədirsə təbiəti  a y d ın   o lan 1 şey də ru h u m u z d a  ağıl üçün 
o  cürdü r2.  Və  rəylərilə  p aylaşdıqlarım ıza  deyil,  həm   də  dayaz 
fikirlər söyləyənlərə də m in n ə td a rlıq  etm ək ədalətli olardı:  axı onlar 
d a  [idrak]  qabiliyyətini  m əşq   etdirm əklə  həqiqətin  tədqiqinə  təsir 
etm işlər.  D oğrudan  d a  əgər  T im ofey3  olm asaydı  b ir   çoxsaylı  lirik 
m ah n ılara  malik  olm azdıq,  F rinid a4  olm asaydı  isə  Timofey 
olm azdı.  Bunu  həqiqət  h a q q m d a   darıışanlar  b a rə d ə   də  söyləmək 
olar  -   onlardan  b əzilərindən  bir  sıra  rəylər  mənimsəmişik, 
b aşqalarm ın sayəsində o n la r yaranm ışdır.
O   d a   doğrudur  ki,  fəlsəfə  həqiqət  h a q q ın d a   bilik  adlanır. 
D o ğ ru d a n   da  həqiqət  -   əqli  biliyin  məqsədi,  fəaliyyətə  aid  olan 
biliyin  məqsədi  isə  işdir:  axı  in sa n la r  h ətta  şeylərin  necə  olduğuna 
b axd ıqd a,  əbədi  olanı  deyil,  şeyi  nəyəsə  m ünaisbətdə  və  indiki 
zam an  kəsiyində  tədqiq  e td ik d ə   də  fəal  olurlar.  A m m a   biz  səbəbi 
bilm ədən  həqiqəti  bilm ərik.  Bütürı  şeylərin  a ra sın d a   isə  bu  və  ya 
digər  xassəyə  artıq  dərəcədə  o   şey  m alik  olur  ki,  b u   xassə  başqa 
şeylərə  də  məxsus  olsun;  m əsələn  od  d aha  istidir,  çünki  o  başqa 
şeylər üçün də istiliyin səb əbid ir.  Deməli, d a h a  həqiqi olan özündən 
sonrakm ın  da  həqiqiliyinin  səbəbi  olandır.  O du r ki,  əbədi  mövcud 
olanın  başlanğıcları  d a   h ər  z am an   d ah a  həqiqi  olmalıdır:  axı 
onların  həqiqiliyi  m üvəqqəti,  səbəbi  isə  başqa  varlıq d a  olmayıb 
əksinədir  -   onların  özləri  b ü tü n   digərlərinin  varlığınm   səbəbidir;
61

deməli,  h ər  b ir  şey  vartıqla  bağlı  olduğu  dərəcədə  həqiqətlə  də 
bağhdır.
İkiııci fəsil
H ər  h a ld a   aydm dır  ki,  müəyyən  bir  başlanğıc  vardır  və 
mövcud  o lan ın   səbəbi  rıə  hüdudsuz  sıra,  nə  də  görünüş 
a n la m la n n d a   hüdudsuz  deyildir.  Əslində  bir  şey  m ateriya  kimi 
başqasında  hüdudsuz  olaraq,  məsələn:  cisim  torpaqdan,  torpaq 
havadan,  h a v a   od d an  və  beləcə  durm adan  yarana  bilməz;  eləcə  də 
hərəkətin başlanğıcı hüdudsuz stra deyildir, məsələn,  insan hava ilə, 
hava  -   günəşlə,  günəş  ədavətlə1  və  axıra  qədər  bu  cür  hərəkətə 
gətirilə  bilm əz.  B unun  kimi  də  məqsəd  sağlamlıq  nam inə  yerimək, 
xoşbəxtlik  n am inə  sağlamlıq,  nəyinsə  nam inə  xoşbəxtlik  və  beləcə 
nəyinsə  n a m in ə   sonsuzluğa  gedə  bilməz.  Şeylərin  varhğınm   təbiəti 
ilə bağlı m əsələdə  bu  cürdür.  Çünki öncədən olan nə isənin və sonra 
gələn  nə  isənin  kənarda  qaldığı  aralıq  [halqalara]  m ünasibətdə 
öncəki  nə  isə  sonrakı  nə  isənin  səbəbi  olmalıdır.  Əgər  bu  üçündən 
hansı  birincidir  deməli  olsaq,  o nda  biz  birincini  göstərərik,  çünki 
axınncı  heç  biri  üçün  səbəb  deyi];  eləcə  də  aralıq  halda  yalnız 
birinin  -   so n ra k m ın   səbəbidir  (bu  zam an  aıalıqda  olanın  bir  və  ya 
çox  olm asınm ,  a ra h q   halqalaıın  sonsuz  və  ya  sonlu  olmasmm   heç 
bir  anlam ı  yoxdur).  Bu  m ənada  hüdudsuzda  və  ümumiyyətlə 
hüdudsuzda  indiyə  qədər  baxdığımız  d a  daxil  bütün  hissələr  eyni 
dərəcədə  d ə   aralıq  pillələrdir;  deməli,  əgər  biıinci  yoxdursa,  onda 
üm umiyyətlə heç  bir səbəb yoxdur.
A m m a  həm çinin  əgər  odci;%n  suyun,  sudan  torpağın  və  bu  cür 
durm adan  hansısa  başqa  bir  cinsin  əmələ  gəlməsi  üçün  yuxarı 
istiqam ətdə  başlanğıc  varsa,  aşağı  istiqam ətdə  sonsuzluğa  getmək 
olmaz.  D o ğ ru d a n   d a   birindən  başqasının  törənməsini  iki  anlam da 
söyləmək  olar  («birinin  digərindən»  deyiminin  «biri  digərindən 
sonram » 
göstərdiyi, 
məsələn, 
olim piya 
oyunlarının 
istmi 
oyunların«dan»  yaranm ası  halları  ilə  yanaşı):  və ya  oğlandan  yaşlı 
kişiyə,  su d a n   havaya çevrilmə  kimi.  «Oğlandan yaşlı  kişi»  dedikdə, 
biz  «əvvəlcə  yaranm ışdan  yaran an   yaxud  əvvəlcə  baş  vermişdən 
baş  verəni»  nəzərdə  tuturuq ,  b urad a  hər  zam an  aralıq  nə  isə  var: 
məsələn,  varlıq  və  yoxluq  arasm da  -  yaranış,  m övcudluq  və  qeyri- 
m övcudluq  arasın d a  yaranm a  kimi;  axı  öyrənən  bilginə  çevriləndir 
və  biz  öyrənəndən,  şagirddən  bilgin  yaranır  dedikdə  bunu  nəzərdə
62
tu tu ru q .  «H avadan  su y a»   isə  onlardan  b irin in   məhv  olması  ilə 
yaranm anı  göstərir.  O d u r   ki,  birinci  halda  q a rşılıq h   keçid  yoxdur 
və  yaşlı  kişi  də  oğlan  o lm u r  (çünki  b u rada  yaranışd an  yaranm a 
mərhələsində  olan  yox,  y aranandaıı  sonra  m öv cu d   olan  yaranır; 
b u n u n   kimi  də  səhərdən-gündüz  yarandığı  kim i,  çünki  gündüz- 
səhərdən  sonradır,  o n a   g örə  də  səhər  gündüzdən  törənə  bilməz). 
İkinci  halda  isə  q arşıh q lı  keçid  vaıdır.  L a k in   hər  iki  halda 
sonsuzluğa getmək m ü m k ü n  deyil.  G erçəkdən birinci halda aralığın 
sonunun  olması  z ə ru rid ir,  ikinci  halda  isə  b irin in   digəıinə  keçidi 
baş  verir;  am m a  o n la rd a n   biıinin  rnəhv  olması  o  birinin 
yaranm asıdır.
O nunla  yanaşı  b irin c i2  əbədi  olub  m əhvedilm əzdir;  doğrudan 
d a   yuxarı  istiqam ətdə y a ra n ış  hüdudsuz 
C'lmadığından  birinci  kimi 
təsir 
göstərəndən 
o n u n   m əhv  o lm ası’  ilə  yaranm ışın  əbədi 
olm am ası zəruridir.
Sonra,  «nam inə  o lan »   -  son  m əqsəddir,  so n   məqsəd  isə  -  
b a şq a sı  naminə  m övcud  olan  deyildir,  o d u r  ki,  onun  nam inə 
b a şq ası  m övcuddur;  dem əli,  əgər  belə  so n u n cu   olacaqsa,  onda 
h ü d u d su z  hərəkət  o lm ay acaq ;  əgəı  o  c;ür  so n u n cu   yoxdursa,  o nda 
so n   məqsəd  olm ayacaq.  H üdudsuz  [hərəkəti]4  qəbul  edənlər  ısə 
qeyri-ixtiyari  xeyiri  in k a r  edirlər;  bununla  belə,  hansısa  bir  həddə 
gəlib  çatm aq  istəməyən  heç  bir insan  hansısa  b ir  işə  girişməz.  Belə 
h ərək ət  edəndə  isə  ağıl  olm azdı,  çünki  ağılı  o la n   hər  kəs  nəyinsə 
n a m in ə  hərəkət edir,  bu nəsə isə  - həddir,  çünki son məqsəd həddir, 
h üd u ddu r.
Am m a  eləcə  də  şeyin  mahiyyətini  də  başq a,  d ah a  geniş5  tərifə 
m üncər  etmək  olmaz:  axı  öncəki  tərıf (m üəyyənlik)  hər vaxt  böyük 
tu tu m lu   təıif olur,  s o n ra k ı  isə  yox;  əgər  birinci  müəyyənlik  şeyin 
varhğ ının   mahiyyəti  deyilsə,  onda  sonrakı  m üəyyənlik  daha  kiçik 
o lacaq.  Sonra,  b u n u   təsdiq  edənlər  biliyi  m əhv  edirlər:  axı 
bölünm əzə gəlib ç a tm a d a n  bilm ək m üm künsüzdür.  Və idrak da  [bu 
h ald a]  m üınkünsüzdür,  çünki  bu  m ənada  hüdudsuz  olanı  necə 
düşünm ək  olar6?  Axı  b u ra d a   məsələ  doğrudu r,  bölünməsi  davam lı 
həy ata  keçirilə  bilən,  am m a  fcu  bölunm əni  dayandırm adan 
düşünələ  bilməyən  xəttlə  bağlı  məsələ  kiıni  deyil;  belə  ki,  onu 
hüdudsuz  bölünənlikdə  şərh  etmək  istəyən  o n u n   (xəttin  -   T.A.) 
kəsiklərini  hesablaya,  saya  bilməz.  A ncaq   hərəkət  edən  şeydə 
m ateriyanı  da  düşünm ək  lazımdır.  Və  hiidudsuz  olan  heç  bir  şey 
varlığa  malik  ola  bilm əz.  Əgər  belə  deyilsə,  o n d a  hər  halda
63

hüdud suzu n  mahiyyəti (to  einai.) hüdudsuz7 deyildir.  Digər  tərəfdn, 
səbəblərin  növləri  kəmiyyətcə  hüdudsuz  olsaydı,  onda  td ra k  
m üm kün  olmazdı:  hesab  edirik  ki,  biz  səbəbbri  dərk  etdikdə  bilik 
əldə edirik;  şeyləşdirilmiş  hiidudsuzluğu isə  sonlu  zam anda  keçmək 
olm az.
Üçüncü fəsil
Verilmiş  m aterialın  m ənimsənilm əsi  dinləyicinin  vərdişindən 
asılıdır;  biz  vərdişimizə  görə  şərh  tələb  edirik  və  adət  etdiyimizin 
əksinə  deyilənlər  bizə  m ünasib  görünmür,  vərdiş  olm adıqda  isə 
deyilənlər daha qaranlıq  və y a d   görünür,  çünki  vərdiş  edilmiş  d ah a 
b aşa  düşüləndir.  Vərdiş  e d ib n in   hansı  gücə  m alik  olduğunu  isə 
q a n u n la r göstərir, am m a qanutnda m iflər form asında və uşaqcasına 
sadə  ifadə  edilən  q a n u n lan n   özünü  vərdiş  sayəsində  bilm əkdən 
d a h a   böyük gücə malikdir. Ə g ər m aterial riyazi şərh edilirsə bəziləri 
°n u   qavram ır,  bəziləri m isallar gətirilmədikdə qavram ırlar,  bəziləri 
isə  şaird ən   misal  gətirilməsini  tələb  edirlər.  Və  bəziləri  istəyirlərki 
şərh  d əq iq   olsun,  başqalan n ı  isə  dəqiqlik  ona  görə  çəkir  ki,  onlar 
[bir  fa k tı  o  birisi ilə  bağlam aqj  du rum unda deyillər və ya  dəqiqliyi 
xırdalıq sayırlar.  Əslində dəqiqlikdə həm  işdə, həm də m ühakim ədə 
° n a   rəzillik  verən  nə  isə  var.  O dur  ki,  hər  bir  predm eti  necə 
q av ram ağı  öyrənmək  lazım dır,  çünki  eyni  bir  vaxtda  həm  bılik, 
həm   d ə   onu  əldə  etmək  üsulu nu   ax tarm aq   mənasızdır.  H albuki 
o n lard a n  hətta birini əldə etm ək asan deyil.
R iyazi  dəqiqliyi  isə  bütün.  predm etlər  üçün  deyil,  yalnız  qeyri- 
m addi  predm etlərin  şərhı  üçün  tələb  etm ək  lazımdır.  Bax  ona  görə 
də b u  üsul təbiət haqqında düşünən  üçün  uyğun deyil,  çünki demək 
° la r ki,  bütün təbiət m addidir.  O d u r ki,  ılk  öncə  təbiətin  nə  olduğu 
araşdırılm alıdır.  Bundan  sorıra  təbiət  haqqında  təlimin  nə  ilə 
m əşğul  olduğu  "(və  səbəblərin  və  başlanğıclarm   tədqiqinin  bir 
yaxud b ir sıra elmlərin işi olduğur1 da aydınlaşacaq.
64
ÜÇÜNCÜ K İTA B (B)
Birinci fəsil
A xtardığım ız  elm   üçün,  biz  ilk  öncə  nəyin  çətinlik  törətdiyini 
araşdırmalıyıq;  b u   çətinlik  birincisi,  bəzi  filosoflann  başlanğıc 
haqqında  söylədikləri  rəylərin  m üxtəlif  olm asından,  ikincisi,  bəzi 
məsələlərin  indiyədək  diqqətdən  k ə n a r  qalm asm dan  ibarətdir. 
Çətinliklərin  lazım ınca  araşdırılm ası  isə  b u rad a   uğur  qazan m aq  
istəyənlər  üçün 
faydalıdır, 
çünki 
so n ra k ı  irəliləyiş 
ə w ə lk i 
çətinlikləri  a ra d a n   qaldırm aqla  m üm kündür  və  o n lan   bilm ədən 
düyünü  açm aq  olm az.  Çətinlik  isə  təfəkkürdə  olub  özünü  tə d q iq a t 
predm etində  göstərir;  bir  halda  ki  təfək k ü r  çətinlik  içindədir  o n u n  
durum u  qand allanm ış  insanın  d u ru m u n a   bənzəyir-hər  iki  h a ld a  
hərəkət  m üm künsü
2dür.  O dur  ki,  öncə  həm   indicə  göstərdiyimiz 
səbəbə  görə,  həm   də  hara  getdiyini  bilm əyən  və  h ətta  axtardığını 
tapdığını  bilm əyənlər  kimi  çətinliklərə  diq qət  etm ədən  tə d q iq a t 
aparm anın  səm ərəsizliyinə  görə  çətinlikləri  araşdırm aq  lazım dır: 
çətinliklərə  diq q ət  etm əyib  tədqiqat  a p a ra n   adam   üçün  m əqsəd 
aydın  deyil,  çətinliklərə  diqqət  yetirən  üçün  isə  məqsəd  aydındır. 
Sonra,  bir-birini  rə d d   edən  bütün  m ühakim ələri  dinləyən-bu  üzücü 
olsa d a -  şübhəsiz yaxşı m ühakim ə yürüdəcək.
Beləliklə,  öncə  araşdırdığım ız  başlanğıclarla  bağlı  birinci 
çətinlik [1] səbəbləri  bir yaxud bir çox elm in  tədqiq etməsi ilə və  [2] 
bizim   axtardığım ız  elm  yalnız  m ahiyyətin  birinci  başlanğıclarınım ı 
öyrənm əlidir  y oxsa  o  sübutda  ham ının  əsaslandığı  başlanğıclarla 
məşğul  olm alıdır,  m əsələn,  aydınlaşdırm alıdır  ki,  eyni  bir şeyi  eyni 
zam and a  həm  təsdnq,  həm  də  inkar  etm ək   olarmı.  Və  [3]  əgər 
mahiyyət  h a q q m d a   elm   nəzərdə  tu tu lu rsa   o nda  bütün  m ahiyyətləri 
bir  elm  yoxsa  bir  neçə  elm  öyrənir  və  əgər  bir  neçə  elm  öyrənirsə, 
onda  onlar  eynidirləım i  yaxud  o n ların   bəzilərini  m üdriklik, 
digərlərini  isə  b a ş q a   cür  adlandırm aq  lazım dır.  Bax  onu  da  təd q iq  
etmək zəruridir -  [4]  təkcə hisslərlə q a v ra n ıla n  m ahiyyətlərmi yoxsa 
onlarla  yanaşı  dig ər  m ahiyyətlər  də  vardır  və  [əgər  b a şq a  
m ahiyyətlər  də  m övcuddursa],  onda  belə  m ahiyyətlərin  yalnız  b ir 
növümü  vardır  y ox sa  onların  bir  neçə  cinsi  vardır,  belə  ki,  bəziləri 
həm   eydosları,  hərn  də  eydoslarla  hissi  qavranılan  predm etlər 
arasın d a riyazi  predm etləri qəbul edirlər.  Biz israr edirik  ki,  b a x   bu 
məsələlərlə  yanaşı,  həm   də  [5]  təd q iq atın   yalnız  m ahiyyətlərəm i
65

yoxsa 
onlara 
məxsus 
o lan 
xassələrədəmi 
aid 
o ld u ğ u  
araşdırılm alıdır.  O n d an   başqa  eyniyyət  və  fərqə,  oxşarlıq  və 
oxşarsızlığa,  {ey nilik r  və  əksliyə,  əvvəlki  və  sonrakıya  və 
dialektiklərin  yalnız  ehtim alı  və  qəbul  olunımış  m üqəddim ələrdən1 
çıxış  edərək  gözdən  keçirdikləri  buna  oxşar  digər  məsələlərlə  b a ğ lı 
soruşm aq  lazımdır:  bütün  bunları  hansı  elm öyrənməlidir?  Eləcə  d ə 
predm etlərə  özlüyündə  məxsus  olan  xassələrə  m ünasibətdə  təkcə 
onların  hər birinin  nə olduğu  deyil,  həm  də o a a rd a n   birinə  [yalnız] 
bir  xassəninmi  əks  olduğu  aydınlaşdırılmalıdır.  Eləcə  də  [6] 
yuxarıda  göstərilən  başlanğıclar  və  elementlər  cinslərdirmi  y o x sa 
hər  b ir  şeyin  bölündüyü  tərkib  hissələridir?  Və  [7],  əgər  o n la r  
cinslərdirsə,  o nda  o n lar  sonra  törənənlər  kimi  birinci  (atom os) 
haq qın da xəbər verənlərdir yoxsa birincilər2 məsələn,  canlı varlıqm ı 
yoxsa  insan  başlanğıcdır  və  o nlardan  hansına  ayrıca  m övcudluqla 
m üqayisədə  varlıq  d a h a   artıq   məxsusdur?  Lakin  başlıca  olaıaq   b u  
məsələ  araşdırılıb  m üzakirə  edilməlidir:  [8]  m ateriyadan  b a ş q a  
özlüyündə  səbəb  v a r  yoxsa  yox  və  elə  bir  səbəb  ay rıca 
m övcudduraıu,  həm çinin  bu  səbəb  birdir,  yoxsa  çoxsaylıdır?  Eləcə 
də:  tərkibə  m alik  bütövlə  (belə  bütöv  haqqında  mən  nə  isə  bir  şey 
m ateriya  barəsində  m əlum at  verdikdə  danışıram )  yanaşı  nə  isə 
m övcuddurm u  ya  yox  və  ya  bir  şeylər  üçün  m övcuddur,  başq aları 
üçün  yox  və  [bu  sonuncu  halda]  başqaları  nədən  ibarətdir?  S on ra, 
[9]  başlanğıclar  sayca  və  növə  görə  m əhduddurlarm ı:  bu  h əm  
müəyyənliklərdə  ifadə  olunanlara  həm  də  su b strata3  aiddir; 
həmçinin  [10]  m üvəqqəti olan  və  daim i  olanın başlanğıcları  eynidir 
yoxsa  fərqli  və  b ü tü n   başlanğıclarm ı  m üvəqqətidir  yoxsa  ötəri 
şeylərin  başlanğıcı  ötəridir? Sonra,  [11] ən çətiıı və heyrətam iz sual: 
pifaqorçuların  və  P lato n u n   təsdiq  etdikləıi  kimi  tək  və  m övcud 
olan  şeylərin  m ahiyyəti 
olm aqdan  başqa  da  nə  isədir4  yoxsa 
təm əldə  başqa  nə  isə,  məsələn,  Em pedoklun  təsdiq  etdiyi  kim i 
d ostluq5,  b aşqalarım n  göstərdikləri  -   od6,  su7  və  ya  h av a8  d u ıu r?  
O ndan  başqa,  [12]  üm umi  başlanğıclar vardırrnı,  yoxsa  onlar təkcə 
şeylərə  bənzəyirlər,  və  [13]  o n lar  im kan  foxsa  gerçəklik  kim i 
m övcudurlar?  Axı  b u   məsələ  də  böyük  çətinlik  törədir.  O n d an  
başqa,  [14]  ədədlər, xətlər,  fiqurlar və nöqtə m ahiyyətlərdirm i,  əgər 
m ahiyyətlərdirsə,  o n d a  onlar  hissi  qavranılan  şeylərdən  ayrı 
m övcuddurlarm ı, yoxsa onlarda m övcuddurlaı? Bütün  bu məsələlər
66
üzrə həqiqət əldə etmək nəinki  çətindir,  həmçinin onlarla  bağh olan 
çətinlikləri  lazım m ca aydm laşdırm aq asan deyil.
tkinci fəsil
Beləliklə,  ilk  öncə  başlanğıcda  irəli  sürdüyümüz  məsələni: 
səbəblərin  bütün  cinslərini  bir  yaxud   bir  neçə elmin  tədq iq  etdiyini 
araşdırm aq  lazım dır.  Bir  tərəfdən,  əgər  başlanğıclar  bir-birinə  əks 
deyillərsə  onları  bir  elmin  dərk  etm əsi  necə ola bilər? O n d a n   başqa 
d a  m övcud  olan  şeylərin  ço x u n a  bütün  başlanğıclar  m əxsus  deyil. 
D oğ ru dan  d a,  b ir  halda  ki  xeyir  olan  hər  şey  özlüyündə  və  öz 
təbiətinə  görə  m əqsəddirsə  və  m ad a m   ki,  başqası  o n u n   nam inə 
yaram r  və  m övcud  olur,  h ər  h an sı  b ir  təsirin  m əqsədidir  və  bütün 
təsirlər  isə h ərək ətə  bağlıdır,  o n d a   hərəkətin  başlanğıcı yax u d  xeyir 
hərəkətsiz  o lan   üçün  necə  m övcud  ola  bilər?  D em əli,  hərəkətsiz 
olan  şeydə  nə  bu   başlanğıc,  nə  də özlüyündə hər hansı  b ir xeyir ola 
bilməz.  O d u r ki,  riyaziyyatda  d a   heç nə  bu  səbəbin  vasitəsilə sübut 
edilm ir və heç b ir sübutda d a  nəyin yaxşı və ya pis o ld u ğ u n a  istinad 
edilmir;  b ir də  b u ra d a  heç  kəsin  ağlına belə bir şey  gəlm ir.  Bax ona 
görə  də  bəzi  sofıstlər,  m əsələn,  A ristipp  riyaziyyata  həqarətlə 
yanaşm ışdır:  digər  sənətlərdə,  guya,  hətta  yaradıcı  xarakteri 
olm aya  sahələrdə,  məsələn  x a rra tlıq d a   və  çəkməçilikdə  hər  zam an 
belə  yaxşıdır  yoxsa  pisə  istin ad   edirlər,  riyaziyyatı  isə  yaxşı  və  pis 
qətiyyən m araq lan d ırm ır.
D ig ər tərəfdən,  əgər  başlanğıclar haqqm da  elm lər çoxdursa  və 
bir elm  -  b ir başlanğıc,  digəri  -   b aşq a  bir başlanğıc haqq ın d ad ıısa, 
onda  o n la rd a n   hansını  bizim   axtardığım ız  elm  kim i  qəbul  etm ək 
olar və  b u   elm ləri  bilənlərdən  hansını  axtarılan  p redm etin  ən  yaxşı 
bilicisi say m aq   olar? Axı  eyni  b ir şey üçün səbəbin  bü tü n  növlərinin 
olması  tam am ilə  m üm kündür;  m əsələn,  ev  üçün  hərəkət  inşa  sənəti 
və inşaçı;  «nəyin  nam inə» -  tikinti;  m ateriya -  torpaq  və daş;  form a
-   ev  niyyəti  (loqos).  Və  əgər  elm lərdən  hansının  m üdriklik  kimi 
qəbul edilməsi m əsələsindən çıxış edilərsə,  onda o n lard a n  hər birini 
m üdriklik  ad la n d ırm a q   üçün  əsas  var.  D oğrudan  d a,  bütün  digər 
elmlərin  sanki  kölə  olduğu,  etiraz  edə  bilmədiyi  m əqsəd  və  xeyir 
(çünki  başqası  onların  n am inə  m övcud  olur)  h a q q ın d a   elmi 
müdriklik  ad lan d ırm aq   necə  olardı?  M üdriklik  isə,  b ir  haldaki  ilk 
səbəblər  və  id ra k a   dah a  layiq  olan  h aqqm da  elm   kimi 
müəyyənləşdirilmişdir,  onda  m üdrüklük  m ahiyyət  h a q q ın d a   elm
67

kimi  qəbul  olunm ahdır.  D o ğn ıd an   da  eyni  bir  pıedm eti  m üxtəlif 
cüıə bilənlərdən  d ah a çox  biləni  bu  predıneti  onun  qeyri-varhğına' 
görə  deyil,  vaıiığına  görə  biləndir;  belə  biliyə  m alik  olanlar 
arasında  isə  başqalarından  d ah a  çox  biləni  və  d a h a   çox  şeyin 
m ahiyyətini  bilən  çox  biləıı  sayılır;  şeyin  kəmiyyətini  və  hansı 
keyfiyyətə  m alik  olduğunu  və  ya  öz  tə b iə tn ə   görə  nəyə  qad ir 
olduğunu  və  hansı  dəyişikliyə  m əruz  qaldığım   bilən  isə  dah a  çox 
bilən  sayıla  bilməz;  digər hallarda isə  biz  hesab edirik  ki,  nəyi  isə o 
cümlədən sü b utu n2 nə olduğunu  (məsələn,  kvadrata  çevrilm ənin  nə 
olduğunu:  o rta   [mütənasibliyin]3  tapılm asım ,  digər  hallarda  da 
bunun  kimi)  bildıkdə  onun  nə  üçün  lazım  olduğunu  bilirik.  Digər 
tərəfdən  hər bir dəyişkənliyə m ünasibətdə olduğu kim i  bu və  başqa 
yaram şa  və  hərəkətə  m ünasibətdə  də  hərəkətin  başlanğıcını 
bildikdə  özümüzü  bilən  sayırıq.  O  isə  m əqsəddən  və  ona  əks 
olandan  fərqli  başlanğıcdır.  Beləliklə,  düşünmək  olar  ki,  bu 
səbəblərdən hər birinin tədqiqi ayrıca bir elmirı işidir.
M übahisəli 
məsələlərdən  biri  də 
sübutun 
başlanğıcları 
haqqında,  bu  sahədə  bir  yoxsa  bir  neçə  elmin4  olduğu  ilə  bağlı 
məsələdir.  Sübut  zam am   ham ının  əsaslandığı  qəbul  olunm uş 
müddəaları 
m ən 
sübutun 
başlanğıcları 
adlandırıram : 
belə
başlanğıclardan  biri nəyə  aid olm asından  asılı  olm ayaraq  ya təsdiq 
ya da in k ar edilm ənin zəruriliyi, eyni bir zam anda var olm anın həm  
də  yox  olm an m   mümkünsüzlüyü  və  bu  (pbıldən  olan  digər 
m üddəalardır;  məsələn,  bu  m üddəalaıia  mahiyyəti  öyrənən  elm 
məşğul  olu r  yoxsa  başqa  bir  elm  və  əgər  eyni  bir  elm  məşğul 
olmursa,  o n d a  on lard an   hansı  bizim  indi  axtardığım ız  elm  kimi 
qəbul edilməlidir? O m üddəalarla yalnız bir ehnin məşğul olduğunu 
qəbul  etm ək  üçün  yetərincə  əsas  yoxdur,  D oğrud an  da,  o 
m üddəaları  düşünm ək  hansısa  başqa  bir  elmin  işi  yox,  həndəsənin 
xüsusi  işidir?  O d u r  ki,  əgər  bu  iş  hər  bir  ayrıca  elınə  eyni  dərəcədə 
aid  olub,  am m a  bütün  elmlərə5  aid  ola  bilməzsə,  onda  o 
başlanğıcların  dərki  nə  başqa  elmləıin,  nə  də  mahiyyəti  dərk  edən 
elmin  xüsusi  işi  deyildir.  O ndan  başqa,  belə  başlanğıclar  haqqında 
elm  hansı  m ənada  mümkündür?  O nlardan  hər  birinin  nədən  ibarət 
olduğunu  biz  indi  də  bilirik  (hər  halda  digər  sahələrdə  də  artıq 
məlum  başlanğıclar  kimi  onlardan  istifadə  edilir).  Ə gər  onların 
haqqında  sübut  elmi6  varsa,  onda  bu elmin  əsasında  d u ran   bir cins 
olm alıdır və o başlanğıclardan bəziləri onun xassələri,  digərləri isə -  
aksiom lar  o lm ahdır  (çünki  hər  şey  üçün  sübut  m üm kün  deyi]):  axı
68
sü b u t  nəyəsə  aid  olan  b ir   şeydən  çıxış  edilm ək  və  nəyisə7 
əsaslandırm aq  üçün  verilm əlidir.  Beləiiklə,  bəlli  olur  ki,  sübut 
o lu n a n   hər  şey  bir  cinsə  m əxsus  olmalıdır,  çünki  sü b u t  edən  bütün 
elm lər aksiom lardan8 eyni  dərəcədə istifadə edirlər.
A m m a  əgər  m ahiyyət  h a q q ın d a   elm  və  s ü b u tu n   başlanğıclan 
h a q q ın d a  e]m ayrı-ayn elm lərdirsə,  onda soruşulur:  onlardan hansı 
təb iə tin ə   görə  başlıca  və  birincidir?  Axı  ak sio m la r  ən  yüksək 
üm um ilik dərəcəsinə m alik  o lu b   hər şeyin  başlanğıclarıdır.  Və əgər 
o  başlanğıclara  m ünasibətdə  nəyin  doğru,  nəyin  yalan   olduğunu 
təd q iq  etmək fılosofun işi deyilsə, onda kimin işidir?
Ümumiyyətlə,  bütün  m ahiyyətlər  h aqqm da  b ir  elm  yoxsa  bir 
çox  e]m lər vardır?  Əgər  b ir  ço x   elmlər  varsa,  o n d a   hansı  mahiyyət 
bizim   axtardığımız  elm in 
predm eti  kimi  q ə b u l  edilməlidir? 
M ah iy y ətin   hamısını  bir  e lm in   tədqiq  etməsi  az  inandırıcıdır;  belə 
o lsa y d ı,  onda  sübutla  m əşğul  olan  hər  bir  elm  özlüyündə  bu  və  ya 
b a ş q a   predm etə  xas  o la n   təsadüfı  xassələri  üm um iliklə  qəbul 
o lu n m u ş   m üddəalardan  çıxış  etməklə  təd q iq   etdiyindən  bu 
m ahiyyətlərin  təsadüfi  xassələri  haqqında  da  b ir  sü b u t  elmi  olardı. 
O d u r   ki,  söz eyni  bir cins  h a q q ın d a   getdiyindən,  [b u   cinsə]  məxsus 
o la n   təsadüfı xassələri eyni  m üd d əalardan çıxış  etm ək lə araşdırm aq 
b ir e lm in  işidir:  axı tədqiq ed ilən  cins də bir elm in  predm etidir, giriş 
m ü d d ə a la r  -   bir  elmin  p red m e ti  də  ya  onu n  özü,  ya  da  başqası 
o la c a q ;  ona  görə də b ir cinsə  məxsus  olan  təsadüfi  xassələr onlara9 
ə s a s la n a n   elmlərin  yaxud  b ir  elmin  m əşğul  olm asından  asılı 
o lm a y a ra q  bir elmin  p red m eti olmalıdır.
S o n ra ,  tədqiqat  yalnız  m ahiyyətlərəm i  yoxsa  onların  təsadüfı 
xassələrinədəm i  aiddir?  M ə n   nəzərdə  tu tu ra m   ki,  məsələn,  əgər 
cisim   də  xətt  və  ya  m üstəvi  kimi  bir  m ahiyyətdirsə,  onda  sual 
d o ğ u r,  həm  bu  m ahiyyəti  və  həm   də  bu  cür  hər  b ir  cinsə  məxsus 
olub  riyaziyyat  elm lərində  sü b u tu   verilən  təsadüfi  xassələrin  dərk 
edilm əsi eyni bir elmin  işidir,  yoxsa m üxtəlif elm lərin? Əgər bu eyni 
bir  elm in   işidirsə,  o n d a   m ahiyyət  h aqqında  elm   də  sübut  elmi 
o lac a q ,  ona  baxm ayaraq  elə  hesab  edilir  ki,  şeyin  mahiyyətinə 
m ünasibətdə  sübut  yoxdur.  Ə gər  bu  iş  m üxtəlif  elm lərin  işidirsə, 
o n d a   mahiyyətin  təsadüfi  xassələrini  tədqiq  ed ən  elm  nədən 
ib arə td ir?  Bu suala cavab verm ək son dərəcə çətindir.
S o n ra ,  yalnız  hiısslərlə  q av ran ılan   m ahiyyətlərin  yoxsa  onlarla 
y a n a şı  digər  mahiyvətlərin  d ə  mövcud  olduğu  q ə b u l  edilməlidir? 
Ə g ər  həmçinin  [başqa  m ahiyyətlərin]  də  m övcud  olduğu  qəbul
69

edilm əlidirsə,  onda  eydosları  və  sözlərinə  görə,  riyaziyyat  elmlərilə 
araşdırılan  aralıq  predmetləri  qəbul  edənlərin  təsdiq  etdiyi  kim i  o 
cür  m ahiyyətlərin  hər  bir  növü  vardır  yoxsa  bir  neçə  növü?  Biz10 
hansı  a n la m d a   eydosları  özlüyündə  m ahiyyətlər  və  səbəblər  qəbul 
edirik,  o n larm   haqqına  biz,  ilk  m ühakimələrimizdə  dam şm ışıq". 
Ancaq  fb u  təlimlə bağlı] çox m üxtəlif çətinliklərin olması ilə  yanaşı, 
bir  tərəfdən,  [görünən]  d ü n y a d a 12  olanlarla  yanaşı  hansısa 
m ahiyyətlərin  varlığını  təsdiq  etm ək,  digər  tərəfdən  də  -   bu 
m ahiyyətləri  hisslərlə  q av ran ılan   şeylərlə  eyniləşdirmək  ancaq 
birincilərin  əbədi,  ikincilərin  isə  keçici  olduğunu  söyləmək  xüsusilə 
cəfəng  səslənir.  D oğrudan  d a ,  özlüyündə  -   insanm ,  özlüyündə  -  
atm ,  özlüyündə  -   sağlamlığm  olduğunu  təsdiq  edirlər  və  tanrı 
vardır,  a n c a q   o  insana  bənzərdir  deyənlər  kimi  hərəkət  edib 
b ununla  kifayətlənirlər.  Ə slində  o n lar  d a   əbədi  insanlardan  başqa 
bir  şey  düşünməm işlər,  o n lar  d a   eydoslan  hisslərlə  qavranılan 
şeylərlə əbədiyyət əldə etmiş m ahiyyətlər kim i (jəbul etmişlər.
S o n ra ,  əgər  eydoslar  və  hissləıiə  qavranılan  şeylərlə  yanaşı 
aralıq predm etlərin varlığını fərz  etsək,  o n d a  burada çox çətinliklər 
yaram r.  A xı  aydındır  ki,  bu   h a ld a   özlüyündə  -   xətt  və  hiss  ilə 
q av ran ılan   xətt  ilə  yanaşı  [aralıq]  xətt  də  mövcud  olmalıdır;  bu 
digər [riyazi predm etlərə] də aid d ir;  o d u r ki,  göy cisimləri  haqqında 
təlim belə elm ləıdən13 biri o ld u ğ un d an  hiss ilə qavranılan göy,  səma 
ilə yanaşı  hansısa  bir səma,  G ünəş, Ay  və s.  də olmalıdır.  A m m a bu 
cür  deyim lərə  necə  inanm aq  olar?  Axı  belə  səmanın  hərəkətsiz 
olduğunu  fərz  etm ək  üçün  heç  bir  əsas  yoxdur,  onun  hərəkətli 
olması isə heç m üm kün deyil.
B u n u   harm oniya  haqq ın d a  da  demək  ohır  ki,  onu  optika  və 
riyazi  təlim   əsasında  tədqiq  etm ək  olarnıı?  Axı  harm oniya 
göstərilən  səbəblərə  görə  hiss  ilə  qavran ılan   şeylərlə yanaşı  mövcud 
ola  bilm əz.  D oğurdan  da,  əgər  hisslərlə  qavranılan  aralıq  şeylər14 
və  aralıq  hissi  qavrayışlar  varsa,  onda  aydm dır  ki,  özlüyündə  -  
canlı  v a rh q la r  və  təsadüfi  canlı  varlıqlar  (keçici,  fərdi  olanlar 
Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə