Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?



Yüklə 1,41 Mb.
səhifə1/493
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#1193
  1   2   3   4   5   6   7   8   9   ...   493

Terapiya
1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?
A) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının

B) Ağrıkəsicilərin

C) İltihab əleyhinə preparatların

D) Hərarətsalıcı preparatların

E) Öskürək əleyhinə preparatların
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup dərman preparatları təyin olunmur?
A) Öskürək əleyhinə preparatların

B) İltihab əleyhinə preparatların

C) Antibakterial preparatların və antiseptiklərin

D) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər)

E) Hayxırmanı stimullaşdıran vasitələrin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
3) Kəskin bronxit zamanı hansı halın mövcudluğu dərhal antibakterial terapiyanın keçirilməsinə göstəriş deyil?
A) Xəstəliyin ağır kliniki gedişatı

B) İrinli bəlğəmin əmələ gəlməsi

C) Ağır intoksikasiya

D) Təngnəfəsliyin əmələ gəlməsi

E) Hərarətin yüksəlməsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
4) Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin aparıcı simptomu hansıdır?
A) Dodağın selikli qişasının sianozu

B) Leykositoz və EÇS - nin artması

C) Güclü üzücü quru öskürək

D) Bəlğəmli öskürək

E) Təngnəfəslik
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin