Daniel Defo “Robinzon Kruzo” əsəri Qəhrəmanı özündən məşhur yazıçı



Yüklə 22,97 Kb.
səhifə1/3
tarix10.05.2022
ölçüsü22,97 Kb.
#57495
növüYazı
  1   2   3
Daniel Defo


Daniel Defo “Robinzon Kruzo” əsəri


Qəhrəmanı özündən məşhur yazıçı... Ta qədim dövrlərdən bu günkü günədək yaşamış məşhur yazıçıların, şairlərin adlarını çəkəsi olsaq bizə bir qəzet səhifəsi deyil cild-cild kitablar lazım gələcək. Bəli, ömürlərini bədii yaradıcılığa, qələmə həsr etmiş söz adamları çox olmuşdur. Və mən belə deyərdim, xoş o şəxsin halına ki, belə nəhənglərin kitablarını bacardığı qədər çox oxuya bilmişdir. Amma onu da eiraf etmək lazımdır ki, dəyərli söz adamları hər nə qədər olsa da bəşəriyyət, cəmiyyətlər bütün dövrlərdə onların varlığına, insanlarda bədii zövqü formalaşdıran, mənəviyyatı zənginləşdirən istedad sahiblərinə həmişə ehtiyac duyulub. Həmin ehtiyac elə bu gün də var, yəqin ki, sabah da olacaq.

Çox maraqlıdır, bu istedadlar sırasında elələri də var ki, onların yaratdıqları obrazlar, qəhrəmanlar müəllifin öz adından, imzasından daha məşhur olub, yazıçının qəhrəmanı ilə tanıyıblar. İnsanlar Don Kixotu Servantesdən, Ovodu Voyniçdən çox tanımırlarmı? Jan Valjan, Qvazimoda Viktor Hüqo qədər məşhur deyilmi? Yaxud Martin İdenin də adı heç Cek Londondan az çəkilmir. Əminəm ki, Daniel Defo haqqında da eşitməyən elə adamlar var ki, Robinzon Kruzodan daha çox şeylər danışa bilrələr. Ser Defo Robinzon Kruzo haqqında yazdıqlarını təxminən dörd yüz ilə yaxındır ki, adamlara oxutdurur. Məncə oxutdurmağa hələ davam etdirəcək də. (Əlbəttə, belə məşhurların sırasını artırmaq da olar, məncə buna ehtiyac yoxdur).

Əslində adlarını çəkdiyim və ya çəkmədiyim belə nəhəng söz adamlarının öz şəxsi həyatları da maraqlı, qəribəliklərlə dolu olub. Oxuduqca oxumaq istəyirsən. Daniel Defonun həyatı kimi.


Yüklə 22,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin