Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə1/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   23
untitled

 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ 
 
 
 
 
 
İLQAR HÜSEYNOV 
NİGAR ƏFƏNDİYEVA 
 
 
 
 
 
 
 
 
 
 
QƏDİM  DÜNYA  
MƏDƏNİYYƏTİ 
 
DƏRSLİK 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI  2009 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
2
 
 
63.3(0)3 
H 95 
Dərslik Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin “Tətbiqi kulturologiya” 
kafedrasının müdiri, kulturologiya elmləri doktoru İlqar Həsrət oğlu Hüseynov və kulturologiya 
elmləri doktoru Nigar Timuçin qızı Əfəndiyeva tərəfindən hazırlanmışdır. 
 
Redaktor:  Pərviz Rzaquliyev, ETRTMM-nin əməkdaşı,
 
azerbaijan books@mail.ru
Elmi 
Ağalar Abbasbəyli, tarix elmləri doktoru, 
 BDU-nun 
“Beynəlxalq münasibətlər” 
Rəyçilər: 
Əlikram Tağıyev, f.e.d., AMEA-nın şöbə 
 
Ramiz Zöhrabov,  sənətşünaslıq doktoru, 
 Niyazi Mehdi f.e.d., professor.
Dizayn: 
Rəşad Rzaquliyev, 
rashad156@mail.ru
   
 
 
 
İlqar Hüseynov, Nigar Əfəndiyeva. 
Qədim dünya mədəniyyəti. Dərslik. Azərbaycan dilində. 
 
 
“Qədim dünya mədəniyyəti” adlı  dərslik Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 
Universitetinin tarixində yenilik kimi qiymətləndirilə bilər. Dərslikdə  bəşəriyyətin min illərlə 
yığıb saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və  gələcək nəsillərə çatdırdığı  mənəvi 
sərvətlərin və  dəyərlərin öyrənilməsi və  mənimsənilməsi problemləri müqayisəli kulturologiya 
baxımından araşdırılır, milli adət və  ənənələr, dini xüsusiyyətlər, beynəlxalq mədəni  əlaqələr, 
qədim dövr mədəniyyəti və incəsənətinin tarixi-mədəni-ədəbi abidələrinin tədqiqinə geniş yer 
verilir. Dərsliyə 400-dən çox abidənin fotoşəkili daxil edilmiş, onlardan hər birinə annotasiya 
verilmişdir. Dərslik ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti və  tələbələri, 
mədəniyyət və incəsənət işçiləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur. 
 
Naşir - Pərviz Rzaquliyev, 
azerbaijan_books@mail.ru
 
“Mars-print” NPM, 2009. 
 
432 səh., 60x84/16, tiraj-1000. 
 
 
ISBN 
978-9952-8087-1-2 
  © 
İlqar Hüseynov 
   
 
 
 
 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
3
 
MÜNDƏRİCAT 
 
GİRİŞ 
İBTİDAİ DÖVRÜN MƏDƏNİYYƏTİ 
QƏDİM MİSİR MƏDƏNİYYƏTİ 
HET MƏDƏNİYYƏTİ 
FƏLƏSTİN 
MESOPOTAMİYA MƏDƏNİYYƏTİ 
QƏDİM FİNİKİYA
QƏDİM ASSURİYA MƏDƏNİYYƏTİ 
QƏDİM URARTU DÖVLƏTİ
QƏDİM MİDİYA DÖVLƏTİ
QƏDİM MANNA DÖVLƏTİ
QƏDİM İRAN MƏDƏNİYYƏTİ 
QƏDİM AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 
QƏDİM HİNDİSTAN MƏDƏNİYYƏTİ 
QƏDİM ÇİN MƏDƏNİYYƏTİ 
ORTA ASİYA XALQLARI
İSKİTLƏR (SKİFLƏR)
QƏDİM YUNAN MƏDƏNİYYƏTİ 
QƏDİM ROMA MƏDƏNİYYƏTİ 
XÜLASƏ 
ЗАКЛЮЧЕНИЕ
SUMMARY 
“QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ”  FƏNNİ ÜZRƏ 
ƏDƏBİYYAT 
ЛИТЕРАТУРА
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
4
 
GİRİŞ 
 
Müasir dövrdə  qədim dünya mədəniyyəti və incəsənətinin öyrənilməsi, tədqiqi və  tətbiqi mövcud 
sivilizasiyalar və insan cəmiyyətləri üçün aktuallıq kəsb edir. Bu baxımdan qədim dünya mədəniyyəti və 
incəsənətinin kulturologiya elminin tədqiq obyekti kimi ön plana çəkilməsi dövrün zəruri tələbi kimi əsas 
prioritetə çevrilir. Müasir cəmiyyətin inkişafında insanın kamil bir şəxsiyyət kimi formalaşmasında 
kulturologiya elminin böyük əhəmiyyəti vardır. Kulturologiya - ümumbəşəri və milli mədəni proseslərin 
obyektiv qanunauyğunluqlarını, insanların maddi və  mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva 
edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, 
mədəni dəyərlərin yaradılması, artırılması, qorunub gələcək nəsillərə ötürülməsini həyata keçirir. Bu elmi 
zamanın özü yaratmışdır. Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etika, estetika və. 
s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmişdir. 
Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas 
komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir sahədir. 
Kulturologiya müxtəlif cəmiyyətlərdə mədəni həyatı öyrənir və bununla da əsas mədəni-tarixi tiplərin 
nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi qloballaşan 
müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd edək ki, 
kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, 
proseslər və müəssisələrdir. 
Kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı  əlaqəsini və 
qarşılıqlı  təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir 
tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı  əlaqəsini, digər tərəfdən isə 
insanın ona təsirini və  əks-təsirini öyrənir. Kulturologiya bir elm kimi XX əsrin  əvvəllərində meydana 
gəlmişdir. Onun yaranmasında ABŞ alimi Lesli Uayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Uayt öz 
nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Uaytın bu elmi tədqiqatı "insan və  mədəniyyət" 
anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir. 
Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll 
halında baxır. Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi 
komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o, 
mədəniyyətləri və sivilizasiyaları  dərindən və  hərtərəfli  şəkildə öyrənir, onun məzmun və mahiyyətini üzə 
çıxarır, hansı səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir. 
Kulturologiya dünyada gedən prosesləri, həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub 
saxlanılmasını, inkişaf etdirilməsini və  gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir vəzifə kimi qoyur. 
Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, 
ətraf mühitə  və s. amillərlə qarşılıqlı  əlaqəsini araşdırır və onun inkişaf meyllərini öyrənir. Bu baxımdan 
informasiya-kommunikasiya və rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəki 
mədəniyyət sənayesinin təşəkkülü kulturoloji prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən 
bu tendensiyalardan baş  çıxara bilən kulturoloq kadrların hazırlanması ölkəmiz üçün böyük aktuallıq kəsb 
edir. 
Mədəniyyət insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da o, həm də hər 
bir yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir. 
Bu mühit həm yaradıcılığa həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz 
bu zənginliklər “mədəniyyətşünaslıq” və ya “kulturologiya” kimi anlamların yaranmasına, onların ictimai 
şüurda möhkəm yer tutmasına şərait yaradır. 
İctimai-siyasi quruluşların xüsusiyyətlərindən asılı olaraq mədəniyyət və kulturologiya anlayışlarına 
müxtəlif mövqelərdən yanaşılmışdır. XX əsrin əvvəllərində yaşamış türk alimi Ziya Göyalpa görə “kültürlə 
mədəniyyət” bir-biri ilə  fərqlənən anlayışlardandır. Ziya Göyalpın fikrincə “kültür milli olduğu halda, 
mədəniyyət uluslararasıdır-beynəlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetik, dil, 
iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu-ahəngdar bir bütünüdür. Mədəniyyət isə eyni inkişaf 
səviyyəsində olan bir çox millətlərin toplumsal ictimai həyatlarının ortaq bir bütünüdür...”
1
 
Kulturologiya insanşünaslığa xidmət edən və qloballaşan dünyada cəmiyyətimizin gələcək inkişafı 
üçün son dərəcə aktual olan elmlərdən  ən vacibidir. Bu elm bəşəriyyətin min illərlə  yığıb saxladığı, 
zənginləşdirdiyi, bir-birinə verdiyi və  gələcək nəsillərə çatdırdığı  mənəvi sərvətlərin və  dəyərlərin 
öyrənilməsi və  mənimsənilməsi üsulları haqqında bir elm olub, bu mənəvi dəyərlərin quruluşu, ondan 
                                                 
1
 
Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, “Maarif”, 1991, s. 40. 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
5
istifadə olunması, inkişafı, fəaliyyəti və s. məsələləri öyrənir. Bu gün insan tərəfindən mədəniyyət 
fenomeninin kəşfi, onun mexanizminin açılması, cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsini tələb 
edir. Bu həm də insanın özünün cəmiyyətdəki yerinin və rolunun müəyyən edilməsinə, bir mədəniyyətin 
digərindən fərqlənməsinə kömək edir. Kulturologiya insanın mənəvi aləmini,  şəxsiyyətin müəyyən sosio-
kultur rolunu, insanın mədəni təkmilləşməsi, həyat tərzini, mentalitetini, əxlaqi-mənəvi keyfiyyətlərini və 
dəyərlərini, insanla elmin qarşılıqlı münasibətini və s. öyrənir. Bu mənada qloballaşan dünyada kulturologiya 
Azərbaycan cəmiyyəti üçün olduqca zəruri bir elmdir. Bu elm mövcud cəmiyyətdə yeridilən mədəniyyət 
siyasətinin  əsas prioritetlərini müəyyən edir. Mədəniyyət üçün prioritet olan kulturologiya sahəsi bu gün 
bəşəriyyətin min illərlə  yığıb saxladığı, zənginləşdirdiyi və  gələcək nəsillərə layiqli səviyyədə çatdırdığı 
mənəvi sərvətlər toplusudur ki, bu toplunu qorumağa isə biz hamımız borcluyuq. 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
6
 
İBTİDAİ DÖVRÜN MƏDƏNİYYƏTİ VƏ İNCƏSƏNƏTİ 
 
Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə 
aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə  qədər qalır və tarixi, kulturoloji baxımdan 
öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı 
qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir. 
Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və  tədqiqat 
nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək  əşyaları və s.) qədim keçmişi öyrənmək 
üçün çox əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir. Bu abidələr vasitəsilə  qədim insanların yaşayış evləri, 
istifadə etdikləri əmək alətləri, adət-ənənələri, dini görüşləri haqqında məlumatlar əldə edilir, onların yaşayış 
və məişət tərzi, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan öyrənilir. 
Müxtəlif tipli qəbir abidələri-daş qutu qəbirlər,  torpaq qəbirlər, kurqanlar,  küp qəbirlər, taxta qutu, 
katakomba və onlardan əldə edilmiş materiallar qədim insanların adət-ənənələri, dünyagörüşləri, dini 
inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir. 
Qəbir abidələri insanlar arasında müxtəlif dəfn mərasimlərinin mövcud olduğunu göstərir. Mərhumun 
qırmızı oxra ilə boyanması, parçalanaraq, yandırılaraq dəfn edilməsi adətləri olmuşdur. Dəfn adətləri və 
qəbir avadanlıqları qədim insanların axirət dünyasına inamlarının olduğunu göstərir. 
Təqribən beş min il bundan əvvəl bəzi xalqlarda yazı meydana gəlmişdir. Papirus, gil lövhələr, ağac, 
daş, dəri, parça, kağız və s. üzərində yazılı tarixi mənbələr dövrümüzə qədər gəlib çıxmışdır. Hələ qədimdə 
əl ilə kitablar yazılmışdı.  İsgəndəriyyə kitabxanasında 700 min cild əlyazmasında kitab olmuşdur.  İndiyə 
qədər qalmış yazıların çoxu oxunmuşdur, lakin hələ də alimlərin oxuya bilmədiyi bəzi yazılı mənbələr var. 
Alimlər bu yazılı tarixi mənbələr (sənədlər) əsasında tarixi-kulturoloji biliklər əldə edirlər. 
Qədim  Şərq ölkələri geniş coğrafi  ərazidə  təmsil olunmuşdu.  Ən qədim  Şərq dövlətləri Misir, 
İkiçayarası (Mesopotamiya), Aralıq dənizinin şərqində, Kiçik Asiya, İran, Hindistan, Çin və digər ölkələrin 
ərazisində meydana gəlmişdi. Qədim ölkələrin siyasi və ictimai-iqtisadi problemlərinin, mədəniyyət və etnik 
proseslərinin öyrənilməsi bu ölkələrin ayrı-ayrılıqda tarixi, ümumi, fərdi və özünəməxsus cəhətləri barədə 
təsəvvür yaratmağa imkan verir. Fərqli cəhətlərinə baxmayaraq, qədim Şərq ölkələri vahid orqanizm idi, biri 
digəri ilə siyasi, iqtisadi, mədəni və etnik təmasda inkişaf tapırdı. 
Qədim  Şərq dövlətləri bir neçə inkişaf mərhələsi keçmişlər.  İlkin mərhələni sinifli cəmiyyət və 
dövlətin meydana gəlməsi dövrü təşkil edir. Bu mərhələnin e.ə. IV minilliyin sonu - III minilliyin xronoloji 
çərçivəsində müəyyənləşdirmək olar. Bu zaman Şərqin erkən dövlət qurumları meydana gəlmiş və bəziləri 
həmin dövrdə  də  tənəzzülə  uğramışlar. Bununla yanaşı, quldarlıq ictimai-iqtisadi münasibətlərin   ilk   
ünsürləri   özünü   büruzə      vermiş,   işğalçılıq siyasətinin  əsası qoyulmuş, xarici və daxili ticarət inkişaf 
etmişdi.  Orta mərhələ yeni, əvvəlki dövrə nisbətən sayca daha çox dövlət qurumlarının meydana gəlməsi, 
işğalçılıq müharibələrinin güclənməsi, quldarlıq istehsal üsulunun bərqərar olması, siyasi, iqtisadi və mədəni 
əlaqələrin genişlənməsi və  nəhayət, bu dövrün dövlətlərinin tənəzzülə  uğraması ilə  səciyyələnir. Eyni 
zamanda, “imperiya” xüsusiyyətli dövlətlərin yaradılmasına meyl artır. Bu mərhələ xronoloji cəhətdən e.ə. II 
və I minillikləri  əhatə edir. Bundan sonrakı  mərhələdə  rəqabət aparan dövlət və sülalələr meydana gəlir, 
quldarlıq quruluşunun böhranı başlayır və feodalizm ünsürləri üzə  çıxır. Eyni zamanda, bir sıra qədim 
dövlətlər siyasi təsir dairəsini genişləndirmək uğrunda mübarizə aparır. Bu mərhələ e.ə. IV əsrdən eramızın 
III-IV əsrlərinə qədər davam edir. 
İbtidai-icma quruluşunun dağılması və sinifli cəmiyyətin meydana gəlməsi ilk dəfə qədim Şərqdə baş 
vermişdir. Quruluşa xas olan bir sıra təsərrüfat formaları, dini təsəvvürlər, adət-ənənələr, incəsənət 
formalarının izləri sonrakı tarixi mərhələlərdə də öz əksini saxlamışdır. 
Dövlət də ilk dəfə Qədim Şərqdə meydana gəlmişdir. Dövrün ideologiyasının əyani vasitəsi olan dini 
“idarələr”-məbədlər ilk dəfə Qədim Şərqdə meydana gəlmişdi. Sadə məbədlər ilə yanaşı əzəmətli, bir neçə 
mərtəbəli zikkuratlar (qülləli məbədlər) inşa edilirdi. Məbədlərdə xidmət edən kahinlər təbəqəsi yaranmışdı. 
Ön Qafqaz və Orta Asiya ölkələrində dövlətlərin meydana gəlməsi bu mərhələnin müxtəlif dövrlərinə 
təsadüf edir. 
Qədim  Şərqdə  mədəniyyət və incəsənətin müxtəlif sahələri inkişaf etmişdi.  Əfsanəvi nağıllar janrı, 
tarixi-əfsanəvi  ədəbiyyat nümunələri,  ədəbiyyat, fəlsəfi fikirlər, təsviri sənət, elmi istiqamətlər qədim  Şərq 
xalqlarının  fəaliyyətinin və  bədii yaradıcılığının bəhrəsi olmuşdur. Xüsusilə Babil, Hind, Misir, Fələstin 
ölkələrindən  bu  sahəyə aid zəngin təsviri sənət nümunələri dövrümüzə gəlib çatmışdır. 
İlk yazı növü - piktoqrafiya (şəkli yazı, heroqlif) qədim  Şərqdə icad edilmişdir. Qədim  şumerlər, 
hindlilər, elamlar pıktoqrafik yazı sistemini yaratmış  və bundan təsərrüfat hesabı aparmaq uçun istifadə 
etmişlər. E.ə. IV minilliyin sonunda piktoqrafiya artıq tətbiq olunurdu. Piktoqrafiyanın ümumi oxşar 
cəhətlərinə baxmayaraq, onu işlədən hər bir xalqın ayrılıqda müstəqil yazı yaradıcılığı olmuşdur. 
Şəkli yazı mürəkkəb fikirləri ifadə edə bilmirdi. Elamda şəkli yazı  əsasında xətti yazı yaradılmışdı. 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
7
Artıq burada hər bir işarənin heca oxunuşu vardı.  Şumerdə  şəkli yazının inkişaf mərhələsini mixi yazı 
işarələri təşkil edirdi. İşarələr bəzi hallarda şəkli (ideoqrafık) oxunuşu saxlamış, digər hallarda isə heca kimi 
tələffüz olunurdu. E.ə. III minilliyin ortalarında artıq mixi yazıdan geniş istifadə edirdilər. Bu yazı sisteminin 
yaradıcısı  şumerlər idi. Mixi yazılar müəyyən dəyişiklik ilə qonşu xalqlar, o cümlədən akkadlar, elamlar, 
hürrilər, urartlar, farslar və başqaları  tərəfindən mənimsənilmiş, təsərrüfat və salnamə  mətnlərinin tərtib 
edilməsində istifadə olunmuşdur.  Şumer mixi yazıları akkadlılar tərəfindən təkmilləşdirilmişdi.  Şumer-
Akkad mixi işarələrinin sayı 600-dən çox olmuşdur. Hər işarənin bir neçə hecalı  mənası var idi. Qonşu 
xalqlar mixi yazıları öz dillərinə uyğunlaşdırmış, işarələrin sayını azaltmışdılar. 
Şərq tarixinin son dövründə ən geniş yazı sistemi arami yazısı olmuşdu. Arami dili Şərqdə beynəlxalq 
dilə çevrilmişdi. 
Coğrafi baxımdan qədim Yunanıstan və Roma qərbdə, Avropa qitəsində yerləşirdi. Bunlardan şərqdə 
və  cənub-şərqdə yerləşən ölkələr müvafiq surətdə Asiya və Afrika qitələrinə  mənsub idilər. Hələ  qədim 
zamanlarda Yunanıstan və Roma tarixi və publisist ədəbiyyatı Asiya əhalisini “Şərq xalqları” və “barbarlar”, 
ərazisini isə  “Şərq ölkələri” adlandırırdı. “Şərq” anlayışı sadəcə olaraq coğrafi məfhum kimi işlədilirdi. 
Hazırda “Qədim  Şərq” elmi anlayışı yunanların və romalıların tanış olduğu  ərazidən daha geniş ölkələri 
özündə  cəmləşdirir və onlara ilk zamanlar məlum olmayan ən qədim dövlətlərin tarixini əhatə edir. Antik 
ölkələr Misir, Aralıq dənizinin şərq sahili, Anadolu (Kiçik Asiya), Ön Qafqaz, İkiçayarası (Mesopotamiya), 
Orta Asiyanın cənub və qərbi, Hindistan ilə az-çox tanış idilər. Bəzi qədim Yunanıstan və Roma tarixçiləri 
adı çəkilən ölkələrin tarixi, əhalisinin adət-ənənələri, mədəniyyəti və incəsənəti barədə müəyyən məlumatlar 
saxlamışlar. Lakin Çin və digər Uzaq Şərq ölkələri haqqında onların heç bir təsəvvürü olmamışdır.  
Bəşər tarixində Misir, Finikiya, Suriya, Fələstin, Het, Urartu, Mesopotamiyada - Şumer, Akkad, 
Babilistan, Assuriya, İranda-Aratta, Kuti, Lullubi, Elam, Manna, Midiya, Mada, Haxamaniş, Parfiya, 
Atropatena, Ön Qafqazda - Albaniya, İberiya, Orta və Uzaq Şərqdə - Hindistan, Koreya, Vyetnam, Yaponiya 
və İndoneziya kimi ilk dövlətlər bu dövr ərzində meydana gəlmiş, sonra süquta uğramışlar. 
Qədim  Şərq ilk elmi biliklərin vətəni olmuşdur. Antik ölkələr qədim  Şərq mədəniyyətinin müəyyən 
təsirinə məruz qalmışdı. 
İbtidai icma quruluşu bəşər tarixinin ən uzun bir dövrünü əhatə edir. Avropa, Asiya və Afrikanın isti 
iqlim sahələrində ilk dəfə insan əmələ gəlmiş və insan cəmiyyəti təşəkkül tapmağa başlamışdır. İbtidai icma 
quruluşunun tarixi insanın heyvanlar aləmindən ayrılması ilə başlanır. Müasir insana yaxın olan ən qədim 
insan tipi “Cənub meymunları” (Avstralopitek) olmuşdur. Bu insan tipinə aid qalıqlar Afrikada (Keniya və 
Tanzaniyada) Rudolf gölü ətrafında tapılmışdır. Gürcüstan və Azərbaycan respublikalarının sərhədində olan 
Udabno kəndi yaxınlığında insanabənzər meymunların qalıqları aşkar edilmişdir. İbtidai icma quruluşu Daş, 
Tunc və Dəmir dövrlərinə bölünür. 
Daş dövrü aşağıdakı dövrlərə bölünür: 
1. Paleolit (Qədim daş) dövrü; 
2. Mezolit (Orta daş) dövrü; 
 3. Neolit (Yeni daş) dövrü. 
Paleolit (Qədim daş) dövrü e. ə. 12-ci minillikdə başa çatmışdır.  İnsanın  əmələ  gəlməsi və insan 
cəmiyyətinin təşəkkülü 2.6-3 milyon il bundan əvvəl başlanmışdır.  İlk insanlar təbii mağaralarda və açıq 
havada yaşamışlar. Alimlər  ən qədim insanların sümüklərinin qalıqlarına  əsaslanaraq onların xarici 
görkəmini müəyyən edə bilmişlər. Ən qədim insanlar iri meymuna oxşayırdılar. Onların əlləri dizlərinə qədər 
uzanır, ayaq üstə  gəzir, ov edir, yem toplayır, müdafiə olunurdular. Onların alnı ensiz və maili idi. Beyni 
müasir insan beynindən kiçik idi. İlk insanların beyninin tutumu 600-700 sm

həcmində olmuşdur. İnsanın 
əmək fəaliyyətinə başlaması onun beyninin inkişafına, nitqinin yaranmasına, qamətinin düzəlməsinə kömək 
etmişdir. Paleolit dövrünün ən qədim insan məskəni və insan qalığı Afrikada (Tanzaniyada) Oldovay 
dərəsində tapılmışdır. İndoneziyada Yava adasında Trinil şəhəri yaxınlığında pitekantrop, Çində sinantrop, 
Almaniyada Heyderberq və Neandertal vadisində Neandertal, Azərbaycan Respublikasının Füzuli şəhəri 
yaxınlığında, Quruçay vadisinin sol yamacında Azıx mağarasında Azıxantrop adamının qalıqları  aşkar 
edilmişdir. 
Qədim insanların vəhşi heyvanlar kimi iti caynaqları  və dişləri yox idi. Onlar vəhşi heyvanlardan 
qorunmaq üçün daş və dəyənəklərdən istifadə edirdilər. İnsanın ilk əmək aləti sivri daş, dəyənək və yerqazan 
çubuq olmuşdur. Əmək alətinin hazırlanması nəticəsində insanın əmək fəaliyyəti başlandı. İnsanın tədricən, 
ardıcıl əmək fəaliyyəti onun bütün orqanizminin dəyişməsinə səbəb oldu. Ən çox insanın əli, onunla birlikdə 
beyni inkişaf etdi. Alimlər əmək alətləri hazırlamaq bacarığı olan insanları “bacarıqlı insan” adlandırırdılar. 
İnsanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. İnsanlar meyvə və bitki köklərini və toxumlarını, quş 
yumurtalarını toplamaqla məşğul olurdular. Bu məşğuliyyət yığıcılıq adlanır. Qədim insanların yaşayışını 
təmin edən  əsas vasitələrdən biri də ovçuluq olmuşdur. Ovçuluq insanın  əsas məşğuliyyət sahəsinə 
çevrildikdən sonra yığıcılıq ikinci dərəcəli rol oynamağa başladı. 
İnsanlar vəhşi heyvanlardan müdafiə olunmaq, birgə qida əldə etmək üçün kollektivlərdə birləşdilər. 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
8
İnsanların tarixi birliyinin ilk forması olan ibtidai insan sürüsü meydana gəldi.  İbtidai insan sürüsü sabit 
deyildi. Onlar bir-biri ilə qarışır və ayrılırdılar. 
İnsanlar  əmək prosesində topladıqları  təcrübəni inkişaf etdirərək, nəsildən nəslə ötürmüşlər. Onlar 
əvvəlki  əmək alətlərini təkmilləşdirir, hər il yeni-yeni əmək alətləri hazırlayırdılar. Bir neçə yüz min il 
bundan əvvəl insanlar daşdan əl çapacağı, qaşov, bıçaq, sümükdən biz, iynə hazırlamışdılar. İnsanlar 20-30 
min il bundan əvvəl harpun düzəltdilər. Alətlər içərisində üstünlüyü daş alətlər tutduğuna görə bu dövr daş 
dövrü adlanır. Daş dövrü iki milyon ildən artıq davam etmişdir. 
Qədim insanın həyatında od böyük rol oynamışdır. İnsanlar ildırımın çaxması, üzvü maddələrin qızışıb 
yanması  nəticəsində baş verən yanğından od əldə etmişlər.  İnsan  əmək fəaliyyəti nəticəsində süni od əldə 
etməyi öyrəndi.  İnsan daşı daşa vuranda qızışıb qığılcım çıxmasını, ağacı deşəndə istinin yaranmasını 
müşahidə etmişlər. Azıx mağarasında 700 min il yaşı olan ocaq yeri aşkar olunmuşdur. Odun əldə edilməsi 
insanın heyvanlar aləmindən ayrılmasını sürətləndirdi. 
Mükəmməl əmək alətləri və oda yiyələnən insanlar daha geniş ərazilərə yayılmağa başladılar. Afrika, 
Asiya və Avropada məskən salmış insanlar sonralar Amerika və Avstraliyaya yayılmışlar. Son tədqiqatlar 
təsdiq edir ki, Berinq boğazının ayırdığı Uzaq Şərqlə Alyaska yarımadası əvvəllər bitişik olub. Təqribən 11 
min il bundan əvvəl Orta Asiyadan köçmüş insanlar Amerikaya gedib çıxmışlar. 
Təqribən 100 min il bundan əvvəl yer üzündə kəskin soyuqlar düşdü və axırıncı buzlaşma başlandı. 
Qalınlığı 2 km-ə  qədər olan buzlaqlar cənuba irəliləyirdi. Heyvanların bir qismi cənuba çəkildi, bir qismi 
yeni iqlimə uyğunlaşdı, bir qismi isə məhv oldu. İnsanlar tundranın və soyuq çöllərin iqliminə uyğunlaşdılar. 
Bu dövrün insanları pusquda duraraq vəhşi heyvanları üstü ağac budaqları ilə örtülmüş çuxura, ya da 
uçuruma salıb ovlayırdılar.  
İlk paltarı dəridən olan insan təbii mağaralarda məskunlaşmışdı. Düzən yerlərdə mamont sümüyündən 
və dəridən yurd tikirdilər. Milyon illər ərzində insanın şüuru və nitqi inkişaf etdi. Paleolit dövrünün sonunda 
təqribən 40 min il bundan əvvəl neandertal tipli insanlar müasir tipli insana çevrilməyə başladılar. Alimlər bu 
insan tipini “ağıllı insan” (homo sapiyens) adlandırdılar. “Ağıllı insanın” beyni “bacarıqlı insanın” beynindən 
iki dəfə böyük idi, aydın nitqə malik idi, məntiqi düşünməyi bacarırdı, düz qamətli, hündürboylu idi. Təbii 
şəraitdən asılı olaraq, yəni isti, sərt küləklər, şaxtaların təsiri ilə “ağıllı insanın” zahiri görünüşündə fərqlər 
yarandı, ağ irq (avropoid), qara irq (neqroid), sarı irq (monqoloid) meydana gəldi.  İbtidai insan sürüləri 
tədricən qəbilə (nəsil) icmasına çevrildi. Təqribən 30 min il bundan əvvəl nəsli icma və ya qəbilə meydana 
gəldi. Qan qohumluğu ilə bir-birinə bağlı olan, əmlakı ümumi olan, birgə yaşayan və birgə fəaliyyət göstərən 
insan kollektivinə  qəbilə deyilir. Qəbilə ibtidai insan sürüsünə nisbətən sabit idi. Qəbilədə kişilər ov edir, 
balıq tutur, əmək aləti düzəldirdilər. Qadınlar uşaq saxlayır, yeməli bitki yığır, dəridən paltar tikir, yemək 
hazırlayır və s. işlər görürdülər. Qəbilədə əsas işləri qadınlar yerinə yetirirdi. Ona görə də qohumluq ana xətti 
ilə müəyyən edilirdi. Qəbilənin ilk dövründə ana nəsli (matriarxat) hökmran idi. Qəbiləni ağsaqqallar idarə 
edirdi. Onlar əmək alətlərinin hazırlanması, qidanın toplanması  və bölüşdürülməsinə, gənclərə ovçuluğun 
öyrədilməsinə rəhbərlik edirdilər.  
Qədim insanların birlikdə çalışdıqları  nə ümumi əmlaka birlikdə sahib olduqları bu cür yaşayış 
qaydası ibtidai icma quruluşu adlanırdı.  İbtidai icma quruluşunda qədim insanlar kiçik kollektivlərdə 
yaşayırdılar, birgə  işləyir, ümumi əmlaka malik idilər, istismar yox idi, əmək məhsulu bərabər 
bölüşdürülürdü. Bu quruluşda yaşayanları ibtidai insanlar adlandırırdılar. 
MEZOLİT (yunanca “mezos” orta, “litos” daş deməkdir) dövrü e. ə. XII-VIII minillikləri əhatə edir. 
Bu dövrdə havalar istiləşdi, buzlaqlar əridi və şimala çəkildi, buzlar əriyən yerlərdə kolluqlar, meşələr əmələ 
gəldi. Heyvanlar da şimala tərəf yayıldı. İnsanlar heyvanların ardınca gedir, Avropanın şimalında çayların və 
göllərin kənarında məskunlaşırdılar. Bu dövrdə ox, kaman, ox ucluğu və s. kəşf edildi. Çaylardan və 
göllərdən keçmək üçün ağacdan sal düzəldilirdi, ağacın gövdəsini oyub qayıq qayırırdılar. İnsanlar əvvəlcə 
iti, sonra isə qara mal, qoyun və digər heyvanları əhliləşdirməyə başladılar. Mezolit dövründə ilkin əkinçilik 
vərdişləri meydana gəldi.  
Paleolitin sonu və Mezolit dövründə bir neçə qəbilə birləşib tayfa əmələ gətirirdi. Tayfa üzvləri eyni 
ərazidə yaşayır, bir dildə danışırdılar. Tayfaya daxil olanların ümumi adətləri var idi. Tayfanın işini 
ağsaqqallar şurası idarə edirdi. 
NEOLİT (yunanca “neos” yeni, “litos” daş deməkdir) dövrü daş dövrünün son mərhələsini - e.ə. VIII-
VI minillikləri əhatə edir. Daş əmək aləti daha da təkmilləşdirilir. Cilalanmış və ağac sapı olan daş baltalar 
əvvəlki əmək alətlərindən daha məhsuldar idi. Belə əmək alətləri ilə ağac kəsmək və təmizləmək daha asan 
olurdu. 
İnsan toxumun yerə düşməsini, onun cücərməsini, inkişafını və məhsul verməsini dəfələrlə müşahidə 
etmişdir. İnsanlar sahələri kolluq və meşəlikdən təmizləyir, əkinçiliklə məşğul olmağa başlayırlar. Qadınlar 
ağaca buynuzdan, yaxud daşdan ucluq düzəldib toxa adlanan əkinçilik aləti ilə yeri şumlayır və taxıl 
əkirdilər. Ən qədim əkinçilərin əmək aləti toxa idi. Belə əkinçiliyə toxa əkinçiliyi deyirdilər. Sünbülü iti daş 
qəlpələri taxılmış buynuz və sümükdən düzəldilmiş oraqla biçirdilər. Toxa əkinçiliyi yığıcılığa nisbətən 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
9
qəbiləni daha çox qida ilə təmin edirdi. Beləliklə, yığıcılıqdan əkinçilik meydana. gəldi. 
İnsanlar ilk dəfə iti əhliləşdirmişlər. İt və oxla ov uğurlu olurdu. İt ovu axtarıb tapır, insan ovu uzaqdan 
oxla vura bilirdi. Bu da qəbilədə qida bolluğu yaradırdı. İnsanlar quzu, çəpiş, donuz balası, buzovu və digər 
heyvan balalarını  kəsmədilər, onları saxlayıb böyütdülər. Beləliklə, ovçuluqdan maldarlıq meydana gəldi. 
İnsanlar indiyə kimi təbiətdə olan heyvanları ovlayır, balıq tutur, bitki toplayırdılar. Əkinçilik və maldarlıq 
yaranandan sonra insanlar özləri əkir, taxıl toplayır, heyvan saxlayır, öz tələbatlarını ödəyirdilər. Yığıcılıq və 
ovçuluq artıq yardımçı təsərrüfat sahələrinə çevrildi. 
Neolit dövründə insanlar cilalı daş baltalardan, balıqçılıqda tordan, harpundan, qarmaqdan istifadə 
etmiş,  əkinçiliyin inkişafı ilə oturaq həyat tərzinə keçmişdi. Neolit dövründə gil (saxsı) qablar istehsalı, 
əyiricilik, toxuculuq meydana gəlmişdir. Kətan nə yun liflərindən sap əyirir, sapdan parça toxuyur, 
parçalardan dəriyə nisbətən yüngül və rahat paltar tikirdilər. Alimlər bu yenilikləri “neolit inqilabı” 
adlandırmışlar. 
Avropanın  şimalında meşə zolağında ovçu və balıqçı tayfalar su yaxınlığında, çay kənarlarında 
məskən salırdılar. Sibirdə ən qədim neolit mədə-niyyəti V minilliyə aiddir. Türkmənistanda Çeytun əkinçilik 
məskəni, Anadoluda Çayönü və “Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə. VII 
minillikdə ehtimal ki, Zaqros dağlarında  əkinçilik və maldarlıq meydana gəlmişdir. Zaqros dağları  və 
Anadolu buğdanın və arlanın vətəni olmuş və buradan dünyanın digər ərazilərinə yayılmışdır. 
Eneolit (“eneos” - latınca mis, “litos” isə yunanca daş deməkdir, mis-daş) dövrü e.ə. VI-IV minillikləri 
əhatə edir. Bəşər tarixində metal əsri mis dövrü ilə başlayır. İnsanın istifadə etdiyi ilk metal mis olmuşdur. 
Mis emalının qədim izləri Ön Asiyada təqribən 7 min il bundan əvvəl Anadoludakı Çayönü, Çatal hüyük 
məskənlərində  və Mesopotamiyada tapılmışdır.  İnsanlar misdən balta, xəncər, nizə, bəzək  əşyaları, evdə 
işlənən  əşyalar düzəltməyə başladılar. Mis yumşaq olduğuna görə daşı  sıxışdıra bilmədi. Mislə yanaşı daş 
alətlər də işlədilirdi. Elə buna görə də bu dövrə mis-daş dövrü deyirlər. Bu dövrdə toxa əkinçiliyi üstünlük 
təşkil edirdi, çiy kərpicdən evlər tikilir, gildən qadın fiqurları düzəldilir, boyalı qab istehsalı genişlənirdi. 
Eneolit dövründə  əhali cənubda  əkinçilik, maldarlıqla, sənətkarlığın müxtəlif sahələri ilə  məşğul 
olurdular. Lakin şimalda əhalinin əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Torpaq toxa ilə becərilir, taxıl 
sümük və buynuzdan düzəldilmiş oraqlarla biçilir, əl dəyirmanında üyüdülürdü. Əkinçilər oturaq həyat 
tərzində yaşayırdılar. Eneolit dövrünə aid abidələr Anadoluda, Mesopotamiyada, Orta Asiyada (Anau, 
Hamazqantəpə və s.), Ukraynada (Tripolye mədəniyyəti və s.) Azərbaycanda (Kültəpə, Şoumtəpə və s) və 
digər ərazilərdə aşkar edilmişdir. 
Qədim insanların birlikdə çalışdıqları nə ümumi əmlaka birlikdə sahib olduqları  Neolit dövründə gil 
(saxsı) qablar istehsalı, əyiricilik, toxuculuq meydana gəlmişdir. Kətan nə yun liflərindən sap əyirir, sapdan 
parça toxuyur, parçalardan dəriyə nisbətən yüngül və rahat paltar tikirdilər. Alimlər bu yenilikləri “neolit 
inqilabı” adlandırmışlar.  
Avropanın  şimalında meşə zolağında ovçu və balıqçı tayfalar su yaxınlığında, çay kənarlarında 
məskən salırdılar. Sibirdə ən qədim neolit mədəniyyəti V minilliyə aiddir. Türkmənistanda Çeytun əkinçilik 
məskəni, Anadoluda Çayönü və “Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə. VII 
minillikdə ehtimal ki, Zaqros dağlarında  əkinçilik və maldarlıq meydana gəlmişdir. Zaqros dağları  və 
Anadolu buğdanın və arlanın vətəni olmuş və buradan dünyanın digər ərazilərinə yayılmışdır. 
İbtidai (buna arxaik də deyirlər) mədəniyyət bəşəriyyət tarixinin ilkin mərhələlərində meydana 
gəlmişdir.  İbtidai (arxaik) mədəniyyətin bir sıra xüsusiyyətləri diqqəti cəlb edir. Hər  şeydən  əvvəl, ibtidai 
mədəniyyət ən qədim mədəniyyət tipidir, o bütövlükdə ibtidai insanların bütün tarixi boyu onların varlığını 
müəyyən edir. İkincisi, bizimlə «yanaşı» yaşayan və bir sıra adamların təkəbbürlə primitiv mədəniyyət 
adlandırdığı xalqların ibtidai, arxaik mədəniyyəti müasir dövrdə  də vardır. Üçüncüsü, qədim mədəniyyət 
müasir mədəniyyətin üzvi və olduqca əhəmiyyətli hissəsini təşkil edir. Tədqiqatçılar mədəniyyətin insanlara 
öz davranışını  təşkil etmək üçün bir sıra strategiyalar bəxş etdiyini göstərirlər.  İbtidai, arxaik 
mədəniyyətlərdə  təqlid strategiyası mühüm yer tutur. İkinci strategiya məkan-zaman  əlaqələri və 
asılılıqlarının fərdi-sistematik müşahidəsidir. Bu barədə çoxlu misallar gətirə bilərik. Onlardan bir neçəsini 
nəzərdən keçirək. «Qara pəncə» adlı hindu qəbiləsi qabaqcadan baharın gəlişini öldürülmüş dişi bizonun 
(vəhşi öküzün) bətnindəki rüşeymin inkişaf səviyyəsi ilə  xəbər verə bilirdilər. Bu cür qabaqcadan 
xəbərvermə adətən dəqiq olurdu. Yaxud da hindu osaqa qəbiləsi vəhşi bitkilər-qarğıdalı  və  vəhşi öküzü 
ovsunda birləşdirirdi. Bu çulğaşma aşağıdakı kimi izah olunurdu. Yayda osaqa qəbiləsi çöldə qarğıdalı 
çiçəklənənə  qədər vəhşi öküzü ovlayırdı. Onlar yaxşı bilirdilər ki, qarğıdalı çiçək açdıqdan az sonra 
yetişməyə başlayır. Bu o demək idi ki, qarğıdalı məhsulunu yığmağa qayıtmaq vaxtı gəlib çatmışdır. 
Üçüncü strategiya analogiyaya görə  əqli nəticənin çıxarılmasıdır. Animist təfəkkürün oxşar 
əlamətlərini ayırmaq zərurəti buradan doğur. Animistik təfəkkür isə yer üzünü, təbiəti ilahi qüvvələr, ruhlar 
və iblislərlə doldurur. Bu strategiyanı  təsdiq edən nümunələr çoxsaylıdır. Məlum olduğu kimi, piqmey 
tayfalarının biri dişə bənzər çovdar mahmızı ilan vuran zamanı çarə kimi tətbiq edirdilər. Yaxud da paleolit 
dövründə bəşəriyyətin mədəni inkişafında böyük inqilab sayılan odu götürək. Bütün xalqların mifologiya və 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
10
əfsanələrində od əbədiyyət simvoludur. Ona görə  də  əfsanələrdə od yaradılmamışdır,  əksinə, allahlardan 
oğurlanıb, insanlara verilmişdir. 
İnsan xarakteri mürəkkəb olub, kosmik, bioloji, psixi, sosial və  mədəni aspektlərə malikdir. Bu 
baxımdan ibtidai mədəniyyət dedikdə, böyük tarixə malik yığıcılıq və ovçuluq mədəniyyəti nəzərdə tutulur. 
İbtidai mədəniyyətin spesifik xüsusiyyətlərindən biri onun yekcinsliyidir. Müasir kulturologiyada sosial-
mədəni sistemlərin katerogen (qeyri-yekcins), qomagen (yekcins) və qomeostatik tiplər kimi üç tipi 
göstərilir. Birincisi üçün aksioloji (dəyər) plüralizmi; ikincisi üçün differensiyasiya edilmiş, antaqonist 
maraqlara malik olan çoxsaylı sosial qrupların mövcudluğu səciyyəvidir. 
İbtidai-sosial-mədəni sistem öz inkişaf dinamikasına malik olub, mövcud sistemli strukturun yenidən 
dirçəlməsinə imkan verir. İbtidai mədəniyyətin digər xüsusiyyəti onun sinkretikliyidir ki, bu da öz 
təcəssümünü totemizmdə tapmışdır. Onun üçüncü xüsusiyyəti isə tabu (qadağalar) mədəniyyətini təmsil 
etməsidir. 
30 min il ərzində arxaik mədəniyyət aradan çıxmamış, bu gün də yaşayır. «Əcdadlar kultu» 
formasında tarixi dünya anlamı prinsipini insanlar çox qədim dövrlərdə  dərk etmişlər. Onlar yaxınlarının 
birdəfəlik bu həyatı  tərk etməsinə inana bilmirdilər. Belə hesab edirdilər ki, ölülər onlarla yanaşı yaşayır, 
davranışlarını, adətlərə  sədaqətlərini müşahidə edirlər. Deməli indi ilə keçmiş arasında bir növ asılılıq, 
qırılmaz əlaqə mövcuddur. Mədəniyyət elementləri bu cür yaranmışdır. 
Müasir dövrdə biz onları «tarixi yaddaş», «məsuliyyət», «vətənpərvərlik», «vicdan», «ləyaqət», 
«borc» və s. Adlandırırıq. Arxaik mədəniyyətin qalıqları saysız-hesabsız xırda  şeylərlə  məsələn, kosmik 
gəmidəki həmail (gözmuncuğu), qaranlıqdan qorxma, tatuirovka (bədənə  şəkillər döydürülməsi) və s. 
göstərmək olar. Bunlar yuxarıda qeyd etdiyimiz kimi, saysız-hesabsızdır. Burada müəyyən 
qanunauyğunluğun olduğunu nəzərə almaq lazımdır. Həyati situasiyalar (doğum, ölüm, dəfn, nikah, xəstəlik 
və s.) əhəmiyyətli olduğu qədər də ibtidai mədəniyyət irsi, onun mərasim, simvol, psixoloji qaydaları  və 
stereotipləri də mühüm yer tutur. 
Bəzi tədqiqatçılara görə müasir cəmiyyətin mədəniyyətində sivilizasiya təbəqəsi olduqca zəifdir və 
çətin situasiyalarda (zorakılıq, aclıq, qorxu, sosial böhran və kütləvi psixoz) onlar tez təzahür edir. 
Bu zaman ibtidai şüurun güclü fantomları  təzədən dirçəldilir, müvafiq mədəni forma alır, müharibə 
təbilləri gurlayır, insanlar təsəvvürlərində yaratdıqları düşmən cəsədləri üzərində  rəqs edir, onların məhv 
edilməsinə ürəkdən sevinirlər. 
Sosial hipnoz (ibtidai cəmiyyətdə bu kollektiv rəqs və nəğmə oxunması ilə təmin edilirdi) işi o yerə 
gətirir ki, insanlar yalnız onlara təlqin edilən  şeyləri görürlər, yerdə qalanlarmı isə  rədd edirlər. Bəşər 
mədəniyyətinin başlanğıc mərhələsinin qanunauyğunluqlarının anlaşılmasında  əsas problem onun öz 
xarakteri ilə bağlıdır. Həqiqi arxaiklik bizdən minilliklərlə bir məsafədə durur. Neolit dövrünün homo 
sapiyensinin şüuru, birbaşa öyrənilməkdən çox fərziyyə predmeti kimi daha faydalı ola bilər. Hətta müasir 
dövrdə geridə qalmış  qəbilələrin  şüurunu öyrənmək də  çətindir. Çünki onlar bu və ya digər dərəcədə 
sivilizasiyanın təsirini görə bilmişlər.  İbtidai mədəniyyəti anlamağın ikinci çətinliyi onun formalarının 
çoxsaylı və rəngarəng olmasında, ümumiləşdirilməyin demək olar ki, qeyri-mümkünlüyü ilə əlaqədardır. 
On min illərlə bir dövrü əhatə edən ibtidai mədəniyyətdə ümumi, bütöv olan bir şey tapmaq 
mümkündürmü?  İbtidai mədəniyyətin inkişafında çoxsaylı  mərhələlərin olduğunu çox az adam inkar edə 
bilər. Müasir Avstraliya aborigenləri, eskimoslar, Cənubi Amerika ovçuları-hindularının mədəniyyətində 
ümumi qanunauyğunluqlar tapmaq olduqca çətindir. Görəsən bizim şüurumuzla ibtidai insanın  şüuru 
arasında köklü fərqlər olmuşdurmu? Bu sualın cavabının birinci variantını təkamül məktəbinə daxil olanlar 
verir. Əsas müddəa budur: insan psixikası cəmiyyətin inkişafının bütün mərhələlərində birtiplidir. Təfəkkür 
qanunları universal və dəyişməzdir. 
İbtidai insanların dinə  qədərki fikirlərinə aid nəzəriyyələr kifayət qədər  əsaslandırılmamışdır, çünki 
ibtidai insanların dünya haqqında təsəvvürlərinin müxtəlif formalarına aid materiallar daha çoxdur. Əgər 
buraya ibtidai inkişaf mərhələsində yaşayan, məsələn, Avstraliya aborigenlərini və b. həyat tərzinin 
öyrənilməsini də daxil etsək, güclü və  zəngin material əldə etmiş olarıq.  İlkin dini təsəvvürlər kompleksi 
çoxcəhətlidir. Lakin onların  əksəriyyəti son nəticədə  təbiətdə insanın yeri və rolu, insanın  ətraf aləmlə 
əlaqələrinin öyrənilməsi baxımından bir sıra forma və metodlara bölünür. Bu formalar totemizm, animizm, 
magiya, fetişizm və mifologiyadan ibarətdir. Yuxarıdakı formaların hamısı vacib olsa da, onların içərisində 
mifologiya özünəməxsus yer tutur. Mifologiyada insanlara öz totem-əcdadları ilə əlaqəsini, təbiətin bu və ya 
digər qüvvəsinin canlılaşdırılması, fetişin və magiyanın sehrli gücünü izah edən material istənilən qədərdir. 
Müxtəlif xalqların rəngarəng miflərinin və müxtəlif adlar altında çıxış edən allahları, qəhrəmanları və 
mifik hökmdarlarının olmasına baxmayaraq, ən qədim dövrlərdə  bəşər mədəniyyətinin ümumi cəhətlərə 
malik olması heç kimdə şübhə doğurmamalıdır. Bu vəhdətin mövcudluğu mifin özünün atribut və s. cəhətləri 
ilə bu və ya digər sosial-etnik birliklərin müəyyən inkişaf mərhələsində xalqların mənəvi mədəniyyəti və 
mental təcrübəsinin nümunəsi rolunda çıxış etməsi tamamilə doğrudur. Lakin mif təkcə xatirə-yaddaş deyil, 
həmçinin insan fikrinin sərbəst uçuşudur ki, cəlbedici mədəniyyət dünyasına daxil olmaq üçün göstərilən 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
11
cəhdin nağıl xassəli, fantastik və realist istəkləri məcmusu hesab oluna bilər.  İnsan fikri gündəlik konkret 
qayğılardan xilas olaraq poetik səyahətin sonsuz nöqtələrinə doğru istiqamət götürə bilir. Mifdə müasir 
sivilizasiyanın mənəvi potensialını doğuran ilkin rüşeym açıq-aydın görünür. Qədim cəmiyyətlərdə dünyanın 
dərki və insanın oradakı yeri əslində mifdə, mifologiyada səlis şəkildə anlaşıla bilərdi. Mif fərdi şüura qarşı 
qoyulan, ondan köklü şəkildə  fərqlənən kollektiv şüurun inikasıdır. Mif mədəniyyətin kollektiv tərəfindən 
sakral dərk edilməsidir. Mif ilkin dini təsəvvürlər komplektinin mərkəz oxu olmuşdur. Onun ümumi 
mədəniyyətlə  əlaqəsi  şəksizdir. Mif ilkin fikrin məcburi, zəruri formasıdır. Onun formalaşdığı kollektiv 
təsəvvürlər nə praktik müşahidələrin rasionalizminə, nə  də abstrakt mühakimələrə  əsaslana bilməzdi. 
Qrupların təsəvvürləri, hər  şeydən  əvvəl emosional əhval-ruhiyyəyə, özünü gerçək mühitə daxil etməyə 
arxalanır. 
Mifopoetik təfəkkür öz prinsipləri və öz məntiqi olan təfəkkürdür. Mifin fərqləndirici cəhəti 
ziddiyyətləri aradan qaldırmaq cəhdidir. Onun vəzifəsi bu ziddiyyətlərin nisbiliyini sübut etmək, onu əhatə 
edən dünya ilə eyniləşdirmək, insanı, onu əhatə edən dünya ilə vəhdətə gətirmək, insan və təbiətin, təbiət və 
cəmiyyətin uyğunluğuna nail olmaqdır. 
Hər hansı bir din kimi, mifin də son məqsədi qrupa mənəvi rahatlıq təmin etmək və bununla da onu 
yad şəraitə, özünü dərkinə, hətta düşmən əhatəsində olsa belə özünü təsdiqinə şərait yaratmaqdır. 
Arxaik mədəniyyəti təcəssüm etdirən miflər haqqında müasir təsəvvürlər bir sıra nəticələri çıxarmağa 
imkan verir:  
- Miflər adamların öz varlığını  dərk etmək və  şüurlu  şəkildə emosional və  məntiqi assosiasiyaların 
köməyi ilə varlıqla çulğaşmaq cəhdidir.  
- Mifoloji təfəkkürün xüsusiyyətləri ümumi, mücərrəd anlayışların çatışmamağı ilə əlaqədardır.  
- Mif ibtidai insanın şüurunun intuitiv olaraq təbiət hadisələrinin qaydası və qanunauyğunluğunun dərk 
edilməsidir.  
- Miflərin quruluşu insan psixikasının müəyyən xüsusiyyətlərini ifadə edir.  
- Miflər kollektiv təcrübə ilə  əlaqədardır, bu isə individ üçün etiqad obyekti, əcdadların müdrikliyi 
kimi olmuşdur. Fərdi təcrübə onu dəyişdirə bilmir; mif əcdadların etiqadı kimi, subyektin işi kimi 
yoxlanmırdı, məntiqi əsaslandırılmağa ehtiyac hiss etmirdi.  
- Mif təbiətin qanunauyğunluğunu  əks etdirirdi, mücərrəd təfəkkürün zəifliyinə görə onları 
şəxsləndirirdi, onları şüurlu fəaliyyət göstərən iradə ilə birləşdirirdi. Buradan isə mifologiyanın əsas fəaliyyət 
göstərən simaları-allahlar təzahür edirdi.  
- Mifologiya - insanın özünü ifadə etməsi vasitəsidir. Mif insan yaradıcılıq qabiliyyətinin təzahürünün 
ən qədim və  əbədi formasıdır. Miflər sistemi, müxtəlif tipli mifologiyalar özündə  bəşər mədəniyyətinin 
müxtəlif forma və tiplərini əks etdirir. 
Totemizm, animizm, magiya. Totemizm (Şimali Amerika hindularının dilindən götürülmüşdür). 
Totemizm totemə (onun qəbiləsi sözündəndir) - insan kollektivlərinin (qəbilə, tayfa) ilə müəyyən heyvan və 
bitki növləri, habelə hər hansı bir predmet arasında guya mövcud olan fövqəltəbii qan qohumluğu əlaqələrinə 
etiqad edilməsindən ibarətdir. Bu insan kollektivindəki vəhdəti və  ətraf aləmdə onun əlaqələrini başa 
düşməyin birinci forması hesab olunur. Əmələ  gəlməkdə olan qəbilə kollektivinin həyatı onun üzvlərinin 
ovladıqları müəyyən heyvan növləri ilə  sıx bağlı  idi.  Bu  və ya digər heyvanın həmin ovçu kollektivi ilə 
qohumluğu haqqında illüziyalı təsəvvürün meydana gəlməsi totemizm üçün əsas olmuşdur. Tədricən belə bir 
təsəvvür inkişaf edib, şüurlara hakim kəsilir ki, bu heyvan həmin qəbilənin üzvlərinin ümumi əcdadıdır, yəni 
totemidir. 
İbtidai insanların istehsal fəaliyyəti, qəbilə və tayfaların sayı artdıqca, balıq totemləri və bitki totemləri 
haqqında təsəvvürlər yaranıb möhkəmlənirdi. Nəticədə xüsusi totem bayramları yaranır, həmin totemin 
yeyilməsi mərasimi bu bayramlarda əsas yer tuturdu. Əslində  mərasimin bu cəhəti kollektivin qüvvəsini, 
onun  əti yeyilən totemlə qan qohumluğunu möhkəmləndirməli və bununla da totemin təkrar istehsalına 
zəruri  şəraitin təminatçısı olmalı idi. İndinin özündə  də bir sıra xalqlar arasında totemizmin qalıqları öz 
varlığını saxlamaqdadır. Hazırda adamların heyvana (məsələn, canavara, ayıya) çevrilə bilməsinə, 
heyvanların isə insan şəkli almasına olan etiqad formasında özünü göstərir. 
Totemizm elementləri özünü mifologiyada daha çox qoruyub saxlaya bilmişdir. Mifologiya isə 
özlüyündə ibtidai cəmiyyətin fəlsəfə tarixi hesab oluna bilər. Həmin cəmiyyətin dünyagörüşü isə mahiyyətcə 
mifoloji xarakter daşımışdır. Lakin həmin cəmiyyətin mənəvi-konseptual və idrakı sahələrində onun 
mədəniyyətinin iki qatı olan totemizm və magiya (sehrbazlıq) mühüm rol oynamışdır. Həm kitablardan, həm 
də xalqımızın tarixindən bizə  məlumdur ki, bu və ya digər heyvan, yaxud quş necə böyük hörmətə malik 
olmuşdur. Türk xalqlarında qurd, at, it qaranquş, göyərçin və s. heyvan və quşların etiqad və inamlarda öz 
xüsusi yeri vardır.  
Bu proses bütün dünya xalqlarında, mövcud olan dünya dillərində baş vermişdir. Məsələn, Qədim 
Misirdə allah Ra öküz obrazında, Osiris qırğı başlı təsvir olunurdu. Yunanıstanda Zevs guya insanlara öküz 
və yaxud qartal, eləcə də qu quşu simasında görünürdü. 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
12
Allah Pan keçi ayaqları və buynuzları ilə yunan etiqadlarında məlum idi. Finikiya ilahəsi Aştart inək 
simasında, obrazında təqdim olunmuşdur. Meksika günəş allahı Teskatlipoka ayı başlı,  Şumer allahı Eya 
insan-balıq, xristian allahı Xristos quzu obrazında bizə  məlumdur. Qədim yunanların dinlərində ovçuluq 
ilahəsi Artemida xallı maral simasında təsvir olunmuşdur. Dəhşətli görünüşü olan köpək Serber cəhənnəmin 
girişinin mühafizəçisi olmuşdur. 
Bəzi ibtidai xalqlarda belə bir təsəvvür mövcud idi ki, insanların mənşəyi heyvanlarla, quşlarla, 
balıqlarla, hətta həşəratlarla əlaqəlidir. Kaliforniyalı Koyot hinduları belə hesab edirlər ki, onların əcdadları 
canavar olmuşdur. Sibir xalqlarının  əksəriyyəti - Ob xantları, Ural mansiləri mifik təsəvvürlərinə görə öz 
mənşələrini ayıdan, dovşandan, qazdan, durnadan, balıqdan və qurbağadan götürürdülər. 
Heyvanlar adamların hamisi rolunda çıxış edir, onlara öz işlərində köməkçi olurdular. Məsələn, 
Kanada eskimoslarında ilahə Sedna dişi morj obrazında xeyirxahlıq mücəssəməsi idi. Labrador 
eskimoslarında kişi allahları  ağ ayı simasında təsvir olunurdu. Bir sıra xalqların miflərində heyvanlar 
insanlara od verir, insanlara sənət öyrədir, mərasim və adətləri aşılayır. Buryat əfsanəsinə görə, birinci şaman 
qartal olmuşdur. O, qadınla  əlaqəyə girərək ona şamanlıq etməyi öyrətmişdir. Koryaklarda və çukçalarda 
ilahi qarğa dünyanın, torpağın, çayların və  hətta insanların yaradıcısı hesab olunur. O, insanlara sənət 
öyrətmiş, onlara maral vermişdir. Çox vaxt insanın ruhu da heyvan obrazında təsəvvür edilirdi. Məşhur 
filosof Plotin (III əsr) ölərkən onun yaxın dostu çarpayının altında ilan görür. İlan tez divarın yarığında 
gizlənərək yox olur. Filosof tam əmin idi ki, həmin ilan Plotinin ruhudur. 
Qədim farslarda itlər  ən böyük hörmətə malik idi. Onların fikrincə insan öldükdən sonra onun ruhu 
«itlərə» keçir. Ona görə də öldükdən sonra insanın cəsədi itlərə yedizdirilirdi. 
Etiqad edilən heyvanları incitmək olmazdı. Qədim Misirdə müqəddəs heyvanın öldürülməsi ölümlə 
cəzalandırılırdı. E.ə. V əsrdə  məşhur yunan tarixçisi («tarixin atası») Herodot yazırdı ki, Misirdə pişiyin 
ölümü oğulun ölümündən betər sayılırdı.  İnkişafın daha sonrakı  mərhələlərində animizm (latınca  nimus
nima-ruh, can deməkdir), yəni ruhlara etiqad meydana gəlmişdir. Bu inam, əqidə qədim dövr insanlarının, ən 
qədim  əcdadlarımızın fövqəltəbiiliyi haqqında təsəvvürlərinin formalaşmasında mühüm rol oynamışdır. 
Animizm insanlarda anlayış yaratmaq qabiliyyəti özünü göstərəndən sonra əmələ  gəlmişdir. Bu inkişaf 
mərhələsində aləmin ikiləşməsinə - real və fövqəltəbii aləmə bölünməsinə imkan yaranır. Sonralar 
fövqəltəbii aləmin real aləm üzərində hakim olması haqqında inam formalaşır.  İbtidai insanın aləmi onun 
fantaziyasının məhsulu olan ruhların insanların, heyvanların, bitkilərin, təbiət obyektlərinin, insanın yaratdığı 
predmetlərin ruhlarının «məskənidir». Daha sonralar isə bu və ya başqa predmetdən ayrılan, onu tərk edən 
ruhlar haqqında təsəvvürlər meydana gəlir. Bu qayda ilə müxtəlif kortəbii qüvvələrin və təbiət hadisələrinin 
ildırım, günəş, ay, planetlər, dağlar, dənizlər, çaylar, və meşələrin ilahiləşdirilməsi prosesi baş verirdi. 
Ruhlar - insanla daimi qarşılıqlı təsirdə olan mifoloji varlıqlardı. İnsanların hamiləri olan ruhlar, nəsil 
ruhları,  əcdad ruhları, xəstəlik ruhları,  şamanların köməkçi ruhları, müxtəlif obyektlərin, sahələrin, təbiət 
qüvvələrinin sahiblərinin ruhları kimi müxtəlif ruhlar məlum idi. Ruhlar haqqında təsəvvürlər çox vaxt onları 
insanların «bənzəri», daha doğrusu mənəvi «bənzəri» kimi təqdim edir. Ruhlar çoxsaylı miflərdə və mifoloji 
əfsanə  və dastanlarda özünü göstərir. Həmin dastanlar isə guya konkret insanların başına gələn əhvalatları 
ifadə etməklə yanaşı, həmçinin insanların ruhlarla təması - görüşü haqqında hadisələri  əks etdirir. Ruhlar 
haqqında təsəvvürlər allahların obrazlarının formalaşmasında mühüm rol oynamışdır.  İnkişaf etmiş 
mifologiyalarda allahların və ruhların obrazları yanaşı mövcud olsa da ruhlar mifoloji sistemlərin daha aşağı 
səviyyəsinə aiddir. 
Beləliklə animizm ruhların təbiət hadisələrinin səbəbkarı mövcudluğuna inamı, bütün təbiətin canlı 
olmasına inamı ifadə edir. Qədim dünyanın mədəniyyətində animizm dini etiqadların universal forması idi. 
Elə bütün dini tamaşaların, mərasim və ayinlərin inkişaf prosesi animizmdən başlanmışdır.  
İbtidai xalqların mədəniyyətində magiya (sehrbazlıq) da mühüm rol oynamışdır. Magiya da ibtidai 
dini etiqadlara aiddir. Magiya müəyyən simvolik hərəkətlər (tilsimləmək, ovsunlamaq və s.) yolu ilə, yəni 
fövqəltəbii yolla ibtidai insanın hər hansı  təbii hadisələrə  təsir göstərmək imkanına olan etiqadından 
ibarətdir.  İbtidai cəmiyyətlərin üzvləri sehrbazlıq üsulları ilə hadisələrin gedişinə özünün arzu etdiyi 
istiqamətdə  təsir göstərməyə çalışırdılar. Magiya sonralar inkişaf etmiş dinin daha mühüm ünsürlərindən 
birinə çevrilmişdir, hər bir müasir dini kult sehrbazlıq hərəkətlərinin (ayinlər, sirlər, ibadətlər və s.) müəyyən 
sistemini özündə birləşdirir. Sehrbazlığın ovsunlamaq, falçılıq, qabaqcadan xəbər vermə, «bəd nəzər», 
caduya inam, «bağlamaq» və s. kimi qalıqları indi də məişətdə qalmaqdadır. 
İbtidai cəmiyyətlərdə geniş yayılmış etiqad formalarından biri də fetişizm hesab olunur. Fetişizm 
(fransızca fetiche - büt, tilsim deməkdir) müxtəlif maddi əşyaların fövqəltəbii xassələrinə etiqad olunmasına 
deyilir.  İbtidai insanın müxtəlif  əşyalardan, məsələn, daşlardan, ağaclardan, sonralar isə amuletlərdən 
(gözmuncuğularından, dualardan və s.), bütlərdən və s. fövqəltəbii kömək almaq ümidi fetişizmdə  əks 
olunurdu.  İbtidai cəmiyyətdə yaşamaq taleyinə düşən insanın praktiki fəaliyyətinin inkişaf etməsi və onun 
dərketmə imkanlarının məhdudluğu fetişizmin ilk mənbələri olmuşdur. İbtidai dövrlərdə fetiş öz-özlüyündə 
real mövcud olan predmet kimi pərəstiş obyekti olmuşdur. Sonralar isə onda «məskunlaşan» gizli fövqəltəbii 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
13
qüvvə haqqında təsəvvürlər meydana çıxır. Fetişizm dini pərəstişin zəruri komponentidir. Möcüzəli 
ikonalara, xaça, quru cəsədlərə, «müqəddəs yerlərə  pərəstiş edilməsi, tilsimlərin, amuletlərin, boyundan 
asılan xaçların və s. möcüzələr doğurduğuna etiqad edilməsi müasir dini praktikada fetişizmin daha 
xarakterik təzahürləridir. 
Cəlbedici predmetlər, gözəl görünən, eləcə də çirkin görünən şeylər fetişə çevrilə bilər. Predmet-əşya 
forması kimi fetişizm Qərbi Afrikada çox yaxşı saxlanılmışdır. Burada fetişlər hər yerdə nəzərə çarpır. Ən 
geniş surətdə yayılmış canlı fetişlər ilan (əjdaha) və qarğadır. Farslarda it və xoruz, Skandinaviyada ayı və 
canavar, Yunanıstanda - bayquş və s. fetiş sayılır. Canlı fetişlər qəbilə üzvləri üçün eyniləşdirici başlanğıcı 
ifadə etmirdi, onları eyni hesab etmək olmazdı. Onlar ya totemizmin özünəməxsus qalıqları, yaxud da güclü, 
müstəqil ruhların daşıyıcıları idi. Bəzi hallarda qəbilə üzvləri onlardan yararlana bilərdi. Ona görə  də bir 
xalqın bir neçə canlı fetişi olurdu. Məsələn, Qədim Misirdə  hər bir icma özünün canlı fetişinə malik idi. 
Ümummilli fetiş-müqəddəs öküz Apis olsa da, regional və yerli fetişlər də mövcud idi. Fivada - qoyun, 
Memfisdə - keçi, Bastda - pişik və s. fetiş hesab olunurdu. Qədim Roma miflərində canavarlar («Roma dişi 
canavarı»), ağacdələnlər və digər canlı varlıqlar haqqında danışılırdı. Onlar İtaliya yarımadasında yaşayan 
qəbilələrə düşmənə qalib gəlmək, qəhrəmanlıq göstərmək, gələcəyi görmək və s.-də kömək edirdi. 
Mədəniyyət tarixinin bir çox səhifələri fetişizmlə  əlaqədardır, lakin onlardan biri müasir insana olduqca 
amansız və qəbuledilməz şəkildə görünür. Söhbət kannibalizmdən (adam yeməkdən) gedir. Kannibalizm çox 
qədim tarixə malikdir. Əcdadlarımız olan neandertallar adamyeyənlər idi. Homo sapiyens 40 min əvvəl 
planetdə adamyeyən kimi peyda oldu. Sonralar insan mədəniyyəti qəti imperativ ilə adam yeməyi qadağan 
etdi. Sonra qan qarışdırmaya (yaxınlarla evlənmə) qadağa qoyuldu. İkinci qadağa daha universal idi və insan 
cəmiyyətində ciddi şəkildə qorunmağa başladı. Bu tabu (qadağa) kannibalizmdən daha qədimdir. «Tabu» 
ibtidai mədəniyyətlə  əlaqədar olan ən mühüm anlayışlardan biridir, onun pozulması  dəhşətlə müşahidə 
olunur. Tabunun qorunması təhlükədən xilas olunmağın yeganə vasitəsidir. 
İbtidai incəsənət.  İncəsənət tarixini yazanlar hələ keçən  əsrin sonunda yalnız ilkin incəsənət kimi 
Qədim Misir incəsənətindən başlayırdılar. 90 il bundan əvvəl bəşəriyyət kinonu kəşf etdiyi zamanda daş 
dövrünün incəsənətini, paleolit təsviri sənəti, rəssamlığını və heykəltəraşlığını da özü üçün aşkar etdi. Həmin 
vaxtdan başlayaraq ibtidai cəmiyyətin incəsənəti tədqiqat üçün ən populyar sahəyə çevrildi. Həmin proses 
indi də davam etməkdədir.  
İbtidai incəsənətin yaranması ilə  əlaqədar saysız-hesabsız nəzəriyyələr mövcuddur. Bədii fəaliyyət 
ibtidai mədəniyyətin bütün mərhələlərində mövcud olmuşdur. Ona görə də incəsənət onun varlığının daimi 
üsulu olmuşdur. Sənət alət istehsalından başlanır. İnsanın ən qədim alətinin tarixi 2.5 milyon il bundan əvvəl 
başlanır. İnsanların düzəltdiyi alətlərin materialına əsaslanan arxeoloqlar ibtidai dünyanın tarixini üç dövrə 
bölürlər. Bunlar daş dövrü, tunc dövrü və dəmir dövrüdür. Öz növbəsində daş dövrü də bir neçə alt dövrə 
bölünür. Ən qədim daş dövrü, yaxud paleolit (təqribən e.ə. 2.6 milyon ildən XII minilliyə qədər), orta daş 
dövrü, yaxud da mezolit (təqribən e.ə. XII minillikdən VII minilliyə qədər), yeni daş dövrü, yaxud da neolit 
(e.ə. XII minillikdən IV minilliyə qədər), mis daş dövrü, yaxud da eneolit (e.ə. III-II minilliklər), tunc əsri 
(e.ə. II-I minilliklər). Dəmir dövrü təqribən birinci minilliyin ortalarından başlayır. 
Öz növbəsində Paleolit də üç dövrə - aşağı, orta və yuxarı (yaxud da sonrakı) dövrə bölünür. İbtidai 
incəsənətin ilkin mərhələsi üçün səciyyəvi cəhəti sinkretizm (latınca birləşmə) olmuşdur. Bu da müxtəlif 
görüşlərin bir yerdə ifadə olunması idi. 
Dünyanın bədii mənimsənilməsi ilə  əlaqədar olaraq insanın fəaliyyəti eyni zamanda homo sapiyens 
(ağıllı insan) formalaşmasına da şərait yaratmışdır. Bu mərhələdə ibtidai insanın bütün psixi proses və 
həyəcanlarının imkanları hüceyrə  şəklində kollektiv şüuraltı  vəziyyətdə, arxetip adlanan proobrazda, ilkin 
formada olmuşdur. Dünyanın dərki kortəbii baş verirdi, hər bir anlayışın arxasında obraz, canlı  əməl 
gizlənirdi. Bizə gəlib çatan ilk ibtidai təsviri sənət əsəri Orinyak (Fransa) (e.ə. 33 min - 18 min) mərhələsində 
olmuşdur. Qadın heykəlciyi (daşda və sümükdə) həmin sənət  əsərlərindəndir. Həmin dövrdə heyvanların, 
mamontların, filin, atın, maralın ümumi cizgilərini  əks etdirən təsvirlər də yaranmışdır.  İbtidai incəsənət 
əsərləri əsasən ovçuluq və əmək prosesi ilə əlaqədar olmuşdur. 
Bir sıra sənətşünaslar paleolit dövrünün təsviri fəaliyyətini üç mərhələyə bölürlər. Onlardan hər biri 
keyfiyyətcə yeni təsvir formalarının yaranması ilə səciyyələnir.  
Sümük, təbii maket və s.-dən kor pozisiyalar, süni təsviri forma - iri gil heykəltəraşlığı, barelyef profil 
konturu, yuxarı paleolit təsviri yaradıcılığı, mağara yazıları, sümük üzərində qravyuralar - natural yaradıcılıq 
nümunələridir. 
Analoji mərhələni ibtidai incəsənətdə, tipik musiqi yaradıcılığında da görmək mümkündür. Musiqi 
(natural pantomimanın musiqi elementləri, təbiətdəki səslərin təqlidi, səsin təqlid motivləri, süni intonasiya 
formaları, səs yüksəltmə  vəziyyətini  əks etdirən motivlər, intonasiya ardıcıllığı, iki və üç səsli motivlər) 
hərəkət, mimika, jestlərdən və s.-dən ayrılmamışdı. 
Əvvəllər insanlar yalnız öz ehtiyacları üçün təbiətin verdiyi şeylərdən - daş, ağac, sümük və s.-dən 
istifadə edirdilər. Yeni daş dövründə insan sənət  əsərləri yaratmaq məqsədi ilə odadavamlı gildən istifadə 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
14
etməyə başlayır.  
İbtidai cəmiyyətdə  təsviri sənətin, demək olar ki, bütün növləri: rəsmlər, heykəlciklər, təsvirlər 
(mineral rənglərdən istifadə etməklə  rəngli təsvirlər vermək), heykəltəraşlıq (daşdan yonulmuş, yaxud da 
gildən düzəldilmiş fiqurlar) və s. yaranmışdı. Dekorativ sənət növləri (daş, sümük üzərində  işləmələr, 
relyeflər və s.) bu qəbildəndir. İbtidai cəmiyyətin inkişafının son dövründə bürünc, qızıl və gümüşün emalı 
ilə bağlı bədii sənət növləri yaranırdı.  
İbtidai icma dövrünün sonunda yeni memarlıq tikililəri - qalalar yaranmağa başladı. Sonralar yaşayış 
məskənləri, dəfnlə əlaqədar məqbərələr və s. meydana çıxdı. 
İbtidai dövrün incəsənəti dünya incəsənətinin sonrakı inkişafı üçün əsas olmuşdur. Qədim Misir, 
Şumer, İran, Hindistan, Çin, Azərbaycan və s. mədəniyyətlərin formalaşmasında ibtidai dövr mədəniyyətinin 
əvəzsiz xidməti olmuşdur. 
Dini görüşlər. Təqribən e.ə. XXX minillikdə ibtidai incəsənət meydana gəldi. Bu incəsənətin 
yaranması insanların gündəlik həyatı ilə bağlı idi. “Ağıllı insan” buynuzdan kiçik heykəllər düzəldir, sümük 
üzərində təsvirlər cızır, təbiətdən əldə etdiyi boyalarla mağara divarlarında rəsmlər çəkirdi. Belə təsviri sənət 
nümunələri  İspaniyada Altamira mağarasının divarlarında aşkar olunmuşdur. Mağarada təsvir edilmiş 
bizonların bir qismi sakit durmuş, digər qismi düşmən üzərinə atılan vəziyyətdə təsvir edilmişdir. Sonralar 
dünyanın müxtəlif yerlərində mağaraların divarlarında, qaya üzərində bu tipli ibtidai incəsənət nümunələri 
aşkar olunmuşdur. Beləliklə, incəsənət Paleolit dövründə yaranmışdır. 
İnsanlar ov və döyüş səhnələrini, ovlayacaqları heyvanların hərəkətlərini təqlid edirdilər. Buradan da 
rəqs meydana gəlmişdir. Bu yolla insanlar bildiklərini gənclərə öyrədirdilər. Memarlıq rüşeymləri, 
heykəltəraşlıq nümunələri Paleolit dövründə yaranmışdı. İnsanlar heyvanların gözəlliyini, onların zahiri və 
daxili aləmini təsvir edə bilmişlər. 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
15
 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
16
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
17
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
18
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
19


Yüklə 270,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə