Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 311,32 Kb.
səhifə1/14
tarix25.12.2016
ölçüsü311,32 Kb.
#3077
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   14


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

ƏLİYEVA ZƏRİFƏ

PEDAQOGİKA

(Mədəniyyət və İncəsənət təmayüllü ali məktəblərin

bakalavr pilləsində təhsil alan tələbələr üçün dərslik)

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi

«___» ______-ci il tarixi ______ saylı

əmri ilə təsdiq edilmişdir.

BAKI – 2004
Elmi redaktor: Ə.MƏMMƏDOV, professor

Rəyçilər: F.SADIQOV ped. elm. doktoru, professor ADMİU-nun prorektoru.

Ə.QƏDİMOVA ped. elm. namizədi,

Azərbaycan Respublikası Təhsil Problemləri İnsitutunun aparıcı elmi işçisi

M.Məmmədova ped. elm. namizədi, dosent Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin elmi işlər üzrə prorektoru

M Ü N D Ə R İ C A T

Ön söz


Pedaqogikanın obyekti və predmeti

Pedaqoji fikir, məktəb və maarifin inkişafı tarixinə dair

1920-90-cı illərdə Rusiyada və Azərbaycanda təhsil sistemi

Pedaqogika mədəniyyətin tərkib hissəsi kimi

İncəsənət və tərbiyə

Tərbiyənin məqsədi

Əqli təhsil və dünyagörüş formalaşdırılması

Əxlaq tərbiyəsi

Estetik tərbiyə

Fiziki tərbiyə

Əmək tərbiyəsi

Hüquq tərbiyəsi

Tərbiyə prosesinin mahiyyəti

Tərbiyə prinsipləri

Tərbiyənin üsulları

Tərbiyə ilə özünütərbiyə prosesinin qarşılıqlı əlaqəsi və dialektikası

Didaktika

Təhsilin məzmunu

Təlim prosesi

Təlim prinsipləri

Təlim üsulları

Tərbiyə ilə özüntərbiyə prosesesinin dialektikası

Pedaqoji prosesdə özüntəhsil

ÖN SÖZ
Bu dərslik mədəniyyət və incəsənət təmayüllü ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur. Bu ali məktəblərdə tələbələrə pedaqoji biliklər, pedaqoji universitetlərdən fərqli olaraq, ümumi şəkildə verilir. Yəni tələbələrə qısa olaraq pedaqogika tarixinə, pedaqoji nəzəriyyələrə, təhsil sisteminə, pedaqogikanın ümumi problemləri, təlim, tərbiyə və təhsilin əsas məsələlərinə aid məlumatlar verilir. Tələbələr cəmiyyətin şəxsiyyət formalaşdırılması tələbləri, ümumi tərbiyə problemləri haqqında elmi məlumatlara yiyələnirlər. Həmçinin dərslikdə tələbələrin müstəqil failiyyətini təmin etmək məqsədi ilə pedaqogikanın bir çox sahələri haqqında əlavə məlumatlar da verilmişdir. Ümumiyyətlə, insanlarda elə bir səhv münasibət mövcuddur ki, pedaqogikanı yalnız müəllimlər, xüsusən də orta məktəb müəllimləri bilməlidirlər. Bu münasibətdə bir həqiqət var, çünki şəxsiyyət formalaşdırılması işi məqsədyönlü və mütəşəkkil şəkildə orta məktəblərdə aparılır. Lakin bu iş özü də uşaq və yeniyetməni əhatə edən digər mühit və fəaliyyət adamlarının pedaqoji biliklərə malik olması şəraitində aparıldıqda daha səmərəli nəticə verir. Digər tərəfdən məlumdur ki, öyrətmə, tərbiyələndirmə yalnız məktəb həyatı ilə məhdudlaşmır.

Əvvala, insan ömrünün sonuna qədər öyrənir, dəyişir, yeni-yeni əxlaqi və əqli keyfiyyətlər kəsb edir. Digər tərəfdən müxtəlif kollektivlər ona müəyyən tələblər verir. Bu əlavə tələblərin, münasibətlərin səmərəli təsirə malik olması üçün, heç olmazsa, bütün ali təhsilli şəxslərin zəruri pedaqoji biliklərə malik olması vacibdir. Ona görə ki, insanlara göstərilən müxtəlif təsirlər bu və ya digər səviyyədə şəxsiyyət

formalaşdırılmasına təsir göstərir. Şəxsiyyətin formalaşdırılması məsələsi isə bütün dövr, zamanlar üçün iqtisadi problemlər kimi aktual olmuşdur. Çünki bu, müəyyən mənada cəmiyyətin mövcudluğu şərtlərindən biridir. Cəmiyyətin özü ona lazım olan, iqtisadiyyatını, mədəniyyətini qoruyan və inkişaf etdirən insanlar formalaşdırmağa çalışır. Bununla da, geniş mənada tərbiyə prosesinin iştirakçısına çevrilir.

Cəmiyyət, onu təşkil edən birliklər, şəxslər, böyüyən nəsil, ümumiyyətlə insanların formalaşmasında bu və ya digər mövqedən iştirak edirlər. Ona görə də ayrı-ayrı müəssisə və idarələrdə çalışan rəhbərlərin valideynlərin az çox dərəcədə tərbiyə ilə məşğul olan insanların pedaqoji biliklərə mallik olması zəruridir.

Hər bir idarə rəhbərləri insanları idarə etmək, onların fəaliyyətlərini istqamətləndirmək üçün pedaqoji ustalığa, fərdi yanaşma qabiliyyətlərinə və s. bu kimi pedaqoji biliklərə malik olmalıdır. Mədəniyyət işçisi apardıgı tədbirlə, icra etdiyi tərbiyə işləri ilə hansı əxlaqi keyfiyyətlər aşılayacağını, bu keyfiyyətlərin aktuallıq səviyyəsini bilməlidir. Hər insan valideyn kimi uşaqlarına təsir etməyin, tərbiyələndirməyin səmərəli yol və vasitələrini bilməlidir. Formalaşdırma, tərbiyələndirmə göründüyü kimi geniş və mürəkkəb məsələdir. İnsanların formalaşdırılması, həyat üçün hazırlanması yalnız təlim - tərbiyə müəssisələrinin işi ilə məhdudlaşmır. Cünki, hər bir insan - uşaq, yeniyetmə, gənc, işçi – həm də bir

ailənin üzvü, bir mühitin yaşayanı, bir kollektivin nümayəndəsi, bir idarənin işçisidir. Bu birliklər, mühit, insanlara müxtəlif təsirlər göstərir. Ona görə də ali təhsil müəssisələrində də pedaqoji biliklər verilməsi, cəmiyyətdə pedaqoji biliklərin təbliği dövrün aktual problemlərindən biridir. Dərslikdə ümumpedaqoji biliklərlə yanaşı, mədəniyyət müəssisələrində təlim tərbiyə imkanları, bu müəssisələrin şəxsiyyət

formalaşdırılmasında rolu verilmişdir. Həmçinin mədəniyyət və incəsənət sahələrində pedaqoji prosesin, yeni pedaqoji təsir vasitələri, pedaqoji vəziyyətlər də izah edilmişdir. Bu müəssisələrdə müxtəlif yaşlı insanların tərbiyəsi, formalaşması problemi mövcud olduğundan çox vaxt dərslikdə pedaqoji problemlər tərbiyə olunan və tərbiyə edən, öyrədən və öyrənən baxımından təhlil edilmişdir. Dərslikdə pedaqogikanın ən ümumi məsələləri haqqında tələbələrə elmi məlumatlar verilir. Tərbiyə problemləri, cəmiyyət və tərbiyə, tərbiyənin formalaşmada rolu, pedaqoji proses və onun cəmiyyətin inkişafı ilə əlaqəsi və s. bu kimi pedaqoji məlumatlar təhlil edilmişdir. Həmçinin, təlim-tərbiyə müəssisələrində olduğu kimi pedaqogikanın bütün problemləri deyil, ən ümumi məsələləri əhatə edilmişdir. Bu isə Mədəniyyət və İncəsənət Universitetlərində pedaqogikaya verilən saatların miqdarı ilə əlaqədardır. Həmçinin, bu universitetlərdə tələbələrə pedaqogika haqqında - pedaqoji fikir tarixi, tərbiyə, təlim – yığcam, qısa, konkret məlumatlar verilir. Bu fənnin tədrisi, müəyyən mənada, pedaqogika ilə ümumi tanışlıq məqsədi Adaşıyır. Yəni pedaqoji universitetlərdəki kimi geniş, hərtərəfli pedaqoji biliklərə yiyələndirmə - tərbiyəçi,

müəllim kimi hazırlama məqsədi daşımır.


Yüklə 311,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin