Dinc və müharibə dövrlərində Mülki Müdafiə qərargahlarında işin təşkili



Yüklə 117,74 Kb.
səhifə1/2
tarix11.04.2022
ölçüsü117,74 Kb.
#55176
  1   2
referat 5977 (2)


Dinc və müharibə dövrlərində Mülki Müdafiə qərargahlarında işin təşkili

Azərbaycan Respublikasının Mülki Müdafiə sisteminin qarşısında bir sıra mühüm vəzifələr durur. Bu vəzifələri həyata keçirmək üçün Respublikanın nazirliklərində, komitələrində, baş idarələrində, təsərrüfat obyektlərində, tədris müəssisələrində və s. Mülki Müdafiə qərargahları təşkil olunur. MM qərargahları aşağıdakı kimi təşkil edilir: -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində Mülki Müdafiə qoşunlarının komandanlığı, Mülki Müdafiənin Təşkili Baş İdarəsi və onun qoşun hissələri; -Nazirliklərin, Dövlət Komitələrinin, baş idarələrin MM qərargahları; -Şəhər (rayon) İcra Hakimiyyəti başçılarının aparatı nəzdində MM qərargahları; -Birliyin, idarənin, təşkilatın, müəssisənin və təsərrüfat obyektinin nəzdində MM qərargahları; -Yerlərdə–idarənin müvafiq şöbəsi (bölməsi, xidməti, qrupu) hüququna malik MM qərargahları. Regional  şöbələr  bilavasitə MM işinin təşkili baş idarəsinin rəisinə tabedirlər və bütün inzibati rayonları  əhatə edən müvafiq rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir,  Şirvan, Ağdam, Cəbrayıl, Şamaxı, Lənkəran) Mülki Müdafiə orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər. (Bütün regional mərkəzlərdə 9 qoşun növü (alay, tabor) yerləşir. Bakıda 3 alay yerləşir). Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafiə planını işləyib ha­zır­lamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı is­teh­sa­lı­nı qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin dö­yüş hazırlığını daim təmin etmək; əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər ver­mək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək; kəş­fiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik etmək; əhalinin və xalq tə­sər­rü­fa­tı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi silahlardan, sülh ma­hiy­yətli FH-dan mühafizəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək; mül­ki müdafiə xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisində yerləşən obyektlərin mülki mü­dafiə hazırlığına nəzarət etməkdir. Qərargahların əsas vəzifələri: I. Dinc dövrlərində: 1.MM planlarının hazırlanması və onun təhlil (korrektirovka) edilməsi; 2.MM üzrə əhalinin hazırlığının təşkili; 3.Dinc dövrlərində həyata keçiriləcək tədbirlərin təşkili və aparılması; 4.İdarəetmə, rabitə və xəbərdarlıq sistemlərinin təşkili və onların fasiləsiz işləməsini təmin etməkdir. II. Fövqəladə hadisə zamanı: 1.Rəhbər işçilərin, xidmət rəislərinin, MM qüvvələrinin və bütün əhalinin yaranmış vəziyyət haqqında xəbərdar edilməsi; 2.Xilasetmə işlərini keçirmək üçün MM qüvvə və vasitələrinin qruplaşmalarını təşkil etmək; 3.Kəşfiyyat və dozimetrik-kimya nəzarətini təşkil etmək; 4.Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və obyektləri xəbərdar etmək; 5.Məxfilik rejiminin saxlanıması və xidməti sirrin qorunması tədbirlərini həyata keçirmək. Mülki Müdafiə qərargahları əsas diqqəti Mülki Müdafiə tədbirlərinin vaxtında yerinə yetirilməsinə yönəltməlidir. Bu tədbirlər kollektiv mühafizə qurğularının tikilməsi, fərdi mühafizə vasitələri fondunun təşkili, Mülki Müdafiə qüvvələrinin təşkili, onların hazırlığı, fövqəladə hadisələr zamanı obyektlərin sabit işinin təşkilindən və s. ibarətdir. Hər bir qərargah bütün MM tədbirlərinin yerinə yetirilməsini istənilən şəraitdə təmin etməyə qadir olan yığcam və intizamlı kollektiv olmalıdır. Yuxarı qərargahların yüksək tələbkarlıq, dəqiqliyi tabelikdə olan qərargahlara nümunə olmalıdır. O, öz vaxtının çox hissəsini tabeliyində olan qərargahlara və MM qüvvələrinə sərf etməlidir. Qərargahın tərkibi obyektin ştat üzrə işçilərindən, mütəxəssislərindən ibarətdir ki, bu da obyekt rəhbərinin əmri ilə həyata keçirilir. Qərargah işçilərinin tərkibi obyektin xüsusiyyətlərindən, tabeliyindən, və işçilərin sayından asılıdır. Obyektin MM qərargahı rəisinin vəzifələri: –qərargahın işini təşkil edib ona gündəlik rəhbərlik etmək, bölmə və xidmət rəislərinin işlərini əlaqələndirmək; –yaranmış vəziyyət haqqında məlumat toplamaq, onları təhlil edib öyrənmək, obyektin rəhbərinə və yuxarı qərargahlara çatdırmaq; –tabeliyində olan MM qüvvələrindəki həqiqi vəziyyəti bilmək, həmçinin onlara verilmiş tapşırıqların yerinə yetirilməsinin gedişindən daim xəbərdar olmaq; –MM rəisinin göstərişi ilə obyektin MM planını hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət etmək; –MM tədbirlərini təşkil edib həyata keçirmək üçün zəruri hesablamaları və təklifləri hazırlamaq; –obyektdə rabitəni təşkil etmək və gizli idarəetmə tələblərinin həyata keçirilməsinə nəzarət etmək; –xilasetmə dəstələrini fəlakət zonalarına yola salmadan qabaq onları təlimatlandırmaq və zəruri olan hər şeylə təmin olunmalarını yoxlamaq.




Yüklə 117,74 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin