“Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib



Yüklə 9,95 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix12.12.2016
ölçüsü9,95 Mb.
1   2   3

Qabil ABDULLAYEV

Rektor tələbələrlə 

görüşüb

Dekabrın  2-də    Azərbaycan  Tibb  Universite-

tinin  rektoru,millət  vəkili,    akademik  Əhliman 

Əmiraslanovun  tələbələrlə  görüşü  keçirilib.  Görü-

şün məqsədi tələbələrin fikirlərini dinləmək, onların 

üzləşdiyi  hər hansı problemi  öz dillərindən eşitmək 

və qaydasına qoymaqdan ibarət olub. 

D

ekabrın  5-də  Sudanın 

Azərbaycandakı 

səfiri 

Məhəmməd  Aliya’s  və 

Fələstin səfirliyinin nümayəndəsi 

Hussam Lotfi Tibb Universitetinin 

qonağı  olub.  Qonaqlar  ATU-nun 

xarici  tələbələrlə  iş  üzrə  dekanı 

Gülər Seyidova ilə görüşüblər. 

Görüş  zamanı  ATU-nun  Sudan 

və  Fələstindən  olan  tələbələrinin 

təhsili,  burada  onlar  üçün  yaradılan 

şəraitdən söz açılıb. Qeyd olunub ki, 

bu  tələbələrin  daha  rahat  şəraitdə 

təhsilinin təşkili üçün səfirliklərlə daim 

əlaqələr yaradılacaq. 

Gülər  Seyidova  hər  il  universitetə 

1000-ə  yaxın  tələbənin  qəbul  oldu-

ğunu  qonaqların  diqqətinə  çatdırıb. 

Onun sözlərinə görə, hazırda univer-

sitetin  7000-dən  çox  tələbəsi  var  və 

onlardan 

təxminən 

1100 nəfəri əcnəbilərdir. 

Ümumilikdə 

ATU-da 


18 ölkənin vətəndaşları 

təhsil alır.

Görüş zamanı qonaq-

lara  Tibb  Universiteti-

nin  fəaliyyəti,  klinikalar 

barədə məlumat verilib. 

Qeyd  olunub  ki,  ATU 

nəzdindəki 

klinikalar 

əhaliyə  yüksək  tibbi 

xidmət  verməklə  ya-

naşı,  həm  də  tədris  müəssisəsi  kimi 

fəaliyyətdədir.

Sudanın və Fələstinin 

Azərbaycandakı səfirləri ATU-

nun qonağı oldular



Dekabrın  3-də  Azərbaycan 



Tibb  Universitetinin  (ATU)  Tədris 

Terapevtik  Klinikasında  Avropa 

Şurasının  ERASMUS  MUNDUS 

proqramının  layihələri  üzrə  infor-

masiya günü keçirilib. 

Tədbirin 

əvvəlində 

ATU-nun 


beynəlxalq  əlaqələr  şöbəsinin  mü-

diri, dosent Rəhimə Qabulova çıxış 

edib. O, proqramın əhəmiyyətindən 

söz  açaraq  bu  layihələrin  tələbələr 

üçün  yaratdığı  imkanlardan  danı-

şıb.  R.Qabulova  ATU-nun  iştirakçı 

olduğu  MEDEA  layihəsi,  bu  layihə 

çərçivəsində  görülən  işlər  haqda  da 

ətraflı məlumat verib.

Azərbaycan 

Dillər 

Universiteti-



nin  beynəlxalq  əlaqələr  şöbəsinin 

əməkdaşı İlham Abbasov təmsil etdiyi 

ali  təhsil  müəssisəsinin  iştirakçısı  ol-

duğu BAKİS, ALRAKİS, HERMES və 

EMBER  layihələri  haqqında  fikirlərini 

bölüşüb. 

Çıxışlarda  qeyd  olunub  ki,  ERAS-

MUS  MUNDUS  proqramı  tələbə, 

müəllim,  magistr  və  doktorantların 

mübadiləsi  məqsədilə  yaradılıb.  Qo-

naqlar  Azərbaycan  universitetlərinin 

Avropa  təhsil  sisteminə  inteqrasiya 

prosesində  bu  proqramın  xüsusi  rol 

oynadığını vurğulayıblar. 

Xatırladaq ki, ERASMUS MUNDUS 

proqramı  çərçivəsində  indiyə  qədər 

icra olunan layihələr arasında MEDEA 

tibb  sahəsinə  aid  yeganə  layihədir. 

Hazırda ATU-nun 1 tələbəsi və 1 re-

zidenti bu layihənin dəstəyi ilə Alma-

niyanın  Şarite  və  Birləşmiş  Krallığın 

Kardif  universitetlərində  təhsillərini 

davam etdirir.

ERASMUS MUNDUS layihələri üzrə 

informasiya günü keçirilib


15 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

5

Dekabrın  4-də  ATU-nun 

Tədris  Terapevtik  Klinikası-

nın  tibbi  şurasının  növbəti 

yığıncağı keçirilib. Klinikanın 

direktoru,  professor  Surxay 

Musayev  yığıncağı  açaraq 

gündəlikdə  duran  məsələləri 

diqqətə  çatdırıb  və  univer-

sitetin  rektoru,  akademik 

Əhliman 

Əmiraslanovun 

tələbələrlə  görüşünün  yeku-

nu barədə məlumat verib.   

Bildirib 

ki, 

kafedra 


müdirlərinin  də  iştirak  etdi-

yi  görüşdə  ciddi  məsələlərə 

toxunulub:  “Bütün  istehsa-

lat  müşavirələri  başa  çatan-

dan  sonra  hörmətli  rektoru-

muz  tələbələrlə  görüşməyin 

zəruriliyini 

önə 


çəkərək 

tələbələrin  problemləri  ilə 

yaxından 

maraqlanma-

ğı  tövsiyə  etdi.    Deyim  ki, 

500  nəfərlik  zala  toplanan 

tələbələr  rektorun,    dekan-

ların  və  kafedra  müdirlərinin 

qarşısında 

öz 


təkliflərini 

verdilər,  dərslikdən  tutmuş 

dərslərin keçirilməsinə qədər 

bir  çox  məsələlərə  tənqidi 

münasibətlərini 

bildirdilər. 

Xüsusilə,  dərsliklərin  bö-

yük    həcmli  yazılmasından 

şikayətlənən  tələbələr    bəzi 

müəllimlərin 

apardıqları 

dərslərin  keyfiyyətindən  də 

narazıdırlar”. 

S.Musayev rektorla görüşdə 

tələbələrin 

səsləndirdiyi 

məsələləri    daim  gündəmdə 

saxlamağın, 

şikayət 

və 


təkliflərin  dərhal  həllinə  nail 

olmağın  vacibliyini  vurğula-

yıb.

Yığıncaqda  klinikanın  aylıq 



fəaliyyətinin  yekunları  haq-

qında  klinikanın  baş  həkimi, 

dosent  Ramin  Bayramlının 

hesabatı  da  dinlənilib.  Baş 

həkim  əsas  diqqəti  2013-

cü  illə  müqayisədə  qaza-

nılan  uğurlara  yönəldib.  O, 

hesabatını  əsasən  statis-

tik  rəqəmlər  üzərində  qu-

raraq 


paralellər 

aparıb, 


göstəricilərin  nəzərə  çarpa-

caq  dərəcədə  yüksəldiyini 

slaydlar  vasitəsilə  nüma-

yiş  etdirib.  Hesabatda  qeyd 

olunub  ki,  bu  ilin  noyabr  ayı 

ərzində  klinikaya  566  nəfər 

daxil olub, 533 nəfər isə çxıb. 

Ən  çox  xəstə  terapiya  (249 

nəfər  daxil  olub,  261  nəfər 

çıxıb),  pediatriya  (104  nəfər 

daxil  olub,  106  nəfər  çıxıb)  

yönümlü  şöbələrdə  və  en-

dokrinologiya 

bölməsində 

(71 nəfər daxil olub, 49 nəfər 

çıxıb)  qeydə  alınıb.  Bu  il  kli-

nikaya  daxil  olan  xəstələrin 

sayı  2012-ci  illə  müqayisədə 

37,5  %,  2013-cü  ilin  müva-

fiq  dövrü  ilə  müqayisədə 

isə  19,3  %  artıb.  Hesabat-

da  klinikanın  bölmələri  üzrə 

daxil  olan  xəstələr,  onla-

rın  xəstəliklərinin  profilləri 

barədə də ətraflı məlumat yer 

alıb. 


Bundan  sonra  klinikanın 

Ürək-Damar 

Mərkəzinin 

rəhbəri Fərid Əliyev mərkəzin 

bir  illik  fəaliyyəti  haqqın-

da  yığıncaq  iştirakçılarını 

məlumatlandıraraq  yeniliklər, 

əldə  edilən  uğurlar,  elmi 

nailiyyətlər və gələcək planlar 

barədə  danışıb.  Ümumilikdə 

bu  bir  il  ərzində  mərkəzdə 

1500-ə  yaxın  xəstəyə  tib-

bi  xidmət  göstərildiyini  de-

yib:  “Bir  il  ərzində  mərkəzdə 

xeyli  sayda  xəstə  stasionar 

şəraitdə  müalicə  olunub. 

Xəstələrə  transtorakal  və 

tranezofaqeal 

exokardio-

qrafiya,  EKQ  müayinə  tətbiq 

edilib.  Bu  müddətdə  29 

nəfərdə  ürəkdaxili  defibrilya-

tor,  1  nəfərdə  anadangəlmə 

ürəkdaxili  qüsurların  qapalı 

yolla  bağlanması  əməliyyatı 

həyata  keçirilib.  Gələcəkdə 

mərkəzdə  kardioreanimasiya 

şöbəsinin qurulması, üçölçü-

lü  exokardioqrafiyanın  apa-

rılması,  üçölçülü  xəritələmə 

sisteminin  tətbiqi  və  digər 

yeniliklər nəzərdə tutulur”.

 O, kardioloji stasionarın qu-

rulması  və  lazımi  avadanlıq-

larla  təciz  edilməsini  müsbət 

hal 


kimi 

dəyərləndirərək 

angioqrafiya 

bölməsinin 

yenidən  qurulması,  elekt-

rofiziologiya  bölməsinin  və 

poliklinika  şöbəsinin  daha 

funksional və təchizatlı duru-

ma gətirilməsi barədə də top-

lantı iştirakçılarına ətraflı bilgi 

verib.  Eyni  zamanda  xəstə 

təqiblərinin  yaxşılaşdırılması, 

xəstə  məmnuniyyət  forma-

larının  hazırlanıb  xəstələrin 

istəklərinin  nəzərə  alınma-

sı  və  bölüm  daxili  nəzəri  və 

praktiki  tədrisin  yaxşılaşdırıl-

masından söhbət açıb. Bildi-

rib  ki,  həkim-rezidentlərin  və 

tələbələrin  təcrübi  vərdişlərə 

yiyələnmələri  üçün  də  şərait 

yaradılıb.  Sevindirici  haldır 

ki,  həkim-rezidentlər  artıq 

bir  çox  prosedurları  sərbəst 

şəkildə icra edə bilirlər.

Mərkəzdə  koronar  angio-

qrafiya, 

koronar 


angio-

plastika  və  stent  implantasi-

yası,  periferik  angioqrafiya, 

müvəqqəti  kardiostimulyator 

implantasiyası, bir və iki boş-

luqlu  kardiostimulyatorların 

yerləşdirilməsindən 

bəhs 


edən  F.Əliyev    periferik  an-

gioplastika  və  stent  implan-

tasiyasının  da  uğurla  həyata 

keçirildiyini vurğulayıb.

Onu  da  qeyd  edib  ki,  ATU-

nun Ürək-Damar Mərkəzi Av-

ropa  Kardiologiya  Cəmiyyəti 

ilə  sıx  əməkdaşlıq  qur-

mağı  bacarıb.  Mərkəz  bu 

beynəlxalq  şəbəkənin  həm 

təhsil  komitəsi,  həm  də 

rəhbər  tövsiyə  komitəsinə 

üzv  qəbul  edilib.  Mərkəz 

əməkdaşlarının 

məqalələri 

beynəlxalq  və  yerli  jurnallar-

da dərc olunub.

Doktor-uzmanlar    Elnur 

İsayev,  Fuad  Səmədovun 

yüksək 


peşəkarlıqlarına 

güvəndiklərini  deyən  mərkə-

zin  rəhbəri  rezidentlərin  və 

digər  tibbi  personalın    da 

fəaliyyətindən  razı  qaldığını 

söyləyərək  bildirib  ki,  ATU-

nun  Tədris  Terapevtik  Klini-

kasının Ürək Damar Mərkəzi 

ölkəmizdə ürək-damar xəstə-

likləri  prosedurlarının  tama-

mını  bir  arada  edən  yeganə 

mərkəzdir.

Klinikanın 

vaksinasiya 

xidməti  barədə  isə  Mədinə 

Hacıyeva məlumat verib. 

Tibbi  şuranın  yığıncağında 

bəzi həkimlər tərəfindən am-

bulator qəbul kartlarının vax-

tında    işlənməməsi  barədə 

iradlar da səslənib.

A.KAMRANOĞLU

Ürək-damar xəstəlikləri prosedurlarının 

tamamını bir arada edən mərkəz

T i b b i     ş u r a n i n   y i ğ i n c a ğ i n d a 

ATU

-nun  Tədris  Terapevdik  Klinikasında 

hematologiya şöbəsi və Türkiyə İstanbul 

“Florence  Nightingale”  Xəstəxanası  Hematologiya 

və Sümük iliyi Transplantasiyası Mərkəzi arasında 

həftəlik  telekörpü  vasitəsi  ilə  canlı  yayında 

konsilium təşkil olunur. 

Bu  barədə  qəzetimizə  şöbənin  müdiri  Valeh 

Hüseynov məlumat verib: “Konsilium Türkiyədəki 

mərkəzin  hematologiya  şöbəsinin  rəhbəri,  pro-

fessor Mutlu Arat və Tədris Terapevdik Klinikanın 

hematologiya  şöbəsinin  həkimləri 

tərəfindən  aparılır.  Konsilium  za-

manı  hər  iki  mərkəzdə  həftəlik 

müraciət  edən  və  stasionarda 

müalicə  alan  xəstələrin  müayinə 

və  müalicə  nəticələri  müzakirə 

olunur. Beləliklə, xəstələrə ən mü-

asir səviyyədə və standartlara uy-

ğun müayinə və müalicə taktikası 

seçilir.

Gələcəkdə  bu  tipli  konsilium-

ların  daha  genış  tərkibdə,  pato-

loq  və  morfoloqların  da  iştirakı 

ilə  aparılması  planlaşdırılır  ki, 

bu  da  universitetimizdə  fəaliyyət 

göstərən  hematologiya    və  yaxın 

zamanda  açılması  planlaşdırı-

lan  sümük  iliyi  transplantasiyası 

şöbələrinin  inkişafına  ciddi  təkan 

verəcəkdir.”

“TƏBİB”

CANLI YAYINDA KONSİLİUM TƏŞKİL OLUNUR


http://www.amu.edu.az

15 dekabr 2014-ъц ил

6

u

 



  

Bakıda 

Silahlı 

Qüvvələrin 

Baş Klinik 

Hospitalında 

həkimlər 

dünyada ilk 

nadir əməliyyat 

keçiriblər.

AzərTAc xəbər verir ki, bu barədə 

Baş Klinik Hospitalın Ürək-Damar 

Mərkəzinin rəisi, həkim-mütəxəssis 

Anar Əmrah dekabrın 4-də keçirdiyi 

mətbuat konfransında məlumat verib.

Anar Əmrah bildirib ki, kəskin mi-

okard infarktı ilə bu il noyabrın 15-də 

müraciət etmiş 51 yaşlı Şahin Qur-

banov təcili angioqrafiya nəticəsində 

ektazik - yəni genişlənmiş tac ana 

damarın tamamən trombla tutulması 

aşkar edilib. Xəstəyə ənənəvi metod-

larla balon müdaxiləsi və trombolitik 

damarların tətbiqinə baxmayaraq 

nəticə əldə olunmadı. Xəstənin 

damarının genişliyi normadan 6 dəfə 

artıq idi. Böyük damarlardakı trombu 

əritmək üçün tətbiq edilən kateterlə 

gücləndirilmiş ultrasəs dalğaları ilə 

trombolizis bu xəstəyə uyğun olduğu 

üçün dünyada ilk dəfə tac arteriyası-

na tətbiq etdik və uğurlu nəticə əldə 

etdik. On iki saatlıq müalicədən sonra 

damarlara təkrar angioqrafiya ilə ba-

xıldı və tromb ilə tutulmuş damarların 

tamamilə açılması görüldü. Klinik 

olaraq xəstədə sürətli yaxşılaşma 

müşahidə edildi və kafi vəziyyətdə 

evinə yazıldı. Çox sevindirici haldır 

ki, bu uğurlu nəticəyə dünyada ilk 

dəfə azərbaycanlı hərbi həkimlər nail 

olublar.

Anar Əmrah deyib ki, 

Azərbaycanda ilk dəfə Silahlı 

Qüvvələrin Baş Klinik Hospitalının 

Ürək-Damar Mərkəzində noyab-

rın 8-də həyata keçirilən digər bir 

əməliyyat 73 yaşlı xəstə üzərində 

aparılıb. Aorta qapağının darlığı ilə 

ürəyinin atım fraksiyası 25 faiz olan 

xəstədə anesteziya verilmədən bud 

arteriyasından girilərək kateter ilə 

döş qəfəsi açılmadan aorta qapağının 

yerləşdirilməsi həyata keçirildi. Apa-

rılan uğurlu əməliyyatdan sonra xəstə 

kafi vəziyyətdə evə yazılıb.

Həkim-mütəxəssis deyib: “Bu gün 

əminliklə deyə bilərik ki, Silahlı 

Qüvvələrin Baş Klinik Hospitalı tibbi 

təminatı və kadrları ilə xəstələrə və 

yaralılara ən yüksək səviyyədə tibbi 

yardım göstərmək iqtidarındadır. Bizə 

bu imkanları yaratdığına görə Silahlı 

Qüvvələrin Ali Baş Komandanı, 

Prezident İlham Əliyevə və müdafiə 

nazirinə dərin minnətdarlığımızı 

bildiririk”.

Əməliyyatdan sonra özünü yaxşı 

hiss etdiyini söyləyən xəstə Şahin 

Qurbanov Azərbaycanda səhiyyənin 

inkişafına göstərdiyi diqqət və 

qayğıya görə dövlətimizin başçısına 

təşəkkürünü bildirib.



Dekabrın 

6-da 

Bakıda 

Azərbaycan 

Kardiologiya 

Cəmiyyətinin III milli konqresi 

öz işinə başlayıb.

AzərTAc xəbər verir ki, konqre-

sin işində Azərbaycanın müxtəlif 

bölgələrindən  1500-dən  artıq 

tibb işçisi, o cümlədən dünyanın 

15-dən  çox  ölkəsinin  tanınmış 

kardioloq  və  kardiocərrahları  iş-

tirak edirlər.

Azərbaycan 

Kardiologiya 

Cəmiyyətinin  sədri  Firdovsi  İb-

rahimov diqqətə çatdırıb ki, belə 

mühüm  tədbirlərin  ölkəmizdə 

reallaşması  ümummilli  lideri-

miz  Heydər  Əliyevin  əsasını  qoyduğu 

səhiyyə siyasətinin Prezident İlham Əliyev 

tərəfindən  uğurla  davam  etdirilməsinin 

məntiqi nəticəsidir.

Respublikamızda  kardiologiya  və  ürək-

damar cərrahiyyəsinin məhz ümummilli li-

derimizin şəxsi təşəbbüsü əsasında sürətli 

inkişaf  yoluna  qədəm  qoyduğunu  deyən 

F. İbrahimov məlumat verib ki, konqresdə 

yerli  mütəxəssislərin  75,  xarici  kardio-

loqların  isə  25  məruzəsi  dinləniləcəkdir. 

Artıq  paralel  olaraq  dörd  zalda  kardi-

ologiyanın  müxtəlif  problemlərinə  dair 

müzakirələr gedir. Məqsəd Azərbaycanda 

kardiologiyanın  və  ürək-damar 

cərrahiyyəsinin  inkişafına  töhfə 

vermək,  əcnəbi  mütəxəssislərlə 

birgə  fikir  mübadiləsi  aparmaq 

və  tibb  elminin  bu  sahədəki  son 

yeniliklərini müzakirə etməkdir.

Azərbaycan 

Kardiologiya 

Cəmiyyətinin  sədri  onu  da  qeyd 

edib  ki,  hazırda  dünyada  ölüm 

hallarının  50  faizdən  çoxu  ürək-

damar xəstəlikləri ilə əlaqədardır. 

Buna görə ölkəmizdə kardiologiya 

sahəsinə  xüsusi  diqqət  yetirilir. 

Artıq  ürək-damar  xəstəliyindən 

dünyasını dəyişən insanların sayı 

azalmaqdadır. 

Azərbaycanda 

səhiyyənin bu sahəsində çox böyük inkişaf 

müşahidə  olunur.  Xarici  mütəxəssislərlə 

də  tez-tez  müzakirələr  apararaq  bu 

sahənin  daha  da  inkişaf  etdirilməsinə 

çalışırıq.  Konqresdə  kardiologiya  və 

ürək  cərrahiyyəsindəki  ən  mübahisəli 

problemlərə də toxunulacaqdır.

Konqres öz işini dekabrın 7-də yekunlaş-

dırıb.

u

 



 

Dekabrın 4-də Milli 

Məclisin sosial siyasət 

komitəsinin, Azərbaycan 

Respublikası Gənclər Təşkilatları 

Milli Şurasının (ARGTMŞ), BMT-

nin Uşaq Fondunun (UNICEF) 

birgə təşkilatçılığı ilə “İnsanın 

immunçatışmazlığı virusunun 

törətdiyi xəstəliklə mübarizə haq-

qında” Azərbaycan Respublikası 

Qanununun monitorinqinə dair 

dinləmələr keçirilib

.

AzərTAc xəbər verir ki, monitorin-

qi Azərbaycan Respublikası Gənclər 

Təşkilatları Milli Şurası apararaq təkliflər 

hazırlayıb.

Komitənin sədri Hadı Rəcəbli çıxış 

edərək bildirib ki, monitorinqin məqsədi 

qanunların bugünkü reallıqlara uyğun-

luğunu müəyyənləşdirmək, onların daha 

da təkmilləşdirilməsi üçün əlavə və 

dəyişikliklər etməkdir. Bu qanun 2010-cu 

il iyunun 18-də Vyanada 25 min insanın 

qatıldığı böyük bir tədbirin müzakirəsinə 

çıxarılıb və model qanun kimi bəyənilib. 

Zamanın tələbi olaraq bu qanun yenə də 

təkmilləşdiriləcək.

Milli Məclis sədrinin müavini Ba-

har Muradova bildirib ki, parlamentin 

fəaliyyətinin əsas istiqamətlərindən biri 

də vətəndaş cəmiyyəti institutları ilə sıx 

işləməkdir. Qanun yaradıcılığı prosesində 

həm onun şərh olunmasında, həm də 

monitorinqində birgə əməkdaşlıq əsas yer 

tutur.


Bahar Muradova qeyd edib ki, in-

sanın immunçatışmazlığı virusunun 

törətdiyi xəstəlik dünyanın bir nömrəli 

problemlərindən biridir. Buna qarşı 

bütün cəmiyyət mübarizə aparmalı-

dır. Bu xəstəliklə mübarizədə ciddi 

maarifləndirmə işləri də görülməlidir. 

Vətəndaş cəmiyyətinin daha geniş cəlb 

olunması bu mübarizədə xüsusi rol 

oynayır. Milli Məclis sədrinin müavini 

müzakirələr zamanı səslənən fikirlərin 

problemin həllində faydalı olacağını 

söyləyib.

BMT-nin Uşaq Fondunun (UNICEF) 

Azərbaycandakı nümayəndəliyinin 

rəhbəri Andro Şilakadze bu məsələdə 

xüsusilə gənclər arasında maarifləndirmə 

işinin genişləndirilməsini təklif edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə 

Dövlət Komitəsinin sədr müavini Ay-

nur Sofiyeva qurumun bu istiqamətdə 

apardığı müvafiq işlərdən, reallaşdırılan 

tədbirlərdən danışıb.

Azərbaycan Respublikası Gənclər 

Təşkilatları Milli Şurasının sədri Şahin 

Seyidzadə aparılan monitorinq barədə 

məlumat verib.

Müzakirələrdə bildirilib ki, 113 icti-

mai birlik və təşkilatı özündə birləşdirən 

ARGTMŞ qanunun monitorinqini aparıb 

təkliflər hazırlayarkən müxtəlif qurumlar-

la görüşlər keçirib, onların rəylərini alıb. 

İki il aparılan monitorinqin nəticələrinə 

görə mövcud qanun yüksək səviyyədə 

hazırlanıb. Yalnız bir maddəyə dəyişiklik 

edilməsi təklif olunub. Bu da yetkinlik 

yaşına çatmayan şəxslərin valideynlərinin 

və ya hüquqi qəyyumların iştirakı olma-

dan tibbi müayinədən keçməyə qadağa 

qoyulması ilə bağlı yaş həddinin 18-dən 

16-ya endirilməsinə dair təklifdir.

Hadı Rəcəbli təklif olunan dəyişikliyin 

işçi qrupda baxılıb müzakirə ediləcəyini 

diqqətə çatdırıb.



“İnsanın immunçatışmazlığı virusunun törətdiyi 

xəstəliklə  mübarizə  haqqında”  Qanunun 

monitorinqi aparılıb

Dünyanın 15-dən çox ölkəsinin tanınmış 

kardioloqları Bakıda azərbaycanlı 

həmkarları ilə müzakirələr aparırlar

Azərbaycanlı hərbi həkimlər dünyada 

ilk dəfə nadir əməliyyat keçiriblər

15 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

7



Bu sınıqlar barədə ilk məlumatlar 



Hippokrata  məxsusdur.  Suprakondilyar 

humerus sınıqları 5-10 yaş arası uşaqlar-

da dirsək sınıqlarının 70%-ni təşkil edir. 

Bu sınıqlar daha çox açıq əl üzərinə və 

dirsək  üzərinə  yıxılma  nəticəsində  baş 

verir.  

Ümumiyyətlə,  dirsək  oynağı  3 

sümükdən  (humerus,  ulna,  radius) 

təşkil  olunmuşdur.  Oynaq  komp-

leks  hərəkətə  malikdir.  Dirsək  oy-

nağı  radiohumeral  hissəsində  pro-

natsio-supinatsio, 

ulnahumeral 

hissəsində isə fleksiya və ekstensi-

ya hərəkətləri baş verir. Suprakon-

dilyar sınıqlar bükmə və açma, 98% 

halda isə açma tərzində olur.  

Uşaq  yaşlarında  sümükləşmə 

vəziyyəti 

və 

sümükləşmə 



nöqtələrinin  fərqliliyini  nəzərə  al-

saq  dirsək  oynağında  bir  neçə 

sümükləşmə  nöqtələri  vardır.  Bun-

lar  kapitulum  (2  yaş),  radius  başı 

(3  yaş),  medial  kondilus  (5  yaş), 

troxlea  (7  yaş),  olekranon  (9  yaş) 

və  lateral  kondilus  (13  yaş)  olaraq 

müəyyən edilmişdir. 

Suprakondilyar  sınıqlar  əsasən 

1959-cu ildə irəli sürülmüş Gartland 

təsnifatına əsasən sinifləndirilir. 

  Suprakondilyar  sınıqların  baş 

vermə 

mexanizminə 



gəldikdə,  

bu  sınıqlar  98%  hallarda  açıq  əl 

üzərinə yıxılma nəti cə sində baş ve-

rir. Bu zaman fleksor qrup əzələlər 

tamamilə boşaldığı üçün dirsək oy-

nağı  sümüklərinə  mexaniki  dəstək 

verə bilmir. Həmçinin 3-10 yaş arası 

uşaqlarda  bazu  sümüyünün  meta-

fizi həmin bölgədə keçici zəif olur. 

Suprakondilyar  sınıqların  diaq-

nozunda  əsas  göstərici  dəqiq  fi-

zikal  müayinədən  başlayır.  Dirsək 

bölgəsi  şişkin,  deformasiyalı  görü-

nür.  Xəstələrin  üzündə  kəskin  ağrı 

ifadəsi  diqqəti  cəlb  edir.  Bu  pato-

logiyalar zamanı nevroloji müayinə 

çox  önəmlidir.    Bölgədən  keçən 

hər üç periferik sinir müayinə olun-

malıdır  və  daha  sonra  radial  arte-

riyanın  pulsasiyası  yoxlanılmalıdır. 

R-qrafiya zamanı həm ön, həm də 

yan  proyeksiyalar  önəmlidir.  Yan 

proyeksiyada  diqqıt  edilməli  əsas 

göstərici ondan ibarətdir ki, normal 

halda  bazunun  ön  korteksindən 

keçən  xəyali  xətt  kapitulumla 

kəsişməlidir.  Ön  proyeksiyada  isə 

Bauman  bucağına  diqqət  edirik. 

Bu bucaq lateral epifizial xəttlə ba-

zunun  cisminə  paralel  göndərilmiş 

xətt  arasındakı  bucaqdır  (Norma 

85-89 dərəcə).

Suprakondilyar 

sınıqların 

müalicəsinə  gəldikdə  Tip  1  və  Tip 

2  sınıqlar  konservativ  müalicə 

edilməlidir.  Bu  zaman  qol,  bazu-

nun orta 1/3 hissəsinə qədər sirkul-

yar  gips  langeti  ilə  immobilizasiya 

edilməlidir.  Langetin  saxlanılma 

müddəti 3 həftədən az olmamalıdır. 

Langet  goyulduqdan  sonra  mütləq 

biləkdə pulsasiyanın olub-olmama-

sı  kontrol  edilməlidir.  Bu,  ətrafda 

qan  dolaşımını  təmin  etmək  üçün 

önəmlidir. Tip 3 sınıqlar isə mütləq 

cərrahi müdaxilə gərəkdirən bir du-

rumdur.  Cərrahi  müdaxilə  zamanı 

Kişner  telləri  ilə  fiksasiyaya  üstün-

lük  verilir.  Epifizar  zonadan  maksi-

mum 3 ədəd tel keçirilmək şərti ilə 

cərrahın  seçiminə  görə  ya  lateral, 

ya  da  çarpaz  pinləmə  istifadə  olu-

nur. Çarpaz pinləmə texniki olaraq 

çətin  olsa  da,  stabilizasiya  baxı-

mından  mexaniki  etibarlılığı  daha 

yüksəkdir. 

Nəzərinizə  çatdırmaq  istəyirik  ki, 

2014-cü  ilin  birinci  yarısında  ATU-

nun Tədris Cərrahiyyə Klinikasında 

6  Tip  3  suprakondilyar  sınıq  əməl 

iyyatı  etmişik.  Xəstələrin  orta  yaş 

qrupu 4-10 arası dəyişirdi və hamısı 

oğlan uşaqları idi. Bütün xəstələrdə 

cərrahi açıq fiksasiya 2 ədəd Kişner 

teli  vasitəsilə  aparıldı  və  ətraf  gips 

langeti ilə ən azı 4 həftə immobili-

zasiya edildi. Əməliyyatlar fəsadsız 

keçdi  və  post  operativ  kontraktu-

ra  müşahidə  edilmədi.  Ancaq  bir 

xəstədə, median sinirin anterior in-

terosseus şaxəsi zədələnərək onun 

innervasiya etdiyi motor zona defi-

siti müşahidə edildi. 



t.e.n., uzman Dr. Cəfər Nəsirli, 

Kataloq: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib

Yüklə 9,95 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə