Əlilliyi olan Şəxslərin Hüquqları
haqqında Konvensiyanın izahı
Bacarıqlar haqqında
© Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)
Bu kitab UNICEF-in Baş Qərargahı tərəfindən tərtib
olunmuş nəşrin uyğulaşdırılmış variantıdır.
BMT-nın Uşaq Fondu (UNICEF)
Azərbaycan Nümayəndəliyi
Neftçilər prospekti, 24, Bakı, Azərbaycan AZ 1095
http://www.unicef.org/azerbaijan
Bacarıqlar
haqqında
1
Bacarıqlar HaqqıNDa
Əlilliyi olan Şəxslərin Hüquqları haqqında
Konvensiyanın izahı
MündƏrİcat
Əlillik məsələsi
2
dəyişiklik üçün tədbirlər
3
Bu kitab haqqında
3
Konvensiya haqqında
7
Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın xülasəsi
8
Hüquqlar necə reallaşır
17
Biliyinizi yoxlayın
19
Lüğət
21
2
Əlillik məsələsi
Mənim ayaqlarım yoxdur,
Lakin mənim hələ də hisslərim var,
Mən görmürəm,
Lakin mən hər zaman düşünürəm
Baxmayaraq ki, eşitmirəm,
Mən hələ də ünsiyyət qurmaq istəyirəm,
Nə üçün insanlar məni faydasız, düşünə bilməyən, danışa
bilməyən hesab edirlər,
Halbuki mən digərləri kimi
Dünya haqqında fikirləşməyi bacarıram.
—coralie Severs, 14 yaş, Böyük Britaniya
Bu şer dünyanın bütün yerlərində yaşayan və əlilliyi olan
milyonlarla uşaq və böyüyün fikrini ifadə edir.
Onlardan çoxu hər gün ayrı-seçkiliklə üzləşir. Onların
bacarıqlarına diqqət yetirilmir və onların imkanları kifayət
qədər qiymətləndirilmir. Onlar ehtiyacları olan təhsil və
tibbi xidmət almırlar və onlar icma fəaliyyətlərindən təcrid
olunurlar.
Halbuki əlilliyi olan uşaqların və böyüklərin başqalarının
hüquqları kimi hüquqları vardır.
“Məni həvəsləndir... sən bunu edə bilərsən!”, Bismark Benavides, 13 yaş, nikaraqua
Dəyişiklik üçün tədbirlər
Bax bu səbəbdən də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya yaradılmışdır.
Bu beynəlxalq saziş tələb edir ki, dünya hökumətləri əlilliyi olan uşaq və böyüklərin
hüquqlarını müdafiə etsinlər.
UNICEF və onun tərəfdaşları bütün olkələri bu Konvensiyanı ratifikasiya etməyə təşviq
etmək üçün çalışırlar. Bu, əlilliyi olan uşaqları ayrı-seçkilikdən müdafiəsini və onların
cəmiyyətə inteqrasiyasını təbliğ edəcək. Bizim hamımızın bu işdə rolu vardır. Hər bir kəsə
necə rəftar edilməsini təmin etməkdə necə iştirak etməyi bilmək məqsədilə bu kitabı oxuyun.
Bu kitab haqqında
Bu kitab Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanı, onun nə üçün tərtib
olunduğunu və öz hüquqlarını həyata keçirməyə bu Konvensiyanın necə kömək edə
biləcəyini izah etmək məqsədilə uşaqlar üçün və uşaqların iştirakı ilə yaradılmışdır. Biz ümid
edirik ki, siz bu kitabdan istifadə edərək əlilliyi olan uşaqların öz məqsədlərinə çatmaları
üçün bərabər şans almalarının təbliğ edilməsinə kömək edə biləcəksiniz.
Sizin əlilliyiniz ola bilər və ya siz əlilliyi olan hər-hansı bir şəxsi tanıya bilərsiniz. Əlilliyi olan
insanların görmə, eşitmə, gəzmə və ya yaddaşla ilə bağlı problemləri ola bilər. Lakin onların
həm də paylaşmaq istədikləri arzuları, ümidləri və ideyaları vardır - bu kitabda nəşr edilmiş
rəsmlər və şerlərdə olduğu kimi.
Biz bu məlumtları valideynlərinizlə, müəllimlərinizlə, dostlarınızla və maraqlı ola biləcək
istənilən insanlarla paylaşmağınızı xahiş edirik.
Bacarıqlar
haqqında
3
Əlilliyi başa düşmək
Siz nə vaxtsa özünüzü təcrid olunmuş hiss etmisinizmi? Görmə,
öyrənmə, gəzmə və ya eşitmə çətinlikləri olan uşaqlar və
böyüklər özlərini çox vaxt təcrid olunmuş hiss edirlər. Başqaları
kimi iştirak etmək üçün bu insanların qarşısında dayanan bir çox
maneə vardır və bu maneələrdən çoxu
cəmiyyət tərəfindən yaradılır. Məsələn,
əlil arabasında olan uşaq da məktəbə
getmək istəyir. Lakin onun bunu emtəyə
imkanı olmaya bilər, çünki məktəbdə
arabanın daxil olması üçün xüsusi
keçid yoxdur və məktəbin direktoru
və müəllimləri bu fikri dəstəkləmir.
Hər kəsin qatılması üçün biz mövcud
qaydaları, münasibətləri və hətta
binaları belə dəyişməliyik.
Lisa Lavoie
4
Bu kitabdan siz Əlilliyi olan Şəxslərin Hüquqları haqqında
Konvensiyanın xülasəsini və onun nə üçün ərsiyə gəldiyini
biləcəksiniz. Siz hər bir kəsin hüquq və vəzifələrini və əlilliyi
olan uşaqların öz hüquqlarını reallaşdırmalarına yardım etmək
üçün hökumətlərin hansı addım atmaları və tədbirlər görmələrini
öyrənə bilərsiniz. Və siz vəziyyəti dəyişdirmək üçün nə kimi
tədbirlər görülməli olduğunu da öyrənə bilərsiniz.
Kitabın sonunda sözlər və onların mənaları verilmişdir. Siyahı
və ya lüğət sizin yeni olan sözləri başa düşmənizə kömək
edəcək.
Konvensiya nədir
Konvensiya xüsusi məsələlər üzrə eyni qanuna
riayət etmək üçün ölkələr arasında bağlanan
müqavilədir. Hər hansı ölkə Konvensiyanı
imzalayanda və onu ratifikasiya edəndə (təsdiq
edəndə) bu təsdiq ölkənin hüquqi öhdəliyinə
çevrilir və onun hökumətinin tədbirlərini yönləndirir.
Bu cür sənəd çox vaxt Konvensiyanın məqsədlərini
dəstəkləmək üçün hökumətlərə öz qanunlarını
uyğunlaşdırmağa və dəyişməyə sövq edir.
İnsan hüquqları nədir
Dünyada hamı onların hüquqlarını müdafiə edən və
ləyaqətini (bütün insanların doğulanda əldə etdikləri
ləyaqət) qoruyan qanunlarla müdafiə olunur. Heç kəs
istisna edilmir. Məsələn, hər bir insan yaşamaq və
köləlikdən azad olmaq hüququna malikdir. Bu hüquqlar
1948-ci ildə BMT-nin bütün üzv ölkələri tərəfindən qəbul
edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində
təsidqlənmişlər. Bütün uşaqların qidalanmaq və tibbi
xidmət almaq, məktəbə getmək və zorakılıq və sui-
istifadədən müdafiə olunmaq hüququ vardır. Uşaqlar
həmçinin onların həyatına təsir edən qərarların böyüklər
tərəfindən qəbul olunması zamanı nə baş verməli
olduğunu və onların rəyinin nəzərə alınması hüququna
malikdirlər. Uşaqların hüquqları Uşaq Hüquqları
Konvensiyasında qeyd olunur.
Bacarıqlar
haqqında
5
İsmarıc BACARIQDIR
Müəllif - Victor Santiago Pineda,
Victor Pineda Fondunin prezidenti
Mənim beş yaşım olanda mən yeriyə bilmədim. Böyüdükcə mənim əzələlərim o qədər
zəiflədi ki, nəfəs belə ala bilmirdim. Mən fikirləşirdim ki, fərqli olduğum üçün məni heç kəs
xoşlamır. Mənim valideynlərim nə edəcəklərini bilmirdilər. Lakin onlar məni sevdiklərini
həmişə nümayiş etdirirdilər. Onlar mənə inanırdılar və mənə risk etməyə və yeni işlər
görməyə cəhd etməyə imkan verirdilər.
Məndə özünəinam hissi yarandı.
Ailəm bilirdi ki, öz yolumu tapmaq üçün
mən mübarizə aparmalı olacağam.
Bütün uşaqlığım boyu, nə edə
biləcəyim və bunu necə edəcəyim
haqqında insanların fikirlərini dəyişməli
oldum. Sonunda, mən öyrəndim ki,
məni qoruyan qanunlar vardır. Bu
qanunlar sayəsində, mən özümə lazım
olan yardımı aldım və əlaçı şagirdə
çevrilə bildim.
Mən böyüdükcə fikirləşirdim ki, görəsən
mənim kimi uşaqların hüquqlarının
müdafiə olunmadığı bir yerdə yaşasaydım həyatım necə olardı. Mən öyrəndim ki, bütün
dünyadan mənim kimi insanlar BMT-də bir araya gələrək bu məsələlər üzərində işləyirlər və
onlara qoşulmaq üçün mən çox çalışdım.
Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın layihəsini hazırlayan BMT
Komitəsinin ən gənc üzvü mən idim. Mən çoxlu dostlarla tanış oldum və onlarla ideyalarımı
bölüşdüm, və biz birlikdə Konvensiyanı hazırladıq.
Dünyada hər kəs fərqli görünüşə malikdir və müxtəlif ideyaları, təcrübələri, ənənələri
və bacarıqları vardır. Mən öyrəndim ki, bu fərqliliklər yeni imkanlar, ümidlər, arzular və
dostluqlar yaradır.
Bu kitab əlilliyi olan və olmayan uşaqlara çiyin-çiyinə duraraq düzgün olan işlər üçün
mübarizə aparmağa bir çağırışdır. Dünyamızda olan insanların müxtəlifliyi qiymətləndirməli
və paylaşmalı olduğumuz bir xəzinədir. Hər bir uşaq dünya ailəsinin bir hissəsidir və bu
dünyanın unikal bacarıqlarına öz töhfəsini verir. Bütün uşaqlar buraya daxildir.
Victor Santiago Pineda tərbiyəçi və rejissordur. O, əlilliyi olan gənclərlə işləyir və onlara öz hüquqları barədə
məlumat verir. O, öz Fondu ilə Dünya Təkanı təşəbbüsü yaratmışdır və əlilliyi olan gənc insanların bacarıqları
və potensialı haqqında ictimaiyyəti məlumatlandırır. Cənab Pineda BMT, Dünya Bankı və hökumət liderlərilə
işləyərək hər kəs üçün hörmət, bərabər imkanlar və ləyaqəti təbliğ edir. Onun əzələ distrofiyası vardır və o, əlil
arabası ilə hərəkət edir.
Əlilliyi olmaq pis şey deyildir. Onunla hətta
qürur da duymaq olar. Biz hamımız müxtəlifik
və hamımızın müxtəlif BacarıqlarıMıZ
vardır. Hər bir uşaq ailələrimiz, məktəblərimiz
və icmalarımız üçün bacarığın səfiri ola bilər.
Bizim hər birimizin başqalarına xidmət edə
biləcək fikirləri, təcrübələri və bacarıqları
vardır. Bu kitab bütün millətlərdən olan bütün
insanları bizə olduğumuz kimi hörmət etməyə və
şərəfləndirməyə çağırır.
– Victor Santiago Pineda
6
Mən o zaman xoşbəxtəm ki, …
Kiçik əşyalar məni xoşbəxt edir
Mən o zaman xoşbəxtəm ki, …
İnsanlar mənim nə demək istədiyimi başa düşürlər
Mən başqa insanlarla eyni səviyyədə danışanda
Mən xoşbəxtəm, çünki özümlə qürur duyuram
Mən təhsil alanda xoşbəxtəm
Təhsil almaqla mən yeni məlumatlar əldə edə bilərəm
Mən bütün dünyadan gələn xəbərləri anlamağa başlayıram
Mən yemək yeyəndə nə qədər pul ödəməli olduğumu hesablaya bilirəm
Mən fikirləşdiyimin düzgün və ya yalnış olduğunu deyə bilərəm
Mən xoşbəxtəm, çünki bir çox işləri özüm görməliyəm
Mən xoşbəxtəm, çünki mənim görəcəyim sevimli işim var
Futbolçulara tərəfdarlıq edəndə xoşbəxt oluram
Çunki onların ehtirası çox böyükdür
Mənə elə gəlir ki, mən onlardan biriyəm
Və mən çox həyacanlanıram
Mən xoşbəxtəm, çünki arzum var
O kiçik görünə bilər, amma
Hər günümü planlaşdırmaq və inanaraq yaşamaq
Məni çox xoşbəxt edir
—Kim Yoona, 15 yaş, Korea Xalq respublikası
“Oynamaq hüququ”, cavlon rahmonberdıyev, 12 yaş, Özbəkistan
Bacarıqlar
haqqında
7
Konvensiya haqqında
Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya əlilliyi olan və olmayan
insanlara eyni cür rəftar edilməsini təmin etmək üçün dünya ölkələri arasında
bağlanmış bir razılaşmadır. Konvensiyalar, bəzən sazişlər, razılaşmalar, beynəlxalq
müqavilələr və ya hüquqi sənədlər adlandırılırlar və onlar sizin hökumətlərə
göstəriş verirlər ki, sizin hüquqlarınızdan istifadə edə bilmənizi təmin etmək üçün nə
edilməlidir. Bütün əlilliyi olan böyüklər və uşaqlar, yəni həm qızlar, həm oğlanlar eyni
dərəcədə bu hüquqlardan istifadə etməlidirlər.
Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya 2006-cı ilin 13 dekabr
tarixində qəbul edilmişdir. 2 Aprel 2008-ci il tarixədək, Konvensiyanı 20 ölkə
ratifikasiya etmişdir, bu isə o deməkdir ki, Konvensiya 3 may 2008-ci ildə qüvvəyə
minmişdir (Konvensiyanın qaydalarına www.un.org/disabilities/ ünvanında baxa
bilərsiniz).
Baxmayaraq ki, Konvensiya yaşından asılı olmayaraq əlilliyi olan bütün şəxslər
üçündür, bu kitabda hüquqların uşaqların həyatında nə məna kəsb etdiyinə baxılır,
çünki siz vacibsiniz!
Konvensiya nə üçün lazımdır?
Əgər sizin valideynləriniz və ya ailənizdə kiminsə əlilliyi varsa, bu Konvensiyada
onlar üçün faydalı və həvəsləndirici məlumatlar təqdim edilir. Bu sənəd sizi və
ailənizi, sizə kömək etmək istəyən dostlarınızı hüquqlarınızdan istifadə etməyə
yönləndirir.
Burada həmçinin əlilliyi olan bütün insanlara öz hüquqlarını həyata keçirməyə
yardım etmək üçün hökumətlərin nə etməli olduqları müəyyən edilir.
Müxtəlif ölkələrdən olan və müxtəlif əlilliyi olan insanlar bu Konvensiyanın
hazırlanması üçün öz hökumətlərilə birgə işləmişlər. Əlilliyi olan insanlara məktəbə
getmək, iş əldə etmək, şənlənmək və icmalarında xoşbəxt yaşamağa kömək edən
yaxşı tədbirlər və qanunlara nəzər salmaqla onlarda ideyalar yaranmışdır.
Bir çox mövcud qayda, münasibət və hətta bina əlilliyi olan uşaqların məktəblərə
getməsini, oynamasını və istədikləri tədbirlərdə iştirak etməsini təmin etmək üçün
dəyişdirilməlidir. Əgər sizin hökumət Konvensiyanı ratifikasiya etmişdirsə, deməli bu
dəyişikliklərin baş verməsinə razılaşmışdır.
Yadda saxlamaq vacibdir ki, bu Konvensiyada olan hüquqlar yeni hüquqlar deyildir.
Onlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası
və insan hüquqları üzrə digər beynəlxalq müqavilələrdə tanınmış eyni insan
hüquqlarıdır. Əlilliyi olan İnsanların Hüquqları haqqında Konvensiya əlilliyi olan
insanların hüquqlarına hörmət ediləcəyinə təminat verir.
8
Əlilliyi olan
Şəxslərin
Hüquqları
haqqında
Konvensiyanın
xülasəsi
Konvensiyada çoxlu vədlər verilir. Onun 50
maddəsi bu vədlərin hansılar olduğunu aydın
izah edir. Növbəti səhifələrdə biz “hökumət”
dedikdə Konvensiyanı ratifikasiya etmiş
ölkələr nəzərdə tutacayıq (onlara həm də
“üzv ölkələr” deyilir).
Ratifikasiya etmək nə deməkdir?
Konvensiyanı ratifikasiya edən hökumət onun
maddələrini tətbiq etmək üçün əlindən gələni edəcəyinə
razılıq verir. Yoxlayın görün sizin ölkəniz Konvensiyanı
ratifikasiya edibmi. Əgər edibsə, siz hökumət
nümayəndələrinizin məsuliyyətlərini onlara xatırlada
bilərsiniz. BMT Konvensiyanı imzalamış və onunla
razılaşmış ölkələrin siyahısını dərc edir. Ölkənizin
Konvensiyanı ratifikasiya edib-etmədiyini öyrənmək
üçün BMT-nin internet saytına baxa bilərsiniz:
.
Nikbinlik bizim həyatımızın şüarıdır
Mənə qulaq asın dostum, dostlarım
Qoy sizin şüarınız sevgi və inam olsun
Həyat rəhimli Allahımızdan bizə vergidir
Həm göylərdə, həm yerdəki bütün varlıqlara
Əgər əlilliyi olan dostunuz vardırsa sizin
Rahat hiss etmələri üçün onlara yaxın olun
Onları nikbin olmağa və həyatı sevməyə səsləyin
Bədbinlik qorxaqlıqdır deyin onlara
Mərdlik və ötkəmlik şücaət işarələridir
Ümid həyatımızdakı məqsədimizdir
Zərif təbəssüm bizi birləşdirir
Həyatda ümidsizlik və ümidsiz həyat yoxdur
—Jwan Jihad Medhat, 13 yaş, Iraq
Qanunlar
nədir?
Qanunlar insanların
bir-birinə hörmət etməsi
və təhlükəsiz şəkildə
birgə yaşaması üçün hər
kəsin əməl etməli olduğu
qaydalardır.
KONVENSİYANIN XÜLASƏSİ
Bacarıqlar
haqqında
9
Maddə 1:
Məqsəd
Bu maddədə Konvensiyanın əsas məqsədi verilir və bu məqsəd əlilliyi olan bütün insanlar,
o cümlədən uşaqların bütün insan hüquqlarından tam və bərabər surətdə istifadə etmələrini
təbliğ etmək, müdafiə etmək və təmin etməkdən ibarətdir.
Maddə 2:
anlayışlar
Bu maddədə bu Konvensiyada xüsusi məna daşıyan sözlərin siyahısı verilir. Məsələn,
konvensiyanın “dilinə” danışıq dilində işlənən sözlər, işarələr və digər qeyri-danışıq sözləri
daxildir, “ünsiyyətə” dillər, mətnlər, Brayl əlifbası (bu əlifbada oxumaq üçün diyircəkli nöqtələr
və rəqəmlərdən istifadə edilir), toxunuş vasitəsilə ünsiyyət, böyük hərflər və istifadə edilə
bilən multimediya vasitələri (məsələn, internet saytları və ya audio) daxildir.
Maddə 3:
ümumi prinsiplər
Bu Konvensiyanın əsas prinsipləri (əsas inancları) bunlardır:
(a)
Hər kəsin irsən aldığı ləyaqətinə, seçim etmə azadlığına və müstəqilliyinə hörmət
etmək.
(b)
Ayrı-seçkiliyə yol verilməməsi (hamıyla ədalətli rəftar etmək).
(c)
Cəmiyyətdə tam iştirak və inteqrasiya (icmanın həyatına daxil ounma).
(d)
Müxtəlifliyə hörmət və əlilliyi olan insanların insan müxtəlifliyinin bir hissəsi kimi qəbul
etmək.
(e)
Bərabər imkanlar.
(f)
Müyəsərlik (nəqliyyatdan, yerlərdən və məlumatlardan istifadə imkanının olması və
əlillik olduğu üçün bunlardan istifadə etməkdən imtina edilməməsi).
(g)
Kişilər və qadınlar arasında bərabərlik (qız və ya oğlan olmağından asılı olmayaraq,
eyni imkanların olması).
(h)
Əlilliyi olan uşaqların inkişaf edən bacarıqlarına və öz şəxsiyyətlərinin qorunub
saxlanması hüquqlarına hörmət
(bacarıqlarına görə
hörmət edilməsi və
kim olmağından qürur
duyulması).
Maddə 4:
ümumi öhdəliklər
Əlilliyi olan insanlara qarşı ayrı-
seçkilik yaradan heç bir qanun
olmamalıdır . Zəruridirsə, əlilliyi
olan şəxslərin hüquqlarını
müdafiə etmək üçün hökumətlər
yeni qanunlar hazırlamalı və
onları tətbiq etməlidirlər. Əgər
köhnə qanunlarda və ənənələrdə
əlilliyi olan insanlara qarşı ayrı-
seçkilik varsa, hökumətlər onların
dəyişdirilməsi yollarını tapmalıdırlar.
Əgər əlilliyi olan uşaqları
digər uşaqların etdikləri
şeyləri etməyə imkan
verməyən qanunlar və
ya təcrübə varsa, onlar
dəyişdirilməlidirlər. Bu
cür qanun və təcrübələri
dəyişdikdə, sizin
hökumət əlilliyi olan
uşaqlar üzrə təşkilatlarla
məsləhətləşmə
aparmalıdır.
Lisa Lavoie
10
KONVENSİYANIN XÜLASƏSİ
Yeni qanunlar və siyasətlər hazırlamaq üçün hökumətlər əlilliyi olan insanlardan, o cümlədən
uşaqlardan məsləhət almalıdırlar.
Maddə 5:
Bərabərlik və ayrı-seçkiliyin yol verilməzliyin
Hökumətlər qəbul edirlər ki, bütün insanların qanunla müdafiə olunma hüququ vardır və
ölkənin qanunları onda yaşayan bütün insanlara tətbiq edilir.
Maddə 6:
Əlilliyi olan qadınlar
Hökumətlər bilirlər ki, əlilliyi olan qızlar və qadınlar bir çox müxtəlif növ ayrı-seçkiliklərlə
üzləşirlər. Onlar qadın və qızların insan hüquqlarını və azadlıqlarını qorumağa razılıq verirlər.
Maddə 7:
Əlilliyi olan uşaqlar
Hökumətlər əlilliyi olan uşaqların digər uşaqlarla eyni olaraq bütün insan hüquqlarından və
azadlıqlarından istifadə
etmələrini təmin
etmək üçün bütün
mümkün tədbirləri
görəcəklərinə
razılaşırlar. Onlar
həmçinin əlilliyi
olan uşaqların
həyatlarına təsir
edən məsələlərdə öz
fikirlərini azad şəkildə
ifadə etmələrini təmin
etməyə razılıq verirlər.
Uşaq üçün ən yaxşı nə
varsa, o birinci nəzərdən keçirilməlidir.
Maddə 8:
Məlumatlılığın artırılması
Hökumətlər əlilliyi olan şəxslərin hüquq və
ləyaqəti, nailiyyətləri və bacarıqları haqqında
hamıya məlumat verməlidirlər. Onlar əlilliyi
olan insanlarla bağlı stereotiplərə, yalnış
münasibətə və fəaliyyətlərə qarşı mübarizə
aparmağa razılıq verirlər. Məsələn, sizin
məktəb əlilliyi olan insanlar hətta lap kiçik yaşlı
uşaqlara qarşı hörmət edilməsi münasibətini təbliğ etməlidir.
Maddə 9:
Müyəssirlik
Hökumətlər əlilliyi olan insanların müstəqil yaşamalarını
və icmalarının həyatında iştirak etmələrini mümkün etməyə
razılaşırlar. İctimaiyyət üçün açıq olan istənilən yer, o cümlədən binalar, yollar, məktəblər və
xəstəxanalar əlilliyi olan şəxslər, o cümlədən uşaqlar üçün istifadə edilə bilən olmalıdırlar.
Siz ictimai binadasınızsa və sizə yardım lazımdırsa, işarələr dilinin peşəkar oxucusu və ya
tərcüməçisi sizə yardım etmək üçün orada olmalıdır.
Əlilliyi olan oğlanlar və qızların bütün digər uşaqlar
kimi eyni hüquqları vardır. Məsələn, hər bir uşağın
məktəbə getmək, oynamaq, zorakılıqdan müdafiə
olunmaq və ona təsir edən məsələlər üzrə qərar
qəbul edilməsində iştirak etmək hüququ vardır.
Hökumətlər əlilliyi olan uşaqların bu hüququ həyata
keçirmək üçün zəruri məlumat və dəstəyi təmin
etməlidir.
Kütləvi-
informasiya
vasitələri əlilliyi
olan uşaqlar və
böyüklərə qarşı
ədalətsizliklər
haqqında
məlumat
verməlidir.
Lisa Lavoie
Bacarıqlar
haqqında
11
KONVENSİYANIN XÜLASƏSİ
Bəs texnologiya necə?
Müxtəlif fiziki imkanları olan insanların
telefonlardan, kompüterlərdən və digər
texnologiyalardan istifadəsi asan olmalıdır.
Məsələn, internet saytları elə dizayn edilə bilər ki,
klaviaturadan istifadədə çətinlik çəkənlər, görmə
və ya eşitmə problemləri olanlar informasiyadan
başqa formatda yararlana bilsinlər. Kompüterin
klaviaturasında Brayl əlifbası yerləşdirilə bilər və
ya kompüterin monitorunda meydana gələn sözlər
danışıq sintezatoru vasitəsilə səsləndirilə bilər.
cəfərova Kəmalə, 5 yaş, azərbaycan
12
KONVENSİYANIN XÜLASƏSİ
Maddə 10:
Yaşamaq hüqüqi
İstənilən insan doğulduqda yaşamaq hüququ ilə doğulur. Hökumətlər bu hüququn həm əlilliyi
olmayan, həm də olan şəxslərə eyni cür şamil edildiyi barədə təminat
verir.
Maddə 11:
təhlükə və fövqəladə hallar
Əlilliyi olan insanlar başqaları kimi müharibə,
fövqəladə hal və ya təbii fəlakət, məsələn
tufan zamanı müdafiə olunmaq və qorunmaq
hüququna malikdirlər. Əlilliyiniz olduğuna görə
sizi qanuni olaraq sığınacaqdan məhrum edə
və ya başqaları xilas edilən zaman tək qoya
bilməzlər.
Maddə 12:
Qanun qarşısında bərabərlik
Əlilliyi olan insanlar başqaları kimi
“hüquqi imkanlardan” eyni cür istifadə
edə bilməlidirlər. Bu o deməkdir ki, siz böyüdükdə əlilliyinizin olub-
olmadığına baxmayaraq oxumaq üçün və ya evinizi kirayəyə vermək
məqsədilə müqavilə bağlamaq üçün kredit ala bilməlisiniz. Siz həm də əmlaka sahib ola və
ya onu verəsəliklə ala bilərsiniz.
Maddə 13:
Ədliyyədən istifadə imkanı
Əgər sizə cinayət nəticəsində zərər dəyibsə, digər zərər çəkmiş və ya düzgün hərəkət
etmədiyinə görə ittiham edilmiş şəxsləri görmüsünüzsə, işinizə baxılan zaman sizin ədalətli
rəftar görmək hüququnuz vardır. Məhkəmə işlərində sizə öz fikirlərinizi azad şəkildə ifadə
etməyə kömək edilməlidir.
Maddə 14:
Şəxsin azadlığı və təhlükəsizliyi
Hökumətlər diqər insanlarda olduğu kimi əlilliyi olan insanların azadlıqlarının qanunla
müdafiə olunmasını təmin etməlidirlər.
Maddə 15:
İşgəncə və ya qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzadan azad olma
Heç kəsə işgəncə verilə və ya hədə-qorxu gəlinə və ya qəddar münasibət göstərilə bilməz.
Və hər kəsin tibbi və ya elmi təcrübələrdə iştirakdan imtina etmək hüququ vardır.
Maddə 16:
Zorakılıq və sui-istifadədən azad olma
Əlilliyi olan uşaqlar zorakılıq və sui-istifadədən müdafiə olunmalıdırlar. Onlarla evdə və ya
evdən kənarda pis rəftar edilməməli və ya zərər vurulmamalıdır. Əgər siz zorakılıq və ya pis
rəftarla üzləşmisinizsə, sui-istifadənin dayandırılması və bərpa olunmaq üçün yardım almaq
hüququnuz vardır.
Maddə 17:
Şəxsin müdafiə edilməsi
Heç kəs sizinlə fiziki və əqli bacarıqlarınıza görə yarımçıq insan kimi rəftar edə bilməz.
Başqalarının sizə olduğunuz kimi hörmət etmələrinə hüququnuz vardır!
Lisa Lavoie
Sizin yaşamaq
hüququnuz vardır.
Bu sizə verilən
bir bəxşişdir və
qanuna görə heç
kim onu sizin
əlinizdən ala
bilməz.
Bacarıqlar
haqqında
13
KONVENSİYANIN XÜLASƏSİ
Maddə 18:
Hərəkət azadlığı və vətəndaşlıq
Hər bir uşağın qanuni şəkildə qeydiyyata alınmış, ad və vətəndaşlıq almaq və imkan
daxilində valideynlərini tanımaq və onlar tərəfindən qayğı görmək hüququ vardır. Və insanlar
öz əlilliklərinə görə ölkədən çıxmaq və ya oraya gəlməkdən imtina edilə bilməzlər.
Maddə 19:
Müstəqil yaşamaq və icmaya inteqrasiya edilmək
İnsanlar, əlil olub-olmamalarından asılı olmayaraq, harada yaşamaqlarını seçmək hüququna
malikdirlər. Siz böyüyəndə sizin istədiyiniz halda müstəqil yaşamaq və cəmiyyətə inteqrasiya
edilmək hüququnuz olacaq. İcmanızda yaşamaq üçün sizin həmçinin evinizdə qulluq
edilməsi və şəxsi dəstək kimi dəstək xidmətlərindən istifadə imkanınız olmalıdır.
Maddə 20:
Şəxsi hərəkət etmə
Əlilliyi olan uşaqların yaşadıqları yerlərini dəyişmək və müstəqil olmaq hüququ vardır.
Hökumətlər bunu etməyə onlara kömək göstərməlidirlər.
Maddə 21:
Söz və fikir azadlığı və informasiyaya cıxış
İnsanların öz fikirlərini ifadə etmək, informasiya axtarmaq, almaq və paylaşmaq, və
informasiyanı onların başa düşəcəyi və istifadə edə biləcəyi formalarda almaq hüququna
malikdirlər.
Maddə 22:
Özəl həyat hüququ
Əlilliyi olub-olmamasına baxmayaraq heç kəs insanların özəl həyatına müdaxilə edə bilməz.
İnsanlar haqqında, məsələn onların sağlamlıq durumu barədə məlumatı olan şəxslər bu cür
məlumatları gizli saxlamalıdırlar.
Maddə 23:
Evə və ailəyə hörmət
İnsanların ailələri ilə yaşamaq hüququ vardır. Əgər sizin əlilliyiniz varsa, hökumətiniz
sizin ailənizə əlilliklə bağlı xərclər, informasiya və xidmətlər baxımından yardım etməlidir.
Əlilliyiniz olduğuna görə siz ailənizdən ayrıla bilməzsiniz! Əgər siz öz doğmalarınızla
yaşaya bilmirsinizsə, hökumət daha geniş ailə üzvləri və ya icma tərəfindən sizə qayğı
göstərilməsini təmin etməlidir. Əlilliyi
olan cavan insanların digər insanlar
kimi reproduktiv sağlamlıq
məlumatlarının əldə edilməsinə
hüquqları çatır və başqa insanlar
kimi onların da evlənmək və ailə
qurmaq hüququ vardır.
Lisa Lavoie
Əlilliyi olan
uşaqların
yaşadıqları
yerlərini
dəyişmək və
müstəqil olmaq
hüququ vardır.
14
KONVENSİYANIN XÜLASƏSİ
Maddə 24:
təhsil
İnsanların məktəbə getmək hüququ vardır. Əgər sizin əlilliyiniz varsa, buna görə
sizi təhsildən məhrum edə bilməzlər. Siz ayrıca təcrid olunmuş məktəblərdə təhsil
almamalısınız. Sizin başqa uşaqlara verilən təhsil və tədris proqramı almanıza hüququnuz
çatır və sizin hökumətiniz bunun baş verməsi üçün sizə lazım olan yardımı göstərməlidir.
Məsələn, müəllimlərinizin sizi anlaması və ehtiyaclarınıza cavab verməsi üçün uyğun
ünsiyyət qurulması məqsədilə hökumət lazımi yollar təmin etməlidir.
Maddə 25 və 26:
Sağlamlıq və bərpa
Əlilliyi olan insanlar başqa insanlara təmin edilən eyni səviyyə və keyfiyyətdə pulsuz və ya
ucuz səhiyyə xidmətləri almaq hüququna malikdirlər. Əgər sizin əlilliyiniz varsa, sizin də
səhiyyə və bərpa xidmətlərindən istifadə etmək hüququnuz vardır.
Maddə 27:
İş və işlə təmin
Əlilliyi olan insanlar ayrı-seçkilik olmadan azad şəkildə seçdikləri işdə işləmək üçün bərabər
hüquqa malikdirlər.
“Mənim icmamda gündəlik həyat”, Pedro José rivera, 14 yaş, nikaraqua
Bacarıqlar
haqqında
15
KONVENSİYANIN XÜLASƏSİ
Maddə 28:
Müvafiq yaşayış standartı və sosial müdafiə
Əlilliyi olan insanların ayrı-seçkilik olmadan ərzaq, təmiz su, geyim və evlə təmin edilmə
hüququ vardır. Hökumət yoxsulluq içində yaşayan əlilliyi olan uşaqlara kömək etməlidir.
Maddə 29:
Siyasi və ictimai həyatda iştirak
Əlilliyi olan insanların siyasi və ictimai həyatda iştirak hüququ vardır. Ölkənizin qanunları ilə
müəyyən edilmiş yaşa çatdıqdan sonra əlilliyinizin olub-olmamasından asılı olmayaraq sizin
qrup yaratmaq, cəmiyyətə qulluq etmək, səsvermə yerlərinə çıxış əldə etmək, səs vermək
və hökumətdə vəzifəyə seçilmək hüququnuz vardır.
Maddə 30:
Mədəni həyatda iştirak, istirahət, asudə vaxt və idman
Əlilliyi olan insanların başqa insanlar kimi incəsənətlə, idmanla məşğul olmaq, oyunlarda,
filmlərdə və başqa şən tədbirlərdə iştirak etmək hüququ vardır. Ona görə teatrlar, muzeylər,
oyun meydançaları və kitabxanalar hər bir kəsin, o cümlədən əlilliyi olan uşaqların üzünə
açıq olmalıdır.
Maddə 31:
Statistika və məlumatların toplanması
Daha yaxşı proqramlar və xidmətlər hazırlamaq üçün ölkələrdə əlilliyi olan şəxslər haqqında
məlumatlar toplanmalıdır. Əlillik haqqında tədqiqatlara töhfəsini verən əlilliyi olan şəxslərin
hörmətlə və insani şəkildə rəftar edilmə hüququ vardır. Onların verdiyi istənilən özəl məlumat
gizli saxlanmalıdır. Toplanmış statistik məlumatlardan əlilliyi olan şəxslər və digərlərin
istifadə etmək imkanı olmalıdır.
Maddə 32:
Beynəlxalq əməkdaşlıq
Bu Konvensiyanın maddələrinin yerinə yetirilməsi üçün ölkələr bir-birinə kömək etməlidir.
Buraya daha çox resursları (məsələn, elmi məlumatlar, faydalı texnologiyalar) olan ölkələrin
digər ölkələrə yardım etməsi daxildir. Bununla onlar
dünyada daha çox insanın Konvensiyadan yararlanmasını
təmin edə bilərlər.
Maddələr 33 - 50:
Əməkdaşlıq, Konvensiyanın monitorinqi
və yerinə yetirilməsi qaydaları
Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyada
ümumilikdə 50 maddə vardır. 33 – 50-ci maddələr
böyüklərin, xüsusilə əlilliyi olan insanlar və onların
təşkilatlarının və hökumətlərin əlilliyi olan bütün insanların
bütün hüquqlardan istifadə edə bilməsini təmin etmək üçün
necə birgə işləməsindən bəhs edir. Bu maddələrin mətnini
www.un.org/disabilities ünvanında tapa bilərsiniz.
Lisa Lavoie
16
Səslər və sükut arasında
Parçalanan iki dünya...
Əminsizəm, qoşula bilmirəm...
Göz yaşlarım axır...
Istəmədən edilən imtina və etiraz
Tənhalığı hiss etdirir...
Göz yaşlarım axır...
Bəzi əllər istisnadır,
Onlar dəstəkləyir, çəkir və ruhlandırır,
Daim, daim...
Göz yaşları axır, amma təbəssüm doğur...
Hələ də iki hiss arasındayam,
Amma sevilirəm...
— Sarah Leslie, 16 yaş,
amerika Birləşmiş Ştatları
Babayeva ayna, 15 yaş, azərbaycan
Bacarıqlar
haqqında
17
Hüquqlar necə gerçəkləşir
Əlilliyi olan uşaqların hüquqları bütün digər uşaqların hüquqları ilə eynidir. Dünyanın
Konvensiya haqqında məlumat alması sizdən asılıdır. Cəmiyyətlərinin hamını inteqrasiya
etməsini istəyirlərsə, insanlar fikirlərini ucadan söyləməlidirlər.
Əgər sizin əlilliyiniz varsa, bu Konvensiya sizə, sizin hökumətə və sizin ailənizə
hüquqlarınıza nail olmaq və arzularınıza çatmaq üçün vasitə verir. Sizin məktəbə getmək və
digər fəaliyyətlərə qatılmaq üçün eyni şansınız olmalıdır. Hansı növ əlilliyiniz olmasınadan
asılı olmayaraq, həyatinizda olan böyüklər sizə hərəkət etmənizdə, başqa uşaqlarla
ünsiyyətdə olmaq və oynamaqda kömək
etməlidirlər.
Siz vətəndaşsınız, ailənizin və icmanızın
üzvüsünüz və sizin verəcəyiniz böyük
töhfəniz vardır.
Siz nə edə bilərsiniz?
Əliliyi olan uşaqların məktəbə gedə
bilməsi, oynaya və istədikləri fəaliyyətlərdə
iştirak edə bilməsi üçün münasibətlərin və
qaydaların dəyişdirilməsi vacibdir. Sizin məktəbdə əlilliyi olan uşaqlar dərslərə və digər
fəaliyyətlərə qatılırlarmı? Aranızda xüsusi qayğıya ehtiyacı olanlara müəllimləriniz dinləyir
və onlara cavab verirlərmi? Sizdə əlil arabasının daxil ola bilməsi üçün keçid, jestlər dilini
tərcümə edən tərcüməçi və ya yardımçı texnologiyalar varmı? Yaxşı! Deməli sizin məktəbdə
əlilliyi olan uşaqlara qarşı ədalətli davranırlar və onlara öyrənmək imkanı verirlər. Sizin
məktəbdə Konvensiyaya əməl edilir.
Təəssüf ki, insanların çoxu əlilliyi olan uşaqlara qarşı ədalətli olmurlar. İcmanızın bu
cür insanları daha da sıx inteqrasiya etməsində sizin rolunuz vardır. Valideynləriniz və
müəllimlərinizin düşüncə tərzini dəyişmək üçün siz evinizdən və məktəbinizdən başlaya
bilərsiniz.
Digərlərinə Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya və əlilliyi olan gənc
insanların potensialı haqqında məlumat vermək üçün edə biləcəyiniz bir çox şeylər vardır.
Məsələn, siz bunları edə bilərsiniz:
l
Təşkilat və ya kampaniyaya qatılmaq. Güc çoxluqdadır. Başqaları ilə səylərini birləşdirmək
üçün siz milli və ya beynəlxalq təşkilatın yerli nümayəndəliyinə dəstək verə və onlara
qoşula bilərsiniz. Onların gənclər üçün xüsusi proqramları və kampaniyaları ola bilər.
l
Öz layihənizi hazırlayın. Qarşınıza çıxan maneələri dəf etmək üçün məlumatlılıq
kampaniyasını başlayın, maliyyə toplayın, sorğu keçirin (Tanışlarınızdan kiməsə ədalətsiz
davranılıbmı? Sizin məktəbinizdə yalnız pilləkənlər vardır və əlil arabaları üçün keçidlər
yoxdur?), qarşınıza duran əngəllikləri aradan qaldırmaq üçün yazılı formada müraciət edin.
l
Konvensiyanı təbliğ etmək üçün klub təşkil edin. Müxtəlif bacarıqları olan uşaqları bir
yerə yığın, bütün dostlarınızla ictimai tədbirlər keçirin və yeni insanları sizə qoşulmağa
dəvət edin. Kino məclisləri və ya birgə şam yeməkləri təşkil edin. Sadəcə şənlənin və bir-
birinizin unikal bacarıqlarınızdan həzz alın.
Öz hüquqlarınızın müdafiəsinə qalxın
və digərləri sizin tərəfinizə keçəcəklər.
Bütün uşaqlar məktəbə gedə, oynaya,
və bütün işlərdə iştirak edə BİLƏRLƏR.
Mən bacarmaram deməyin, mən
BacararaM deyin!
— Victor Santiago Pineda
18
l
Əlilliyi olan insanların hüquqları haqqında məktəbinizdə və ətraf məktəblərdə təqdimatlar
keçirin. Yaradıcı olun. Konvensiyaya daxil olan hüquqları sizin məktəb yoldaşlarınızın başa
düşməsinə kömək etmək üçün plakatlar və səhnəciklər hazırlayın. Təqdimatı hazırlamağa
kömək etmək üçün valideyn və ya müəlliminizdən xahiş edin və onu harada və nə zaman
keçirəcəyinizi planlaşdırın. Təqdimatınıza məktəb direktorunuzu da dəvət edin.
l
Dostlarınızın bir qrupu ilə əlilliyi olan insanların hüquqları haqqında incəsənət əsərləri
hazırlayın. Bunlar rəsmlər, əl işləri və ya heykəllər ola bilər – istənilən əsər sizə hər-
hansı xəbəri paylaşmağa kömək edə bilər. Baxın görün bəlkə siz əsərlərinizi məktəbdə,
ərazinizdəki kitabxanalarda, qalereyalarda və ya restoranlarda asa biləsiniz – bu, insanların
əsərlərinizi seyr edə biləcəyi istənilən yer ola bilər. Bir az keçəndən sonra siz öz əsərlərinizi
başqa yerlərə apara bilərsiniz və Konvensiyanı başqa insanlarla paylaşa bilərsiniz.
l
Öyrəndiyiniz təcrübə və bilikləri başqalarıyla paylaşın. UNICEF Gəncliyin Səsi kampaniyası
gənclər arasında populyar onlayn müzakirə forumudur.
Bu sizin görə biləcəyiniz işlərin yalnız bir neçəsi haqqında ideyalar idi —
ideyaların sərhədi yoxdur.
Fəaliyyətinizi təşkil etmək və şənlənmək üçün etibar etdiyiniz
böyüklərdən sizə kömək etmələrini xahiş edin!
“Əlilliyi olan uşaqlardan ibarət rok qrupu”, Valeria d’avola, 13 yaş, Italiya
Tədris materiallarının toplusunu əldə etmək üçün bu bukletdən sonra buraxılacaq Əlillik haqqında: Əlilliyi olan Şəxslərin
Hüquqları haqqında Konvensiya üzrə təlim fəaliyyətləri və tədbirlərin keçirilməsi adlı vəsaitə müraciət edin.
Bacarıqlar
haqqında
19
Biliklərinizi yoxlayın
(1) Buraxılmış sözləri daxil edin.
a. Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın prinsiplərindən biri
cəmiyyətdə tam iştirak və cəmiyyətə _________________
b. Əlilliyi olan uşağın məktəbə gedə bilməsini, oynaya bilməsini və bütün uşaqların
etmək istədiyi şeyləri edə bilməsini təmin etmək üçün bir çöx qaydalar, münasibətlər
və binalar _________________.
c. Hər bir insanın __________________ hüquqları vardır.
d. Qanunda əlilliyi olan insanlara qarşı __________________ olmamalıdır.
e. __________________ bir çox forması olur; o yazılı, şifahi və ya imzalanmış formada
ola bilər.
(2) Sözlərdəki hərflərin yerini dəyişərək cümlə düzəldin.
Zib ________________ ahızımm ________________ üxətmfiikl _____________
əv _________________ ahızımmnı _______________ qilərf ________________
bcaırqalraı __________ ırdavr ___________________ knial ________________
zmiib ______________ ahızımmnı _______________ ynie _________________
qquühalrı ___________ rva _____________________
_______________________________________________________________________
_______________________________________________________________________
20
(3) Uşaqların ümumi cəhəti nədir?
_____________________________________________________________________
Lisa Lavoie
Cavablar:
(1) a. inteqrasiya; b. dəyişmək; c. bərabər; d. ayrıseçkilik; e. dil
(2) Biz hamımız müxtəlifik və hamımızın fərqli bacarıqları vardır, lakin bizim hamımızın eyni hüquqları var
.
(3) Onların hamısının hüquqları bərabərdir.
BAcAR
ıqlAR
haqqında
LÜĞƏT
Qəbul etmək:
Rəsmi olaraq təsdiq etmək və
ya qəbul etmək (məsələn, Konvensiya və ya
bəyannaməni).
Maddələr:
Nömrəsi olan hüquqi sənədin
paraqrafı və ya bölməsi; bu nömrələr məlumatları
tapmağı, onları yazmağı və onlar haqqında
danışmağı asanlaşdırır.
Yardımçı texnologiyalar:
Başqa cür edə
bilməyəcəyiniz işləri görə bilmənizə kömək edən
vasitələr, məsələn, əlil arabası sizə hərəkət
etməyə və ya daha böyük kompüter monitoru sizə
yaxşı görməyə kömək edir.
Komitə:
Birgə işləmək və başqa insanlara
kömək etmək üçün seçilmiş bir qrup insan.
Kommunikasiya:
Məlumat paylaşması.
Bu həmçinin multimediya, geniş şəkil, Brayl
əlifbası, işarə dili və ya kiminsə ucadan oxuması
vasitəsilə məlumatın oxunması, danışmaq və ya
dərk etmək vasitəsidir.
İcma:
Bir ərazidə yaşayan insanların qrupu. Bu
həmçinin eyni maraqlar və narahatlıqları olan
insanlar mənasını verir.
Konvensiya:
Eyni qanunlar yaradıb onlara
əməl etmək üçün bir qrup ölkələr tərəfindən
hazırlanmış saziş və ya müqavilə.
Uşaq Hüquqları Konvensiyası bütün uşaqların
cəmiyyətin üzvləri kimi öz hüquqlarından istifadə
edə bilməsini və uşaq qismində onların xüsusi
qayğı görməsi və müdafiə olmasını təmin edən
müqavilədir. Bu sənəd tarixdə ən çox ölkə
tərəfindən qəbul edilmiş insan hüquqları sazişidir.
Əlilliyi olan Şəxslərin Hüquqları haqqında
Konvensiya bütün insanların, o cümlədən əlilliyi
olan uşaqların öz hüquqlarından istifadə edə
bilməsini təmin edən müqavilədir.
Ləyaqət:
İnsan kimi sizin irsən qəbul
etdiyiniz dəyərliliyiniz və hörmətiniz. Sizin
özünəhörmətiniz. Ləyaqətlə rəftar edilmək
başqa insanlar tərəfindən hörmətlə qarşılanmaq
deməkdir.
Ayrı-seçkilik:
İrq, din, cins və ya fərqli
bacarıqlar səbəblərdən birinə görə bir şəxsin və
ya şəxslərdən ibarət qrupun ədalətsiz rəftarı.
İcra:
Nəyisə qüvvəyə mindirmək. Konvensiyanın
maddələrini icra etmək onda verilmiş vədləri
həyata keçirmək deməkdir.
İrsən keçmiş ləyaqət:
Bütün insanların
doğulduqları zamanı əldə etdikləri ləyaqət.
Hüquqi:
Qanuna aid olan, ona əsaslanan və ya
onunla tələb olunan.
Əzələ distrofiyası:
Vaxt keçdikcə əzələlərin
zəifləməsinə səbəb olan tibbi durum.
Ratifikasiya (ratifikasiya etmək):
İmzalanmış Konvensiya və ya müqavilənin ölkə
tərəfindən rəsmi şəkildə təsdiqlənməsi və həmin
ölkənin qanununa çevrilməsi.
Üzv dövlətlər:
Konvensiyaya imza atmış və
onunla razılaşmış ölkələr.
UNICEF:
BMT-nin Uşaq Fondu. Bu, uşaqların
hüquqları, onların sağ qalması, inkişafi və
müdafiəsi üçün işləyən və BMT sisteminə
daxil olan agentlikdir. Onun məqsədi uşaqlar
üçün – hamımız üçün daha yaxşı, təhlükəsiz və
mehriban dünya qurmaqdır.
Birləşmiş Millətlər Təşkilatı:
Demək olar
ki, bütün dünya ölkələrinin təşkilatı. Hökumətlər
BMT-nin Nyu Yorkdakı qərargahında bir araya
gəlirlər və sülh və daha yaxşı dünya qurulması
üçün birgə işləyirlər.
İnsan Hüquqları üzrə Ümumdünya
Bəyannaməsi:
Bütün BMT ölkələri tərəfindən
10 dekabr 1948-ci il tarixdə imzalanmışdır və bu
sənəd bütün insanların hüquqlarını özündə əks
etdirir.
ii
Hər bir uşaq üçün
Sağlamlıq, Təhsil, Bərabərlik, Müdafiə
HUMANİZMƏ DOĞRU
Əlavə məlumat üçün
UNİCEF-in Uşaq Müdafiəsi Bölməsi ilə
əlaqə saxlayın.
© Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)
2010-cu il
Dostları ilə paylaş: |