Əziz + Kuçer



Yüklə 25,75 Kb.
tarix30.11.2016
ölçüsü25,75 Kb.
#520




Əziz + Kuçer
1992-ci ildə karyeralarının başlanğıcından bəri Əziz və Kuçer rəqəmsal təsvirləmə, heykəltaraşlıq, animasiya və video quraşdırma kimi bir çox çeşiddə media vasitəsilə işləməkdədir. Onların çoxsaylı kompleks kanala malik video əsaslı “Bəzi İnsanlar” adlı yeni kompozisiyasının 2012-ci ildə İndianapolos İncəsənət Muzeyində premyerası keçiriləcəkdir.

Onların əsəri texnologiya və onun insan bədəni və şüuruna olan təsiri baxımından səciyyəvi diqqətəlayiqdir. 2003-2008-ci illərdə hazırlanan “Sinaptik Səadət” və “Senaps” seriyaları mənzərə rəsmlərindən ibarətdir və sənətkarların əvvəlki onillikdə insan bədəni ilə bağlı əsərlərinin davamı hesab edilə bilər.

Nəzərəçarpan klassik mənzərələrdən ibarət hərəkətsiz rəsmlər və videolarda müxtəlif formalar üst-üstə gətirilmiş, bir-birinə qarışmış və intensiv rəngarəng fırtınadan yavaşca ayrılmışlar. Kaleydoskopik buludlar ağaclara, budaqlara, çəmənliklərə, çiçəklərə və kolluqlara çevilir. Hər ayrı forma sanki daimi sabit hərəkətdədir və rənglənmiş toxumasının ölçüsü, ton və istiqamətində baş verən dəyişikliklərlə fərqlənir. Bu seriyalardakı əsərlər az qala qallusinasiya yaradan, çaşdıran effektlərlə elektronik impressionizm kimi səciyyələnir.

Öz əsərlərində sənətkarlar rəssamlıq və fotoqraflıq arasında uzun söhbətlər edirlər. Təkcə “Distopiya” (1994-95) kimi ilk əsərləri İntibah dövründə yaradılmış təsvirlərin adət-ənənələrinə əsaslanmır, həmçinin, rəqəmsal formada dəyişdirilən fotoların hazırlanmasında piqment və rəng - piksel və verilənlərlə əvəz olunaraq elektronik rəsmə çevrilmişdir. Bu iki vasitə arasındakı dinamik əlaqə ən son əsərlərində də rəssamlığa doğru əzimli addımları hiss etdirir ki, bu da “Gecə mənzərəsi” və “Sinaptik Səadət” (2003-4) əsərindəki videolarda rəqəmsal texnologiya və elmin möhürlədiyi qavrayış tərzini təmsil etmək məqsədilə, sənətkarların fotoqrafik realizmi uzaqlaşdırıb mücərrədliyə çevrilən və rəngin və xəttin əsas təsirli elementlər olduğu kompleks və çox-qatlı monotonluğa üstünlük verdiklərini göstərir.

“Senaps” seriyasında sənətkarlar fotoqrafik təmsilin bəzi elementlərini və dünyanın özünəməxsusluğunu tutmaq və saxlamaq gücünü yenidən göstərmişlər.

Şüurun sərhədləri dünyanı yalnız ayrı-ayrı hissələr şəklində gördüyü, lakin bütün bu hissələrin qarşılıqlı əlaqəsindən məftunedici dərəcədə həddən çox məlumatlılığa malik olduğu müddətdə, bu dünya hissələrə ayrılan, parçalanan və yenidən qurulan olaraq qalacaqdır.



Bioqrafiya

Əziz və Kuçer Nyu Yorkda yaşayır və işləyir.


Seçilmiş solo sərgilər

2013 (tezliklə) Əziz və Kuçer, Sultan Qalereyası, Küveyt

2012 Bəzi İnsanlar,, İndianapolis İncəsənət Muzeyi

2009 Əziz və Kuçer, Milli İncəsənət Muzeyi, Kaunas, Litva

2008 Senaps: Yeni Fotoqrafiya, ClampArt, Nyu York

2008 Senaps: Yeni Fotoqrafiya, Trama Qalareyası, Barselona

2008 Senaps: Yeni Fotoqrafiya, Trama Qalareyası, Madrid

2008 Əziz və Kuçer, Stiftselen İncəsənət Mərkəzi, Bergen, Norveç

2008 Koopman Mükafat Sərgisi, Hartfor Universiteti İncəsənət Qalareyaları

2006 Sinaptik Səadət və Daxili Aləmt, Artereal, Sidney, Avstraliya

2005 Sinaptik Səadət, Trama Qalareyası, Barselona və Madrid

2004 Sinaptik Səadət, Villette Numerique 2004, Parc de la Villette, Paris

2003 Kosmos Proyekti, 3-cü mərtəbə Kişi mağazası, Bergdorf, Goodman, Nyu York

2002 KEÇİD, Herzliya İncəsənət Muzeyi, İsrail

2001 Son əsər, Henry Urbach Qalareyası, Nyu York

2001 Nyu York, Galerie Yvonomar Palix, Paris

2000 96:00 Seriyası, Museo Alejandro Otero, Karakas, Venezuela

Seçilmiş qrup sərgiləri
2011 Yerə doğru, Gazelli Art House, London, Birləşmiş Krallıq 2010 Paradizayn, San Francisko Müasir İncəsənət Muzeyi, San-Fransisko
2009 Huesped, Museo Nacional de Bellas Artes, Buenos Ayres, Argentina
2007 İkiqat Vizyon, Deutsche Bank, Nyu York
2006 Kuratorun Gpzü: Robert A.Sobieszekin Vizual Mirası, LACMA, Los Angeles
2004 Fotoqraflıq və Portretin Ölümü, Hayvard Qalareyası, London
2002 Gözdən Kənar, Yeni Müasir İncəsənət Muzeyi, NY (Anna Elqud tərəfindən)

1999 ƏZİZ və KUÇER, Museo Nacional Centro de Arte Reina Sofia, Madrid, İspaniya 1998 ƏZİZ və KUÇER, Reali Arte Contemporanea, Bresiya, İtaliya 1998 Qeyri-təbii Seçim, Wolfson Qalareyası, Mayami/Dade Comm. Kolleci, Mayami 1997 PLASMORFİKA, Jack Shainman Qalareyası, NY 1997 Les Rencontres d'Arles, Arles, Fransa 1996 Qeyri-təbii Seçim, Fotoqraf Qalareyası, London

1996 Nyu York, Espace D'Art, Yvonamor Palix, Paris 1996 Qeyri-təbii Seçim, Fotology Qalareyası, Milan 1996 Əziz və Kuçer, Kemper Müasir İncəsənət Muzeyi, Kanzas Şəhəri 1995 Venice Biennale, Venezuelan Pavilion, Venesiya

Seçilmiş mükafatlar və iqamətgahlar
2009 C-Kolleksiya İnkişaf Qrantı/ Berlin Qərargahı İyun-dekabr

2009 İncəsənət üzrə Koopman Fərqləndirici Şurası. Hartford İncəsənət Məktəbi, Hartfort Universiteti


2007 Fakültə İnkişaf Fondu, Parsons Yeni Dizayn Məktəbi, Nyu York
Seçilmiş ictimai və özəl kolleksiyalar
San Fransisko Müasir İncəsənət Muzeyi
Los Angeles Əyalət İncəsənət Muzeyi (LACMA)
Museo Nacional Centro de Arte Reina Sofia, Madrid
Milli Müasir İncəsənət Fondu, Paris, Fransa
Kölnischer Kunstverein, Kolonya
Sammlung Berger Fondu, Amorbach, Almaniya

Seçilmiş məqalələr
2011 Hillarie Sheets, Dinamik Duet, ARTNEWS, Fevral
2008 Vince Aletti, THE NEW YORKER, 26 May
2006 Brian Dillon, TATE ETC., Tate Modern, London, Nömrə #8, Payız
2001 David Hunt, Ədəbi tənqidlər, FLASH ART, İyun
2001 Nico Israel, Ədəbi tənqidlət, ARTFORUM, Mart
2000 Frazer Ward, Bulud topası, PARKETT # 60, Dekabr
1998 Laurie Attias, Gigiyena, FRIEZE, #42, səh. 92, Oktyabr, 1998 (reproduksiya)
1998 Mignon Nixon, Şəkillərdən sonra, OKTYABR #83, Qış 1998
1997 Dominic Lutyens, Əziz və Kuçer, DAZED AND CONFUSED, #26, səh. 16
1997 Stephanie Cash, AMERİKADA İNCƏSƏNƏT, səh. 91, Dekabr 1997
1997 Vicki Goldberg, Yalan danışan – və həqiqəti deyən fotolar, SUNDAY NEW YORK TIMES, Mart W
1995 The TIMES LITERARY SUPPLEMENT, London, İyun 30, (üz qabığı)
1996 KUNSTFORUM INTERNATIONAL, Qış, 1995-96 (üz qabığı)

Nəşrlər

2009 Qərargah: Fotoqrafik səyahət, Əziz və Kuçer



2008 Eleanor Heartney, İNCƏSƏNƏT VƏ BU GÜN, Phaidon, Nyu York
2002 Ellen Lupton, Dəri, kataloq, Cooper-Hewitt Milli Dizayn Muzeyi, Nyu York
Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin