1
TELMAN ORUCOV
HƏYAT KALEYDOSKOPU
(Məqalələr)
Redaktor: Rafiq Abbasov
Korrektorlar: Aynurə Rəşidova
İlqar Mustafayev
Üz qabığının birinci səhifəsindəki şəkil Vinsent van Qoqun
“Taxıl zəmisi qarğalarla” tablosudur
2
MÜƏLLİFDƏN
Oxucuların bəzilərinə kitabda toplanmış məqalələr yəgin ki tanışdır, çünki
onların hamısı “525-ci qəzet”də və rusca nəşr olunan “Novoye Vremya” qəzetində
dərc olunmuşdur. Bu yazılarda dövrün və tarixin bir sıra aktual məsələlərinə,
xüsusən faciə timsallı Qarabağ probleminə toxunulmuşdur. Hadisələrin təhlili
cəhdi oxuculara heç də hazır cavab təklif etmək məqsədini güdmür, onların
özlərini düşünməyə, problemləri daha qeniş və hərtərəfli dərk etməyə dəvət edir.
Oxucu müəmmalar qarşısında da fikirə danmalı olur. Axı tarixdə bəzən ağıla
sığmayan qərarlar qəbul edilməsi və onların xalqların taleyinə təsir göstərməsi
halları az olmamışdır. Bəşər sivilizasiyasının inkişafı heç də daim düz və ya
yüksələn xəttlə qetməmişdir, uzun fasilələr də, reqress anları da mövcud olmuşdur.
Insanlar xilas olmaq üçün hətta böyük risqli üsullara əl atmalı olmuşlar. Bu
cəhətdən, yazılardaki bir gədər ziddiyətli kimi görünən fikirlər məhz təhlil olunan
məsələyə geniş bucaq altında baxmaq zərurətindən meydana gəlmişdir.
Ayrı-ayrı ölkələrə həsr olunmuş məqalələrdə səmimi hisslər, nəcib cəhətlərə
vurğunluq öz əksini tapmışdır. Yaradıcı insanlara gəldikdə, əgər onlar insanlığa
xidməti ön plana çəkirlərsə, özləri də minnətdarıq şəkilindəki cavab payı ummaqda
haqlıdırlar. Bütövlükdə cəmiyyət, xüsusən onları əhatə edən adamlar bu kövrək
təbbiətli varlıqlara, billur şüşə ilə davrandıqları kimi, ehtiyatla və qayğı ilə
yanaşmalıdırlar.
Məqalələr və onlarda irəli sürülən düşüncələr çoxcəhətliyinə görə geniş
əhatə dairəsinə malikdir. Müəllif onların necə təqdim olunmasına münasibəti və ən
başlıcası, ədalətli rəyi, intelektin sarsılmaz qayasına söykənən oxuculardan
gözləyir və onların istənilən qərarına hörmətlə yanaşmağı vəd edir.
3
XALQIMIZIN FACİƏLİ PROBLEMİ
Silah diplomatyası və ya diplomatiya silahı
Dağlıq Qarabağ münaqişəsi iki qonşu dövləti müharibəyə cəlb etməklə,
onların xalqlarına öz bədbəxtliklər hədiyyəsini bəxş etmişdir. 20 il əvvəlin qışında
o vaxt ki, muxtar vilayətin paytaxtının mərkəzi meydanında başlanan və əvvəlki
mərhələdə dinc xarakter daşıyan nümayişlərdə qatı erməni millətçilərinin–
separatçıların ortaya atdığı qığılcımdan nəhən düşmənçilik tonqalı alovlanmağa
başladı. Onlar Azərbaycanın tarixi və hüquqi tərkib hissəsini qoparıb qəsb etmək,
onun suverenliyini pozaraq ərzazisini parçalamaq, bu xalqın qədim mədəniyyət
ocağı sayılan torpaqları ələ keçirmək üçün bəla vəd edən hər cür avantüralara
getməyə hazır idilər. Öz məkrli məqsədlərinə çatmaq üçün hər şeyə əl atan həmin
adamlar buna hüquqi cəhətdən nail ola bilməsələr də, onlar bu iki xalqı düşmən
düşərgələrinə bölmək, bir-birinə yalnız döyüş səngərlərindən baxmağa sövq etmək
vəzifəsini həyata keçirə bildilər. Münasibətlərdə vaxtilə mövcud olmuş tarixi
ləkələrə baxmayaraq,-bu biyabırçı damğalar da erməni milətçilərindən qalma
miraslardır,- dinc qonşuluq tərzi uzun müddət ərzində mövcud olmuşdur və ona
xələl gətirən elə bir əsaslı səbəb də yox idi. Lakin qatı millətçilər acı xatirələri
yenidən tarix səhnəsinə gətirmək kimi ağılsız fikirdən vaz keçməyib, iki ölkə və
xalq arasında keçilməzliyi ilə bu gün Çin səddini andıran bir düşmənçilik divarını
ucaltdılar. İmperator Şi Xuan-di sonuncu dəfə 22 əsr əvvəl bu Böyük Səddin
daşlarını insan qanı ilə suvatdırdığı kimi, erməni millətçilərinin meydana atdığı
fəsad minlərlə gəncin qanının tökülməsi rüsumunu tələb etdi. Bu yüz minlərlə
azərbaycanlı qocaların, qadınların, uşaqların görünməmiş müsibətlərinə və
əzablarına səbəb oldu. Kin , nifrət divarı öz tarixi prototiplərindən ərşə qalxan
hündürlüyü və ölçüyə sığmayan qalınlığı ilə fərqləndiyindən, onu yarıb keçmək də
asan məsələ deyildir. Həm də onun baiskarları bu divarın uçulub dağılmaması üçün
əllərindən gələn hər şeyi edirlər. Hadisələr bir daha göstərir ki, ağılsız adamların
“igidlik” komediyası nəticə etibarı ilə dəhşətli faciəyə çevrilir.Onlar müharibə
cığırına düşərək siyasətin bütün digər vasitələrini inkar edib, sonra onun daha
arzuolunmaz vasitəsinə əl atmaqdan, bu insan təbiətinə yad olan təsir riçağından
istifadə etməkdən də çəkinmədilər. Bu vaxt siyasət səhnəsində uduzacaqlıarına
şübhə etmirdilər, çünki iddialarının qum üzərində qərar tutduğunu anlayırdılar,
onları heç bir ağıllı , hüquqi dəlil və arqumentlərlə nəinki sübut etmək, heç izah
etmək də mümkun deyildi.
Silahlar toqquşanda, mübahisənin həllinə top atəşləri girişəndə təkcə
muzalar susmur, hətta zəkanın da digər imkanları məhdudlaşmış olur. Qatı
millətçilər bir qayda olaraq ağılı , idraki təxəyyülə, illyuziyalara tabe
edirlər,uydurduqları məkrli yalanlardan ilham alırlar. Ötən dövrdə hərb səhnəsində
onlar müəyyən üstünlük əldə etmiş, xeyli ərazinin işğalına nail ola bilmişlər.
Bununla öyünsələr də, özləri də yaxşı dərk edirdilər ki, bu məğrurluq bir andaca
4
yoxa çıxa bilər, çünki müvəqqətidir, ötüb keçəndir. Məqsəd və niyyət isə yenə də
xəyali və qeyri- real olaraq qalır. Qəsbkarlıq heç vaxt əbədi xarakter daşıya bilmir,
başlanğıcı olduğu kimi sonluğuna da malikdir. Ermənistanın müharibədə
qazandıqları öz hüquqi təsdiqini tapmamış və tapa da bilməz, ona görə də hər an
ləğv olunmaq təhlükəsi ilə üzləşə bilər. Müharibəni və təcavüzü başlayan tərəf öz
sifətini saxlamaq üçün sülh danışıqlarından istifadə etməyə daha çox ciddi- cəhdlə
girişməlidir.
Çünki sülh danışıqlarının və onun uğurlu nəticələrinin əslində alternativi
yoxdur.Qeyri –məqbul sayılan altrentiv isə müharibə tonqalının yenidən daha gur
və məhvedici qaydada alovlanmasıdır. Ermənistan siyasətçiləri əgər real düşüncə
müstəvisindən bütünlüklə uzaqlaşmamışlarsa, müharibənin yeni fazasının onlara
nələr vəd etdiyini dərk etməmiş deyillər. Axı qüvvələr nisbətindəki baş verən
dəyişikliklər də nəzərə alınmalıdır. Son beş il ərzində baş verən mühim fərqlər isə
göz qabağındadır.
Vaxtilə Napoleon qeyd edirdi ki, müharibənin taleyi puldan aslıdır, başqa
sözlə hərbi qüdrət iqtisadiyyatdan və onun törəməsi olan maliyyə imkanlarından
qidalanır, güclü iqtisadi baza müharibənin nəticələrini müəyyən edən başlıca faktor
rolunu oynayır. Ser Uniston Çorçill İkinci Dünya müharibəsinin başlanğıcından
Hitler Almaniyasının labüd məğlubiyyətə düçar olacağına inanırdı, çünki
proqnozlaşdırırdı ki, ABŞ və SSRİ ilə Böyük Britaniyanın müttəfiqliyinin malik
olduğu resuslar düşmənin imkanlarından ikiqat çox olacaqdır və bu üstünlük
nəhayət etibarilə münaqişənin hansı sonluqla yekunlaşacağını müəyyən edəcəkdir.
Ermənistanla müqayisədə, həm də faktiki olaraq Azərbaycanın iqtisadiyyatı
dinamik olaraq inkişaf edir . Bunu bütün göstəricilər təsdiq edir. Son üç ildə ölkədə
daxili ümumi məhsul istehsalı demək olar ki, iki dəfə artmışdır.
Son on il ərzində neft istehsalının bir neçə dəfə artması enerji daşıyıcılarının
satışından daxil olan vəsaitlərin xeyli böyüməsinə səbəb olmuşdur. Bütün bunlar
həm də müəyyən dərəcədə sosial problemlərin həll olunmasına yol açmışdır.
İqtisadiyyatın irəliləyişi, maliyyənin sağlam durumda olması ölkənin hərbi
qüdrətinin əsaslı qaydada möhkəmləndirilməsinə əlverişli şərait yaradır.Silahlı
qüvvələrin müasir silah , döyüş texnikası və cihazlarla təchizatında xeyli müsbət
dəyişikliklər əmələ gəlmişdir. Orduda canlı qüvvələrin hazırlıgına diqqət artırılmış,
vətənpərvərlik və fədakarlıq ruhu yüksəldilmişdir.
Azərbaycanın iqtisadi inkişaf səviyyəsini müəyyən etmək üçün geniş
miqyasda tədqiqatlar aparmağa da ehtiyac yoxdur. Ölkədə, xüsusən onun
paytaxtında aparılan nəhəng ölçüdə tikinti- quruculuq işləri, infrastruktur
şəbəkəsinin yenidən qurulması, əhalıinin öz məişətini yaxşılaşdırmaq üçün sərf
etdiyi xərclərin məbləğinin xeyli artması, hətta təsirindən əziyyət çəkdiyimiz
infilyasiyanın dördnala çapması, nə qədər paradoksal görünsə də, xalqın maddi
rifahında baş verən yüksək dəyişikliklərdən xəbər verir. Bakının mərkəzini və
yaşayış zonalarını bahalı mağazalar, restoranlar şəbəkəsi, saysız- hesabsız şadlıq
evləri bəzəyir və onların boş qalıdığını güman etmək belə mümkün deyildir. Şəhər
küçələrində tez- tez baş verən və avtomobillərin sürətini az qala faytonların malik
olduğu səviyyəyə endirən nəqliyyat tıxacları, istifadədə olan minik maşınlarının
5
günbəgün çoxlamasından və benzinə sərf olunan xərclərə məhəl qoyulmamasından
xəbər verir.Bəlkə də bunlar adi məsələlərdir, lakin istehlakının səviyyəsi və
nəhayət güzaran haqqında daha real təsəvvür yaratmağa imkan verir.
Azərbaycanın regionda ciddi nüfuz sahibinə çevrilməsini də heç kəs inkar
edə bilməz. Bunu mümkün edən ən vacib amil iqtisadi tərəqqidirsə, digər mühim
cəhət düşünülmüş, tarazlaşdırılmış , ardıcıl aparılan xarici siyasətdir. Əlbəttə,
Azərbaycan kiçik dövlətdir, lakin dünya dövlətləri ailəsinin tam hüquqlu və
bərabər üzvi kimi müstəqil siyasətini yeritməyə çalışır və ona əsasən nail olur.
Kiçik dövlətlərin tarixən bufer rolunu oynaması, güc mərkəzləri arasında saaat
kəfkiri kimi hərəkət etməsi dövlətimizin mövcüdluq tərzinə, yaşayş və fəaliyyət
obrazına yaddır.Kiminsə himayəsinə qısılmaqla özünü güclü göstərmək bizim
dövlətin xarici siyasətinin səciyyələndirən amil deyildir. Hətta iri dövlətlərin bu
mövqe ilə razılaşmaması və ya nədənsə narazı qalması Azərbaycanı öz tutduğu
yoldan sapdıra bilmir. Çünki bu siyasətdə başlıca məqsəd xalqın uzağa gedən
mənafeyini nəzərə almaqdır. Ona görə də xarici siyasət vektoru müəyyən edilərkən
hansısa güclü dövlətin himayəsinə qısılmaq variantı bütünlükə rədd edilir. Əlbəttə,
belə müstəqil mövqe heç də hüsn –rəğbətlə qarşılanmır, bəzən üstüörtülü hədələrlə
və təzyiqlərlə rastlaşmaq lazım gəlir. Xarici siyasətdə məhəbbət kimi narazılıq da
müvəqqəti xarakter daşıyır. Onları əsas götürməklə qurulan münasibət də davamlı
olmur, daimi olan dövlətin, xalqın özünün mənafeyidir, onun sarsılmazlığıdır.
Bunun bariz nümunəsini Azərbaycanın dünya dövlətləri ilə genişlənən iqtisadi
əlaqələrində görürük
Ölkəmiz Avropanın, Asiyanın, Amerikanın çox sayda dövlətləri ilə ticarət-
kommersiya əlaqələri qurmuşdur. Qarşılıqlı faydaya əsaslanan bu münasibətlər
Azərbaycanın dünya iqtisadiyyatı şəbəkəsinə inteqrasiya edilməsində mühim rol
oynayır. Yaxşı cəhət orasındadır ki, xarici siyasətdə olduğu kimi, dövlət iqtisadi
əlaqələrində də hansısa qütbə sitayiş mövqeyindən çıxış etmir, bu fərqi nəzərə
almamağa çalışır və əsas diqqəti öz iqtisadi maraqlarına uyğun gəlib, gəlməməsi
amilinə yönəldir. Azərbaycanın iqtisadi əlaqələrində və əməkdaşlığında xüsusi çəki
ilə götürdükdə İngiltərə, Rusiya , ABŞ, Almaniya , Çin mühim rol oynayır. Və bu
vaxt həmin dövlətlərin öz aralarındakı münasibətlərin hərarət dərəcəsinə əhəmiyyət
verilmir.
İngiltərə höküməti və kompaniyaları ilə əlaqələr Azərbaycanın bu sahədəki
uğurlu cəhdlərindən biri sayıla bilər. Britiş Petroleum şirkəti dünyanın ən iri
iqtisadi maliyyə maqnatı olmaqla yanaşı, Azərbaycanın neft sənayəsinin
inkişafında yaxından və səmərəli qaydada iştirak edir. BP-nin ölkəmizə gəlişi ilə
dənizdə neft hasilatı yeni elmi- texniki əsaslar üzərində qurulmuş, ARDNŞ ilə
onun əməkdaşlığı olduqca yaxşı nəticələr vermişdir. Ölkəmizin bir əsir yarıma
qədər tarixi olan neft sənayəsi yeni tərəqqi və çiçəklənmə dövrünə qədəm
qoymuşdur. Əgər sovet dövründə Xəzər dənizinin 20 metrlik su qatının altından
neft çıxarılması iftixar mənbəyi sayılırdısa, dənizdə yeni neft yataqlarının
istismarında müasir texniki imkanların yaradılması, böyük sənaye kompleksini
andıran platformaların qurulması 200 metrdən daha çox dərinliklərdəki su qatının
altından neft çıxarılmasına imkan vermiş və bu karbohidrogen sərvətin istehsalının
6
əsaslı qaydada artırılmasına şərait yaratmışdır.
İngiltərə höküməti təkcə iqtisadi əlaqələr sahəsində deyil, hümanitar
sahələrdə də Azərbaycanla yaxından əməkdaşlıq etmək niyyətini nümayiş etdirir.
Minlərlə azərbaycanlı gənc İngiltərənin məşhur universitetlərində və kolleclərində
təhsil alır. İngiltərə firmaları öz əsas fəaliyətləri ilə yanaşı ölkəmizdə xeyli
xeyriyəçilik tədbirləri keçirir. Milli incəsənətimizə qayğı göstərməyi yaddan
çıxarmır. Bu azərbaycanlılarda İngiltərəyə, ingilislərə münasibətdə səmimi
minnətdarlıq hissləri oyatmaya bilməz.
Azərbaycan həm də dünya üçün təhlükə mənbəyinə çevrilən terrorizmə
qarşı mübarizə sahəsində fəal işştirak edir, öz üzərinə düşən vəzifələri ləyaqətlə
yerinə yetirməyə çalışır. Ölkənin daxilində terrorizm , ekstermizim rüşeymlərinin
vaxtında ləğv edilməsi ictimai asayişin qorunub saxlanılmasına böyük yardım
göstrədi. Azərbaycan ordusunun nümayəndələri İraqda və Əfqanistanda beynəlxalq
sülh məramlı dəstələrin tərkibində terrorizim bəlasının genişlənməsinin qarşısını
almaqda nəyə qadir olduqlarını göstərmək üçün yüksək nizam və döyüş hazırlığı
nümayiş etdirmişlər.
Azərbaycan xalqını daim əzən, narahat edən yeganə məsələ torpaqlarının
işğalda, düşmən tapdağı altında qalmasıdır.Lakin bu narahatlıq heç də ümidsizlik
hissləri doğurmur, əksinə aparılan siyasət müsbət yekuna nail olmaq ümidini bir
qədər artırmışdır.Bu inam həm də ordunun möhkəmliyini qüvvətləndirir. Lakin
Azərbaycan mümkün qədər hərbi iddialardan , güc nümayiş etdirmək
mövqeyindən uzaqdır və sülhə nail olmaq tərəfdarıdır. Lakin onun həm də öz
torpaqlarını hərb yolu ilə azad etmək hüququ vardır.
Sülh müqaviləsi əlbəttə ki, kompromisslərə getmək iradəsi hesabına
imzalana bilər və Azərbaycan dövləti ondan asılı olan muxtariyyət statusu
verilməsində hər cür güzəştlərə getməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Təəsüf ki, Ermənistan özünü qalib qiyafəsində gördüyündən, danışıqların uğurla
nəticələnməsinə hər cür maneçiliklər göstərir. Dağlıq Qarabağda yaşayan
ermənilərin təhlükəsizliyi üçün ağlasığmayan qarantiyalar verilməsi bəhanəsilə
şərtlər irəli sürülür, əslində nəticə etibarilə bu, həmin ərazini Azərbaycanın suveren
yurisdiksiyasından qoparmaq məqsədini güdür . Ermənistan qəsb etdiyi ərazilərin
boşaldılması müqabilində dünya praktikasında analoqu olmayan tələblər irəli
sürməklə, sülhə nail olmaq prosesinə hər cür əngəllər törədir. Haqq, ədalət isə
Azərbaycanın tərəfindədir və nə ölkə rəhbərliyi, nə də xalq onun suveren
hüquqlarına xələl gətirən və əlavə biabırçılıq bəxş edən heç bir addımı atmaz, diqtə
üslubunda irəli sürlən şərti qəbul etməz. Ermənistan danışıqlarda formal qaydada
iştirak etsə də, müxtəlif bəhanələrlə real danışıqlardan boyun qaçırmaq yolu ilə
müharibə vəziyyətinin uzanmasına , sülh şərtlərinin sıradan çıxmasına can atır.Bu
isə əslində arzu olunmayan perspektivin yaranmasına səbəb ola bilər və onun
Ermənistan üçün daha qeyri- məğbul olacağını proqnozlaşdırmaq heç də çətin
deyildir.. Ermənistan yalnız qısa müddət üçün və lokal xarakter daşıyan
müharibəyə davam gətirə bilər.
Azərbaycan isə daha geniş müqyaslı və uzun müddətli müharibənin
ağırlığına dözmək iqtidarındadır .Müharibəyə Ermənistanın tərəfində hansısa
7
ikinici bir dövlətin qarışması əlavə çətinliklər yaratmaqla yanaşı , digər tərəfədən
də əlaqə qüvvələrin cəlb olunmasına, müharibə teatırının bütün regionu əhatə
edərək, böyüməsinə gətirib çıxra bilər və bu perspektiv həmin təşəbüsdə ilkin
bulunan dövlətə heç bir fayda verməz.
Azərbaycan, ümumiyyətlə silahlı münaqişlərin yenidən start götürməsini
məqsədəuyğun saymır və ona gorə də danışııqlarda konstruktivlik nümayiş etdirir.
İndi top yenidən Ermənistan tərəfdədir və hadisələrin sonrakı inkişafı onun düzgün
mövqe tutub, tutmayacağından asılı olacaqdır. Ermənistan sülhə meyl etməsə, əldə
etdiklərini qoruyub saxlamaq fikirinə düşsə, regionu yenidən fəlakətə
sürükləyəcək. Və ondan ən böyük zərəri özü çəkməli olacaqdır.
İkinci Puniya müharibəsi ərəfəsində Krarfagenə gəlmiş Roma senatının
nümayəndə heyətinə başçılıq edən Fabi Maksim yerli senatda çıxışını bitirdikdən
sonra toqasının ətəyini büküb orada çökək əmələ gətirərək demişdi: “Mən sizə
burada sülh və müharibə gətirmişəm, hansını istəyirsiniz seçin”. Karfagen senatı
müharibəni seçdi və iki onilliyə qədər çəkən silahlı münaqişənin sonunda ağır
şərtlərlə sülh bağlamaq məcburiyyətində qaldı. Haniballın hərb dühası da ona
kömək edə bilmədi. Yarım əsir keçməmiş üçüncü müharibədə romalılar Karfageni
darmadağın edib , viran qoydular, şəhər- dövlət bütünlüklə yer üzündən silindi.
İndi Ermənistan tərəfi öz seçimini etməlidir. İndiyə qədər bel bağladığı silah
diplomatiyası ona artıq fayda verə bilməz. Çünki üç mühim sahədə- siyasi, iqtisadi
və müəyyən dərəcədə də hərbi sahədə Azərbaycan ondan yaxşı vəziyyətdədir
.Vaxtilə bizim ölkəni gücdən salan başıpozuqluq və anarxiya meyilləri bütünlüklə
aradan qaldırılmışdır. Hakimiyyətlə xoş münasibət simfoniyasından söhbət
getməsə də, cəmiyyət düşmənə münasibətdə monolitlik yoluna qədəm qoymuşdur .
Bu sahədə iqtidar- müxalifət münasibətləri bir- birini inkar etmək mövqeyindən
uzaqlaşmağa cəhd edir, bütövlükdə demokratik və sivil mübarizə çalarları qəbul
edir .Ermənistanda isə son prezident seçkilərindən sonra vəziyyət xeyli
gərginləşmiş, itaətsizlik halları, əks mövqedən çıxış edən nümayiş iştirakçılarının
öldürülməsi baş vermişdir. Əslində, bu ölkədə siyasi mübarizə böhran səviyyəsinə
çatan qarşıdurma ilə əvəz olunmuşdur. Xalqın iki yerə parçalanması qorxusu özünü
nişan verməyə başlamışdır.
İqtisadi inkişaf və onun himayəsində boy atan hərbi qüdrət sahəsində
Azərbaycanın potensialı xeyli böyümüşdür, buna baxmayaraq o öz əlehdarının,
daha dəqiq deyilsə düşməninin siyasi və iqtisadi sahədəki zəifliklərindən istifadə
etmək fikrindən çox uzaqdır. Coğrafi qonşuluq , yaxınlıq hətta müharibənin
yaratdığı düşmənçiliklə də ləğv edilə , silinə bilməz.Hər iki tərəf bu həqiqəti dərk
etmək, ondan nəticə çıxarmaq istəyində və iradəsində olmalıdır.Çünki hər bir
müharibə sülhlə yekunlaşır və bəşər tarixi göstərir ki, şüurlu insan üçün sülh
şəraitində yaşamağın özgə bir alternativi yoxdur.
Bu gün hər iki xalq dillema qarşısındadır: sülh və ya müharibəni seçmək .
Azərbaycan xalqının və rəhbərliyinin seçiminə heç bir şübhə yoxdur. Ermənistan
rəhbərliyi bu bəladan xilas yoluna iti düşüncə tərzi ilə baxmalıdır və gec də olsa
diplomatiya silahından istifadəyə və onun qələbəsinə nail olmağa üstünlük
verməlidir.
8
“525-ci qəzet”.26.07.2008
Xəyanətdən müharibəyə gedən yol
Bu gün informasiya orqanlarının gündəliyində özünə möhkəm yer tapan
Dağlıq Qarabağ problemi əslində tarixdə daim münaqişələrə səbəb olan
xəyanətdən başlanmışdı. Bir qrup qatı erməni millətçisi Azərbaycanın bu tarixi
ərazisini qoparmaq üçün əvvəlcə xəyanət yolunu tutmuş, sonra isə bunun davamı
kimi cürbəcür fitnəkarlıqlara, nəhayət qanlı müharibəni alovlandırmağa əl atmışdı.
Onların dilində mantraya çevrilmiş milli və ya sosial narazılığın baş verməsinə
əslində heç bir səbəb də yox idi. Səbəbin olmaması bir yana qalsın, heç hiddət
partlayışı üçün bəhanə də yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin iqtisadiyyatı
yüksələn xəttlə inkişaf edirdi, əhalinin rifahı ilbəil yaxşılaşırdı və ölkədəki ümumi
səviyyədən heç də aşağı deyildi. Respublikanın paytaxtında, digər regionlarında
yaşayan erməni əhalisinə qarşı heç bir ayrı-seçkilik siyasəti aparılmırdı, diqqətlə
təhlil etdikdə yalnız ermənilərin siyasi həyata və rəhbər vəzifələrə daha geniş cəlb
olunması nəzərə alınmaqla müsbət diskriminasiyanın mövcudluğunu qeyd etmək
olardı. Muxtar vilayətdə isə azərbaycanlılar bəzi hallarda belə ayrı-seçkiliyə, hətta
seqreqasiya elementlərinə məruz qalırdılar, vilayətin paytaxtında və rayon
mərkəzlərində
azərbaycanlıların
məskunlaşmasına örtülü məhdudiyyətlər
qoyulurdu. Bütövlükdə iki xalq arasında kindən, nifrətdən uzaq olan münasibətlər
aparıcı rol oynayırdı. Əhəmiyyətsiz istisnalar isə mənzərəni korlamağa qadir
deyildi.
Əlbəttə, belə vəziyyət qatı erməni millətçilərinin strategiyasına qətiyyən
uyğun gəlmirdi. Azərbaycan ərazisini parçalamaq yolu ilə, onun bir hissəsinə sahib
olmaq niyyəti onların şüurunu bir an da olsun tərk etməmişdi. Ümumiyyətlə,
ermənilər qonşuluqda yaşayan xalqlara qarşı ərazi iddialarını özləri üçün bir
pozulmaz doqmaya çevirmişlər. Onlar təkcə Azərbaycanın deyil, qonşu Türkiyənin
və Gürcüstanın ərazilərinə göz dikmələrini dayandırmır, əlverişli şəraitin
gələcəyini gözləyirlər. Belə iddialar yazıçıların, jurnalistlərin sevimli mövzularına
çevrilmişdir, onların yazıları bu torpaqlar üçün süni həsrət hissləri ilə doludur.
Hətta bəzən gülməli görünən motivlər də uydurulurdu. Naxçıvanda vaxtilə
çoxsaylı erməni ailələrinin yaşadığı əsas götürülərək azərbaycanlıların bu qədim
torpağına olan iştahalar azalmaq bilmirdi. Arqumentlərinin sarsılmazlığına bel
bağlayan bu üzdəniraq ziyalılar unudurdular ki, Ermənistanın sonralar paytaxtı
adını alan Yerevanın sakinləri arasında böyük tarixi müddət ərzində sayca nisbi
çoxluq məhz azərbaycanlılara məxsus olmuşdu. Zəngəzur azərbaycanlıların
kompakt yaşadığı diyar olsa da, Ermənistan sovet respublikası yaradılanda onun
tərkibinə daxil edilmişdi. Belə tarixi faktlar erməni millətçilərinin xülyalarını
bütünlüklə alt-üst edir.
Azərbaycan daim öz ərazisinə gələn ermənilərə ağuşunu açmaqla öz
9
xalqının malik olduğu alicənablığı nümayiş etdirmişdir. 1988-ci ilin sonunun
məlum hadisələrinə qədər ermənilərin nə vaxtsa kütləvi şəkildə bu ölkədən
köçürülməsi, çıxarılması faktı ümumiyyətlə mövcud olmadığı halda, 1948-ci və
1950-ci illərdə, müharibədən sonra guya ana vətənlərinə qayıdan repatriantların
yerləşdirilməsi pərdəsi altında Ermənistandan on minlərlə azərbaycanlı ailəsi
açıqca sürgünə məruz qalmış, öz yurd-yuvalarından qopardılıb Azərbaycana
göndərilmişdi. Tarixdə mövcud olmuş yunan-türk, hindli-pakistanlı əhalilərin
qarşılıqlı yerdəyişməsinin, kütləvi köçünün faciəli hisslərini bu dəfə yalnız
azərbaycanlılar yaşamalı olmuşdu. Bu əslində zorakı xarakter daşıyan köç
Azərbaycanda elə bir hiddət dalğası yaratmamış, ermənilərə qarşı münasibətdə
mənfi işarəli heç bir dəyişiklik baş verməmişdi.
Sonrakı hadisələr göstərdi ki, repatriantların yerləşdirilməsi şüarı yalnız
gözdən pərdə asmaq məqsədini güdürmüş, 90-cı illərdə artıq monomilli tərkibə
məxsus olacaq Ermənistan bu bədnam siyasətinə hələ yarım əsr əvvəl, SSRİ-nin
mövcudluğu şəraitində başlamışdı. Repatriantlara isə yeni Xanaan vəd edilmişdi,
süd və bal çayları ilə onlar şirnikləndirilmişdi. Ona görə də əsasən kəndli kütləsini
təşkil edən azərbaycanlıların yaşadığı məntəqələrdə məskunlaşmaları ilə onlar heç
cür razılaşmazdılar.
Faktlar göstərir ki, millətçilərin Qarabağı Azərbaycandan ayırmaq
cəhdlərinin heç bir nə tarixi, nə hüquqi, nə də digər bir əsası yoxdur. Onlar əlacsız
qalıb məişət zəminində baş verən ixtilafları qabarda bilərlər. Lakin bu məsələdə də
onlar uduzurlar, çünki belə ixtilaflar nadir hallarda baş verirdi və bu qovğalar hər
iki millətin öz daxilində baş verən münaqişəli hadisələrlə müqayisədə olduqca cılız
və əhəmiyyətsiz görünürdü. Hətta bunlar da nəzərə alınsa belə, milli ədavətə
gətirib çıxaran elə bir hadisə baş vermirdi.
Lakin erməni millətçiləri ədavət toxumu səpmək üçün istənilən fürsəti fövtə
vermirdilər. Axı onlar geniş cəbhə boyu fəaliyyət göstərirdilər. Azərbaycanlılar
üçün erməni millətçiliyi “daşnaklar” adı altında tanınsa da, qatı millətçilər təkcə bu
hərəkatda təmsil olunmurdular, bu şəbəkə çoxlu qollara və şaxələrə malik idi.
Onlar şəfa verən cərrah bıçağını da qatilin xəncəri kimi qələmə verməkdən
çəkinmirdilər. Cinayət hadisəsinin mahiyyətinə əhəmiyyət vermədən, bunu milli
zəminə keçirməyi özlərinin uduş şansı hesab edirdilər. 1967-ci ildə erməni mənşəli
bir uşağın öldürülməsində qatil kimi ittiham edilən bir azərbaycanlının
Stepanakertdə məhkəməsi başa çatdıqdan sonra guya cəzanın yüngüllüyündən
narazı olduqlarına görə bir qrup adam (oxu: qatı millətçilər) dustağı aparan maşını
yandıraraq, özbaşına mühakimə qaydasında onun həyatına fərman vermişdilər.
Azərbaycanın o vaxtkı rəhbərliyi hadisənin qəzəb əks-sədası yaradacağından
ehtiyat edərək, onun ictimai rəyə təsir göstərməsinə imkan verməmişdi. Azğın
millətçilər isə bunu zəiflik əlaməti kimi qiymətləndirmişdilər.
Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra, 1970-ci illərin
əvvəllərində həyatın digər sahələrindəki nöqsanlara qarşı kəskin mübarizə
aparıldığı kimi, milli münasibətlərdəki sui-istifadə hallarına da son qoyulmağa
başlandı. Millətçilərin bel bağladığı dayaqlar getdikcə uçurulurdu. Dağlıq
Qarabağın iqtisadi və mədəni inkişafına diqqət artırıldı. Stepanakertdə Pedaqoji
10
İnstitut təsis edildi, burada tələbələr erməni və azərbaycan bölmələrində təhsil
alırdılar. Vilayətin paytaxtına dəmir yolu çəkildi. Xocalıda aviasiya reyslərinə yol
açan hava limanı istifadəyə verildi. Ermənistanla nəqliyyat əlaqəsinə imkan verən
Şuşa-Laçın yolu yenidən tikildi. Bir sıra sənaye müəssisələri işə salındı.
Üzümçülük və şərabçılıq sürətlə inkişaf etdirildi. Stepanakertdə və Şuşada geniş
miqyasda tikinti-quruculuq işləri aparıldı. Bütün bunlar və həmçinin aparılan
səmərəli ideoloji iş muxtar vilayətdə mənəvi iqlimin saflaşmasına xeyli şərait
yaratdı. Yarasalar işıqdan qaçan kimi qatı millətçilərin də ciyərləri saf hava ilə
nəfəs almağa yaramırdı, ona görə də onlar vilayəti tərk edib, isti yuvaya
yiyələnmək niyyəti ilə Yerevana üz tutdular. Axı onların bir hissəsi həm də sui-
istifadə hallarına yol verdiklərinə görə rəhbər vəzifələrdən uzaqlaşdırılmışdılar,
əvvəlki nüfuz dairələrini itirmişdilər.
Lakin vilayətdəki sabitlik, əmin-amanlıq erası uzun sürmədi. 1985-ci ildə
ölkə rəhbərliyinə gəlmiş Mixail Qorbaçovun siyasi həyatı demokratikləşdirmək
ideyası Dağlıq Qarabağda separatçı ünsürlərin çirkab köpüyü kimi baş
qaldırmasına münbit şərait yaratdı. Vilayətdəki qatı millətçilər ölkəni fəlakətə
aparan dalğanın detonatoru rolunda çıxış etməyə başladılar. Bu vaxt millətçi
liderlər də Yerevandan geri dönmüşdülər ki, separatizm hərəkatına birbaşa
rəhbərlik etsinlər. Getdikcə səsi yüksələn xora azmış oğul kimi geri qayıdan və daş
karxanasına direktor təyin edilmiş Arkadi Manuçarov dirijorluq edirdi. Vilayətin
rəhbərliyi isə millətçiliyə qarşı əvvəlki mübarizəsini zəiflətmiş, heçə endirmişdi və
əslində prosesə nəzarəti itirməklə hadisələrin quyruğunda sürünürdü.
Qatı erməni millətçiliyi öz aqressiv planlarının əlamətlərini 1987-ci ildə
büruzə verməyə başlamışdılar. Həmin il Heydər Əliyevin Sov. İKP MK Siyasi
Bürosunun tərkibindən və SSRİ hökumətindəki rəhbər vəzifədən uzaqlaşdırılması
ilə onların təxribat yönlü hərəkətləri üçün münbit şərait yaranmışdı və bu vaxta
qədər davam edən məxfilik pərdəsi yırtılmış, sərsəm iddialar açıq-aşkar müstəviyə
keçirilmişdi. Akademik Aqanbeqyanın Parisdəki Dağlıq Qarabağın Ermənistana
aid olması barədəki provokasiya xarakterli çıxışı separatizm üçün onu dəstəkləyən
qüvvələrin şüurunda yaşıl işıq yandırmışdı. Zori Balayanın azərbaycan xalqına
qarşı nifrət və kinlə mayalanmış “Ocaq” adlı kitabı erməni millətçiliyinin əlavə
ideoloji təminatına çevrilmişdi. Belə bir şəraitdə Mixail Qorbaçovun bilavasitə
bələdçiliyi və iştirakı ilə Azərbaycana təzyiqlər artırdı. Ermənistan nə sahədəsə
tənqid ediləndə “birləşmiş qablar” qanunun icrası kimi Azərbaycan da paralel
olaraq əslində əsassız ittihama məruz qalırdı. Azərbaycan KP MK birinci katibi
Kamran Bağırovun bu təzyiqləri dəf etmək cəhdləri uğur qazanmırdı. Artıq
respublika partiya rəhbərliyinin daxilində də müəyyən çaşqınlıq və qıcqırma
əlamətləri nəzərə çarpırdı. Hələ öldürülməmiş ayının dərisindən xəz çuxa
geyinmək arzusunda olanlar boşalması gözlənilən birinci katib postunu tutmaq
üçün yollar və vasitələr axtarırdılar.
Bir qədər sonra hadisələr daha gərgin fazaya daxil oldu. 1988-ci ilin
fevralında vilayətin paytaxtının mərkəzi meydanında mitinqlər başladı. İlk mitinq
baş verən ərəfədə mən Qubaqlı, Zəngilan, Cəbrayıl rayonlarında ezamiyyətdə idim,
Mərkəzi Komitənin aqrar məsələlər üzrə katibi kimi kənd təsərrüfatı işlərinin
11
vəziyyəti ilə tanış olurdum. Axırıncı gün Cəbrayıl rayon partiya komitəsində
müşavirə keçirərkən Azərbaycan KP MK-nın birinci katibi, mərhum Kamran
Bağırov məni telefona çağırdı və göstəriş verdi ki, təcili Stepanakertə gedim.
Söhbətin gedişində orada vəziyyətin yaxşı olmadığını da qeyd etdi.
Vilayət partiya komitəsində məndən bir az əvvəl buraya gəlmiş Mərkəzi
Komitənin ideoloji iş üzrə katibi Ramiz Mehdiyevlə görüşdüm. Biz gecəni birinci
katibin kabinetində keçirdik. Gecə saat 4-ə yaxın vilayət qəzetində vəziyyəti təhlil
edən məqaləni dərc etməkdən redaktorun imtina etdiyini xəbər verdilər. Məqalədə
“Azərbaycan” sözünün işlədilməsinin əhalini guya hiddətləndirəcəyini əsas
gətirərək redaktor belə mövqedən çıxış etmişdi. Bundan əvvəl isə o, vilayət partiya
komitəsinin ideoloji iş üzrə katibi işləmişdi. Onun belə təslimçi mövqeyi hiddət
doğurmaya bilməzdi, o, əslində əhalidən deyil, artıq bütün məsələlərə nəzarət edən
qatı millətçilərdən qorxurdu, çünki onlar “xain” damğası yapışdırmaqla onu şantaj
edə bilərdilər.
Bu gecə bizə çox həqiqətləri anlatdı. İyrənc epizod isə Azərbaycanın
ərazisinin parçalanmasına yönələn təhlükənin ilk nişanəsi idi.
Mitinqlər artıq vilayət paytaxtının həyatının başlıca atributuna çevrilmişdi,
adamlara işləməyə də imkan vermirdilər. Bu vaxt Moskva heç bir ciddi tədbirə əl
atmağa icazə vermirdi, çıxış yolunu vilayət rəhbərliyini dəyişdirməkdə gördü. Bu,
əslində qəti addımlardan qaçmaq yolu olmaqla vəziyyətə müsbət təsir göstərmədi.
Az sonra Azərbaycanda və Ermənistanda rəhbərliyin dəyişdirilməsi baş verdi,
“xilas kəməri” kimi düşünülən həmin tədbir də heç bir faydalı bəhrə vermədi. Bir
qayda olaraq kosmetik əməliyyatlar zahiri təsir bağışlayır, mahiyyət isə elə bir
korreksiyaya məruz qalmır. Azərbaycanda yeni rəhbərlik səmərəsiz güzəştlər
yolunu tutmaqla səhvləri daha da dərinləşdirdi. Mərkəzi Komitənin birinci katibi
Əbdürrəhman Vəzirov problemə nüfuz etmək əziyyətinə qatlaşmırdı, adekvat
addımlar əvəzinə palliativlərə, bəzən hətta primitiv effekt yaradan tədbirlərə
üstünlük verirdi. Onun “süvari hücumu” ilə məsələni bir andaca həll etmək inamı
gerçəkliklə üzləşdikdə iflasa uğradı. Bu isə çox güman ki, Moskvanı razı salmamış
deyildi.
Şovinistlər başqa millətlərin, xüsusən qonşu xalqların timsalında düşmən
obrazı yaratmadan keçinə bilmirlər. Onlar bu “düşmənə” hər an xətər
toxundurmağa, ziyan vurmağa çalışırlar. Lakin bu münasibətin mahiyyətinə nüfuz
etdikdə görürük ki, xətər, bəla birinci növbədə şovinistlərin mənsub olduğu xalqa
dəyir. Alman şovinizminin bu xalqı hansı fəlakətlərə sürüklədiyi əyani bir
sübutdur. Qatı millətçilər əks qütbdə hesab etdikləri milləti izqoy vəziyyətinə
salmağa çalışsalar da, əslində özünə böyük bədbəxtlik uçurumu yaratmış olur.
“Miatsum” şüarı vasitəsilə və mistik xoşbəxtliyə çatdırılacağı vədi ilə Qarabağ
ermənilərini aldadanlar, onların bir hissəsini zombilərə çevirənlər hər iki tərəfdən
olan yüz minlərlə adamı fəlakətli günlər yaşamağa məcbur etdilər. Yer üzərində
cənnətlə üzləşəcəklərini güman edənlər səfalətli həyatın bütün nümunələri ilə tanış
olmaq imkanı qazandılar, Dante cəhənnəminin doqquz dövrəsindən keçdilər.
Eldorado xəyalı ilə yaşayanlar ehtiyacın, yoxsulluğun, evsiz-eşiksizliyin eybəcər
sifətləri ilə üzləşməli oldular.
12
Qatı millətçiliyin ən sınanmış silahı ekstremizmdir, terrordur. O
ekstremizmin palitrasında olan bütün mənfur rənglərdən istifadə edir, öz
cəbbəxanasına yeni-yeni fitnəkarlıq silahları əlavə edir, hədəf seçdiyinə qarşı
yönəldilən hər cür vəhşiliyi az qala qəhrəmanlıq nümunəsi, rəşadət rəmzi kimi
qələmə verir. Ona görə də az müddət keçdikdən sonra mitinqlər özünün ideya
mübarizəsi xarakterini dayandırdı, iyrənc məqsədlərinə çatmağa mane olan maddi
qüvvəyə qarşı həmlə, hücum çağırışlarına əl atdı. Əlbəttə, mitinqdə qan tökmək
barədə çıxışlar eşidilmirdi. Lakin bu ictimai iğtişaş öz inkişafını, yalnız daha
kəskin və tutarlı saydığı metodlara keçməkdə görürdü.
Vilayətin ərazisində yaşayan azərbaycanlılara qarşı hər cür zorakılıq
hərəkətlərinə rəvac verilirdi. Stepanakertdə yaşayan azərbaycanlıların evləri
yandırılır, onlar güc və hədə tətbiq edilməklə təhqiramiz şəkildə öz yaşayış
məskənlərindən qovulurdular. Bu məcburi köçkünlər üçün sığınacaq yaratmaq
məqsədilə Xocalıda və Malbəylidə 52 taxtadan tikilən ev istifadəyə verildi. Vilayət
rəhbərliyi öz doğma ocaqlarından ailələrin qovulmasına göz yumduğu azmış kimi,
həmin tikintiyə də mane olmaq üçün Moskvanın səlahiyyətlərinə müraciət edirdi.
Sovet hərbçiləri erməni millətçilərinin göstərişlərinə itaət qaydasında tikintiyə yük
daşıyan nəqliyyatın hərəkətinə maneələr törədirdilər.
Qarabağ ekstremistlərinin vəhşiliyi Ermənistanda böyük əks-səda yaratdı.
Respublikada yaşayan bütün azərbaycanlı əhalinin zorla qovulub Azərbaycana
sürgün edilməsinə başlandı. Qaçqınlar dəstəsinin gəlişi fasilə vermirdi. Qış
aylarında əhalinin bir hissəsi heç bir minik vasitəsi olmadan qarlı dağlardan
keçməyə məcbur olurdu. Belə kütləvi qovulma siyasəti Azərbaycanda da müəyyən
reaksiya yaratmamış qalmadı, ermənilər də öz evlərini tərk edib SSRİ-nin müxtəlif
regionlarına səpələndilər, onların az hissəsi Ermənistanda özünə sığınacaq tapdı.
Millətçilərin onlara vəd etdikləri “qızıl dağlar” bir andaca öz saxtalığını, ağ yalan
olmasını büruzə verdi.
Zorakılıq spiralı istənilən vaxt açıq müharibəyə gətirib çıxara bilərdi və
ekstremistlər casus belli yaratmaq üçün dəridən-qabıqdan çıxırdılar. Əvvəllər
epizodik xarakter daşıyan toqquşmalar artaraq onların çox arzu etdikləri
müharibənin başlanmasını mümkün etdi. Savaşa ermənilər ciddi hazırlıq da
görmüşdülər. Ermənistan Qarabağ separatçılarını silahlandırmaq üçün hər cür
vasitələrdən istifadə edirdi. Oradan göndərilmiş beton məmulatları vaqonunda çox
sayda “qrad” raketləri aşkar edilmişdi. Stepanakertdə zavodda və emalatxanalarda
gizli qaydada sadə silah, sursat istehsal edilirdi. Azərbaycanda isə Moskvanın
təkidi ilə hətta ov silahları da sahiblərindən alınıb istifadədən yığışdırılmışdı.
Çexovun dediyi kimi, birinci səhnədə divardan asılan silah dördüncü səhnədə
hökmən atəş açmalıdır. Artıq ekstremistlərin silahlı dəstələri mövcud idi, onlar
əhalini vahimədə saxlamağa çalışırdı. Belə dəstələr Şaumyan (kənd) rayonunda
xüsusi fəallıq göstərirdi, digər yerlərdə də dinc əhaliyə qarşı basqınlar baş verirdi.
Bu silahlı həmlələrdən mülki əhali böyük ziyan çəkirdi, onların əmlakı qəsb
edilirdi. Bununla əlaqədar olaraq “Nyurnberq prosesi” filmindəki “cinayətin ölüm
saçan alətini göndərən hər bir adam günahkardır” sözlərinə əsaslanaraq demək
lazımdır ki, Qarabağ ekstremistləri ilə birgə onların Ermənistandan olan
13
silahdaşları da birbaşa məsuliyyət daşıyırdılar. Heç kəsin fəaliyyətini nəyisə nəzərə
alaraq ört-basdır etmək, unutmaq olmaz, ideya mübarizəsini terrora, ekstremizm
tufanına çevirənlər ən azı tarix qarşısında cavabdehliklərini dərk etməlidirlər.
Dünyada mütləq müqəddəslər olmadığı kimi, mütləq əclaflar da yoxdur. Ancaq
qan axıtmaq, dinc insanları qətlə yetirmək – hansı bir ideya naminə həyata
keçirilirsə keçirilsin, ən ağır cinayətdir, insanlığa qarşı olan cinayətdir.
Qatı erməni millətçiləri özlərini manixeizm təliminin ardıcılları kimi
apararaq dünyanı iki qütbə, xeyirə və şərə, özününkülərə və özgələrə bölürlər.
Qədim İran filosofunun doktrinasına inanc gətirənlər üçün düşmənsiz olan həyat
artıq yaşamaq üçün mümkün olmayana çevrilir. Müasir erməni “manixeistlərinin”,
dostluqdan savayı onlara başqa bir münasibət göstərməyən, öz ölkəsinin ağuşunu
mehribanlıqla açan bir xalqa qarşı belə nankorluqla yanaşmaları faktına təəccüb
qalmaya bilmirsən. Çox pis haldır ki, bəzən xalqın xeyli hissəsi belə xəstəliyə
sirayətlənmiş olur. Əgər ekstremistlər üçün müharibə sənətə, peşəyə çevrilirsə, bu
daha qorxuludur. Klinik vətənpərvərlər müalicə olunmaq əvəzinə məxsus olduqları
xalqa öz dəhşətli xəstəliklərindən pay verməyə çalışırlar. Separatizm küləyi bir
çoxlarının şüurunu qarışdırmaqla, onları qonşuluqda yaşadığı xalqla düşmənçilik
yoluna, müharibə cığırına salır. Onlar bircə şeylə öyünə bilərlər ki, apardıqları
müharibə xalqımıza ağır yaralar vurmuş və bu xoralar indiyədək sağalmamış
qalmışdır. Bu sevinc ibtidai insanın öldürülmüş qurbanın dövrəsindəki ritual
rəqslərini yada salmaya bilmir.
Müharibə, bədbəxtlikdən Azərbaycanı sarsıntılar dövründə haqladı.
Müstəqillik qazanmış ölkənin mərkəzləşmiş ordusu yox idi, yaradılan müdafiə
batalyonları muxtar qaydada vuruşmağa üstünlük verdiyindən qazanılan uğur da az
sonra yoxa çıxırdı. İntizam zəif idi, əməliyyatlar koordinasiya edilmədiyindən
pərakəndə xarakter daşıyırdı. Bəzən adi döyüş qaydalarına əməl edilməməsi ağır
itkilərlə nəticələnirdi. Birinci Dünya müharibəsində belə bir zərb-məsəl yaranmışdı
ki, “tər qanı xilas edir”. Tər axıtmaqla qazanılan səngərlər piyadaların həyatını
düşmən gülləsindən çox vaxt hifz edirdi. Təəssüf ki, döyüşən qruplarda bəzən
səngər qazılması artıq bir iş hesab olunurdu. Məğlubiyyətə baxmayaraq, sıravi
döyüşçülərimizin igidliklə, fədakarlıqla vuruşması üzərinə heç kəs kölgə sala
bilməz. Komandanlığın isə taktiki ustalığı aşağı idi, düşmənin imkanları lazımınca
qiymətləndirilmədiyindən bu ağır nəticələrə gətirib çıxarırdı. Belə bir şəraitdə
erməni quldurları daha da həyasızlaşırdı. 1992-ci ilin fevralında ermənilər
Rusiyanın motorlu atıcı alayının köməkliyi ilə gecə Xocalı şəhərinə hücum edib
qocaları, uşaqları, qadınları, dinc əhalini qırğına məruz qoydu. Yüzlərlə günahsız
insan həyatını itirdi və əsir götürüldü. Bu vaxt respublika prezidenti olan Ayaz
Mütəllibov qırğının miqyasını ört-basdır etdirmək yolunu tutdu və Xocalı dəhşəti
bütün təfərrüatı ilə məlum olduqda o, öz postu ilə vidalaşmaq məcburiyyətində
qaldı. Dəhşətli genosidin təfsilatı aşkarlandıqda, insanların gəzəbi hədd tanımırdı.
Mütəllibovun, istefasından iki ay sonra isə çox şey bəxş edən əvvəlki vəzifəsini
yenidən bərpa etməyə həsr olunmuş misteriyası da uğursuzluqla nəticələndi. Bu
dəfə o, öz əvvəlki sələfi kimi Moskvada sığınacaq axtarmaq labüdlüyü ilə üzləşdi.
Vasitələr məqsədin və şəxsiyyətin həqiqi dəyərini açiq göstərməyə qadirdir. .
14
Xocalı isə dəhşətli taleyinə görə faşistlərin məhv etdiyi Gernika, Koventri,
Oradur kimi şəhərlərin faciəvi siyahısına daxil oldu.
Hakimiyyətin “interim” dövrü bədbəxtliklərin davamı ilə varislik hüququ
qazandı. 1992-ci ilin mayında təbiətin özünün istehkamlandırdığı Şuşa şəhəri işğal
edildi. Xalq Cəbhəsinin bir il davam edən hakimiyyətinin ilk günlərində Laçın
rayonu, idarəçiliyinin sonuna yaxın isə Kəlbəcər rayonu Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edildi. 1993-cü ilin iyul-oktyabr aylarında isə əlavə beş
rayon bu müdhiş taleyi yaşamalı oldu. Bu müharibə ümumilikdə Azərbaycan
ərazisinin 20 faizinin itirilməsi və bir milyona yaxın əhalinin qaçqına və məcburi
köçkünə çevrilməsi ilə nəticələndi. Ermənilər uzun illər ərzində arzu etdiklərinə
bundan xeyli əvvəl çatdılar – Ermənistanda demək olar ki, heç bir azərbaycanlı
qalmadı. Din müxtəlifliyini də öz düşmənçilik silahı kimi istifadə edənlər “rahat”
nəfəs ala bilərdilər ki, onların yaşadıqları ərazilərdə az sayda kürdlər istisna
olmaqla müsəlmanlardan əsər-əlamət qalmamışdı. Hətta ən quduz səlibçilər də
Yaxın Şərqdə özlərini belə aparmamışdılar, işğal etdikləri torpaqlarda bol insan
qanı axıtsalar da, heç vaxt əraziləri qeyri-dinə mənsub olan insanların
yaşamadıqları məkana çevirməmişdilər. Azərbaycanda isə hazırda otuz minə qədər
erməni yaşayır və onlar, elan olunmamış bir qaydada kiçik siyasi hüquqlar istisna
olunmaqla, bütün vətəndaş hüquqlarından bol-bol istifadə edirlər.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağ adlanan yerüstü behiştdə elə bil ki,
ağır kabus dayanmışdı. Bu kabus öz kini və nifrəti ilə həmin ərazinin doğma
insanlarının həyatına qənim kəsilmiş, onları cəhənnəm əzablarına düçar edəcəyi
andını içmişdi. Bu hadisələrdən iki onillikdən artıq bir müddət keçmişdir, bu
dövrdə Qarabağ savaşı barədə çox sayda xatirələr, sənədli və bədii əsərlər yazılmış,
onlardan bəziləri ekran və səhnə həyatını da yaşamışdır. Bunlar adamlarımızın
yaddaşının bir daha mürgüləməməsi üçün çalınan təbil rolunu oynamaqla
gənclərdə vətənpərvərlik hisslərinin güclənməsinə kömək etmişdir. Lakin heç bir
xatirə və ya təsvir bu faciəli dövrdə yaşamış insanların çəkdiyi ağrıları və kədərləri,
on minlərlə azərbaycanlıların düçar olduğu bədbəxtlikləri, keçirdikləri təhlükə
hisslərinin dəhşətini ifadə edə bilməz. Düşmənlə vuruşda canını Vətən yolunda
qurban verənlərin ruhu hələ də rahatlıq tapmır: çoxları xəyanətkara, bir andaca
özünü düşmənə çevirən dünənki buqələmun dostlara təslim olmaqdansa, həyatdan
getmək kimi acı aqibətlə razılaşmışdılar.
Müharibə həmişə faciə mənbəyi olmuşdur, qanla qidalanan Moloxdur.
Xəyanətdə yoğrulmuş müharibənin dəhşətləri isə daha ağrılıdır, axı sənin öz evində
kürəyinə xəncər sancırlar. Sərsəm millətçi ideyaların təsiri altında öz torpağında
dünənə qədər ən azı zahiri mehribanlıqda yaşayan adamların onların taleyinə qılınc
zərbəsi vurmasına, ölkəsinin müqəddəs yerlərini xarabazara çevirməsinə heç bir
izah da tapa bilmirsən. Vətənindəki müharibə vətəndaş müharibəsi olmasa da,
onun eybəcər prinsiplərindən istifadə etməsi ilə seçilir. Özünü saxta qaydada
“qardaş” adlandıranlar insan qanına susamaqla yanaşı, əcdadlarımızdan yadigar
qalmış torpaqlara sahib olmağa can atırlar. Beləliklə həm də xalqın keçmişinə,
bütövlükdə tarixinə ağır zərbə vurmuş olurlar. Kardinal Rişelyenin sözlərini bir
qədər dəyişdirərək “Xəyanət onların bütün böyük işlərinin ruhudur” desək heç də
15
mübaliğəyə yol vermərik. Uzun onilliklər ərzində bizim atalarımız, yaşlı nəsil dinc
həyata üstünlük verdiklərindən, bunu allahın ümdə mərhəməti kimi qəbul
etdiklərindən heç bir qorxulu vasitəyə əl atmadan münaqişələrin həll edilməsini
məqbul saymış, sülhü istənilən hipotetik zəfər və qələbədən üstün tutmağı
bacarmışlar. Əvəzində isə qara nankorluq, xəyanət cavabı almışlar.
Lakin şər heç də cavabsız qalmır, xeyirə böyük təhlükə yarananda özünə
müvafiq müdafiə vasitəsi də tapmağa müvəffəq olur. Bəlkə də babalarımızın,
atalarımızın səmimi hissləri, qoyun dərisi altında gizlənmiş canavarlara əhəmiyyət
verməmələri, əksinə onlara bəzən hətta hədd bilməyən xoş münasibətləri, təəssüf
ki, nəcib bar vermək əvəzinə zəhərli meyvələr yetişdirdiyini büruzə verdi. “Atalar
qora üzüm yemişdi, indi oğulların dişi qamaşır” Bibliya hikməti bu məsələdə
bütünlüklə öz təsdiqini tapır. Sonrakı nəsillər bu diqqətsizliyin və sayıqlığı
unutmanın əziyyətini çəkməli oldu. Həm də adamlarda artıq hər şeyə açıq gözlə
baxmaq, mahiyyətdən baş çıxarmaq keyfiyyətləri aşılandı. Düşməndən
təhlükələnmək hissləri də, ona əvvəllər bəslənən xoş münasibət də sınaq anlarında
yoxa çıxdı. İndi azərbaycanlı döyüşçü təkcə dövlətin ona bəxş etdiyi müasir hərbi
texnika, cihaz və silahla qürur duymaqdan daha çox öz qüvvəsinə inanır, bel
bağlayır. Vətən naminə, itirilmiş torpaqları geri qaytarmaq naminə o, hər cür
fədakarlığa hazırdır. Axı onun arxasında özünə bəslənən kin və ədavətin cavabı
kimi, sönməz nifrətlə silahlanmış və möhkəm yumruğa çevrilmiş xalq
dayanmışdır.
Qoy heç kəs bu sətirləri düşmənin istifadə etdiyi üsullara çağırış kimi qəbul
etməsin. Xəyanətə və təcavüzə layiqli cavab verilməkdə ifadə olunan istək, bəlkə
də əcdadlarımızdan yadigar qalmış sülhsevər davranışa ziddir. Lakin xalqımızın
qanını axıtmış, şəhərlərini, kəndlərini viranə qoymuş, tarlalarını səhraya
döndərmiş, böyük bir ərazimizin üzərindən dağıdıcı tufan əsdirmiş düşmənin
bağışlanmasını, cinayətlərinin əfv edilməsini heç bir normal insanın vicdanı qəbul
edə bilməz. Fransızların zərb-məsəlində deyildiyi kimi, “A la querre comme a la
querre” – “Müharibədə müharibədə olduğu kimi”. Qılıncın qarşısına musiqi aləti
ilə çıxmaq ağılsızlıqdır. Lakin onu da nəzərə almalıyıq ki, xalqımızın müdrikliyi və
mərhəməti, heç şübhə yoxdur ki, onun qəzəbindən və qisas hissindən çox-çox
yüksəkdir. Torpaqlarımızı, əgər lazım gəlsə silah gücünə xilas edəndə biz uşaqları,
qocaları, qadınları, dinc əhalini qırmaq kimi vəhşiliyə əl atmayacağıq, qızların
ləyaqətinə təcavüz etməyəcəyik, bütövlükdə haqq işimizə ləyaqətsiz olan nəyinsə
qatılmasına, kölgə salmasına imkan verməyəcəyik. Bu bizim qələbəmizin vəznini
daha da artıracaqdır. Çünki zəfərimizdə də qəddarlıq deyil, təslim olanları
alicənablıqla əfv etmək xüsusiyyətləri nümayiş etdirəcəyik.
Müharibə nə qədər dəhşətli əməl olsa da, onun da öz qanunları vardır. Bu
qanunlar hər cür vəhşiliyi, dinc əhaliyə qarşı silah işlədilməsini, günahsız
insanların, mülki əhalinin qanının axıdılmasını inkar edir və sivilizasiyalanmış
bütün xalqlar beynəlxalq sənədlərdə əksini tapmış bu cəhətlərə əməl etmək
öhdəliyini götürmüşlər. Biz müharibə aparmalı olsaq, baxmayaraq ki, dövlətimiz,
xalqımız problemin sülh yolu ilə həllini prioritet qaydada qəbul edir və onun baş
tutması üçün haqqın imkan verdiyi hədlərdə hər cür kompromisslərə gedir, bu,
16
qisas, intiqam savaşı adlansa da, intiqamın bir qayda olaraq əl atdığı hərəkətlərə
yol verilməsini məqbul saymayacaqdır. Yaxşı haldır ki, döyüşçülərimiz də bu
ruhda tərbiyə olunur, humanistlik onlara heç də yad deyildir.
Ermənistanın xalqımızı sövq etdiyi müharibə çox həqiqətləri başa düşməkdə
bizə kömək etdi. Hər şeydən əvvəl dünyada ikili standartların mövcudluğuna tam
əminlik tapdıq. Həm də düşmənlərimizdən öz dostlarımızı daha dərindən
öyrənmək imkanı qazandıq. Sözdə bizə ürək-dirək verib düşmənimizin
dəyirmanına su tökənləri də, həqiqi strateji müttəfiqlərimizi də daha yaxından
tanıdıq. Saxtalıqdan bütünlüklə kənar olan qardaşlıq hissinin hər cür zahiri
parıltıdan xali olub, özündə poladdan möhkəm olan həmrəylik xəlitəsini əritdiyinin
də şahidi olduq.
Ermənistan öz havadarlarının himayəsinə və gücünə bel bağlayaraq
Azərbaycanın ədalətli haqqını özündə əks etdirən sülhdən yayınmaq üçün hər cür
fitnələrə və əsassız bəhanələrə əl atır, həm də yeni bir “Pirr qələbəsinin”
qazanılacağı xülyası ilə özünə təskinlik verir. Erməni siyasətçiləri ölkəmizin
müdafiə qüdrətinin möhkəmlənməsi ilə əlaqədar xof hisslərini gizlətməyi də
bacarmırlar, Azərbaycanın iqtisadi cəhətdən dinamik inkişafı, dövlət büdcəsinin
artıq iki rəqəmli milyard dollarlarla həyata keçirilməsi bu qorxu hissini
qidalandıran amillərdir. Ermənistan müxalifəti belə, ölkəsində sabitliyin pozulması
ehtimalının qonşu dövlətin uğurlu hücumu üçün şərait yaradacağından
ehtiyatlanaraq ultimatum xarakterli çıxışlardan imtina etdiyini bildirmişdir.
Çox güman ki, şüuru zəhərlənməmiş sadə, zəhmətkeş erməni müharibə
vəziyyətinin davam etməsini, özünün sağlam düşüncəsinə müvafiq olaraq
bəyənmir, məqbul saymır, milyonlarla başqa insanlar kimi dinc şəraitdə yaşamağa
üstünlük verir. Bu mülahizəyə yəqin ki, qatı millətçilər tükürpərdən qəti inkar xoru
ilə cavab verəcəklər və özlərinə xas olan qaydada ən böyük həqiqət kimi bəyan
edəcəklər ki, ermənilər milli mənafedə heç vaxt güzəştə getməzlər. Bu vaxt onları
susduran sual meydana çıxır: məgər ədalətsiz müharibə milli mənafeyəmi xidmət
edir, yoxsa onun dayaqlarını uçurdur? Əlbəttə, ermənilərin millətçilik
ideologiyasında türklərə və azərbaycanlılara qarşı kin, ədavət mühüm yer tutur,
millətin müəyyən hissəsi bu sərsəm ideyanın girovuna çevrilmişdir. Düşmənçiliyi
üstüörtülü dövlət ideologiyasına çevirən bir ölkədə şüurların amansız və ardıcıl
təsirlərə məruz qalması adi bir hala çevrilmişdir.
Düşmənçiliyin tarixini özlərinin mənfəət gətirən kapitalına çevirən dövlət öz
vətəndaşlarını, gənclərini məhz bu ruhda tərbiyə etməyə çalışır, ruhlarına daim təzə
kin, nifrət şehi çiləməklə onları düşmənçilik mehrabının qurbanları kimi görmək
istəyir. Adamlar dövrünün və onları əhatə edən mühitin xüsusiyyətlərini
xarakterində əks etdirməklə, özlərinin yad zümrəyə aid olmadıqlarını nümayiş
etdirməyə çalışırlar. Dövlətin günbəgün apardığı siyasət nəticəsində vətəndaş insan
üzərində üstünlüyə malik olur. Hər dövlət öz vətəndaşına malikdir və çox hallarda
onun şüuruna və taleyinə də hakim kəsilir. Dövlət insan fəaliyyətinin bütün
dairələrini özünə tabe etdirir və onun hisslərinə öz möhürünü vurur. Ona görə də
düşünürsən ki, sadə erməni nə edə bilər, axı o, daim dövlətin aram verməyən
təzyiqi altındadır, şüuru isə daim təbliğat zorakılığına məruz qalır. Böyük rus
17
tarixçisi T.N.Qranovski çox düzgün olaraq qeyd edirdi ki, “insan bu və ya digər
dövlətə nə qədər mənsubdursa, o qədər də hüquqlardan istifadə edir”.
Ermənistanda isə vətəndaşlar mənsub olduqları dövlətin yalnız onlara ötürdüyü
hüquqlardan istifadə edir, hüquqlar və vəzifələr isə vəhdət şəklində ksenofobiya,
başqalarına düşmənçilik mayesində həll olunmuşdur.
Qatı erməni millətçiləri tarixə Herostrat “şücaəti” ilə yanaşmalarından da
həzz alırlar, öz uydurduqları yalana az sonra özləri də inanırlar. Qoy onlar belə
yanaşma tərzini kənara atıb keçmişdən ibrət dərsi götürməyə, gələcəyə isə kor
bucaq altında baxmağa öyrənsinlər. XX əsrin əvvəllərində və sonunda onlar
cinayətdən də betər olan səhvlərə - qonşu xalqlara qarşı düşmənçiliyə və savaşa əl
atmışlar. XXI əsrin başlanğıcında onlar bəxtlərinə düşən şansdan düzgün istifadə
etsələr daha çox qazanarlar. Yox, əgər onlar nəticəli sülh danışıqlarından imtina
edib xam xəyaldan uzaqlaşmağı bacarmasalar, “qırıq təhnə” yanında qaldıqlarının
şahidi olacaqlar. Axırıncı variant bu məxluqların özlərinə yeni bəla toru
toxumasına bənzəyir.
Fantastik məqsədlər daim fiaskoya uğrayır, onlara olan ümid çox tezliklə öz
puçluğunu göstərir. Ağıllı adam heç vaxt suyunu içdiyi quyunu zəhərləməklə
öyünməz. Regionu yeni döyüş səhnəsinə çevirmək istəyi də bu qəbildəndir. Axı
yeni müharibə yeni faciələrlə müşayiət olunacaqdır və Ermənistan özünün hansı
sınaqlara çəkiləcəyini indidən göz önünə gətirməlidir. Bu dəfə Ermənistan silah
qaldırmağa cəsarət etsə, bundan daha güclü olan silahla daha ağır yara ala bilməsi
ehtimalını da nəzərdən qaçırmamalıdır. Ən qızmış başlar belə iştah barədə
müəyyən hədd tanımalıdır. Başqasının var-dövlətinə göz dikmək, ondan
faydalanmaq heç də yaxşı sonluqla nəticələnmir. Çoxa nail olmaq istəyi adamın
sərəncamında olanların da məhv olmasına şərait yarada bilər. Bu yerdə böyük
ingilis filosofu Frensis Bekonla əlaqədar olan bir hadisə yada düşür. Lord Bekon
York Haus Qardendə olanda öz torlarını suya atan balıqçıları görüb onlardan xahiş
etdi ki, nə tutsalar ona satsınlar. Balıqçılar öz qiymətlərini dedilər, lord isə
razılaşmayıb başqa qiymət dedi. Balıqçılar onun təklifini qəbul etmədilər və
torlarını çıxartdıqda torda iki-üç kiçik balıq olduğunu gördülər. Bekon onlara dedi
ki, əgər onun təklifini qəbul etsəydilər indi evlərinə on şillinq aparardılar. Onlar bu
sözə belə cavab verdilər ki, ovlarının yaxşı olacağını ümid edirdilər. Bu sözlərin
müqabilində filosof onlara dedi: “Ümid yaxşı səhər yeməyidirsə, lakin çox pis şam
yeməyidir”. Qoy Ermənistan rəhbərliyi də öz ümidlərində reallığın qılınc itiliyini
nəzərə almadan keçinməsinlər.
Keçən əsrin 90-cı illərinin əvvəllərində elə ağlasığmaz bəla baş vermişdir ki,
onu törədənlər tarixin ittihamından özlərini müdafiə edə bilməyəcəklər. Cinayəti
ört-basdır etmək üçün yeni cinayətə əl atmaq heç də böyük ağıldan xəbər vermir.
Ehtimal heç də gerçəkliyi unudanların düşündüyü kimi həmişə arzu olunan
qaydadakı nəticə ilə yekunlaşmır. Ona görə də Ermənistan rəhbərliyi ciddi
danışıqlar aparmaq əvəzinə ritorikaya, seriya görüşlərin foto və video aludəçiliyinə
son qoymalı, işğal edilmiş ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi ilə haqqın çoxdan gözlənilən zəfərindən hansısa
xəcalət hissi keçirəcəyini başından atmalıdır. Öz xalqını iki onillik davam edən
18
müharibə vəziyyətindən azad etməklə, ilk növbədə öz ölkəsinin mənafeyi naminə
yaxın qonşuları olan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq yolu
ilə geniş iqtisadi münasibətlərin və əməkdaşlığın gündəliyə daxil olmasına yol
açmalıdır. Belə münasibətin bərqərar olmasında hamıdan çox iqtisadi böhrandan
və blokadadan əziyyət çəkən, əhalisinin sosial vəziyyətində çətinliklərlə və real
yoxsulluqla üzləşmiş Ermənistan maraqlı olmalıdır. Bu ölkədəki iqtisadi
durğunluq, maliyyə çətinlikləri əhalinin maddi rifahının pisləşməsi ilə müşayiət
olunur və belə vəziyyətin sosial partlayışa gətirib çıxaracağı imkanı da nəzərdən
qaçmamalıdır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkənin ərazi
bütövlüyünün müzakirə mövzusu olmadığını, torpaqların qaytarılmasının başqa bir
alternativi olmadığını dəfələrlə qarşı tərəfə və beynəlxalq aləmə bəyan etmişdir.
Bütün azərbaycan xalqı prezidentin bu mövqeyi ilə tam həmrəydir və bunu
istənilən qaydada nümayiş etdirməyə hazırdır. Görkəmli dövlət xadimi böyük
Uilyam Pitt Böyük Britaniya parlamentində amerikan kolonistləri ilə alicənablıqla
davranmağı təkid edəndə və Bostondakı repressiya tədbirlərinin qadağan edilməsi
barədə qanun layihəsi təqdim edəndə, özünün də belə münasibətlə
razılaşmayacağını qəti şəkildə bildirmək üçün ingilis dilinin qrammatikasında tək
bircə inkar kəlməsindən istifadə qaydasına uyğun olaraq kəskin mövqeyi ifadə
edən və təkrarən “heç vaxt” mənasını verən “Never, never, never!” deyə
hayqırmışdı. Damarlarında azərbaycanlı qanı axan hansısa bir adamdan torpaqların
işğalı ilə barışmağın mümkünlüyünü soruşsalar, o, dilimizdəki ikiqat inkar
imkanından istifadə edərək daha böyük qətiyyətlə “Heç vaxt, heç vaxt, heç vaxt
barışmayacağıq!” cavabını verərdi. Buradan belə bir məntiqi nəticə çıxır ki, əgər
sülh danışıqları nəticə verməsə, Klauzevitsin ifadəsindən istifadə edərək siyasətin
digər üsuluna əl atmaq lazım gələcəkdir. Başqa sözlə desək, müharibə alovu yenə
məhvedici dilləri ilə regionu qarsacaqdır.
Haqq, ədalət Azərbaycanın, onun tələblərinin tərəfindədir. Bunu anlamamaq
inadkarlıq həddlərindən də kənara çıxır. Sülh yolu ilə problemin həlli hər iki tərəfi
gərginlikdən və izafi qayğılardan azad edəcəkdir. Sülh, əgər özündə Karfagen
sülhünün elementlərini daşımırsa, heç bir tərəfi alçaltmır, əksinə xalqları onların
çiyinlərini əzən ağır yükdən azad edir. Ədalətli, haqqın zəfərini ehtiva edən sülh
müqaviləsinə hər iki tərəfdən qol çəkənlər əslində bu imzaları ilə öz xalqları
qarşısında borclarını yerinə yetirmək rəmzi kimi tarixə düşəcəklər. Azərbaycan
tərəfi buna hazırdır.Zaman adlanan hakim oyuna başlamaq barədə fitini çalmışdır.
İndi top artıq Ermənistan rəhbərliyi tərəfindədir, qoy iradələrini ortaya qoysunlar.
Aydındır ki, yalnız bir cəsarətli addımla, indi mövcud olan və Trotskinin təbirincə
deyilsə “nə müharibə, nə sülh” dövrünə birdəfəlik son qoyulacaq, bundan sonra isə
iki qonşu xalq rahat nəfəs alıb, biri dəyən yaraların sağaldılması ilə, digəri isə
zəifləmiş iqtisadi bədəninin dirçəldilməsi ilə daha ciddi-cəhdlə məşğul olacaqdır.
Yaxın gələcəyin bakirə səhifəsində belə imzaların atılmasını yəqin ki, hər iki
xalq ürəkdən arzu edir. Sadəcə olaraq onlar bəlkə də bunu gur səslə ifadə etməyi
hələlik məqbul saymırlar, çünki münaqişənin bir tərəfi hələ də keçmişin
eyforiyasından uzaqlaşa bilmir. Qoy o tarixin təxirə salınmış cəriməsini də yaddan
19
çıxarmasın. Xalqlar çox vaxt öz milli liderlərinin girovlarına çevrilirlər.
Bədbəxtlikdən qədim Roma filosofu Epiktet demişkən, pislər hər yerdə çoxluq
təşkil edir. Pislər, qana susayanlar hakimiyyətə gəldikdə bu xalq üçün fəlakət, faciə
mənbəyinə çevrilir.
Ötən illər köhnə qaydaların pozulması və yenilərin mayalanması ilə
müşayiət olunmuşdur. Ermənistan rəhbərliyi öz biabırçılıqlarının sübutu olan
status-kvodan yapışmaqla öz xalqı qarşısında saxta milli qəhrəman qiyafəsində
görünsə də, əslində onu daha böyük fəlakətə sürükləyir, bədbəxtliklər uçurumuna
yuvarlayır. Axı Ermənistan böyük iqtisadi və maliyyə çətinlikləri ilə üzləşdiyi bir
dövrdə iri ordunu saxlamaq xərclərini ödəmək məcburiyyətində qalır. Bu xərclər
əhalinin onsuz da ağır olan sosial vəziyyətini daha da pisləşdirir. Maliyyə
imkanları kasad olan bir ölkə müharibə aparmaq yükündən xilas olmağa can
atmalıdır. Orta əsrlər İsveçrəsi üçün biabırçı olan bir zərb-məsəli yada salmaq
yerinə düşür: “Pul yoxdursa, İsveçrə qoşunları da yoxdur”.
Mən yazını nikbin notla bitirmək istərdim. Hər iki xalq yanğısını çəkdiyi
sülhə qovuşmalıdır, bu nə qədər tez baş versə, bir o qədər sevindirici, fərəhləndirici
olacaqdır. Bunun üçün Göylərə müraciət etməyə də ehtiyac yoxdur, sadəcə olaraq
siyasətçilər öz hərəkətlərində hansısa illyuziyaların əsirinə çevrilməməli, öz
xalqının nəbzini tutmağı bacarmalıdırlar. Onlar zamanın bu tələbinə boyun əysələr,
sülh barədəki arzular qısa müddətdə gerçəkləşər, regionun havası hərbin zəhərli
nəfəsindən təmizlənərdi.
Dostları ilə paylaş: |