Fövqəltəbii qüvvələrə fərqli prizmadan yanaşma
Tarixi tədqiq edənlər, araşdıranlar təkcə hadisələrə, şəxsiyyətlərin
200
hərəkətlərinə və onların motivlərinə nüfuz etməklə kifayətlənməyib, həm də
geoloji plastı andıran bir səviyyədə meydana çıxan digər növ süxurlara bənzər
köməkçi mənzərə cəhətlərinə, ştrixlərə diqqət yetirməmiş qalmırlar. İnsan
cəmiyyətinin, sivilizasiyanın tarixi indiyədək nə qədər diqqətlə öyrənilsə də, hər
yeni nəsil öz araşdırmaları ilə ona nəsə daha bir şey əlavə edir, qızıl axtaranlar kimi
böyük qum kütləsini arası kəsilmədən yumaqla orada hansısa qiymətli dənəcikləri
tapmağa çalışır. Axı hər bir dövrün salnaməsi təkcə təsvir edilən həlledici
hadisələrdən və görkəmli şəxsiyyətlərin fəaliyyətlərindən ibarət deyildir, onları bir
qayda olaraq çox sayda digər proseslər və həmçinin o qədər də məşhur olmayan
iştirakçılar müşayiət edir.
Bu hadisələr və onların meydana gəlmə motivləri çox vaxt sirrlərdən xali
olmur və baş vurduğumuz müəmmalar dənizində biz yalnız uzaqdan da gözəçarpan
kiçik adaları və ya atolları seyr edirik, tarix adlanan okeanın təbiətinə aid olan
cəhətlərə, ən azı su altında gizlənən mərcan riflərə o qədər də əhəmiyyət vermirik.
Elmi, əsasən materialist baxışların aparıcı rol oynadığı bir vaxtda isə biz çox
hallarda ruhla əlaqədar olan məsələlərə hətta istehza tərzi ilə yanaşırıq.
Lakin daha geniş miqyasda düşünməyə cəhd edən adamlar isə onlarla bura,
mələkşünaslığı, əlkimyanı, Kabalanı, yoqanı, çarkaları da daxil etmək olar, -
maraqlanmalarını dayandırmırlar. Əlkimya orta əsrlərdə sadə metalları xüsusi
maddənin - «fəlsəfə daşının» köməyi ilə qiymətli metallara (qızıl və gümüşə)
çevirmək vəzifəsini qarşısına qoymuş tədqiqatlardır. Kabala (və ya Kabbala) bütün
cisimlərin əsasını yəhudi rəqəmlərində və hərflərində axtarılmasını moizə edən
iudaizm təlimidir. O müalicə vasitələrini amuletlərdə və formullarda axtarır.
Çakralar Yoqa sistemində və formalarda enerjinin yeddi mərkəzidir. Bunlar
birlikdə, dünyaya elmi, materialist baxışdan tam fərqlidirlər.
İngilis yazıçısı Conatan Blekin «Dünyanın gizli tarixi» əsəri vaxtilə
bestsellər (hərfi mənada «daha yaxşı satılan» mənasını versə də, daha çox oxunan
ifadəsi kimi işlənir) kimi məşhurlaşsa da, iyirmi iki il sonra, 2010-cu ildə
Londonda yenidən və bir sıra əlavələrlə nəşr edilmişdir. Kitabda fövqəltəbii
qüvvələrin mistik və məxfiliklərindən xəbər verən hadisələrin izahına cəhd
edilmişdir.
Müəllif gizli cəmiyyətlərin, guya ağılsız qoca adamların dünyanı idarə
etmək qəsdindən başqa bir şey olmadığı barədəki cari ideyalardan uzaqlaşmağı
bacarmış, əvəzində göstərməyə çalışmışdır ki, həmin qadınlar və kişilər, cavanlar
və qocalar gizli spiritualizm (dünyanın mahiyyətinin ruhi başlanğıc olduğunu
təsdiq edən, materiyaya ruhun, allahın yaratdığı kimi baxan fəlsəfi təlim) barədəki
qədim cərəyanların mühafizəçiləri olmaqla, əslində bizə nəsə bir mühüm şeyi
demək istəmişlər. Bu, materializm dalğasının geri dönməsi ilə əlaqədər olaraq indi
mütəşəkki dinin (söhbət Xristian dinindən gedir) tənəzzülə uğradığı bir şəraitdə
xüsusilə vacibdir. Gizli spiritualizmin müxtəlif cərəyanların hamısı, mümkün
olduğu qədər bu yolla diqqəti cəlb edir. Kitab məhz mistik və fövqəltəbii
məxfilikləri təsvir etməyə çalışır və dünyanın elə bir tarixidir ki, müəyyən sirrli
cəmiyyətlərdə əsrlər boyu öyrənilmişdir.
Müəllif göstərməyə çalışır ki, kosmosun başlanğıcı, onun tarixi və gələcəyi-
201
yaradıcı allahların və ruhların, maqların və baş çıxaranların, böyük tarixi
şəxsiyyətlərin ulduzlar tərəfindən idarə olunması və mələklər tərəfindən
ilhamlandırılması barədəki mistik təxəyüllərlə yanaşı, güman ki, tarixdə iqtisadi və
dar siyasi məsələlərdən savayı daha dərin, daha zəngin nümunələr olmuşdur. Bu
nümunələr bir qayda olaraq düşüncələrdə fövqəltəbii kimi qəbul olunur və əgər
elm hər şeyin mövcudluğunu ifadə edirsə, deməli, onda bunlar heç bir vəchlə baş
verməməli idi.
Əsərdə ənənəvi olaraq bir-birindən şübhələnən qrupların-frimasionların,
antroposofistlərin, katolik mistiklərin, rəssamların, alimlərin baxışlarına müraciət
edilir. Onların hamısını isə, ümumilikdə daim can atdıqları ruhi təcrübə aparmaq
arzusu birləşdirirdi. Həqiqi spiritual təcrübələr belə uzağa gedirsə, deməli
adamlardan bəziləri vergi ilə doğulmuşdur. Əgər bəzi adamlar öz baxışlarını
realizə etmək üçün kifayət qədər təxəyyülə malikdirsə, bu təxəyyülün özü real olan
şeyləri görmək vasitəsidir. Güman etmək olar ki, təxəyyül həmçinin elə görmə
orqanıdır ki, o məşq edilə, təkmilləşə bilər.
Bu tarixin özəyindəki qüdrətli və mükafatlandırılmış SİRR Mariya
Maqdalinada, Leanardo da Vinçidə, Tereza Avillalıda, Uilyam Şekspirdə, Corc
Vaşinqtonda və tarixi yaradan çox adamlarda var idi.
Dünyanın belə tarixi müxtəlif epoxalarda mövcud olmuş həqiqi gizli
cəmiyyətlərin öyrənilməsindən ibarətdir. Bu günkü baxışlar nöqteyi-nəzərindən
deyilənlər tam səfeh bir iş kimi görünə bilər, lakin qeyri-adi adamların böyük bir
hissəsi tarixi yaratmaqla yanaşı, həm də inanc subyektləri olmuşdular.
Qədim dünyanın tarixçiləri, Misir sivilizasiyasının başlanğıcından Romanın
tənəzzülünə qədər, Fiva, Elois və Efes kimi yerlərdə keşişlərlə əhatə olunmuş
ictimai məbədlərin belə gizli cəmiyyətlərlə bağlı olmasından bizə söhbət açırlar.
Siyasi və mədəni elita meditasiya texnikasına öyrədilirdi. Hazırlıq işlərindən sonra
Platon, Esxil, Böyük Aleksandr, Avqust, Tsitseron və digərləri gizli fəlsəfədən hali
idilər. Müxtəlif dövrlərdə bu «məktəblər» tərəfindən istifadə edilən vasitələrə
həmçinin sensor məhrumiyyətlər, nəfəs alma təcrübələri, müqəddəs rəqs, drama,
hallusinasiya dərmanları və digər eksperiment metodları daxil edildi.
Çox sayda məşhur adamlar təəccüblü şəkildə ezoterik fəlsəfəni müstəsna
olaraq həsr edilənlər üçün nəzərdə tutulan sirrli, qapalı təlim kimi, mistik vəziyyəti
isə gizli cəmiyyətlərdə gizli qaydada öyrədirdilər.
İsaak Nyuton, heç şübhəsiz, yaşlı ömrü boyu əlkimya ilə məşğul olmuşdu və
bunu özü üçün daha mühüm iş kimi qiymətləndirirdi. Corc Vaşinqton onun adını
daşıyacaq paytaxt şəhərinin əsasını qoyarkən göydəki böyük ruhu köməyə
çağırmışdı. Napaleon deyəndəki ona ulduzlar bələdçilik edir, bu heç də nitqi
gözəlləşdirən obraz əlavəsi deyildi. O, deyirdi ki, böyük ruh ona öz taleyini
göstərmişdi və bir şəxs kimi onu uğurlu və bəxti gətirən etmişdi.
Qədim dünyanın ikonoqrafiyasında və heykəltəraşlığında Zaratustra
dövründən başlayaraq Sirrli Məktəblərin gizli göstərişlərini bilmək, əldə lülə
şəklində bükülmüş kağızı tutmaq qaydasında ifadə olunurdu. Bu ənənə müasir
dövrdə də davam etməkdədir və bu gün dünyanın bir çox şəhərlərindəki ictimai
heykəllər bu qaydanın təsirinin necə geniş yayıldığını nümayiş etdirir. Heç də çox
202
uzaqlara səyahət etmək lazım gəlmir ki, gizli kultların okkult (okkultizm dünyada
elmi cəhətdən dərk olunmayan, yalnız «seçilmişlər», «həsr edilmişlər» tərəfindən
dərk edilən sirrli, fövqəltəbii qüvvələr haqqında guya mövhumatçı hesab edilən
anlayışlar sistemidir) simvollarını tapmaq mümkün olsun.
Gizli cəmiyyətlərin daha çox məxfiliyi öyrətməsi yalnız şifahi yolla baş
verirdi. Digər hissələr qəsdən aydın olmayan şəkildə yazılırdı ki, kənar adamların
onları başa düşməsi qeyri-mümkün olsun. Bütün dünyada mövcud olan müxtəlif
ənənələr biri digərlərini işıqlandırırdı. Lakin ezoterik (gizli) təlimlər daha çox Qərb
ölkələrində gizlədilirdi. Ənənələr arasında potensonal münaqişələr də yox deyildir.
Məsələn, sufi ənənəsi ilə müqayisədə hind ənənəsində reinkarnasiyanın – yenidən
doğulmanın vurğulanması daha geniş yer tuturdu.
Fikir məktəbləri və gizli cəmiyyətlər həqiqi ənənədən meydana gəlirdi.
Beləliklə, Kabala, tərkidünya, Sufizm, Tampliyerlər, ezoterik frimasonluq,
Martinizm, Madam Blavatskaya teosofiyası və antroposofiya, onların tərkib hissəsi
hesab olunmalıdır. (Frimasonlar və ya masonlar hərfi mənada «azad bənnalar»
deməkdir, dini-etik cəmiyyətin üzvləri olub, onlar mənəvi xüsusi öztəkmilləşməni
moizə etməklə yanaşı, xüsusi məralimlər keçirir və məxfilikləri ilə seçilirdilər.
Teosofiya insan ruhunun ilahiliklə birləşməsi barədə din-mistik təlimdir.
Antroposofiya teosofiyanın növlərindən biridir.)
«Əbədi fəlsəfənin» əvvəlki cəhdləri bayağı, şit olanların, - «bizim hamımız
eyni dərinin altındayıq», «Məhəbbət özünün mükafatıdır» kimi düşüncələrin
müəyyənləşməsinə, tanınmasına meyl edirdi. Bütün dünyadan olan Sirrli
məktəblərin və gizli cəmiyyətlərin tanınmasının öyrənilməsi hələ də çoxlarını
hiddətləndirir və onlar ümumi düşüncəyə təhlükə hesab edilir.
Bu gün alimlər deyə bilərmi ki, ən böyük ağrı anlarında ürəyinin
dərinliklərindəkini ifadə etməklə göylərə yalvarmağın əhəmiyyəti yoxdur, çünki
sən oradan heç bir cavab almayacaqsan. İnsanın borcu böyüməkdir, yaşa
dolmaqdır, bu laqeydlik şəraitlərinə gəlməyə öyrənməkdir. Kainat isə müxtəlifdir,
çünki onu bəşəriyyət öz ağlında düzəltmişdir. Bu tarixdə kainat antroposentrikdir
(bu təminə görə insan Kainatın mərkəzidir və bütün dünyanın son məqsədidir),
onun hər bir sadə təcrübəsi düzləndirilərək bəşəriyyətə doğru istiqamətlənmişdir.
Bu kainat bizi min illər ərzində qidalandırmış, həm də unikal olan bir şeyə
kömək etmişdir ki, bu da insan şüurudur. Şüur bizim hər birimizi fərd olaraq
inkişaf etdirir və həyatımızdakı ən böyük anlara doğru irəli aparır. Nəzərə alın ki,
siz qışqıranda kainat rəğbətlə sizə doğru çevriləcəkdir. Siz həyatınızdakı yol
ayrıcına gəlib çıxanda, bütöv kainat öz nəfəsini dayandıracaqdır, görsün ki, siz
hansı yolu seçirsiniz.
Alimlər Sirrlər haqqında danışa bilər və kainatla hər bir sadə hissəciyin digər
hissəciklə əlaqədə olması ilə maraqlana bilərlər. Elmdə kainat cisimi ağıldan qabaq
gəlir. Ağıl cisimin macərasıdır, bir alim o qədər uzağa gedir ki, onu «cisimin
xəstəliyi» kimi təsvir edir. Bu bir faktdır ki, bəzi aparıcı alimlər kosmosa qədim
baxış yolunun mümkünlüyünü yenidən, artıq rəğbət əlaməti altında görməyə
başladı. Baxmayaraq ki, yeni hissiyat metafizikaya (dialektikaya əks olan idrak
metodu) azacıq dözümlülük göstərir, ancaq qədim dünyanın kosmoqoniyası
203
(astronomiyanın göy cisimlərinin və onların sistemlərinin mənşəyinə və inkişafına
həsr olunmuş fəsili) bəzi tarixçilərin mümkün saydıqları kimi, ideyaların düzgün,
gözəl fəlsəfi maşınıdır.
Bu sistemlər arasındakı fərqlərin açarı ondadır ki, onlar başqa-başqa şeyləri
təsvir edirlər. Qədim fəlsəfə kainat barədə təcrübəmizin bilavasitə baş verdiyi kimi
bizə gəlib çatdığını ifadə edir. Elm üçün ifadə edilən böyük möcüzə fiziki
kainatdır. Ezoterik fəlsəfə üçün böyük möcüzə isə insan şüurudur. Bir qədər geniş
prizmadan yanaşdıqda idealizmin və materializmin vəhdəti çox güclü şeydir və
işləməyə qadirdir.
Alimlər adətən amillərin müxtəlif qoyuluşları arasındakı tarazlıqların qeyri-
adi seriyalarına aludə olurlar, bu amillər isə güman ki, yer üzərindəki həyatı
qurmaq naminə zəruridir. Burada soyuq və isti, rütubətlə quraqlıq arasında, Yerin
Günəşdən bu qədər uzaq olması və Günəş evolyusiyasının xüsusi səhnəsində qərar
tutması (nə istidir, nə də soyuqdur) kimi tarazlıqar terminləri barədə söhbət gedir.
Daha fundamental səviyyədə materiya öz qaydasında dərk edilməlidir, cazibə
qüvvələrinin və elektromaqnetizmin hər biri xüsusi dərəcədə olmalıdır.
Allahlara, mələklərə və ruhlara, onlar böyük kosmik zəkadan, başqa sözlə
Fikir-Varlıqdan əmələ gəldiklərinə görə inanılmalı idi. Bu böyük Fikir - Varlıqlar
özlərini xalq vasitəsi ilə ifadə edirdi.
Sonralar göründüyü kimi, allahlar, mələklər və ruhlar millətlərin talelərində
böyük dəyişikliklərin baş verməsi yaxınlaşan bir vaxtda gələ bilərdi. Bunların gözə
çarpması əksər hallarda fərdi qaydada olurdu. Misal üçün, Böyük Aleksandr və ya
Napoleon böyük ruh üçün vasitə idilər. Heç kəs onlara əks çıxmağı bacarmadı və
ruh onları tərk edənə qədər nə edirdilərsə, hər şeydə uğur qazanırdılar.
Dünyanın yaranmasının başlanğıcı
Elm və din onunla razılaşır ki, başlanğıcda kosmos heç nə vəziyyətindən
materiyanın mövcudluğuna doğru hərəkət etdi. Lakin elm bu sehrli dəyişiklik
barədə az şey deyə bildi, deyilənlərin hamısı yüksək dərəcədə spekulyativ xarakter
daşıyırdı. Alimlər hətta bütün cisimlərin bir dəfə yaranması və ya onun
yaranmaqda olmasının davam etməsi barədə müddəalar irəli sürməyə görə fərqli
qruplara bölündülər.
Qədim dünyanın özünü bu işə həsr etmiş keşişləri arasında isə, əksinə, gözəl
yekdillik var idi. Onların gizli təlimləri dünyanın böyük dinlərinin müqəddəs
mətnlərində kodlaşdırılmışdı.
Başlanğıcda boşluğu andıran materiya var idi, bu yaxşı olmaqla, işıqdan
daha zərif idi. Sonra müstəsna qaydada, yaxşı olan qaz gəldi. Əgər insan gözü
tarixin dan şəfəqlərinə baxsaydı, bu ona geniş kosmik duman, çən kimi görünə
bilərdi. Bu qaz və ya çən bütün Yaşayanların Anası idi, həyatın yaranması üçün
lazım olan hər şeyi özündə daşıyırdı. Ana İlahə, Yeri həmçinin bəzi hallarda belə
adlandırırlar, öz tarixi boyunca metamorfozaya uğrayacaq və çox müxtəlif
formaları və adları qəbul edəcəkdi. Lakin başlanğıcda «Yer formasız və boşluq
idi». Bu vaxt tarix üçün taleyin ilkin böyük dəyişilməsi gəldi. Bibliyanın
204
hekayətləri davam edir: «Qaranlıq yer üzünü örtmüşdü». Bibliyanın ezoterik ənənə
içərisində çalışan təfsirçilərinə müvafiq olaraq bu, kitabın nəql etmə yolu idi ki,
Ana İlahə yandırıcı quru küləyin hücumuna məruz qaldı, o az qala bütünlüklə
həyatın potensialını məhv etmişdi.
Allahın zəkasından ilk dəfə əmələ gələn nazik toxunmuş dumanlar qəflətən
ikinci mənşə tərəfindən yoxlandı. Bu, astronomların müşahidə etdikləri nadir və
effektli fenomenə – ulduzun ölməsinə bənzəyən güclü tufan idi. Güman etmək olar
ki, istisna kimi bu, başlanğıcda tam ölçüdə bütöv kainatı doldurmuşdu.
Ana İlahə çox vaxt sevən, həyat verən və işıqlandıran şəxs kimi xatırlanır.
Lakin o, həm də dəhşətli xüsusiyyətə malikdir, lazım gəldikdə döyüşkən olurdu.
Misal üçün, qədim Frigiya xalqı arasında o, şirlərlə dolu olan döyüş arabasında
gəzən mərhəmətsiz ilahə Kibela kimi qiymətləndirilirdi.
Allahın zəkasından çıxan ilk varlıq Yerin ilahəsi kimi metamorfozaya
uğramışdısa, ikinci əmələ gələn allah Saturna çevrildi. Saturn öz izini Günəş
sisteminin hədlərində qoyacaqdı. Misir mifologiyasında isə Saturn Yeri saxsı
təkərlərlə yumşaldan Ptah idi və bir çox əsatirlərdə Saturnun titulu «Rex Mundi» -
«Dünyanın çarı» və ya «Bu dünyanın hökmdarı» idi. Bizim maddi həyatımız onun
nəzarətində idi. Saturnun ucbatından bizim həyatımız olduqca çətin idi. Çünki
Saturnun hər bir qılıncı iki dilli idi və hər bir tacı tikandan düzəldilmişdi. Saturn
bizi öz hədlərimizə atırdı.
Bu olduqca çətin bir hal olmalı idi ki, Kosmosda həyat üçün olan potensial
hələ doğulmamışdan əvvəl məhv ola, sola bilərdi. Kosmos bütün əbədilik
dövründə ölü cisimin nəhayətsiz dəyişilməsi yeri kimi qala bilərdi. Tarix boyunca
biz görəcəyik ki, Saturn müxtəlif vaxtlarda və müxtəlif maskalar altında
mumiyalanmış bəşəriyyətdə öz məqsədinə çatmaq və ondan kənardakı həyatı əzib
sıxmaq üçün geri dönür. Bu tarixin sonunda biz həmçinin görəcəyik ki, onun ən
həlledici ixtirası, gizli cəmiyyətlər tərəfindən uzun müddət xəbər verilən hadisə
kimi, gözlənildiyi tək, qısa müddətdə yer tutmağa müvəffəq oldu. Saturnun Ana
Yer üzərinəki tiraniyası, onun kosmosdan kənar bütün həyat potensialını əzməsi
sahəsindəki qanlı cəhdi, insan ağlı ilə ölçülə bilməyən geniş dövrlərdə davam edir.
Onun tiraniyası mahiyyətcə devrilmişdir və Saturn əgər tamamilə məğlub
edilməmişdirsə, nəzarətdə saxlanır və öz sferasında qapadılmışdır. Bəs bu qələbə
necə əldə edilmişdir? Bibliyada dünyanın yaranması üçün, əlbəttə, iki izah vardır.
İkincisi isə, Müqəddəs İoannın «İncil»indədir və bu daha dolğun olmaqla
«Başlanğıc» kitabının kodunun açılmasına kömək edir.
Bu günlər kilsə müstəsna olan və radikal monoteizmi moizə edir. Bu çox
güman ki, müəyyən qədər elmin ağalıq etməsi ilə əlaqədardır. Xristianlığa
dostcasına yanaşan elmdə Allah kainatda fərqlənməyən və daimiliyi müəyyən
oluna bilinməyən səviyyəyə kiçildilir. Lakin tarixi reallıq ondan ibarətdir ki,
xristianlıq yüksəldiyi regionların köhnə dillərində kök atmışdır və onların hamısı
politeist (çoxallahlı) və astronomik xarakterli idi. Erkən xristianların inamları bunu
əks etdirir. Onlar üçün spiritualizm aktual ruhlarla kommersiya aparmaq mənasını
verirdi.
Xristian kilsələri – Romadakı Müqəddəs Pyotr kilsəsindən tutmuş kiçik
205
məhəllə kilsələrinə qədər, bütün dünyadakı qədim müqəddəs quyuları, müqəddəs
kahaları, məbədləri və Sirrli məktəbləri olan şəhərlərdə tikilmişdir. Tarix boyu
bunlara bənzər müəyyən şəhərlər ruhlar üçün baş giriş qapısı kimi
qiymətləndirilirdi. Bütün xristian kilsələri astronomik qaydada düzülmüşdür,
kilsənin həsr edildiyi müqəddəs gündəki tək şərqə istiqamətlənmişdir. Parisdəki
Notr-Dam kilsəsindən Barselonadakı Saqrada Familiaya qədər böyük kafedral
kilsələrin hamısı astronomik və astroloji simvollarla örtülmüşdür. Bu ənənə yenə
də davam edir.
Müasir kilsə xadimləri çox vaxt astrologiyanı məhkum edirlər, lakin heç kəs
bunu inkar edə bilməz ki, misal üçün, böyük Xristian bayramlarının hamısı
astonomik qaydada müəyyənləşdirilmişdir – Pasxa bütöv aydan sonrakı ilk Bazar
gününə təsadüf edir və ya Milad bayramı qışda Günəş dönüşündən sonrakı ilk günə
düşür. Bu vaxt qalxan Günəş üfüqdə dönəndə görünən şəkildə geriyə doğru hərəkət
etməyə başlayır. (Astrologiya insan təbiətinin göylərin əlamətlərində başa
düşülməli olan bir birlik sistemidir. O, astronomiyanın anası olmaqla astronomik
müşahidələrlə yaxından bağlı olan tətbiqi elm hesab olunurdu. İslam astroloqları
göy cisimlərinin hərəkətini dəqiq qaydada öyrənib, ona əvvəlcədən xəbər
verirdilər. Bu yolla onlar varlı himayərilərinin bəxtini müəyyən edirdilər.
Müsəlman astroloqlar Yerin öz oxu ətrafında və Günəş ətrafında fırlanması
qənaətinə gəlmişdilər. Onların Göy cisimlərinin hərəkəti barədəki cədvəlləri
yunanınkılardan çox qabağa getmişdi.)
Bütün dinlər öyrədir ki, ağıl materiyadan qabaq gəlmişdir. Hamı anlayır ki,
dünyanın yaranması bir sıra əmələ gəlmə seriyaları kimi yer tutmuşdur və onlar
universal qaydada ruhi varlıqların ierarxiyası, allahlar və ya mələklər kimi əyani
şəkildədir. Mələklərin, böyük mələklərin ierarxiyası həmişə kilsə təliminin bir
hissəsi olmuşdur.
Müxtəlif ordenlərdə mələklər ulduzların və planetlərin allahları kimi tanınır.
Kilsə rəssamlığında və arxitekturasında hər yerdə dörd xeruvim: Öküz, Şir, Qartal
və Mələk kimi rəmzləndirilir. Onların astronomik oxşarlığına sübut təxəyyüldə
onların xatırlanmasına əsaslanır: Öküz Taurusdur, Şir Leodur, Qartal Əqrəbdir,
Mələk isə Akvariusdur.
Bibliyanın «Başlanğıc» kitabında 1:26 cümləsi, adətən «Başlanğıcda Allah
Göyü və Yeri düzəltdi» kimi tərcümə olunur. Lakin fakt orasındadır ki, bəzi
Bibliya alimləri onlara yalnız təzyiq göstərildikdə, bunu qəbul edirlər ki, «Elohim»
sözü burada «Allah» kimi tərcümə edilsə də, cəm şəkildədir. Bu kəlam mahiyyətcə
belə oxunmalıdır ki, «Başlanğıcda» allahlar Göyü və Yeri düzəltdilər.
Dünyanın yaranması dramasında ikinci böyük səhnə Günəş allahın Ana Yeri
Saturndan xilas etmək üçün gəldiyi vaxta təsadüf edir. Təxəyyül gözündə Günəş
gözəl və şüa verən gənc oğlandır. O döyüş arabasında gəzir və musiqi çalır. O
çoxlu adlara malikdir – Hindistanda Krişna, Yunanıstanda Apollon öz vücudu ilə
tufanın ortasında qalxanda, Saturnun zülmətini arxaya tullayır, Saturn kosmosu
dövrəyə alan nəhəng əjdahaya və ya ilana bənzəyənə qədər bu davam edir.
Sirrli məktəblərin öyrətdiyi kimi Günəşin qələbəsi təmiz mineral
kosmosdan, ani olaraq bitki həyatını daşıyan kosmosa keçmək idi. Sehrli ənənəyə
206
əsasən erkən və ən primitiv bitki həyatı formasında sadə rüşeymlər, tora bənzəyən
geniş yayılan strukturlarla birləşib, cəm halda bütün kainatı doldurmuşdu.
Hindistanın müqəddəs kitabları olan «Vedalar»ın izahında bu yaranma səhnəsi
«İndranın toru», işıqlanmanın nəhayətsiz olaraq işıq verən toru idi. O daim
müdaxilə edən təhlükələrdə yaşayırdı, birlikdə işıq dalğası kimi gəlib, sonra
yenidən dağılırdı. Vaxt keçirdi və bu təhlükələrdən bəziləri birlikdə daha çox daimi
olmaqla dalğalanmağa başlayırdı və işıq axını bir-birinə bənzəyən üç formaya
bölünürdü. Təxəyyül təəssüratı bunu kiçik uşağa bənzər kimi xatırlayır. Burada
rütubətli duman və yaşıl işıq verən günəşli hava vardır.
Geniş bitki varlığı kosmosun özəyində idi. Onun yumşaq və işıq verən bədən
üzvləri kosmosun bütün dörd guşəsinə yayılırdı, bu Adəm idi. Bura Cənnət idi.
Çünki burada hələ kosmosa aid olan heç bir heyvan ünsürü yox idi. Adəmin heç bir
arzusu, həmçinin onun hansısa bir qayğısı və ya narazılığı yox idi. Adəm sonsuz
bahar mövsümündə olan dünyada yaşayırdı. Təbiət süd şirəsi şəklində olan ardı
kəsilməyən qida ehtiyatı məhsulu əmələ gətirirdi, buna bənzərini biz bu gün
zəncirotularında tapa bilərik. Belə xoşbəxt boşluğun abidələrini, bizə gəlib çatmış
çoxdöşlü Ana İlahənin heykəllərində görürük.
Vaxt keçdikcə bitki formaları daha mürəkkəb, daha çox bu günkü bitkilərə
oxşayan oldu. Biz güman edə bilərik ki, dünyanın yaranmasının gizli tarixi,
yaranmanın elmi tarixi üzərinə mübahisəli yolla kölgə salır. Mövcudluğun təmiz
mineral səhnəsinin arxasınca primitiv bitki səhnəsi ilə əvəz olunması gəldi. Bundan
sonra daha mürəkkəb bitkilərin erası baş verdi. Gizli tarixdə bu yalnız labüd olaraq
bitki səhnəsindən keçməklə insan həyatına daxil olur. Lakin bitki elementi
bugünkü bəşər varlığının yenə də ayırlmaz hissəsi olaraq qalır.
Bütün dünyadakı ezoterik təlim bədənin bitki hissəsi ətrafında axan nazik
enerjilərlə və həmçinin bu ağacdakı «çiçəklərlə» maraqlanır. İnsan bədəninin
böyük mərkəzi, işıq dalğaları və Günəşin buraxdığı hərarətlə qidalanır. İnsan
bədənində bitki elementi barədəki biliklər indiyədək qalır. Çin təbabətində bu bitki
həyatı qüvvəsinin enerji axını «chi» adlanır, bədəni canlandırmaq kimi başa
düşülür və həmin zərif enerji şəbəkəsi mühasirəyə alındıqda, qapandıqda xəstəlik
meydana gəlir. Bu enerjinin axını müasir materialist elm tərəfindən müəyyən
edilməmişdir. Lakin bu heç də həmin təbabəti daha az səmərəli etmir. Bunu çox
nəsillərdən ibarət olan xəstələr öz fərdi təcrübələrində yoxlamışlar və lazımınca
qiymətləndirmişlər.
Əgər meditasiya (gərgin düşünmə) edən Buddanın heykəlini seyr etsək, biz
öz daxilinə nüfuz edən adamı görərik, meditasiyanın, onun zəka və ruh cazibəsinin
mərkəzi isə heykəlin belindən aşağıdadır. Çünki o beynin sərt, ötəri mentallığından
geri çəkilmişdir və özünün daxilindəki mərkəzə gömülmüşdür, bəzən onu «hara»
adlandırırlar və o bütün həyatla əlaqədardır.
Əgər dünyanın yaranması prosesinə dönsək, «Başlanğıc» kitabında
kodlaşdırıldığı kimi Adəmin bədəni əvvəlcə çox yumşaq və amorf qaydada idi,
onun dərisi zərif olmaqla sonradan bərkiməyə başladı. Sonralar sümüyə çevrilən
maddə isə mum kimi idi. Günəşdən hərarət alaraq onun yaşıl bədən üzvləri
həmçinin çəhrayı çalar olmağa başladı. Müəllif Həvvanın meydana gəlməsində də
207
Bibliyanın irəli sürdüyü mülahizələri qəbul etməyərək, bu törəmənin başqa
qaydada baş verdiyini göstərir. Adəm möhkəmləndikcə həmçinin ikiyə bölündü,
onun bədənindən Həvvanın törəməsi də bitkiyə bənzər bir əmələ gəlmə metodu idi.
Sirrli məktəblərdə dünyanın yaranması yenidən baş verdi, bu drama üç
səhnədən ibarət olmuşdu. Birinci səhnə Saturnun Ana İlahəni əzməsi kimi təsvir
edilir. Bu Saturn erası adlanır. İkinci səhnə Günəşin doğulması və onun Ana Yeri
mühafizə etməsindən ibarət idi. Bu çiçək adamının Cənnəti idi və Günəş erası kimi
xatırlanır. Üçüncü səhnədə Yer və Günəş aralanır, Yer soyuq və bərk olur. Bu
dövrdəki mənzərədə varlıq Sirrli məktəbin təxəyyülündə nəhayətsiz uzunluqda
olan ilan kimi təqdim olunur. O milyon mil uzunluqda olmaqla kosmosun
içərisində öz yolunu toxuyur və bu ilan gözəlliyin bir növünə çevrilir. «Ezekiel»
kitabının 28.13. cümləsində deyilir ki, «hər bir qiymətli daş sənin üstünü
örtmüşdü».
Ağacın ətrafına dolaşan ilan əhvalatı özündə Yerdəki bitki həyatından
heyvan həyatına keçilməsini açıq güman edilən təxəyyülündən xəbər verir. Bitki
həyatı doğulmalı olacaq heyvan həyatı üçün beşik rolunu oynadı. Bu, Günaha
batma adlanan tarixin (Həvva və Adəmin günaha batması) mühüm epizodunun
başlanğıcı idi.
Bitkilər həmçinin partenogenez adlanan metodla da çoxalıb artırlar. Bu cinsi
çoxalma formasıdır. Yumurtalıq mayalanmadan inkişaf edir. Bu çox sayda
onurğasız heyvanlara, həmçinin xeyli toxumlu və sporlu bitkilərə xas olan törəmə
xüsusiyyətidir.
Bitkinin bir hissəsi düşür və yeni bitkiyə çevrilir. Yeni bitki köhnənin
davamı kimi qəbul olunur, deməli ölmür. Heyvan dünyasının təkamülü və
xarakterik törəmə metodu tam fərqli olmaqla, onu ölümə aparır. Necə ki, aclıq və
arzu, həmçinin qeyri-məmnunluğun özü də pozulma kimi, kədər və qorxu kimi hiss
olunur.
Həvvanı şirnikləndirən ilan olmuşdursa, bu ilan nədir ki, dünyanı arzu ilə
qürrələndirdi, cuşə gətirdi. Çox sayda adam güman edir ki, xristianlıq yalnız bir
Şeytanın – başqa sözlə İblis və ya Lutsifer eyni mahiyyətə malikdir, -
mövcudluğuna razılıq verir. İblis - Qaranlığın Sahibi materializmin
nümayəndəsidir, yunan və Roma mifologiyasında Saturn planeti ilə eyniləşdirilir.
Lutsifer- ilan şirnikləndirməkə, bəşəriyyəti heyvan arzusu ilə coşdururdu.
Bibliyada İblis və Lütsifer eyni varlıqlar deyillər, «İsayya» kitabında yazılır
ki, «Ey Lutsifer, sübhün oğlu, sən göydən necə düşdün». Dan ulduzu isə, əlbəttə ki,
Venera idi. Ona görə də Bibliya Lutsiferi Venera planeti kimi təqdim edir.
Lutsiferin və Veneranın (qədim yunan mifologiyasında Afrodita) hər ikisi heyvani
arzu ilə bağlı idi. Alma hər ikisini xatırladan meyvə idi. Lutsifer də Həvvanı alma
ilə şirnikləndirdi, Paris isə Veneranı alma ilə dəstəkləməklə, Yelenanın
qaçırılmasına və qədim dünyada Böyük Müharibənin (Troya müharibəsinin) baş
verməsinə yol açdı. Lutsifer və Venera həmçinin iki mənalı şəxsiyyətlərdir.
Lutsifer şərdir, ancaq zəruri olan şərdir. Lutsiferin müdaxiləsi olmasaydı,
protobəşəriyyət (birinci, ilkin bəşəriyyət) həyatın vegetativ (bitki) formasından
uzağa inkişaf edə bilməzdi. Lutsiferin tarixdəki müdaxiləsi nəticəsində insanlar
208
canlandı. Belə bir düşüncədə, biz planetin səthi ilə hərəkət etməyə qadir olduq,
həm də başqa bir düşüncədə isə, biz arzu əsasında hərəkət etdik. Heyvan özü
haqqında şüurlu qaydada agah olmaya yiyələndi, belə bir xüsusiyyət isə bitkilərə
məxsus deyildir.
Belə deməyə əsas var ki, Adəm və Həvva «özlərinin çılpaq olduqlarını
bildilər» və bu o mənanı verir ki, onlar bədənə malik olmalarından agah olanlara
çevrildilər.
Bir məsələni də qeyd etmək lazımdır ki, bizə qədim dünyadan Veneranın
çox sayda gözəl təmsilçiləri gəlib çatdı, lakin bunların arasında dəhşətli olanlar da
var idi. Müqayisə olunmaz bir gözəlliyə malik olan bir qadın barədəki təxəyüllün
arxasında həm də dəhşətli ilan qadın gizlənir.
Müasir elm, yolu azmanın dünyaya necə gəlib çıxmasına bənzər suallara
laqeydliklə yanaşır. Və yaxud, təxəyyül və ya iradə gücü barədə susmağa üstünlük
verir. Ancaq qədim insanlar üçün yolu azma, illyüziya, təxəyyül və iradə Kainatın
ən böyük qüvvələri arasında idi, bizim öz ağlımız kimi, üç ölçülü məkandan
kənarda yaşayırdı. Onlar üçün dünyanın yaranması tarixi, bu şeylərin necə olması
barədəki haqq-hesabın mərkəzində dayanırdı.
Fridrik Nitsşe deyirdi: «Əgər sən öz daxilində xaosa malik deyilsənsə, sən
rəqs edən ulduzun doğulmasına nail ola bilməzsən». İnsanlar heç vaxt sərbəst
yaradıcı olmağa çevrilməyə, igid və ya sevməyə qadir ola bilməyəcəkdir, əgər ki,
onlar səhv etməyə, cisimləri olduğundan fərqli kimi görməyə, onların
göründüyündən fərqli olmağa inanmağa qadir ola bilməyəcəklər. Biz çox vaxt
istədiyimiz kimi olana inanırıq.
İnsan təbiəti eyni ilə digər qüvvə kimi formalaşmışdır, bəşər övladı düşünür
ki, mən özümün heyvani istəklərimə müqavimət göstərməliyəm. Əlbəttə ki, bu,
mənim adi heyvana çevrilməyimi dayandırır, qabiliyyətlərim sırasından fikir və
düşüncə bacarığımı üzə çıxarır. Venera ənənəvi olaraq əlində güzgü tutan qaydada
təsvir olunur, bu heç də indiki dövrdə güman edildiyi kimi əbəs yerə deyildir.
Güzgü arzunu müəyyən etmək üçün əks etmə gücünün simvolu idi.
Əks etmə allahı Göydə böyük ifadə allahı olmaqla, Ay idi. Bütün qədim
mədəniyyətlərdə Ay təkcə məhsuldarlığı deyil, həm də fikiri nizamlayırdı. Faktiki
olaraq özünü həsr etmiş keşişlər inanırdılar ki, lazımi şərait yaradılması qaydasında
insan fikiri mümkün olacaqdır, Kosmos özünü xüsusi qaydada düzəltməli
olacaqdır. İnsanın əks etməsinin, düşüncəsinin mümkün olması üçün Günəş və Ay
göydə özlərini qaydaya salmalıdırlar ki, Ay Günəşin işığını əks etdirməklə aşağı,
Yerə göndərsin.
Onlar həmçinin inanırdılar ki, Göydə bu qaydaya salınma insan başının
içərisindəki kiçik tərəzidə də təkrar qaydada baş verməlidir. Ay allahı qədim
yəhudilərdə Yehovaya (rus dilində Yaxveyə), müsəlmanlar üçün isə Allaha, ən
böyük allaha çevrildi.
Biz gördük ki, dünyanın yaranması dramasındakı üçüncü böyük səhnədə Ay
allahı böyük qələbə çaldı. Beləliklə, Ay erası başlandı. Kosmosun ilk üç epoxası –
mineral, bitki və heyvan eraları – Saturn günü, Günəş günü və Ay günü, həftənin
ilk üç gününün (şənbə, bazar, bazar ertəsinin) adlarında xatırlanır, bunu biz ingilis
209
dilindəki gün adlarında da müşahidə edirik. Həftənin bu günlərində həmin göy
cisimlərinin üçü də təkcə özlərinə məxsus səbəbə görə xüsusi qaydada
olduqlarından, sonralar bu günlər belə adlanmışlar.
Bibliyada «Allahın oğlanları» ifadəsi mələkləri təqdim etmək üçün işlənir,
onlar göylərdən aşağı düşən qasidlər idi. Mələklər aşağı enməklə maddi dünyada
da iştirak edirdilər. «İnoks kitabı»nda qadınları sevən mələklər barədə söhbət
gedir, qeyd edilir ki, adamların uşaqları çoxaldıqda, onların içərisində gözəl, göz
oxşayan qızlar da meydana gəldi. Göyün uşaqları olan mələklər onları gördükdə
ehtirasa gəldilər və bir-birlərinə dedilər ki, «Gəlin – qoy adamların uşaqları
arasından özümüzə arvadlar seçək və onlar bizə uşaq doğsunlar». Onların hamısı
özlərinə arvad götürdü və onlar bu qızları lətafətə və valeh olmağa öyrətdilər və
hamilə etdilər. Yer üzərində onlardan olan övladlara bənzəyən uşaqlar əmələ gəldi.
Baxmayaraq ki, onlar ruhi varlıq olmaqla əbədi həyat yaşayırdlar, lakin özlərini
qadınların qanı ilə pozdular, bədən qanı, həmçinin öləcək və məhv olacaq
varlıqların qanını daşıyan uşaqları həyata gətirdilər. Onlar «göydən düşən
mələklər» idi.
Bütün ənənələrə görə Günəş sisteminin böyük allahlarının sayı yeddidir. Biz
yenidən görürük ki, Bibliya hekayətlərində də, yunan və Roma mifologiyalarında
olduğu kimi eyni astronomik allahların əhvalatları kodlaşdırılmışdır. İnsan
qadınlarını yoldan çıxaran mələklər isə Olimp allahlarından başqa bir şey deyildi.
Qədim yunan mifologiyasına görə körpə Yupiter (bu Roma mifologiyasına
görə yunanlardakı Zevsin adıdır) atası Saturndan (Kronosdan) gizlədildi. Ana Yer
Yupiteri Krit adasında, yeraltı mağarada saxladı.
O bilirdi ki, Yupiterin doğulması ilə Saturnun ağalığının sonu gələcəkdir.
Saturn həm də öz oğlanları və qızları olan titanlara arxalanırdı. Onlar yeni həyatı
udmaq və «Ölüm kainatı»nı yaratmaq istəyirdilər. Titanlar daim Yupiterin
düşmənləri olmalı idilər.
Onlar dustaq edildikdə, Yupiter Olimp dağının qeyd-şərtsitz hökmdarına
çevrildi. O, allahların çarı və yeni eranın allahı idi.
O, gözəl saçlarını tərpətməklə bütöv yeri silkələyirdi. O, yeganə elə güclü
allah idi ki, yerə ildırım göndərə bilirdi. Olimp allahları Yupiter, Apollon, Mars,
Merkuri, Diana, Afina və digərləri Saturnun qoyduğu məhdudiyyətlərə qarşı qiyam
qaldırdılar. Olimplilər möcüzəli işlər gördülər və dəhşətli monstrları məğlub
etdilər.
Yupiter vurulduğu qadını ayıya çevirdiyi kimi, digər İo adlı qızı inəyə
çevirmişdi. O, canavara çevirdiyi Likaonu kannibalizminə görə cəzalandırmışdı.
Appolon şəhvət bəslədiyi gənci çiçəyə metamorfoza etdi, yaxınlıq etdiyi Dafnanı
dəfnə koluna çevirdi.
Digər bir Saturndan sonra Günəş, Venera, Ay və Yupiter yer üzərindəki
həyatın inkişafını mümkün edən əsaslı şəraitləri yaratmaq işində birləşdilər.
Qədim insanlar üçün təbiət qüvvələri qış ərzində yatırdı və baharda - yeni
təsirini həyata keçirməklə yenidən oyanırdı. Onlar allah kimi təkamül impulsuna
inanırdılar. Əgər yer üstündəki primitiv həyat - bu həyat labüd olaraq bəşər
həyatına inkişaf edəcəkdi, - balığa bənzər primitiv formanı aldı. Misirdə bu
210
möcüzəli hadisə heyvan həyatının doğulması, Horun anadan olması kimi məlum
idi və onun ilkin formaları Yupiter kimi yarıadam, yarıbalıq idi.
Yunanlar və misirlilər, yunanlar və yəhudilər kimi müxtəlif mədəniyyət
paltarlarında olan eyni allaha sitayiş edirdilər.
Fənər başlı adamlar sonralar tək buynuz at kimi ideallaşdırıldı. Təkbuynuzlu
barədəki kollektiv yaddaş əlbəttə ki, ov edilən varlıq barədə idi. İnsanlar Ana Yerin
dizləri üstündə özlərinə sığınacaq tapmalı idilər, lakin dünya təhlükəli məkana
çevrildi.
Protoinsanlar bütünlüklə yer varlıqlarına çevrilən kimi, həm də insanların
əlaqə saxlaması üçün yeni vasitələrin yaradılması zərurəti yarandı. Bu Merkurinin
təsirinin nəticəsi idi ki, döş qəfəsi inkişaf etdi. Merkuri həmçinin əyilən və yararlı
olan bədən üzvlərini qaydaya qoydu, bu insanların birinin digərinə tərəf hərəkət
etməsi və birlikdə işləməsi üçün daha yaxşı idi. Əlbəttə, o, qasid idi və allahları
yazılı qaydada təsvir edirdi. O, həmçinin aldatmanın və oğurluğun allahı idi.
Qədim insanlar reallığı, bəşəriyyətin və dünyanın təkamülünün tarixini
bürclərin ardıcıllığında görürdülər, bu, kollektiv qaydada xatırlanır və başa
düşülürdü. Onlar üçün dünyanın tarixi ulduzlarda yazılmışdı.
XIX əsrdə hinduizmin müqədəs mətnləri ilk dəfə Avropa dillərinə tərcümə
edildikdə, bir çox ezoterik biliklərə əgər əvvəllər ehtiyatla nəzarət olunurdusa, bu
vaxt onlar ictimai şüura axmağa başladı. Bu ideyalara aludəçilik Kabalaya və digər
Qərb ənənələrinə marağın təzələnməsinə aparıb çıxardı və spiritualizm
maniyasının alovlanmasına kömək etdi. Həmin dövrün böyük intellektuallarından
çoxu spiritual fenomenin araşdırılımasında elmi metodologiyanın tətbiq edilməsinə
səy göstərməyə maraqlı oldular. Alimlərin daxil olduğu çox sayda aparıcı
intellektuallar inanırdılar ki, ezoterik fəlsəfədə nəsə vardır və elmlə fövqəltəbii
hökmən bir yerdə olacaqdır.
Növlərin təkamülünün gizli tarixi də hətta elmin nəzərdə tutduğu proqress
deyildi. Gizli doktrinaya müvafiq olaraq heyvanlar inkişaf edib, bu gün müşahidə
etdiyimiz formalara keçirlər, onlar ulduzların və planetlərin, məsələn, Şir bürcü
tərəfindən şirlərin və ya Taurus bürcü tərəfindən öküzlərin təsirinə məruz qalmış
olurlar.
Kosmik plan belə idi ki, dünyanın bioloji formalarının hamısı tədricən
bütün bəşəriyyətlə birləşəcəkdir, bunun da niyyəti bütün yaranmanın tacı olmaqdır.
Gizli ənənəyə görə eyni allahlar, eyni yaşayan varlıqlar sonralar klassik yunan
mifologiyasında daha inkişaf etmiş formada xatırlanırlar.
Qədim mətnlərdə bu era həmçinin nəhənglərə böyük təsir göstərən kimi
təsvir edilir. Böyük Aleksandr dövründən adamlar, uzunboylu adamarın ölçülərinə
şübhə etmək səviyyəsinə yüksəldilər və onlar ikiqat artıq yaşa malik olmaqla ömür
sürdülər. Gizli ənənədə Əfqanıstanda bu yaxınlarda taliblərin partlatdıqları nəhəng
Bamyan heykəlləri heç də Buddanın nəhəng abidəsi deyildi, müxtəlif
hündürlükdəki nəhənglərin üç həyat ölçülü heykəlləri idi.
İlanlar, hörümçəklər, böcəklər və parazit varlıqlar Ayın Qaranlıq tərəfinin
qəzəbli təsiri altında formalaşmışdı. Sonra ötəri eybəcərlər – bir ayaqlı adamlar,
yarasa-adamlar, həşərat – adamlar və quyruqlu adamlar gəlirdi. Qədim Misir
211
tarixçisi Maneto (b.e.III əsrində) Mühafizəçilərin törəmələrinin ənənələri barədə
məlumat verərkən bildirir ki, onlar iki qanadlı bəşər məxluqunu, həmçinin dörd
qanadlı və iki sifətli digərlərini, bir bədəni və iki başı olan insan məxluqlarını, keçi
budları və başında buynuzları olan ilan varlıqlarını həyata gətirirdilər. Burada
həmçinin adam başı olan öküzlər və dörd başlı itlər var idi, axırıncıların quyruğu
onların kürəyindən balıq quyruğu kimi uzanırdı və əjdahaya bənzər varlıqlar kimi,
bütün növlərdən olan digər monstrlar da var idi.
Fantastik ədəbiyyat onları həmin dövrün kollektiv xatirəsi kimi təqdim edir.
O vaxtlar insanlar yer üzərində nəhənglərlə, əjdahalarla, su pəriləri ilə,
kentavrlarla,
təkbuynuzlularla,
favnlarla,
satirlərlə
birlikdə
yaşayırdılar.
Qozbellərin, nimfaların və driadların və digər aşağı ruhi varlıqların orduları
allahlara və insanlara xidmət edirdilər, onlarla birlikdə vuruşur və bəzən onları
sevməyə başlayırdılar.
Gizli tarixdə insanlardan əvvəlki inkarnasiya edən axırıncı məxluqlar
insanabənzər meymunlar idi. Buna baxmayaraq, gizli tarixdə insanların
meymundan əmələ gəlməsinin deyilməsi düzgün hesab edilmir. İnsanabənzər
meymunların bəşəriyyətin degenerasiyasını – nəslinin pozulmasını təmsil etdiyi
daha çox güman edilir.
Dostları ilə paylaş: |