Telman orucov


“525-ci  qəzet”.4.12.2010



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   9   10   11   12   13   14   15   16   ...   28
“525-ci 
qəzet”.4.12.2010 
 
 
 
 
Rusiyanın tənəzzül və dirçəliş erası 
 
 Üçüncü minilliyin başlanması ərəfəsində tarix səhnəsinə yenicə daxil olmuş 
dövlətlər  öz  həqiqi  təbiətlərini  daha  aydın  biruzə  verdi.  Müstəqilliyin  yaratdığı 
iftixar  hissi  nə  qədər  güclü  olsa  da,  qazanılan  cüzi  uğurlar  sonra  öz  davamı  kimi 
nəzərə  çarpan  qüsurlar  fazasına  keçdi.  Rusiya  dövlət  xadiminin  «XX  əsrin  ən 

182 
 
böyük  geosiyası  faciəsi»  hesab  etdiyi  SSRİ-nin  dağılması  ilə,  onun  xarabalıqları 
üzərində dünya dövlətləri ailəsinin siyasi, iqtisadi cəhətdən, həm də tarixi təcrübə 
nöqteyi-nəzərindən  bir-birindən  fərqlənən  və  start  xəttindən  müxtəlif  inkişaf 
dinamikasına  malik  olan  yeni  üzvləri  meydana  gəldi.  Onların  əksəriyyətində 
avtoritar  rejimlər  yeni  dövlət  arxitekturasının  vacib  təmsilçilərinə  çevrildilər.  Bu 
rejimlər  dövlətin  başlıca  məqsədini  öz  vətəndaşlarında  deyil,  sabitliyin 
saxlanılmasında  görürdülər.  Həmin  evfemizm  altında  isə  daha  çox  hakimiyyət 
kürsüsünü nəyin bahasına olursa-olsun hifz etmək, onu dövrü şərəfləndirməli olan 
demokratiyanın nəinki tufanından, hətta mehindən qorumaq niyyəti gizlədilirdi. 
 Bu  mənada  beynəlxalq  aləmdə  özünü  SSRİ-nin  varisi  kimi  təqdim  edən 
Rusiyanın keçdiyi  iki  onillik  məsafəsindəki tarixi  yol dəhşətli uğursuzluqların və 
onların  arxasınca  gələn  uğurları  daha  qabarıq  şəkildə  nəzərə  çarpdırır. 
Demokratiyanın dalğası üzərində hələ SSRİ-nin mövcudluğu dövründə tam mütləq 
sayılmayan  hakimiyyətə  gələn  və  onun  məhvində  Qorbaçovla  birlikdə  birbaşa 
məsuliyyət daşıyan Yelstin bu uzun dramın son səhnəsində də mühüm rol oynadı – 
gizli qaydada Polşa sərhədinə yaxın olan Belovejskaya puşşa meşəsində dünyanın 
ən böyük dövlətlərindən birinin beynəlxalq hüququn subyekti və geosiyasi reallıq 
kimi  öz  mövcudluğunu  dayandırdığını  elan  edən  Rusiya,  Ukrayna,  Belorusiya 
liderlərinin imzaladığı müqavilənin bağlanması üçün görüşü təşkil etdi. Elə həmin 
vaxtdan etibarən o, artıq müstəqil bir dövlətin liderinə çevrildi.  
 Yeltsinin  demokratiyaya  sədaqəti  azacıq  sınaqlara  məruz  qaldıqda  öz 
biabırçı  kövrəkliyini  göstərdi.  1993-cü  ilin  payızında  prezident  ali  vəzifəsinə 
parlament üzvləri və yaxın silahdaşları tərəfindən təhlükə yarandığını hiss etdikdə, 
bu siyasi böhranı aradan qaldırmaq üçün quduz diktatorlara xas olan bir tədbirə əl 
atdı.  Əgər  Hitler  kommunistlərin  təqib  edilməsi  kampaniyasına  başlamaq  üçün 
bəhanə kimi Reyxstaq binasının gizli qaydada yandırılmasına razılıq vermişdisə və 
təqsiri  öz  opponentlərinin  üstünə  yıxmaqla  onların  siyasi  varlıqlarına  son 
qoymuşdusa,  Yeltsin  daha  asan  başa  gələn  hərbi  vasitəyə  əl  atdı.  Rusiya 
deputatlarının xeyli hissəsinin sığınacaq kimi istifadə etdiyi parlament binası olan 
Ağ evi günün günorta çağı, bütün dünyanın gözü qarşısında tank topları vasitəsilə 
güllələdi, binanı yanğın alovu bürüdü. Dünyada etiraz səsinin qalxmadığını görən 
prezident  bundan  əvvəl  Moskvada  qan  axıdılmasından  da  çəkinməmişdi.  Məhv 
edilmiş  parlamentin  cəsədi  problemin  həlli  kimi  qəbul  edilməklə,  xalq  yeni 
Konstitusiyanı qəbul etməyə sövq edildi. Bu sənəd prezidentin onsuz da məhdud 
olmayan səlahiyyətlərini daha da artırdı. 
Sərxoşluğa  qurşanmış  və  idarəetməni  əslində  «Ailəyə»  etibar  etmiş  Yeltsin 
öz  biabırçı  hərəkətlərinə  heç  bir  nəzarət  və  maneə  hiss  etmədiyindən,  bu  nəhəng 
ölkənin  var-dövlətini  talamaq  üçün  bütün  şlüzləri  açdı.  Artıq  nomenklatura 
qöbəkbağı  həyata  yeni  gələn  Rusiya  kapitalizmini  hakimiyyətlə  birləşdirdi.  Bir 
qrup yırtıcı sürücü ağlasığmayan miqyasda sərvəti qəsb, qarət etmək üçün münbit 
şəraitə  düşdü  və  bu  «ayaqaltı  yem»  onların  həddən  ziyadə  varlanmasına  imkan 
verdi. Prezidentin reytinqi kəskin şəkildə aşağı düşmüşdü və siyasi iflasdan xəbər 
verirdi.  Bunun  nəticəsi  kimi  1996-cı  il  prezident  seçkilərində  birinci  turda  qalib 
gələ  bilməyən  Yeltsin  bu  dəfə  Rusiyada  demokratiyanın  tabutuna  yeni  bir 

183 
 
paslanmayan  mismar  vurdu.  İkinci  turda  rəqibi  olan  kommunistlərin  lideri 
tərəfindən  hökmən  məğlub  olacağı  qorxusu  altında  bu  «demokratiya  cəngavəri» 
maddi  kömək  göstərmək  barədə  oliqarxlara  müraciət  etdi.  Seçicilərin  səsləri  və 
siyasi  müflis  olan  prezidentin  qələbəsi  üçün  sərf  ediləcək  böyük  məbləğdə  pulu 
verməklə  onlar  ölkənin  təbii  sərvətlərinin  sonrakı  hərracından  qeyd-şərtsiz  olaraq 
böyük  pay  götürmək  hüququ  qazandılar.  Yerin  təkinin  sərvətləri  guya  xalqın 
mülkiyyəti hesab olunsa da, xırda bir qrupun sərəncamına keçdi. 
Yeltsin  prezident  kürsüsündən  özünun  məhrum  olmasının  qarşısını  almağa 
nail  olsa  da,  tövbə  yolunu  tutmadı,  əksinə  dövləti  daha  sürətlə  iqtisadi  tənəzzülə, 
maliyyə  böhranına  sürüklədi.  Daha  dəhşətli  uçurumun  mənzərəsi  onu 
qorxutduğundan  və  həmin  ərəfədə  bir  il  yarım  ərzində  beş  baş  nazirin 
dəyişdirilməsinin  də  artıq  köməyə  gəlmədiyinə  tam  əmin  olduqdan  sonra  özünü 
xilas  etmək  üçün  prezident  kürsüsünü  tərk  etməyi  qərara  aldı.  Şahı  qurban 
verməklə  bu  fantasmaqoriya  oyunu  başa  çatdı.  Onun  bu  yeganə  müsbət  addımı 
xalq  və  ölkə  üçün  yaxşı  perspektiv  vəd  etməyə  bilməzdi.  Vida  müraciətində  o, 
səhvləri üçün xalqdan üzr istədi, lakin bu üzrxahlıq ölkəyə dəyən ziyanlar, xalqın 
rifahına vurulan zərbə müqabilində yalnız istehza hissləri doğura bilərdi. 
İflasa  uğramış  prezident  vəzifədən  getsə  də,  onun  siyasi  iqtisadi,  sosial 
sahədəki  siyasətinin  eybəcər  izləri  qalırdı  və  xalq  ona  dəyən  yaraları  unuda 
bilmirdi.  Kvazidemokratlar  isə  hələ  də  addımbaşı  Yeltsin  dövrünü  «demokratiya 
baharı»  kimi  təsvir  etməklə  ,  bu  dövrə  həsr  olunmuş  tərifləri  mantra  kimi 
təkrarlamaqdan  yorulmurlar.  Xalqın  əksəriyyətinin  rəyi  isə  onların  münasibətinə 
tam  əkslik  təşkil  edir.  Axı  ölkə  soyğunçuluqla  müşayiət  olunan  özəlləşmə 
kampaniyasından  görünməmiş  ziyan  çəkmişdi  və  bu,  xalqın  acınacaqlı  sosial 
vəziyyətə  düşməsinə  səbəb  olmuşdu.  Özəlləşmənin  «kaftar  ovuna»  bənzədiyini  - 
kaftarlar iti dişləri ilə fil sümüyünü də əzib una döndərməklə, həzm edirlər, - biz 
Londonda  iki  bədnam  oliqarxın  –  Boris  Berezovski  ilə  Roman  Abramoviçin 
oğurlanmış  sərvəti  yenidən  bölüşdürmək  uğrundakı  iyrənc  mübarizəyə  həsr 
olunmuş  məhkəmə  davasında  aydın  görürük.  Abramoviç  böyük  sərvət  payı  ələ 
keçirmək  üçün  Yeltsin  erasının  «boz  kardinalı»  sayılan  Berezovskidən  «krışa» 
(hərfi  mənada  «dam»,  «örtük»  deməkdir)  kimi  istifadə  etdiyini  gizlətmir  və  bu 
xidmətinə  görə  ona  vaxtilə  iri  məbləğdə  pul  ödədiyini  xatırladır.  Berezovski  isə 
əyri  yolla  ələ  keçirilən  neft  kompaniyasının  səhmlərinin  bir  hissəsinə  sahib 
olmasını iddia etməklə, ondan az qala milyardlarla funt məbləğində pul qoparmağa 
cəhd edir. 
Məhkəmə prosesi təkcə bu iki fərq arasındakı münasibətə aydınlıq gətirmir, 
bütövlükdə  Yelstin  Rusiyasının  patoloji  anatomiyasını,  onun  dəhşətli  fəsadlarını 
açıb  göstərir.  Burada  siyasət  və  quldurluq  biznesi  çuqlaşmışdı,  dövlətə  rəhbərlik 
edənlərdən  bəziləri  bu  qarətçilik  əməliyyatlarına  başçılıq  edir,  ən  azı  bu  hərrac 
prosesinin  etibarlı  mühafizəsini  təşkil  edirdilər.  Bu  Xlestakov  «siam  əkizləri» 
Rusiyanın hansısa bir hissəsində və ya iqtisadi seqmentində deyil, bütöv ərazisində 
korrupsiyanın,  rüşvətin,  soyğunçuluğun,  dələduzluğun  komanda  yüksəkliklərinə 
necə  sahib  olduğunu  faktlarla  göstərməklə,  özlərini  və  onlara  belə  oğru,  quldur 
sərbəstliyi verənləri ifşa etməli oldular. 

184 
 
Yeltsin erasının başıpozuqluğu ölkə daxilində separatizmin də çiçəklənməsi 
üçün  yol  açdı.  Çeçenistanda  gedən  müharibə  orduda  vəziyyətin  acınacaqlı 
olduğunu üzə çıxardı. İntizam zəifləmişdi, iqtisadiyyatın aqoniyası digər sahələrin 
də ən azı letargiya yuxusuna qapılmasına səbəb olmuşdu. Bütün bunlar mərkəzdən 
qaçma qüvvəsini artırmamış qalmırdı. 
 2000-ci illərin əvvəllərində yeni prezident Vladimir Putinin başçılığı altında 
Rusiyanın,  sözün  həqiqi  mənasında  iqtisadi,  sosial  Renessansı  başlandı.  Ölkə 
iqtisadi yüksəliş yoluna düşdü, əhalinin maddi rifahı xeyli yaxşılaşdı. Qloballaşma 
dalğası da öz müsbət təsinini göstərirdi. Dünya bazarında neftin qiymətinin xeyli 
artması  maliyyə  imkanlarının  əhəmiyyətli  dərəcədə  yaxşılaşmasına  səbəb  oldu. 
Bütövlükdə ölkədə dövlət intizamı gücləndi, orduda qayda yaradılmasına başlandı. 
Ölkənin  ərazi  bütövlüyü  böyük  əziyyət,  xərc  və  qurbanlar  hesabına  bərpa  edildi. 
Rusiya  demokratlarının  açıqca  nifrət  bəslədiyi  Putin  bu  müsbət  dəyişikliklərin 
bilavasitə fəal iştirakçısı, təşkilatçısı, köhnə leksikadan istifadə etsək, ihamvericisi 
idi.  Axı  bu  kvazidemokratlar  daha  çox  dağıdıcı  gücə  malik  idilər,  yaradıcılıq 
aləmindən  uzaqda  idilər,  elə  bil  ki,  onların  bu  fəaliyyət  üçün  «boy  tumurcuqları» 
qopardılmışdı. Onlar Rusiya iqtiadiyyatını dağıtmaqda, bərbad vəziyyətə salmaqda 
müstəsna rol oynamışdılar. Həm də bu hərracdan onların çoxu xidmətdlərinin əvəzi 
kimi  öz  paylarını  götürmüş  və  quldurluq  əməliyyatları  hesabına  həm  də  siyasi 
elitanın  ən  nüfuzlu  üzvlərinə  çevrilmişdilər.  Onlar  elə  var-  dövlətə  sahib 
olmuşdular ki, tarixdə saysız sərvətləri ilə şöhrət tapmış Krez də onların yanında 
yoxsul görünə bilərdi. Soyğunçuluq öz qaydalarını diqtə etdiyindən, onların geriyə 
qayıtmaları üçün də imkanlar yoxa çıxmışdı. 
Putinin  prezidentliyinin  birinci  müddətində  bəzi  oliqarxların  iqtisadi 
cinayətlərinə görə təqib olunması başlandıqda, demokratlar cəbhəsindən «azadlığın 
boğulması»  harayı  qalxdı,  adi  oğruların  «demokratiya  rıtsarları»  elan  olunması 
tamaşaları səhnəyə gətirildi. Onların bir neçəsi ölkəni tərk edib, ərəb şeyxlərinə xas 
olan həyat tərzlərini saxlamaqla Qərbdə sığınacaq tapdılar. 
Putinin  səkkiz  il  davam  edən  prezidentliyi  dirçəliş,  sürətli  inkişaf  dövrünə 
çevrildi. İki müddətdən sonra bir şəxs naminə Konstitusiyaya  dəyişiklik edilməsi 
barədəki  çoxsaylı  təklifləri  rədd  edərək,  üçüncü  dəfə  dalbadal  namizədliyini  irəli 
sürmək  kimi  qanunsuz  yoldan  imtina  etdi.  Yeni  seçilmiş  prezident  Dmitri 
Medvedyevin təklifi ilə vaxtilə tutduğu baş nazir postuna qayıtmağa razılıq verdi. 
Putinin  ikinci  baş  nazirlik  dövrü  dünyada  maliyyə  böhranına  və  iqtisadi 
böhranın  başlanması  və  davam  etməsi  iə  bir  vaxta  düşdü.  Qlobal  iqtisadiyyata 
inteqrasiya  olunmuş  Rusiya  bu  böhrandan  kənarda  qala  bilməzdi  və  bu  yanğının 
acı  dilləri  inkişaf  yolu  ilə  addımlayan  ölkəni  də  qarsmamış  qalmadı.  Lakin  son 
illərdə  toplanmış  təqribən  600  milyard  dollar  məbləğində  olan  ehtiyat  fondu 
Rusiya  maliyyə  bazarını  –  bankları  dağılmaqdan  qorudu.  Bankların  iflası  isə 
iqtisadiyyatın da tam kollaps fazasına düşməsinə səbəb olacaqdı. 
 Son  on  il  ərzində  Putinin  fəaliyyətini  təhlil  etdikdə  hansı  prizmadan 
yanaşılmasından  asılı  olaraq  orada  tərif  və  tənqid üçün  istənilən  sayda  faktlar  və 
dəlillər  tapmaq  mümkündür.  Yaradıcı  insanlar  daim  risk  həddində  fəaliyyət 
göstərir,  ona  görə  də  bu  vaxt  uğursuzluğa  düçar  olmaq  variantını  da  bütünlüklə 

185 
 
istisna etmək mümkün deyildir və gerçəklik bunlarsız ötüşmür. Putinin tənqidçiləri 
onu  hakimiyyət  vertikalını  yaratmaqda  təqsirkar  hesab  edirlər.  Rusiya  kimi 
rəngarəng  tərkibli  bir  federasiyada  mərkəzi  hakimiyyətin  idarəetmə  imkanları 
azaldıqda,  bu,  dövlətin  xeyli  zəifləməsinə,  əslində  onun  feodalizmi  andıran  və 
muxtar  üzməyə  can  atan  əyalətlərin  yayğın  toplumuna  çevrilməsi  həddinə 
yaxınlaşmasına səbəb olur. Axı Rusiyada separatizm dalğası özünü bütün dağıdıcı 
gücü  ilə  göstərmişdi.  Dalğa  isə  hərəkətsiz  dayana  bilməz,  o  hökmən  irəli  və  geri 
hərəkət etməlidir. Separatizm dövlət üçün nəticə etibarilə zəlzələ effekti yaratmasa 
da,  onun  təzahürü  vaxtı  tektonik  plitələrin  yerindən  oynaması  baş  verir  və  bunun 
özü  də  müyyən  dağıdıcılıq  potensialına  malikdir.  Separatizm  bir  əyalətdə 
yarandıqda, digərlərini də şirnikləndirməmiş qalmır və vaxtında qarşısı alınmasa az 
qala «domino effekti» yaratmağa meyl edir. 
 Demokratik  qüvvələrin  tənqidində  haqlı  cəhətləri  də  tapmaq  mümkündür. 
Elektron  informasiya  vasitələrinin  faktiki  olaraq  əsasən  inhisara  alınması 
müxalifəti  xalqa  müraciət  imkanlarından  məhrum  edir.  Televiziya  ekranının 
möcüzəli  təsir  gücündən  istifadə  etməkdən  uzaqlaşdıran  müxalifət  internet 
imkanlarına  əl  atır,  lakin  Rusiya  şəraitində  on  illərlə  «sabın  operalarının»  təsiri 
asılılığına  məhkum  edilmiş  kütləni  televiziyanın  cadusundan  yayındırmaq  çətin 
işdir  və  yaxın  gələcəkdə  də onu  nə iləsə əvəz  etmək  mümkün  olmayacaqdır.  Bir 
vaxtlar demokratiya carçıları televiziya ekranlarını və efirini zəbt etmişdilər, xalqın 
ilk 
dövrlərdə 
onlardan 
üz 
döndərməsi 
heç 
də 
təbliğatlarının 
məhdudlaşdırılmasından deyil, bolluğundan yaranan əks reaksiya ilə baş vermişdi. 
Rusiyada siyasi vəziyyəti və onun bilavasitə nəticəsi sayılan sabitliyi xalqın 
əksəriyyəti  məqbul  hesab  edir  və  situasiyanın  hansısa  təsir  altında  dəyişilməsi 
ehtimalı  ilə  də  razılaşmaq  istəmir.  Məgər  xalqı  zor  gücünə  başqa  istiqamətəmi 
döndərmək lazımdır? Razı qalan iri seqment dairənin kiçik azlığının rəngini qəbul 
etmək  istəmirsə,  bütövlükdə  xalqı  təmsil  edən  bu  dairəyə  hansısa  şübhə  ilə 
yanaşılmalıdırmı?  Çox  təəssüf  ki,  kvazidemokratlar  daha  çox  illüziyalarla 
yaşamağa üstünlük verir, özlərini aldatmaq kimi ağılsız mövqedən də uzaqlaşmaq 
istəmirlər.  Radikal  təkliflərə  əl  atdıqca,  xalqdan  onları  ayıran  məsafə  daha  da 
böyuməyə başlayır. Xalq sözlərdən daha çox əmələ, fəaliyyət nümunələrinə inanır 
və  özü  üzərində  eksperiment  aparmaq  cəhdlərinə  olduqca  mənfi  qaydada  yanaşır. 
Bəlkə  xalqın  düşüncə  tərzini  dəyişdirmək  üçün  Rusiyada  XIX  əsrin  ikinci 
yarısında  yayılan  nihilistlərin  təcrubəsinə  müraciət  etmək  lazımdır.  Bu  yola 
keçdikdə inqilabi xalqçılığın ideoloqu P.N.Tkaçovun qaniçici üsuluna da əl atmaq 
olar. Bu bədnam siyasətçi hesab edirdi ki, «Rusiyanı yeniləşdirmək üçün 25 yaşdan 
yuxarı  bütün  adamları  məhv  etmək  lazımdır».  Bunu  məqbul  sayanlar  prosesi 
sürətləndirmək  üçün fransızların  «Rasoir  national»  -  «milli  ülgüc»  adlandırdıqları 
gilyotinanı yenidən bərpa etməklə, onu məhsuldar maşın kimi istifadə edən Fransa 
inqlabinin  həyata keçirdiyi  Terroru  da kölgədə  qoya  bilərlər. Axı bunların hamısı 
bəşəriyyətin təcrübəsində mövcud olmuşdur və tarixin zibilliyinə atılmışdır. 
 Ümumiyyətlə tənqidə gəldikdə, bunu etmək o qədər də çətin bir iş deyildir, 
çünki həqiqi məna yükü olmayan, qeyri-obyetiv tənqid havanı titrətməkdən uzağa 
getmir və elə bir effekt vermir. Bədbəxtlik orasındadır ki, uydurma müəllifləri olan 

186 
 
tənqidçilərin  çoxu  öz  sözləri,  bəzən  hətta  böhtanları,  təhqirləri  üçün  heç  bir 
məsuliyyət daşımırlar, ictimai qınağa məhkum edilmirlər. Axı yaxşı məlumdur ki, 
əlində tərəzi tutanlar, özlərinin hansı çəkiyə malik olduqlarını bilmirlər. Ədalətsiz, 
haram əldəki tərəzi isə öz dəqiqlik mahiyyətini itirmiş olur. 
 Putinin  tənqidçiləri  onun  keçmiş  KQB  zabiti  olduğunu  gözə  soxur, 
prezident 
vəzifəsinə 
hansısa  mərhəmətli  münasibət  hesabına  gəldiyini 
vurğulayırlar.  Əlbəttə,  belə  yanaşmada  cüzi  həqiqət  işartısını  tapmaq  olar,  lakin 
axırıncı  ittiham  heç  də  bütünlüklə  həqiqətə  uyğun  deyildir.  Ölkəni  idarə  etmək 
bacarığını  çoxdan  itirmiş  Yeltsin  hansısa  hisslər  kimyasının  təsiri  altında  istefa 
verdikdə,  gözlənilmədən,  baxmayaraq  ki,  bunu  əvvəlcədən  bəyan  etmişdi, 
prezident  vəzifəsini  Putinə  təhvil  vermişdi.  Putinin  opponentlərinin  həmin 
məsələdəki iddiası bu hədd ölçüsündə sona çatır. Onu yaddan çıxarırlar ki, bir neçə 
ay  sonra  keçirilən  alternativ  prezident  seçkilərində  o,  qalib  gələrək  kiminsə 
varisliyinə görə deyil, əslində bu vərəsə həmin vaxt birbaşa onun əleyhinə işləyirdi, 
xalqın göstərdiyi etimada əsaslanaraq bu vəzifə kürsüsünün artıq müvəqqəti deyil, 
daimi  sahibinə  çevrildi. Çünki  baş  nazir işlədiyi  və  prezident səlahiyyətlərini  icra 
etdiyi  dövrdə  o,  yalnız  fəaliyyəti  ilə  özünü  xalqa  mümkün  olduğu  qədər  tanıda 
bilmişdi. 
 Putinə ittiham şəklində irəli sürülən başqa bir cəhətə gəldikdə, onun karyera 
pilləsi  ilə  yuxarı  qalxmasında  iştirakı  olan  şəxslərin  mövcudluğunu  da  danmaq 
düzgün  olmazdı.  Yəqin  ki,  dünya  tarixi  cıdırına  hazırlaşanda  kimlərsə  onun 
üzəngisini  tutmuşdur.  Ancaq  onu  da  unutmayaq  ki,  at  çapmağın  özü  müəyyən 
bacarıq və ustalıq tələb edir, belə bir çətin cıdırda isə qalib gəlmək heç də hər bir 
atlının işi deyildir, bu, yalnız nadir fərasət sahiblərinə nəsib olur. 
 Putinin  iradə  gücü,  cəsarəti,  həll  zəncirini  ələ  keçirmək  üçün  başlıca 
həlqədən  yapışmaq  qabiliyyəti  hamıya  olmasa  da,  artıq  xalqın  xeyli  hissəsinə 
məlum idi. Bu vaxt əslində elə bir inqilabi hadisə də baş verməmişdi ki, qazanılan 
qələbə  hansısa  ehtirasların  kor-koranə  coşması  hesabına  yazılsın.  Sadəcə  olaraq, 
zamanın  dəryazı  onun  yolunu  özü  təmizləyib  açmışdı.  90-cı  illərin  bədbəxtliklər 
seriyasından, ehtiyac səhrasındakı sərgərdanlıqdan cana doyan xalq gözlərini geniş 
açaraq,  uzun  müddət  ərzində  rəhmsizcəsinə  aldadıldığı  qənaətinə  gəldi.  Və  məhz 
öz intuisiyası hesabına belə namizədə üstünlük verməyi qərara aldı. Bu seçim heç 
də  «bizə  bir  baş  və  bir  qılınc  lazımdır»  kimi  ağılsız  şüara  itaət  əlaməti  olmayıb, 
ölkəni və xalqı fəlakətdən xilas etmək yolunu aramaq istəyi idi. İlk dəfə idi ki, xalq 
yanılmadığının  şahidi  olduğuna  görə  ürəkdən  sevinmək  hüququna  yiyələndi. 
Çünki, Allahın mərhəməti ilə bu dəfə xalqının dərdinə şərik olmağı bacaran, həm 
də onun nəhəng potensialına böyük ümidlə baxan bir şəxs prezident seçilmişdi.  
2000-ci  illərin  əvvəllərindən  ölkə  diz  çökməyə  son  qoyub,  qamətini 
düzəltməyə  və  hər  məsələdə  birinci  növbədə  öz  gücünə  arxalanmağa  başladı. 
Qərblə  əlaqələr  qurmaq  vacib  idi,  lakin  onun  qarşısında  hətta  şübhə  doğuran 
işlərdə  də  daim  təzim  qaydasında  «bəli»  demək  praktikasına  son  qoyuldu.  Yeni 
lider daha böyük ümidlər oyatmağa başladı. 
 Viktor  Hüqonun  «Bonapartın  arxasından  artıq  Napoleon  görünürdü» 
sözlərini yada salsaq, tam məsuliyyətlə demək olar ki, fəaliyyətinin ilk anlarından, 

187 
 
başlanğıcdakı cəsarətli tədbirlərindən bu keçmiş KQB podpolkovnikinin şinelindən 
uğurlu  prezident  çıxacağına  əhalinin  xeyli  hissəsi  artıq  şübhə  etmirdi.  O,  əslində 
əvvəlkilərdən  də  miqyasca  fərqlənən  görünməz  cəbhədəki  ən  ağır  döyüşə  atıldı, 
çünki  bu  cəbhə  tam  naməlumluq  dumanına  bürünmüşdü,  həm  də  bu  döyüşün 
nəticəsinin necə olacağını dəqiq olaraq heç kəs söyləyə bilməzdi. Lakin çiyinlərinə 
göy qübbəsi kimi ağır yükü götürmüş bu adam çətinliklər və problemlər qayasının 
parçaları altında qalıb əziləcəyindən, məhv olacağından qorxmadı, bəlkə də qorxsa 
da,  bunu  hiss  etdirmədi,  geri  çəkilmədi.  O,  öz  sələfi  kimi  oliqarxlardan  kömək 
diləmədi, əksinə onlardan hədyanlıq edən bəzilərini yerində oturtmaq yolunu seçdi. 
 Səkkiz  il  davam  edən  iki  prezidentlik  müddəti  başa  çatdıqda,  o,  işinin 
nəticəsinə  görə  heç  də  döyüşdən  qələbə  ilə  qayıdan  Roma  konsulları  kimi  triumf 
keçirilməsi  qaydasında  hansısa  mükafat  tələb  etmədi,  əksinə  vəzifəsini  qanunda 
gostərilən şəkildə yeni seçilən prezidentə verdi. Bu hərəkəti ilə o, Rusiyanı hansısa 
qanunsuzluqlar və çaxnaşma məkanına çevrilməsi ehtimalından uzaqlaşdırdı. Əgər 
çox  sayda  təkliflərlə  razılaşıb,  bütün  qanuni  qaydalar  nəzərə  alınmaqla  yenidən 
prezident  seçilmək  istəsəydi,  yəqin  ki,  əleyhdarları  ona  uzurpator  damğası  vurub, 
haray  qaldıracaqdılar.  Xalqın  böyük  hissəsi  isə  hansısa  Konstitusiya 
məhdudiyyətlərinə  baxmayaraq,  üçüncü  müddətə  də  onu  prezident  görmək 
istəyirdi.  Başqa  bir  hissə  isə  belə  variantla  razılaşmaq  istəmirdi  və  onun  yenidən 
seçilməsini  az  qala  faciə  kimi  qarşılayardılar.  Sonunculara  heç  də  böyük  Rusiya 
deyil,  böyük  sarsıntılar  lazımdır.  Axı  bu  ölkə  Böyük  Pyotrun  abidəsində  təsvir 
olunan at kimi onu şahə qaldıranları o qədər də sevmir, bəzən hətta onlara lənətlər 
yağdırmaqdan da çəkinmir. İslahatçı baş nazir Pyotr Arkadyeviç Stolpin qatilin əli 
ilə  aradan  götürüldü,  əgər  o,  sağ  qalsaydı  Rusiya  bəlkə  də  onu  fəalkətlərə 
sürükləyən  inqilablarla  üzləşməzdi.  Qədim  Romada  respublika  tərəfdarları 
diktatorluq  eşqinə  düşmüş  Yuli  Sezarı  qətlə  yetirmişdilərsə,  Rusiyada  ölkəni 
uçurumdan  uzaqlaşdıran  bir  hökumət  başçısı  qətl  yolu  ilə  həyatdan  getməli 
olmuşdu. Rusiya belə əcaib paradokslar məkanı kimi tanınır. 
 Bu  misallar  heç  də  onu  deməyə  əsas  vermir  ki,  dünyanın  taleyini  bütün 
dövrlərdə  həqiqətən  yüksək  təbiətə  malik  insanlar  müəyyən  etmişlər.  Lakin 
ləyaqətli insanların öz müdaxiləsi ilə tarixin gedişinə müəyyən korrektivlər etməsi 
həqiqətini də heç kəs inkar edə bilməz. 
 Rusiya  bu  günlər  yenə  də  o  qədər  sakit  olmayan  günlərini  yaşayır. 
Parlament seçkilərində hakim «Yedinaya Rossiya» partiyası qalib gəlsə də, dörd il 
əvvəl  keçirilən  seçkilərə  nisbətən  elektoratının  bir  hissəsini  itirməli  olmuşdur  . 
Seçkilərin  «Yedinaya  Rossiya»nın  xeyrinə  qanun  pozğunluqları  ilə  keçirilməsi 
barədə ittihamlar müxalifət qüvvələri tərəfindən geniş istismar edilir. Çox saydakı 
izdihamlı  mitinqlərdə  yenidən  seçkilər  keçirilməsi  tələbləri  ucadan  səsləndirilir. 
Hakim  partiyanın  lideri  kimi  bu  vəziyyət  Vladimir  Putinin  nüfuzuna  öz  təsirini 
göstərməmiş  qalmır.  Onun  özünün  də  reytinqi  xeyli  aşağı  düşmüşdür,  vaxtilə  80 
faizə  yaxınlaşdığı  halda,  indi  44  faizdir  və  ya  əvvəlkinin  az  qala  yarısına 
bərabərdir.  Əlbəttə,  iqtisadi  və  maliyyə  böhranı  həyatın  bütün  sahələrinə  mənfi 
təsir göstərdiyi kimi,  əhalinin əhval-ruhiyyəsini də müdaxilə etməmiş qalmır. Axı 
bu  böhrandan  konkret  ailələr,  adamlar  əziyyət  çəkməli  olmuşdular.  Adamlar 

188 
 
çətinliklərlə  üzləşdikdə  bir  qayda  olaraq  başqalarını,  hətta  ondan  çox-çox  uzaq 
məsafədə  olanları  günahlandırmağa  başlayırlar.  Dövrün,  zamanın  obyektiv 
çətinlikləri,  ziddiyyətləri  nəzərə  alınmır,  fərdlər  düşdükləri  vəziyyətə  görə 
idarəedənləri ittiham edirlər. Bu vaxt dövlət və ya hökumət rəhbəri üstünə günahlar 
atılan  adam  rolunda  çıxış  etməyə  başlayır  və  onlara  qarşı  belə  mövqe  nümayiş 
etdirənlər  bunda  bir  təskinlik  mənbəyi  tapırlar.  Bu  vəziyyət  həm  də  müxalifəti 
xeyli fəallaşdırmışdır. Onu da geyd etmək lazimdir ki müxalifət çoxrənqli olmaqla 
yanaşı,  vahid  mübarizə  strategiyasına  malik  deyildir,  həm  də  xarizmatik  lider 
barədə də uduzur. 
 Putinə  ağız  büzənlərin  çoxunun  oxu  indii  ona  prezidentliyə  namizəd  kimi 
daha  sərt  qaydada  tuşlanmışdır.  Döyüşə  atılan  adam  hansısa  yara  alacağından 
qorxmamalıdır, sərkərdə isə bu məsələdə məhz nümunə göstərməlidir. Çünki xof 
onun məğlubiyyətini asanlaşdıran amilə çevrilir, iradə zəifliyi ruha, düşmənlərinin 
istifadə  etdiyi  silahdan  da  ağır  zərbə  vurur.  Özünü  mühafizə  xatirinə  orta  əsr 
rıtsarlarının  zirehli  paltarına  bənzəyən  vasitələrdə  də  təhlükəsizlik  aramaq 
ağılsızlıqdır, bu geyim yalnız at belində olduqda köməyə gəlirdi, onun olduqca ağır 
çəkisi rıtsar yeriməli olduqda, onun hərəkət etməsinə imkan vermirdi. 
Putində  zəiflik  və  qüsurlar  tapmaq  müşkül  məsələ  deyildir,  lakin  onun  ən 
qatı  əleyhdarları  belə,  bu  adamın  iradə  zəifliyi  barədə  söhbət  açsa,  yəqin  ki,  ağ 
yalan uydurmaq yoluna düşdüyü qənaətinəə gələcəkdir. Opponentləri onu məğlub 
etmək üçün hər cür hücumlar etməyə, məkrli planlar cızmağa, iradəsinə Ness qanı 
bulaşmış  plaş  geyindirməyə  hazırdılar.  Bu  çuxa  onun  bədəninə  geyindirilsə, 
bundan  görünməmiş  əzablar  çəkərdi.  Onun  iradəsi,  ruhu  isə  elə  immunitet 
dəbilqəsinə  sığınmışdır  ki,  belə  məkrli  silahı  da  təhlükə  mənbəyi  kimi  qəbul 
etməyəcəkdir. 
Boyu-buxunu  o  qədər  də  gözə  çarpmayan,  düşüncələrdəki  pəhləvan 
təsəvvüründən  çox  uzaq  olan  bu  vücudun  sahibinə  hətta  xoş  münasibət 
bəsləməyənlər  də  onun  nəhəng,  bəlkə  də  hippotik  iradə  gücünə  təəccüb  qalmaya 
bilmirlər.  Onun  nüfuzu,  hətta  vəziyyəti  üzərində  qorxulu  küləklər  əsməyə 
başlayanda,  ağlı  və  təbiəti  böyük  sınaqlara  məruz  qaldıqda  da  o,  özünü  itirmir, 
çaşqınlıq  əlamətləri nümayiş  etdirmir.  Onun ikinci  dəfə  baş nazir işlədiyi  dövrdə 
ölkədə  çox  sayda  fövqəladə  hadisələr  baş  verdi  –  Xakasiyadakı  Sayano-
Şuşenskaya su elektrik stansiyasında görünməmiş ağır qəza, təyyarələrin vaxtaşırı 
yerə  çırpılıb  məhv  olması,  raketlərin  hesablanmış  trayektoriyadan  çıxıb 
itirilməsi,gəmilərin batması, böyük miqyaslı meşə yanğınları onların tam olmayan 
siyahısına  daxildir.  Bu  fəlakətli  hadisələr  insan  həyatı  qurbanları  ilə  yanaşı,  ağır 
maddi itkilərlə müşayiət olunurdu. Putin bu hadisələrin çoxuna özünü təcili yardım 
həkim kimi yetirir,mövcud itkinin ağırlığını bütünlüklə dərk etsə də, heç vaxt bunu 
bədbinlik hisslərinə təslim etmirdi, əksinə bütün mənəvi gücünü toplayıb adamlara 
təskinlik verir, hər şeyin  bərpa  ediləcəyini  vəd  edirdi.İtkini  bərpa  etmək  mümkün 
olmasa  da,  bu  vədlər  hökmən  həyata  keçirilirdi,  qəza  yerində  söyənilən  və 
nikbinlik bəxş edən ifadələr heç də boş sözlər olaraq qalmırdı. Elə bil ki, onun başı 
üzərində parlayan ulduz işıq saçmaqda davam edərək, onu zərbələrdən, məhvedici 
sınaqlardan  qorxmamağa,  iradəsinin  sarsılmazlığını  itirməməyə  çağırır,  daha 

189 
 
böyük təşəbbüslərə imza atmağa ruhlandırırdı. 
Bəs  Putinin  əleyhdarları  nə  ilə  öyünə  bilərlər,  nifrət  dalğası  yaymaqdan 
başqa  onlar  hansı  əməllərini  sərgiləndirə  bilərlər?  Vaxtilə  baş  nazir  kimi  Putinə 
silahdaşlıq etmiş Mixail Kasyanov hələ həmin vəzifəni tutduğu dövrlərdə «Mişa – 
2  %»  ləqəbi  ilə  mükafatlandırılmışdı,  bu  onun  əlinin  natəmizliyinə  işarə  idi.  İndi 
bu  adam  bir-birinə  zidd  olan  bayraqlar  altında  Putinin  əleyhinə  uğursuz  çıxış 
cəhdləri  edir,  xalqa  guya  yaxın  olduğunu  göstərməyə  çalışır.  Daxil  olduğu  xırda 
müxalifət qrupunda belə, etimad qazana bilməyən bir adam görən nəyə görə özünü 
xalq arasında nüfuz qazanmaq xülyası ilə qidalandırır. 
 Bir  vaxtlar  «NTV»  kanalındakı  «Kuklalar»  verilişində  Putin  N.V.Qoqolun 
«Şinel»  povesti  əsasında  çəkilmiş  eyni  adlı  filmdə  Rolan  Bıkovun  oynadığı  baş 
personaj  Akaki  Akakiyeviçə  bənzər  bir  cılız  obrazda  təsvir  edilirdi.  İndi  bəzi 
müxalifət  liderləri  bu  obraza  daha  çox  uyğun  gəlirlər,  şineli(oxu:  hakimiyyəti) 
itirdiindən depressiyaya qapılan, onu tapmaq arzusu ilə çox sayda qapılar döyən və 
itkinin  xiffətinin  ağırlığına  dözməyib,  həyatdan  gedən  həmin  biçarə  qəhrəmanı 
xatırladırlar.  Onlar  hansısa  bir  mitinqi  təşkil  etmələri  və  orada  təhqir  xaşxaşı 
səpilmiş çıxışların baş alıb getməsi ilə öyünürlər. 
 Müxalifət cərgəsinə qoşulmaq heç də əxlaq üzərindən xətt çəkmək, vicdanı 
itirmək  demək  deyildir,  belələri  az  qala  «Xalq  divan  tutması»  cəmiyyətinin 
yaratdıcısı  S.Q.Neçayevi  yada  salırlar.Mitinqdən  bir  başa  Kremlə  hücum  etmək 
barədə  çağırışla  çıxış  edən  yeni  lider  məğər  adamları  inqilaba  səsləmirmi? 
Neçayev bu cəmiyyətin nizamnaməsində – «İnqilabçının katexizisində» yazırdı ki, 
«inqilabçı məhvə məhkum edilmiş insandır, onun nə marağı, nə işi, nə hissləri, nə 
nəyəsə  bağlılığı,  nə  də  adı  yoxdur...  O,  yalnız  dağıtmaq  elmini  bilir.  Onun 
ictimaiyyətdən  zəhləsi  gedir,  indiki  əxlaqa  nifrət  edir.  Ona  mane  olan  hər  şey 
pozğun və cinayət xarakterlidir». 
F.M.Dostoyevskinin 
«Şeytanlar» 
romanının 
qəhrəmanı 
Pyotr 
Verxovenskinin  prototipi  məhz  Neçayev  idi.  Şeytanlar  isə  insanlara,  cəmiyyətə 
bəladan başqa nə təklif edə bilər? 
Çox  təəssüf  ki,  bəzi  müxalifət  liderləri  bu  köhnəlmiş  katexizisin 
prinsiplərinə  yaxın  olan  bir  mövqedə  dayanmaqdan  çəkinmirlər.  Bir  əsr  yarım 
bundan  əvvəlki  iyrənc  irsi  indi  gündəmə  gətirmək  hec  də  böyük  ağıldan  xəbər 
vermir. İnqilablardan görünməmiş əziyyətlər çəkmiş Rusiyada bu kabusun yenidən 
ayaq açması, dolaşması heç də xeyir vəd edən bir şey deyildir. 
Əlbəttə, siyasət böyük rus yazıçısının dediyi kimi, heç də Neva prospektinin 
səkisində  gəzişmək  deyildir.  Siyasətin  bəhrələrinin  qabarması,  çəkilməsi  də 
mövcuddur,  burada  heç  də  hər  şey  uğurla  nəticələnmir,  uğursuzluq  anlarının 
kədərini də yaşamaq, onları öz əsəblərindən keçirmək lazım gəlir. Putin də, yəqin 
ki, özünü qəhrəmanlıq seriyası ilə mifologiyanı zənginləşdirən Herakl hesab etmir. 
Ancaq bu  məsələdə məlum  zəifliklərdən də  xali  deyildir. Qərb  qaydalarının təsiri 
altında  müasir  piarın  tələblərini  də  diqqətsiz  buraxmır,  bəzi  həyat  səhnələrində 
özünü  «maço»  obrazında  təqdim  etməyi  qəbahət  saymır.  Bu  səhnələr  istisna 
olmaqla, o, təvazökarlığını, sadə  ünsiyyətini  itirmir. Müşahidələr  göstərir  ki, dahi 
dövlət  xadimləri  qalereyasına  qayıtmaq  xülyası  da  onu  o  qədər  cəzb  etmir, 

190 
 
özündən,  əməllərindən  razı  qalmaq  xüsusiyyəti  ona  yaddır,  qədim  yunan 
müdriklərinin vəsiyyətinə əməl edərək, hər şeydə ölçü hissini gözləməyə çalışır. 
 Çoxlarına elə gəlir ki, qəribə bir təsadüf onu siyasətin ön səhnəsinə gətirib 
çıxarmışdır.  Onları  qınamaq  da  düzgün  olmazdı.  Lakin  Engelsin  məşhur 
ifadəsindən  istifadə  edərək,  demək  lazımdır  ki,  zaman  öz  axtarışında  onu 
tapmışdır.  Və  o  da  zamanın  bütün  amansız  çağırışlarına  cavab  verməyə  qadir 
olduğunu  artıq  arxada  qalmış  təcrübəsi  ilə  sübuta  yetirə  bilmişdir.  Bundan  sonra 
onu  hansı  uğur  ya  uğursuzluqlar  gözləməsindən  asılı  olmayaraq,  ən  yeni  Rusiya 
tarixində  onun  diqqəti  cəlb  edən  dövlət  və  hökumət  başçısı  kimi  mövcud 
portretinin heç bir retuşa ehtiyacı yoxdur. 
Putinin  dövründə  dövlət  siyasətinin  bütün  qüsurlardan  azad  olduğunu  iddia 
etmək də gülünc görünə bilər. Bu dövlətin «anadangəlmə ləkələri» olan korrupsiya 
və  rüşvətxorluğa  qarşı  mübarizə  şüarı  dəfələrlə  ən  yüksək  vəzifə  sahiblərinin 
nitqindən  səslənsə  də,  onu  nəinki  ram  edib,  diz  çökdürmək,  heç  cilovlamaq  da 
mümkün  olmamışdır.  Burada  dövlət  vəzifəsinin  icrasının  qanundan  kənar  biznes 
fəaliyyəti  ilə  çuğlaşması  kimi  biabırçı  proses  yenə  də  bütün  genişliyi  ilə  davam 
edir. Bəzi məmurlar öz vəzifələrinə korrupsiya, rüşvət mənbəyi kimi baxır və qısa 
müddətdə  qanunsuz  yolla  qazanılmış,  dələduzluq  yolu  ilə  əldə  edilmiş  böyük 
sərvətə  sahib  olmuşlar.  Putinə  vaxtilə  yaxın  olduqlarını  gözə  soxanlar  da 
oliqarxlara  çevrilmişlər  və  bu  onun  tənqidçilərinə  kəskin  ittihamlr  üçün  əlavə 
mövzu verir. Beynəlxalq təşkilatların müşahidələrinə görə korrupsiyanın şiddətinə 
görə Rusiya dünya dövlətləri arasında alçaldıcı yerlərdən birini tutur və bu sahədə 
«rekord»  göstəricilərə  yiyələnən  MDB  dövlətləri  ilə  demək  olar  ki,  bir  sırada 
dayanır.  Ailənin üzvləri bu  ailəyə  xas  olan  qüsurlardan  yaxa qurtarmaq  səyindən 
çox  uzaqdırlar.  Bu  ailədən  uzaqlaşmış  Gürcüstan  isə  həmin  bəladan  əsasən  xilas 
olmağı  bacarmışdır.Siyasətinə  heç  də  birmənalı  yanaşılmayan  Mixail  Saakaşvili 
rüşvətin və korrupsiyanın uzun tarixi dövr  ərzində gur çiçək açdığı bir ölkədə bu 
zəhərli  sosial  alaq  otunu  kökündən  dartıb  çıxarmağı,  vətəndaşlarını  rüşvətin 
amansız işgəncəsindən xilas etməyi bacarmıqşdır. 
Korrupsiya  və  rüşvətxorluq  metastazı  Rusiyanın  bədəninə  yayılıb,  onu 
içəridən didib dağıtdığı kimi, həm də ölkənin xeyli dərəcədə kriminallaşmasına yol 
açmışdır. Oliqarxlar və kriminal ünsürlər, çox güman ki, birgə yaşamağı (bunu heç 
də  «dinc  yanaşı  yaşamaq»  adlandırmaq  olmaz)  məqbul  hesab  edirlər,  çünki 
iqtisadiyyatın və kommersiyanın hər iki aktyoru sərvət ələ keçirməyə cəhd edir və 
bu  prosesdə  bəzən  rolların  dəyişilməsi  də  baş  verir.  Axı  bu  səhnə  xadimlərinin 
başqa şəkilə düşmələrinə də ehtiyac yoxdur, çünki mafioz hansı ad altında tanınsa 
da, onun mahiyyəti dəyişilməmiş qalır. 
Rusiyada oliqarxların əksəriyyəti təbii sərvətlərin hasilatı və emalı üzərində 
öz  imperiyalarını  yaratmışlar.  Neft  və  qaz  kompaniyaları,  qara  və  əlvan 
metallurgiya  müəssisələri,  daş  kömür  mədənləri,  meşə  materialları  istehsalı  və 
satışı  misli  görünməmiş  sərvət  sahiblərinin  iri  dəstəsini  meydana  gətirmişdir. 
Rusiya sənayesinin diversifikasıyası daha çox arzu olaraq qalır. Rusiyanın neft və 
qaz iynəsi üstündə oturmasını (bu ifadə əsasən narkomanlar barədə işlənir) bəyan 
edənlər  heç  də  yanılmamışlar,  ölkənin  ixracının  40  faizini  məhz  həmin 

191 
 
karbohidrogenlər  təşkil  edir.Rusiya  iqtisadiyyatının  bu  “axilles  dabanı”  daim 
özünü yada salır.  
Maşınqayırma,  elektronika,  müasir  avadanlıqlar  istehsal  edən  sənaye 
sahələri  isə  iqtisadiyyatın  yetim  övladı  kimi  ömür  sürməkdə  davam  edirlər. 
Avtomobil  sənayesindəki  modernləşmə  isə  məşhur  xarici  kompaniyaların  filial 
zavodlarının  yaradılması  ilə  yekunlaşır.  Aviasiya  sənayesi  mülki  təyyarələr 
istehsalı  sahəsində,  bir  istisna  nəzərə  alınmaqla  tənəzzülə  uğramışdır.  Vaxtilə 
texnoloji  modernləşmənin  lokomotivi  sayılan  hərbi-sənaye  kompleksi  də  öz 
mövqelərini  və  tarixi  ənənələrini  itirmişdir.  Rusiya  hərbi  texnika  və  silah  idxal 
edən dövlətə çevrilmişdir, bağlanmış bir sıra ixrac müqavilələri isə sonradan təftişə 
məruz qalır və texnikanın keyfiyyəti ucbatından ləğv edilir. 
 Fransadan vertolyot daşıyan «Mistral» hərbi gəmilərinin alınması, həmçinin 
pilotsuz təyyarələrin və məşhur AK-47 avtomat tüfənglərindən imtina əsasında bu 
sinifdən  olan  daha  modern  silahın  satın  alınması  barədəki  ideyalar  idxal 
məsələlərinə  diqqətin  artmasından  xəbər  verir.  Əgər  əvvəllər  SSRİ-də  müxtəlif 
yollarla  təyyarələrin  və  raketlərin  içini  doldurmaq  üçün  elektronik  cihazlar  əldə 
etmək  başlıca  məsələ  sayılırdısa,  indi  Rusiyada  bütövlükdə  mülki  aviasiya  üçün 
əsasən  «Boinq»  və  «Aeorobus»  təyyarələrinin  satın  alınması  ilə  problemin  asan, 
lakin  böyük  xərclərlə  başa  gələn  həll  yolu  seçilmişdir.  Belə  siyasət  onsuz  da  xoş 
günlərini  yaşamayan  aviasiya  sənayesinin  taleyini  daha  böyük  şübhə  altında 
qoymamış deyildir. 
Prezident  Dmitri  Medvedyev  ABŞ-da  olarkən  Kaliforniyadakı  Silikon 
vadisindəki  elmi  tədqiqatlar  kompaniyalarının  fantastik  təsir  bağışlamasından 
heyrətə  gələrək,  vətənə  qayıdan  kimi  Skolkovo  elmi  mərkəzinin  yaradılmasına 
əlavə  təkan  vermiş  və  bu  təşəbbüsün  reallaşmasına  külli  miqdarda  vəsait 
ayrılmışdır.  Rusiya  belə  xərcləri  ödəmək  iqtidarındadır,  çünki  neft  və  qaz  satışı 
ölkəyə ağlasığmayan valyuta çayının axmasına səbəb olmuşdur. Bu pulu istənilən 
məqsədə xərcləmək olar, lakin hər şeyi pulla əldə etmək mümkün deyildir. Son iki 
onillikdə və ondan bir qədər əvvəl Rusiyadan qərbə görünməmiş «beyin axını» baş 
vermişdir.  Gənc  istedadlı  insanlar  məhz  bu  imkan  vasitəsilə  özlərini  realizə  və 
təsdiq  etmək  yolunu  seçmişlər.  Ona  görə  də  yeni  mərkəzə  hay-küy  donu 
geyindirmək  mümkün  olsa  da,  bu  ideyanın  da  bir  nəcib  niyyət  olmaqdan  uzağa 
gedəcəyinə  inanmaq  çətindir.  Əgər  Rusiyanın  modern  elmi-sənaye  sahəsi  sayılan 
«Nanotexnologiya» şirkəti uğurları sırasında kəşf etdiyi yeni İliç lampasının 40 il 
ömür sürəcəyinə qarantiya verməklə öyünürsə, onda görən yeni məqsədə xərclənən 
milyardlar  ölkəni  hansı  üzdəniraq  nailiyyətlərlə  sevindirəcəkdir.Yoxsa,  yenə  də 
“Dağ siçan dogmuşdur” ifadəsini yada salmaq lazım gələcəkdir. 
Rusiya indi bütün problemlərini kənara qoyub, qarşıdakı prezident seçkiləri 
üzərində  diqqətini  cəmləşdirir.  Hər  iki  tərəf  –  həm  iqtidar,  həm  müxalifət  öz 
əzələlərini nümayiş etdirmək üçün müxtəlif vasitələrə əl atır. Lakin, cəmiyyəti az 
qala  düşmən  timsallı  cəbhələrə  parçalamaq,  xaosa  cəlb  etmək,  ölkənin  ümdə 
mənafelərini  əsas  götürdükdə,  heç  də  öyünüləsi  bir  iş  deyildir.  Rusiya  zamanın 
daha böyük  çağırışı qarşısında dayanmışdır, bu  da sənayenin modernləşdirilməsi, 
iqtisadiyyatın müasir elmi-texnoloji reislər üzərinə keçməsidir. Daha çox pul əldə 

192 
 
etmək  üçün  təbii  sərvətləri  artan  sürətlə  hasil  etmək  ölkənin  gələcəyinə  zərbə 
vurmamış  qalmır,  axı  bu  sərvətlər  həm  də  sonrakı  nəsillərə  çatan  bir  irsdir.  Qısa 
müddətdə  yerin  təkindən  onları  çıxarmaqla,  bu  mənbəyi  tükəndirmək  xalqın 
gələcəyinin 
imkanlarını  məhdudlaşdırmağa  xidmət  etdiyindən,  mövcud 
nailiyyətlərin  astarına  da  diqqət  yetirmək  tələb  olunur.  Axı  həmin  sərvətlər  bərpa 
olunmayanlar  sırasına  daxildir və  quyular  boşaldıqdan  sonra təbiət heç də  həmin 
məhsuldar plastı yenidən doldurmaq əziyyətinə qatlaşmayacaqdır. 
 Rusiya  iqtisadiyyatının  son  onillikdəki  dinamikası  əsasən  göz  oxşayan 
rəqəmlərdə ifadə olunduğundan razılıq hissləri yaratmamış deyildir. Lakin başlıca 
olaraq  təbii  sərvətlər  hasilatına  əsaslanan  nailiyyət  bir  növ  «Pirrin  qələbəsini» 
andırır, heç də hərtərəfli inkişafı əks etdirmir. Belə bir şəraitdə yenidən prezident 
seçilmək  ehtimalı  reallaşdıqda,  Putin  iqtisadi  və  maliyyə  böhranının  əzablarından 
zəif  olmayan  çağırışların  diktatı  ilə  üz-üzə  gələcəkdir.  Qloballaşma,  dünya 
iqtisadiyyatına  hərtərəfli  inteqrasiya  özünün  güzəştə  gedilməyən  tələblərini  irəli 
sürəcəkdir.  Dünya  Ticarət  Təşkilatına  bu  yaxınlarda  qəbul  edilən  üzvlük  də, 
Rusiyadan qabaqcıl sənaye ölkələri ilə rəqabətə davam gətirmək qabiliyyəti tələb 
edəcəkdir. Bunu neftin və qazın satışından əldə edilən milyardlar avtomatik olaraq 
həll  edə  bilməyəcəkdir.  Çünki  buradakı  oyun  qaydaları  da  tam  başqa  şəkildə 
olacaqdır. 
Bu  gün  Putinin  üzərinə  həm  daxildəki  müxalifət  qüvvələrindən,  həm  də 
xaricdən  olan  həmlələrin  şiddəti  artmışdır.On  ildən  artıq  bir  müddətdə  yupiter 
lampalarının  gur  işığı  altında  dayanmaq  asan  məsələ  deyildir.  Bu  işıq  şiddəti  ilə 
rentgen şüaları kimi adi gözə görünməyənləri də diqqətə təqdim etməyi bacarır və 
bundan  tənqidçilər  bol-bol  istifadə  edirlər.  Onlar  yalnız  həqiqəti  söyləyəcəkləri 
barədə  and  içmədiklərindən,  sərbəstliyin  dərəbəyliyindən  istifadə  edərək  hər  cür 
vasitələrə əl atmaqdan belə çəkinmirlər. Həqiqət yalanla, faktlar uydurmalarla elə 
qatı şəkildə qarışdırılır ki, bu vaxt istənilən nöqteyi-nəzəri əsaslandırmaq mümkün 
olur. Bəzən  Putinin portretini çəkmək  üçün tutqun  rənglər qabaqcadan qarışdırılır 
və  böyük  ispan  rəssamı  Fransisko  Qoyya  «Kral  IV  Karlın  ailəsi»  portretində 
personajların  sifət  cizgilərində  onların  mənəvi  eybəcərliklərini  ustalıqla  təsvir 
edirdisə,  müasir  psevdorəssamlar  karikaturaya  daha  çox  meyl  etdiklərindən,  öz 
fantaziyalarına  güc  verməyi  unutmurlar.  Axırıncıların  yeganə  məqsədi  budur  ki, 
yaxmanın  hər  biri,  təsvir  edilən  obrazın  ikrah  hissləri  təlqin  etməsinə  xidmət 
göstərsin. Bu ikrahdan isə yalnız nifrət hissləri qalxa bilər. 
Haqlı və haqsız bütün hücumlara baxmayaraq Putin özünü cəsarətli aparır, 
ambitsiyasını gizlətmək, ört-basdır etmək meyli hiss etdirmir. O, yaxşı başa düşür 
ki,  şeytan  təsvir  edildiyi  qədər  qorxulu  deyildir,  əleyhdarlar  dəstəsi  elə  böyük 
olmadığı kimi, vahid cəbhə şəklində çıxış etməkdən də  çox uzaqdır. Putinə qarşı 
olan qüvvələrin bir-birinə olan mənfi münasibəti öz hədəflərinə olan münasibətdən 
heç  də  geri  qalmır.  Onları  yalnız  Putinə  qarşı  çıxış  etmək  istiqaməti  birləşdirir, 
məslək  və  prinsiplərə  gəldikdə,  onlar  bir-birlərini  nəinki  qəbul  etmirlər,  hətta  bu 
konqlomeratın  hər  bir  üzvü  öz  müttəfiqlərinə  istehza  ilə,  yuxarıdan  aşağı  baxır. 
Onların  belə  rəng  müxtəlifliyi  və  fərqli  məcralara  üz  tutması  Putinə  qarşı 
hücumların  şiddətini  zəiflətməmiş  qalmır,  bu  qalanın  elə  bir  istehkam 

193 
 
xüsusiyyətləri  də  nəzərə  çarpmır.  Digər  parlament  partiyalarının  liderlərinə 
gəldikdə,  onlar  ciddi  müqavimət  mənbəyi  kimi  qəbul  edilmir.  Çünki  onların 
toplayacağı  səsin  miqdarı  xəta  əmsalı  nəzərə  alınmaqla  əvvəlcədən  məlumdur. 
Həm  də  onların  uzun  müddət  ərzində  yaxşı  xidmət  etmiş  relsdən  uzaqlaşması 
gözlənilmir.  Ona  görə  də  hansısa  fövqəladə  hadisə  baş  verməsə,  seçkilərin  necə 
yekunlaşacağına  elə  bir  şübhə  yeri  qalmır.Seçkilərin  keçirilməsi  isə  daha  ciddi 
nəzarət  altında  olacaqdır.Parlament  seçkilərindəki  pozuntulara  yenidən  yol 
verilməməlidir,  çünki  yeni  seçilmiş  prezidentin  legitimliyinə  seçki  xətaları 
müəyyən kölgə sala bilər. 
Rusiya bizim şimal qoşunumuz olmaqla, dünya dövlətləri ailəsində nüfuzlu 
mövqeyə  malikdir.  Azərbaycanı  Rusiya  ilə  eyni  imperiyada  iki  əsrlik  birgə 
yaşamaq  tarixi  birləşdirir.  Uzun  bir  dövr  ərzində  azərbaycanlılar  üçün  rus  dili 
Qərbə açılan bir pəncərə, Qərb sivilizasiyasından faydalanmaq üçün körpü rolunu 
oynamışdır.  Rusiyanın  demokratik  yolla  inkişaf  etməsi,  qüdrətinin  artması, 
həmçinin bu ölkədə sabitliyin bərqərar olması bizim gənc dövlətimiz üçün heç də 
kiçik  əhəmiyyət  kəsb  etmir.  Gürcüstanın  keçmiş  lideri  Eduard  Şevernadze  kimi 
təbiəti  təkzib  edərək,  riyakarcasına  deyə  bilmərik  ki,  «Günəş  Şimaldan  doğur». 
Belə  hiperbola  heç  ona  ünvanlanan  ölkəyə  də  şərəf  gətirmir.  Bu  metaforadan 
istifadə  edərək, demək  istərdik  ki, qoy  bizə  şimal  qonşumuzdan  soyuq  münasibət 
küləyi əsməsin, iki xalqın yaxınlığının hərarəti daim bahar günəşinin şəfqətli təsiri 
ilə müqayisə edilə bilsin. 
 
 “525-ci qəzet”. 22.12.2011. 
 
 
 
 
Stalinin bioloji irsinin əlvidası 
 
Assoşieyted  Press  agentliyi  bu  ilin  29  noyabrında  Svetlana  Alliluyevanın 
Birləşmiş  Ştatlarda,  Viskonsin  ştatındakı  Riçmond  şəhərində,  ahıllar  evində  bir 
həftə  əvvəl  ölməsi  xəbərini  yaydı.  85  yaşında  həyatdan  köçən  bu  qadın  bütün 
dünyaya, onun altıda birinə – SSRİ adlanan dövlətə 29 il ərzində rəhbərlik etmiş 
İosif Stalinin qızı kimi tanış idi. Qərbin gözündə bütünlüklə, vətənində isə qismən 
diktator  kimi  qəbul  edilən  Stalinin  çoxtərəfli  şəxsiyyətinə  və  ən  başlıcası 
fəaliyyətinə  nifrətin  və  ya  məhəbbətin  dərəcəsindən  asılı  olmayaraq,  XX  əsrin 
birinci  yarısının  üç  son  illiyi  barədə  söhbət  gedərkən  onun  adı  daim  lənət  və 
sədaqət çalarlarında səsləndiyi kimi, kölgəsi daim üstündən əskik olmayan qızının 
vəfatı  ilə  yenidən  informasiya  meydançalarını  bəzədi.  Çoxları  onu  anafemaya 
uğratmağa  cəhd  etsə  də,  tarixi  məhv  etmək  mümkün  olmadığı  kimi,  onun 
şəxsiyyəti  də  heykəlləri  və  portretləri  kimi  heç  də  bütünlüklə  yoxa  çıxmaq 
qismətinə  tabe  olmadı.  Yaxşı  deyirlər  ki,  kiçik  tonqalı  külək  söndürsə  də,  böyük 
tonqalı  daha  böyük  şiddətlə  yandırır.  Ona  münasibətin  tam  əksliyindən  asılı 
olmayaraq, onun böyüklüyünü yalnız piqmeylər inkar edirlər. Onu da unutmayaq 

194 
 
ki, böyüklük miqyası həm Xeyirə, həm də Şərə xidmətə aid edilə bilər. 
Svetlana  Alliluyevanı  heç  də  xoşbəxt  adam  hesab  etmək  olmazdı.  Atası 
ölkəyə başçılıq edəndə bu körpə dünyaya gəlsə də, sonralar ona sirdaşı kimi yalnız 
müdhiş səhnələrə tamaşa etmək və yaş axıtmaq üçün sədaqətlə xidmət edən gözləri 
qalmışdı.  Həyatının  müxtəlif  dövrlərində  o,  Dante  cəhənnəminin  dövrələrini 
dolaşmalı olmuşdu. Axı atası da tarixə şöhrəti nəqş edilən şəxsiyyət olsa da, şəxsi 
həyatında  amansız  sınaqlarla  üzləşmişdi.  Gəncliyində  dəfələrlə  sürgün  həyatı 
yaşamış bu adam özündən 22 yaş kiçik olan çox gənc və gözəl bir qızla evlənsə də, 
onunla  nisbətən  qısa  birgə  ömür  sürmüşdü.  1932-ci  ilin  9  noyabrında  sevimli 
Nadejda  Alliluyeva  tapançadan  atdığı  güllə  ilə  özünə  intihar  etmişdi.  Stalin 
dəfələrlə  təkrar  etmişdi  ki,  bu  hərəkəti  ilə  arvadı  ona  xəyanət  etmişdir.  Böyük 
Vətən  müharibəsinin  ilk  ilində  böyük  oğlu  Yakov  almanlar  tərəfindən  əsir 
götürülmüş  və  hərbi  əsirlər  düşərgəsində  qətlə  yetirilmişdi.  Kiçik  oğlu  Vasili 
aviasiya  generalı  rütbəsinə  yiyələnsə  də,  hələ  müharibə  vaxtı  sərxoşluğa 
qurşanmış,  eyş-işrət  aludəçisinə  çevrilmiş,  ağılsız  hərəkətlərə  yol  vermişdi. 
Atasının  ölümündən sonra  bir  cinayət  işinə  görə onu  azadlıqdan  məhrum  etdilər, 
dustaqxanadan çıxdıqdan sonra köhnə xəstəliyinin – alkoqolizmin qurbanı kimi 40 
yaşında dünyadan köçmüşdü. 
Stalinin  yeganə  qızı  olan  Svetlana  da  olduqca  mürəkkəb  və  əslində  çox 
hallarda sevincdən xali olan bir həyat yaşamışdır. Altı yaşlı kiçik qızcığaz anasının 
timsalında onu ağuşuna alan məhəbbət mənbəyini itirmişdi. 27 yaşında isə ikinci 
valideynini itirmək faciəsi ilə üzləşmişdi. Uzun dövr ərzində ilk sosialist dövlətinə 
başçılıq  etmiş  və  dünya  sosializm  sisteminin  beşiyi  başında  dayanmış  bir  insan 
həyatdan  getmişdi.  Həmin  şəxs  hər  cür  sərtliyindən  və  münasibətinin  ayrı-ayrı 
vaxtlarda  şaxta  soyuqluğundan  asılı  olmayaraq  onun  doğma  atası  idi.  Şaxta  isə 
şiddətli olanda, hətta bədən orqanlarını yandırmağa başlayır. 
Svetlana  Alliluyeva  şöhrət  nöqteyi-nəzərindən  olduqca  zəngin  atanın  kasıb 
övladına bənzəyirdi. Axı bu şöhrət çələngindən zahiri əlamətlərdən başqa ona heç 
bir pay düşmürdü, atanın sərt rahib həyat tərzi, asket insana xas olan məziyyətləri 
də buna imkan vermirdi. Özünün, onu xeyli məşhurlaşdıran “Dostuma 20 məktub” 
xatirələrində  yazdığı  kimi,  insan  vulkanını,  ehtirasların  közərən  enerjisini  andıran 
paytaxt  həyatında  da  o,  çox  vaxt  özünü  tənha  hiss  edirdi,  bir-birinə  əvəz  edən 
təlatüm dalğalarından kənarda qalırdı. Nə qədər bundan azad olmağa cəhdlər etsə 
də,  atasının  adının  kölgəsi  altında  yaşamaqda  davam  edirdi,  bu  dəmir  qəfəsi 
andıran  divarları  yıxmağa  cəsarəti  çatmırdı.  Ona  görə  də  sonralar  özünü  atasının 
adının “siyasi dustağı” adlandırmışdı. 
Məhz  bu  səbəbdən  onun  həyatı  qəribə,  bir  ağılsız  qaydada  ikiyə  bölünmüş 
mövcudluq  idi,  bu  gənc  qız  zahirdə  bir  cür,  daxildə  isə  tam  başqa  cür  yaşayırdı. 
Yəqin  buna  görədir  ki,  yeniyetmə  yaşlarından  öz  gücünə  arxalanmaq  yolunu 
seçmişdi. Orta məktəbi fərqlənmə ilə bitirmiş, Moskva Dövlət Universitetinə daxil 
olmuş, bir il filologiya üzrə təhsil aldıqdan sonra, tarix fakültəsinə keçmiş, yeni və 
ən yeni tarix sahəsini seçmiş, elmlər namizədi adını almış, ingilis dilindən bir neçə 
kitab  tərcümə  etmişdi.  Bu  dilə  hələ  orta  məktəbdə  oxuyarkən  maraq  göstərmişdi. 
Özünün  yazdığına  görə,  1942-ci  ildə  Moskvaya  səfər  edən  Böyük  Britaniya  baş 

195 
 
naziri  Uinston  Çörçill  atasının  Kremldəki  mənzilində  qonaq  olarkən,  qız  ona 
təqdim  edildikdə,  onunla  ingiliscə  danışmaq  istəsə  də,  utandığından  bu  fikrindən 
vaz keçməli olmuşdu. 
Gənc qızın şəxsi taleyi də uğurlu alınmırdı. 1942-ci ildə orta məktəb şagirdi 
olanda  məşhur  kinossenarist  Aleksey  Kaplerlə  (onu  Lyusya  Kapler  çağırırdılar) 
tanış  olur  və  ona  vurulur.  Özündən  22  yaş  böyük  olan  Lyusyanın  ədəbiyyata, 
teatra,  kinoya  olan  professional  münasibəti  və  cilalanmış  zövqü  Svetlananı  valeh 
etmişdi.  Onlar  birlikdə  teatrlara  gedirdilər.  Bir  dəfə  Aleksandr  Korneyçukun 
“Cəbhə”  pyesinə  teatrda  baxdıqdan  sonra  o,  sevdiyi  qıza  tamaşa  haqqında  rəyini 
ikrah qaydasında “orada incəsənət heç gecələməmişdir də” sözlərilə ifadə etmişdi. 
Ata qızının bu ilk məhəbbət romanına da qənim kəsildi. Kapler isə “Pravda” 
qəzetində dərc edilən Stalinqrad cəbhəsindən bədii priyom kimi sevgilisinə yazdığı 
məktub  şəklindəki  məqaləni  bu  sözlərlə  bitirmişdi:  “Bu  saat  Moskvada  yəqin  ki, 
qar yağır. Sənin pəncərəndən Kremlin dişli divarları görünür”. 
Əslində o, bu sözlərlə başqaları üçün sirr olan məsələnin üstünü açmaq cəhdi 
kimi  bağışlanmaz  ehtiyatsızlığa  yol  vermişdi.  Belə  açış-saçıq  alluziya  nəticəsiz 
qalmadı. Kapler həbs edildi, ömrünün on ilə qədər olan bir dövrünü əmək və həbs 
düşərgələrində  keçirdi.  Kapler  Moskvanı  tərk  etmək  barədəki  əvvəlki 
xəbərdarlıqlara məhəl qoymamışdı. Görunür, öz ad-sanına arxayın olmuşdu. Axı o, 
birinci  dərəcəli  Stalin  mükafatı  laureatı  idi,  Lenin  ordeni  ilə  təltif  olunmuşdu, 
inqilab  mövzusundakı  məşhur  filmlərin  ssenarisini  yazmışdı.  O,  tutulduqda 
casusluqda şübhələnən əcnəbilərlə yaxın əlaqəsinə görə ittiham edilmişdi, Svetlana 
ilə yaxınlıq isə dilə gətirilməmişdi. 
Məhəbbət  cücərtisi  daşa  dəyən  və  artıq  tələbə  olan  qız  1944-cü  ildə  18 
yaşında  Qriqori  Morozov  adlı  yəhudi  bir  tələbəyə  ərə  getdi.  Atası  əlacsız  qalıb, 
nikaha  icazə  versə  də,  təkid  qaydasında  bəyan  etdi  ki,  kürəkəni  onun  evinə  ayaq 
basmayacaqdır.  Gənc  ər-arvadın  oğlu  olduqda,  onu  babanın  şərəfinə  İosif 
adlandırdılar.  Müharibə  milyonlarla  insana  ölüm  və  çox  sayda  faciələr  gətirdiyi 
kimi,  bu  ata  ilə  qız  arasındakı  münasibətlərə  də  öz  acı  korrektivlərini  etmişdi. 
Stalin  qızından  daha  böyük  məsafədə  uzaqlaşmışdı,  onunla  yalnız  Potsdam 
konfransı  başa  çatdıqdan  sonra,  1945-ci  ilin  avqustunda  görüşəndə,  hələ  üzünü 
görmədiyi  nəvəsi  üç  aylıq  bir  uşaq  idi.  Bu  vaxt  amerikanların  Hirosimaya  atom 
bombası  atması  xəbəri  yayılmışdı  və  belə  ciddi  bir  məsələ  Stalinin  rahatlıq 
tapmayan  ruhunu  həyəcanlandırmamış  qala  bilməzdi.  Doğulan  uşaq  da  ailəni 
möhkəmləndirə  bilmədi  və  üç  il  keçməmiş  körpənin  valideynləri  bir-birindən 
ayrıldılar. 
1949-cu ildə Svetlana yeni ailə qurmalı oldu, atasının razılığı, bəlkə də istəyi 
ilə  Yuri  Jdanova  ərə  getdi.  Onun  atası  Andrey  Jdanov  artıq  ölmüşdü,  lakin  uzun 
müddət  Siyasi  Büroda  Stalinin  yaxın  silahdaşı  olmuş,  ədəbiyyat  aləmində  hay-
küyə səbəb olmuş bədnam ifşa tədbirlərinin təşəbbüsçüsü kimi çıxış etmişdi. Lakin 
“xalqların  atasının”  öz  inkvizitor  “cəngavərinə”  və  onun  oğluna  xoş  münasibəti 
olduğu kimi qalırdı. 
Svetlananın  övladları  da  analarının  taleyinə  müəyyən  ölçüdə  şərik  oldular. 
Birinci  ərindən  olan  oğlu  tibb  elmləri  doktoru  dərəcəsi  almış,  kardioloq  kimi 

196 
 
fəaliyyət göstərmiş, anasından üç il əvvəl dünyasını dəyişmişdi. İkinci ərindən olan 
qızı Yekaterina elmi işçi işləmiş, hərbçi zabit əri ilə yaşayır. 
Svetlana  Alliluyeva  1967-ci  ildə  üçüncü  əri  olan  hindli  Braceh  Sinqhi 
vətənində  dəfn  etmək  bəhanəsi  ilə  Hindistana  getmiş,  ora  çatan  kimi  Nyu-
Dehlidəki  ABŞ  səfirliyinə  müraciət  edərək  siyasi  sığınacaq  istəmişdi.  Onun 
ölkədən  getməsinə  o  vaxtlar  SSRİ  Nazirlər  Sovetinin  sədri  A.N.Kosıgin  razılıq 
vermişdi  və  ona  görə  də  “qayıtmayana”  çevrilən  bu  qadının  ünvanına  həmin 
hadisədən sonra o, “mənəvi cəhətdən qeyri-stabil” və “xəstə adam” kimi acı sözlər 
işlətmişdi.  
Svetlana  bir  müddət  İsveçrədə  yaşadı.  Sonra  isə  Birləşmiş  Ştatlarda 
məskunlaşdı. 
Qərbə üz tutmuş Svetlana Alliluyeva elə həmin il çap etdirdiyi “Dostuma 20 
məktub”da  öz  atası  və  Kreml  həyatı  barədəki  xatirələri  ilə  dünya  sensasiyası 
meydana gətirməklə, həm də ABŞ-ın 1962-ci ildəki Kuba raket böhranından sonra 
yeni bir piar qələbəsinə şərait yaratdı. Gur və dolaşıq tərcümeyi-hala malik olan bu 
qadın ümumiyyətlə ədəbi qabiliyyətlərdən məhrum deyildi. Keçirdiyi ağır sınaqlar, 
taleyin  zərbələri  olmasaydı,  o,  bəlkə  də  daha  qiymətli  əsərlərə  imza  atmış  olardı. 
Əlavə üç əsər də yazmışdı, 1969-cu ildə isə onun avtobioqrafik əsəri olan “Yalnız 
bir il” çap edilmişdi. 
Onun  gəncliyini  atası  öz  xarakteri,  həm  də  qüdrəti  hesabına  məhv  etmişdi, 
daim  bu  qızın  həyatına  müdaxilə,  daha  dəqiq  deyilsə,  rəhbərlik  etmişdi.  Xaricdə 
xoşbəxtlik aramaq yoluna düşsə də, Qərbi özü üçün Bibliyadakı Vəd edilən torpaq 
kimi  hesab  etsə  də,  burada  da  o,  azacıq  müvəqqəti  məşhurlaşmaq  dövrünü 
yaşamaqdan  savayı  heç  nəyə  nail  ola  bilmədi.  Həyat  çox  hallarda  onu  əzdiyinə 
görə,  o,özlüyündə  ikili  mövcudluqla  barışmağa  məcbur  olmuşdu.  Onun  tale  yolu 
kimi  mövqeyi  və  hadisələrə  münasibəti  dolanbaclı,  enişli-yoxuşlu  idi.  Xarakteri 
etibarilə  mürəkkəb və  ziddiyyətli  adam  olan  Svetlana  Alliluyeva  müsahibələrində 
də çox vaxt özü-özünə zidd çıxırdı, əvvəllər ifadə etdiklərini sonralar təkzib edirdi. 
Gəncliyindən  avantüralara  meylli  olan  bu  qadın  həyatın  ümumən  mövcud  olan 
çərçivələrinə  məhəl  qoymaq  istəmirdi,  ona  görə  də  uzun  sürən  ömrünə 
baxmayaraq,  yaşayış  tərzinə  görə  onu  çox  erkən  həyatdan  getmiş  Vinsent  van 
Qoqa  bənzətmək  olardı.  Həmin  böyük  rəssam  kimi,  elə  bil  ki,  o  da  daim 
bədbəxtliklər  axtarışında  idi.  Ona  görə  də  onun  qarışıq  yaxmalardan  ibarət  olan 
tabloya bənzəyən həyatını da kədər haləsinə bürünmüş avantüralarla dolu psixoloji 
roman  adlandırmaq  olardı.  Vətənini  tərk  edib,  məskunlaşdığı  ABŞ-ı  nəzərdə 
tutaraq  bəyan  etmişdi  ki,  “Mən  buraya  özümü  realizə  etmək  üçün  gəlmişəm, 
Rusiyada  isə  mənə  uzun  müddət  buna  imkan  verməmişdilər”.  Ahıllar  evindəki 
tənha  sonluğu  onun  bu  axtarışının  nə  qədər  uğurlu  olub-olmadığını  aşkar  şəkildə 
göstərir. 
Qərb  də  onun  həyəcanla  çuğlanmış  könlünü  rahat  edə  bilmirdi.  Burada  da 
onu  əhatə  edənlərin  münasibətinə  heç  cür  dözə  bilmirdi.  Adamlar  ona  “Stalinin 
qızı,  Stalinin  qızı”  dedikdə,  özünün  2007-ci  ildə  jurnflistlərə  müsahibəsində 
söylədiyi kimi, bunu nəzərdə tuturdular ki, o, çiynindən tüfəng asıb, amerikalıları 
güllələməlidir.  Yaxud  da  deyirdilər  ki,  “yox  o  bura  gəlibsə,  amerikan 

197 
 
vətəndaşıdır”.Əlavə edirdi ki, “bu o deməkdir ki, mən başqaları üçün bombayam. 
Yox, mən heç kəsin tərəfində deyiləm. Mən aralıqdayam. Ancaq bu “aralığı” onlar 
başa düşə bilmirlər”. 
Buradan belə bir nəticəyə gəlmək olur ki, atasının dünya şöhrəti daim onun 
üçün  ağır  bir  yükə  çevrilmişdi,  atanın  yoxa  çıxa  bilməyən  irsi  onu  bütün  həyatı 
boyu təqib etdi. Hətta atasının kölgəsindən kənarda yaşamağa yönələn hər bir cəhd 
belə, əbəs canfəşanlıqdan artıq bir şey olmurdu. 
Onun  maliyyə  işləri  də  o  qədər  uğurlu  getmirdi.  Xatirələrinin  ilk  jurnal 
variantını  Hamburqda  nəşr  edilən  “Şpigel”ə  122  min  dollara  satmışdı.  Onun 
qohumu olan Nadejda adlı qadının dediyinə görə, SSRİ-də yaşayan vaxt ölən atası 
qızına vur-tut 30 min manat pul (bu, 1947-ci il məzənnəli pul idi) qoyub getmişdi. 
Vətənini  tərk  etdikdən  sonra  o,  yazıçı  zəhməti  hesabına  qazandıqları  pul  ilə, 
həmçinin vətəndaşlardan  və  təşkilatlardan  daxil olan ianələr hesabına dolanmışdı. 
Bir  vaxtlar  dünyanın  ən  qüdrətli  adamı  sayılan  şəxsin  qızı  artıq  adamların 
göstərdiyi  mərhəmət  payına  möhtac  qalmışdı.  Obyektivlik  xatirinə  onu  da  əlavə 
etməliyik  ki,  belə  bədbəxtliklər  seriyasında  ata  adlanan  kabusun  da  rolu  az 
olmamışdı. Hamlet mərhum atasının kölgəsi ilə intiqama səsləndiyi kimi, Svetlana 
da öz atasına məxsus olan kabusun diqtəsi ilə əzablar uçurumuna sürüklənmişdi. 
Şəxsi ailə həyatını qurmaq hesabına tənhalıqdan uzaqlaşmaq cəhdləri də bir 
fayda vermirdi. Amerikada yenidən, dördüncü dəfə ərə getmiş, ondan ikinci qızını 
doğmuş, nikahdan iki il sonra, 1972-ci ildə boşansa da, ərinin soyadını saxlamaqla 
Lana Piters adı ilə tanınmışdı. Həm də onu heç cür yaxşı ana adlandırmaq olmazdı. 
O, Qərbə üz tutarkən iki uşağını Rusiyada qoyub getmişdi. Övladları onun gedişinə 
heç  də  yaxşı  baxmırdılar.  Buna  görə  də  ana  ilə  övladları  arasında  heç  vaxt 
yaxınlaşma baş vermədi. 
1984-cü  ildə  oğlunun  xahişi  ilə  o,  ikinci  qızı  ilə  birlikdə  Moskvaya 
qayıtmışdı. Qürbət həyatı onun ümidlərini doğrultmayanda, yəqin ki, Vətən həsrəti 
də öz işini görmüşdü, axı doğma məkanı özü ilə harasa aparmaq mümkül deyildir. 
Böyük Fransa İnqilabının yakobinçi liderlərindən biri olan Jorj Dantonun 1794-cü 
ildə İnqilabi Tribunanın hökmü ilə edam edilməsindən bir az əvvəl dediyi “Vətəni 
çəkmənin  altlığında  özünlə  aparmaq  olmaz”  sözləri  Vətəndən  qaçanlara  daha 
tutarlı cavabdır. Öz silahdaşı Maksimilian Robespyerin münasibəti hesabına ölüm 
təhlükəsi ilə üzləşən Dantona dostları Fransanı tərk etməyi  məsləhət gördükdə, o, 
bu  sərt  sözləri  söyləmişdi.  Alliluyevanı  isə  elə  bir  təhlükə  izləmirdi,  vəzifəsində 
möhkəmlənmək üçün özünün də çox fəal iştirak etdiyi repressiyalar dalğasına görə 
Stalini  ifşa  etmək  yolunu  seçən  Xruşşov  da,  bu  qadın  vətəndən  qaçandan  xeyli 
əvvəl ölkə rəhbərliyindən uzaqlaşdırılmışdı. Azadlıq aramaq etirafına gəldikdə isə, 
burada  da qərar  vermək  anında  yəqin  ki,  onun  könlü  xəyal  quşunun  qanadlarında 
uçmuşdu. Böyük filosof Mark Avreli isə göstərirdi ki, həqiqətən yalnız elə adam 
azaddır ki, o, arzu və ehtirasları deyil, yalnız ağılı rəhbər tutsun. 
Vətənə  qayıdışı  sevinclə  qarşılanmış,  ləngliyə  yol  verilmədən  onun  sovet 
vətəndaşlığı  bərpa  edilmişdi.  Az  qala  iyirmi  ilə  yaxın  olan  ayrılıq  ananın  yaşlı 
övladları  ilə  münasibətlərini  korlamamış  deyildi  və  onları  yoluna  qoymaq  heç  də 
asan  məsələ  ola  bilməzdi.  Nə  oğlu,  nə  də  qızı  Yekaterina  ilə  ümumi  dil  tapa 

198 
 
bilmirdi.  Ona  görə  də  atasının  vətəni  olan  Gürcüstana  yollanmağı  qərara  aldı  və 
Tbilisidə Moskvanın göstərişi ilə ona hər cür şərait yaradıldı. Rahat mənzil verildi, 
pul  təminatı  ilə,  xüsusi  təchizat  şəraiti  ilə  əhatə  edildi.  Ona  Nazirlər  Sovetinin 
minik maşını təhkim edilmişdi. Qoridə Stalin muzeyinin binasında bu qadının 60 
illik  yubileyi  qeyd  edildi.  Lakin  Gürcüstanda  da  hakimiyyət  orqanları  və  köhnə 
dostları  ilə  bəzi  problemlər  baş  verirdi.  SSRİ-də  iki  ildən  az  olan  bir  müddət 
yaşadıqdan  sonra  o,  yenidən  xaricə  getmək  barədə  müraciət  etdikdə,  buna 
müqavimət  göstərilmədi  və  ona  ABŞ-a  qayıtmağa  icazə  verildi.  Vətəni  yenidən 
tərk etsə də, SSRİ və ABŞ-ın ikili vətəndaşlığını saxlaya bildi. 
Svetlana  Alliluyeva  kitabında  atası  haqqında,  ölkəsində  baş  verən  müdhiş 
hadisələr  haqqında  bəzi  məşalələrə  özünəməxsus  qaydada  aydınlıq  gətirsə  də, 
bütün incikliklərinə baxmayaraq obyektivlikdən uzaşlaşmaq istəmir. Atası barədə: 
“O, çox sadə insan idi. Çox güclü idi. Çox qəddar idi” demişdi. Bu sözləri o, 2010-
cu  ildə  söyləmişdi.  Həm  də  atasına  bəraət  verirmiş  kimi  qeyd  edirdi  ki,  “onda 
mürəkkəb  olan  heç  nə  yox  idi.  O,  özünü  bizimlə  çox  sadə  aparırdı.  Məni  çox 
sevirdi, istəyirdi ki, mən onunla olum, savadlı marksistə çevrilim”. 
Lakin bu qız atasının hamıya, ən yaxın adamlarına da şübhə ilə yanaşdığını 
sezməmiş deyildi. Ona görə də atası haqqında ən ağır hökmə bərabər olan qaydada 
yazır  ki,  hər  yerdə  o,  düşmənlərini  görürdü:  “Bu  artıq  patologiya  idi, 
düşkünləşməkdən,  təklikdən  əmələ  gələn  təqibolunma  maniyası  idi.  O,  bütün 
dünyaya qarşı son dərəcə amansızlaşmışdı”. 
Atasının  ölüm  səhnəsində  isə  sadə  adamların  səmimiyyətlə  yoğrulmuş 
münasibəti bu qızı çox mütəəssir etmişdi. Bağ evinin xidmətçilərinin hüznlü hisslər 
keçirdiyini gördükdə bu qənaətə gəlmişdi ki, atasının istedadlı təbiətinə valeh olma 
adamların bilavasitə könüllərinə nüfuz etmişdir. Etiraf şəklində onu da əlavə edir 
ki,  hamı  bilirdi  ki,  mən  atama  pis  qız  olmuşam,  atam  da  mənə  pis  ata  olmuşdu. 
Sadə adamların sünilikdən uzaq olan kədərinə gəldikdə, qeyd edir ki, onlar atamın 
nə  dahiliyinə,  nə  fövqəlbəşər  olduğuna  görə  deyil,  yalnız  sadə  insani 
keyfiyyətlərinə  görə  onu  sevir  və  ona  belə  səmimi  qəlbdən  ehtiram  bəsləyirdilər. 
Atasının  az  qala  guşənişin  həyatı  yaşadığını  nümayiş  etdirmək  üçün  bağ  evinin 
olduqca  sadə,  əslində  kasıb,  rahatlıq  üçün  ən  adi  şeylərdən  belə  kasad  olduğunu 
təsvir edir və əlavə edir ki, atası əşyaları sevmirdi, onun məişəti puritan qaydalarını 
xatırladırdı. 
Keşməkeşlərlə  dolu  olan  həyatında  S.Alliluyeva  acı  mənzərələri  andıran 
hadisələrdən  kənar  qaça  bilmirdi.  1992-ci  ildə  müxbirlər  onu  İngiltərənin  ahıllar 
evində  tapmışdılar.  Sonralar  o,  bir  müddət  İsveçrədəki  Müqəddəs  İoann 
monastısında  yaşamışdı.  Uzun  müddət  ərzində  jurnalistlərlə  ünsiyyətə  girməkdən 
imtina  etsə  də,  2008-ci  ildə  “Svetlana  Svetlana  haqqında”  adlanan  45  dəqiqəlik 
filmdə  çəkilməyə  razılıq  vermişdi.  Son  dövrlərdə  isə,  bu  dəfə  Amerika  Birləşmiş 
Ştatlarına məxsus olan ahıllar evində yaşayırdı. 
Svetlana  Alliluyeva  özünün  kitabının  sonunda  günahsız  qurbanlara 
münasibətini  bildirmək  və  təskinlik  xatirinə  yazır  ki,  Xeyir  axırda  qalib  gəlir, 
təəssüf ki, çox hallarda bu, çox gec baş verir. Yer üzünü bəzəməli olan çox sayda 
insanlar  haqsız  olaraq,  mənasızcasına,  həm  də  bunun  nəyə  görə  baş  verdiyi 

199 
 
bilinmədən  həlak  olurlar.  İnqilabın  bu  erkən  cəngavərləri  neçə-neçə  romantik 
idealizmi  qəbirə  apardılar,  onlar  inqilabın  trubadurları,  kor  olmuş  mücahidləri, 
şəhidləri  idilər.  Milyonlarla  mənasız  qurbanlar,  həyatdan  vaxtsız  getmiş  minlərlə 
istedadlar,  söndürülmüş  zəka  çıraqları  əvəzi  ödənilməyən  itkilərdir.  Yaxşı  olardı 
ki,  onlar  həyatdan  vaxtsız  getməyəydilər,  yer  üzərində  yaşayaydılar  ki,  insanlara 
xidmət  etsinlər.  Onu  da  qeyd  etməyi  lazım  bilir  ki,  tarixin  məhkəməsi  sərtdir  və 
qoy  heç  kəs  unutmasın  ki,  Xeyir  əbədidir.  Diktatorların  axıtdıqları  qan  çayları 
yaddaşlardan silinmir. Başqa mayelərdən fərqli olaraq qan yoxa çıxmır, hökmən öz 
izini saxlayır. 
 L.N.Tolstoy  yazırdı  ki,  əlahəzrət  xalq  fatalistdir,  itaətkardır,  dözümlüdür. 
Lakin  qismətə  boyun  əymək  heç  də  əbədi  davam  etmir.  Repressiya  qurbanlarının 
nalə çəkən ruhu, səssiz harayı bunu daim yada salır. 
Svetlana Alliluyeva qandallardan xilas olmaq sorağında Qərbə üz tutmuşdu, 
buna  nail  olub-olmadığını  özü  daha  yaxşı  bilirdi.  Lakin  çox  şeylərin  şahidi  ola 
bildi. Atasının qurduğu nəhəng dövlət də iflasa uğradı, məhv oldu. Dünyanın ikinci 
fövqəldövləti  bir  müddət  aqoniyasını  yaşadıqdan  sonra,  tarixin  mənsubluğuna 
yollandı.  Stalinin  qızı  da  öz  həyatının  qürub  illərinin  başlandığını  hiss  etməmiş 
deyildi  və  son  nəfəsi  ilə  bu  ağrılı  dövrə  yekun  vurdu.  İnsanlar  üçün  isə  Günəşin 
çıxması,  bəşər  övladının  xoşbəxtliyə  can  atmaq  sahəsindəki  sönməz  eşqi  əvvəlki 
tək  davam  edəcəkdir.  Qoy,  sevinc  hissi  yaradan  və  qəlbləri  oxşayan  qövsi-qüzeh 
rəngarəngliyi xəyalən də olsa adamları ovundursun, özünü realizə etmək istəyi isə 
heç kəs üçün bütün arzuların gömüldüyü, uğurlu gələcəyi udmaq təhlükəsi yaradan 
dəhşətli uçurumun yaranmasına gətirib çıxarmasın. 
İndi bu qadının cəsədi naməlum bir qəbirdə uyuyacaqdır, burada ömrü boyu 
axtardığı  sakitliyi  yəqin  ki,  onun  ruhu  tapacaqdır.  Epitafiyada  nə  yazışmasından 
asılı olmayaraq, qəbir daşı üzərində “Stalin” sözünün olmaması daha yaxşı olardı. 
Axı hələ cavanlığında o, bu doğma addan imtina etmişdi, indi isə hətta tövbəyə də 
vaxt qalmamışdır. Valideyni seçmək mümkün olmadığı həqiqətinə bələd olan bir 
insan həyatında sığınmaq üçün çox imkanlar axtarmışdı, amma daim “sınıq təknə” 
yanında qaldığının şahidi olmuşdu. Sərgərdanın odisseyası səfil həyatını andırır və 
müvafiq  sonluqla  başa  çatır.  Beləsini  qınamağa  da  ehtiyac  yoxdur.  Qartal  balası 
böyüdükdən  sonra  mutasiyanın  nəticəsi  kimi  uça  bilmirsə,  öz  növünə  bənzəmir, 
sürünənlər  kimi  hərəkət  edir,  bu  vaxt  özünü  qorumaqda  ona  heç  mimikriya  da 
kömək edə bilmir. 
 “525-ci qəzet”. 3.12.2011. 
 
 
 
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü 
(Conatan Blekin «Dünyanın gizli tarixi» kitabı barədə qeydlər) 
 
Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin