Telman orucov


“525-ci qəzet”. 20.09.-4,11,18,25-10.-01.2008



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
“525-ci qəzet”. 20.09.-4,11,18,25-10.-01.2008 
 
 
Orta əsrlər Yaponiyasına səyahət  
 
Yaponiya  elə  bir  cazibədar  ölkədir  ki,  onun  bu  günkü  özünəməxsus 
gözəlliklərini görmək, bir qədər fərqli sivilizasiyasını dərk etmək, son yarım əsrdə 
qazandığı nailiyyətləri ilə tanış olmaq nə qədər maraq kəsb edirsə, keçmişinə nüfuz 
etmək, yüz illər bundan əvvəl mövcud olan həyat fəlsəfəsini, mənəvi prinsiplərini, 
ümumiyyətlə mədəniyyətini öyrənmək də bu ölkəyə ən azı hörmətlə yanaşan adam 
üçün heç də az əhəmiyyət kəsb etmir. 
Sakit okean  adalarında  yerləşən  həmin  ölkə ilə  tanışlığımız  müxtəlif  siyasi 
səbəblər ucbatından  əslində  fraqmentar xarakter  daşımış, qədim  tarixə  malik  olan 
yaponlar  barədə  təsadüfən  ələ  düşən  materiallardan  istifadə  etməklə  maraq 
yanğımızı  az-çox  söndürməyə  çalışmışıq.  Sistematik  və  obyektiv  biliklər 
qazanmaq  üçün  tutarlı  mənbələrə  malik  olmadığımızdan,  nisbətən  az  sayda  olan 
məlumatlarla kifayətlənməli olmuşuq. Lakin bu heç də marağın azalmasına səbəb 
olmamış,  öz  həyat  tərzi  ilə  başqa  planeti  andıran  ölkəyə  dərindən  nüfuz  etmək 
ehtiyacı  daha  da  güclənmişdir.  Rus  dilinin  köməyi  ilə  Yaponiya  ilə  belə  ardıcıl 
xarakter daşımayan tanışlıq mövcud olduğu dövrdə ondan bəhs edən hər kitabı və 
ya  məqaləni  acgözlüklə  oxuyurduq.  Rus  yazıçısı  İvan  Aleksandroviç  Qonçarov 
1852-ci  ildə  Sankt-Peterburqdan  gəmi  ilə  yola  düşərək  Yaponiyaya  gəlib  çıxmış, 
yol  qeydlərini  üzdüyü  gəminin  adına  müvafiq  olaraq  «Pallada  freqatı»  adlı 
kitabında  təsvir  etmişdi.  Ölkə  müəllifdə  nə  qədər  böyük  təəssürat  yaratsa  da 
səyahətçinin  xatirələri  səthi  müşahidə  xarakteri  daşıyırdı,  bu  yad  diyara  onun 

90 
 
lazımınca nüfuz edə bilmədiyini göstərirdi. XX əsrin 70-80-ci illərində bir-birinin 
ardınca  Vsevolod  Ovçinnikovun  «Sakura  budağı»,  məşhur  televiziya  jurnalisti 
Vladimir  Tsvetovun  «Ryoandzi  bağı»  əsərləri  çapdan  çıxdı,  onlar  kütləvi 
oxucunun Yaponiya barədə maariflənməsinə kömək etməklə yanaşı, ölkə haqqında 
həqiqətə daha yaxın olan biliklər almağa şərait yaratdı. Yaponist alimlərin əsərləri 
isə sırf elmi xarakter daşıdığından elə bir populyarlıq qazana bilmirdi. 
Bəzi müəlliflər isə ideoloji cəhətləri əsas götürərək, əsərlərini oxucu üçün az 
əhəmiyyət daşıyan məsələlərə həsr edirdilər. Konstantin Simonov 1946-cı ildə bir 
neçə  ay  ərzində  Yaponiyada  ezamiyyətdə  olmuş,  kitabını  ölkəyə,  xalqa  deyil, 
buradakı mədəniyyətin kiçik bir hissəsini təşkil edən bədii keramika nümunələrinə, 
dulusçuluq  sənətinə  həsr  etmişdi.  Uzun  müddət  hərbi  jurnalist  kimi  müharibənin 
dəhşətlərini  yaxından  müşahidə  edən  yazıçı  yaponlarda  onu  heyrətləndirən  bir 
cəhəti qeyd edir: rusların və digər slavyan xalqlarının nümayəndələrinin, müharibə 
başa  çatanda  aclıqdan  əziyyət  çəkən  almanların  taqətdən  düşən  kimi,  cansız 
göründükləri  ilə  müqayisədə,  bəlkə  də  daha  ağır  bəlalara  düçar  olmuş  yaponların 
görkəmində  dözülməz  həyat  tərzinin  nişanələrini  görmədiyini  qeyd  edir  və  belə 
qənaətə gəlir ki, bu da yəqin ki, onların daim arıq, yığcam bədənə malik olmaları 
ilə əlaqədardır. 
Jurnalist Ovçinnikovun kitabında bu ölkəni özləri üçün fəth etməyi bacarmış 
görkəmli  şəxsiyyətlərin  mülahizələri  verilmişdir  və  bu  rəngarəng  fikirlər  az  qala 
həsr  olunduğu  ölkənin  mənzərələrini  əks  etdirən  rəsmlər  albomuna  bənzəyir. 
Müəllif, tətil etdiklərinə görə dərin şaxtanı tərk etməyən mədənçilərin arvadlarının 
öz ərlərinə həmrəylik naminə onların iş yerlərinə gəlib, bekar dayanmamaq xatirinə 
vaxtlarını  gül  dəsti-ikebana  düzəltməyə  sərf  etdiklərini  yazır.  Burada  iki  cəhət 
diqqəti  cəlb  edir,  həmin  qadınlar  gözəlliyə  sitayiş  etdiklərini  belə  çətin  anda  da 
biruzə  verirlər,  digər  tərəfdən  işsiz  dayanmağı,  vaxtlarını  boş  keçirməyi  özlərinə 
rəva bilmirlər. Tsvetov isə əslində şəhər-muzey xarakteri daşıyan Kiotoda yerləşən 
məşhur  daş  bağını  təsvir  edir.  Tennis  meydançası  boyda  olan  kiçik  bir  ərazidə 
yerləşən  bu  parkda  səthi  hamarlanmış,  dırmıqlanmış  qumda  azacıq  basdırılan  on 
beş  daş  vardır  və  onlar  beş  qrupa  bölünmüşdür.  Onlara  üç  tərəfdən  baxdıqda 
(parkın  bir  tərəfini  divar  kəsir)  yalnız  on  dörd  daş  görünür.  Bu  sadəcə  tapmaca 
deyildir,  yaponların  düşüncə  tərzinə,  onların  fəlsəfi  təfəkkürlərinə  uyğundur. 
Əlbəttə,  avropalılar  mübahisə  edə  bilərlər  ki,  Romadakı  Müqəddəs  Pyotr 
meydanında  böyük  italyan  memarı  və  heykəltaraşı  Bernininin  dühası  ilə 
yaradılmış,  meydanı  əhatəyə  alan  ikitərəfli  yarımdairəvi  sütunlar  sırası  iki  qat 
sutunlardan  ibarətdir  və  meydanın  ortasından  baxdıqda  sütunların  yalnız  biri  – 
qabaqda olanı gözə çarpır. Ryoandzi parkında isə hardan baxsan da daşın elə bil ki, 
biri  öz  real  mövcudluğunu  itirir.  Burada  təsvir  olunan  səhnə  dənizdəki  hansısa 
qayalı  adacığı  andırır.  Bağ  barədəki  təsəvvür  isə  onunla  təmasda  olduqda  birinci 
növbədə  bu  müəmmaya  heyranlığa  əsaslanır.  Üstəlik  burada  sakral  assosiasiya 
yaranır, müqəddəs simvollar poetik düşüncələr əmələ gətirir. Ümumiyyətlə, yapon 
bağ memarlığında daşlara pərəstiş mərkəzi mövqe tutur. 
Yapon  bağları   bizim təsəvvürlərimizdən  kəskin  surətdə  fərqləndiyinə, 
Avropaya  və  Amerikaya  böyük  təsir  göstərdiyinə  görə  daha  ciddi  olan  diqqətdən 

91 
 
kənarda  qalmamalıdır.  Klassik  yapon  bağının  estetikası  bütövlükdə  Çinin  IX-XII 
əsrlərdəki  bağ  sənətindən  yaranmışdır.  Onun  əsasında  isə  klassik  Çin  peyzaj 
rəssamlarının  tablolarını  yaratmaq  məqsədi  dayanır.  Belə  bağın  gözəlliyi  dörd 
elementdən  yaranır,  bunlar  su,  yerin  relyefi,  yaşıl  bitki  və  arxitektura  qaydasında 
tərtibatdır.  Su  gölməçə  şəklində  olmalıdır,  onun  klassik  forması  oval  şəklində 
olmasıdır. Gölməçə elə şəffaf olmalıdır ki, onda sahillə birlikdə adacıq aydın əks 
olunsun. Sahildə isə kiçik köşk və söyüd ağacları vardır. 
Bundan əlavə  sürətlə dağdan aşağı enən və köpüklənən su axını və şəlalələr 
düzədilirdi.  Xüsusilə  qiymətli  cəhət  o  hesab  olunurdu  ki,  bağ  dağ  fonunda 
yerləşsin, oradan təbii və süni şəlalələr tökülsün. Adacıq adətən süni qaydada üst-
üstə  yığılmış  daşların  olduğu  tökmə  təpəcik  şəklində  olurdu.  Belə  təpəciklər 
sahildə də mövcud idi. Klassik orta əsr bağındakı bitkilər sırasına ancaq çiçəklənən 
kollar  və  ağaclar  daxil  idi,  axırıncılar  da  hökmən  həmişəyaşıl,  budaqları  qəribə 
şəkildə  əyilmiş  yapon  şamı  olmalıdı  idi.  Bağda  heç  bir  çiçəyin  olmasına  icazə 
verilmirdi, beləliklə, rəng qamması olduqca kasad və ciddi olurdu – şamların tünd 
yaşıllığı,  sarı  rəngə  çalan  qum,  açıq  su,  mamırla  örtülmüş  boz  daşlar.  Adacıq 
kifayət  qədər  böyük  olsa  onun  özündə,  yaxud  da  sahildə  hökmən  söhbət  köşkü 
olmalı idi ki, buradan şəffaf sudakı əks olunanlara və ya dağdan ağ köpüklə aşağı 
enən su axınına heyranlıqla tamaşa etmək mümkün olsun. 
Belə  bağın  gözəlliyi  əsasən  xəttlərin  məharətlə  seçilməsi  və  bəzən  hətta 
simvolik  harmoniyası  hesabına  meydana  gəlirdi.  Bu  xəttlər  hissələrin  ciddi 
mütənasibliyinə  –  ağacların  düzümünə,  şamın  əyriləndirilmiş  budaqlarına,  qəribə 
formalı  daşlara,  gölməçənin  parlaq  səthinə  əsaslanırdı.  Əlbəttə,  belə bağlar  fasilə 
verməyən  qulluq  tələb  edirdi,  çünki  yerində  bitməmiş  kol,  azacıq  yerindən 
oynamış daş – bütün bunlar həmin xətlərin şərti harmoniyasını poza bilərdi. 
Sonralar  digər  növ  estetikanın  təsiri  altında  yapon  bağlarının  sərt  sadəliyi 
pozulmağa  başladı.  İlk  pozuntu  bu  bağlara  çiçəklənən  ağacların  daxil  olması  idi. 
Axı Yaponiyada çiçəklərə məhəbbət geniş yayılmışdı, yabanı albalının – sakuranın 
çiçəkləməsi demək olar ki, ümummilli bayram hesab olunur. Yaponlar çiçəklənən 
albalıya,  qlisinə,  xrizantemə  baxmaq  üçün  xüsusi  olaraq  parklara  gedirlər  və  bu 
hətta «hanami» - «çiçəklərə baxıb həzz almaq» kimi xüsusi ad qazanmışdır. 
Bütün  bu  «seyr  etmələr»  demokratik  qaydada  şeir  qoşmaqtək,  çox  geniş 
yayılmışdır.  Şeir  qoşmaqla  isə  yaponların  ən  müxtəlif  sosial  zümrələrinin 
nümayəndələri  məşğul  olurlar.  Yaponların  XX  əsrin  əvvəllərində  Kaliforniyaya 
gəlib, orada məskunlaşmasından bəhs edən «Golden hill» - «Qızıl təpə» povestində 
bu xalqın amerikanlardan tam fərqli olan məişət və davranış qaydaları geniş təsvir 
edilməklə  yanaşı,  Yaponiyada  uşaqdan  tutmuş  ahıl  yaşlı  adamlara  qədər  hamının 
şeir yazdığı bildirilir, ölkədə əvvəlcə məhəllələrdə, sonra rayonda, şəhərdə, nəhayət 
bütün  ölkə  üzrə  ümummilli  yarışlar  keçirilir.  Orta  əsrlərdə  üç  sətirli,  on  yeddi 
hecalı  hayku  (və  ya  hokku)  və  renqa  (haykay  poeziyası  da  adlanır)  yazmaq 
xüsusən geniş yayılmışdı. Əgər hayku 5-7-5 hecalarından, üç sətirdən ibarət idisə, 
buna  iki  yeddi  hecalı  sətir  əlavə  olunduqda  onlar  birlikdə  «tanka»  şeir  növünü 
əmələ gətirir. Bu sonluğa ikinci başlanğıc yazılır, bu başlanğıcın isə özünün sonu 
olur. Beləliklə, bu zəncirdə hər başlanğıc iki sonluğa, hər sonluq isə iki başlanğıca 

92 
 
malikdir.  Bu  zəncir  də  renqa  adlanır.  Şeirə  ümumi  vurğunluq  sərgərdan  poeziya 
müəllimlərini meydana gətirmişdi, onlar şəhərdən şəhərə, kənddən kəndə keçib öz 
müştərilərinə hayku yazmağı öyrədirdilər, buna görə haqq alır və ya sadəcə olaraq 
daldalanmağa yer və qida əldə edirdilər. 
Assosiasiya 
və 
simvolizm yapon bağının 
yaranmasında 
və 
qiymətləndirilməsində  başlıca  rol  oynayır.  Landşaftın  miqyasının  bağ  ölçüsü 
səviyyəsində kiçildilməsi məntiqi olaraq elə bir nöqtəyə gətirib çıxardı ki, bu vaxt 
məcməilərdə  miniatür  bağlar  düzəldilməyə  başlandı.  Onlar  bir  kvadrat  fut  ölçüdə 
olmaqla torpaq üzərindəki bağlar kimi gölməçələrdən, su axınlarından, adalardan, 
təpələrdən,  körpülərdən,  bağ  evlərindən  və  real  ağaclardan  ibarətdir.  Bu  ağaclar 
inadkarlıqla  nəzərdə  tutulan  ölçülərdə  becərilir.  Bu  kiçik,  səyyar  bağlar  Şərq 
bağçılığının  rəsm  ənənəsindəki  xüsusiyyətini  əks  etdirir.  Yapon bağları  Qərbə də 
öz nəcib təsirini göstərmişdir, xüsusən Birləşmiş Ştatlarda onlar geniş yayılmışdır. 
Xarakterik  yapon  üslubuna  iki  növ  –  Mücərrəd  bağlar  və  çay  bağları 
daxildir.  Mücərrəd  bağın  ən  məşhur  nümunəsi  yuxarıda  söhbət  açdığımız 
Kiotodakı Ryoandzi (ingilislər Ryoanci kimi tələffüz edirlər) bağıdır. 
Kiotodakı qeyri-adiliyinə görə məşhur olan bağlardan biri də Mamır bağıdır. 
Alçaq çəpər arxasındakı bu ərazidə mamırların məxmər səltənəti uzanır. Buradakı 
iti  ucları  olan  daşlar  mamırla  örtülmüşdür.  Günəşin  şəfəqləri  altında  bu  mənzərə 
gah qara, gah yaşıl görünür. Bağın ərazisində kiçik çay evləri vardır. Buranı seyr 
etməyə  gəlmiş  adamlar  bağın  gözəlliyindən  həzz  almaqla  yanaşı,  yorulduqda 
onlarda istirahət edirlər. 
Bütün  bunlardan sonra  belə  qənaətə  gəlmək  mümkündür ki, yapon dünyası 
musiqini  dərk  etmək  kimidir.  Yapon  poeziyası  özlüyündə  bir  rəngkarıqdırsa, 
rəngkarlıq bu poeziyadır. 
Yapon  ədəbiyyatına  marağa  gəldikdə  sonralar  onun  daha  mükəmməl 
nümunələri ilə tanışlıq imkanı yarandı. XVII əsrdə yaşayıb-yaratmış məşhur yapon 
şairi  Matsuo  Basyo  hayku  üslubunun  ustası  hesab  olunur.  O,  öz  məktəbini 
yaratmış,  sonra  isə  guşənişin  həyat  tərzinə  keçmişdi.  Zen  Buddizmin  təsirinə 
məruz  qalan  şair,  sonralar  uzun  müddətli  səyahətə  çıxmış  və  bu  səfərlərini  təsvir 
edən  şeir  kitabını  yazmışdı.  «Şimalın  içərilərinə  doğru  dar  yol»  adlanan  bu  kitab 
1689-cu ildə çap olunmaqla poetik nəsrin və haykunun qarışığından ibarət idi. O, 
təbiətin  hər  xırda  varlığından,  nişanəsindən  ilham  alırdı.  O,  təxəllüsü  «Basyo» 
sözünü də həyətində əkdiyi  banan  ağacının  ana  dilində olan  adından götürmüşdü. 
Buludların  parıltısı,  bambukun  titrəməsi,  sərçələrin  cikkiltisi,  küçədən  keçən 
adamların sifəti – bütün gündəlik xırda şeylərdən o, həzz almaq imkanı tapa bilirdi. 
Lakin əhəmiyyətsiz şeyləri sevmək üçün xırda məsələrə görə də iztirab çəkməlisən. 
Onun zahirən bəlkə də primitiv görünən məşhur bir haykusunda deyilir:  
Köhnə gölməçə 
Tullandı qurbağa  – 
Suda şappıltı.  
Bu haykuda   dərin  məna,  təbiətin  gözəlliyinin  kvintessenssiyası,  şairin 
könlünün  və  ətraf  dünyanın  sakitliyi  və  harmoniyası  çox  qısa  şəkildə  əks 
olunmuşdur. 

93 
 
Bağdakı köhnə  gölməçəyə hoppanan qurbağa yüzillik kədəri dağıtdı. Yazıçı 
Akutaqava Basyonun bu kiçik şeirinin fəlsəfi məzmununu çox ustalıqla açıb təhlil 
edir. Axı nəzərə almaq lazımdır ki, köhnə gölmçədən tullanan qurbağanın özü də 
yüzillik  kədərə  malikdir.  Deməli,  istənilən  baxışda  Basyonun  özünün  də  həyatı 
həm  də  iztirablar  həyatı  idi.  Gülümsəyərək  həzz  almaq  üçün  gülümsəyərək  də 
iztirab keçirmək lazımdır. 
Yapon  poeziya   nümunələrinin hamısı  müəyyən fəlsəfi   yükə  malikdir.  Ona 
görə  də  burada  bədii  söz  təkcə  fiziki  ölçülərdə  çərçivəyə  salınmaqla 
kifayətlənməyib,  həm  də  həyatı,  təbiət  hadisələrini  anlamağa,  dərk  etməyə,  izah 
etməyə  kömək  edən  məna  yükünü  daşımalıdır.  Yapon  şeiri  təzadların  təsvirindən 
ibarət olmaqla hər bir kəpənəkdə, hər bir yarpaqda əks olunan kosmosun sirrlərinə 
bələd olmağa cəhd göstərmək yoludur. 
Akutaqava Ryunoskenin novellaları insan talelərinin tədqiqinə həsr olunmuş 
kiçik  həcmli,  ancaq  böyük  bədii  dəyərə  malik  olan  yazılardır.  Nobel  mükafatı 
laureatı  KavabataYasunarinin  Kioto  həyatından  bəhs  edən  povestləri,  xüsusən 
«Köhnə  paytaxt»  əsəri  şəhər  həyatının  keşməkeşli  reallıqlarını  göz  önündə 
canlandırırdı. 
«Meydzin» romanında isə milli Qo oyununun məşhur ustasının ölümundən 
əvvəl  öz  peşəsinə  sədaqəti,  axırıncı  oyunu  ilə  əlaqədar  keçirdiyi  hisslər  təsvir 
edilir.  «Dağ  ölkəsi»  adlı  romanında  isə  paytaxtdan  əyalətə  gəlmiş  adamın  tanış 
olduğu iki qadının tənhalıqdan qaçmaq üçün etdiyi əbəs cəhdlər və onlardan birinin 
– geyşanın yanan evin balkonundan yıxılıb ölməsi hadisəsi qələmə alınmışdır. 
Digər  Nobel mükafatı  laureatı  Kendzaburo  Oenin  «Məni könlümə  qədər su 
ilə islatdılar» romanında oğlu ilə birlikdə zahidlik həyatına qurşanmaq istəyən yaşlı 
adamın  maqnitafonda  yazılmış  quş  səslərini  dinləməkdən  həzz  alması  göstərilir. 
Bu yolla o, özünü xilas etməyə çalışırdı. Bunu müəllif səkkiz ayaqlı ilbizin özünü 
yeməsi  ilə  müqayisə  edir.  Onun  ayaqları  xarici  qüvvə  tərəfindən  kəsildikdə 
yenidən böyüdüyü halda, özü özünü yedikdə bərpa olunmur. 
Matsumoto  Seytenin  «Torpaq-səhra»  əsərində  cavan  qızın  portretini  çəkən 
rəssamın qəflətən özünü öldürməsi nəql olunur. 
 «Narayama  əfsanəsi»  adlı  qəmli  bir  hekayədə  isə  aclıqdan  əziyyət  çəkən 
ailələrin yeyən ağızların sayını azaltmaq naminə öz qoca anasını belində aparıb dağ 
üstündə  ölmək  üçün  tənha  qoyan  oğulun  ağır  düşüncələri  təsvir  edilir.  Əsərdəki 
qəm, kədər səhnələri oxucunun da laqeyd qalmasına imkan vermir. 
Yaponların hətta  detektiv janrında yazılan əsərlərində təsirli bir səmimiyyət, 
dərdin  yaratdığı  hisslər  olduqca  canlı  təsvir  edilməklə,  janrın  xüsusiyyətlərini  də 
arxada qoya bilir. Ona görə də bu əsərlər bədbəxt insanların taleyinə həsr olunmuş 
elegiyanı  xatırladır.  «Həsir  şlyapa»  əsərində  zənci  amerikan  əsgərinin  müharibə 
başa  çatdıqdan  sonra  yapon  qızı  ilə  intim  yaxınlığından  doğulan  uşağın  bədbəxt 
taleyi  təsvir  olunur.  Əsgər  vətəninə  dönərkən  yapon  qızı  onunla  getmək  istəmir, 
qara  uşağı  da  saxlamaqdan  vaz  keçdiyindən  bu  balaca  yeni  məkana  köçsə  də, 
anasını unutmur. Qəza nəticəsində ölən atanın vəsiyyətinə əməl edərək, o, anasını 
axtarıb tapmaq üçün Yaponiyaya gəlir və burada bədbəxtliklər seriyası davam edir. 
Detektiv  əsərə  xas  olan  cinayətlərin  törənməsi  və  onların  açılması  fonunda  bu 

94 
 
bədbəxt  ailənin  faciəli  taleyi  elə  təsiredici  qaydada  təsvir  olunur  ki,  hadisələrin 
detektiv xətti arxa planda qalır. 
Müasir yapon   nəsri köhnə  ənənələrin  təsiri  altında  bütünlüklə  qalmasa  da, 
bu əsərlərdə məhz doğma xalqa xas olan ruh, cəmiyyətin problemlərinin hərtərəfli 
təhlili, psixoloji analiz aparıcı rol oynayır. Ədəbiyyatın başlıca ifadə vasitəsi olan 
metaforalar yapon nəsrində çox güclüdür, dəqiq tapılmış təşbihlər isə yalnız bədii 
təsir gücünün xeyli artmasına kömək edir. 
Bir  vaxtlar oxucular  arasında  çox populyar  olan  Abe  Kobonun  «Qumlarda 
yaşayan qadın» romanı sürrealist aləmin dəhşətlərini, insanın azadlıqdan məhrum 
edilib,  cansıxıcı  və  məhvedici  məkana  məhkum  edilməsi,  belə  şəraitə  düşmüş 
adamların  iztirablarını  tükürpədici  səhnələrlə  canlandırır.  Əsərdə  realizmlə 
fantastika aləminin elementlərinin vəhdəti qeyri-adi təsir gücünə yiyələnir. 
Yaponiyanın  tarixi,  dünyaya  açılması,  daha  doğru  deyilsə,  yaponların 
dünyanı  özləri  üçün  açması  barədəki  kitablar  bu  ölkənin  və  xalqın  keçdiyi  yol 
barədə geniş  məlumat  verir. Uzun  müddət  ərzində  ətraf dünyadan  təcrid  olunmuş 
qaydada  yaşamağa  üstünlük  verən  yaponlar,  hələ  qədim  zamandan  öz 
sivilizasiyalarını yaratmışdılar. Onların seçdiyi izolyasiya yolunun mənfi cəhətləri 
ilə  yanaşı,  müsbət  tərəfi  ondan  ibarətdir  ki,  bu  sivilizasiya,  həmin  xalqın 
mədəniyyəti  demək  olar  ki,  yad  təsirlərə  məruz  qalmadan  öz  bakirə  təmizliyini 
qoruyub saxlaya bilmişdi. Xalqın əxlaq prinsiplərinin formalaşmasında və qorunub 
saxlanmasında  təcrid  olunma  şəklində  yaşamaq  olduqca  böyük  rol  oynayır,  bu 
sahədə qədim yaponlar adını belə eşitmədikləri Sparta çarı və bu ölkənin ilk qanun 
yaradıcısı  olan  Likurqun  təlimlərinə  spartalılardan  da  artıq  dərəcədə  əməl 
etmişdilər. 
Əlbəttə,  bu  işdə  ölkənin  adalarda  yerləşməsi  də  az  rol  oynamamışdı. 
Yaponlar qonşuluqdakı materikdə yaşayan çinlilərin mədəniyyətindən çox şeyi əxz 
etmişdilər, lakin onlar sadəcə təqlidçi kimi deyil, götürdükləri hər şeyə yaradıcılıq, 
özününküləşdirmə 
prizmasından 
yanaşaraq, 
onları 
xeyli 
dəyişdirərək 
doğmalaşdırmışdılar. Bu xalq qonşuluqda yerləşən Koreyanın və Çinin ərazilərini 
işğal  etmək  üçün  müharibələr  aparsa  da,  özü  heç  vaxt  real  cizgilər  almağa 
müvəffəq olan təcavüz həmlələrinə məruz qalmamışdı. Yalnız 1274-cü və 1281-ci 
illərdə  Çində  öz  sülaləsini  yaradan  Monqol  xanı  Xubilay  xan  Yaponiyanı  işğal 
etməyə cəhd göstərsə də, hər iki dəfə uğursuzluğa uğramışdı. Monqol işğalçılarının 
təhlükəsindən qurtulmaqda yaponlara «İlahi Külək» - «Kamikadze» adlandırdıqları 
tayfun  xeyli  köməklik  göstərmiş,  monqolların  nəhəng  donanmalarını  darmadağın 
etmişdi.  Lakin  bu  o  demək  deyildir  ki,  yapon  qan  tökülməsini,  müharibələrin  nə 
olduğunu  bilmirdi,  ölkədə  iri  torpaq  sahibləri  olan  daymyolar  bir-birinə  elə 
etimadsızlıqla,  elə  düşmənçiliklə  yanaşırdılar  ki,  əhali  xarici  düşməndən 
qorxmadığı halda öz həmvətənlərindən qorxurdu. 
Yaponlar yalnız  tarixdə ilk  dəfə  1945-ci  ildə  yadelli  xalqlar  tərəfindən 
məğlubiyyətə  uğramışdı.  İkinci  Dünya  müharibəsində  Asiyanın  xeyli  hissəsinə 
hökmranlıq  etmək  eşqinə  düşən  yapon  militarizmi  müharibənin  Sakit  okean 
teatrında Birləşmiş Ştatların ağır zərbəsinə məruz qalmış və Yaponiya qeyd-şərtsiz 
sülh  müqaviləsini  imzalamağa  məcbur  edilmişdi.  Müharibə  həm  də  imperator 

95 
 
Hirohitonun özünün mifik ilahiliyindən imtina etməsi ilə nəticələndi. Müharibədən 
sonra  ABŞ-ın  göstərdiyi  maddi  və  siyasi  yardım  hesabına  Yaponiya  dövləti 
dirçəlməyə  başladı,  onun  yeni  konstitusiyası  ölkədə  demokratik  cəmiyyət 
qurulmasına  yol  açdı.  Müharibənin  yaralarını  qısa  müddətdə  sağaltdıqdan  sonra, 
Yaponiya böyük inkişaf və tərəqqi yoluna qədəm basdı, 1960-cı illərdə isə ölkənin 
sənayesinin  nəhəng  inkişaf  sürətinə  qiymətdən  yaranan  «yapon  möcüzəsi» 
barədəki həqiqətə tam uyğun olan ideya bütün dünyaya yayıldı. 
Yaponiyanın  tarixinin   öyrənilməsi  ölkədə  Meyci  bərpasına  qədər  altı  əsr 
ərzində hakimiyyəti ələ keçirmiş şoqunat üsul-idarəsinə də marağı artırır. Balzakın 
sözlərinə istinad edərək demək olar ki, bəzən bədii əsərlər öz təsvir gücü ilə neçə-
neçə  tarixi  kitabları  kölgədə  qoyub,  tədqiq  olunan,  daha  doğrusu,  təsvir  olunan 
dövr  haqqında  oxucuya  daha  əhatəli  məlumat  verə  bilir.  Bu  nöqteyi  nəzərdən 
mərhum  amerikan  yazıçısı  Ceyms  Klavellin  «Şoqun»  romanı  (rus  dilində 
«syoqun»  kimi  səslənir)  1600-cü  ildə  Yaponiyada  baş  vermiş  hadisələri 
canlandırmaqla,  təsadüfən  bu  ölkəyə  düşmüş  ingilis  dənizçisinin  macəraları 
əsasında  insan  talelərini,  hakimiyyət  uğrunda  gedən  ölüm-dirim  mübarizəsini, 
coşan  ehtirasları  təsvir  edir.  Ölkədə  daymyolar  arasında  addımbaşı  çıxan 
münaqişələrə  samurayların  cəlb  edilməsi,  hakimiyyət  uğrunda  arası  kəsilməyən 
toqquşmalar  daim,  müasir  dillə  desək,  elektrikləşdirilmiş  mühit  yaradır.  Bunların 
fonunda müəllif ölkədə hakim kəsilən İerarxiya qaydalarını və prinsiplərini təsirli 
səhnələrlə açıb göstərir. 
Həmin  əsər  əsasında  1980-ci  ildə  Hollivudda  yazıçının  öz  prodüserliyi  ilə 
eyni adlı film çəkilmişdi və filmdə məşhur amerikan aktyoru Riçard Çemberlenlə 
birlikdə  tanınmış  yapon  sənətkarları  da  iştirak  edirdi.  Öz  növbəsində  yaponlar 
filmdə nümayiş etdirilən orta əsr mühitinin yaradılması üçün lazım gələn hər şeyi 
etmişdilər.  Ona  görə  də  çoxseriyalı  film  də  olduqca  maraqlı  alınmışdı.  Bu 
yaxınlarda  fransız  kanalında  nümayiş  etdirilən  bu  ekran  əsərini  ikinci  dəfə 
gördükdə  kitabı  oxumaq  həvəsim  artdı  və  yalnız  İnternetin  köməyi  ilə  onunla 
orijinalda tanış olmaq imkanı qazandım. 
Bundan əvvəl  
mən həmin yazıçının «Tay-Pen. 
Honkonq 
haqqında 
roman»ını oxumuşdum. Kitabda Tiryək müharibəsindən sonra Çin imperatorunun 
Honkonq  buxtasının  ingilislərə  verməsi  və  bu  liman  şəhərinin  yaranıb,  inkişaf 
etməsi  geniş  təsvir  olunur.  Bu  cəhət  də  müəllifin  başqa  əsərinə  marağımı  artıran 
amilə çevrilmişdi. 
Yeni kitab  isə  XVII  əsrin  əvvəlindəki  Yaponiya  barədə  geniş  məlumat 
verməklə,  əslində  bu  ölkə  həyatının  rəngarəng  panoramını  yaratmağa  müvəffəq 
olmuşdur. 
Əsərin qəhrəmanı, «Erazm» adlı holland gəmisində şturman işləyən və uzun 
müddət  okeanlarda  üzdüyündən  sifəti  köhnə  palıd  rəngində  olan  ingillis  Con 
Bləksorn  naməlum  ölkəyə  gəlib  düşdükdən  sonra,  onun  həyatla  ölüm  arasındakı 
ardı  kəsilməyən  mübarizəsi  daha  real  cizgilər  almağa  başlayır.  Onlar  Atlantik 
okeanında  üzərkən  ölümcül  təhlükə  gözlədikləri  ispan  gəmilərinin  hücumundan 
qorunmaq  üçün  Magellan  boğazından  keçib,  Sakit  okeanla  Honsyu  adasındakı 
daymyo  Toronaqanın  paytaxtı  olan  Edo  şəhərindən  yüz  mil  aralıda  olan  Anciro 

96 
 
buxtasına  gəlib  çıxmışdılar.  Holland  gəmisinin  heyəti  ticarət  yolu  ilə  qızıl  əldə 
etmək,  varlanmaq  məqsədini  güdürdü,  lakin  reallıq  onlara  eybəcər  sifətini 
göstərməyə  başladı.  Sahilə  qədəm  basdıqdan  sonra  əvvəlki  arzularından  əsər-
əlamət də qalmadı, yeganə qayğı həyatlarını qoruyub saxlamaq oldu. Kəndin valisi 
onları  dustaq  kimi  saxladı  ki,  yalnız  kəndin  sahibi  daymyo  Yabudan  göstəriş 
aldıqdan sonra gəmi və onun heyəti haqqında nə etmək lazım olduğunu bilsin. 
Bləksorn yerli adamlarla ünsiyyətdə tərcüməçilik edən portuqaliyalı iezuitin 
də onlara loyallıqdan çox uzaq olan münasibəti ilə üzləşdi. İspanlarla hollandların 
və ingilislərin düşmənçiliyi uzaq yad ölkədə də özünü biruzə vermək imkanı  əldə 
etmişdi.  Bu  vaxt  Portuqaliya  İspaniyanın  tərkibində  olduğundan  və  dünyada 
katolik  dinini  yaymaq  missiyasını  öz  üzərinə  götürən  ambisiyalı  iezuitlərin 
protestant  ingilislərə  və  hollandlara  nifrəti  tərcüməçi  keşişin   timsalında  özünü 
qabarıq  şəkildə  göstərirdi.  Protestant  niderlandlılar  dörd  onillikdən  çox  bir 
müddətdə  katolik  İspaniyasının  ağalığından  xilas  olmaq  üçün  onunla  müharibə 
aparmalı  olmuşdu.  İngilislər  isə  vətənlərini  işğal  etməyə  gəlmiş  məğlubedilməz 
İspan Armadasını biabırçı məğlubiyyətə uğratmış, onlara da yaponlar kimi qasırğa 
çox kömək etmişdi. 
Portuqaliyalı  keşiş  onların  tezliklə  öldürüləcəklərini  bildirdi  və  o,  özü  də 
bunun  reallaşması  üçün  əlindən  gələn  hər  şeyi  etməyə  hazır  idi.  Axı  iezuitlər  bu 
gəmi  heyətini  Yaponiya  ilə  ticarətdəki  inhisarlarına  təhlükə  hesab  edir  və  onları 
dəniz quldurları kimi qələmə verirdilər. 
Hiddətlənən ingilisin keşişin boynundan asılmış xaçı qırıb yerə atması onun 
intiqam hissini daha da gücləndirmişdi. Həm də keşişin hədyanlığına cavab olaraq 
bildirdi  ki,  Hollandiyada  ağalıq  edən  ispan  Alva  bu  ölkə  üçün  bir  vəba  idi  və 
katolik keşişlər özlərini necə qələmə versələr də, o, yaxşı bilir ki, onlar nə Allahın 
qulağına  malik  deyillər,  nə  də  onun  səsi  ilə  danışa  bilməzlər.  Axı  ingilis  öz 
vətənində  də  katolik  dininə  mənsub  olan  kraliça  qanlı  Mariya  Tüdorun 
protestantları təqib və edam etdirməyinə görə biabırçı şöhrət tapdığını yaxşı bilirdi 
və  həmin  vaxt  onun  əri  gələcək  ispan  kralı  Qəddar  Filipp  adlanan  II  Filipp  idi. 
Yalnız  kraliça  Elizabet  taxt-taca  yiyələndikdən  sonra  İngiltərədə  bu  Valpurgiya 
gecəsinə son qoyulmuşdu. 
Yaponlara  gəldikdə,  buddizm onları  tolerantlığa  öyrətsə  də,  onlar  insan 
ömrünə qənim kəsilməyi elə bir ciddi şey hesab etmirdilər. İngilisin sahildə aldığı 
ilk təəssürat onu bu qənaətə gətirib çıxarmışdı. Bu ərazinin sahibi olan daymyonun 
qardaşı  oğlu  və  kəndə  görə  məsuliyyət  daşıyan  Omi-san  barbar  hesab  etdiyi  bu 
adamı qorxutmaq üçün kəndlilərdən birinin ona lazımi səviyyədə baş  əymədiyini 
hiss  etdikdə,  qılıncın  bircə  zərbəsi  ilə  onun  başını  bədənindən  ayırdı.  Öz 
növbəsində  o,  Bləksornu  da  bu  ölkədə  ən  dözülməz  təhqir  sayılan  bir  qaydada 
alçaltdı,  lakin  dənizçi  gözləri  önündə  baş  verən  hadisəni  yadına  salıb,  həm  də 
yoldaşlarının  taleyini  düşünərək  həmin  təhqirə  dözməyi  qərara  aldı.  Axı  o, 
günahsız  bir  adamın  belə  qəddarlıqla  qətlə  yetirilməsini  heç  vaxt  görməmişdi  və 
bunu  heç  ağlına  da  gətirə  bilməzdi.  Yerli  adamların  əhatəsində  piqmeylərin 
yanındakı  nəhəng  kimi  görünən  ingilis  beləliklə,  şəraitə  görə  təhqirlə  barışmalı 
oldu. 

97 
 
Gəmi  heyətinin  başçısı  kimi,  kapitan  ölümcül  xəstə  idi,  həm  də  portuqal 
dilini  bildiyindən ona  nisbətən  yaxşı  münasibət bəsləyirdilər və  onu bir kəndlinin 
evində  ayrıca  yaşamağa  göndərdilər.  Ev  sahibi  ilk  növbədə  ondan  hamam  qəbul 
etməyi tələb etdi, ingilis onun təklifinə əhəmiyyət vermədi, həm də o çox yorğun 
idi, yatmaq  istəyirdi. Yapon  isə təkidlə  bildirdi ki,  əvvəlcə  hamam  qəbul etməklə 
özünü  təmizlə,  yalnız  bundan  sonra  yata  bilərsən.  Əlavə  etdi  ki,  bütün 
portuqaliyalılar kimi səndən də iy gəlir və bir daha ona evindəki hamama girməyi 
əmr  etdi.  Dənizçi  onun  göstərişinə  əməl  etmədikdə  yapon  cudo  və  karate 
qaydasında ona zərbə endirdi. O, huşunu itirib yerə  yıxıldı və sonra ev sahibinin 
göstərişinə əməl etməli oldu. 
Yaponların hamam  qəbul  etməsi  onların  həmçinin  geyzer  fəvvarələrindən 
yaranan  isti  su  gölməçələrində  –  onsendə  çimmək  ənənəsinin  yaranmasına  və 
bunun indiki dövrə qədər gəlib çıxmasına səbəb olmuşdur. 
Yaponun  ona tanış   olmayan qaydada  zərbəsinə  gəldikdə,  1588-ci  ildə 
hakimiyyətdə  olan  şoqun  Yaponiyada  əhali  arasında  silahların çox  yayılmasından 
ehtiyat  edərək,  samuray  olmayan  kəndlilərin  hamısının  silahlarını  müsadirə 
etmişdi.  Həmin  silahlar  samuraylara  və  döyüşçülərə  verildi.  Bu  vaxt  əllərindən 
qılıncları alınmış kəndlilər silahsız döyüş növləri ilə məşğul omlağa başlamışdılar. 
Samuraylar isə üstlərində iki qılınc gəzdirirdilər, bunlardan biri uzun döyüş 
silahı,  ikincisi  isə  gödək  xəncər  idi.  Bundan  əvvəlki  dövrlərdə  isə  samurayların 
silahı ox idi. 
Samurayların   digər imtiyazları da  var  idi,  belə  ki,  yalnız  bu  zümrədən 
olanlar çayın üstündən salınmış körpüdən keçə bilərdilər, kəndlilər isə çayın o biri 
tərəfinə  bərələrdə  keçməli  idilər.  Samuraylar  müharibə  üçün  doğulmuşdular.  Bu 
borc  və  öz  ağalarının  iradəsinə  itaət  olanların  həyatının  mənasını  təşkil  edirdi. 
«Samuray» yapon dilində «xidmət etmək» mənasını verirdi. Sədaqətli samurayları 
o  ailələrdən  seçirdilər  ki,  orada  oğul  öz  valideynlərinə  qayğı  göstərir.  Bunlarla 
yanaşı  digər  qəribə  cəhətlər  də  göstərirdi  ki,  Yaponiya  tam  başqa  bir  dünyadır, 
ikinci kainatdır. 
Bləksornun  hamam  qəbul  etmək  istəməməsi  də  onun  həyat  təcrübəsindən 
gələn  səbəblərlə  bağlı  idi.  Digər  şimal  xalqları  kimi  ingilislər  də  yuyunmaq  üçün 
çimməyi  xəstəlik  mənbəyi  hesab  edirdilər,  axı  şimalın  soyuq  havasında 
çimməkdən  sonra  adama  soyuqdəymə  ehtimalı,  sətəlcəmlə  xəstələnmə  təhlükəsi 
xeyli artırdı. 
Hətta kraliça Elizabetin sarayında işləyən bir məmur yazırdı ki, o, ömründə 
bircə  dəfə  çimmişdir.  Evlənəndə  arvadının  çimdiyini  görüb,  o  da  bunun  sadəcə 
olaraq nə olduğunu bilmək istəmişdi. 
Yapon  da  öz  hərəkətinə  haqq  qazandıra  bilərdi.  Necə  olur  ki,  onun  evində 
yaşayan bir adam ev sahibinin düzgün sayılan istəyinə əməl etməsin. Yaponiyada 
davranış  qaydalarına  əməl  etmək  çox  vacib  sayıldığından  hamı  ehtiyatlı  hərəkət 
etməyə borclu idi. Digər tərəfdən yadellilər barbar sayılmaqla onlara münasibət də 
o  qədər  ürəkaçan  deyildi.  Gəminin  və  onun  göyərtəsində  olan  topların 
müsadirəsindən böyük qazanc və nüfuz əldə edəcəyi gümanı ilə Edodan mülkiyyəti 
olan kəndinə gələn daymyo Yabu da ingilislərin çoxunu mavi gözlərinə görə Siam 

98 
 
pişiklərinə bənzətmişdi. Ümumiyyətlə, yaponlara görə mavi göz və kürən saç İblis 
əlaməti idi. Həm də onlar barbarlara iy vermələrinə və natəmizliklərinə görə nifrət 
edirdilər,  bu  adamların  ət  yemək  adətlərindən,  səfeh  dinlərindən,  cəhalətlərindən 
və  iyrənc  qaydalarından  yaponların  zəhləsi  gedirdi.  Böyük  daymyo  Toranqanın 
yanına gələn qüdrətli düşməni İşido da, balaca oğlan uşağı da Bləksornu ilk dəfə 
burada görəndə ikrahla onu eybəcər adlandırmışdılar. 
Lakin  portuqaliyalılar  Yaponiya  torpağına  qədəm  basa  bilmişdilər  və 
kommersiya  ucbatından  yaponlar  onları  öz  ölkələrinə  buraxmışdılar.  Bu  ölkə  ilə 
qonşuluqda yerləşən Çin onlarla heç bir ticarət aparılmasına icazə vermirdi. 1542-
ci  ildə  ilk  dəfə  buraya  gələn portuqaliyalılar, yaponlarla  çinlilər  arasındakı ticarət 
əlaqələrində  vasitəçi  olmaqla,  bu  əməkdaşlığı  canlandırdılar.  Çin  öz  ipəyini 
gümüşə satırdı. Yaponiya isə bol gümüş ehtiyatlarına malik idi. Həm Çin, həm də 
yapon  dilində  danışmağı  öyrənən  missioner  keşişlər  hesabına  portuqaliyalılar 
onların  arasında vasitəçi  rolunda danışıqlar  aparır, həm  də  tərcüməçilik  edirdilər, 
bunlar  isə  ticarət  aparmaq  üçün  zəruri  şərt  idi.  Portuqaliyalılar  həm  də  yaponları 
muşket və güllə barıtı ilə tanış etmişdilər, bu ölkəyə 20 top və beş min top mərmisi 
gətirmişdilər. 
Xristianlığı   qəbul etmiş çox  sayda  mühüm  daymyolar  və  yüzlərlə  xristian 
yaponlar  Çinlə  sərhəddə  yerləşən  və  ən  cənub  ada  olan  Kyuşuda  yaşayırdılar, 
burada o vaxtkı portuqaliyalıların dörd əsr sonra üzərinə atom bombası atılması ilə 
məşhurlaşan Naqasaki limanı da mövcud idi. Praqmatik xalq olan yaponlar holland 
gəmisinin heyəti barədə də belə qərara gəldilər ki, barbarlar, güman ki, bizim üçün 
ölü  olmaqdansa  diri  kimi  daha  faydalı  olacaqlar.  Axı  gəmidəki  toplar  da 
hakimiyyət  və  nüfuz  uğrunda  gedən  münaqişələrdə  az  əhəmiyyət  kəsb 
etməyəcəkdi.  Zəhərdən,  xəyanətdən  silah  kimi  istifadə  edən  adamlara  daha 
dağıdıcı silaha da sahib olmaq vacib idi. Lakin yaponlar vuruşmağı da bacarırdılar. 
Burada  müharibə  aparmaq  üsulu  demək  olar  ki,  ritual  xarakter  daşıyırdı,  bu  vaxt 
fərdi  əlbəyaxa  mübarizə  gedirdi.  Qılınc  ən  yüksək  hörmətli  silah  hesab  olunurdu. 
Tüfəngdən istifadə qorxaqlıq və şərəfsizlik sayılırdı və bütünlüklə samuray kodeksi 
olan  buşidoya  zidd  idi.  Buşido  isə  «Döyüşçünün  Yolu»  demək  idi,  samurayı 
şərəflə  vuruşmağa,  şərəflə  yaşamağa  və  şərəflə  ölməyə  sövq  edirdi.  Qorxmadan 
ölmək,  hətta  bunda  öz  xidmət  yolunu  aramaq  -  kiminsə  adı  naminə  iftixar  hissi 
keçirmək  və  bu  adın  təhqir  olunmasına  yol  verməmək  idi.  Bəzi  hallarda  harakiri 
adlandırılan  seppuku  öz  qarnını  yarıb  bağırsaqlarını  çölə  tökmək  yolu  ilə  özünə 
sui-qəsd  ritualı  olub,  samuray  üçün  yeganə  yol  hesab  olunurdu.  Biabırçılıq  baş 
verəndə,  günahkar  olanda  və  ya  şərəflə  əlaqədar  səhvə  yol  verəndə  bu  özünü 
cəzalandırma  növü  tətbiq  olunurdu.  Ona  görə  seppuku  yeganə  olaraq  samuray 
kastasının  preroqativi  hesab  olunurdu.  İstər  kişi,  istər  qadın  olmasından  asılı 
olmayaraq  bütün  samuraylar  körpəlikdən  özləri  üçün  bu  aktı  icra  etmək  və  ya 
sekundant kimi mərasimdə iştirak etmək üçün hazırlaşırdılar. Qadınlar seppukunu 
yalnız boğazlarına bıçaq soxmaqla icra edirdilər. 
Şoqun isə Yaponiyada həyatda əldə edilən ən yüksək rütbə hesab olunurdu. 
Şoqun Ali Hərbi Diktator demək idi. Yalnız bir daymyo həmin vaxt bu titula sahib 
ola  bilərdi.  Və  yalnız  İmperial  Əlahəzrəti  –  hakimiyyətdə  olan  İmperator,  Göyün 

99 
 
İlahi Oğlu öz imperial ailəsi ilə Kioto şəhərində təcrid olunmuş qaydada yaşamaqla 
yanaşı, bu titulu verə bilərdi. 
Şoqun  təyin  olunma  mütləq  hakimiyyətə  yiyələnməyə  aparıb  çıxarırdı. 
İmperatorun  möhürü  və  mandatı  ilə  Şoqun  onun  adından  idarə  edirdi.  Bütün 
hakimiyyət  imperatordan  gəlirdi,  çünki  o,  mənşəyini  birbaşa  Allahlardan 
götürürdü. Bununla yanaşı Şoquna müxalif olan hər bir daymyo avtomatik qaydada 
taxt-taca qarşı qiyamda iştirak etmiş kimi qiymətləndirilirdi. Və elə həmin vaxt o, 
sürgün edilir və onun torpaqları müsadirə edilirdi. 
Hökmranlıq edən  İmperatora  ilahi qüvvə kimi  sitayiş   edilirdi,  çünki o,  öz 
mənşəyini  Günəş  İlahəsi  Amaterasu  Omikamidən  qırılmayan  xətt  əsasında 
götürürdü, İzanaqi və İzanami adlı Allahların uşaqlarından biri idi. Onlar Yaponiya 
adalarını göy qübbəsindən əmələ gətirmişdilər. İlahi hüquqa görə hökmranlıq edən 
İmperator  bütün  torpaqların  sahibi  idi  və  ona  heç  bir  şəkkə  yol  vermədən  itaət 
edirdilər. Lakin praktiki olaraq altı əsr ərzində, 1867-1868-ci illər inqilabına qədər 
real  hakimiyyət  taxt-tacdan  kənarda  qalmaqla,  Şoqunlara  məxsus  idi. 
Ümumiyyətlə, hakimiyyət bu ölkədə yeganə vacib şey hesab olunurdu. 
İmperator və bütövlükdə İmperial saray bütünlüklə təcrid olunmuş qaydada 
saxlanırdı, Kiotodakı divarlarla əhatə olunmuş kiçik ərazidə yerləşən, bağları olan 
saraylarda  yaşayırdı.  Onların  ömrünün  çoxu  ehtiyac  içərisində  keçirdi  və 
fəaliyyətləri  isə  yalnız  Yaponiyanın  daimi  animistik  dini  olan  Şintonun  davam 
edən  rituallarını  seyr  etməklə  məhdudlaşırdı.  Əqli  əyləncələrə  gəldikdə  onlar 
kalliqrafiya  ilə,  rəsm  çəkməklə,  fəlsəfə  və  poeziya  ilə  məşğul  olurdular.  Bəzi 
imperatorlar  isə  öz  imzalarını  ərzaq  almağa  dəyişirdilər,  belə  qəribə  barter 
əməliyyatı aparmağa məhkum idilər. Çox vaxt hətta tac qoyulması mərasimi üçün 
də  pul  çatışmırdı.  İmperator  daha  çox  daymyoların  yaratdığı  şəxsə  çevrilirdi. 
Axırıncılar o qədər qüdrətli idilər ki, Kiotonu da fiziki qaydada öz mənsubluqlarına 
keçirə bilərdilər. İmperatorlar Şoqunatın istəyi ilə evlənir, taxt-tacdan əl çəkir və ya 
taxt-taca yüksəlirdilər. 
Beləliklə Şoqun  devrilənə qədər olduqca böyük  qüdrətə sahib olurdu. Lakin 
onlar  da  təhlükəsiz  həyat  yaşamırdılar.  Şoqun  İkaua  Yukkinsin  aşpazlarını  min 
gümüş parçası məbləğindəki rüşvətlə ələ alıb onu zəhərləmişdilər. 
Yaponlar  tez-tez  bədbəxtliklərlə  üzləşməli  olurdular,  zəlzələlər  böyük 
dağıntılarla  və  insan  itkisi  ilə  müşayiət  olunurdu.  Bu  dövrlər  vaxtaşırı  bu  xalqın 
üstünü alırdı, ən qorxulusu aclıq illərinin baş verməsi idi. Ərzaq çox qıt idi, demək 
olar  ki,  hamı  əsgər  idi.  Banditlər  bataqlıq  ağcaqanadı  kimi  çox  olmaqla  əhaliyə 
əziyyət  verirdi.  Kəndlilərin  imtiyazı  isə  balıq  tutmaq,  torpaq  əkib-becərmək, 
məhsulu  yığmaq  və  bir  də  vergi  ödəmək  idi.  Bir  kəndlinin  böyük  qızı  altı  yaşına 
çatanda gözəl  olduğundan  onu  satmaq  üçün  əlverişli  imkan  yaranmışdı. Yaponlar 
üçün  ümumiyyətlə  həyatın  heç  bir  dəyəri  yox  idi.  Tarixi  qanun  belə  idi.  Oğlan 
uşağı on beş yaşına çatanda o, artıq yaşlı və varis hesab olunurdu. 
Yaponiyaya ilk  dəfə gələn yad adamların birinci vəzifəsi buradakı davranış 
qaydalarını öyrənmək idi. Ölkə əhalisi həmişə qaydalara əməl etməyə və nəzakətə 
çox  yüksək  qiymət  verirdi.  Etiketin  böyük  əhəmiyyət  kəsb  etdiyi  bu  ölkədə 
davranışda azacıq ehtiyatsızlıq təhqiramiz hərəkət kimi qəbul oluna bilərdi, bu isə 

100 
 
öz  növbəsində  həyatı  itirməyə  də  aparıb  çıxarırdı.  Onlar  ümumiyyətlə  barbarları 
nəzakət  qaydalarından  xəbəri  olmayan,  qeyri-adi  adamlar  kimi  qəbul  edirdilər, 
xristian  dininin  mənəvi  prinsiplərini  də  bəyənmirdilər.  İisus  Xristin  «Bir-birinizi 
sevin» çağırışına istehza edir, çünki bu normada adamlara borc və şərəf haqqında 
heç  nə  öyrədilmədiyini,  yalnız  sevginin  təbliğ  edildiyini  vurğulayırdılar. 
Xristianların  dini  cərəyanlara  görə  bir-birlərinə  düşmən  kəsildiyindən 
təəccüblənsələr də, özlərindəki buddist sektaları da bir-birilə düşmənçilik edirdilər. 
Daymyo Yabu  qardaşı   oğlu  Omiyə dənizçilərlə  necə  lazım   bilirsə  elə 
davranmağa  icazə  verdikdən  sonra  ona  həvalə  etdi  ki,  onlardan  faydalı  bir  şey 
öyrənə  bilsə,  məlumatı  ona  çatdırsın.  Beləliklə,  Bləksorn  kənddə  digər 
yoldaşlarından  ayrı  məskunlaşdırıldı.  Onun  müşahidə  imkanları  daha  böyük  idi, 
çünki  ona  kənddə  sərbəst  gəzməyə  icazə  vermişdilər.  Samurayların  özlərini  necə 
apardığını  gördükdən  sonra  belə  qənaətə  gəldi  ki,  xidmət  onların  borcudur,  borc 
özü samuray  deməkdir, Samuray-ölməzdir. Onu  təəccübləndirən xüsusiyyətlərdən 
biri,  burada  heç  bir  zəncirin,  qandalın  və  heç  bir  qulun  olmaması  idi.  Qərblilər 
Şərqi  nə  qədər  qəddar  adamlar  məskəni  kimi  qələmə  verməyə  çalışsalar  da, 
tarixçilər  sübut  etmişlər  ki,  Şərq  ölkələrində  quldarlıq  ötəri  xarakter  daşıyırdı, 
inkişaf etməmişdi, hətta iri imperiya olan Çinin özündə də çox az sayda qul var idi. 
Avropada  isə  quldarlıq  qədim  tarixə  malik  idi.  XVII  əsrdən  başlayaraq  isə  qul 
ticarəti  Afrika  zəncilərinin  Amerikaya  daşınması  hesabına  yeni  vüsət  aldı,  həmin 
biabırçı ticarət və quldarlıq praktikası yeni tarixin ən qara səhifələrindən biri hesab 
olunur. 
Lakin adamlara qarşı haqsızlıq, zorakılıq bu ölkədə öz xüsusiyyətlərinə, öz 
standartlarına  malik  idi.  Yaponiyada  ən  aşağı  dərəcəli  samuray  belə,  istənilən 
samuray  olmayan  adamı,  kişi,  qadın  və  uşaq  olmasından  asılı  olmayaraq  öldürə 
bilərdi.  Bu  vaxt  hansısa  səbəb  ola  da,  olmaya  da  bilərdi.  Bütövlükdə  samuraylar 
hindlilər  kimi  kastalara  bölünürdü.  Samuray  yüksəkdə  dayanırdı,  kəndlilər  isə 
mühümlük  ierarxiyasında  sonrakı  pillədə  idi.   Yalnız  kəndlilər  torpağa  sahib  ola 
bilərdi.  Lakin  samuraylar  istehsal  edilən  məhsulun  hamısına  sahib  olurdu.  Onlar 
düyünün bir hissəsini kəndlilərə geri qaytarırdılar. Yalnız samuraya əvvəllər icazə 
verilirdi ki, özü ilə ox gəzdirsin. Sonra onu əvəz edən qılınc samurayın ruhu, könlü 
idi, onu yaddan çıxarsa və ya itirsə o, heç vaxt bağışlanmazdı. 
Yaponların  qidalanması  da  avropalılarınınkından  tam  fərqli  idi.  Onların 
hamısı çiy balıq, şirin sirkədə saxlanmış çiy tərəvəz yeyirdilər. 
Yaponlar  indi  də  dəniz  məhsullarına  başqa  xalqlara  nisbətən  üstünlük 
verirlər.  Dünyada  yapon  restoranlarında  və  öz  adı  altında  yayılan  xüsusi  barlarda 
çox  satılan  suşi  də  belə  qədim  ənənəyə  əsaslanır.  Qiymətli  okean  balığı  olan 
tunesin  dünya  üzrə  ovunun  bütün  həcminin  80  faizini  yaponlar  istehlak  edirlər. 
Müxtəlif qadağalara baxmayaraq balina ətinə də həvəs bu ölkədə azalmır. 
Buna görə  onlar  avropalılara  həm  də  ət  yemələrinə  görə  nifrət  edirdilər. 
Düyü yaponların həyatında mühüm rol oynayırdı, əsas ərzaq idi. İlahə Amaterasu 
öz  nəvəsini  göndərmişdi  ki,  yaşıl  düyü  tarlaları  olan  ölkəni  idarə  etsin.  Düyü  bu 
adamlara  yeyilmək  üçün  qida,  yatmaq  üçün  tatami  (həsir),  ayağa  geyinmək  üçün 
səndəl,  yağışdan  və  soyuqdan  qorunmaq  üçün  paltar  verirdi.  Küləşdən  düzəldilən 

101 
 
dam  yaponların evlərini isti saxlayırdı, düyü həm də  yazmaqdan ötəri olan kağız 
istehsalı üçün xammal verirdi. Onlar düyüsüz mövcud ola bilməzdilər. 
Həmin  dövrdə  Yaponiya  çox əhalisi olan  ölkə  hesab edilə   bilərdi. 
Bütün İngiltərədə bu  vaxt  üç  milyondan artıq adam  yaşamadığı  halda,  burada  12 
milyon adam var idi. Kyuşu adasında isə əhalinin sayı 3-4 milyona çatırdı. Çində 
isə o vaxtkı bütün dünyada olduğundan daha çox əhali yaşayırdı.  
Bləksornun bəxti onda gətirmişdi ki, tayfun vaxtı ölümdən xilas etdiyi ispan 
dənizçisi  Rodriges  və  Osakada  dustaqxanada  olarkən  məhbus  avropalı  rahib  yerli 
xalq barədə çox şeylər danışmış, onu bəzi məsələlər barədə agah etmişdilər. İspan 
şturmanı ona demişdi ki, yaponların altı sifəti və üç ürəyi vardır. Əlbəttə, ispan da 
yaponları  eyni  qaydada  təqlid  edərək  əvəzində  onlara  yuxarıdan  aşağı  baxdığına 
görə bu qənaətə gəlmişdi. Öz fikrini izah etmək üçün əlavə etmişdi ki, belə deyirlər 
ki, onlar bütün dünyanın görməsindən ötəri ağızlarındakı saxta ürəyə, tam xüsusi 
dostlarına və ailələrinə göstərmək üçün döş qəfəslərindəki digər bir ürəyə və həm 
də  özlərindən  başqa  heç  kəsə  məlum  olmayan,  gizləndiyi  yeri  yalnız  Allahın 
bildiyi, real, həqiqi və  gizli  bir ürəyə  malikdirlər. Bununla  yanaşı xəbərdar  edirdi 
ki,  yaponlarla  sən  kral  kimi  hərəkət  etməlisən.  Öz  ləyaqətinin  qayğısına 
qalmayanları onlar heç adam hesab etmirlər. Onların səsi isə intonasiyanı və daxili 
mənanı biruzə verən fövqəltəbii bir güzgüdür. Yaponların dilində «l» səsi yoxdur. 
Həmin 
il 
iki  
böyük daymyo 
– Toranaqa 
və 
İşido  
şoqunluğa yüksəlmək uğrunda   bir-birilə  kəskin  mübarizə  aparır,  amansız 
düşmənçilik  edirdilər.  İşidonun  təsiri  yanğın  kimi  yayılırdı.  Toranaqa  isə 
Makiavelli kimi ağıllı, hun sərkərdəsi Attila kimi rəhmsiz idi. O, düşmənlərini və 
dostlarını  yaxşı  tanıyırdı.  Əvvəlki  ağalarına  xəyanət  etməklə,  cəbhədən  cəbhəyə 
keçməklə  şoqunluğun  kandarına  gəlib  çıxmışdı.  İşido  isə  güman  edirdi  ki,  öz 
düşmənlərini hökmən əzəcəkdir. Qəti qələbə çalmaq üçün yalnız bircə vacib həmlə 
qalırdı,  ölkənin  səkkiz  əyalətinə  nəzarət  edən  Toranaqa  yeganə  maneə  idi.  Ona 
görə də iki düşmən Osakada görüşdükdə İşido özünü nəzakətdən kənar apardıqda, 
onu  vurmaq  üçün  irəli  yeriyən  mühafizəçi  samurayı  ev  sahibi  Toranaqa  ona  aid 
olmayan  söhbətə  qulaq  asdığına  görə  cəzalandırmağı  qərara  aldı:  «Bu  Adam 
səhvən  samuray  kimi  doğulmuşdur.  Onun  adına  son  qoyulmalıdır».  Ən  yaxın 
silahdaşının  kürəkəni  olan  bu  samuraya  seppuku  etməyə  icazə  verildi  və  onun 
körpə oğlu da cəzanın bir hissəsi kimi öldürüldü. 
Yaponlara  görə  həyat yalnız  şehcik  daxilindəki   şehcikdir.  Axı  şeh  günəş 
çıxan kimi yoxa çıxır. Bu xalqa məxsus olan əxlaq qaydalarından birində deyilirdi 
ki, «Yaddan çıxarma ki, tale və talesizlik göydən və təbii qanundan asılıdır. Onları 
dua etməklə və ya istənilən adamın və ya özünəməxsus müqəddəsin düşüncəsindən 
yaranan  hiyləgər  icadla  satın  almaq  mümkün  deyildir».  Hind  sözü  olan  «karma» 
yaponlar  tərəfindən  özününküləşdirilmişdi.  Buddizm  fəlsəfəsinin  bir  hissəsi 
olmaqla  o  şəxsin  bu  həyatdakı  taleyini  müəyyən  edir,  bu  sarsılmaz  bir  qaydada 
fiksasiya  edilirdi,  çünki  insanın  əməlləri  əvvəlki  həyatda  baş  vermişdi,  yaxşı 
əməllər  bu  həyat  plastına  ən  yaxşı  mövqe  kimi  verilmiş,  bəd  əməllər  isə  əks 
qaydada  keçmişdi.  Yalnız  bu  həyatın  əməlləri  tam  şəkildə  sonra  gələn  yeni 
doğulmaya  verilir.  Şəxs  o  vaxta  qədər  bu  dünyada  göz  yaşları  içərisində 

102 
 
doğulacaqdır  ki,  dözməklə,  əzab  çəkməklə  və  çox  sayda  həyat  zamanlarından 
öyrənməklə o, axırda kamil insana çevriləcəkdir, Nirvanaya, Həqiqi Dinclik Yerinə 
gedəcəkdir  və  beləliklə  heç  vaxt  bir  daha  yenidən  doğulmanın  əzabını 
çəkməyəcəkdir. Həyat, doğrudan da, nə qədər gözəl və nə qədər kədərlidir. Altı əsr 
ərzində  bu  səltənət  həm  də  daim  davam  edən  vətəndaş  müharibələri  ilə 
rəhmsizləşmişdi. 
Toranaqa ingilis   dənizçisi barədə  də  düşünürdü və  belə  qərara  gəlmişdi  ki, 
bu  barbar  heç   vaxt  onun  ölkəsini  tərk  etməyəcəkdir,  özü  də  nə  diri,  nə  də  ölü 
şəkildə.  O,  həmişəlik  bu  səltənətin  bir  hissəsinə  çevriləcəkdir.  Toranaqa  öz 
təhlükəsizliyini qorumaq üçün hər cür tədbirlərə, hiylələrə əl atırdı. Qılıncını hazır 
saxlayırdı,  bəxtinə  güvənərək  hər  gecə  yataq  otağını,  mühafizəçilərini,  parolu 
dəyişirdi. Bunları daim gəlişini gözlədiyi qatillərə görə edirdi. 
Yaponlar heç   bir millətə,  ümumiyyətlə  heç  kəsə  bənzəmirdilər.  Onlar  öz 
adlarına  malik  deyildilər.  Yalnız  samurayların  öz  adı  olurdu,  adi  yapona  isə  ad 
daşımağa icazə verilmirdi. Bu adamlar öz peşələrinin adı ilə çağrılırdı. Oğlanlar və 
qızlar isə birinci qız, ikinci qız, birinci oğul və buna uyğun qaydada adlandırılırdı. 
Fahişə qadınlar isə özlərinə balıq növünün adından götürülmüş Karp, Ay, Ləçək və 
ya Ulduz adlarını qoyurdular. 
Adamlar  küçədə  başqası ilə  qarşılaşdıqda  gülümsünür,  əyilir  və  nəfəslərini 
udurdular.  Yapon  sadə  adam  olmaqla  yanaşı  çox  sərt  idi.  Onlar  həqiqətən  yalnız 
bir  cəzanı,  qətlə  yetirməyi  bilirdilər  –  çarmıxa  çəkirdilər,  boğurdular  və  ya 
boynunu vurmaq yolu ilə adamları öldürürdülər. Nəyisə yandırma cinayətinə görə 
isə adamlar diri-diri yandırılmaqla öldürülürdü. Qəddarlıqda onlar miladdan əvvəl 
VII  əsrdə  qanun  məcəlləsi  tərtib  edən  və  özəl  mülkiyyəti  qəsd  etməyin  ən  kiçik 
faktına  görə  ölüm  cəzası  qaydasını  qoyan  Afina  arxontu  Drakontun  ardıcılları 
sayıla bilərdilər. Onlar demək olar ki, başqa cəza növlərinə malik deyildilər, bəzən 
adamları  sürgün  edir,  bəzi  hallarda  qadınların  saçını  qırxdırırdılar.  Lakin  daim 
başlıca cəza ölüm idi. Dustaqxanalar bir neçə il əvvəl yaradılmışdı, onlar üçün yeni 
bir  şey  idi.  Dustaqxana  yalnız  adamların  hökm  verilənə  qədər  müvəqqəti 
saxlandığı  yer  idi.  Bura  təqsirkarlar  gətirilirdi,  özü  də  çox  qısa  müddətə. 
Dustaqxana həmçinin cəhənnəmlə yer arasında istirahət yeri olmaqla əbədi davam 
edən Həyat üçün şöhrət idi. Burada qaçmaq və gizlənmək üçün heç bir yer yox idi. 
Beləliklə,  hər  bir  kəs  edama  gedirdi.  Əvvəlki  dövrlərdə  burada  dustaqxana 
olmamışdı, o vaxtlar adam tutulduqda öz cinayətini etiraf edir və edam edilirdi. 
Portuqaliyalılar   Yaponiyanı  ilk dəfə  kəşf  edəndə  tayfun  bu  ölkədən gələn 
tacirləri  yolundan  döndərib,  Kyuşu  adasında  sahilə  çıxmağa  məcbur  etmişdi.  İlk 
dəfə idi ki, avropalılar yapon torpaqlarına ayaq basırdı. Bir neçə il sonra 1549-cu 
ildə  iezuitlərin  başçısı  İznatus  Loyolanın  yaxın  silahdaşı,  ordendə  ikinci  adam 
sayılan Fransisk Xavyer buraya gəlib çıxdı. O, buraya xristian dinini yaymaq üçün, 
missioner fəaliyyəti göstərmək məqsədilə gəlmişdi. Sonradan Xavyer eyni missiya 
ilə Çinə keçmiş və Asiyaya gəlişindən üç il sonra orada da vəfat etmişdi.  
İngilis  dənizçisi   öz  ölkəsi  ilə,  yenicə  məskunlaşmağa  başladığı  diyarı 
müqayisə etmək imkanına malik idi. Başlıca olaraq sıçovullar, dəstə-dəstə sahibsiz 
itlər  və  pişiklər,  həmçinin  yanğınlar  Londonu  təmizləmiş  və  milçəklərdən  azad 

103 
 
etmişdi. Toranaqa ilə görüşmək üçün onun bura gətirilib çıxarıldığı Osaka şəhəri 
isə  vətəninin  paytaxtından  tam  fərqli  idi.  Yenicə  möhkəm  tapdanmış  küçə 
süpürülmüş  və  təmizlənmişdi.  Ağacdan olan  divarlar və  evlər  işıq  saçır  və təmiz 
görkəmdə  idi.  Burada  hər  bir  xristian  şəhərinin  küçələrini  dəstə-dəstə  dolduran 
dilənçilər və çolaq-şil adamlar yox idi. 
Adamlar nəzakətlə  təzim etməklə küçədən keçir, bəziləri hətta diz çökürdü. 
Buradakı nəzakət qaydasında baş əymək, təzim etmək çox sayda davranış ənənələri 
kimi  indiyədək  qalır.  Qadınlar  isə  sadəcə  baş  əymir,  qamətlərini  tamamilə 
bükürlər.  Xanımlar  ümumiyyətlə  güman  edirlər  ki,  onlar  söyüd  ağacı  kimi  incə 
olmalıdırlar,  salxım  söyüd  kimi  əyilmələri  də  bu  oxşarlığı  daha  da  artırır.  Keçən 
əsrin 80-ci illərində Tokioda işləyən sovet jurnalisti yazırdı ki, o vaxtkı baş nazirlə 
bir  küçədə  yaşadığından  hər  səhər  onu  maşına  qədər  ötürən  xanımının  qaməti 
əyilmiş  şəkildə  yola  salmasını,  yalnız  maşın  döngədən  itdikdən  sonra  qadının 
başını  qaldırdığını  müşahidə  edirmiş.  Qadınların  daha  nümayişkaranə  surətdə 
təzim  etməsinə  mən  özüm  Nyu-Yorkun  «Şeraton-Manhetten»  otelində  rast 
gəlmişdim.  Səhər  tezdən  liftdən  çıxarkən  hollda  qarşıma  çıxan  yaponlardan  qoca 
qadının çox aşağı əyilməsindən özümü bir qədər itirdim, onun yanındakı üç kişinin 
də  baş  əydiyini  görüb  salam  verdiklərini  anladım  və  səhvimi  başa  düşdüyümdən 
qarşılıqlı  qaydada  başımı  əydim  və  «sabahınız  xeyir»  cavabını  verdikdə  həmin 
qadının  düz  görkəm  aldığını  gördüm.  Dəqiqlik  kralların  zəifliyi  olduğu  kimi, 
nəzakət  yaponların  təbii  adətlərinə  çevrilməklə,  onların  xarakterini  biruzə  verən 
cəhətlərdən biridir. Yaponiya parlamentində müxalif cəbhələrdən olan deputatların 
bir anlığa kəskin mübarizəni kənara atıb bir-birinə təzim qılmasını görəndə, bu bizi 
təəccübləndirməyə bilmir. 
Yaponiyada illər kimi günün də öz adını daşıyan on iki hissəyə bölünməsi də 
ingilis  dənizçiyə  məlum  oldu.  Gün  səhər  saat  5-dən  7-dək  davam  edən  Dovşan 
saatı ilə başlayırdı. Sonrakı iki saatda Əjdaha, daha sonra, İlan, At, Keçi, Meymun, 
Xoruz,  İt,  Qaban,  Sıçovul  və  Öküz  saatları  gəlirdi,  bu  dövrə  gecə  saat  3-dən  5-ə 
qədər  uzanan  Pələng  saatı  ilə  başa  çatırdı.  Gün  və  gecənin  hər  biri  altı  bərabər 
hissəyə bölünürdü. 
Toranaqa ingilisi  dustaqxanadan  yanına  gətirib,  ona  suallar  verdi. 
Daymyonu  daha  çox  maraqlandıran  onun  ölkəsinin  qaydaları  idi.  Bləksorn  ona 
qum  üzərində  dünyanın  xəritəsini  cızdı.  Şimalda  yaşayan  xalq  olan  laplandlılar 
haqqında  onu  söyləməyi  lazım  bildi  ki,  onlar  ovla  məşğul  olur,  bütün  işləri  isə 
qadınlar görür. Qadınların bir hissəsinin işi paltar tikməkdən ibarətdir. Bunu etmək 
üçün  onlar  xəzi  dişləri  ilə  çeynəyirlər  ki,  tikmək  üçün  bir  qədər  yumşalsın. 
Laplandlılar  kiçik  dəyirmi  formalı  evlərdə  yaşayırdı,  bu  evlər  bütünlüklə  qardan 
düzəldilir və bu adamlar ömründə bir dəfə də olsun çimmirlər. İngiltərənin özündə 
də  hamama  nadir  hallarda  rast  gəlinir.  Çünki  adamlar  hamamın  səhhət  üçün 
təhlükəli olduğuna  inanırdı. İndi isə o, özü  hamamın  sağlamlığa  ziyan  vurduğuna 
inanmır.  Bləksornun  bəxti  onda  gətirmişdi  ki,  o,  portuqaliyalı  tərcüməçinin 
xidmətindən  imtina  etdikdə,  Toranaqa  gənc  qadın  Mariko-sanı  tərcüməçi  təyin 
etmişdi  və  ingilis  sözlərinin  artıq  səhv  çatdırılacağından  qorxmurdu.  Bu  qadın 
portuqal  dilində  çox  yaxşı  danışırdı,  latın  dilini  də  bilirdi.  Mariko-san  ağasına 

104 
 
ingilisin  həqiqəti  dediyinə  inandığını  bildirib,  onun  Toranaqa  üçün  çox  faydalı 
olacağını dedi və bu uzaqgörənliyində o, yanılmamışdı. 
Sonra 
şturman  
Toranaqaya 
katolik kilsəsinin 
dünyanı  
da 
Allah səltənəti kimi  öz  inhisarına  almaq  planlarından danışdı və  bildirdi ki,  1530-
cu  ildə  İspaniya  və  Portuqaliya  kralları  təntənəli  müqavilə  imzalamışdılar.  Yeni 
Dünyanın  onların  arasında  bölüşdürülməsi  bu  müqaviləyə  əsasən  aparılmalı  idi. 
Həmin bölgüyə görə Yaponiya Portuqaliyanın payına düşürdü, rəsmi qaydada ona 
məxsus  olurdu.  Sizin  özünüz,  hər  bir  qəsr  və  hər  şey  Portuqaliyaya  veriləcəkdir. 
Buna cavab olaraq yapon knyazı bildirdi ki, o da Çin imperatoru ilə özü arasında 
göyü  bərabər  qaydada  yarı  böləcəkdir.  Katoliklərin  bölgüsünə  görə  1500-cü  ildə 
Braziliya  Pedro  Kabral  tərəfindən  kəşf  edildiyinə  görə  Portuqaliya  bu  ölkənin  də 
sahibi  olmuşdu.  Roma  Papası  onlara  bu  hüququ  vermişdi,  o,  özünü  İisus  Xristin 
yer  üzərindəki  Keşişi  hesab  edirdi.  Papa  VI  Aleksandr  (onun  özü  və  övladları 
iyrənc  zinakarlıqda,  qan  qarışdırıcı  əlaqələrdə  ad  çıxarmışdılar)  ilk  demarkasiya 
xəttini  1493-cü  ildə,  Xristofor  Kolumbun  Yeni  Dünyanı,  öz  gümanına  görə  isə 
Hindistanı kəşf etdiyindən bir il sonra təsdiq etmişdi. Papa VII Kliment isə 1529-
cu il Saraqos müqaviləsinə icazə vermişdi. Bu müqaviləyə görə Yaponiya barədə, 
həmçinin Çindən tutmuş Afrikaya qədər Portuqaliyaya müstəsna hüquqlar verilirdi. 
Əvəzində  isə  bu  ölkələrdə  katolitsizm  yayılmalı  idi.  Beləliklə,  ingilis  dənizçi  bir 
protestant  kimi  katoliklərin  iç  üzünü  açıb  göstərdi,  onların  dünya  ağalığına 
yiyələnmək cəhdlərini ifşa etməkdən də çəkinmədi. 
Yaponiyada təkcə   samuraylar  at  oynatmırdılar. Burada  gizli  onluq  təşkilatı 
olan  Amida  Tonq  fəaliyyət  göstərirdi.  Bu  cəmiyyətdən  heç  bir  kəs  diri  şəkildə 
tutula bilməzdi. Onlar  ağalarının  göstərişi ilə öldürürdülər, bütöv  məxfiliyə  malik 
idilər.  Muzdlu  qatil  öz  qəsrinə  geri  dönüb,  sonra  böyük  mərasimin  müşayiəti  ilə 
özünə sui-qəsd ritualını icra edirdi. 
Romanda  verilən   ingilis dənizçisinə Toranaqanın  tapşırığı  ilə  tərcüməçilik 
edən  Mariko-san  obrazı  yapon  qadınlarının  təbiətini  öyrənməyə  çox  kömək  edir. 
Marikonun atası ağasına xəyanət etdiyinə görə seppuku icra etməklə həyatını başa 
vurmuşdu.  Bu  vaxt  onun  samuray  əri  öz  həyat  yoldaşından  imtina  etməmiş,  onu 
uzun  müddətə  şimala  göndərmişdi.  Bu  qadın  özünü  ağası  hesab  etdiyi  əri 
Buntaronun  çalmaq  üçün istifadə  etdiyi  musiqi  aləti hesab  edirdi. Mariko ingilisə 
deyirdi  ki,  yaponlar  üçün  ölüm  və  həyat  eyni  şeylərdir.  Bu  təbiətin  sarsılmaz 
qanunudur. Buddizm dininə sitayiş edənlər inanırlar ki, biz çox dəfələrlə doğulmaq 
və  yenidən  doğulmaq  qabiyyətinə  malikik.  Bu  o  vaxta  qədər  davam  edir  ki,  biz 
kamilliyə,  qüsursuzluğa  qovuşuruq  və  Nirvanaya  –  göyə  çatırıq.  Qadınlar  barədə 
isə  deyirdi  ki,  kişilər  onlardan  üzr  istəmirlər.  Kişilər  nə  edirlərsə  düzgün  hərəkət 
etmiş olurlar. Ən azı buna biz qadınlar inanırıq. Əri öz arvadını ölüncə döyə bilər. 
Qadınların yeganə mükafatı göz yaşlarından əmələ gələn çaydır. Qadınların çoxu 
nifrət  etdiyi  adamlara  ərə  gedirdi.  İntim  yaxınlıq  məsələsinə  gəldikdə,  bu  əlaqəni 
yaponlar  azərbaycanlıların  əvvəllər  çox  işlətdikləri  ifadə  kimi  yastığa  (birgə)  baş 
qoymaq adlandırırlar, bunu kişi və qadının fiziki birləşməsinin üsulu hesab edirlər. 
Bu  zinakarlıqdan  daha  nəzakətlidir.  Burada  haşiyə  çıxaraq  onu  da  qeyd  etmək 
lazımdır  ki,  içdiyimiz  çayı  bildirən  ifadə  də,  hansı  dildən  əxz  etdiyimizdən  asılı 

105 
 
olmayaraq  yapon  dilindəki  «ça»  sözündən  götürülmüşdür,  ingilislər  isə  çayın  əsl 
vətəni olan ölkənin sakinlərinin – çinlilərin dilindən onların «te» sözünü götürərək, 
onu «tii» kimi tələffüz edilən «tea» ifadəsi kimi işlədirlər. 
Mariko  ingilisə  müraciət  edərək  deyirdi  ki,  «Ancin-san»  (yapon  dilində 
şturman «ancin» kimi tələffüz edilirdi) əgər bu üç qadından biri ilə, ya hamısı ilə 
yastığa  baş  qoymaq  sənin  üçün  xoşdursa,  bunu  istəsən,  onlar  heç  də  bundan 
inciməyəcəklər. Həmin qadınların heç birinin əri yox idi. Əgər sən onlarla olmağı 
arzulamasan  da  heç  bir  inciklik  olmayacaqdır.  Axı  sən  qadınla  yastığa  baş 
qoymadan  necə  sağlam  ola  bilərsən?  «Axı  bu  kişi  üçün  çox  vacibdir».  Bu  rəy 
Çingiz  xanın  əbədi  həyat,  ən  azı  uzun  ömürlülük  barədə  məsləhət  umduğu  çinli 
müdrikin  sözləri  ilə  əkslik  təşkil  edir.  Müdrik  qoca  Çingiz  xana  ölməzliyin 
mümkün olmadığını, uzun ömür üçün isə qadınla intim yaxınlıqdan uzaq olmağın 
məqsədəuyğun olduğunu demişdi. Bibliyadan sodomlulara məxsus olduğu məlum 
olan iyrənc əlaqələr yaponlara da məlum idi. Və ingilisə belə intim yaxınlıq imkanı 
təklif  edildikdə  o,  bunu  hiddətlə  rədd  etdi.  Axı,  yaxşı  bilirdi  ki,  belə  eybəcər 
pozğunluğa görə Allah iki şəhəri – Sodomla birlikdə Qomorranı bütöv sakinləri ilə 
birlikdə məhv etmişdi. 
Yastığa  baş  qoymaq  Yaponiyada  normal  hal  sayılmırdı.  İnsana  həzz  verən 
hər  hansı  bir  şey  necə  günah  sayıla  bilər?  Katolik  ruhani  xadimlərin  tselibatına  – 
nigahsızlığına  zidd  olaraq  bəzi  Buddist  sektaları  hətta  intim  yaxınlığı  bir  sitayiş 
forması kimi təklif edirdi. Allahın bunu lənətləməsini demək ağılsızlıqdır. Mariko 
bunu şübhəsiz bir həqiqət kimi deyirdi. Yalnız geyşalar istisna təşkil edirdi, onlar 
heç  vaxt  yastığa  birgə  baş  qoymağa  məcbur  edilmirdi.  Geyşalar  və  şagirdlər 
toxunulmaz hesab olunurdular. 
Qadınların sosial  həyatda kişilərdən  xeyli  aşağıda  dayanması  isə  bütün 
sahələrdə özünü biruzə verirdi. Ərinin sözü qadın üçün qanun idi. Marikonun anası 
atasının  öz  saxladığı  samuraylara  maaş  vermək  üçün  pulu  olmadıqda,  Kiotoya 
yollanmış və orada parik düzəldənərə öz saçını satmış və əldə etdiyi pulu gətirib 
ərinə  vermişdi.  Qadın  üçün  borc  hissi  olduqca  vacib  idi.  Əri  və  ya  xidmət 
göstərdiyi kişi yatmayana qədər qadın oyaq qalmalı və səhər əri yuxudan oyananda 
onu  qarşılamalı  idi.  Qadının  borcu  müstəsna  olaraq  ərinə  xidmət  etmək  idi.  O, 
daim  səbirli  olmalı  idi.  Ərli  qadının  başqası  ilə  intim  yaxınlığı  zinakarlıq  hesab 
olunur  və  seppuku  ilə  nəticələnirdi.  Ayrı-seçkilik  bütün  sahələrdə  gözə  çarpırdı. 
Fuci-sana,  müqəddəs  Fuci  (və  ya  Fuciyama)  dağına  dırmaşmaq,  onun  kraterli 
zirvəsinə  qalxmaq  yaponlar  üçün  sakral  xarakter  daşıyır.  1868-ci  ilə,  Meyci 
Bərpasına  qədər  qadınlara  hətta  bu  dağa  qalxmağa  da  icazə  verilmirdi.  Qadın 
yalnız oturmuş şəkildə kağız qapını-şocini açıb örtürdü. 
Pula münasibətə  gəldikdə  avropalılardan  fərqli  olaraq  samuraylar  üçün 
pul elə bir əhəmiyyət  
kəsb 
etmirdi. 
Sədaqət yaponların 
yüksək 
qiymətləndirdikləri yeganə  xüsusiyyət  idi,  bu  onların  kultu,  buşidosu  idi.  Onlar 
özlərini ağalarına xidmətə həsr edirdilər. Pis yaralanmış samurayların hamısı, əgər 
onlar özlərini öldürməsələr və bunu bacarmasalar, öldürülürdü. 
Samuray  ləyaqətlə  ölürdü.  Samuray  əsir  götürülə  və  samuray  kimi  qala 
bilməzdi. Düşmənə əsir düşmək ən pis şərəfsizlik hesab olunurdu. Adətə görə digər 

106 
 
samuray  həmişə  seppukunun  icra  edilməsinə  köməklik  göstərir,  dizi  üstə  çökmüş 
adamın  arxasında  laqeyd  dayanırdı  ki,  aqoniya  dözülməz  şəkil  almamış  və 
nəzarətdən çıxdıqdan qabaq onun başını bircə zərbə ilə kəssin. 
Axırıncılar  baş   versəydi  bu  həyatının ali anında  insanı  çox  biabır  etmiş 
olardı.  Sekundantın  iştirakı  olmadan  az  sayda  adam  biabır  olmadan  ölə  bilərdi. 
Samuray  qadınlar  seppukunu  boğazlarına  öz  bıçaqlarını  soxmaqla  icra 
etdiklərindən,  onlara  köməkçi  lazım  olmurdu.  Çinlilər  isə  işgəncə  verilməsindən 
həzz alırdılar. 
Buddizm  yaponları   ətlə  qidalanmaqdan çəkindirirdi.  Buddanın  vətəni  olan 
Hindistanda yaponları «Şərqin şeytanları» adlandırırdılar və öz torpaqlarına silahlı 
olduqda  onların  ayaq  basmalarına  icazə  vermirdilər.  Yaponlar  isə  hindliləri 
«Qaralar» və «İnsan olmayanlar» adlandırırdılar. Koreyalıları isə onlar «Sarımsaq 
yeyənlər»  deyə  çağırırdılar  və  kannibala  bənzəyən  heyvanlar  hesab  edirdilər. 
Onlardan gələn sarımsaq qoxusu hətta onlarla ünsiyyətdə olanın paltarına və saçına 
hopurdu. Yaponlar güman edirdilər ki, hər iki ölkəni – Koreyanı və Çini işğaldan 
sonra onlar sivilizasiyalardırmışlar, lakin onu da etiraf edirdilər ki, Çin hələ qədim 
dövrlərdən sivilizasiyalaşmış bir ölkə idi və yaponlar ondan çox şeyi əxz etmişdilər 
və özləri də vurğulayırdılar ki, ən yaxşı şeyləri Çindən götürmüşdülər. 
İngiltərə kimi Yaponiya da adalar ölkəsi idi, öz dənizlərində ağalıq etməsə 
kənardan olan düşməndən  müdafiəsiz qala bilərdi. Mariko-san ingilisə öz ölkəsinə 
iki dəfə müdaxilə edildiyini danışdı. Üç yüz ildən çox bundan əvvəl Xubilay xanın 
monqolları  Çini  və  Koreyanı  yenicə  işğal  etdikdən  sonra  bizə  qarşı  hücuma 
keçdilər. Bu vaxt biz onun hökmranlığına tabe olmağı rədd etmişdik. Bir neçə min 
adam Kyuşuda sahilə çıxdı, lakin bizim  samuraylar onların qarşısını kəsdi və bir 
müddətdən  sonra  düşmən  geri  çəkildi.  Bu  hadisə  1274-cü  ildə  olmuşdu.  Yeddi  il 
sonra,  1281-ci  ildə  müdaxilədə  demək  olar  ki,  iki  yüz  min  düşmən  qoşunları 
yüklənmiş  minə  qədər  Çin  və  Koreya  gəmiləri  iştirak  edirdi.  Qoşunlar 
monqollardan,  çinlilərdən  və  koreyalılardan  ibarət  idi  –  əksəriyyəti  süvari  idi. 
Cənubdan gələn tayfun donanmanı və onun göyərtəsində olan ordunu darmadağın 
etdi.  Sahildə  qalanlar  tezliklə  öldürüldü.  Bu  kamikadze  və  ya  İlahi  Külək  idi. 
Kamikadzeni Allahlar, Allahların bu torpağını xarici işğalçılardan mühafizə etmək 
üçün  göndərmişdi. Monqollar  bir  daha  geri  dönmədilər  və  səksən  ilə  sonra  və  ya 
ona  yaxın  bir  vaxtda  onların  yaratdıqları  Yuan  sülaləsi  Çindən  də  kənara  atıldı. 
Ona  görə  də  yaponlar  deyirdilər  ki,  «Onlardan  bizi  Allahlar  qoruyur».  Mariko 
təkrar  etdi  ki,  Allahlar  daim  bizi  müdaxilələrdən  qoruyacaqlar.  İspan 
məğlubedilməz  Armadası  da  belə  bir  qasırğanın  köməyi  ilə  İngiltərə  üçün 
əhəmiyyətsiz  bir  şeyə  çevrilmişdi.  Axırıncı  hadisə  1588-ci  ildə  baş  vermişdi. 
Monqollar  yəqin  ki,  avropalılara  da  rəhm  etməzdi.  Xubilay  xanın  babası  Çingiz 
xanın  ordaları  demək  olar  ki,  Vyananın  qapıları  ağzına  gəlib  çıxmışdı,  bu  vaxt 
onların hücumu dayandırıldığından geri dönməyə  məcbur oldular. Bu Hannibalın 
Romanın qapısı ağzında dayanıb, geri dönməsinə bənzəyirdi. 
Həmin  günlərdə  adamlar inanırdılar ki,  Çingiz  xanın  əsgərləri  Allah 
tərəfindən göndərilmişdi ki, dünyanı günahlarına görə cəzalandırsın. 
Ümumiyyətlə  yaponlar  ölümdən qorxmurdular.  Bu  qorxu  torpağında  ölüm 

107 
 
adamların  guşənişinliyə  çəkilməsi  hesab  olunurdu.  Ölüm  yaponların  havasının, 
dənizinin, torpağının bir hissəsi kimi qəbul edilirdi. 
Bləksorn  altı  ay  müddətinə  əvvəlki  kənddə  yapon  dilini  öyrənməyə 
göndərildikdə  daymyo  Yabu  kəndlilərə  elan  etmişdi  ki,  həmin  müddətin  sonunda 
ingilis  dilimizdə  danışa  bilməsə,  bütün  kənd  camaatını  qılıncdan  keçirəcəkdir. 
Tərcüməçi  Mariko-san  bunu  dənizçiyə  dedikdə,  o,  hiddətini  gizlədə  bilmirdi,  axı 
kənd  sakinlərinin  onun  dili  öyrənib-öyənməməsi  ilə  nə  əlaqəsi  vardır.  Axşam  o, 
Yabunun  qaldığı  evə  gəldikdə  etirazını  bildirib,  əmrini  ləğv  etməyi  xahiş  etdi. 
Adətə görə daymyo öz əmrini geri götürə bilməzdi, bu biabırçılıq hesab olunurdu. 
Bu  vaxt  kobud  kənd  valisinin  yanında  o,  belə  bir  ar  gətirən  əmrə  dözməyəcəyini 
əsas  götürərək  seppuku  etmək  üçün  xəncərini  çıxarıb  qarnına  soxmaq  istədikdə, 
vali tullanıb onun əlinin zərbəsini saxladı. Həm daymyo, həm də vaxtilə adamların 
gözü  qarşısında  Bləksornu  nalayiqcəsinə  təhqir  edən  onun  qardaşı  oğlu  məəttəl 
qalmışdılar,  onlar  avropalıdan  belə  cəsarət  və  fədakarlıq  gözləmirdilər.  Daymyo 
Yabu  əlacsız  qalıb  söz  verdi  ki,  əgər  o,  ikicə  söz  də  öyrənsə,  kənd  əhalisini 
cəzalandırmayacaqdır.  İngilisə  artıq  heç  də  laqeyd  olmayan  tərcüməçi  qadın  da 
onun  belə  hərəkətinə  təəccübünü  gizlətməsə  də,  portuqal  dilində  ona  dedi  ki,  siz 
artıq yenidən doğuldunuz, əvvəlki adam deyilsiniz. 
Digər  bir hadisə  də  Bləksornu  olduqca  məyus  etmişdi.  Yaponlar  şahinlə 
ovladıqları  qırqovulu  ikinci  dəfə  ona  göndərəndə,  ətinin  yumşalmasını  əsas 
götürərək,  quşu  həyətdə  boğazından  kəndirlə  asdı  və  tapşırdı  ki,  özünün  icazəsi 
olmadan heç kəs ona toxunmasın. Sonra qırqovulu ümumiyyətlə yadından çıxardı 
və  qayıdanda  ona  xidmət  etmək  tapşırılmış  dul  gəlin  bildirdi  ki,  o,  günahkardır, 
özünü  öldürməyə  icazə  versin.  Nəhayət  məlum  oldu  ki,  uzun  müddət  asılı  qalan 
quş  iylənib,  üfunət  iyinə  dözə  bilməyən  hər  bir  yapon  kimi  qadın  onu  götürüb 
basdırmaq istəyəndə, bağban özü quşun cəsədini açıb, torpağa basdırmış, sonra isə 
özünü  öldürübmüş.  Ağanın  sözünü,  əmrini  heç  kəs  poza  bilməzdi,  buna  cəsarət 
etsə,  könüllü  qaydada  həyatdan  getməli  idi.  Bləksorn  da  adi  adam  deyildi. 
Toranaqa onu qulluqçu səviyyəsində hatamoto təyin etmişdi. Ona görə də quşa əl 
vurmaq özünə ölüm hökmü elan etməyə bərabər idi. 
Bləksorn  yazıq  bağbanın  ölümünə  çox  kədərlənməklə  yanaşı  bu  günahsız 
qadını  da  öz  qərarından  döndərə,  sakitləşdirə  bildi  və  özünü  məzəmmət  etdi  ki, 
xalqın qayadalarına bələd olmadan niyə belə ağılsız qəti göstəriş verirsən. 
Mariko-san  ingilisə  dili  öyrətmək  üçün  yapon  dilində  feilin  ingilis  dilində 
olduğutək şəxsi əvəzliklərə görə dəyişilmədiyini, bəzən hətta gələcək zamanda və 
mücərrəd  formada  da  eyni  qaydada  tələffüz  edildiyini  dedi.  Hətta  cəm  və  tək 
isimləri  də  eynidir.  «Tsuma»  ifadəsi  həm  «arvadı»,  həm  də  «arvadları»  bildirir. 
«Mən  gedirəm»  ya  «onlar  getdi»  ifadələri  yalnız  səsin  tonunu  dəyişməklə  bir-
birindən fərqlənir. Lakin hər ikisi eyni qaydada səslənir. Yapon dili qeyri-müəyyən 
dil  hesab  olunur. Çinlilər  çox  ağıllı  idilər,  deyə  Mariko-san  bildirdi  ki, biz  min  il 
əvvəl onlardan yazını əxz etmişik. «Donuz» sözü üçün onlar xarakter və ya ifadə 
seçirlər.  «Dam»  simvolu  «donuz»  simvolunun  üstünə  əlavə  edildikdə,  bu  «ev» 
mənasını  verir.  Qədim  dövrlərdə  çinlilər  düşünürdülər  ki,  «dam  altında  donuz» 
evdir.  Onlar  buddistlər  deyildidilər,  ət  yeyirdilər,  ona  görə  də  onlar  üçün, 

108 
 
kəndlilərdən ötəri donuz var-dövləti təmsil edirdi, deməli yaxşı idi. 
İngilis  teatrından  fərqli  olaraq  Yaponiyada  aktyorlar   və  aktrisalar  maska 
geyindirdilər, bunu onlar «No» teatrı adlandırırdılar. Onlar musiqi çalır, bəzən rəqs 
edir, çox hallarda isə tamaşaya qəmgin, faciəvi və tarixi pyeslər qoyurdular. Bəzən 
komediya  da göstərirdilər. Şekspirin pyesləri onlara  yad  görünə  bilərdi. Ona görə 
də  hətta  XX  əsrin  ikinci  yarısında  yaponlar  Şekspirin  məşhur  «Kral  Lir»  pyesi 
əsasında  film  çəkəndə  xalqın  mentalitetini  nəzərə  alaraq  kralın  həm  xəyanətkar 
qızlarını,  həm  də  sədaqətli  qızını  onun  guya  oğlanları  ilə  əvəz  etmişdilər. 
Ümumiyyətlə,  yaponların  ifadə  tərzlərini,  düşüncələrini  anlamaq  asan  məsələ 
deyildir.  Ona  görə  də  yapon  qızı  ingilisə  deyirdi  ki,  əgər  dinclik  istəyirsənsə  sən 
hətta  boş  fincandan  da  çayı  necə  içməyi  öyrənməlisən.  Sən  həm  də  qayaların 
böyüdüyünü müşahidə etməyi də öyrənməlisən. O, izah edirdi ki, yastığa birgə baş 
qoymaq  da  öz  qiymətinə  malikdir.  Həqiqi  məhəbbəti  biz  borc  adlandırırdıq,  bu 
könüldən  könülə  körpüdür  və  elə  bir  ifadə  tərzinə  ehtiyac  duymur  –  bəlkə  ölüm 
hədiyyəsi istisna olmaqla heç bir fiziki ifadəyə də. 
Yaponlar uşaqlıqdan öz içərisində itməyə, özünə kənardan nüfuz edilməsinə 
imkan vermədən  böyüməyə  öyrədilirlər.  Divarların  arxasında   yaşayırlar.  Əgər 
bunu  bacarmasaydılar,  hamı  çox  güman  ki,  dəli  olardı,  hətta  hər  kəsi  və  özlərini 
öldürmək istəyərdi. 
Yaponların dili  elə çalarlara malikdir  ki,  cavab   vermək  istəmədiyi  hansısa 
sualdan  yayınmağa,  nəzakətli  olmağa  imkan  verir.  Başlıca  məqsəd  həqiqi 
harmoniya  əldə  etməkdir.  Bu  sözləri  dedikdən  sonra  qadın  ingilisə  bu  sirri  açdı: 
«Bizim təbəssümlərimizə və nəcib tərbiyəmizə, bizim seremonial qaydalarımıza və 
təzim etməyimizə, xoşhallığımıza və bağlılığımıza inanıb, səfehə çevrilmə!» 
Romandakı  daymyo  Toranaqa  obrazı  müxtəlif  situasiyalarda  təsvir  edilir. 
Onun  müdrikliyi  addımbaşı  öz  təsdiqini  tapır.  O,  şahinlə  ov  etməyi  də  çox 
xoşlayırdı və bilirdi ki, bu yırtıcı quş onu tərk etdikdən sonra başqa quşları və kiçik 
heyvanları  öldürəcək,  istədiyi  vaxt  öz  ovunu  yeyəcəkdir.  Şahin  vəhşi  varlıqdır, 
özünə  gəldikdə  isə  müvəqqəti  olaraq  yerə  bağlı  ağadır.  Şahinin  caynaqları  ölüm 
silahı  olmaqla,  onun  gücü  çatdığı  canlıları  məhv  edə  bilir.  O  öz  qürbanını 
caynaqlarında  tutub,  onu  yeməkdən  əvvəl  dimdiyi  ilə  tüklərini  didməyə  başlayır. 
Toranaqa Ancin-sanı geniş qanadlı şahin deyil, tələ yeminə aldanan quzğun hesab 
edirdi. Toranaqa rəhm etməyi bacarmırdı, oğlunu və arvadını da öldürmüşdü. Onun 
özünü  də  xəbərdar  etdirdilər  ki,  İşido  səni  körpə  uşaq  öz  anasının  döşünü  əmən 
kimi əməcəkdir.  
Mariko-san ingilisə  öyrədirdi  ki,  Allah  və  Şeytanın  heç  nəyə  dəxli  yoxdur. 
Daxili aləm və Zahiri aləmin də, həyat və ölümün də heç nəyə dəxli yoxdur. İndi 
özün kimi ol, üzərinə həyat dalğalarının əbəs yerə hücum çəkdiyi qaya kimi ol. Bir 
şeirdə  deyildiyi  kimi,  «Göy  Günəş  tərəfindən  qarsalanır,  göz  yaşları  ilə  doludur. 
Ancaq meşə külək tərəfindən yaralanır, ölü yarpaqlarla ağlayır». Əlavə edirdi ki, 
«Mən əgər sözlərdən xəzan yarpaqlar kimi istifadə edə bilsəydim, mənim şeirlərim 
necə də tonqal qalayardı».  
Yaponların öz dini olan Şinto Kami yolu hesab  olunur, min il bundan əvvəl 
Buddanın  yolu  olan  Buşidodan  fərqləndirilmək  üçün  bu  seçilmişdi.  Şintoistlər 

109 
 
inanc gətirirlər ki, onlar öləndə kamiyə çevrilirlər. O ruha bənzəyir, lakin həm də 
bənzəmir,  Günəşə  bənzəyir,  lakin  həm  də  bənzəmir  də.  O  göylə  yer  arasında 
mövcuddur və Allahın da bu torpağına səfər edirlər və ya onu tərk edirlər, bunların 
hamısı  eyni  vaxtda  baş  verir.  Şinto  miflərin  və  əfsanələrin  təbiət   kultudur,  bu 
əfsanələrdə  heç  kəs  bütünlüklə  buna  ürəkdən  inanmır,  həm  də  hər  kəs  ümumi 
qaydada buna pərəstiş edir. Şəxs o vaxt Şintoda olur ki, o, eyni yolla yapon kimi 
doğulmuşdur. 
Ritual yaponların həyatını idarə edirdi, çünki səltənət itaət demək idi. Aşağı 
daymyolar  daha  vacib  olanları  görəndə  atdan  düşüb,  ona  baş  əyməli  idi.  Bərabər 
səviyyədə olan daymyolar görüşdükdə, bu vaxt atdan düşməli və bərabər qaydada 
baş əyməli və özlərinin ayrıca yolları ilə getməli idilər. 
Nəhayət  ingilislə   Mariko  -  sanın  məhəbbəti  axırıncının  özünü  qurban 
verməsi hesabına zəfər çaldı. Ancin- sanın ehtirasına cavab olaraq bu gözəl, ağlılı 
və  mərd  qadın  ona  deyirdi  ki,  əgər  mən  səninlə  tək  qalsaydım  yalvarmaqla  dolu 
qışqırığın  kainatı  tutana  qədər  səni  öpərdim.  Çünki  mənim  həyatım  səninlə 
doludur. Görünür doğrudan da həyat yuxu içərisindəki yuxudur. 
Mariko-san ingilislə   sevgilisinə  görə  ərinə  xəyanət  etmiş  hesab 
olunduğundan  öz  ölümünə  hazır  idi  və  ərinə  dedi  ki,  sənin  həyatın  mənim 
məqsədimdir. Əri onu döysə də ölümünə razı olmadı. 
Lakin  Marikonun   başı  üzərindən  ölüm  buludu  çəkilmirdi.  Osakanı  tərk 
etməmək barədə İşidonun əmri qarşısında əlacsız qalıb, ağası Toranaqaya sədaqət 
naminə  qadın  özünü  öldürməli  idi.  Seppukunu  icra  edərkən  İşido  son  anda  ona 
şəhərdən çıxmağa icazə verdiyi barədə imzaladığı sənədi göstərdi və onun özünə 
sui-qəsdi baş tutmadı. Lakin İşidonun hiyləsinə uyğun olaraq nindzyaların hücumu 
vaxtı bomba partlamasında Mariko öldü, Bləksorn isə gözlərindən ağır yara aldı. 
Marikonun cəsədinin yandırılması mərasimində daymyolarla yanaşı heç nəyi görə 
bilməyən onun ingilis sevgilisi də iştirak edirdi. Müalicə nəticəsində sonralar onun 
gözlərinin görmə qabiliyyəti bərpa olundu. 
Ancin-sanın  igidliyini  Toranaqa  da  qiymətləndirirdi,  adamlarına  göstəriş 
vermişdi  ki,  ona  hörmətlə  yanaşsınlar.  Axı  ingilis  onun  özünün  və  Marikonun 
həyatını  bir  neçə  dəfə  xilas  etmişdi.  İngilis  şturman  Osakadan  qaçmağa  çalışan 
Toranaqanın  həyatını  ağlı  və  şücaəti  hesabına  başının  üstünü  alan  ölümdən 
uzaqlaşdırmışdı. 
Bləksorn Osakada   olarkən gəmisinin yandırıldığını  eşitdi.  Bu  onun  vətənə 
qayıtmaq  ümidlərini  məhv  edirdi.  Həmin  hadisənin  səbəbini  Marikonun  hələ 
Edoda  olarkən  ona  yazdığı  ilk  və  axırıncı  məktubundan  öyrəndi.  Yapon  qadını 
xahiş  edibmiş  ki,  ingilis  sağ  qalsa  məktub  ona  verilsin.  Mariko  latın  dilində 
yazırdı:  «Mən  səni  sevirəm.  Bu  məktubu  oxumamışdan  əvvəl  mən  Osakada 
öləcəyəm,  güman  ki,  mənə  görə  sənin  gəmin  də  məhv  olacaqdır…  Mənim 
məhəbbətim,  ya  səni,  ya  da  sənin  gəmini  seçmək  lazım  idi.  Bağışla,  mən  sənin 
üçün yaşamağını seçdim. Başqa gəmi və başqa həyat qur… Mənim yapon duam – 
hara deyir ki, sonrakı həyatda necə olursa-olsun mən sənə sevinc gətirəcəyəm və 
nə qədər sən varsan, səninlə olacağam». 
Toranaqa daymyo Yabunun ona xəyanət etdiyindən halı olsa da, buna uzun 

110 
 
müddət dözmüşdü. Lakin  əlverişli vaxt  yetişən kimi  onu seppuku  etməyə  məcbur 
etdi. Yabu ölümündən əvvəl kağız, mürəkkəb və fırça istədi ki, öz iradəsi və ölümü 
barədə  şeir  yazsın.  Onu  öz  doğma  qardaşı  oğlu  Omi  də  Toranaqaya  satmışdı. 
Şeirdə bu sözlər var idi:  
«Nədir buludlar? 
Göyə haqq qazandırmaq  üçünmü? 
Nədir həyat? 
Yalnız ölümdən  qaçmaq üçünmü?»  
Toranaqa  özünü  təhlil  etməyi  də  bacarırdı.  Düşünürdü  ki,  onun  doğulduğu 
həyat  nadir  nümunədir,  səhrada  qəflətən  qarşıya  çıxan  çiçəyə   bənzəyir,  bunun 
karmadan  başqa  bir  səbəbi  yoxdur,  bu  çiçək  tez  açılır,  tez  də  yoxa  çıxır.  İndicə 
ovucundan uçurduğun şahin ov üçün uçur və şikarı ilə geri qayıdacaqdır. Bir ya iki 
mövsümdən sonra həmişəlik yoxa çıxmaq üçün o da özünü hava axınına atacaqdır. 
Özünü aldatmağa  dəyməz, bu məhvedicidir. 
Toranaqa ingilisin   Marikonun yaxşı   və  faciəli  vaxtlarda,  hətta  həyatının 
qışında  da  sevdiyini  bilirdi.  O  qadın  daim  onun  arzularının  sərhədində  idi.  Və 
qadına haqq qazandırmaq üçün Toranaqa ürəyində deyirdi ki, Mariko – san şərəflə 
ölmək və əbədi yaşamaq sənin karman idi. Bu fikirlərinin sapını çözərkən ingilisə 
müraciət edirmiş kimi dedi: «Ancin – san sən mənim dostumsan, karmana görə sən 
heç vaxt bu torpağı tərk etməyəcəksən. Mən isə Şoqun olmalıyam». 
Toranaqanın öz məqsədinə çatması naminə çoxları həyatdan məhrum oldu.  
Nəhayət,  o, İşido  üzərində  də  qələbə  çaldı.  Həmin  ilin  onuncu  ayının  bir 
sübh  çağı  Şimal  yolunun  kənarındakı  dağlarda  hava  dumanlı  idi.  Toranaqa 
günortadan  sonra  döyüşdə  qalib  gəldi  və  qətl  tufanı  başlandı.  Qırx  min  baş  yerə 
sərildi.  İşidonun  özü  əsir  götürüldü  və  camaata  göstərilmək  üçün  öz  şəhəri 
Osakaya zəncirlənmiş şəkildə gətirildi. Vaxtilə bu şəhərdə o, Toranaqanı öldürmək 
istəmişdi, lakin ingilis özünü dəliliyə vurmaqla axırıncını xilas edə bilmişdi. İşido 
boğazına  qədər  torpağa  basdırıldı  və  yoldan  keçənlər  onun  boynunu  bambuk 
çubuğunun  iti  ucu  ilə  mişarlayırdılar.  Üç  gün  sonra  İşido  öldü.  Toranaqanın 
Şoqunluğa yolu açılmışdı və az vaxtdan sonra o, arzusuna çata bildi. 
Kitab  orta  əsr   Yaponiyası  barədə  geniş  məlumat  mənbəyi  olmaqla  yanaşı, 
böyük  maraqla  oxunur.  XVIII  əsrin  sonu,  XIX  əsrin  birinci  yarısında  yaşayıb 
yaratmış  böyük  yapon  rəssamı  Hokusay  Katsşikonun  «Fuci  dağına  yüz  baxış» 
tablolarına baxdıqca  stixiyanın möcüzəli qüdrətinə heyran olduğun kimi, romanda 
təsvir  olunan  insan  təbiətinin  gizli  cəhətlərinə,  ehtirasların  hədd  tanımamasına 
laqeyd  qala  bilmirsən.  Yapon  etikasının  yad  görünən  cəhətləri  belə,  bu  xalqın 
tarixinə  olan  marağı  heç  də  azaltmır,  əksinə  bu  insanların  müəmmalı  görünən 
həyatına və davranış tərzinə daha yaxından  nüfuz etmək istəyi yaradır. 
Ceyms Klavellin əsəri tarixi faktlara əsaslanır. Baş qəhrəman Con Bləksorn 
obrazında  1600-cü  ildə  ilk  dəfə  Yaponiyaya  gələn  britaniyalı  dəniz  səyyahı, 
şturman  və  tacir  Uilyam  Adams  təsvir  olunmuşdur.  O,  Toranaqa  obrazında 
verilmiş şoqun Tokuqava İeyasunun müşaviri olmuş və ona qərb gəmisi modelində 
ilk  gəmini  düzəltdirmişdi.  Şoqun  İeyasu  Yaponiyda  mərkəzi  dövlət  yaratmış  və 
Tokuqava  şoqunları  sülaləsinin  əsasını  qoymuşdu.  Kitabda  cərəyan  edən 

111 
 
hadisələrdən  üç  il  sonra  –  1603-cü  ildə  o,  imperatoru  məcbur  etdi  ki,  ona  şoqun 
titulunu  versin  və  bu  vaxtdan  Edo  dövrü  kimi  tanınan  Tokuqava  şoqunatının  250 
illik idarəçilik dövrü başlandı. İki il  sonra  o, hakimiyyəti  oğluna versə  də, faktiki 
olaraq  ölkənin  idarə  edilməsini  davam  etdirdi.  Ancin-sama  adı  altında  tanınan 
Uilyam  Adams  isə böyük nüfuz sahibinə çevrildi və  bir daha vətəninə qayıtmadı, 
1620-ci  ildə  55  yaşında  vəfat  etdi.  Axı  İeyasu  qərara  almışdı  ki,  şkiper  Uilyam 
Adams ölmüşdür və samuray Ancin Miura doğulmuşdur. 
Lakin romanı heç  də etnoqrafik məlumatlar məcmuəsi hesab etmək düzgün 
deyildir. Əsərdəki qəhrəmanlar müxtəlif əqidəli, mənəviyyatlı insanlardır, bu fərqli 
həyat  tərzləri  və  talelər  tam  təsadüfi  olaraq  bir-birinə  birləşmiş,  qovuşmuşdur. 
Rəngarəng  saplar  hörülüb  naxışlı  xalça  əmələ  gətirdiyi  kimi,  romanda  da 
düşüncələri  və  hərəkət  prinsipləri  bir-birinə  bənzəməyən  adamların  dünyasından 
böyük bir həyat kəsiminin maraqlı mənzərəsi yaranmışdır. 
Qədim  tarixə  və  sivilizasiyaya  malik  olan  bu  xalqın  özünəməxsus  həyat 
fəlsəfəsi  qəribəlikləri  ilə  yanaşı  ibrətamizdir.  Təbiətin  xeyli  xəsislik  göstərdiyi, 
ancaq sakinlərinin nəsillər boyu iradəsi və zəhməti ilə gözəlləşən və zənginləşən bu 
ölkəyə  heyran  olmamaq  mümkün  deyildir.  Sadəcə  olaraq  bu  ölkəyə  açıq  ürəklə 
yanaşmalısan,  əvvəlcədən  gəldiyin  düzgün  olmayan  rəyi  kənara  atmalısan.  Onu 
ağılla dərk etmək mümkün deyilsə, ürəklə anlamaq lazımdır.  Ernest Heminqueyin 
bir gözəl şəhər haqqında dediyi sözləri bu ölkəyə şamil edib, demək istəmirəm ki, 
oxucu, Yaponiya həmişə sənin üçün bayram olacaqdır.  Ancaq bu ölkəni dərk etmə 
adama  yalnız  sevinc  gətirəcəkdir.  Təbiətə  pərəstiş  edən  bir  xalq,  əgər  bunu  dini 
ehkama  çevirmişdirsə,  ən  azı  hələ  min  il  əvvəl  gözəlliyin  dünyanı  xilas  edəcəyi 
mülahizəsinə gəlməyi bacarmışdı. Bu xalq insanın öz həyatının, öz xoşbəxtliyinin 
yaradıcısı  olması  barədə  qədim  yunan  fəlsəfəsinin  irəli  sürdüyü  ideyanı 
gerçəkləşdirə  bilmişdir.  Lakin  yaponlar  heç  də  sadə  bir  şəkildə  olan,  nəfsini 
saxlayan  həyat  tərzini,  xarici  aləmin  həyəcanlarından  uzaqlaşmaq,  könül 
sakitliyinə  qovuşmaq  prinsipini  qəbul  etmirlər.  Onlar  əylənməyi,  şadlanmağı  da 
bacarırlar.  Onların  saldığı  şəhərlərə,  tikdirdikləri  körpülərə,  estakadlara  baxanda 
elə  təsəvvür  yaranır  ki,  hər  bir  nəsil  elə  bil  ki,  əbədi  yaşamağı  düşünür,  şənlik 
etmələrinə, əylənmələrinə, yeyib-içməklərinə, sakuranın cəmi bir həftə davam edən 
çiçəklənməsinə qibtə olunan bir heyranlıqla tamaşa etmələrinə baxdıqda isə, adama 
elə gəlir ki, onlar ömürlərindəki axırıncı fürsəti də əldən vermək istəmirlər. 
Yaponiya təbiəti   insana qarşı heç vaxt  əliaçıqlıq  göstərməmişdir, ona  həyat 
nemətlərini asanlıqla verməmişdir. Belə şərait adamları zəhmətə alışdırırdı, zəruri 
yaşayış şərti kimi əməksevərliyə sövq edirdi. Təbiətdən heç nəyi hazır şəkildə ala 
bilməyən  yapon  daha  çox  öz  qüvvəsinə,  səyinə  bel  bağlamışdı,  lap  qədim 
dövrlərdən  bu  qaydada  formalaşmışdı.  Axı  insan  cəmiyyətinin  uşaqlığı  da  öz 
xüsusiyyətlərinə  malikdir.  Tərbiyəsiz  uşaq  da,  yaşlı  adamlar  kimi  ağıllı  hərəkət 
edən  uşaqlar  da  olur.  Qədim  yaponları  yəqin  ki,  normal  uşaqlar  saymaq  olardı, 
çünki  onlar  öz  gələcək  inkişafları  üçün  belə  möhkəm  bünövrə  yaratmışdılar.  Bu 
gün də bu xalq müasir sivilizasiyanın inkişafına nəhəng töhfələr verir. Yaponların  
öz vətənlərini insanın firəvan yaşaması üçün lazım gələn hər şeylə təmin edən bir 
diyara, az qala yerüstü cənnətə çevirmək sahəsindəki fərasətinin birinci əlaməti və 

112 
 
axırıncı təsdiqi bu ölkədəki proqressin səviyyəsi, qazanılan nailiyyətlərdir. 
Bir  yapon müdrikinin  kəlamına  görə,  qələbənin əldə  edilməsi  imkanı 
düşməndən asılıdırsa,  məğlubedilməzlik  sənin özündən asılıdır.  Qabiliyyəti, 
yenilik hissinə sönməz həvəsi və yaxşı ənənələrə sədaqəti, mübaliğəsiz deyilsə, bu 
xalqa  öz  hərtərəfli  istedadını  nümayiş  etdirməyə  imkan  vermişdir.  Kimsə  kor-
koranə  qaydada  əhəmiyyətsiz  bir  şeyə  sitayiş  edirsə,  bu  inancın  özündə   qüsur 
vardır. Təəccüblənmək üçün isə bu ölkədə çox şey vardır. Yapon xalqının müasir 
həyat  fəlsəfəsi  göz  qabağındadır  və  ona  haqq  qazandırmaq  üçün  heç  bir  izaha  da 
ehtiyac  yoxdur.  Ölkə  isə  təbii  və  insanlarının  əli  ilə  yaradılmış  gözəlliyinə  görə 
valeh olmağa layiqdir və bu hissi etiraf edənləri qınamaq da haqsızlıqdır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin