Xəbər bülleteni №15



Yüklə 3,16 Mb.
səhifə1/10
tarix02.01.2022
ölçüsü3,16 Mb.
#2431
  1   2   3   4   5   6   7   8   9   10


Xəbər bülleteni № 15

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Noyabr 2015
Argentinada yeni prezident

23.11.2015




Argentinada noyabrın 22-də keçirilmiş prezident seçkisinin – ikinci turun nəticəsi açıqlanıb. Transparency.az xəbər verir ki, sağ mərkəzçi müxalifətin namizədi, biznesmen Maurisio Makri 52%-ə yaxın səslə qalib gələrək dövlət başçısı seçilib. Onun hakim solçu partiyadan rəqibi, Buenos-Ayres vilayətinin qubernatoru Daniel Sioli 48%-dən bir qədər çox səs yığıb. Bununla da solçu qüvvələrin 12 illik hakimiyyətinə son qoyulub.

Seçkinin oktyabrın 25-də keçirilmiş birinci turunda Daniel Sioli 37,08, Maurisio Makri 34,12 faiz səs toplamışdı.

İtalyan əsilli Maurisio Makri 1959-cu ildə anadan olub. Argentina Katolik Universitetinin məzunudur. 1985-ci ildən bizneslə məşğul olub. Prezident seçkisinə Respublika Təklifi Partiyasının namizədi kimi qoşulan Maurisio Makri 2007-ci ildən paytaxt Buenos-Ayresin meri idi.

Azərbaycan Sığortaçılar Assosiasiyası 10 aylıq hesabat yayıb

23.11.2015

Bu ilin yanvar-oktyabr aylarında toplanmış sığorta haqlarının 26 faizi və yaxud 98,5 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16 faiz böyüyüb.

Həyat sığortasındakı yığımların 58,6 faizi və yaxud 57,7 milyon manatı həyatın yaşam sığortasının, 28,4 faizi və yaxud 28 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,6 faizi və yaxud 11,4 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1 faizi və ya 1 milyon manatı əmək qabiliyyətinin sığortasının, 0,3 faizi və ya 362 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

10 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 35,6 milyon manat olub. Bu da ümumi ödənişlərin 25,4 faizini təşkil etməklə 2014-cü ilin eyni dövrünə nisbətən 39,5 faiz çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 89 faizi və yaxud 31,7 milyon manatı həyatın yaşam sığortasının, 5,5 faizi və yaxud 1,95 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, yenə 5,5 faizi və yaxud 1,95 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin yanvar-oktyabr aylarında bu rəqəm 30,1 manat olmuşdu.

Bank öhdəlikləri: hər 3 adamdan ən azı 1-i borcludur

23.11.2015

İqtisadçı alim Qubad İbadoğlu Transparency.az-a açıqlamasında deyib ki, Azərbaycanda hər 3 adamdan ən azı 1-nin banklar qarşısında borc öhdəliyi var: “Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-nə ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizinin və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı öhdəliyi var. Son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artıb.

MKR-in digər açıqlamasına görə, ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub. Deməli, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki, 1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışır. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını göstərir.

Ölkədə hər 3 adamdan ən azı 1-nin banklar qarşısında bu və ya digər qaydada borc öhdəliyi formalaşıb. Əgər sizin banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa, deməli, ölkə əhalisinin ən azı 38 faizindən varlısınız”.

Baş Prokurorluq bəzi KİV rəhbərlərinə xəbərdarlıq edib

23.11.2015

Noyabrın 23-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, son dövrlər bəzi media orqanları “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələblərini kobud surətdə pozaraq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar yayıb: “Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), “Cumhuriyyət”, “Qaynarinfo”, “Gündəminfo”, “Criminal.az”, “Strateq.az”, “İstiqlal.az”, Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər KİV rəhbərləri Baş Prokurorluğa dəvət edilib, onlardan reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilib”.

APA-nın yaydığı rəsmi məlumata əsasən, Baş Prokurorluğa dəvət olunan KİV rəhbərlərinə gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq olunub.

Banklar barədə 5 mif

23.11.2015





Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin