F. X. Mirzəyev “Pedaqogika” fənni üzrə kurs işlərinin verilməsi və yerinə yetirilməsinə dair metodiki göstəriş. Baki-2003



Yüklə 91,85 Kb.
tarix23.02.2017
ölçüsü91,85 Kb.
#9535
AZƏRBAYCAN RESPUBLİKASİ TƏHSİL NAZİRLİYİ

BAKI SƏNAYE-PEDAQOJİ TEXNİKUMU

Psixoloji-pedaqoji fənlər komissiyası

F.X. Mirzəyev

Pedaqogika” fənni üzrə



kurs işlərinin verilməsi və

yerinə yetirilməsinə dair

metodiki göstəriş.

BAKI-2003

Kurs işinin əhəmiyyəti və ona verilən ümumi tələblər.

Orta ixtisas təhsili müəssisələrində bir çox ixtisas fənlərinin öyrənilməsi kurs işlərinin yazılması ilə tamamlanır və ya imtahanla yekunlaşdırılır. Kurs işi tələbənin elmi-tədqiqat fəaliyyətində ikincə rəsmi addımdır. Kurs işi referata nisbətən mürəkkəb fəaliyyət formasıdır. Kurs işi tələbədən daha çox müstəqillik tələb edir, təlim prosesində alınan biliklərin dərinləşməsi, möhkəmlənməsi və ümumiləşməsinə səbəb olur. Kurs işlərinin mövzusu aktual olmalı və elmi-texniki tərəqqinin tələblərinə cavab verməlidir. Kurs işində hər bir tələbəyə ayrıca fərdi tapşırıq verilir və tapşırıqlar yaradıcı xarakter daşıyırlar. Kurs işi müəyyən materiallara əsaslanmalıdır ki, bunlar da müəssisələrdən, təşkilatlardan alənmalı və elml-texniki ədəbiyyatdan geniş istifadə etmək yolu ilə hazırlanmalıdır. Ədəbiyyatla əlaqədar olan referatlar əsasən bir mənbəyə istinad edirsə, kurs işi bir-neçə mənbəni əhatə edə bilir, onların təhlili əsasında ümumiləşdirmələr aparılır. Bir qrup hadisələri, fikirləri, cisimləri təhlil etmək, onların oxşar və fərqli cəhətlərini göstərmək, ümumiləşdirərək fikir söyləmək kurs işində elmi axtarışları səciyyənləndirən əsas keyfiyyətlərdir. Odur ki, kurs işinin yazılışı tələbələrdə məhz bu cür elmi axtarış qabiliyyətlərinin formalaşmasına kömək etməlidir.

Kurs işi tapşırığı kurslar üzrə dərslərin qurtarmasına 1-2 ay qalmış veriliməlidir ki, tələbələr verilmiş mövzunu hazırlamaq üçün bu müddət ərzində zəruri olan məsələləri müstəqil öyrənsinlər, təhlil etsinlər və elmi əsasda ümumiləşdirmələr apara bilsinlər.

Pedaqoji texnikumlarda və kolleclərdə onların müxtəlif ixtisaslar üzrə tədris planlarına uyğun olaraq “Pedaqogika” fənni üzrə işi müəyyənləşdirmişdir ki, bunun verilməsi və yerinə yetirilməsi də əsasən IV kursun sonlarına-VIII semestrə təsadüf edir.

Təhsil Nazirliyinin tədris planlarına müvafiq olaraq hazırladığı medodiki rəhbərliyə əsasən əksər pedaqoji tədris müəssisələrində və bir çox hallarda kurs işi yalnız tək “Pedaqogika” fənni üzrə deyil, eyni zamanda digər pedaqoji fənlər – “Əmək təliminin metodikası” , “İbtidai riyaziyyatın tədrisi metodikası”, “Rəsmxətin tədrisi metodikası”, “Musiqinin tədrisi metodikası”, “Fiziki tərbiyənin tədrisi metodikası”, “Təbiətşünüslıq tədrisi metodikası”, “Ana dilinin tədrisi metodikası”, fənləri üzrə də seçmə yolu ilə verilə bilir.

Kurs işinin pedaqoji fənlərdən hansılar üzrə veriləcəyi təhsil müəssəsinin rəhbərliyi tərəfindən müəyyənləşdirilir, həmin fənlərdən dərs deyen müəllimlər icərisində kurs işinin rəhbərləri təyin edilir və kurs işini yerine yetirilməsi üçüun veriləcək saatlar həmin müəllimlərin dərs yükünə hesablanir.öz növbəsində,kurs işinə rəhbər təyin edilmiş şəxslər də öz fənləri üzrə tələbələrin sayina muvafiq olaraq kurs işi mövzularini hazirlayir və onlari fənn birləşmə komissyasini müzakirəsinə verilr.movzular fənn birləşmə komisyasinda müzakirə olunub bəyənildikdən sonra texnikumun tədris işləri üzre direktor müavini tərəfindən müafiq qaydada təsdik edilir.Yalniz bundan sonra kurs işi mövzular ayri-ayri qurup tələbələr kurs işi mövzularini götürmələrini öz imzalari ilə təsdik edilir.sonra tələbələr kurs işini yerinəyetirilməsi üzrə metodiki göstərislə taniş edilirlər,müvafiq məsləhətlər alirlar.

II.Kurs işinin həcmi və quruluşu.

Hər bir fənn üzrə aparılan kurs işləri konkret olaraq müəyyən bir həcmə malik olmalıdır. Kurs işinin həcmi onun verilən mövzunu əhatə etmək dairəsidir və bu da hökmən standarta tam uyğun olmalıdır.

“Pedaqogika” fənni üzrə işləniləcək kurs işlərinin həcmi ümumi tələblər, normativlər nəzərə alınmaqla 15-20 çap vərəqi həcmində müəyyən edilmişdir.

Kurs işinin quruluşu və strukturu da çox vacib məsələdir. Kurs işinin pərakənda şəkildə deyil, müəyyən qayda üzrə, ardıcıllıqla işlənməsini və yığılıb tikilməsini nəzərdə tutur.

“Pedaqogika” və digər pedaqoji fənlər üzrə kurs işlərinin quruluşu və strukturu vahid bir qaydada olaraq fənn birləşmə komissiyamız tərəfindən normativ tələblərə uyğun olaraq bu cür müəyyənləşdirilmişdir:



  1. Titul vərəqi (əlavə edilir)

  2. Kurs işi üçün tapşırıq vərəqi (əlavə edilir)

  3. Mündəicat vərəqi (əlavə edilir)

  4. Giriş hissəsi

  5. Əsas hissə

  6. Nəticə hissəsi

  7. İstifadə olunan ədəbiyyatın siyahısı (əlavə edilir)

  8. Əlavələr (lazım olduqda)

Hər bir kurs işi rəhbəri və kurs işini yazan hər bir tələbə kurs işinin bu strukturunu yaxşı bilməli və işi yekunlaşdırarkən onun bütün hissələrini bu ardıcıllıqla düzməklə işi tikib təhvil verməlidir.

III.Kurs işinin məzmununa qoyulan tələblər.

Kurs işinin giriş hissəsində ixtisasa və verilmiş mövzuya müvafiq olaraq bütövlükdə mövcud pedaqoji proses, hər hansı bir tərbiyə, təhsil, təlim məsələsi haqqında qısa anlayış verilir. Ölkəmizdə, dövlət sənədlərində, ən başlıcası isə Təhsil Qanunda və son illərdə müzakirə edilən məsələyə dair qəbul edilmiş qərar və qətnamələrdə, göstərişlərdə, əmrlərdə bu problemə konkret münasibətlər aydınlaşdırılır, yəni, kurs işi mövzusunun əsas hissəsinə bir növ hazırlıq görülür, yol açılır.

Əsas hissə, adından göründüyü kimi, kuts işinin ən vacib, başlıca bölməsidir. Burada əsasən qoyulan problem, yəni hər hansı təlim-tərbiyə prosesi plana uyğun olaraq ardıcıl və ətraflı səciyyələndirilir, onun əsas xüsusiyyətləri, növləri, təşkili formaları və aparılması yolları, bu sahədəki iş təcrübəsi geniş təhlil edilir, problem büsbütün və hərtərəfli aydınlaşdırılır. Kurs işinin əsas hazırlığı bu bölmənin üzərinə düşdüyü üçün burada tapşırığın bütün bəndlərinin yerinə yetirilməsi metodikası və görülən işin nəticələri öz əksini tapmalıdır. Bir sözlə, başlıca iş əsas hissədə nəzərdə tutulmalı və görülməlidir. Odur ki, əsas hissə bir deyil, 3-4 yarım bölmədən ibarət olmalıdır.

Nəticə hissəsində qoyulan problem bir növ yekunlaşdırılır, ümumiləşdirilir, müasirlik baxımından ona münasibət bildirilir, onun təlim-tərbiyəvi və həyati əhəmiyyətli, gələcək üçün perspektivləri qısa çəkildə açıqlanlr. Bütövlükdə kurs işi nəticə ilə tamalanır. Kurs işi boyunca bütün izahat cəm şəklində birinci şəxsin adından müəyyən (müəyyən edirik, qəbul edirik) və ya qeyri-müəyyən formalarda (müəyyən edilir, seçilir, qəbul edilir və s.) yazılmalıdır, elmi terminlərdən də istifadə olunmalıdır.

IV. kurs işinin tərtib edilmə qaydaları.

Kurs işinin keyfiyyət göstəricilərində ilk növbədə onun düzgün və səliqəli tərtib olunması mühüm rol oynayır. Kurs işinin üzlüyü iki çertyoj kağızından və ya nazik kartondan hazırlanmalıdır. Üzlüyün üstündəki yazılar çertyoj şriftləri ilə tuşla və ya qara rəngli pasta ilə yazıilmalıdır.

Kurs işinin tapşırıq vərəqi xüsusi blank kimi tərtib edilir və işə rəhbər təyin olunmuş müəllim tərəfindən doldurulur, onun şəxsi imzası ilə təsdilənir.

Kurs işinin mətni göy, qara və bənövşəyi rəngli mürəkkəblə və ya pasta ilə oxuna bilən xətt ilə, səliqəli şəkildə yazılmalıdır. Bunun üçün vahid formatlı ağ makina vərəqlərindən istifadə olunur. Hər bir vərəqdə dördbucaq çərçivə olmalıdır. Bu çərçivə qələmlə nazik xətlə sol tərəfdən 20 mm, yuxarıdan, aşağıdan və sağ tərəfdən isə 5 mm sahə saxlamaqla çəkilməlidir.

Hər bir vərəqin sağ küncündə, aşağıda hündürlüyü 15 mm, eni isə 10 mm olan kiçik künc ştampı qələmlə xətlənir və o da iki yerə bölünür, yuxarıda “Vərəq” sözü, aşağıda isə vərəqin nömrəsi ərəb rəqəmi ilə yazılır.

Kurs işinin mətnini aşağıdakı ölçülərə riayət etməklə yazmaq lazımdır: Sol tərəfdən- çərçivənin xəttindən ən kənar sətirə qədər 30 mm, adi sətirə qədər 15 mm, sağ tərəfdən 10 mm, aşağıdan 25 mm-dən az olmayaraq məsafə saxlanılmalıdır.

Sətirlər arası məsafə 8-10 mm, başlıqlar və sonraki mətnlər arasındakı məsafə 10 mm olmalıdır.

Bölmə və yarımbölmələr arasındakı məsafə mətndəki kimi qəbul edilir. Mətndən sonra yazılan başlıqlar üçün mətnin sonrakı sətri ilə başlıq arasındakı məsafə 15 mm olmalıdır.

Kurs işinin mətnini bölmələrə, yarımbölmələrə bölmək lazımdır.

Bölmənin başlıqlarını daha böyük şriftlə mətnə nəzərən simmetrik yerləşdirməklə yazmaq lazımdır. Başlıqlarda sözlərin keşirilməsinə yol verilir.

Başlığın sonunda nöqtə qoymaq olmaz. Əgər başlıq iki cümlədən ibarətdirsə, onda onları npqtə ilə ayırmağa icazə verilir.

“Mündəricat”, “Giriş”, “ Əsas hissə”, “Nəticə”, “Ədəbiyyat” və s. sözlər kurs işinin tərkib hissələrinin uyğun başıqlarını təşkil etməlidir.

Hər bir bölmə yeni vərəqdən, yarımbölmələr isə vərəqin davamında yazılmalıdır.

Yazının mətni vərəqin sonuna yaxın yerdə qurtardıqda, vərəqdə artıq qalan yer başlıq və üç sətir mətni yerləşdirməyə imkan verirsə, onda yazını davam etdirmək olar. Əgər imkan yoxdursa, başlıq yeni səhifədən yazılir.

Kurs işinin mətni üçün sxemlər, cədvəllər, şəkillər və s. 11 formatlı vərəqlərdə ayrıca olaraq yerinə yetirməli, onlar haqqında izahat yazılmış vərəqdən sonra yerləşdirilməli, ümumi nömrələnməyə daxil edilməli və ərəb rəqəmləri ilə nömrəsi yazılmalıdır.

Kurs işinin səhifələri ərəb rəqəmləri ilə nömrələnir. Titul vərəqi və tapşırıq vərəqi kurs işinin ümumi nömrələnməsinə daxil edilir, lakin onlarda nömrə yazılmır, sonrakı səhifələrdə isə nömrə vərəqin əsas yazısında göstərilir.

Axırda kurs işində istifadə olunmuş ədəbiyyatın siyahısı ardıcıllıqla verilir. (Nümunə təqdim edilmişdir.)

Kurs işinin qaralaması rəhbər tərəfindən yoxlanılıb, ora düzəlişlər edildikdən sonra onu ağlamaya köçürmək məsləhət görülür.

Bütün bu göstərişlər yerinə yetirildikdən sonra kurs işi ardıcıllığa əməl olunmaqla irəlidə titul vərəqi, sonra tapşırıq vərəqi, sonra mündəricat, daha sonra isə işlənmiş mövzu səhifələnmiş şəkildə ədəbiyyat siyahısı ilə yekunlaşdırmaqla tikilir.

Mündəricatda planın bütün başlıqları, səhifələri göstərməklə yazılır.

Ən axırda tələbə titul vərəqində kurs işini özü şəxsən işləməsini təsdiqləyən formada şəxsi imzasını atır, onu rəhbərinə təhvil verir.

Kurs işinin rəhbəri kurs işini yoxlayır, qiymətləndirir və o da imzasını titul vərəqinə atır. Bütün kurs işləri toplandıqdan sonra ən axırda qabaqcadan dəqiq müəyyənləşdirilmiş və qrafikə salınmış bir tarixdə və saatda, müəyyən olunmuş otaqda Psixoloji-pedaqoji fənlər komissiyası üzvlərinin, kurs işi rəhbərinin, tələbələrin iştirakı ilə kur işinin müdafiəsi keçirilir. Tələbələr öz kurs işləri haqqında yığcam və dəqiq məlumatlar verir, onlara verilən sualları cavablandırırlar. Fənn komissiyası üzvlərinin və kurs işi rəhbərinin yekunlaşdırıcı rəyi ilə kurs işi qiymətləndirilir.

Ən axırda fənn komissiyasının sədri kurs işlərini rəhbərlərdən təhvil alır, onlara imza atır.

Kurs işləri toplanılaraq qrup rəhbərlərinin siyahısı ilə birlikdə saxlanılmaq üçün texnikumun arxivinə verilir.

AZƏRBAYCAN RESPUBLİKASİ TƏHSİL NAZİRLİYİ

BAKI SƏNAYE-PEDAQOJİ TEXNİKUMU

İxtisas:

Şöbə:

Qrup:

Padaqogika” fənni üzrə kurs işi



Mövzu:

İşlədi:

Rəhbər:

F.K.S.

BAKI-2002

AZƏRBAYCAN RESPUBLİKASİ TƏHSİL NAZİRLİYİ

____________________________ ___________________

(təhsil müəssisəsinin adı) (şöbə)

Şöbəsinin _______________kurs________qrup_________tələbəsi

_____________________________________________________________(soyadı, adı, atasının adı)

_______________________________________________________________fənnindən

(fənnin adı)

Kurs işi üzrə tapşırıq

Tapşırığın mövzusu və ilkin məlumatlar______________________________

__________________________________________________________________________________________________________________________

Kurs işləri yerinə yetirilərkən aşağıdakı hissələr təqdim olunmalıdır:

I.Giriş._________________________________________________________________________________________________________________________________________________________________________________

II.Əsas hissə._________________________________________________


  1. ________________________________________________________

  2. ________________________________________________________

  3. ________________________________________________________

  4. ________________________________________________________

  5. ________________________________________________________

III.Nəticə.__________________________________________________________________________________________________________________

Verilmə tarixi__________________________________________________

Qurtarma tarixi_________________________________________________

Kurs işinin rəhbəri______________________________________________

M ü n d ə r i c a t

I. Giriş


,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, səh,,,,,

II. Əsas hissə



  1. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,səh,,,,,

  2. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,səh,,,,,

  3. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, səh,,,,,,

III. Nəticə,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,səh,,,,,

Ədəbiyyat,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,səh,,,,,

İstifadə olunmuş ədəbiyyat


  1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, “Qanun”. 1997.

  2. Azərbaycan Respublikasının Təhsil Qanunu, Bakı, “Öyrətmən”, 1999.

  3. Pedaqogika, Bakı, Azərtədrisnəşr, 1964.

  4. Ə.Seyidov.-Pedaqogika tarixi. Bakı, 1968.

  5. Məktəb pedaqogikası, Bakı, “Maarif”, 1982.

  6. Pedaqogikaya giriş, Bakı, 1979.

  7. B.Əhmədov, A.Rzayev-Pedaqogikadan mühazirə konspektləri. Bakı, 1983.

  8. Y.Talıbov, Ə.Ağayev və b.Pedaqogika, Bakı, “Maarif”, 1983.

  9. İ.V.Musayev-Pedaqogikanın ümumi əsasları. Bakı, 1990.

  10. N.Kazımov, Ə.Həşimov-Azərbaycan xalq pedaqogikasının bəzi

məsələləri, Bakı, “Maarif”, 1970.

  1. N.Kazımov, Ə.Həşimov. Pedaqogika , Bakı, “Maarif”, 1996.

  2. M.İsmixanov- Pedaqogika , Bakı, “Maarif”, 1998.

  3. A.Zeynalov- Pedaqogika və psixologiyanın bəzi məsələləri, APİ nəşri, 1993

  4. A.Abbasov, H.Əlizadə. Pedaqogika , Bakı, 2001.

  5. H.Əhmədov-XIX əsr -Azərbaycan məktəbi, Bakı, “Maarif”, 1985.

  6. N.Kazımov-Məktəb pedaqogikası, Bakı, “Çaşıoğlu”, 2002.

  7. M.Muradxanov. –Məktəblilərin ailədə tərbiyəsi. Bakı, “Maarif”, 1972.



  1. M.İsmixanov- Pedaqogikanın əsasları, Bakı, 2002.

  2. A.Mirzəcanzadə-İxtisasa giriş, Bakı, 2002.

  3. F.Seyidov-Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair. Bakı, 1997.

  4. Müasir dərsə verilən tələblər haqqında, Bakı, 1971.

  5. V.P.Strezikozin-Məktəbdə tədris prosesinə rəhbərlik. Bakı, 1976.

  6. Ə.İmanov-Təlim proses və məhsuldar əmək. Bakı, “Maarif”, 1972.

  7. N.Kazımov,-Tərbiyənin elmi-pedaqoji əsasları. Bakı, “Maarif”, 1983

“Pedaqogika” fənni üzrə kurs işinin mövzuları



  1. Pedaqogikanın əsas kateqoriyaları.

  2. Pedaqogikanın digər elmlərlə əlaqəsi.

  3. Pedaqoji biliyin mənbələri.

  4. Pedaqoji prosesin əsas mərhələləri.

  5. Pedaqoji ziddiyyətlər.

  6. Müasir pedaqoji cərəyanlar.

  7. Məktəblilərin yaş dövrləri və bunların əsas xüsusiyyətləri.

  8. Məktəblilərin cinsi tərbiyəsi.

  9. Dərsliklər və dərs ləvazimatı

10.Təlimdə müəllim fəaliyyətinin xüsusiyyətləri.

11.Təlimdə şagird fəaliyyətinin xüsusiyyətləri.

12.Şagirdlərin dünyagörüşünün formalaşdırılması.

13.Tərbiyədə cəzalandırma üsulu.

14. Tərbiyədə rəğbətləndirmə üsulu.

15.Fakultətiv məşğələlər.

16.Təlimin təşkili formalarının inkişaf tarixi.

17.Məktəb sənədləri və hesabat işləri.

18.Tərbiyənin məqsədi, vəzifələri, mahiyyəti və məzmunu.

19.Şagirdlərin ideya-siyasi tərbiyəsi.

20.Məktəbdə işin planlaşdırılması.

21.Təlimdə illüstrasiya və demonstrasiya üsulu.

22.Təlimdə praktiki işlər üsulu.

23.M.Ə.Sabir təlim-tərbiyə haqqında.

24. M.F.Axundov təlim-tərbiyə haqqında.

25. C.Məmmədquluzadə təlim-tərbiyə haqqında.

26.M.Füzulinin pedaqoji görüşləri.

27.Şagirdlərin ekoloji tərbiyəsi.

28. Şagirdlərin əxlaq tərbiyəsi.

29.Məktəblilərin estetik tərbiyəsi.

30. S.Ə.Şirvani təlim-tərbiyə haqqında.

31.Şagird kollektivi və tərbiyədə onun rolu.

32.Təlimdə şüurluluq və fəallıq prinsipi.

33. Təlimdə müvafiqlik prinsipi.

34.Şagirdlərin tərbiyəsi üzrə məktəblə ictimaiyyətin, əmək kollektivinin

birgə işi.

35.Şagirdlərin vətənpərvərlik və beynəlmiləlçilik tərbiyəsi.

36.Məktəblərdə kollegial orqanların işi.

37.Pedaqoji proses və onun tamlığı.

38.Müəllimin təlim məşğələlərinə hazırıaşması.

39.Dərsin psixoloji-pedaqoji təhlili.

40.Özünütərbiyə.

41.Yenidəntərbiyə.

42.Dərsdə şagirdlərin frontal, qrup və fərdi içlərin təşkili.

43.Məktəbdə əməyin elmi təşkili.

44.Təhsil sisteminin prinsipləri.

45.Xarici ölkələrdə pedaqoji fikrin inkişafı.

46.Problemli təlim üsulu.

47.Proqramlaşdırılmış təlim.

48.Tərbiyədə uşağa hərtərəfli təsir göstərmək prinsipi.

49.Şifahi xalq ədəbiyyatında fiziki tərbiyə məsələləri.

50. Şifahi xalq ədəbiyyatında əqli tərbiyə məsələləri.

51. Şifahi xalq ədəbiyyatında əmək tərbiyəsi məsələləri.

52. Şifahi xalq ədəbiyyatı insan şəxsiyyətinin formalaşmasına təsir

göstərən əsas amillər haqqında.

53.Pedaqoji elm və pedaqoji proses, onların qarşılıqlı əlaqəsi.

54.şagirdlərin fiziki tərbiyəsi.

55.Məktəblilərin peşə yönümü tərbiyəsi.

56.Təlim vasitələri.

57.Təlimin qanunauyğunluqları və qanunları.

58.Tərbiyədə nikbinlik prinsipi.

59.Tərbiyənin tələblərdə vahidlik prinsipi.

60. Tərbiyədə uşağın fərdi və cinsi xüsusiyyətlərinin nəzərə alınması

prinsipi.

61. Tərbiyədə yaşauyğunluq prinsipi.

62. Tərbiyədə uşağa hörmət və tələbkarlıq prinsipi.

63.Kollektivdə və kollektiv vasitəsilə tərbiyələndirmə prinsipi.

64. Şifahi xalq ədəbiyyatında estetik tərbiyə məsələləri.

65.J.J.Russonun pedaqoji görüşləri.

66.L.N.Tolstoyun pedaqoji fəaliyyəti və pedaqoji görüşləri.

67. F.Köçərlinin pedaqoji fəaliyyəti və pedaqoji görüşləri.

68. İbtidai cəmiyyətdə tərbiyə məsələləri.

69. K.D.Uşinskinin pedaqoji görüşləri.

70.Con Zokkun pedaqoji görüşləri.

71.Orta əsrlərdə Azərbaycanda pedaqoji fikrin yaranması, inkişafı.

72.Ailə tərbiyəsinin prinsipləri ə məzmunu.

73.Təlimdə işgüzar oyunlar.

74.Təlimdə fənlərarası əlaqələr problemi.

75.Məktəbdə sinifdənxaric işin təşkili formaları.

76.Tərbiyəçinin pedaqoji ustalığı.

77.Müəllimin pedaqoji əmək mədəniyyəti.

78.Müəllimin nitq texnikası.

79.Pedaqoji ustalıq və pedaqoji fəaliyyət.

80.Yarış tərbiyə qsulu kimi.

81.Folklor xalq pedaqogikasının qiymətli yadigarı və milyonların tərbiyə

məktəbi kimi.

82.Tərbiyədə disput üsulu.

83. Tərbiyədə göstəriş üsulu.

84. Tərbiyədə müşahidə üsulu.

85.Tərbiyənin mərhələləri.

86.Təlimdə əməkdaşlıq prinsipi.

87.İnkişafetdirici təlim-tərbiyə metodları.

88.Təlim və tərbiyədə interaktiv metodlar.

89.ADR dövründə müəllim hazırlığı məsələləri.

90.ÜşHacıbəyov müəllim haqqında.

91.Tərbiyənin idarə olunması problemi.

92.Müəllimin pedaqoji mərifəti.

93.Pedaqoji fəaliyyət və pedaqoji ünsiyyət.

94.Məktəbdənkənar işlər.

95.Dərnək məşğələləri.

96.Seminar məşğələləri.

97.A.şaiq təlim-tərbiyəhaqqında.

98.Tərbiyədə nəzarət, yoxlama və qiymətləndirmə üsulları.

99.Tərbiyənin tərkib hissələri və növləri.

100.Tərbiyə anlayışı və ona müxtəlif yanaşmalar.

101.Müəllimlik sənətində emosionallığın rolu.

102.Müəllim fəaliyyətində aktyorluq və rejissorluq əlamətləri.

103.Zaçot və imtahan təlimin təşkili formaları kimi.

104.Dərsə verilən müasir tələblər.

105.Təlimin başlıca vəzifələri.

106.Ümumi orta təhsil və onun səciyyəvi xüsusiyyətləri.

107.Təlimin vəzifələri.

108.Didaktika, onun əsas anlayışları və sahələri.

109.Milli pedaqogikanın məqsədi və vəzifələri.

110.Pedaqoji prosesə rəhbərlikdə ictimai qurumların rolu.

111.Hüquq tərbiyəsinin yolları.

112. Əqli tərbiyənin yolları.

113.Uşaq birlikləri tərbiyə təsisatı kimi.

114.Məktəbdə metodik işin əsas formaları.

115.Pedaqoji sistemləri idarəetmənin əsas prinsipləri və funksiyaları.

116.Tərbiyənin formaları.

117.Müsir təlim texnologiyaları.

118.Təlim təşkilinin köməkçi formaları.

119.Təlimin növləri.

120.Təlimdə müşahidə və diskussiya üsulları.

121.Təlim prosesinin psixoloji əsasları.



122.Pedaqoji innovasiyalar.
Yüklə 91,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin