AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
SƏRBƏST İŞ
FAKÜLTƏ : MEXANİKA VƏ İNFORMASİYA TEXNOLOGİYALARI
İXTİSAS : PROSESLƏRİN AVTOMATLAŞDIRILMASI
KURS : 1
QRUP : 890A1
MÜƏLLİM : MUSAZADƏ İMAMHƏSƏN
TƏLƏBƏ : SƏFƏRLİ AYSEL
VEKTORLAR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏR
Bir çox fiziki kəmiyyətlər təkcə qiyməti ilə deyil, həm də istiqaməti ilə xarakterizə olunur. Belə kəmiyyətlərə vektor deyilir. Buna qüvvə və sürəti misal gətirmək olar.
Başlanğıcı və sonu olan istiqamətlənmiş düz xətt parçasına vektor deyilir. Vektoru ya başlanğıc və sən nöqtələri, ya da kiçik latın hərfləri ilə üzərində ox işarəsi qoymaqla işarə edirlər, AB−→−AB→ və ya a⃗ a→ kimi. Düz xətt parçasının uzunluğuna bu vektorun uzunluğu deyilir və |AB−→−||AB→| və ya |a⃗ ||a→| kimi işarə edilir. Müstəvinin istənilən nöqtəsi də vektor sayılır. Bu vektora sıfır vektor deyilir və 0⃗ 0→ kimi işarə edilir. Müstəvidə MM nöqtəsi kimi verilən sıfır vektoru MM−→−−MM→ kimi işarə edə bilərik. Bu vektorun uzunluğu sıfıra bərabərdir. |0⃗ |=0|0→|=0. Əgər iki vektor bir düz xətt və ya paralel düz xətlər üzərindədirsə, onlara kollinear vektorlar deyilir. Kolinearlıq üçün vektorların eyni istiqamətli olması şərt deyil. Paralel düz xətlər üzərində yerləşən əks istiqamətli vektorlar da kollineardır. 0⃗ 0→ bütün vektorlara kollineardır.
Deməli kollinear vektorlar eyni istiqamətli və əks istiqamətli ola bilər. Eyni istiqamətli vektorlar a⃗ ↑↑b⃗ a→↑↑b→, əks istiqamətli vektorlar a⃗ ↑↓b⃗ a→↑↓b→, kimi işarə edilir. Şərtləşməyə görə sıfır vektor istənilən vektor ilə eyni istiqamətli hesab edilir.
Dostları ilə paylaş: |