FaküLTƏ Bİznes və menecment iXTİsas kommersiYA



Yüklə 23,31 Kb.
tarix28.12.2021
ölçüsü23,31 Kb.
#48159

AD AYTƏKİN
SOYAD ƏLİYEVA
QRUP 906
FAKÜLTƏ BİZNES VƏ MENECMENT
İXTİSAS KOMMERSİYA
FƏNN MÜHASİBAT UÇOTU
MÖVZU GƏLİRLƏRİN VƏ XƏRCLƏRİN UÇOTU

GƏLİRLƏRİN VƏ XƏRCLƏRİN UÇOTU



Мəsаriflərin bir sırа yuхаrıdа göstərdiyimiz хüsusiyyətlərini istеhsаl оlunаn məhsulun mаyа dəyərinə dахil оlmаsı sаhəsində də dеmək оlаr. Məlum оlduğu kimi оnlаrın bir sırаsı birbаşа kоnkrеt оlаrаq istеhsаl оlunаn məhsulun üzərinə dахil оlur(хаmmаl mаtеriаl, оnlаrın əsаs tərkibi fəhlələrin əmək hаqqı və s.) 2-cisi оnlаrın bir qismi mövcud struktur bölmədə məhsulun bütün növlərini yахud dа оnun bir hissəsinin istеhsаlı ilə əlаqəli оlur. Yахud dа bütünlükdə müəssisənin istеhsаlı ilə əlаqəli оlur. Bеlə хərclər istеhsаlа хidmət və idаrəеtmə хərclərdir.
Məhsulun mаyа dəyərinə birbаşа dахil оlаn məsаriflərə müstəqim dоlаyı yоllа dахil оlаn məsаriflərə isə qеyri-müstəqim, məsrəflər dеyilir. Məhsulun mаyа dəyərini müəyyən еdən zаmаn qеyri-müstəqim məsrəfləri öz hissəsinə(payına) əsasən hesablayıb bölüşdürmə cədvəllərinə yazmaq lazım gəlir. İstehsal proseslərinin mürəkkəbliyi onun müəssisənin təsərrüfat həyatındakı əhəmiyyəti, sərf olunan həmin məsarifləri istehsal xərcləri hesablarına yazılır. Belə hesablar qrupuna aşağıdakılar daxildir:
20-əsas istehsal
23-köməkçi istehsal
25/2-maşın və qurğuların saxlanması və istismarı xərcləri
25/2-ümumistehsal xərcləri
26-ümüumtəsərrüfat xərcləri
28-istehsal zayı
31-gələcək dövrün xərcləri
89-qarşıdakı xərcləri ödəmək üçün ehtiyatlar və s.
Sənaye sahələri ilə müqayisədə xərclərin uçotunun aparılma xüsusiyyətindən məlum olur ki, sənayedən fərqli olaraq tikinti təşkilatlarında çəkilən xərclərin uçotunu aparmaq üçün adətən əsas istehsal, qeyri-əsaslı işlər, üstəlik xərclər və gələcək dövrün xərclərindən hesablara birbaşa yazılır. Məsələn, bunu 20№-li əsas istehsal hesabının nümunəsində demək olar. Belə ki, bu hesab təyinatı üzrə kalkulyasiyaedici hesablardan biridir. Onun debetində istehsal xərclərinin uçotunu təmin etmək üçün hazırlanan məhsulu çəkilən xərclər elementlər və kalkulyasiya maddələri üzrə qruplaşdırılır.
İqtisadi məzmununa görə təsərrüfat fəaliyyətinin vəziyyətini əks etdirən və balansa münasibətinə görə aktiv olan bu hesabın başqa hesablarla müxabirləşməsi əməliyyatlarını 1№-li sxemdən görmək olar.
Böyük və orta istehsal müəssisələri öz növbəsində sexlərə, sahələrə yaxud başqa struktur bölmələrə bölünürlər, adətən bu bölmələrdən ikisi aparıcı rol oynayır. Bunlar əsas və köməkçi istehsal sahələridir.
20-« əsаs istеhsаl hеsаbı"
hеsаbаtın krеditi hеsаbаtın
dеbеti
C- bitməmiş istеhsаlın fаktiki
dəyəri
10- uçоt qiyməti üzrə məhsulun
hаzırlаnmаsınа burахılmış хаmmаl və
mаtеriаllаrın dəyəri
10-12- məhsulun mаyа dəyərinə
dахil оlаn nəqliyyаt tədаrük хərcləri
70,89- işçilərin əməyinin ödənişi
хərcləri və məzuniyyət хərcləri
69- Sоsiаl sığоrtа və pеnsiyа
fоndunа аyrımlаr
13- məhsulun hаzırlаnmаsındа
хüsusi аlətlərin köhnəlməsi məbləği
31- gələcək dövr хərcləri
25/1- mаşın və qurğulаrın
sахlаnmаsı və istismаrı хərcləri
25/2 – ümumistеhsаl хərcləri
26- ümumtəsərrüfаt хərcləri
28- zаy məhsuldаn itkilər
Qənаət оlunmuş mаtеriаllаrın və оnlаrа
qаytаrılmış tullаntının dəyəri-10
Ахırıncı zаyın fаktiki dəyəri– 28
Аnbаrа təhvil vеrilmiş hаzır
məhsullаrın fаktiki dəyəri-40-37
Köməkçi istеhsаlаtlаrdа məhsulun və görülmüş хidmətlərin mаyа dəyərini müəyyən etməkdən ötrü çəkilən xərclər 23№-li hesabın debetində qruplaşdırılır. Təyinatına və balansına münasibətinə görə bu hesab 20№-li hesaba uyğundur.
1№-li sxemdən göründüyü kimi xərc qrupları üzrə 20№-li əsas istehsal hesabı kreditləşməklə digər hesablar debetləşir. Belə bir vəziyyət ayın axırında başa çatmayan istehsalın dəyərini tapmağı tələb edir. Bunu müəyyən etməyin qısa və konkret üsulu aşağıdakı düsturdan istifadə etməkdir:
Nn+Zn-(Bs+Av)-An=Su
Burada Nn- ayın əvvəlinə bitməmiş istehsal qalığının məbləği
Zn- ay ərzində istehsal olunan məhsulun dəyəri
Bs- zay məhsulun dəyəri
Av- qaytarılan tullantının dəyəri
Su- istehsaldan buraxılan işin, xidmətin dəyəri
An- ayın axırına bitməmiş istehsal qalığı
Köməkçi istehsalın məhsulundan yaxud da xidmətlərindən müəssisənin sex və şöbələrində necə lazımdırsa, eləcə də istifadə olunur. Məsələn, qazan sexində hasil olunan pardan isitmə üçün zavodun idarə heyətində istifadə olunur. Bu münasibətlə əlaqəli olaraq köməkçi istehsalatların iş və xidmətlərin dəyəri idarəçilik və xidmətlər üzrə xərclərin tərkibinə daxil edilir. Köməkçi istehsalatlar müəssisənin təsərrüfat fəaliyyətində vacib və zəruri bölümlərdən biridir. Məsələn, müasir alətlər sexi, təmir xidməti, nəqliyyat təsərrüfatı, enerjinin, suyun, qazın, təmiz havanın və s. tənzimi kimi köməkçi istehsal və təsərrüfatlar mövcuddur ki, bunlar da mürəkkəb və sadə köməkçi istehsalatlar olmaları ilə fərqlənirlər. Köməkçi istehsalatlarda məhsul vahidinin dəyərini tapmaq üçün ümumi xərc məbləğini hasil olunmuş məhsulun həcminə bölmək lazım gəlir. Mürəkkəb və köməkçi istehsalatlara alətlər, təmir və nəqliyyat sexlərini misal göstərmək olar. Onlar müxtəlif növ xidmətləri yerinə yetirir, həmçinin bir sıra texnoloji prosesləri təmin edir. Xərclərin planlaşması və məhsulun faktiki dəyərinin hesablanması hər bir işin növü və verilən sifariş üzrə, kalkulyasiya maddəsi üzrə ayrıca aparılır. Bütün köməkçi istehsalatlar üzrə uçot aparmaqdan ötrü 23№-li hesab nəzərdə tutulur. Analitik uçot kalkulyasiya obyektləri üzrə sifariş və kalkulyasiya maddələri üzrə aparılır.(25-1, 25-2№-li hesablar üzrə 12№-li cədvəldə) hər bir sex üzrə ayrılıqda 12№-li cədvəlin məlumatları üzrə 10№-li jurnal formasında sintetik uçot aparılır. Köməkçi istehsal xidmətlərinin bir-birinə göstərdiyi xidmətlər görüşən xidmətlər adlanır. Əsas istehsal sexləri ilə zavod idarə heyətinin sexləri bu xidmətlərin əsas istehlakçılarıdır. Mürəkkəb köməkçi istehsalatlarda xərclərin uçotunu aparmaq üçün yerinə yetirilmiş ayrı-ayrı işlər məhsul növləri üzrə, təmir üzrə qruplaşdırılır. Zavod daxili sifarişlərin köməyi ilə xidmətlər bölüşdürülür. Əməyin ödənişi və materialın dəyəri sifarişə silinir, qalan xərclər isə 26, 25№-li hesablarda yığılır və birbaşa xərclərə mütənasib olaraq sifarişlər arasında bölüşdürülür. Belə birbaşa xərclər materialın və əmək haqqı xərclərinin məbləğidir. Bölgü məbləği 9№-li cədvələ yazılır.
Analitik uçotun düzgün təşkili və vaxtında aparılması mühüm əhəmiyyət kəsb edir.
20№-li “Əsas istehsal” və 23№-li köməkçi istehsal hesabları üzrə analitik uçot hər bir sifariş iş növü, ayrılıqda məhsul növü üzrə təşkil olunur. Bunun üçün cədvəl və anket formaları nəzərdə tutulur. Hansı ki, bunlar vasitəsilə yerinə yetirilmiş işlər və kalkulyasiya maddələri müəyyən olunur. Yuxarıda qeyd etdiyimiz kimi 25№-li hesab üzrə analitik uçot aparmaq üçün 12№-li cədvəl nəzərdə tutulur. Bu cədvəl hər ay hər sex üzrə ayrıca açılır. Xərclər 10, 23, 28 №-li hesablarda debet üzrə (sintetik uçot) aparılır. Analitik uçot isə 25-1 və 25-2№-li hesablarda müxabirləşən hesabların krediti üzrə aparılır.
25-1-in təyinatına görə nəqliyyat vasitələrinin və avadanlığın amortizasiyası avadanlığın istismarı, avadanlığın və nəqliyyat vəsaitinin cari təmiri yüklərin zavoddaxili yerdəyişməsi, azqiymətli tez köhnələn əşyaların köhnəlməsi və s. xərclər yazılır.
Ümumtəsərrüfat xərclərinin analitik uçotu 15№-li cədvəldə 25-1, 25-2№-li hesablar üzrə aparılan 12-li cədvəldəki ardıcıllıq kimi aparılır.
15№-li cədvəldə analitik uçot 31 və 89№-li hesabların dövriyyəsi 15№-li cədvəldə ancaq ay üzrə deyil, ilin əvvəlindən müəyyən olunur. Bundan əlavə bu hesablar necə ki, ilin başlanğıcında qalığa eləcə də hər bir hesabat dövründə qalığa malik olub 15№-li cədvəldə qeyd olunur.
Zavod idarə heyəti və sex üzrə istehsal xərclərinin sintetik uçotu bütünlükdə 12 və 15№-li cədvəllərdə aparılır ki, bu da 10№-li jurnal orderdə əks etdirilir. Bu jurnal 3 bölmədən ibarətdir:
1) İstehsal xərcləri
2) İqtisadi elementlər üzrə xərclərin hesablanması
3) Əmtəəlik məhsulun dəyəri
İstehsal xərcləri hesablarının krediti üzrə axırıncı dövriyyə məbləğləri hər ay 10№-li jurnal orderdə hesablanır.
Məhsulun maya dəyərinə cari müddətdə daxil olan lakin istehsal nəticələri gələcəkdə büruzə verilən xərclər gələcək dövr xərclər hesabında uçota alınır. Bu hesab aktiv hesab adlanır. Burada yazılan xərclərin tərkibinə yeni növ məhsula çəkilən xərclər, abunə ödənişlərinin yazılışları telefon haqqı yaxud icarə haqlarının əvvəlcədən ödəniş xərcləri bu hesabın debetində aparılır. 31№-li gələcək dövrün xərcləri hesabı iqtisadi məzmununa görə təsərrüfat proseslərini xarakterizə edən hesablar qrupuna daxildir. Bundan əlavə məhsulun maya dəyərinin tənzimlənməsində başqa bir tənzimləyici hesabdan istifadə olunur. Bu hesab 89№-li qarşıdakı xərclərə və ödənişlərə ehtiyat hesabıdır. Bu hesab hesabat bölüşdürücü hesabdır. İqtisadi təyinatına görə passivdir. Təsərrüfat proseslərini xarakterizə edir. Bu xərclərə daxil olan məbləğlər fəhlələrlə məzuniyyət haqları, xüsusi əsas vəsaitlərin və icarəyə verilmiş əsas vəsaitlərin əsaslı təmir xərcləri və s. daxildir. Bu cür xərclər smeta normalrı əsasında istehsal məsariflərinə daxil olur və 89№-li passiv “qarşıdakı xərclərə və ödənişlərə ehtiyat hesabında” uçota alınır. Adətən fəhlələrin məzuniyyəti il ərzində qeyri-bərabər verilir. Ardıcıl desək, əmək haqqı məzuniyyətin hesablanması vaxtı ayrı-ayrı aylarda tərəddüdlü olur. Bu da məhsulun maya dəyərinin müxtəlif vaxtlarda artımına səbəb olur. Bu baxımdan qeyri-bərabər məzuniyyət ödənişi məhsulun dəyərini artırmamaq üçün müəyyən olunmuş norma ilə məzuniyyət və sosial sığorta ehtiyatı yaradılır və müəssisənin sərəncamında qalır. Bu fəhlələrin hər ay faktiki hesablanmış əmək haqqı xərcləri ilə deyil fəhləyə ay ərzində faktiki hesablanmış məbləğin plan faizi ilə müəyyən olunur. Faiz plan məlumatları əsasında müəyyən olunur. Bunu şərti olaraq misalla izah edək:
Fəhlənin plan üzrə əməyinin ödənişinin illik fondu 100.000 manat məzuniyyət üçün əmək haqqı sosial sığorta ayrımı ilə birlikdə 6000 manat (fəhlənin əməyinin ödəniş fondundan 6 %-dir.) fəhləyə aylıq faktiki hesablanmış əmək ödənişi 9000 manatdır. Əgər planda nəzərdə tutularsa ki, 6% həcmində ehtiyat hesablansın, onda fəhləyə məzuniyyət vaxtı ödənişin ehtiyat məbləği 540 manat olacaqdır. (9000x6%:100)
Fəhlələrin məzuniyyət məbləğinin maya dəyərinə düzgün daxil olunmasını yoxlamaq üçün ildə bir dəfə məzuniyyət üçün ödəniş ehtiyatı inventarizasiya olunur. Bunu həyata keçirmək üçün il ərzində məzuniyyətlə təmin olunmuş fəhlələrin sayı müəyyən olunur. Məzuniyyət üçün ödənilmiş məbləğ onun üçün ayrılmış məbləğlə müqayisə olunmur. Əgər məzuniyyətin ehtiyat məbləği inventarizasiya məbləği ilə müqayisədə az olarsa onda əlavə fərq olaraq hesabın debetinə keçirilir. Hansı ki, 89-un kreditindən işçinin əmək haqqına köçürülmüşdür. Əgər inventarizasiya üzrə ehtiyatın qalıq məbləğinin çox olması aşkar olarsa fərq məbləğinə yazılış tətbiq olunur.
89№-li hesabın analitik uçotu hesabın debeti üzrə 15№-li cədvəldə aparılır.
Kommersiya xərcləri – hazır məhsulun satılması ilə əlaqədar sərf olunan məsrəflərin cəmini təşkil etməklə, bilavasitə malsatan müəssisə tərəfindən ödənilir. Kommersiya xərcləri istehsal olunmuş məhsulun istehsal dəyərinə daxil olmaqla, onun tam maya dəyərini təşkil edir.
Kommersiya xərclərinin tərkibinə aşağıdakılar daxildir:
1. Hazır məhsulun istehsal olunduğu satıcı müəssisə anbarlarında hazır məhsulun taralaşdırılması və qablaşdırılmasına sərf olunan xərclər. Bu xərclərə bilavasitə kənar müəssisələrdən alınan tara xərcləri, hazır məhsulun qablaşdırılması ilə əlaqədar olaraq kənar müəssisələrin xidməti xərcləri, özünün tara sexinin hazırladığı taralara sərf olunan xərclər, qablaşdırma ilə əlaqədar olaraq materialların dəyəri və işçi heyətinə ödənilən əmək haqqı və s. daxildir.
2. Məhsulun daşınması ilə əlaqədar olan nəqliyyat xərcləri (malların alıcıya yüklənməsi ilə əlaqədar olaraq dəmiryolu stansiyasına, limana daşınması onların vaqonlara, gəmilərə yüklənməsi və xüsusiləşdirilmiş avtonəqliyyat – ekspedisiya xərcləri).
3. Müəssisənin marketinq xidməti ilə əlaqədar xərclər.
4. Reklam xərcləri (televiziya, radio və kütləvi mətbuatla əlaqədar xərclər, prospektlərin, kataloqların buraxılması, yarmarkalarda iştirak etmə və digər bu kimi xərclər).
5. Satışla əlaqədar və digər vasitəçi təşkilatlara ödənilən xərclər.
6. Digər bu kimi xərclər.
Mühasibat uçotu hesablar planında kommersiya xərclərini uçotda əks etdirmək üçün eyni adlı 43№-li “Kommersiya xərcləri” hesabı müəyyən olunmuşdur. Bu hesab məhsul satışı ilə əlaqədar xərclər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmaqla, maddi istehsal sahələrinin müəssisələri tərəfindən istifadə edilir. Hesab aktiv hesabdır. 43№-li “Kommersiya xərcləri” hesabının debetində müəssisənin satışla əlaqədar çəkdiyi xərclərin məbləği toplanır və xərclərin istiqamətinə uyğun olaraq aşağıdakı hesabların krediti ilə müxabirləşir.
1. Məhsulun qablaşdırlması üçün 10 – “Materiallar”
    sərf olunan tara və qablaşdırıcı
    materialların dəyəri
2.Qablaşdırma,yüklənmə və 70 – “Əməyin ödənilməsi üçün işçi heyəti hesablaşmalar kommersiya xidməti işçilərinin əmək haqqı
3. Müəssisənin öz nəqliyyatı ilə 23 – “Köməkçi istehsalat” məhsulun daşınması
4. Məhsulun kənar təşkilatların nəqliyyatı 60 – “Malsatan və podratçılarla hesablaşmalar” ilə daşınması
5. Məhsul satışı ilə əlaqədar ezamiyyə 76 – “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar”
     xərcləri
6. Kommersiya rüsumlarına ödəmələr və digər 50 – “Kassa”
      ticarət-vasitəçi xidməti xərcləri 51 – “Hesablaşma hesabı”

Gəlirin qiymətləndirilməsi - əməliyyatdan yaranan gəlirin məbləği, adətən müəssisə və aktivin alıcısı və ya istifadəçisi arasındakı razılama əsasında müəyyənəşdirilir. Bu gəlir müəssisə tərəfindən aktivin satılması nəticəsində təqdim olunan hər hansı satış endirimləri nəzərə alınmaqla əldə olunmuş və ya əldə edilməsi gözlənilən ödəmənin ədalətli dəyəri ilə qiymətləndirlir. Bu gəlir pul vəsaitləri və ya onların ekvivalentləri, qeyri pul aktivləri (qeyri monitar), habelə müəssisənin öhdəliklərinin azalması şəkilində əldə edilə bilər.

Malların satışı - malların satışındn əldə olunan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

a) müəssisə malların mülkiyyət hüququ ilə bağlı risklərin və mükafatların əhəmiyyətli dərəcəsini alıcıya ötürdükdə

b) müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artiq iştirak etmədikdə vəsatılmış mallar üzərində faktik nəzərəti saxlamadıqda

c) gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda

d) əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda

e) əməliyyat ilə bağlı keçmiş və gələcək xərcləri etibarlı əsasda qiymətləndirmək mümkün olduqda.

Xidmətlərin göstərilməsi - xidmətlərin göstərilməsi ilə bağlı olan əməliyyatın nəticəsinin etibarlı hesabat tarixinə olan yekunlaşma mərhələsinə istinadən tanınmalıdır. Əməliyyatın yekun mərhələsinə istinad edilərək gəlirin tanınması “işin faiz etibarı ilə yerinə yetirilməsi metodu” adlanır. Bu metoda əsasən gəlir xidmətlərin göstərildiyi hesabat dövründə tanınır.

Faiz gəliri, royalti və dividentlər - müəssisənin aktivlərinin digər şəxslər tərəfindən istifadə edilməsi aşağıdakı formalardan gəlirlərin yaranması ilə nəticələnir:



  1. faiz gəliri- müəssisəyə məxsus olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin istifadəsinə görə ödənişlər

  2. royalti- müəssisənin uzunmüddətli aktivlərinin (patentlərin, ticarət nişanlarının müəlliflik hüquqlarının, komputer proqram təminatının və sair oxşar aktivlərin) istifadəsinə görə ödənişlər

  3. dividentlər – müəssisənin xalis mənfəətinin səhmdarlar arasında onların müvafiq iştirak paylarına uyğun olaraq bölüşdürülmüş məbləğləri.

Standartın başlıca məqsədi satış üçün nəzərdə tutulmuş aktivlərin uçotu qaydalarının, habelə də yandırılmış əməliyyatlar üzrə təqdim edilməni və açıqlanmalı olan məlumatın müəyyənləşdirlməsidir. 23 № -li Standart xüsusi olaraq aşağıdakıları tələb edir: a) satış üçün nəzərdə tutulmuş kimi təsnifləşdirmə meyarlarına uyğun gələn aktivlərin mövcud olan 2 dəyərdən ən aşağı dəyər ilə:

satış xərcləri çıxılmaqla ədalətli dəyər və ya balans dəyəri ilə qiymətləndirilməli olduğunu və həmin aktivlər üzrə amortizasiaynın hesablanmasının dayandırılmasını

b) satış üçün nəzərdə tutulmuş kimi təsnifləşdirmə meyarlarına uyğun gələn aktivlərin mühasibat balansında ayrıca maddə ilə və dayandırılmış əməliyyatların nəticlərini mənfəət və zərər haqqında hesabatda ayrica maddə ilə göstərilməsini.

ƏDƏBİYYAT:



  1. http://unec.edu.az/application/uploads/2016/07/ZEYNALLI-ZEYNAL.pdf

  2. Maliyyə uçotu/Sair əməliyyat xərclərinin uçotunun təkmilləşdirilməsi/Sair əməliyyat xərclərinin uçotu wikipedia

Yüklə 23,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin