Fakültə: İqtisadiyyat və idarəetmə İxtisas: Marketing Qrup: 421A Kurs: 3 Fənn: Azırbaycan iqtisadiyyatı Mövzu: Əmək haqqının formaları və sistemləri Elmi rəhbər: Aslanov.H.H. Tələbə: Quluzadə Kamran Bakı biznes universiteti PLAN Giriş Əmək haqqının formaları Əmək haqqında fərqin olması səbəbləri Əmək haqqının sistemləri Iş qüvvəsinin pulla ifadə olunan qiymətinə əmək haqqı deyilir. Əmək haqqı olduqca mürəkkəb iqtisadi münasibətləri ifadə edir. Bu, özünü müxtəlif əmək kollek-tivləri, hər bir işçi ilə onun işlədiyi əmək kollektivi arasında meydana çıxan münasibətlərdə göstərir. Işçilər bərabər məbləğdə əmək haqqı almırlar. Bu, onunla izah edilir ki, onlar eyni fiziki və əqli qabiliyyətə malik deyildirlər və mürəkkəblik dərəcəsi müxtəlif olan işlərdə çalışırlar. Məsələn, inkişaf etmiş ölkələrdə peşəkar idmançının illik əmək haqqı 300-500 min, hətta bəzi hallarda 1 milyon dollar olduğu halda, çamaşırxana və ya dəmir yol qulluqçusunun illik əmək haqqı 10-15 min dollar, tibb bacısınınkı 25-30 min dollar, məktəb müəllimininki isə 22-26 min dollar təşkil edir. Bunu tələb və təklifin qarşılıqlı fəaliyyəti ilə izah etmək olar. Əməyin hər hansı konkret bir növü üzrə təklif, ona olan tələbə nisbətən çox olduqda, əmək haqqı az olur. Əksinə, tələb təklifdən irəlidə getdikdə əmək haqqı yüksəlir Əmək haqqının formaları 1) Vaxtamuzd əmək haqqı; 2) Işə-muzd əmək haqqı. Işlənmiş vaxtın – saat, gün, həftə-kəmiyyətinə uyğun olaraq hesablanan əmək haqqına vaxtamuzd əmək haqqı deyilir. Ona görə də saatlıq, gündəlik, həftəlik, aylıq əmək haqqı bir-birindən fərqlənir. Vaxtamuzd əmək haqqı formasından texnoloji proseslərin ciddi surətdə nizama salındığı sahələrdə istifadə olunur. Məsələn, kütləvi axın xətlərində işçilərin hazırladığı məhsulların miqdarı və onların əmək sərfinin sürəti birinci növbədə konveyerin hərəkət sürətindən asılıdır. Bu, istehsal prosesinin daha çox avtomatlaşdırıldığı sahələrə aiddir. Son bir neçə onillikdir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində əmək haqqının əsas forması kimi vaxtamuzd əmək haqqından istifadə edilir. Belə ki, ABŞ-ın və Fransanın hasilat sənayesində çalışanların təqribən 70%-i, Böyük Britaniya və Almaniyada isə sənaye işçilərinin 60%-ə qədəri əmək haqqını vaxtamuzd formada alırlar.
Əmək haqqının sistemləri Mükafatlı vaxtamuzd əmək haqqı Mükafatlı vaxtamuzd əmək haqqı istehsal normalarını müntəzəm olaraq yerinə yetirən, daha çox iş stajına malik olan, xammala, yanacağa, elektrik enerjisinə qənaət edən, yüksək keyfiyyətli məhsul hazırlayan işçilərə verilir.
Sadə vaxtamuzd əmək haqqı Sadə vaxtamuzd əmək haqqı sistemindən icbari iş rejimi tətbiq olunan sahələrdə istifadə edilir.
Gündəlik normanın ölçülməsi sistemi "Gündəlik normanın ölçülməsi" sistemində əmək haqqının kəmiyyəti bir saatlıq tarif maaşını işlənmiş saatların miqdarına vurmaq yolu ilə müəyyən edilir.
Iki və daha çox dərəcəli əmək haqqı sistemi. Əməkhaqqında fərqin olmasının səbəbi 1) Fərdlər bir-birindən qabiliyyətlərinə, hazırlıq səviyyələrinə görə fərqlənir və nəticədə bir-biri ilə rəqabət aparmayan peşə qruplarında olurlar; 2) Müxtəlif iş növləri bir-birindən cəlbediciliyinə görə fərqlənir. Müxtəlif işlərin qeyripul aspektləri eyni deyildir. 3) Əmək bazarları adətən qeyri-mükəmməl rəqabətlə səciyyələnir.
01 02 03 04 05 06 Ədəbiyyat kayzen.az https://www.pa.edu.az/library/6/42/643_qiyabi__movzu_5.pdf https://vergiler.az/news/social/9035.html İzlədiyiniz üçün təşəkkürlər