Fakültə: Magistratura və doktorantura İxtisas: İbtidai siniflərdə tədrisin metod və metodologiyası Qrup: İbt 2205M



Yüklə 93,53 Kb.
səhifə1/2
tarix07.06.2023
ölçüsü93,53 Kb.
#126199
  1   2
SƏLİMƏ SƏRBƏST ORFOQRAFİYA




Fakültə: Magistratura və doktorantura
İxtisas: İbtidai siniflərdə tədrisin metod və metodologiyası
Qrup: İBT 2205M
Fənn: Orfoepiya və orfoqrafiyanın elmi əsasları
Müəllim: p.ü.f.dos. dosent Pəri Paşayeva
Tələbə: Səlimə Qəzənfərli
Mövzu: Azərbaycan dilində fonetik hadisə və qanunlar

BAKI 2023
Azərbaycan dilində fonetik hadisə və qanunlar
Plan:

  1. Fonetik hadisə və qanunlar haqqında ümumi məlumat

  2. Assimilyasiya, dissimilyasiya haqqında

  3. Səs artımı, səs düşümü, yerdəyişmə haqqında

  4. Ahəng qanunu, cingiltiləşmə qanunu haqqında

Dilin digər cəhətləri kimi, fonetik quruluşunda da bir sıra hadisə və qanunlar mövcuddur. Bunlardan ədəbi dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır.


Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xüsusiyyətlərinin əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu çox böyükdür. Xüsusi ilə də başqa dillərdən alınan sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar çox mühümdür. Yəni ki, bəzi alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, və ya əksinə, bu və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.
Müasir Azərbaycan dilinin də bir sıra fonetik hadisə qanunları var. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və zaman – zaman əmələ gəlmişdir.
Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar bunlardır:

  • assimilyasiya,

  • dissimilyasiya,

  • səsartımı,

  • səsdüşümü,

  • yerdəyişmə,

  • ahəng qanunu,

  • cingiltiləşmə qanunu.

Assimilyasiya:
Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına assimilyasiya deyilir. Məsələn, sən sözünü götürək. Bu sözə -dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz səndən əvəzinə, sənnən şəklində tələffüz edilir.
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar olaraq meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu var. Yəni ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.

Yüklə 93,53 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin