Data latın dilindəki “datum” sözünün cəm şəkli; informasiya elementi. Praktikada “data” ismi həm cəmdə, həm də təkdə ola bilər vb



Yüklə 20,49 Kb.
səhifə1/5
tarix03.05.2023
ölçüsü20,49 Kb.
#107075
növüQaydalar
  1   2   3   4   5
Nicat lüğət

    Bu səhifədəki naviqasiya:
  • VBİS

Mövzu 1. Lüğət.
Data - latın dilindəki “datum” sözünün cəm şəkli; informasiya elementi. Praktikada “data” ismi həm cəmdə, həm də təkdə ola bilər
VB – Verilenler bazası
Semantik - proqramlaşdırmada, eləcə də təbii dildə: sözlər, yaxud simvollar ilə onların təyin olunmuş mənaları arasında əlaqə. Dəqiq və adətən məhdud mənaları olan sözlərə əsaslanan proqramlaşdırma dilləri müəyyən semantik qaydalardan asılı olur
VBİS – Verilenler Bazasının İdarəetmə Sistemi
İS -informasiyanın toplanması, saxlanması və istifadəçilər üçün erişimli olmasını təmin edən sistem
İBM - (International Business Machines) – dünyada ilk kompüter şirkətlərindən biri. Kompüter texnologiyaları sahəsində və satış həcminə görə dünya lideri. IBM meynfreymləri mavi rəngli idi və buna görə də mətbuatda bu şirkəti çox zaman Big Blue (“Mavi nəhəng”) adlandırırlar. 1911-ci ildə qurulmuş IBM şirkəti dörd şirkətin birləşməsindən yaranıb. Onlardan biri – The Tabulating Machine Company tabulyatorların istehsalı ilə məşğul idi.
İİS – İnformasiya İdarəetmə Sistemi
CODASYL - (Conference on Data Systems Languages) – ABŞ Müdafiə Nazirliyinin təsis etdiyi qurum. Verilənlərin idarəedilməsi sistemlərinin və müvafiq proqramlaşdırma dillərinin yaradılması ilə məşğul olur;
SQL – Strukturlaşdırılmış sorğu dili
DEC - uzun illər kompüter bazarında lider olan Digital şirkətinin qısaldılmış adı və ticarət markası. (DIGITAL EQUIPMENT CORPORATION).
HP - HEWLETT-PACKARD.
WWW - WORLD-WIDE WEB.
LAN – (Local Area Network ) ~ yerli hesablama şəbəkəsi, lokal hesablama şəbəkəsi – nisbətən məhdud ərazidə yerləşmiş və rabitə xətləri ilə birləşdirilmiş kompüterlər və başqa qurğular qrupu; belə şəbəkənin hər bir qurğusu istənilən başqa qurğu ilə qarşılıqlı əlaqədə ola bilir. LAN, adətən, kompüterləri və şəbəkənin aparat vasitələrini, məsələn, lazerli printerləri, böyük həcmli sərt diskləri və s.-ni birləşdirir. Müasir LAN-ların çoxusu müxtəlif növ kompüterləri və başqa qurğuları birləşdirə bilər
VPN - (Virtual Private Network ~ xəyali özəl şəbəkə) – korporativ şəbəkəyə uzaq istifadəçilərin təhlükəsiz daxil olmasını təmin edən altşəbəkə. Bu altşəbəkələrdən, əsasən, məxfi informasiyanın İnternet vasitəsilə təhlükəsiz göndərilməsi üçün istifadə olunur.
WLAN – (simsiz lokal şəbəkə) – ötürmə mühiti olaraq infraqırmızı şüalanmadan, yaxud radiodalğalardan istifadə edən lokal şəbəkə. Bu gün simsiz lokal şəbəkənin ən geniş yayılmış növü Wi-Fi şəbəkəsidir.
PL/SQL - (Procedural Language / Structured Query Language) – proqramlaşdırma dili, SQL dilinin Oracle şirkəti tərəfindən işlənib hazırlanmış prosedurlu genişlənməsi. Təməlində Ada dili durur. PL/SQL dilinin daxil edildiyi verilənlər bazalarının idarəolunması sistemləri bunlardır: Oracle Database, TimesTen və IBM Db2.
MySQL - sərbəst (havayı) yayılan relyasiyalı verilənlər bazasının idarəolunması sistemi. Oracle Corporation şirkəti tərəfindən inkişaf etdirilir və dəstəklənir. MySQL kiçik və orta həcmli məsələlərin həllində istifadə olunur

Yüklə 20,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin